204
205
Qədim yazılı abidələrdə - dır şəkilçisi bütün şəxslərdə qey-
də alınmışdır; məs.:
kuladurman “gülürəm”,
aladırsız “alırsınız”
(XIV əsr “Kitab ət-töhfə…) (154, s.16).
T.Hacıyev Azərbaycan ədəbi dilinin
milliyəqədərki dövrü
üçün bu cür morfoloji paralelliyi kütləvi hesab edir və bunun iki
səbəbini göstərir: “…faktların müəyyən qismi xalqın ünsiyyətinə
xidmət edən canlı Azərbaycan dilinə məxsusdur, XIII-XVI yü-
zilliklərdə yaşayan, danışan azərbaycanlıların nitqidir. Bir qismi
isə ancaq ədəbi səviyyədə işlənir, yalnız yazıda fəaliyyət göstərir;
bunlar Azərbaycan xalq dilinin yox, bütövlükdə qohum dillərin
seçi- lmələridir - türkologiyada “türki” adlanıb yazısı olan bir çox
türk dilləri üçün ümumi sayılan ədəbi dilin əlamətləridir… xalq
danışığındakından o vaxt kənara çıxılır ki, yerli variant şerin poe-
texnik ölçülərinə, məsələn, vəzn tələbinə sığışmır - məsələn, eyni
misrada həm -
dürür,
həm də - dür: hökmdürür və fərmanıdır
işlənir” (44, s.37-38).
N.A.Baskakovun fikrincə, tarixən hər üç şəxsdə
turur forması
işlənmiş (
men tuba kiji turur man, sen tuba kiji turur sın, ol tuba
kiji turur, pis tuba kiji turur bis, sler tuba kiji turur sler, olor tuba
kiji turur), sonra düşmüş və ya ixtisar şəkilləri meydana çıxmışdır
(119, s.72).
Müasir Tuva dilində turur forması düşmüş,
hər üç
şəxsdə izi qalmamışdır; məs.:
men tuba kiji men, sen tuba kiji sın,
ol tuba kiji. Müasir noqay dilində isə bütün şəxslərdə “
turur”un
ixtisar şəkli - dır öz əksini tapmışdır: məs.:
men noqaydır men//
man, sen noqaydır sen//sın, ol noqaydır (116, s.63). Bu xüsusiy-
yət türkmən dilində və şivələrində də müşahidə olunur:
alıpdı-
rın, alıpdırsın, alırdır, qelipdiris, qelipdirsiniz, qelipdirler (200,
s.371).
Beləliklə, aydın olur ki, birinci və ikinci şəxslərdə
turur və
onun müxtəlif formaları düşmüş, xəbərlik əsasən şəxs əvəzlikləri
ilə ifadə olunmuşdur. Üçüncü şəxsdə isə şəxs əvəzliyi ardıcıl iş-
lənməmiş, -
dur//tur şəkilçisi müasir türk dillərində saxlanmış və
şəxs şəkilçisi yerini tutmuşdur. O
(l) əvəzliyindən -
dır şəkilçisinə
keçidin səbəbi isə müəyyən olunmamışdır. Məsələyə aydınlıq
adamdilə, kişidilə, qo:mdilə (Təb.),
babadıla, nənədilə, əmidilə,
qoruxçudula, üzümçüdülə (Zb.) və s.
Üçüncü şəxsdə işlənən
- dır
4
şəkilçisinin mənşəyi digər şəxs-
lərin qrammatik əlamətindən fərqlənir. Alimlərin əksəriyyətinin
fikrincə, - dır
4
(şivələrdə -
dı
4
) şəkilçisi mənşə etibarı ilə
durur//
turur, - dur//tur “durmaq” feilindən törəmişdir (89, s.168; 75,
s.48; 198, s.26). Bununla bağlı türkoloji ədəbiyyatda fikir müxtə-
lifliyi vardır. N.Hacıyevaya görə,
turur forması
er//erür “olmaq”
feili sifətindən əmələ gəlmişdir (137, s.5). N.K.Dmitriyevin fi-
kirincə, -
dur şəkilçisi “tur”
köməkçi feilindən əmələ gəlmiş,
sonra ahəngin təsiri ilə digər varinatlar meydana çıxmışdır. Türk
dillərinin əksəriyyətində ilkin forma indiki-gələcək zamanda
tur
Dostları ilə paylaş: