Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə103/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   99   100   101   102   103   104   105   106   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Birinci şəxsin cəmi. Azərbaycan dili şivələrində birinci şəxsin 
cəmində izoqloslar qarışıq xarakterdədir. Onlar kəmiyyətinə, açıq 
və qapalı saitlərin iştirakına və q>x, ğ, k>g, x’ səs dəyişmələrinə 


192
193
Bu şəkilçiyə XVIII əsrə qədərki yazılı abidələrdə şəxs ka-
teqoriyasında şühudi keçmiş zaman feillərində rast gəlinir; məs.: 
içikdük “tabe olduğu”, bertük “verdiyi” (Tonyukuk abidəsi, III və 
VI sətirlər); biz kəlduk (MK, c.II, s.61) və s. Şərqi Türküstan mət-
nlərində, Qırğız dilinin şimal-qərb və şərq his- səsində İssık-Kul 
vilayətində birinci şəxs cəmdə - k və -z şəkilçiləri paralel işlənir: 
qırğız. biz oturbuz - biz oturuq; uyğur. kiliptu(r) miz//kiliptuk və 
s. (195, s.156; 135, s.135-160).
Deməli, -z ünsürü yazılı ədəbi dilin, -q, - k ümumxalq danı-
şıq dilinin xüsusiyyəti olmuşdur. Ş.Xəlilovun qeyd etdiyi kimi, 
hazırda Azərbaycan dilinin heç bir şivəsində -z ünsrünün izlərinə 
təsadüf olunmaması məhz bu qədim göstəricinin danışıq dilində 
işlək olmaması və ona nüfuz edə bilməməsindədir (56, s.18).
Azərbaycan dili şivələrində -q (-k) şəxs şəkilçisinin müxtəlif 
variantları q>ğ, x; k>g, x’ səs keçidləri ilə əlaqədar yaranmışdır. 
Şimal-şərq şivələrində çoxhecalı sözlərin sonunda ğ, g səslərinə; 
qərb, şimal, cənub qrupu şivələrində isə x, x’ səslərinə üstünlük 
verilir.
M.Kaşğari göstərir ki, suvar və qıpçaqların bir qismində, oğuz-
larda -q//k şəkilçisi hər üç şəxsin tək və cəm şəkilçisi kimi işlən-
mişdir (MK, II c., s.60-61). Nəzərə alsaq ki, M.Kaşğari XI əsrdə 
öz “Divan”ını islam dinini qəbul etmiş türklərin danışıq dili əsa-
sında yazmışdır, onda -q//k şəkilçisinin həmin dövrdə oğuz və qıp-
çaqların tələffüzü üçün səciyyəvi olması qənaətinə gəlmiş olarıq.
H.Z.Hacıyeva da türk dillərində söz sonunda q>x dəyişmə-
sinin mərkəzinin Azərbaycanın cənub bölgəsinin olması qənaə-
tinə gəlmişdir (136, s.59). Tarixi mənbələrlə, şəkilçinin yayıldığı 
areala əsasən, innovasiyanın mərkəzinin Azərbaycan dilinin oğuz 
mənşəli şivələri olmasını söyləmək olar. Bu səbəbdən də digər 
türk dilli regionlarda özünü zəif şəkildə büruzə verir.
Beləliklə aydın olur ki, söz sonunda x ünsürünün işlənməsi 
Azərbaycan dili şivələrinin qədim xüsusiyyətidir. Birinci şəxs 
cəm şəxs şəkilçisinin tərkibində q>x dəyişməsinin baş verməsi 
qanunauyğun haldır.
ayrım şivəsinin əsas xüsusiyyətlərindəndir; malçıyax, ho-
daxçıyax, oyçuyax, piçinçiyəx, dirrixçiyəx’ və s.
5. Birvariantlı, qapalı saitli - ux (-yux) (Təb.), -uğ(-yuğ) (Ş.), 
-üg(-yüg) (Cəl.), -ux(-yux) (Qaxan İlisu şivəsi), -ıx(-yıx) 
(Qaxın Muğal və Ağcabədinin Şərəfxanlı kənd şivələri) 
şəkilçisi ilə ifadə olunanlar: məs.: qərdəşux, çərçiyux, baş-
maxçıyux, babayux, bağçi- yux, misgərux, qorıxçıyux, dam-
darux (Təb.), uşağuğ, kəççiyuğ, tikançıyuğ, “dükançıyıq”, 
nelçiyuğ “nalbəndik”, çüreğyayanuğ (Qb.), irəşbərux, arı-
çıyux (Ş.), adamüg, insanüg, oğlanüg, babıyüg, dədəyüg, 
sədriyüg (Cəl.); çobanux, bacıyux, qavumux “qohumuq”, 
dossux “dostuq” (Qaxın İlisu şivəsi), çobanıx, adamıx, qar-
daşıx, yetimıx, mə:llimıx, gülıx (Qaxın Muğal şivəsi), qərdə-
şıx, suçıyıx, əvdiyıx (Ağc.) və s.
Qədim türk yazılı abidələrində birinci şəxsin cəmi biz əvəzliyi 
və -z şəkilçisi ilə ifadə olunmuşdur. Hazırda müasir türk dilləri-
nin əksəriyyətində bu xüsusiyyət saxlanılmışdır. Krım-tatar dilin-
də isə Azərbaycan dilində olduğu kimi, həmin mövqedə -k şəxs 
şəkilçisindən istifadə olunur: atayiq (136, s.152). 
-biz,-miz şəkilçisi -k şəkilçisindən qədimdir. Oğuz və kar-
luq-uyğur qrupu türk dillərində ikincinin mövqeyi qüvvətlənmiş, 
birinci şəkilçi isə zəifləmişdir. Birinci şəxsin cəmində qədim türk 
koyne xüsusiyyəti kimi - biz əvəzliyi çıxış etmişdir. Əvəzliyin şə-
kilçiləşməsi prosesində - k ünsürü - z kəmiyyət şəkilçisi ilə uzun 
müddət paralel fəaliyyət göstərmişdir; məs.: Bu atımız Umay bəg 
biz “Bu, adımız Humay bəyik” (Yenisey, 28-ci abidə, ön tərəf, 
3-cü sətir);- Biz Qazana düşməniz, bəllü bilsün!-dedi (KDQ, 
s.123); Qardaşuz- deyü xəbər vermiyəsiz (S.Fəruh, s.129).
- q, -k şəxs şəkilçisi kimi XVIII əsrdən sonra yaradıcılığında 
ümumxalq danışıq dili xüsusiyyəti əsas yer tutan sənətkarlarımı-
zın əsərində adlarda müşahidə olunur; məs.: Çox xoşhal oldum 
ki, biz qəribik, bizi görmək üçün təşrif gətürübsuz (Məhəmməd, 
s.189);- Əmirin hökmü əlbət olsa sadir, Bizik sözsüz onu icrayə 
hazır! Hamu biz bəndəyik, sənsən xudavənd (Fədai, s.22).


194
195
“sən”, gəncəklər “sin” deyirlər. Gəncək dilində kəlimələr çox əs-
rəyə uyarlar, esrə olur. Çünki onların dili kobuddur. Yuxarı Çinə-
dək, çıqıl, yağma, tuxsi dillərində örtə olur (MK, III c. s.139).
Bu şəkilçiyə klassiklərin əsərlərində də rast gəlinir; məs.: Gör 
ki, kimün könüli otağısın, Aşkara, şəha, qızıl yağısın (Q.Bür-
hanəddin, s.78);- Malik ayıtdı: Nə kişisin və nə oğlancıqsın (Zə-
rir, s.14);- Sən nəbisin, həqq-nəbi derlər saŋa (S.Fəqih, s.48).
-san
2
 şəkilçisi Qaraqalpaq, qumuq, Tuva, özbək, uyğur dillə-
rində, - sın
4
forması isə müasir türk, qazax, karaim, qırqız, noqay 
və Barabin tatarlarının dilində də eyni vəzifədə işlənməkdədir. 
Sibir türklərinin (Altay, xakas, şor) dilində - zin//in, türkmən di-
lində - din, başqırd dilində - hin variantı işləkdir. Ümumtürk are-
alında - “san”la müqayisədə qapalı variant üstünlük təşkil edir. 
N.Z.Hacıyeva -sın
4
izoqlossunun innovasiya mərkəzinin Orta 
Asiya türklərinin yayıldığı zonanın olması qənaətindədir (136, 
s.178). Orta Asiyada oğuz, qıpçaq və karluq tipli türk dillərinin 
nümayəndələri yaşayırlar. Həmin region- da özbək və Qaraqalpaq 
dilləri istisna olmaqla, oğuz və qıpçaq mənşəli türk dillərində - sın 
şəkilçisi işlənir. Bunun ayrılıqda oğuz və ya qıpçaq xüsusiyyəti 
olmasını müasir dil faktları ilə təsdiqləmək çətindir. Daha doğ-
rusu, “oğuz-qıpçaq dili”nin qədim səciyyəvi xüsusiyyəti kimi, 
Orta Asiyadan yayıldığını güman etmək olar. İzoqloslar innova-
siya mərkəzində güclü, ondan uzaqlaşdıqca zəif şəkildə özünü 
biruzə verir. Bu səbəbdən də Azərbaycan dili şivələrində məhdud 
arealda - oğuz boylarından olan ayrımların şivəsində müşahidə 
olunması təbii haldır.
-sı//su. Velyar ŋ səsinin düşməsi ilə yaranmış bu forma Gə-
dəbəyin ayrım şivəsində qeydə alınmışdır: yoldaşsı. Müəllif bu 
şəkilçinin həmçinin feilin nəqli keçmiş və qeyri-qəti gələcək za-
manlarda da - sı şəklində işləndiyini göstərmişdir (50, s.54, 73-
76). Alimlər bu formanı etirazla qarşılamışlar. R.Rüstəmov bu 
fikirlə razılaşmayaraq yazır: “Gədəbəy, Daşkəsən, Kəlbəcər və 
Göygöl rayonlarının ayrım şivəsində ikinci şəxs təkdə - sın” şə-
kilçisi işlənir. Ola bilsin ki, bəzən həmin şəkilçidəki velyar ŋ səsi 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin