ц – dilönü, qovuşuq kar səs olub, t və s səslərinin qovuşuğu-
dur. Dilimizin Ordubad ( Aza, Vələvir, Kələki, Sabir kənd şivələ-
ri), Şahbuz (Keçəli kənd şivəsi), Təbriz, Cəbrayıl (Sirik kənd şirə-
si), Qarakilsə, Zəngibasar və ayrım şivələrində ən çox söz əvvəli,
qismən söz ortası mövqelərində ədəbi dildəki ç samitinin yerinə
ц səsi işlənir: цay, цox, цöp, цırax, цəltix`, цəmənnix`, цimməx`
(Ord., Şah.), цiцəx`, цimən, цala, цilo “çilov”, цay, цarx (Təb.),
цöx`, цəx`”çəkmək”, цor “kor”, цarıx “karıxmaq”, цarıx, цörə
'x
72
73
(Qaraqalpaq), tav “dağ”, taş, til, tiş, tiz (qumuq və noqay), tinqez
“dəniz”, taru “dərman” (tatar) və s.
t>d keçidi Qazax şivəsində bir neçə sözdə qeyd alınmışdır:
dər>tər, düşdü (Qaz.), dutmax (Təb.), dərbənməx` (Nax.), dütqün
(Bor.), dıncıxmax, dumurcux (Çən.) və s.
k>ç keçidi daha çox Naxçıvan qrupu şivələrinə xasdır. Bu səs
keçidinə Qazax və Zəngilan (Havalı və Göyəli kəndləri) şivələ-
rində də rast gəlinmişdir; məs.: çəçic, çüçə, çömək, çöhnə, çənd,
çəşməx` “keçmək”, çömək, çorpü, çönəx`, çeçi, çöhnə (Nax.),
çeşdi, çüləx`, çeçən, çüçə (Qaz.), çət, çilo, çörpü, çorrux,çim,
çöhnə, (Zən.) və s.
g>c keçidi Naxçıvan qrupu şivələrinin fərqləndirici xüsusiy-
yətidir. Hu səs keçidi Qazax və Zəngilanın (Havalı və Göyəli
kəndləri ) şivələrində də qeydə alınmışdır; məs.: cöy, cet, cülmax,
cilas, cavalı, cöstərməx` (Nax.), cün, cümüş, cilənar, cüllə (Qaz.),
cəlin, cözəl, cün, cüllə (Zən.) və s.
k>g keçidi cənub şivələri üçün xarakterikdir: geçi, geçmiş,
geşdi, gobud (Nax.), gö:l “könül”, gərdi, gərmə, geçək (Təb.),
geçəl, gişi, geç (İt.) və s.
g>q keçidi Zaqatala, Qax, Dərbənd və ayrım şivələrində ya-
yılmışdır: qün, qördi, qözüm, qözəl (Ay.), qavalı, qet, qıya “guya”,
qür “gör”, qurultu, qüman (Dər.), qəlin, qözəl, qünorta, qor “gör”
(İt.) və s.
Dostları ilə paylaş: |