182
183
Bu cür mürəkkəb isimlər ara-sıra yazı dilinə də keçmişdir;
məs.:
Gərçi aşiqəm, rindü müflisəm
Boşdu kisəmiz
ağça-maqçadan (Nəbati, s.54)
H.Mirzəzadə bu qəbildən olan qoşa sözlərin işlənməsini belə
mənalandırır: “Təxminən bütün türk dillərinə xas olan bu xüsu-
siyyət (qoşa sözlər nəzərdə tutulur - M.M.) Azərbaycan dilində də
özünü göstərmişdir. Əşyaya olan ikrah münasibəti, qeyri-müəy-
yən kəmiyyət və yaxud əsas sözü mənaca genişlənməsini göstər-
mək üçün hər hansı bir ismin birinci hecasının saitinə qədər olan
hissəsi alınıb,
m samiti əlavə edilir və əsas sözün özünə artırılaraq
birlikdə işlənir (75,s.71-72). Bütün isimlər kəmiyyət anlayışına
malikdir. Bəzi isimlər qrammatik cəhətdən tək formada olsalar
da, məzmunca cəm kimi dərk edilir. Belə isimlərin kəmiyyətini
müəyyənləşdirmək çətindir.
“Üzüm, tut, alma, gül, balıq, daş və s.
bu kimi sözlər həm bütövü, həm də onu təmsil edən bütövün ay-
rı-ayrı vahidini bildirir” (52, s.45). Azərbaycan ədəbi dilində belə
isimlər çoxluq ifadə edərkən -
lar, - lər şəkilçisini qəbul edir, şi-
vələrdə isə qeyri-müəyyən kəmiyyəti və topluluğu bildirmək üçün
sözlərin dəyişilmiş şəkildə təkrarından istifadə olunur. Məsələn:
tut-mut, odun-modun, ət-mət, üzüm-müzüm, düyü-müyü dedikdə,
adı çəkilən əşya ilə həmin növdən olan digər əşyaların çoxluğu
nəzərdə tutulur. M.Novruzovun son qənaətinə görə, belə sintaktik
bütövlərdə ikinci komponentlərin mənası olmadığına görə, top-
luluq semantikası meydana çıxaran -
m ünsürü hesab oluna bilər
(79, s.247). Bu tipli leksik təkrarlara “Falnamə” əsərində də rast
gəlinmişdir; məs.:
enke-menke “ova mova”,
enin-menin “ovu-
nu-movunu” (79, s.34).
3) Birinci tərəfi semantik mənaya malik olmayan birləşmələr.
Belə birləşmələrin birinci tərəfi sözün ilk hecası və hissə-
sindən ibarət olur və ya onların üzərinə
r,l səsləri əlavə edi-
lir. çıl-çırpı, çal-çəpər, mer-meyvə, pal-paltar, çul-çuxana//
çulçuxa, zir-zibil//zır-zivil, dər-dəmir, bər-bəzək, dər-divar,
yar-yoldaş, sür-sümük, yer-yemiş, “qovun” və s. Burada
l
aparmağa paldan-paltardan, sənnən ikimin,
yağ beş pıd istəyirəm
(Muğ.); - So:pa üssünə
ağaş iki dənə qoyrux (Nax.); - Toyda ki
davar aparılla
beş dənə, on dənə, düə aparılla tay orda işki-mişki
o vəxlər olmazdı (Təb.) və s.
Konkret miqdar sayları ilə isimlərin sırasının dəyişməsi türk
dilləri üçün xarakterik sayılmasa da, bəzən əşyaları qabarıq şəkil-
də nəzərə çatdırmaq üçün isimlər önə çəkilmişdir. Bu cür hallar-
la Orxon-Yenisey abidələrində də rastlaşırıq; məs.: -
Ağılım on,
yılkım sansız erti; - İnim
yiti, urım üç
, kızım üç erti “On ağılım,
saysız-hesabsız ilxım var idi. Yeddi kiçik qardaşım, üç oğlum,
üç qızım var idi (Süci abidəsi, 5-6-cı sətirlər); -
Yaşım yeti yetmiş
azıdım “Altmış yeddi yaşımda gözümü yumdum (Berqe abidəsi,
arxa tərəf, 6-cı sətir)
Şivələrdə sözlərin reduplikasiyası vasitəsilə topluluq anlayı-
şı ifadə olunur. Qoşa sözlər müxtəlif yollarla əmələ gəlir. Onları
aşağıdakı şəkildə qruplaşdırmaq mümkündür:
1) Eyni sözün təkrarı ilə əmələ gələnlər:
kənd-kənd, oba-o-
ba, qapı-qapı (gəzdim),
ev-ev, maşın-maşın, yük-yük, san-
dığ-sandığ, daş-daş, cərgə-gərcə, cələf-cələf (Tov.)
“sü-
rü-sürü”,
dıvır-dıvır “təpə-təpə” (Şəm.)
və s. Nümunələr:
Soğanı
baş-baş çıxararux (Ağs.); - Ambardan taxılı
ma-
şın-maşın aparırdılar (Qəb.); - Mitili
yük-yük yığasan gərəg
(Mər.);
- Sandığ-sandığ cehiz gətirirdi qızlar oğlan öyünə
(Muğ.) və s.
2) Təkrar olunan sözün ikinci tərəfinə
m ünsürünün əlavə olun-
ması
ilə əmələ gələnlər; saitlə başlanan sözlərə
m ünsürü
əlavə olunur, samitlə başlanan sözlərdə ilk samit
m səsi
ilə
əvəzlənir; məs.: şor
-mor, ət
-mət, qoyun-mo- yun, kəl-
məl, ot-mot, odun-modun, əkin
-məkin, palçıq-malçıq, qas-
dun-mas- dun, patınqa-matınqa, cin-min, şeytan
-meytan, it-
mit, qazan-mazan, süd-müd və s.
Belə birləşmələrdə hər iki
tərəf eyni zamanda şəkilçi qəbul edir; məs.:
itdən-mitdən,
şordan
-mordan, palçığı-malçığı, əkinimiz
-məkinimiz.
184
185
(G.) “tez-tez sürüdən qaçan heyvan” , çaxçax (Zər., Ş., Bl., Qaz.,
Tov., Dm.) “taxtadan hazırlanmış hasar əvəzi”,
qıxmıx (Ş., O.,
Qaz., Tov.) “taxtanın xırda parçaları” (ADDL, 1964, s.143),
cığ-
cığa (Cul., G., Şr.) “bəzək şeyləri”.
Şivələrdə çoxluq bildirən vasitələrdən biri də
hamı (əksər şi-
vələr)//
elcari (A.) sözüdür. Fikrin ifadə olunmasında -
lar, - lər şə-
kilçisini əvəz edir; məs.: - Uşağ
hamısı gülüşdü (Qb.); - Bizim kən-
din
elcarı belə danışır (A.); - Kənt
hammısı tökülüp gəldi (Zaq.).
Dostları ilə paylaş: