Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə126/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   122   123   124   125   126   127   128   129   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

-yır
4
şə-
kilçisinin dəyişikliyə uğraması ilə əlaqədar olaraq indiki zaman 
şəkilçisi kimi –r formantını qəbul edir; məs.: tanıram, tanırsan 
(Nax.,Təb.), başdıram, saxlar, oxı: ram, işdi:rsən, oxu:r (İm., 
Cəl., Şam., B., Tov.), ye:rəm, ye:rsən, ye:r, işdi:r, qəyni:r (Qub.) 
və s.
-er, -or, -ör şəkilçisi Borçalı, Qazax, Karvansaray (Ayrim və 
Haqqıxlı kənd şivələri), Ağcabədi (Şərəfxanlı və Qaradolaq kənd 
şivələrində), İmişli (Təklə qrupu şivələri), Dmanisi və Amasiya 
(Balıxlı, Göllü, Ellərkənd və Quzukənd kənd şivələri) şivələrində 
geniş yayılmışdır. Qazax şivəsində saitlə bitən feillərdə bu şəkilçi
 
yer -yor,-yör şəklində işlənir; məs.: yateram, vurorsan, çüşörsn, 
oxuyor, sürüyor üşüyör (Qaz.), aler, toxor, duror, üşör (Ağc.), sə-
pe:r, görö:r, toxuyor (Ks.), danışe:rəm, utaner, görör (Dm.), ge-
der, buror, öysürör (Am.) və s. Zəngilan, Lənkəran, Urmiya, Sal-
mas və Ərdəbilin bəzi kənd şivələrində indiki zaman 
- er forması 
ilə ifadə olunur; məs.: yateram, düşerəm, qureram, oxerıx (Zən.), 
geder, baxer (U.), ater, bater (Ərd.), açer, görer, oler, girer (Lən.), 
sateram, durorsaŋ sürörsəŋ, oynorux (İm.).
Qərbi Azərbaycanın Hallavar kənd şivəsində bu şəkilçinin 
ıyo, -iyö variantı da müşahidə olunmuşdur; məs.: alıyom, alıyon, 
alıyo, gediyö və s .
-ey, -oy, -öy şəkilçisi Ərdəbil, Urmiya, Salmas, Muğan, Ordu-
bad, Astara, ayrım, Lerik və Biləsuvar şivələrində işləkdir; məs.: 
olur; məs.: allam, billəm, dolannam, dolannığ (Şam.), sallax 
(Gg.), gəlləm (G.) (84,s. 215). Təbriz şivəsində bu hadisə sonor 
samitlərlə bitən feillərdə baş verir; məs.: qallam, bülləm, dolan-
nam, aparrux və s.
Birinci şəxs təkdə -am,- əm (əksər şivə), cəmdə -ığ,- ig,-uğ,-üg 
(B.),- ıx,/ik- ux,-üx`/ük (Nax.),- ıx,-ix`,-ux,-üx`(qərb),- ux (Təb.),-
ıx,-ux (Ş.) şəkilçisi üstünlüyə malikdir; məs.: qeydirəm, qeydirig, 
uçırığ, bölürüg (B.), alıram, gedirəm, qovurux, görürüx` (Nax.), 
tapıram, çıxıram, dolanırux, bağlı:rux (Təb.), keçirəm, tapbinəm, 
keçirux, bilirıx, qoyurux (Ş.) və s. 
İkinci şəxsdə zaman şəkilçisi -ır (əksər şivə.)- ı (Təb.,Ş., 
Şr.,Ord., Qub.) şəklində, şəxs şəkilçiləri isə təkdə - san,- sən (ək-
sər şivə.), -saŋ- səŋ (qərb), cəmdə -suz,- süz (B.), -sız,-siz (Nax.),-
sı:z,- su:z (Ş.),-sıŋız,- siŋiz,-suŋuz,-süŋüz (qərb), -sız,-suz,-süz 
(Təb.) formalarında işlənir; məs: uçırsan, bölirsən, uçırsuz, bö-
lirsüz (B.), keçisən, bilisən, keçisu:z, bilisu:z (Ş.), bülüsən, bəyə-
nisən, gəlisən, alısan, axdarısız, durmusuz (Təb.), çalısan, qovu-
san, qovmusan, alısız, gedisiz (Şr.,Ord.) və s. Urmiya (Mərəndəli 
kənd şivəsi), Çənbərək (Ağbulaq kənd şivəsi), Borçalı (Araplı 
və Axlı- mahmudlu kənd şivələri) şivələrində ikinci şəxs tək-
də şəxs şəkilçisinin samiti düşür: danışıran, bıraxıran (U.), ça-
lıraŋ, alıraŋ, verirəŋ, içirəŋ (Çən.), gedirən, bilirən (Bor.) və s. 
İraq- türkman ləhcəsində ikinci şəxs şəkilçisinin –say,- səy (tək),- 
sayız,- səyiz (cəm) formaları da qeydə alınmışdır; məs.: alırsay, 
baxırsay, bilirsəy, inanırsayız, görmürsəyiz (İt.) və s. 
Türk dillərində üçüncü şəxsdə şəxs şəkilçisi işlənmir. Lakin 
Təbriz, Salmas və İraq- türkman ləhcəsində III şəxsin təkində - 
ıri forması sabitləşmişdir. Bu formanın tərkibində- i üçüncü şəxs 
təkin qrammatik əlamətidir; məs.:- Onnan so:ra cəmaət hazırrıx 
göriri bayramın olmasına;- Badamın xəzəli yaxçı də:də dəyiri, 
qoyın yeyiri, odının da yandırılla ( Təb.);-Yağış yağıri, yevdən 
damıri (İt.) və s. Türkologiyada vahid fikrə əsasən şəxs şəkilçiləri 
şəxs əvəzliklərindən törəmişdir. H.Mirzəzadəyə görə, üçüncü şəxs 
əvəzliyi 
o~u~i istiqamətində inkişaf edərək, müstəqil bir sözdən 


230
231

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin