Azərbaycan alt paleolit dövründə Alt paleolit


Manna dövlətinin yaranması və əraziləri



Yüklə 36,95 Kb.
səhifə2/7
tarix24.10.2023
ölçüsü36,95 Kb.
#160136
1   2   3   4   5   6   7
2807(1

Manna dövlətinin yaranması və əraziləri


Manna (akkad. Mannai), Minni və ya Manas — e.ə. IX əsr–e.ə. VI əsrlərdə tarixi Azərbaycan ərazisində, indiki Cənubi Azərbaycanın şimal-qərbindəki Urmiya gölünün sahilində qədim dövlət. Manna yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş dövlət hesab edilir. Paytaxtı İzirtu şəhəridir. Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi. Manna e.ə. III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullubi, turukki tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi. Tarixi Azərbaycan torpaqlarında şimalda Baş Qafqaz dağlarından, cənubda Zəncan və Həmədana, çərqdə Xəzər dənizindən qərbdə Göyçə gölü hövzəsi də daxil olmaqla Şərqi Anadoluya qədər əraziləri əhatə edir. 
Ən qədim zamanlarda Azərbaycan ərazisində yaşayan tayfalar qonşu tayfaların aramsız hücumlarına məruz qalırdılar. Zaman keçdikcə tayfalar birləşir, tayfa birlikləri yaranırdı. Bu müxtəlif yollarla baş veriridi. Bəzən güclü tayfalar daha zəif tayfaları tabe edir, bəzən isə düşmən hücumlarından qorunmaq üçün bir neçə qohum tayfa birləşirdi. Tayfaların birləşməsi ilə onların idarəetmə forması dəyişdi. Çünki bu birliklər indi daha çox insanı əhatə edirdi. Ona görə də tayfa birliyinin idarə olunması olunması üçün qaydalar yaradıldı. Yeni yaradılmış qaydalar hələ mükəmməl deyildi. Ona görə də tayfa birliklərinin yaratdığı dövlət yox, ilk dövlət qurumu adlandırırdılar. Azərbaycan ərazisində ilk dövlət qurumları təxminən 5000 il bundan əvvəl yaranmışdır. Dövlət qurumları Azərbaycan ərazisində xeyli müddət mövcud oldu. Bu müddət ərazində dövlət qurumlarının idarə olunması qaydaları getdikcə təkmilləşdi. Dövlətin meydana gəlməsi üçün zəmin yarandı. Beləliklə, təxminən eramızdan əvvəl IX-cu əsrdə Urmiya gölü ətrafında Manna adlı dövlət yarandı. Manna Azərbaycanın ən qədim dövlətidir. 
Manna dövlətinin adı o zaman ölkəmizdə yaşayan ən güclü tayfanın adı ilə bağlı idi. Manna dövlətinin paytaxtı İzirtu şəhəri idi. Ona gözəlliyinə və möhtəşəmliyinə görə “padşah şəhəri” deyirdilər. 
Mannanın ən qüdrətli hökmdarı İranzu olmuşdur. O, çox müdrik və uzaqgörən hökmdar idi. Bu zaman artıq qonşuluqda da dövlətlər yaranmışdı. Bu dövlətlər Mannanın torpaqlarına göz dikir, fürsət düşən kimi onun ərazilərini tuturdu. İranzu qonşu dövlətlər tərəfindən işğal olunmuş torpaqları geri qaytarmağın yollarını axtarırdı. Ölkəsinin ərazi bütövlüyünü qorumaq və əhalisinin təhlükəsizliyini təmin etmək üçün İranzu vilayətləri birləşdirdi. Mərkəzi hakimiyyəti möhkəmləndirməklə dövlətin gücünü daha da artırdı. Bu yolla o, ölkəsinin işğal olunmuş torpaqlarını azad etdi. Qaçqın mannalıları geri qaytardı.
