ho//hu, honnar, habu, habelə işarə əvəzliklərinin işlənməsi.
16) Nəqli keçmiş zamanın III şəxsində
-ıtdı, -itdi şəkilçilərinin
işlənməsi: yazıtdı, gəlitdi. 17) İndiki zamanda durur köməkçi feili ilə düzələn formanın
işlənməsi: Baxa durur, gələ durur. 18) İndiki zamanda
-ıy, -iy, -uy, -üy şəkilçilərinin işlənməsi:
alıy, gəliy. 19) Təyini söz birləşmələrinin ikinci tərəfinin bəzən mənsubiy-
yət şəkilçisiz işlənməsi: baş ağrı, meniŋ qız. 20) Leksik tərkibdə tabun “tayfa”, çəmirə “duman”, palankeş “aşsüzən” və s. spesifik sözlərlə yanaşı, qərb şivələri üçün
səciyyəvi olan mama “bibi”, balatı “xəmir mayası”, böl- mə “nəlbəki”; cənub şivələrinə uyğun olan
əmə “bibi”, zirə “nəlbəki”, qıtmır “xəssis” və s. sözlər də işlənir.
Kür çayından şimalda Ağdaş, Göyçay, Ucar, Zərdab rayonla-
rının ərazisində, cənub- şərqdə Cəlilabad, Biləsuvar rayonlarının
ərazisində, nisbətən cənub- qərbdə Araz çayından şimalda Cəb-
rayıl, Zəngilan, Qubadlı rayonlarının ərazilərində əsas ləhcələr
arasındakı keçid (aralıq) şivələr yerləşir ( 40,s. 277-278).
Keçid şivələr. Azərbaycan dilində keçid şivələrin mövcud-
luğunu ilk dəfə R.Rüstəmov müəyyənləşdirmişdir. O, dialekt-
lərin şərq, şimal və qərb qrupları arasında Ağdaş və Göyçay
şivələrinin keçid xarakterli olması qənaətinə gəlir. Bu prob-
lem tədqiqatçıların diqqətini cəlb etmiş, A.Vəliyev, T.Hacıyev
və S.Behbudov və b. keçid şivələri araşdırmışlar. M.Şirəliyev
Azərbaycan dilində üç keçid şivə göstərir: Ağdaş, Göyçay, Cəb-
rayıl keçid şivələri. Əgər dildə müxtəlif ləhcələr şivə qrupları
mövcuddursa, onda əsas ləhcələr arasında keçid (aralıq) şivələr
zolağı yerləşməlidir və bu zona heç də 3-4 rayonun ərazisini de-
yil, əsas ləhcələrin və müxtəlif şivə qruplarının sərhədində olan
ərazini əhatə etməlidir. Bundan başqa, keçid şivələrin yayıldığı
zona müasir inzibati bölgülərlə uyğun gəlməyə bilər. A.Vəliye-
vin tədqiqatına görə, Ağdaş keçid şivələri Ağdaş rayonundan
10)