Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə129/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   125   126   127   128   129   130   131   132   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Qeyri-qəti gələcək zaman  
Qeyri- qəti gələcək zaman şivələrdə –ar
2
şəkilçisi ilə ifadə 
olunur. Şəxslər üzrə zaman və şəxs şəkilçilərinin işlənməsində 
müxtəliflik özünü göstərir. Zaman şəkilçisi birinci və üçüncü 
şəxslərdə -ar,-ər, ikinci şəxsdə isə -a,-ə şəklində işlənir; məs.: 
baxaram, gedərsəŋ, gözdərix`, gedərsiŋiz, səpəllər (Qaz.), yığa-
san, çatasan “yüklə- yərsən”, büləsən, qazanası:z (Təb.), alaram, 
alarsan/ alarsaŋ, alar, alarıx, alarsı:z, alarlar, tanıyərəm, oxuyər-
sən (Qub.), yazər, oxiyər, baxər, toxiyər, görəsən (L.), gələsən, 
vurasan, tullaram, üx`lərəm, işdərıx, işdərsınız (Ş.), oyniyasan, 
güləsən, yazasan, içəsən (Göy.) və s.
R,n,l səsləri ilə bitən feillərdə qeyri-qəti gələcək zaman şəkil-
çiləri I şəxsdə assimilyasiya nəticəsində -nam
2
, -nığ, -nig, -lam
2

Bu şəkilçinin II şəxsdə Naxçıvan, Ordubad, Göyçay, Laçın və 
Ağcabədi (Əfşar və Zəkərəyli) şivələrində –as, -əs, Qazax şivə-
sində isə -aş, -əş formalarına təsadüf edilir; məs.: tutassan, tuta-
assız (Nax.), oxuyassan, sürüyəssən (Ağc.), gedəşşən, gedəşşiniz 
(Qaz.) və s.
Qazax (Aşıqlı), Borçalı (Lejbədin), Şəmkir (Çaparlı), Cəb-
rayıl (Soltanlı), Gədəbəy (İsalı), Daşkəsən (Almalı), Göygöl 
(Qızılca), Böyük Qarakilsə (Dəstəgird) şivələrində ikinci şəxs-
də qəti gələcək zaman şəkilçisinin –aş,- əş,-yaş,-yəş, Tovuz ra-
yonunun Düz Qırıxlı və Qovlar kənd şivələrində dördvariantlı 
-ış/-yış Xatınlı kənd şivəsində -aş,- eş,-oş,-öş variantları yayıl-
mışdır. M.Şirəliyevə görə, bu forma dissimilyasiyanın təsiri ilə 
c qovuşuq səsinin nəticəsi kimi meydana gəlmişdir. Həmin kənd 
şivələrində -şaŋ,- şəŋ,- şıŋız, -şiŋiz,- şuŋuz,- şüŋüz (Düz Qırıx-
lı və Xatınlı kənd şivələri),- daŋ,- dəŋ,- dıŋız,- diŋiz,- duŋuz,- 
ŋüz (Tovuzun Qovlar və Böyük Qarakilsənin Dəstəgird 
kənd şivələri) şəxs şəkilçiləri işlənməkdədir; məs.: qalaşşaŋ
gedəşşəŋ, də:şşiŋiz (Bor.), qalışşaŋ, gəlişşəŋ, oxuyuşşuŋuz, üz-
düyüşşüŋüz, alaşşaŋ, uçuroşşuŋuz, düzöşşüŋüz, qalaşdaŋ, üfü-
rüşdəŋ, qalaşdıŋız, üfürüşdüŋüz (Tov.), baxaşdan, gedəşdən, 
gözdüyəşdən (B.Qk.) və s. Göygöl (Əli Bayramlı kənd şivəsi) 
şivəsində ikinci şəxsdə -aş,-əş şəkilçisinin -eyış,- eyiş,- yeş fo-
netik variantları və -şaŋ,- şəŋ (tək),-şıŋız,-şiŋiz (cəm) şəxs şəkil-
çiləri, Laçın (Əhmədli kənd şivəsi) şivəsində üçüncü şəxsdə -eiş 
variantı işlənir; məs.:aleyışşan, gəleyişşən, aleyışşınız (Gg.), 
aleiş, oleiş (Laç.) (84,s.243). Dmanisi şivəsində zaman şəkilçisi 
-aj,- əj şəklində ş variantlı şəxs şəkilçisi ilə işlənir; məs.: oturaj-
şaŋ, oturajşıŋız, biləjşəŋ, biləjşiŋiz və s. 
Qazax, Şəki, Gəncə, Gədəbəy və İrəvan şivələrində qəti gələ-
cək zaman -ası, -əsi, Cəbrayıl və Göyçayın bəzi kənd şivələrin-
də –ey, Zərdab (Əlvənd, Aşağı Seyidlər, Şəftəxal kənd şivələri) 
şivəsində -ay,- ey,-iy  formaları ilə ifadə olunur; məs.: Hamı səni 
qınıyasıdı (Tov.);- Bunun da səbəbini aşağıda diyəsiyəm (İr.);- 
Gələyəm siyə buları siyə kim deyub öyrənəyəm (Zər.) və s.


234
235
vələrində I şəxsin inkarında –man, -mən forması işlənir; məs.:-
yazmanam, gedmənəm, yazmanuğ, gedmənüg (B.), bax- manam, 
gəlmənuğ (Qb.), qavmanam, doğramanam, getmənıx (Ord.), qoy-
manam, getmənəm, almanıx (U.), oxumanam, bölmənəm, tutma-
nıx (Ş.) və s.
Bu şəkilçinin tarixi qədimdir. –manam
2
şəkilçisinin ilkin for-
ması olan -man
2
şəkilçisi XVIII yüzilə qədər Azərbaycan dilində 
fəal işlənmişdir; məs.: Bilmən neçün mənim qanimi asiman içər 
(Saib Təbrizi); Məni görgəc bilmən neşün yaşinur (Vaqif) və s. 
XIV-XIX yüzilliklər Azərbaycan ədəbi dilində həm indiki, həm 
də qeyri-qəti gələcək zamanın inkarını bildirmək üçün işlənmiş-
dir; məs.: Müşk iyləmənəm üzü qaradır, Gül dəstələmən üzü para-
dır (indiki zaman, Xətai); Dərd ilə əgər yüz il ölürsən, Bir bus ilə 
qılmanam səni hey (qeyri-qəti gələcək zaman. Xətai) və s.
Quba (Zizik kənd şivəsi) və Şərur şivələrində qeyri- qəti 
gələcək zamanın inkarında birinci şəxs cəmdə r ünsürü z ünsü-
rü (-maz,- məz) ilə əvəzlənir; məs.:- Pulumuz çatmasa, partal ala 
bilməzuğ (Qb.), bilməzəm, qoymazam, bilməzix`, qoymazıx (Şr.) 
və s.
-man
2
və manam
2
şəkilçilərinə türk və türkmən dillərinin dia-
lektlərində də sabitləşmişdir..
Ədəbi dildə ikinci şəxsdə qeyri- qəti gələcək zamanın inkarı 
-maz,- məz forması ilə ifadə olunur. Lakin şivələrin əksəriyyə-
tində, o cümlədən də Quba, Şamaxı, Ordu- bad, Şəki, Sabirabad, 
Ağsu, Lənkəran, Zaqatala, Gədəbəy, Qubadlı, Dmanisi və bəzi 
keçid şivələrində qeyri-qəti gələcək zamanın II və III şəxslərində 
-mar
2
şəkilçisi geniş yayılmışdır; məs.: yazmarsan, yazmar (Qb.), 
gəlmərsən, gəlmərsiz (Ord.), puz- marsan, götümərsən, bilmər-
sən, puzmarsız (Ş.), qalmarsaŋ, bilmərsəŋ, getmərsıŋız (Qub.), 
baxmarsan, oynamarsan, baxmarsız (Göy.), danışmarsaŋ, danış-
marsız (Dm.)
Bəzi şivələrdə 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin