- ur//tur - ır olmuş, müstəqil sözdən şəkilçiyə keçid prosesində
vurğusunu itirmiş, ikinci hecanın düşməsi nəticəsində qısaldılmış
forması əmələ gəlmişdir: tur-ur//dur-ur>tür//dür>tur//dur; tır-
ır//dır-ır>tır// dır>tır/ /dır (150, s.5). Tədqiqatçılar bu şəkilçinin
mənşəyini dənizçilikdə “hə” mənası ifadə edən müstəqil “dur”
sözü ilə də əlaqələndirirlər (Qeyd edək ki, Azərbaycan dili şivələ-
rində “dur” sözü həqiqi mənasından “durmaq” əlavə, dayanmaq
mənasında da işlənir).
S.Əlizadə belə bir fikirlə razılaşmır və - dur//dür xəbər şəkil-
çisinin “durur” feilindən törəməsini inandırıcı hesab etmir (107,
s.12).
Qədim yazılı abidələrdə üçüncü şəxsdə - dur///dür ilə durur
formaları yanaşı işlənmişdir; məs.: Çoban aydır: “Ağam Qazan,
bu ağac ol ağacdır kim, sən kafəri basarsan qarnın açıqar, mən
saŋa bu ağacla yemək bişürərin” - dedi; Bu gələn kafər çoq kafər-
dir (KDQ, s.76, 91);- Cəmalından münəvvər ay ilə xurşid, ey
dilbər,Mələkdir valehü heyran bu gün bu hüsni-zibayə; Zülfün
ge- cəsi qədrdürür, al yanağın ay (Nəsimi, s.35, 75);- El ilə gələn
bəla bayramdır; Elə ilə gələn qərə gün dügündür (Oğuznamə,
s.28);- Bu sözmüdurur ki, eylədin nəql? Sorayım nə kişidir bu?
(Xətai, s.25, 40);- Bihudədir ol qamu fəsanə, Kim, aşiqdir filan,
filanə (Füzuli, s.32).
206
207
şəkilçi xəbərlik ifadə etdiyindən onun modallıq mənasına şübhə
yeri qalmır. Modal hissə- ciklərin ifadə etdiyi yəqinlik, qətilik,
ehtimallıq mənaları - tur köməkçi feilində olduğundan bu şəkilçi
xəbərlik vəzifəsini yerinə yetirir. - dir şəkilçisi şəxs bildirməsə
də, Azərbaycan dilində və onun şivələrində üçüncü şəxs şəkilçisi
mövqeyində sabitləşmişdir. Şəxs əvəzliyi işlənmədən də -dir şə-
kilçisi əşyanın və hərəkətin üçüncü şəxsə aidliyini göstərir.
Şəxs anlayışı keçmiş zamana aid olduqda “idi” köməkçi fe-
ilindən isti- fadə olunur. “İdi” hissəciyi samitlə bitən sözlərdə
birinci saitini itirir - dı şəklində, saitlə bitən sözlərdə isə “iydi”
şəklində tələffüz olunur, i saiti düşür və ya söz kökünün son saiti
ilə birləşərək uzun tələffüz olunur.
Birinci şəxs - dı, - ıdı, - iydi, -ydı zaman əlamətinə - m, -x,
-ğ, -g şəxs şəkilçilərini əlavə etməklə düzəlir; məs.: qonağıdım,
uşağıdım, çobanıdım, qonağıdıx (Ağc.), doxdurdım, irəcbərdim,
irəcbərdig (Dər.), uşağiydim, məlimiydim, qarolçiydim (Ş.), ba-
ğıydım, əkinçiydim (Zən.), dülgardım, bən- naydım, qəbaxçıy-
dım, qahımdıx, qonaxdıx, qardaşdıx (Nax.), cayıldım// cayildim,
cayildig (B.), məllimdim, məllimdıx (Q.) və s.
İkinci şəxs - dı, - ydı zamanı əlamətinə -ŋ, -n, -z şəxs şəkil-
çisinin əlavəsi ilə əmələ gəlir; məs.: bənnaydın, qəbaxçıydın,
dülgardın, dülgardız, uşaxdıuz (Nax.), məllimdin, məllimiydiz
(Dər.), uşağdın, cayıldun, uşağdız (Q.), əkin- çiydin, qoruxçuyduz
(Zən.), bağbanıdın, bağbandıŋız, bağbanıdıŋız (Ağc.), qo:mdın,
tanışdın, qom:dız, tanışdız (Təb.) və s.
Üçüncü şəxsdə “idi” hissəciyinin işlənməsinə görə şivələr üç
qrupa bölü- nür:
1) Qax, Zəngilan, Ağcabədi, Naxçıvan, Muğan və Qarakilsə
şivələrində dördvariantlı - dı şəkilçisi işlənir; məs.: bənnaydı, qə-
baxçıydı, biçinçiydi, odunçuydu, üzümçüydü və s.
2) Təbriz, Şamaxı, Ordubad, Zaqatala şivələrində damaq
variantı (-dı, - di), Lənkəran şivəsində isə dodaq variantı (-du, -
dü) üstünlük təşkil edir; məs.: baliğçiydu, inəgiydu, buğlamıydu
(Lən.), başmaxçıydı, döx’düriydi, o:lanıydı, qo:mıydı (Təb.).
gətirmək üçün şəxs əvəzliklərinin şəkilçiləşməsi prosesinin ümu-
mi qanunauyğunluqları üzərində dayanmağı vacib bilirik. Şəxs
əvəzliklərinin şəkilçiləşməsi eyni deyil, müxtəlif şəkildə baş ver-
mişdir. Bunu birinci şəxsdə -m ünsürünün qalması, ikinci şəxsdə
dəyişmənin baş verməməsi və ya mənsubiyyət kateqoriyasında
-n ünsürünün mövcudluğu da aydın göstərir. Bu barədəki fikirləri
aşağıdakı şəkildə ümumiləşdirmək mümkndür:
1) Müstəqil sözlərdən ibarət olan şəxs əvəzliklərinin əvvəlcə
vurğusunu itirməsi; 2) Tədricən leksik mənadan məhrum olma-
sı; 3) Fonetik tərkibdə dəyişiklərin baş verməsi (uyğun səs də-
yişmələri, səslərin düşməsi, ahəng qanununun təsiri və s. nəzərə
alınır); 4) Formanın tamamilə arxaikləşməsi; 5) Yeni fonetik tər-
kibdə innovasiyanın meydana çıxması.
Azərbaycan dilində ol-dır keçidi sonuncu qanunauyğunluq
əsasında əmələ gəlmişdir. M.Kaşğari qeyd edir ki, turur//durur
müzari feilidir və mənası da “odur” deməkdir (MK, II c., s.6-7).
Belə güman etmək olar ki, tarixən üçüncü şəxs şəkilçisi mövqe-
yində ol əvəzliyi ilə - tur//dur yanaşı işlənmiş “oldur”, sonra ol və
ya o əvəzliyinin düşməsi ilə “dur” şəklini almışdır.Üçüncü şəxs
əvəzliyi şəkilçi mövqeyində işlənmiş, ol sonrakı dövrlərdə arxa-
ikləşmiş, II minilliyin əvvəllərindən başlayaraq bu vəzifəni - dir
şəkilçisi yerinə yetirmişdir.
Y.Balasağunlunun “Kutadqu biliq” əsərində də ol əvəzliyi -
üçüncü şəxs şəkilçisi mövqeyində işlənmişdir; məs.: …bu bəglər
ot ol, ota barma yağuq “bu bəylər oddur, oda yaxın getmə” (KB,
b.653).
Bəzi türkoloqlar - tur şəkilçisinə qeyri-müəyyənlik bildirən
modal hissəcik kimi yanaşır, qrammatik göstərici kimi şəxs bil-
dirməsini inkar edirlər (121, s.274). H.Mirzəzadənin fikrincə, -
dir şəkilçisi feili cümlələrdə üçüncü şəxsin təkini bildirdiyi halda,
ismi cümlələrdə heç bir şəxslə əlaqədar olmur, bilavasitə cümlədə
verilmiş bu və ya başqa hökmün bitməsinə xidmət edir (75, s.86).
A.M.Şerbak -dur//tur şəkilçisinin həmin mənasını onun qədim
etimoloji forması (-r feli sifəti) ilə əlaqələndirir (198, s.27). Bu
208
209
( Qb.), sullaf “sakit”, muğdusa “çirkin” (Ş.), əzvay “aciz”, şətəl
“nadinc”, şəlpə ”köhməlmiş parça” (B.), kəpir ”boş”, ceydax ”çox
uzun” (Nax.), göy “xəsis”, öddəx`”qorxaq”, yasar “tənbəl”, qolay
“pis”, naçax “xəstə”, nuzul “aciz”, təşər “lovğa” (Qub.) və s.
Şivələrdə də sifətin üç dərəcəsi vardır: adi, azaltma və çoxalt-
ma. Adi dərəcə əlamətin və keyfiyyətin norma səviyyəsini bildi-
rir: saytal ”seçmə”, mayıf “şikəst” (Qub.), qəlbi, güdə, alçağ, tü-
nik «nazik» (əksər şivə), törə “qısa”, qolay “ağır, pis” (Zən.) və s.
Azaltma dərəcəsi aşağıdakı şəkilçilərlə əmələ gəlir:
Dostları ilə paylaş: |