- varı,- çov (B. Qk.),- araŋqı/ uruŋqu (Qaz.),-aldaz/-aldız,-tav
(Cəb.) şəkilçiləri şivələrdə qeydə alınmışdır; məs.: şirinvəz (Zən.),
ağcavaz (Ş.), tozanqı (Şah.), uzunbılla (S.), gögəldaz/ gögəmdaz/
gögəndaz “göyümtül” (Sab.), girdoul (yemiş), göül (quş) (Muğ.),
qocavarı, qırmızıvarı, adamvarı, uşaxvarı, yağlaçov (B.Qk.), bo-
şaraŋqı (Qaz.), çiyaldaz/ çiyaldız, göyaldaz/ göyaldız, xamtav,
təzətav (Cəb.) və s.
Azaltma dərəcəsində təhər // tə:r, turum (Təb.), baxar, çalar,
mayıl, səyağ, ala (əksər şivə), şit (Dər.), aldaz, tav (Cəb.) söz və
hissəciklərindən də istifadə olunur: qaraturum (Təb.), sarıya ça-
lan, qırmızı səyağ, göyə mayıl, alagöy (əksər şivə), alapörtdəx`,
sarıya baxar, göyə baxar (Qub.), şit ağ (Dər.), çiyal- daz, göyal-
daz (Cəb.) və s.
Çoxaltma dərəcəsi aşağıdakı vasitələrlə əmələ gəlir:
-ca
2
, -ja
2
: körpəcə körpəjə, xırdaca (əksər şivə), sarıca, qa-
raca (Şah), girdəcə (Ab.). Şivələrin əksəriyyətində bu şəkilçi –
cana/ jana formasında da işlənməkdədir; məs.: balajana, xırda-
jana, yaxşıcana (Cəb.). Abşeron (Hövsan, Piriküşkül, Fatmayı,
Corat ) şivəsində bu şəkilçinin
- cal variantı xırdacal sözündə qey-
də alınmışdır. Şah- buz şivəsində
- kün forması çoxaltma mənası
əmələ gətirir: davakün, məzəkün.
Şivələrdə dərəcə əmələ gətirən şəkilçilər bəzən yanaşı işlənir.
Cəbrayıl şivəsində xırda və bala sifətlərinə iki dəfə artırılan –ja/
ca şəkilçisi şiddətləndirilmiş dərəcədə azlıq ifadə edir: xırdaca-
ja/ xırdajaca, balancaja/ balancaca. Eyni sözlərə -ja/ ca və -rax
şəkilçilərini əlavə etdikdə isə azlıq mənasında bir qədər artıqlıq
yaranır: xırdajarax, balancarax/ balajarax ( 45, s.145).
-sifətin əvvəlinə çox, lap // yap // yaf, ən, tünd // tüt, düm, əng
(Şəki), qır, zil, qırt, saf, illah/ illap, sap, tox // toq, dahi, süd, çim,
göl, lül, tey, zımırt söz və hissəciklərin əlavəsi ilə düzəlir: yap
yaxşı, yaf yaxşı, tox qara, tox qırmızı, süd avı (Qaz.), əng yaxşı
(Ş.), qırttəzə (Bs.), saf təmiz, zımırt kal (Qaz.), illah yaxşı (Nax.),
sap balaca (Təb.), tox yaşıl (Ağc.), illap yaxşı, tox qara, dümqa-
ra, dümqırmızı (Qub.), dahi gen (L.), çim yağ/ göl yağ (Şah.),
Dostları ilə paylaş: |