İranzunun padşahlıq etdiyi zamanlar Mannanın çiçəklənmə dövrü idi. Manna öz dövrünün ən güclü dövlətlərindən birinə çevrilmişdir. Vilayət canişinlərinin və şəhər hakimlərinin özbaşnalığına son qoyulmuşdu. Vergilərin yığılması qaydaya salınmışdı. 
Manna dövləti e.ə. 615-613-cü illər arasında Midiyaya birləşdirilmişdir. Prof. Q. Qeybullayev qeyd edir ki, qədim türk xalqlarının tarixində Manna ilk türk dövlətidir. Azərbaycanlıların dövlətçilik ənənəsinin tarixi Mannadan başlayır .
Mannanın şərq sərhədlərində "dağlıq diyar" adlanan Gizilbunda vilayəti yerləşirdi. Artıq e. ə. IX əsrin son rübündə assurlar bu ölkədə olmuşdular. 
Zikertu əyaləti müasir Miyanə – Ərdəbil şəhərləri rayonu ilə lokalizə edilir. O, mənbələrdə artıq Mannadan asılı ərazi kimi xatırlanır. II Sarqonun verdiyi məlumata görə Zikertunun başında mannalıların canişini dayanırdı. Bu canişin çox güman ki, Mannadan asılı olan və Manna tərəfindən təsdiqlənən Zikertunun öz hakimi olmuşdur. Zikertu əyalətinin özünün Parda "hökmdar şəhəri" var idi. 
Mannanın şərq sərhədlərində ən uzaq əyalət Qızılüzən çayı hövzəsinin aşağı və orta hissəsində yerləşən Andiya əyaləti idi. Andiyanın ilk dəfə adı qoşunları Andiyaya gedib çıxmış və andiyalılardan xərac alan III Salmanasarın hakimiyyətinin sonlarına aid olan kitabələrdə çəkilir. III Adadnerari işğal etdiyi ölkələr arasında "Günəşin batdığı böyük dənizə"dək uzanan Andiyanın da adını qeyd edir. Bu dəniz Xəzər dənizi hesab olunur. Manna dövləti görünür özünün ən qüdrətli dövründə Andiyanı aşşurlulardan geri almış və onu özünün təsir dairəsinə daxil etmişdir. Hökmdar Azanın və Ullusunun dövründə andiyalılar digər əyalətlərlə birlikdə öz müstəqilliklərini qaytarmaq məqsədilə mannalılara qarşı çıxdılar. Mənbələrdə Andiyanın hakimi Telusinanın adı çəkilir. Hürricə hesab edilən bu ada, və Hürri-Urartu şəkilçisi vasitəsilə düzəldilmiş Andiya əyalətinin öz adına görə Andiya əhalisini hürridilli etnik qruplara aid edirlər.
Mannaya tabe əyalətlər arasında müasir Marağa rayonu ərazisində yerləşən Uişdiş (aşşurca — Uisdis, Urartuca — Ugisti) əyalətinin də adı çəkilir. Onun da başında Manna canişini dururdu. Uişdiş əyaləti Zikertu və Andiya əyalətləri ilə birlikdə mannalı Azaya qarşı çıxmışdı, lakin o, aşşurluların köməyilə yenidən Mannaya tabe edildi. Urmiyanı hövzənin şimali-şərq hissəsində Manna ilə Urartu sərhədləri hüdudunda Subi və Bari əyalətləri yerləşirdi. O, həm də Sanqibutu adlanırdı. Bu əyalətlər vaxtaşırı gah bu, gah da digər tərəfə tabe olurdu. II Sarqon Bari əyalətində yaxşı möhkəmləndirilmiş, at tövlələri, arpa dolu anbarları ilə zəngin olan Tarun və Tarmakis qalalarının adını çəkir. Mannanın cənubi-şərq torpaqları və ona tabe əyalətlər madayların məskunlaşdığı ərazi ilə sərhəddə yerləşirdi.



Yüklə 36,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin