196
197
Ədəbi-bədii dilin qədim dövrlərindən
müasir dövrə qədər
-
san, - sən şəkilçisinin fonetik tərkibi, məna və vəzifəsi dəyiş-
məmiş, sabit qalmışdır; məs.:
…el çəriginə əgdim eşim ərsən
ayı eşim sınarım kanta ər sayım… “El qoşununa qurban etdim.
Dostum, igidsən, çağıraraq dostum, yarım, xanda (Yenisey, 41-ci
abidə, arxa tərəf, 8-ci sətir);Mərə, qəzası yetmiş yigit, nə
yigitsən,
qayıda döngil! - dedi (KDQ, s.92);- Məni mən’ etmə ey zahid,
güvən məzikrə ey sufi, Ki, sən
məğrursan zikrə, mənəm müştaq
didarə (Nəsimi, s.42);- İsayi-zəmani xoş
nəfəssən, Kim qalsa pi-
yadə sən
fərəssən (Xətai, s.50);- Malın varsa, onu sərf et, əgər sən
kamil
insansan, Çatarsan bil kəmalə, sərvətin tapdıqda nöqsani
(Füzuli, s.506).
Türkologiyada şəxs şəkilçilərinin
şəxs əvəzliklərindən
törəməsi artıq qeyd-şərtsiz qəbul olunmuşdur. İkinci şəxs şəkilçi-
sinin mənşəyi araşdırılarkən, birinci növbədə
sən şəxs əvəzliyinin
arxitepi nəzərə alınır. Alimlərin əksəriyyəti ikinci şəxs tək əvəz-
liyinin qədim formasını
se//sə//si şəklində müəyyənləşdirirlər.
-n
sonradan əlavə olunan ünsür hesab edilir. V.Radlov, K.Qrönbek,
N.A.Baskakov və başqaları yiyəlik halın qalığı, A.N.Kononov
possesivlik əlaməti adlandırırlar.
B.Serebrennikov və N.Hacıyeva çuvaş dilindəki
ezi “sən” for-
masının işlənməsinə əsaslanaraq
“sə” şəklinə üstünlük verirlər
(182, s.137). Şübhəsiz ki, Azərbaycan dili şivələrində ikinci şəxs
təkdəki şəkilçilərin müxtəlifliyi
sən əvəzliyinin tarixi formaları-
nın izləridir.
Dostları ilə paylaş: