Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə42/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   38   39   40   41   42   43   44   45   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

sözün əvvəlində
əv, əvlənməx’, əşq (Nax.,Ord.), ən, ərkeg (B.), əyni, əllər “ellər”, 
əniş, ərkəc (İt.); 
sözün ortasındasəvgi, həylə, pəndir, vərməx`, 
çəvirməx`, dəyil, həybə (Nax., Ord.), bətər, dəgil, həyvan, həsab, 
bələ, gəri (İt.), bəyin, yətim, ləş, kəçəl, bələ, dəyir (Təb.) və s.
dümdüx`, döyür, sövürdü (Təb.), şəkül, bülür, çəküş, büldür, nü-
şar (Nax.), büz, ərüg, əzgül, dəbrüş, çəltüg, təmüz, yeşüg, təndür, 
dəmür, çəpüş, nərdüvan (Dər.), müşar, bübar, çarçüvə, pülləkan 
(Qaz.), kəsük, çətün, kəklük, küçük “kiçik”, təndür, tələsük, şən-
nük (İt.), bübü, şümşəx`(Dm.), püşüq, cüv “cib” (Zaq., Q.); 
sözün 
sonundadelü, xeylü, zəngü “üzəngi” (Dər.), büvü (Qaz.) və s.
Açıq saitlərin qapalı saitlərə keçidii: 
a>ı keçidi əsasən qərb ləhcəsinə xas xüsusiyyətdir. Lakin bu 
hadisə şimal- şərq və cənub şivələrində də müxtəlif kəmiyyətdə 
fərqləndirici xüsusiyyət kimi çixiş edir; məs.: manıt, sımavar, cıy-
nax, bağırsıx, yıvan, yarıtmax, yıxa, mığmığı, baltıya, haravıya, 
babıya (Qaz., Qar.,Çən.), dağı “daha”, saxsığan (Dər.), sırmaşıx, 
yıxa, oynıyır, başlıyır, saxlıyır (Nax.) və s. 
a>e keçidi şimal-şərq ləhcəsində y səsinin təsiri ilə meyda-
na çıxır. Digər şivələrdə məhdud arealda yayılmışdır;məs.: qeyiş, 
qeysi, qeymağ, qeyin, qeynata, qeynana, qeyqənağ, qeyid, qeytər, 
yeylağ, eyran (B.,Qb.), qeytan, qeynəmax, qeymax (Təb.), çey, 
beyax, yeymə, çeylax (Ş.), beyram (Dər.), eyğır, eyran, beyrağ, 
yeylağ (İm.) və s.
Bu səs keçidi bəzi türk dillərində də yayılmışdır; məs.: elma, 
elmas (türk), ərex “araq”, amme “ata”(çuvaş), yeşil, belik “balıq” 
(uyğur), qemmeş< qameş “camış”, pelex/belax< palax “bəla, za-
val” (qaraçay- balkar) və s.
ə>i keçidi əksər şivələrdə özünü göstərir; məs.: zincir, şikil, səv-
zi, şinnix`, yihər, meşiyə (Nax.,Ord.), ikiz, dirinnig, hiyət, şikər, imi 
“əmi”, cisəd, siyahət, qəhriman, nani “nanə”, dişərgi “düşərgə”, 
pəhlivan (Dər.), incil, işkil “şəkil”, yihər, ləmpiyə (Qaz.), zinzilə 
“zəlzələ”, sitəlcəm, bino:şə, şikil, xiyal (Ş.), ginə, şəbəki, digirman, 
çigirtgə, həyit, şəmmi “şəmbə”. işdiyir (Qb.) və s. 
Bu səs keçidi qıpçaq qrupu türk dillərində geniş yayılmışdır; 
məs.: kipək, tirən “dərin”, kinəşmə, kim, şikər (tatar), it “ət”, kil 
“gəl”, kit “get”, ir “ər” (başqırd) və s. 
ə>e keçidi şimal-şərq ləhcəsində və şimal-qərb şivələrində sö-
zün əvvəlində və ortasında yayılmışdır: 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin