Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə130/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   126   127   128   129   130   131   132   133   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

z ünsürü s səsi ilə əvəzlənir: qaçmassan, get-
məssən, dorğamassız, itiləməssiz (Səd.), deməssən, usdamassınız 
(Qaz.,Bor.) və s.
-lıx, -rux formalarında özünü gös- tərir; məs.: öyrənnəm, öyrən-
nig, qallam, allam, gətirrəm, durrux (əksər şivə.) və s.
Urmiya ( Balanus və Per kənd şivələrində) və Borçalı (Aşa-
ğı Saral kənd şivəsi) şivələrində II şəxsdə şəxs əlamətinin samiti 
düşür; məs.: gedərən, baxaran (U.), alaraŋ, gələriŋiz (Bor.) və s.
Qaxın İlisu kənd şivəsində qeyri-qəti gələcək zaman feillə-
ri təsrif olunarkən şəxs şəkilçiləri işlənmir; məs.: men bilər, sen 
bilər, ho bilər və s.

4
şəkilçisi Təbriz, Göyçay, Çənbərək, Karvansaray, Zəngi-
lan, İmişli və Cəbrayılın bəzi kənd şivələrində qeyri-qəti gələ-
cək anlayışı da ifadə edir; məs.:- Diyan, indi Səfər gəli gedərıx 
(Təb.);- Axşam dayıngilə getsəm, sən də gəlisən (Cəb.);- Qardəş 
gələn yollərə bacilər qurban olu (L.);- Bağa baxarsan bağ olu
baxmassaŋ dağ olu (Çən.);- Çox yuxarı çıxma, yıxılısan (Zən.), 
İssəsən dağı yerinnən qoparısan (İm.) və s.
Qeyri-qəti gələcək zamanın inkarı şivələrdə müxtəlif forma-
larla əmələ gəlir. Şivələrin əksəriyyətində birinci şəxsdə qeyri- 
qəti gələcək zamanın inkarında ədəbi dildə olduğu kimi -mar,- 
mər forması işlənir; məs.: qurmaram, biçmərəm, qurmarig, 
biçmərig (D.), almaram, gəlmərəm, gəlmərıx (Ord.), bülmərəm, 
götürmərəm, qo:za- maram (Təb.), oximərəm, yazmərəm, yazmə-
ruğ (L.), almaram, keçmərəm, qocal- maram (İt.) və s.
Təbriz, Çənbərək (Ağbulaq kənd şivəsi) şivələrində və İraq- 
türkman ləhcəsində birinci şəxs təkdə bu şəkilçinin ixtisar forma-
sı –mam,- məm geniş yayılmışdır; məs.: almam, aşmam, işməm, 
dözməm, verməm (Təb.), qorxmam, gülməm, istə- məm (İt.) və s. 
Bu şəkilçinin işlənməsi dilimizin qədim dövrləri ilə bağlıdır. Buna 
yazılı abidələrdə də rast gəlmək mümkündür; məs.: Ata məni, ana 
məni, Qoymam intizarə mən də (Məhəmməd); - Sənə Vaqif kimi 
dərd bilən gərək, Layiq görməm hər nadanı sənə (Vaqif); Mən 
ayrılmam ölərsəm öz balamdan, Nə mümkün ayrıla bir cism can-
dan? (Fədai) və s. 
Bakı, Quba, Şamaxı, Naxçıvan, Ordubad, Şəki, Zaqatala, Qax, 
Muğan, Urmiya (Türkmən, Göytəpə, Çonqaralı kənd şivələri) şi-


236
237
-u(-yu),-ö(-yö),-ü(-yü), Cəbrayıl şivəsində –e(ye), -ı(-yı),-i(-yi),-
u(yu),-ü(-yü) formalarına təsadüf olunur; məs.:dareydım, göröy-
dün/görüydün, oxuyoydunuz (Qaz.), çatıydım, biçiydin, quruy-
dux, görüyduz (Cəb.) və s.
Arzu şəklinin rəvayəti imiş köməkçi feilinin vasitəsilə əmələ 
gəlir və -ymış,- ymiş,- ymuş,- ymüş şəklində sözə bitişik işlənir. 
Lakin qərb ləhcəsində fərqli şəkil- dədir; məs.: qaçeymışam, tü-
şöymüşüx′, qüroymuşsunuz (Qaz.) və s.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin