Azerbacan dialektologiyasi-2019. indd


Talış dilindən keçən sözlər



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə182/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   178   179   180   181   182   183   184   185   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Talış dilindən keçən sözlər:Azərbaycan dilinin cənub-qərb 
şivələrində (Lənkəran, Astara, Masallı, Lerik,Yardımlı) talış di-
linin təsiri daha çox lüğət tərkibində özünü büruzə verir; məs.: 
qandımə ”itdirsəyi”, kil ”küt”, qədə ”kiçik”, ker ”daş”, çülə ”çöp”, 
kijə ”quş”, çərgül ”yaylıq”, pilək ”düymə” və s.
Tat dilindən keçən sözlər. Bakı, Abşeron, İsmayıllı və Dər-
bənd şivələrində məhdud dairədə tat mənşəli sözlərə də rast 
gəlinir; məs.: əng ”arı”, qağla ”gil qab”, kələ “yekəpər adam”, 
nüməxart ”alaçıy, nimdaş”, vəlvələguş ”yekəqulaq adam” (Ab.), 
rişbaba ”üzüm adı”, dambıl ”gavalı”, cacu ”kirpi”, kələ ”böyük”, 
danku ”hədik”, tov ”baca”, dirix` ” çarıq”, xürş ”ağız” (Dər.) və s.
Qabaq sözü ədəbi dildə “qarşı” mənasında işlənir. Dərbənd 
şivəsində isə “alın” mənası ifadə edir. Məsələn: Üzünü anasının 
qabağına dayayanda tanıyadı (17, 334)
Qabırğa sözü ədəbi dildə “insanın və heyvanın bədən üzvü-
nün adı” mənasında işlənir. Bu söz həmin mənadan əlavə, Cəbra-
yıl şivəsində “arabanın hissəsi”, Qax və Ucar şivələrində “kirəmit 
düzmək üçün evin üstünə üfüqi qoyulan ağac” mənala- rında sa-
bitləşmişdir (ADDL,272).
Qapı sözü ədəbi dildə “həyətin və ya evin giriş- çıxış yeri” 
mənası ifadə edir. Bu söz ədəbi dildəki mənasından əlavə, Ucar 
və Yevlax şivələrində “həyət”, Ordubad şivəsində “üstüaçıq ey-
van” mənasında da yayılmışdır (ADDL, 278).
Qaş sözü ədəbi dildə əsasən “ insanın gözünün üstündəki tük” 
mənasında işlənir. Qarakilsə şivəsində “yəhərin dalında və qaba-
ğında olan dik, çıxıq”, Zərdab şivəsin də isə “evin çardağında ma-
ili düzülmüş ağaclar” mənaları da bildirir (ADDL, 285).
Qayçi sözü ədəbi dildə “alət adı” kimi işlənir. Şəki şivəsində 
həmin məna ilə yanaşı, “evin çardağında bir- birinə çarpaz bərki-
dilmiş ağaclar” mənası da bildirir (61,s. 238).
Qulaq sözü ədəbi dildə “insanın və heyvanın bədən üzvü-
nün adı” mənasını daşıyır. Dialektlərdə həmin məna saxlanmaqla 
fərqli mənalar ifadə edir: araba oxunun ucu (Dər., Qb.), istiqamət 
(Ağc., Gr., Qaz.), cəftə (Tov.), cəhrənin bir hissəsi (Cəb., G., Ş.) 
(ADDL, 313)
Qələm sözünün ədəbi dildəki mənalarından başqa, Kürdəmir 
və Naxçıvan şivələrində “növ”, Culfa şivəsində “ daşyonan alət”, 
Salyan şivəsində “dəst” mənaları da yayılmışdır (ADDL, 291) 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin