Leksik üsul. Qədimdə-şəkilçilərin formalaşmadığı dövrdə ib-
tidai insanlar kəmiyyət anlayışını sözlərlə ifadə etmişlər. Müasir
türk dillərində kəmiyyətin morfoloji ifadə vasitələri geniş yayılsa
da, qədim dövrlərdə leksik yolla ifadəsi intensiv olmuşdur. -lar- lər şəkilçisi formalaşdıqdan sonra leksik üsulun əhatə dairəsi
məhdudlaşmışdır.
Kəmiyyət anlayışının leksik üsulla ifadəsi dedikdə, əsasən
saylar nəzərdə tutulur.Halbuki şivələrdə toplu əşyaları ifadə edən
xeyli miqdarda söz vardır:
İrəmə - Qazax və Tovuz şivələrində “dərə-təpə” mənasında
işlənir; məs.: - Ə:, niyə qırersan, bu heyvanı bu irəmədə, bir az
o yannara aparsaŋ otduya (ADDL, 1964, s.236). Sözün birinci
hissəsi i:rə şəklində uyğur abidələrində “daş” mənası ifadə edir
(QTL, s.48). M.Kaşğari bu sözün ir kökünün “dağın gün düşən
hissəsi” mənasını daşıdığını qeyd edir (MK, I c., s.464). İrəmə
sözünün birinci mənası onun müasir mənası ilə uyğundur.
Elcarı. Ağsu şivəsində “hamı” mənası ifadə edir; məs.: - Qo-
yunun elcarı bırda yatır günorta; - Bosdanın elcarın ot-ələf basıb.
Bu söz mürəkkəb quru- luşludur; el və car//çar tərkib hissələrin-
dən ibarətdir. Çar sözü M.Kaşğarinin lüğətində “ailə” mənasında
işlənmişdir (MK, II c., s.236). Beləliklə, elcarı sözü topluluq bil-
dirən iki sözün birləşməsindən əmələ gəlmişdir.
ova. Qazax şivəsində “tayfa, nəsil” mənası bildirir: Ova ova-
nın itiyini bayatıynan gəzər (ADDL., 1964, s.344). M.Kaşğari
“tayfa, nəsil” mənasında oba sözünün oğuz dilinə məxsus oldu-
ğunu göstərir (MK, I c., s.86).
və r ünsürləri toplu - çoxluğun göstəricisi kimi təzahür edir.
4) Birləşmənin ikinci tərəfi birinci tərəfin fonetik cəhətdən
dəyişmiş, heç bir mənası olmayan formasından ibarət olur:
dana-düna, ağac-uğac, kol-kos, kətdi-kütdi, ala-ula “alaq
otları”, yük-yap, cayıl-cuyul, qeyiş-qüyüş, avara-uvara, kələ-külə “çınqıllıq” (Nax.), alğay-salğay (Dəv.) - qohumlar
və s. Bu cür formalar nitq prosesinin intensivliyini artırır.
Fikri tam və tez çatdırmaq üçün bütün əşyalar təfərrüatı ilə
sadalanmır, qoşa sözlərlə həmcins əşyalar ümumiləşdirilmiş
şəkildə bildirilir.
5) Sinonim sözlər topluluq məzmunlu ismi birləşmələr əmələ
gətirir: dova-dərman/ dava-dərman, künc-bucağ/ künc-bu-
cax/ künj-bujax, dost-yoldaş (89, s.136), daş-qaş, dəlik-de- şik, qol-budaq, çala-çuxur, dədə-baba və s.
6) Yaxın və antonim mənalı sözlərdən ibarət olan birləşmələr:
qohum-qərdaş/qohum-qardaş, daş-qum, dağ-dərə, qap-ba- ca, qız-gəlin, taxda-tabağ “rəflər”, dam-daş “ev əşyala-
rı”, dam-divar, qoyun-quzu, qazan-qablama, tay-tuş, yor- ğan-döşək, toyux-cücə, əl-əyağ//əl-ayax (Uşaxlar yaxçı
əl-əyax verdilər “çox işlədilər”) və s.
Qoşa sözlər qədimdən topluluq bildirmişdir. Hətta onların ta-
rixi o qədər qədimdir ki, kəmiyyətin ilkin forması hesab etmək
olar. Şumercədə də ismin cəmini əmələ gətirmək üçün sözün tam
və qismən təkrarından istifadə olunmuşdur; məs.: udu-udu “qo-
yunlar” (46, s.27). Bu hadisə Orxon-Yenisey abidələrində, Şərqi
Türküstan mətnlərində, M.Kaşğarinin lüğətində və b. qədim yazı-
lı abidələrdə də mövcuddur (73, s.33-34; 195, s.103-104). Toplu
semantikalı qoşa sözlərin xalq danışıq dilində intensivliyini “Ki-
tabi-Dədə Qorqud” abidəsindən görmək olar: qul-qaravaş, al- tun-aqça, sığın-keylk, ata-ana, ana-baba, qul-xəlayiq, qatar-qa- tar, tavla-tivla, qatır-bəsərək, puta-buta “nişan, hədəf” və s.
Qoşa sözlər müasir dövrdə söz yaradıcılığının bir vasitəsinə
çevrilmişdir. Onların köməyi ilə yaranan yeni leksik vahidlər öz
əvvəlki topluluq mənasını qismən də olsa, saxlayır; məs.: teytey,
186
187
səçmə (Ord.) - odun əvəzinə işlənən təzək xırdaları; düzmə (Qb.)
- ipə düzülmüş qaxlar; basma (Şəm.) - kömür yandırmaq üçün
odun qalağı, karvanyolu (Qaz.) - ulduzlar topası; çoxnax (G.) -
canavar sürüsü; dənətüşmə (G., Tov., Ağs.) - çoxlu sün- bül və s.
Şivələrdə bəzi sözlər - lar,-lər şəkilçisinin əvəzləyicisi kimi
çıxış edir: molla tayfası - mollalar (Dedi: molla tayfası axmax olar,
yola nərdivan olmaz) (Muğ.); naxırçı tayfası - naxırçılar (Naxırçı tayfası həmmişə çöldə - biyabanda olur) (Kr.); - Qız tayfasını gözi
götirməzdi (B.); sürmə (G.) - quş dəstəsi (Sığırçının sürməsinə bir bax); kəmə (Qb.) -sünbül dəstəsi (Kəməni quyun yədi); dürgə (Şam.) - kəlağayı dəstəsi (Ay uşağ, dürgəni gəti) və s.
Qədim yazılı abidələrdə də ayrı-ayrı sözlər əşyaların toplu-
luğunu bildirmişdir; məs.: alığ “çox, xeyli”, alku “hamı”, bod “qəbilə”, bodun “xalq”, yont “ilxı”, kün “camaat”, ökür “sürü”,
oğuş//uğuş “qəbilə”, ulus “xalq”, çərik “qoşun” (Orxon-Yenisey
abidə); yemiş “hər cür meyvə”, yimqu “çox”, tümen “çox”, büte “çox, xeyli” (M.Kaşğari).