Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə17/26
tarix01.12.2016
ölçüsü2,76 Kb.
#537
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

YƏHYA.
233
 Arnavud kökündən, Dukağın bəyləri nəslindəndir. 
Bu üzdən “Gülşəni-Ənvar”da:
Amavudun hasları vü yegleri
Nesl-i kadimüm Dukağin begleri-
deyə bildirmişdir. Atası yeniçəri ocağında yetişdiyi üçün özü də 
yeniçəri oldu. Hətta bu sinfi n katibliyinin qapısında xidmət göstərən 
şagirdlərin sırasına daxil oldu. Sonra bölükdə xidmət etdi. Nəhayət 
Sultanın dövründə  həqiqi bir şöhrət qazandı.Vəfv idarəsi məsulu 
olaraq doğruluqda ad çıxardı. 
  Əyyub Sultan vaxtlarında Bolayır imarətində  və  İstanbuldakı 
Bəyazid xan camisində müttəvəlli olaraq bir çox xidmətlərdə 
çalışdı. Yəhya bəy, Sultan Mustafa mərsiyəsini söyləyən zaman bəzi 
beytlərində bir sıra şairlərə ürəkdən nifrət edən vəziri-əzəm Rüstəm 
Paşaya toxunmuşdur:
Eya serir-i saadette padişah-ı cihan
Diri kala ne revadır fesad eden şeytan
O, bununla kifayətlənməyib bu misranı da əlavə etmişdir:
233
 Qanuni Sultan Süleyman dövrü şairi, həmin mənbə,188-190, 5959 422b-423b.

237
Vücuduna sitem-i Rüstem ile erdi ziyan 
Bu vəzirin vəzifəsi yüksələndən sonra isə bir çox təftişlər aparılaraq 
Yəhya bəy vəzifəsindən kənarlaşdırıldı.  İşi dəftərdarlıq olmasına 
baxmayaraq, İzvornik sancağında otuz min axça  zəamət verilərək 
onu İstanbuldan uzaqlaşdırdılar. 1574-cü ildə şairlə söhbətimiz baş 
tutdu. Belə bir mərsiyəni neyçün yazdığını, sonra da diqqət etmədən 
nədən  üzə çıxararaq yaydığının səbəbini soruşdum. Müəmmalı bir  
cavab verdi: “Duyulmasın istəmədim. Hətta təxəllüsümü belə qeyd 
etmədən, şairlərin arasına atmaq istərkən, ordunun seyrinə çıxdım. 
Mərsiyəmi bir çox adamın  əlində gördüm. Görünür dostlarımdan 
kimsə mən yuxuda olan zaman çadırıma girmiş, əlyazmanı taparaq 
üzünü köçürmüş və aparıb yaxın adamlarına  vermişdir”.
Rüstəm Paşa yenidən vəzifəyə gəlincə bir gün onu çağırmış və 
şairin “payını” vermişdi: “Bir padşah ki, dünyanın diriliyi  üçün 
oğlunu öldürtdü, xüsusilə  də müftilərimiz ona ölüm fi tvası verdi. 
Bundan sonra sənin müxtəlif  cəfəng   sözlər söyləməyin və ədalət  
davası edən sultana xəta eylədin deməyin hədini aşmaq deyilmi ?” 
deyə soruşmuşdur.
Yəhya bəy də susmayıb “Ölənlə öldük, ağlayanla ağladıq, burda 
xətamızın olduğunu bilmədik” – dedi. “Nə bilim, o cəfəng şeirində 
fi landan oldu demisən, bəzi adamlara iftira atmısan, buna cavabın 
nədir?” deyəndə, “adəm övladıyıq səhv etmişik” deməkdənsə, 
“düşmənlər iftira etdi” deməyi üstün bildim. Yəni “böhtanlara məruz 
qaldım” demişdir. Qısaca başına gələni bu şəkildə açıqladı. Ancaq 
Rüstəm Paşa vəfat etdikdə  Yəhya bəy keçmişdəki  ədalətsizliyi 
xatırladaraq, ona başqa bir həcv  şəklində  mərsiyə yazıb ortaya 
qoydu. Son bəndinə belə bir mətlə əlavə etdi:
Gülmez idi yüzü mahşerde dahi gülmeyesi
Çox iş etti bize ol sağlık ile olmayası
Yəhya bəy həqiqətən sadə yazmağa meylli, qəzəl və mərsiyədə 

238
özünəməxsus üslubu olan bir şairdir. Görünüşündən çələbilik yağsa 
da, gizli xəzinə kimi sirliydi. Özünəməxsus tərzi ilə tamamilə yeni 
bir əhval-ruhiyyə yaradırdı. “Şah və Gəda” və insan ürəyini riqqətə 
gətirən bir kitab olan “Gəncineyi-Raz”dan başqa “Yusif və Züleyxa” 
və zövq  oxşayan “Usulnamə”  əsəri tərifə layiq məsnəvilərdir. 
Ölümünə yaxın divanı da hazırlandı. Oğlu Adəm Çələbi divanının 
ön sözünü mənə  gətirdi və “səhv varsa düzəltsinlər”-  deyə 
vəsiyyət etdiyini bildirdi. Həqiqətən də gözəl ifadə etmiş, yeni 
bir tərzdə  qələmə almışdır.  Ərəbcə tamamlamalarda belə  səhvi 
yoxdu. Düzəltməyə göndərməyinin   səbəbi də bu tamamlamaları 
düzəltdirmək idi, ancaq onlar da düzgün yazılmışdı:
“Şah ve Geda”dan:
Bile ağlardı ağlasam enhar
Bile inlerdi inlesem kühsar
Saf dil ol begüm piyale gibi
Kara gönüllü olma lale gibi
“Gencineyi-Raz”dan:
Geçinir bir dilim ekmekle fakir
Yedi iklimi yiyip doymaz emir
Verdi bin taht-ı Süleyman bada
Rüzgare ne döyer dünyada
“Yusif ve Züleyxa”dan bir parça:
Babamızla durursun oturursun
Uyumağa koduk düş de  görürsün
“Usul-name”sindən:
Beni düd-ı  ah etmiş idi nihan

239
Dumanlı dağa dönmüş idim heman
“Gülşəni-Ənvər”indən girişdə verilən beyt yetərlidir. Lirik 
qəzəllərinin də bərabəri yoxdur.
Her kitabı okumuş alim-i danayız biz
Dürlü dürlü dilimiz var ulu deryayız biz
Qəzəl:
Ahır-ı maha döner derd ehlinin mahiyyeti
Varlığınca cenab-i zafi nin artar kuvveti
Digər
İki kat oldu vücudum kocadım kat kaldım
Melekül- mevt selamını egildim aldım.
“Şah və Gəda”nın yazılmasına səbəb  padşahın qapıçısı Əhməd 
şahdır. Yəhya bəy o tarixdə, xüsusiylə özüylə  öyündüyü məclislərdə 
bu qəzəli demişdir:
Derbani-padişah  edib ol servi-kameti
Dövran yine kapıya getirdi kıyameti
Sürüne-sürüne varayın o asitaneye
Dergahdan süre beni hışm ile gayeti
Bana şu  denli eyledi zulmü ki  sanırım
Dergaha varan ondan eder hep şikayeti
Yəhya bəy 1575-ci ilə  qədər yaşamışdır. Təxminən 80 yaşında 
vəfat etmişdir. Məzarı İzvornik qəsəbəsindədir. 
(*Yazı “Çevren” jurnalında s.38. və “Ptiştine-Yugoslavya” 1983. 
s.43-63-də dərc olunub).

240
OSMANLI MƏDƏNİYYƏTİNDƏ KİPRİN YERİ 
VƏ KİPRLİ DİVAN ŞAİRLƏRİ*
İ
nsanlar hələ qədimdən birlikdə, toplu şəklində yaşaybiləcəkləri 
əlverişli yerləri tapmış və bunları zaman keçdikcə kənd, qəsəbə 
və  şəhər  şəklində formalaşdırmışlar. Bu insan məskənlərinin bir 
qismi zaman-zaman inkişaf edərək  mərkəzlərə çevrilmiş, bəziləri 
isə daha az əhəmiyyət daşıyan  şəhərlər olaraq öz vəziyyətlərində 
qalmışlar. Get-gedə bu şəhərlər sivilizasiyaların üzə çıxdığı məkanlar 
şəklində  diqqət çəkmişlər. Buna görə də şərq və qərb dillərinin bir 
çoxunda mədəniyyət sözüylə  şəhər kəlməsi eyni mənanı daşıyır.  
Mədəniyyətin yarandığı mərkəzlər həmişə şəhərlər olmuşlar. Çünki 
şəhər kəlməsinin bir mənası da idarəçilik  deməkdir və ən önəmli 
şəhərlər eyni zamanda idarəçilik mərkəzləridir.
Şəhərlərin bəziləri mədəniyyətlərin onlara olan ehtiyaclarını 
doğrultmaq, mədəniyyətlərii inkiçaf etdirmək  üzündən ya önəm 
qazanır, ya da öz önəmlərini itirirlər. Başqa bir qismi isə  əlverişli 
coğrafi   şərait, ticarətin inkişafı, dini təsəvvüf atmosferinin 
mövcudluğu, ticarət yollarının üstündə yerləşməsi və s. başqa 
faktorların sayəsində öz mövqelərini daha da möhkəmləndirirlər.
Şəhər üçün əlverişli mövqeyə malik bir bölgə olan Kipr də, 
Ağdənizin üçüncü böyük adası kimi, əlverişli coğrafi   şəraiti ilə 
tarixin hər dönəmində öz şöhrətini  qoruyub saxlamış, xüsusilə də 
stabillik dövründə siyasi və  mədəni inkişaf cəhətdən ehtiacı olan 
şəhərlərdə göstərdiyi   mədəni fəaliyyəti ilə diqqət çəkmişdir.
Klassik mədəniyyət sahəsində Kiprdə  ən çox inkişaf etmiş 
şəhərlər Lefkoşe və Maqosadır. Haqqında danışılan bu şəhərlərin 
başqa dəyərlərindən də söz  açaraq onların mədəni aləmdəki 
əhəmiyyətini göstərmək olar. Mən məsələyə divan ədəbiyyatı 
bucağından yanaşmaq istəyirəm. 
Bilindiyi kimi Kipr 1571-ci ildə Osmanlı idarəçiliyinə qatılmışdır. 
Bununla da bölgədə  bəlli bir əhali artımı da başlandı    və beləcə, 
türk dili  sadəcə bir danışıq dili deyil, yazı dili kimi də işlənməyə 
başlandı. Amma dərhal qeyd etmək lazımdır ki, bu bölgənin siyasi 

241
olaraq bir idari quruluşa bağlanması ilə,  mədəni olaraq özünü  o 
mədəniyyətin bir parçası hesab etməsi, eyni şey deyildir. Başqa 
sözlə ifadə etsək, “mədəni inkişaf siyasi inkişafı bəlli bir nöqtədən 
izləyir” də deyə bilərik. Bu məsafə müxtəlif qısalma və uzanmalarla 
əlli və yüz il arasında dəyişərək formalaşa bilmişdir. Kipr də  
fəthdən  sonra dərhal  bir yerli türk ədəbiyyatından danışmaq düzgün 
olmazdı. Qeyd etmək gərəkdir ki, divan ədəbiyyatı bir intellektual 
ədəbiyyat, başqa sözlə desək bir şəhər ədəbiyyatıdır. Bu baxımdan 
haqqında danışdığımız ədəbiyyata ancaq şəhər mərkəzlərində və bir 
sıra tanınmış qurumlarda, xüsusilə mədrəsə, təkkə və bazarlarda rast 
gəlmək olardı. Divan şairlərinin yetişdikləri mühitə, ya da onların 
məsləklərinə baxıldıqda bu məsələ öz-özündən aydın şəkildə ortaya 
çıxmaqdadır (İsen 1997 s. 221)
Yenə belə bir perspektivdən baxdıqda Kiprdə bu üç qaynaqdan 
təkkə ünsürünün daha çox irəli çıxdığının şahidi oluruq.
Məsələyə daha dəqiq nəzər salmaq üçün əvvəlcə Kiprli 
şairlərin sayını vermək və bunun klassik ədəbiyyatdakı yerini 
müəyyənləşdirmək, sonra da bu şairlərin həyatları haqqında qısaca 
məlumat vermək gərəkdir.
Qaynaqlar bizə Osmanlı idarəçiliyində səkkiz Kiprli şairdən söz 
açır. Bu rəqəmi əsas götürsək, o zaman Kipr Osmanlı mədəniyyət 
çevrəsi içində Antakya, Maraş, Mora, Tire və Urfa ilə eyni sıranı 
paylaşmaqda və bu sahədə doqquz şair yetişdirən Adana, Hələb, 
Kırım, Nigde, Sinop və Yenişəhər Fənər kimi mərkəzlərdən sonra 
yer almaqdadır. Bu mənada bölgə (təbii  şəhər olaraq Lefkoşa) 
Osmanlı  mədəniyyət mərkəzlərinin ikinci, hətta üçüncü qrupunda 
yer almaqdadır. (Ümumi qiymətləndirmə üçün baxın:  İsen 1997 
s.67).
1. Zəkai. (v. 1058/1648) Məhməd Zəkai Əfəndi Kiprdə doğulub. 
Təhsilini tamamladıqdan sonra müdərrislik və kadılıq edib. Kiprdə 
dəfn edilib. Mucib ölüm tarixinin 1937-ci il olduğunu göstərmişdir.
2. Siyahı. (v.1710) Şeyx Mövləvi Mustafa Dədə. Ana tərəfi  Həbəş 
əsilli olduğuna görə olduqca  qara olan Siyahı bu fi ziki görünüşüylə 
əlaqədar olaraq Siyahı  təxəllüsünü götürüb. Əli Dədənin Lefkoşa 
Mövləvixanəsi  şeyxliyi müddətində onun yanında yetişmişdir. 

242
Gelibolu Mövləvixanəsi  şeyxi oldu. Misir Qahirə Mövləvixanəsi 
içində ortaya çıxan narahatlığı aradan qaldırmaq üçün ora 
göndərildi və oradakı  sıxıntıları aradan qaldırdı. Bundan sonra 
Lefkoşa Mövvəvixanəsi  şeyxi oldu. Burada öldü və Mövləvixanə 
məzarlığında torpağa tapşırıldı. Əsrar Dədə təzkirəsində divan sahibi 
olduğu bildirilir. Dövründə fövqəladə şəkildə qayğı görən bir adam 
olub. Şeyxül-məşayih ləqəbiylə tanınıb. Əsrar şeirlərini mükəmməl 
şəkildə tamamlayır.  
3. Arif (v. 1138/1725) Şeyx Arif Əfəndi. Lefkoşa Mövləvixanəsi 
şeyxi Mustafa Siyahi Dədənin oğludur.  Ən çox Mövləvi  şairi 
nümunəsində rast gəlindiyi kimi, tamamilə bir dərgah mühiti içində 
doğulub böyümüşdür. Mövləviliyə meyl etmiş  və  əvvəl Misirdə 
Qahirə Mövləvixanəsinin, atasının ölümündən sonra da Lefkoşa 
Mövləvixanəsinin  şeyxi olmuşdur. Lefkoşada vəfat etmiş  və 
Mövləvixanə  məzarlığında dəfn edilmişdir. 
4.  Xızır Handı  Dədə. Lefkoşada doğuldu. Siyahı Mustafa 
Dədənin yanında  yetişdi. Onun Misirə getməsi üzündən Handı 
İstanbula gəldi və Galata Mövləvixanəsində Münəccimbaşı Əhməd 
Dədə ilə tanış oldu. Əhməd Dədə, Nəsib Dədə, Hasib Dədə və Ləbib 
Dədə ilə birlikdə  həccə getdi. Yenidən Kiprə qayıtdı    və Lefkoşa 
Mövləvixanəsinin  şeyxi oldu. Orada vəfat etdi. Dördbəndlik bir 
qəzəlindən nümunə:
Koyma ayağı bir dem elinden ki  iş budur
Nuşi şarab-ı nab idegör Cem-meniş budur
Arz eyle gah bedrini, gahi hilalini
Mahım felekde vadi-i tarz-ı reviş budur
Ağyara munis oldu o vahşı gazalimiz
Ahir şikar olur göresin gösteriş budur
 
Çevre tahammül eyle medet vasl-ı yarda
Handi rakibe afet-i can serzeniş budur.
5.  Musib. (v.1168/1754) Məhməd Musib Əfəndi. Lefkoşada 

243
anadan olub. Rumelinin müxtəlif  şəhərlərində qazilik edib. 
Karaferyede qazi ikən vəfat etmişdir. Şeirlə maraqlanırdı və şairlər 
arasında elmli olması ilə  şöhrət qazanmışdı. Səfi yə Sultan və Pir 
Mustafa Paşanın verdiyi mənbələri  tarixə saldı.
6.  Hilmi. (H. 1197/ M. 1782, H. 1264/ M. 1847) Həsən Hilmi 
Əfəndi Kiprdə doğuldu. Təhsilini başa vurduqdan sonra Hilmi Xoca 
olaraq ətrafındakılara dərs demişdir. II Mahmudun Kiprə bağışladığı 
kitabxanaya minnətdarlıq  əlaməti olaraq  yazdığı  qəsidə padşahın 
çox xoşuna gəlmiş  və buna görə  də  İstanbula çağırılaraq  rəisü-
şüəra titulu verilmişdir. Kiprə müfti təyin edilmişdir. Orada vəfat 
etmiş və Yeni Cami məzarlığında dəfn edilmişdir. Divanı vardır və 
bu əsər dəyərli araşdırıcı, şairin həmyerlisi Harid Fədai tərəfi ndən 
yayınlanmışdır. (Kipr Müftisi Hilmi Əfəndi, Lefkoşe 1987).
7.  Təhsin. (504) Hacı  Həsən Təhsin Bəy. Surre valisi və Kipr  
vergi məmuru Hacı  Məhməd Ağanın oğludur. Lefkoşada doğulub 
(1215/1800) – İstanbula gələrək orada təhsil aldı. Laz Ömər 
Əfəndidən yazı dərsləri aldı. Atası ilə birlikdə həcc ziyarətinə getdi. 
Məkkədə  Məhməd Can Əfəndiyə qoşularaq nəqşibəndi  təriqətinə 
daxil oldu. Təkrar Kiprə qayıtdı. Müdərris oldu. Bağdad mollası 
adını qazandı. Naqibül-əşrəf təyin olundu. Qaziəsgər, rəisil- ülema, 
məclisi-vala üzvü oldu. 11 səfər 1278/1861-də vəfat etdi və Eyubda, 
Validə Sultan məzarlığında dəfn edildi. Həsən Təhsin  Əfəndinin 
yazdığı şeirlər toplanaraq bir məcmuə şəklində nəşr olunmuşdur.
8. Aşıq Kənzi. (1210/1255) Daha çox aşıq ədəbiyyatı təmsilçisi 
olan Aşıq Kənzini də bu çərçivədə  dəyərləndirmək mümkündür.  
Əsl adı Qasım olan Kənzi Kiprdə doğulub (1210) Bektaşı təriqətinə 
daxil oldu və bu təriqətin içində yetişdi.  Ömrünü saz çalaraq keçirdi. 
Anadolu, Misir və Balkanları dolaşdı. Evləndikdən sonra Ədirnədə 
yerləşmiş və Bursada vəfat etmişdir. Türk Yunan savaşları haqqında 
yazılmış bir dastanı, “Sərgüzəşti- Kənzi Baba” və “Kipr dastanı” adlı 
əsərlərin  müəllifi dir. Bir divan təşkil edəcək qədər  şeirləri var və  
onlar dəyərli araşdırıcı Harid Fədai tərəfi ndən nəşr olundu. (Kiprli 
Aşık Kenzi Divanı 3 c.)
Verilən məlumatlardan göründüyü kimi Kiprdə ilk şeir  ənənəsi 
bir qazi şair Məhməd Zəkai  Əfəndi ilə başlamışdır. Ondan başqa 

244
elmiyyə sinfi ndən üç Kiprli şairə  də  təsadüf edilir. Bunlar Musib, 
Təhsin və Hilmi Əfəndidir.  Ənənəvi klassik şeirin ənənəvi quruluşu 
nəzərdən keçirildikdə bu təəccüblü görünməməlidir. Çünki klassik 
şeirin yaradıcılarının  əksər hissəsi bu sənət sahiblərindən ibarət 
müəllifl ərdir. Bu göstərici bütün şairlərin 36 %-ni təşkil edir. 
Ümumilikdə  şairlərin 3,7%-ni təşkil edən təsəvvüfçülər Kipr 
şairlərinin 50%-ni təşkil edir. Bunda şübhəsiz ki, mövləviliyin 
böyük təsiri olmuşdur. Türk ədəbiyyatından başqa, incəsənətin 
bütün sahələrinə də təməl təsiri olmuş mövləvilik, şairlər tərəfi ndən 
ən çox seçilən  təriqətdir (68%). Kiprdə isə bu hal  bir az da 
fərqlidir və burada klassik şeir mövləviliklə başlanıb desək, səhv 
etmiş olmarıq. Bu dəyərləndirmədə də Siyahı Dədə ilk adı çəkilən 
önəmli şəxsdir.  Bəs Kiprli klassik növün daşıyıcısı olan mövləvilik 
nə zaman yaranmışdır? Bu mövzuyla bağlı qiymətli bir çalışma 
ortaya qoyan Harid Fədai və Mustafa Haşim Altana görə (Lefkoşe 
Mövliyyehanesi Ankara, 1997) adada ilk mövləviyyəxanə 1607-ci 
illərdə yaranmış, Siyahı  Dədə   ilk mövləvi  şairi olaraq meydana 
çıxmışdır. Bu təriqətin Kiprdə belə yayılmasının səbəblərindən biri, 
Konya ilə Kipr arasında olan ərazi yaxınlığıdır. Başqa bir mütəsəvvif 
şair olan Kenzi isə Bektaşidir. Bektaşilik də divan şairlərinin etibar 
etdikləri  əsas təriqətlərdən biridir (8%). Ancaq bu təriqətin Kiprlə 
bağlılığı bizə məlum deyil.
Kiprdə yaranan klassik türk ədəbiyyatı başqa sahələr kimi 
şəhər mədəniyyətinə  və intellektual düşüncəyə söykənərək inkişaf 
etmiş, milli ənənəyə uyğun olaraq daha çox elm adamlarını  və 
təsəvvüfçüləri  əhatə etmişdir. Ancaq bu istiqamətdə mütəsəvvüf 
şairlərin yaradıcılığı milli ənənənin üzərində qurularaq bütünlüklə 
mövləviliklə bağlı bir mənzərə yaratmışdır.
(*Yazı “III Cuprus Research Congres Bulletins, Eastern 
Mediterranean University”, 2000-də dərc olunub).

245
İstifadə olunan ədəbiyyat
         “Adab-i Zurefa” (Haz. Sadiq Erdəm Ankara 1994)
1.  Belig “Nuhbetül – asar Li – Zeyli Zübdetül - eşar” (Haz. 
Abdulkərim Abdulqadiroğlu) Ankara 1985.
2.  Əsrar Dədə “Təzkire-i Şuara-i Mevleviyye” Süleymaniyyə 
kitabxanası Halət Əfəndi 109
3. Fatin “Hatimetül-eşar” İstanbul, 1271.
4. Fədai Harid. “Kıbrıs Müftüsü Hilmi Efendi” Lefkoşe 1987.
5. Fədai Harid. “Kıbrıslı Aşıq Kenzi Divanı” 3 c.
6.  İnal. İbnülemin Mahmud Kamal “Son Asır Türk Şairleri” 
İstanbul 1988.
7.  İsen Mustafa “Divan Şairlerinin Meslek Konumları” “Ötelerden 
bir ses” Ankara 1997.
8.  İsen Mustafa “Divan Şairlerinin Tasavvüf ve Tarikat İlişkileri” 
“ Ötelerden bir ses”. Ankara 1997.
9.  İsen Mustafa “Osmanlı Kultur Coğrafi yasına Bakış”. 
“Ötelerden bir ses”. Ankara 1997.
10.  “Mücib Tekiresi” (Haz.Qüdrət Altun)Ankara, 1997. s 31.
11.  “Osmanlı müellifl eri” Məhməd Tahir Cl III İstanbul 1333-1342
12.  “Safayı Tezkiresi”. Süleymaniyə ktp.Esad Əfəndi 2549
13. “Salim Tezkiresi”. Süleymaniyə kitabxanası Əsəd Əfəndi 
bölümü nr 3872 “Tezkire-i Selim” İstanbul 1315
14. “Semehane-i edeb” TDEA c 1s 156
15. “Sicili Osmani” Məhməd Sürəyya c 1s156
16. “Silhdarzade Tezkiresi”
17. “Şakayık Şakayiki numniyye ve Zeylleri” Şeyxi Məhməd 
Əfəndi İstanbul 1989 c ı-v x
18.  “Tezkirelere Göre Divan Edəbiyyatı İsimler  Sözlügü”.Ankara 
1988
19.  “Tühve Tühfe-i Naili”  Nail Tuman, Mili Egitim Bakanlığı 
Yayınlar Dairesi Başkanlığı Kütüphanesi nr b 870
20.  “Türk Dili ve Edebiyatı Ansiklopedisi”
21.  Hüseyn Ayvensarayi “Vəfat-ı Ayvensarayı”  (Haz. E. Çətin 
Derin)  İstanbul

246
OSMANLI  TÜRKİYƏSİNƏ  KÖÇ  ETMIŞ  
AZƏRBAYCANLI  KLASSİK ƏDƏBİYYAT 
TƏMSİLÇİLƏRİ*
T
arix boyunca geniş bir ərazidə hökmranlıq edən türk 
toplumları eyni zamanda bu ərazilərdə sənət və mədəniyyət 
fəaliyyəti ilə də məşğul olmuş, bu geniş ərazilərdə müxtəlif dövlətlər 
yaratmış, bilavasitə dili, dini, həyata baxışı eyni olan toplumlar 
arasında təbii olaraq mədəniyyət və  sənət mübadiləsi etmiş, elm 
və  sənət adamlarının bir bölgədən başqasına keçməsinə  şərait 
yaratmışlar.
Məlum olduğu kimi, türk toplumu XIII əsrə  qədər tək bir yazı 
dilindən istifadə edirdi. XIII yüzillikdə isə ikinci  yazı dili yarandı. 
Bunu qərb türkcəsi adlandırırıq. X yüzillikdən etibarən müsəlman 
olmağa başlayan Seyhun boylarında yaşayan Oğuz türkləri Bağdad 
və çevrəsinin xilafət mərkəzi olmasının təsiriylə Maveraünnəhr, 
Xorasan və  İrana doğru köç etməyə başladılar. Bu köçün İran 
dövlətinin mərkəzi avtoritetinin zəifl əməsi ilə  əlaqədar olduğunu 
da düşünmək mümkündür. Gələnlər 1040-cı ildəki Dandanakan 
müharibəsindən sonra İranda yerləşdilər. Azərbaycan və Anadoluya 
doğru davam edən yürüşlər 1071-ci ildəki Malazgirt müharibəsindən 
sonra, xüsusilə  də XIII yüzillikdə Çingizin ortaya çıxması, onun 
və  oğlanlarının Türküstanda qalmış olan bütün oğuz boylarını 
Azərbaycan və Anadoluya sürgün etməsi ilə bu bölgənin  əbədi 
türk vətəninə çevrilməsinin əsaslarını qoydu.  Bu köçlər  üzündən 
Orta Asiyadakı türk yazı dilindən uzaq düşmüş türk boyları yeni 
ərazidə  ilk dəfə ərəb və farsca yazmağa başladılar. Beləliklə də, bu 
bölgələrdə türkcə yalnız danışıq dili, ərəb və fars dilləri isə yazı dili 
kimi istifadə olunmağa başlandı. Zaman keçdikdə bu torpaqlarda da 
türkcənin ilk ədəbi nümunələri görünməyə başladı. Bunları qələmə 
alan yazarların Orta  Asiyadakı yazı dili ilə əlaqələri yoxdur. Buna 
görə də bölgələrdə və aralarında işlətdikləri Oğuz danışıq ləhcəsini 
yazıda işlətməyə başladılar və bunu Şərq türkcəsi adlandırdılar. 
Bu yazı dilinin ilk nümunələri XIII əsrdə görünməyə başlandı  və 

247
XV-XVI  əsrlərdə standart bir formaya düşdü. Orta Asiyada daha 
əvvəllərdən mövcud olan Şərq Türkcəsi və ya Cığatay dili  adlanan 
yazı dilinin yanında  artıq ikinci bir yazı dili,  Qərb türkcəsi meydana 
çıxdı. (Ərcilasun 1993. 27).  Qərb türkcəsinin iki qolundan biri olan 
Azəri türkcəsindən də  İraq, Suriya və  İranın bəzi  əraziləri   ilə 
Cənub Anadolu və Güney Qafqaz bölgələrində istifadə edilməyə 
başlandı. Bu bölgə coğrafi   tərəfdən baxıldıqda türk dünyasının 
ortasında yer almaqdadır. Bu xüsusiyyətinə görə  Qərb türkcəsinin 
ilk ədəbi nümunəsi də Azəri türkcəsi şəklində qələmə alınıb.  Keçid 
nöqtəsi olması ilə  əlaqədar olaraq Azəri türkcəsi həm Osmanlı, 
həm də Çığatay ədəbi dilinə bənzəyən xüsusiyyətləri özündə ehtiva 
etməkdədir. Hələ XVII əsrin  əvvəllərində  təzkirəsini qələmə alan 
Riyazi, Füzulinin dilini “Nəvai lisanına karib lisanı vardur” şəklində 
ifadə etmişdir. Buradakı “karib” kəlməsinə diqqətinizi çəkmək 
istəyirəm. Müəllif, Nəvai diliylə, yəni Cığatayca eynidir demir, 
yaxındır deyir. İnanıram ki, eyni illərdə  Cığatay sahəsində  bənzər 
bir şairlər təzkirəsi qələmə alınsaydı, o təzkirəni yazan da Füzulidən 
söz açarkən  bu dəfə “rum şairleri lisanına karib lisanı vardur” 
deyəcəkdir. Beləcə, Azəri türkcəsinin bu xüsusiyyəti həm şərq, həm 
də  qərb türkcəsindən istifadə edən insanlarla asanlıqla  əlaqə qura 
bilmək imkanı yaratmışdır.
Şərq və Qərb türkcəsi  eyni ədəbi dil olaraq inkişaf etmişdir. Bu 
ədəbi dildən istifadə edənlər müştərək bir mədəniyyətə  mənsub 
olmalarına, üstəlik də istifadə etdikləri dilin  eyni ana dilinin fərqli 
ləhcələri olduğuna görə, mədəni əlaqələr  bu oxşar dünya arasındakı 
siyasi əlaqələrin fərqli, hətta dost olmayan dönəmlərində belə  həmişə 
çox gözəl bir şəkildə davam etdirilmişdir. 
 Teymurlular dövründə  və ondan sonrakı dövrlərdə dünyanın 
ən irəlidə gedən siyasi və  mədəni mərkəzlərindən biri olan Herat 
(İ.A. 1993: 5/1) yetişdirdiyi alim, şair, yazar, xəttat, musiqişünas, 
mürəttib, mücəllid və miniatür ustaları ilə Anadolu və Azərbaycanda 
inkişaf etməkdə olan mədəni həyatı cana gətirən və stimullaşdıran 
qaynaqlardan olmuşdur. Bu məqamda xüsusilə Cami (1414-1493) 

248
və  Əlişir Nəvai (10 fevral 1441 – 3 mart 1501) iki dəyərli qələm 
sahibi kimi gözümüzün qarşısında canlanır
234

Fateh Sultan Məhməd  İstanbulu fəth etdikdən sonra buranı 
hər tərəfdən  İslam dünyasının mərkəzi etmək məqsədilə bir çox 
sənətçini bu şəhərə dəvət etmişdir. Gələnlərin əksər hissəsi də Orta 
Asiya, İran və Azərbaycandan idi. Əli Quşçu (v. 1474) bunların ən 
öndə gedənlərindən biridir. Yeni gələnlər gəldikləri yerlərin üzdə 
olan sənət əsərlərini də özləriylə gətirirdilər. Bu fərqli əraziləri bir-
biri ilə yaxınlaşdıran bir mədəniyyət elçisi olmaq vəzifəsini yerinə 
yetirirdilər. Məsələn, Bəsiri (v.1535) Nəvainin divanını Anadoluya 
ilk gətirən şəxsdir. (Lətifi  1314: 104)
 Bu arada, xüsusilə başlanğıcda, elm və  təhsil məqsədi ilə  
Türküstan və Azərbaycan bölgəsinə gedərək, həm buradan oraya, 
həm də oradan buraya mədəniyyət xəbərləri ötürənlər də yox deyildi.
Ticarətin də bu  münasibətlərin inkişafında rolunu unutmaq olmaz. 
Bu qarşılıqlı təsiri “Riyazi təzkirəsi”ndə belə bir nümunədə görmək 
mümkündür:
“Mervidir ki Sultan Hüseyn Baykara zemanında diyarı- Horasan 
menba-i ehali-i ehli irfan ve menşe-i ashab-i belağat ü beyan olub 
vezirleri olan Mir Ali Şir Nevai bir meclis-i hasül- hasda Darül- 
eyaletinün ülema vü şüarası bihterini her merzbum   olan mülk-i 
Rumun ulema vü şuarasına galib olmasın iddia ider. Hazreti Mahdumı 
ol meclisde hazır bulunup tıynet-i Rumiyanda olan vüfur-ı ehliyyet 
ve kemal-i kabiliyyet dahi inkar olmaz buyururlar. Bu mukavele 
esnasında canib-i derden bir murakka-püş zahir olup guşe-i meclisde 
mütemessil olur. Ahvalınden sual olundukda Rumdan geldügi zuhur 
bulur.  Şuara-yı Rumın nev- peyda eşarından istifsar  iderler. Sahib – 
tercemenin (Ahmed Paşanın) bu bir kaç beytini okur.
Nazm:
Çin-i zülfi n müşke benzetdüm hatasın bilmedüm
Key perişan söyledüm bu yüz karasın bilmedüm.
234
 Köprülü, 1980; Çavuşoğlu, 1976; İsen, 1997; Kurnaz, 1997.

249
Kad kiyamet gamze afet zülf-fi tne hatt bela
Ah kim ben hüsninün bunca belasın bilmedüm
Hazret-i Mahdumi bu terane-i dil-keşi istima itdükde bi- ihtiyar 
ser-ağaz-ı raks ü sema idüp müddeamuz sabit oldu  buyururlar” . 
(Riyazi 3724-166)
Bu köçlər üçün Osmanlı ölkəsinin bir cazibə mərkəzi olmasının, 
xüsusilə XVI yüzillikdən etibarən siyasi sabitlikdən məhrum 
Qafqazlar, Azərbaycan və Orta Asiyanın sənətçi baxımından aşağı 
səviyyədə olmasının da ciddi təsirləri vardır.  İbn Sinanın dediyi 
kimi: elm və sənət himayə görmədiyi halda köç edər. Çünki bugünki 
formada bir yaradıcılıq sisteminin olmadığı orta çağda sənət və 
elm adamları ancaq sabitliyin və özlərini qoruyacaq hamilərin 
kölgəsində  əsər yarada bilərdilər. Bu qanunauyğunluğu qınamağa 
dəyməz və buna bənzər vəziyyət  Şərq və  Qərb toplumlarında da 
eyni formada hökm sürürdü. Həm Orta Asiya, həm Azərbaycan 
bölgələrində Teymuroğulları  və  Ərdəbil xanlığının arasında gedən 
taxt-tac davaları, xüsusilə  Ərdəbil idarəçiliyində ortaya çıxan 
təzyiqlər  bir çox sənətçini yerindən-yurdundan etmişdir. (Kurnaz 
1992: 16). Bu vəziyyətə Azərbaycanlı sənətçilər bir neçə cəhətdən  
tipik nümunədirlər.  Yuxarıda toxunulan dil və  ərazi baxımından 
bu ölkədə doğulan şair və yazarlar qeyri-stabillik hiss etdikləri və 
xüsusilə himayəsiz qaldıqları zaman ya Osmanlı, ya da Teymur 
sarayına gəlməkdən çəkinmədilər. Bunların ən diqqət çəkənlərindən 
biri olan Güney Azərbaycanda doğulmuş  Şah Qasım  Ənvar 
(1356-1434) Türküstana köç etmiş  və burda həm böyük şair, həm 
də Əmir Teymurun nəvəsi Mirzə Uluğbəyin  də bağlanmış olduğu 
böyük bir mürşid olaraq ad  qazanmışdır. Bundan başqa dünya 
musiqi tarixinin dahi şəxsiyyəti  Əbdülqədir Maraği  də (1353-
1435) həyatının  ən mühüm illərini Heratda keçirmiş  və orada da 
vəfat etmişdir. Amma bu iki dünya arasında bu mənada mühüm bir 
fərq vardır: Heratda Türk mərhələsi adlandırılan möhtəşəm intibah 
artıq sönməyə,  İstanbulda isə yenicə parlamağa başlamışdı. Buna 
görədir ki, Osmanlı dövlətinin cazibəsi  sənət adamları üçün də 
maraqlı olmuş və bu cazibəylə əlaqədar olaraq,  böyük sayda şair 

250
və  sənətkar bu ölkəyə köç etmişdir. Bu məsələdə Yavuz Sultan 
Səlimin “Çaldıran” döyüşündən (1514) sonra çox sayda sənətkarı 
zorla İstanbula gətirməsinin də böyük rolu olmuşdur. Fateh Sultan 
Məhməd dövründən başlayaraq Qanuni Sultan Süleyman dövrünün 
sonuna qədər bu əlaqə dayanmadan davam etmişdir. Bu mövzuyla 
bağlı bir araşdırmaya görə Orta Asiyadan Osmanlı bölgəsinə gəlmiş 
87 şair qaynaqlarda əks olunmuşdur. Biz yalnız diqqət çəkən adları 
göz önünə gətirdik, şübhəsiz ki, bu heç də gələnlərin hamısını əhatə 
etmir. (1997; 9-24 Gökmen 1997: 15)
İndi onlara qısaca nəzər salaq: Nəsiminin tarixi sənədlərlə 
təsdiqlənmədiyi, yalnız  söz dünyasında bəhs edilən  Ədirnəyə 
gəlişini bir tərəfə qoysaq,  Anadoluya gələn Azəri şairlərindən öndə 
olanlarından  biri İsfahanda doğulmuş olan Həmididir. Doğulduğu 
şəhərdə  təhsilini tamamlayan şair, ölkənin içində düçar olduğu 
qarışıqlıq üzündən 30 illik bir müddətdə səyahətlər etdi və nəhayət 
Osmanlı ölkəsinə  gəlib çıxdı. Mahmud Paşaya yazdığı bir qəsidə 
vasitəsilə Fateh ilə danışmaq imkanı əldə etdi. Padşahın müsahibi, 
nədimi və şair olaraq 20 il rahat ömür sürdü. Padşahın hüzurunda 
söylədiyi bir kəlmə söz üzündən gözdən düşdü. Bursadakı I.Murad 
türbəsi və imarətinə  şeyx göndərildi. Həmidinin bundan sonrakı 
həyatı və ölümü haqqında məlumatımız yoxdur. 
Həmidinin oğlu  Əbdulcəlil (1487-1569) “Cəlili” təxəllüsüylə 
şeirlər yazırdı. “Şahnamə”nin tərcüməsi və “Gül-i Səd –bərg-i 
Bahar”, “Pənc-Gənc”, “Xosrov ü Şirin”, “Leyla vü Məcnun” adlı 
əsərləri ilə bir Xəmsə yaratmışdır.
Həmidinin divanı  və “Cam-i Sühan-güy” adlı fal-naməsi 
yaradıcılığının əsasını təşkil edir. (Ertalyan 1949; Kurnaz 1997: 141)
Doğum tarixi bilinməyən və Azərbaycan bölgəsindən gəlməsi 
güman edilən  şairlərdən biri də  Kabulidir (841/1437-39-
883/1478,79).  Şeirlərindən göründüyünə görə  Şirvan, Bakı  və 
Hələbdə olmuş, Fateh dövründə Osmanlı ölkəsinə gəlmişdir. 1479-
cu ildə 41 yaşında vəfat etmişdir. Ədirnədə farsca, türkcə şeirlərindən 
ibarət və 1476-cı ildə Fatehə  həsr olunmuş “Külliyyatı-divanı-
Kabulı” adlı bir əsəri vardır. (Ertalyan 1944: 8; TDEA, 1982 v/66; 
Kurnaz 1997: 141)

251
II Bəyazid dövrlərinin sonlarında  Əcəm diyarından Osmanlı 
ölkəsinə gələn şairlərdən biri olan Həbibi (1470-1520) Azərbaycanın 
Göyçay qəsəbəsində doğulub. Sultan Yaqub və  Şah  İsmayıl 
saraylarında yaşamışdır. Yavuz Sultan Səlim dövründə ölmüşdür. 
Sütlücədəki Cəfərabad təkkəsində basdırılmışdır. Həbibi öz 
dövrünün maraq doğuran şairlərindən olmuşdu (Körpülü 1925: 68; 
İpekten vd 1988: 166; Kurnaz 1997: 64).
Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin