Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə111/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   107   108   109   110   111   112   113   114   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

-cıx, -cix’, -cığ, -cig (şimal- şərq), -jıx, -jix’ (qərb)azacığ, 
körpəcig (B.), alçajıx, gödəjix’ (qərb), alçacıx, gödəcix`(Şah.), 
qaracıx, ağcıx (B.Qk.) və s.
-ımtıl şəkilçisi. Bu şəkilçi şivələrdə ədəbi dil formasındam 
başqa, -antur, -əntur, -ımtır, -ımtul, -umtul/ umtur/untur, -ümtül/ 
üntür, -ümtul, -mtul/- mtur/- ntıl/- ntır/ntur, -antı/ anti/ antu/ inti/ 
ənti variantlarında işlənməkdədir; məs.: ağımtul, ağuntul, göyüm-
tül, qaramtul, qarantur (Nax.), ağımtıl/ ağımtır/ ağumtur/ ağım-
tul/ ağuntur (Qub.), qarantı/ qaramtu, ağantı, sarantı/ sarımtı, 
qızarantı, buzanti (Dər.). Bu şəkilçinin Lerik şivəsində
- untu- va-
riantı da qeydə alınmışdır: göyuntu, ağuntu, bozuntu və s. 
-sov şəkilçisi şivələrdə müxtəlif fonetik formalarda işlənmək-
dədir. Bu şəkilçi – so:,- sov/sav/ saf/ sof/ soy/sol/ sul (Nax.), -so: 
(Ş.,Təb.), -soy (Qaz.,Tov.,Zb.), -so (B.,Cəl.), -sav (Zən.), -sav/
soy (Qub.), -ımso, -ımsul, -ımsul- ümsül (Qb.), - umsoy, -üm-
söy (Qaz.),- söy,- ımsöy,- ümsöy (Gəd.,Şş.),- ümsüx` (G.) vari-
antlarında yayılmışdır; məs.: uzunsav, dəlisav, uzunsoy, dəlisoy 
(Qub.), uzunsav/ uzunsoy, qarasov, ağımsol/ ağımsul, bozumsaf, 
bozumsof (Nax.), göyümsül (Qb.), uzunso, ağımso (əksər şivə.), 
ağumsoy, göyümsoy (Qaz.), dəlisav (Zən.), uzunsöy, qırmızımsöy, 
göyümsöy (Gəd.,Şş.), göyümsüx`(G.) və s.
- sula,- şilləx`/- şülləx` şəkilçisi. Bu şəkilçi ədəbi dildəki- sov 
şəkilçisinin sinonimidir; məs.: uzunsula, uzunşilləx`/ uzunşülləx` 
(Qub.), uzunsüllə (Şah.,Zb.), uzunşilləx`( Zən.) və s.
3) Bakı, Quba, Dərbənd və Şəki şivələrində birvariantlı -di/-y-
di/, - iydi formaları işlənməkdədir; məs.: demirçiydi, mə:limiydi, 
doxduriydi (Ş.), daşiydi, kəntiydi (Dər.), ağaşdi, cayildi, əkinçiydi 
(B.).
Bakı, Qax, Zəngilan, Ağcabədi və Qarakilsə şivələrində üçün-
cü şəxs cəmdə - lar, - lər şəkilçisi də işlənir; məs.: biçinçiiydilər, 
qoruxçuydular (Zən.), qonağıdılar, suçuydılar (Ağc.), çobandı-
lar, dossıydılar (Q.), nəniydilər, Polatıydılar (Qk.).
Feillərdən fərqli olaraq isimlərdə şəxs anlayışının inkarı “de-
yil” sözünün müxtəlif fonetik variantları ilə ifadə olunur. Şəxs 
şəkilçiləri “deyil” sözünə əlavə olunur; məs.: deyil /döyl/ dölü/ 
döyül/ dəyil /döl/ dəli/ dögi/ dögü/döyi/dör/döyir/dögil/döy/dəl/
dəl/dögür/ döyü/ döyür: kətçi döyləm, kətçi döylsən, kətçi döl 
(Zən.), adam dögil, yalançı dögü (Dər.), atıcı “keçəçi” döyəm/
atıcı döəm/ atıcı döyləm, atıcı döysən /atıcı döylsən, atıcı döy/
döyl, atıcı döyüx`/döylüx`, atıcı döysüŋüz/ döylsüŋüz, atıcı döylər 
(qərb), dülgar dərəm, dülgar dərsən, dülgar dər, dülgar dərix′, 
dülgar dərsiz, dülgar dərrər (Nax.), həkim döyül, həkim döy (Ş.), 
malavan dögürəm, malavan dögür sən, malavan dögür, malavan 
dögürük, malavan dögürsüz, malavan dögür (Muğ.).
İnkarın keçmişə aid olduğunu bildirmək üçün “deyil” sözünə 
“idi” hissəciyi əlavə olunur; məs.: uşağ dögüldim, uşağ dögül-
dün, uşağ dögüldi, uşağ dögüldığ, uşağ dögüldız, uşağ döyüldi 
(Dər.), kəççi dögürdüm, kəççi dögürdün, kəççi dögürdi (Muğ.), 
dosdu “əmi arvadı” döyüldülər (Qaz.), bənna dərdiz, bənna dəl-
di(lər) (Nax.).
Sifət 
Sifət əlamət bildirən əsas nitq hissəsidir. Şivələrdə işlənən 
sifətlər ədəbi dildən daha çox leksik cəhətdən fərqlənir. Ədəbi 
dildə işlənən sifətlərdən əlavə, şivələrdə özünəməxsus sifətlər də 
geniş yayılmışdır; məs.: zağar ”zəif”, say ”düz”, qaç “ədəbsiz” 


210
211

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin