Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN



Yüklə 2.76 Kb.
PDF просмотр
səhifə1/26
tarix01.12.2016
ölçüsü2.76 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   26

Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin  
Türk Dünyası Filologiyası sırasından
Prof. Dr. MUSTAFA İSEN
 
TƏZKİRƏDƏN 
BİOQRAFİYAYA
və seçilmiş məqalələr
Baki
OSKAR-2012

 Azəri türkcəsinə uyğynlaşdıran:         Narıngül Nadir qızı
Elmi redaktorlar:                  Prof.Dr.  Kamil Vəli Nərimanoğlu
                            Prof.Dr. Nəsib Göyüşov
  
Azərbaycan - Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası 
Filologiyası  sırasının   ilk nəşrini  görkəmli alim, ictimai-siyasi 
xadim, Azərbaycan xalqının böyük dostu, həyatını və yaradıcılığını 
türk xalqlarının  ədəbiyyat tarixinə  həsr etmiş olan Prof. Dr. 
Mustafa  İsenin  yaradıcılığına həsr etmişik.  Onun ayrı-ayrı 
araşdırmaları  və bir sıra elmi konfranslardakı  məruzələrindən 
ibarət olan “Təzkirədən Bioqrafi yaya”  adlı  əsərini və “Varayım 
Gideyim Urumeline” kitabından bir neçə  məqaləni Azərbaycan 
türkcəsinə uyğunlaşdıraraq bu nəşrə daxil etmişik.  Məqsədimiz 
görkəmli alimin yaradıcılığı haqqında daha dolğun məlumat vermək, 
onun araşdırmaları ilə Azərbaycan oxucusunu daha yaxından tanış 
etməkdir.   Gələcəkdə bu seriyanı  davam etdirərək   F. Körpülüzadə, 
İ.V Stebleva, V.Jirmunski, X.Koroğlu, M.Ergin, Y.Akpınar, A.V.Dıbo, 
Q.Abdurahmanov,  Ə.V.Əlcülasun,  D. Vasilyev, Ə.S. Sibqatulina, 
N.A.Baskakov  və başqalarının yaradıcılığına müraciət etməyi 
nəzərdə tutmuşuq. İnanırıq ki, bu seriyadan nəşr olunacaq əsərlərin 
yalnız Azərbaycan  fi lologiyası, elm və  təhsili üçün deyil, ümumi 
mədəniyyətimiz üçün də çox böyük əhəmiyyəti olacaqdır.
Bu böyük  layihəni maddi və mənəvi cəhətdən  dəstəkləyən fi kir 
və iş adamı   Əli Polada və nəşr işindəki diqqət və qayğısına görə 
“Oskar”  nəşriyyatının müdiri Namiq    bəyə öz təşəkkürümüzü 
bildiririk
ISBN 5-86874-528-3                          © Prof. Dr. Mustafa İsenin

3
Müəllimim prof. Dr. Haluq İpəkten (1926-1992) və  
Behcət Necatigilin (1916-1979) 
əziz xatirəsinə hörmət və ehtiramla
                   
Kitablarda ölmək
Adı, soyadı
Açılır mötərizə.
Doğulduğu il cizgi, öldüyü il bitdi
Qapanır mötərizə.
O, indi kitablarda bir  isim, bir soyaddı
Mötərizə içində doğum, ölüm ili
Ya səhifə altında, ya bir az irəlidə
Əsərləri, çap olunma illəri
Qısa, uzun bir vərəq
Kitab adları
Can çəkişən quşlar kimi əlimizdə.
Mötərizə içindəki cizgi
Nə varsa orada.
Ümidi, qorxusu, gözyaşı, sevinci
Nə varsa orada.
O indi kitablarda
Bir misralıq yerdə həbs
Hələmi yaşayır, qorunanmaz ki...
Öldürə bilərsiniz.
Behcət Necatigil

4
KİTABIN İÇİNDƏKİLƏR
Türk mədəniyyət və ədəbiyyat tarixinin 
araşdırılmasına dəyərli örnək...................................................... 6
Müəllifdən...................................................................................10
I HİSSƏ: TÜRK  TƏZKİRƏ  ƏNƏNƏSİ
XVI yüzilliyin sonuna qədər Osmanlılarda  təzkirə ənənəsi......15
Türkcə yazılmış şair təzkirələri..................................................35
Türk təzkirəçilik  ənənəsində Əlişir Nəvainin yeri ...................44
Səhi Bəy və təzkirəsi..................................................................51
Lətifi  təzkirəsi.............................................................................62
Anadolu türk təzkirəçiliyində forma dəyişikliyi........................72
Türk təzkirəçiliyində antologiya tipli nümunələr.......................78
Həsən Çələbi təzkirəsi................................................................83
Ədəbiyyat tarixində “Künhül-əxbar”ın yeri...............................89
“Künhül-əxbar”ın şairlərə həsr olunan 
hissəsinin qaynaqları................................................................100
Ədəbiyyat tariximizin qaynaqlarindan  
olan  Övliya Çələbi «Səyahətnamə»si......................................144
II HİSSƏ:  TƏZKİRƏLƏR  İŞIĞINDA  
DİVAN  ƏDƏBİYYATI
Osmanlı mədəniyyətinə baxış..................................................153
Divan şairlərinin təsəvvüf və təriqət əlaqələri.........................162
Divan şairlərinin sənət növləri.................................................170
Divan ədəbiyyatında eyni təxəllüslü şairlər.............................179
Osmanlılar dövründə şəhər və mədəniyyət..............................192
İstanbul klassik şeirin mərkəzi kimi........................................198
Bolqarıstanlı divan şairləri ......................................................205
“Künhül-əxbar”a  görə bugünkü Yuqoslaviya sərhədləri
içərisində  doğulmuş şairlər......................................................212
Osmanlı mədəniyyətində Kiprin yeri və 
Kiprli divan şairləri...................................................................240

5
Osmanlı Türkiyəsinə köç etmiş azərbaycanlı 
klassik ədəbiyyat təmsilçiləri...................................................246
Ankaralı divan şairləri..............................................................258
Tokatın Osmanlı mədəniyyətində yeri və tokatlı şairlər..........264
Ərzurum şairləri və Nəfi ..........................................................272
Ədəbiyyat tariximizdə Bağdad.................................................280
Mədəniyyət tariximizdə Üsküp və 
üsküplü divan şairləri...............................................................287
Ədəbiyyat tarixində Priştinə və burada doğulmuş  
divan şairləri.............................................................................296
Diyarbəkirli düşüncə və sənət adamları...................................301
Klassik mədəniyyətdə Sakarya və onun əhatəsi.......................306
Türk bioqrafi yasının çağdaş tənqidçiləri 
Hammer və Behcət Necatigil...................................................312
“VARAYIM GİDEYİM URUMELİNE” 
kitabından seçilmiş məqalələr
Ön söz......................................................................................321
Balkanlarda çağdaş türk ədəbiyyati..........................................324
İstifadə edilmiş ədəbiyyatlar ...................................................343

6
Türk mədəniyyət və ədəbiyyat tarixinin 
araşdırılmasına dəyərli örnək
M
üsəlman Şərq xalqlarının Orta əsrlərdə yaranan zəngin elm 
və  mədəniyyət tarixində  sənət və  ədəbiyyat önəmli yer 
tutur. Burada ədəbi proses dövrə xas ictimai-sosial və mədəni mühitin 
formalaşdırdığı dini-ideoloji, əqli-mənəvi və başqa dəyərlərlə  sıxı 
surətdə  əlaqədar olaraq inkişaf tapmışdır. Keçmişin  ədəbi-mədəni 
həyatının və  bədii-estetik düşüncə  tərzinin elmi mənzərəsini 
yaratmaq üçün ilk növbədə ilkin qaynaqlarda toplanan məlumatlar 
əsasında araşdırma aparmaq və mülahizə söyləmək mümkündür 
və bu baxımdan tarix və mədəniyyətə aid ilkin yazılı qaynaqların, 
xüsusilə  ədəbiyyat üzrə  təzkirələrin tədqiqi olduqca əhəmiyyətli 
bir məsələ olaraq qarşımıza çıxır. Bu sahə üzrə görülən qiymətli 
və mühüm işlərin yekunu olaraq Türkiyə Cümhurbaşkanlığının 
baş katibi,   Prof.Dr. Mustafa İsenin “Tezkireden Biografi ye” adlı 
kitabını nümunə kimi göstərə bilərik. Müəllif Türkiyədə təzkirəçilik 
ənənələrinin elmi araşdırılması üzrə  məktəb yaratmış  və onun 
mədəniyyət və  ədəbiyyat tarixinə göstərdiyi bu dəyərli xidməti 
yetişdirdiyi tələbələri – Prof.Dr. F. Kılıç, Doç. Dr. S. Solmaz, Doç. 
Dr. A. Eyduran, Doç. Dr. G. Zavodçu və digərləri davam etdirirlər.
Bəllidir ki, ədəbiyyat tarixi və ədəbi tənqidin keçmişini öyrənmək 
üçün ən dəyərli qaynaqlardan biri təzkirələrdir. Peyğəmbər sirəsindən 
formalaşmağa başlayan, sonra isə elmi simaların, övliyaların və 
müxtəlif mədəniyyət sahələrində xidmət göstərmiş  şəxsiyyətlərin 
həyat və yaradıcılığı haqqında yığcam məlumatları bir qaynaqda 
toplayan təzkirəçilik ənənəsi ədəbiyyat tarixində özünə önəmli yer 
tutmuşdur. Öncə  ərəbcə, sonra isə farsca yaranıb genişlənən bu 
ənənə daha sonralar türkcə yazılmağa başlamış  və özündən  əvvəl 
formalaşan üsul və qaydaları saxlamaqla yanaşı, bir sıra metodoloji 
yeniliklər və  dəyişiklər gətirməklə özünəməxsus inkişaf yolu 
keçmişdir. Qeyd edək ki, ədəbi prosesin tarixi inkişaf yollarını, 
ədib və  şairlərin həyat və yaradıcılığını izləmək üçün təzkirələrin 
əhəmiyyəti böyükdür. Maraqlı haldır ki, İran və Türkiyədə istər 

7
ayrı-ayrı təzkirələrin tədqiqi və nəşri, istərsə də təzkirəçilik tarixinin 
araşdırılması üzrə mühüm işlər görülmüşdür. Lakin Azərbaycanda 
bu iş nisbətən geç başlanmış, bir neçə təzkirə işıq üzü görmüşdür. Bu 
sahədə ilk təşəbbüslərlərdən olan N. Qarayevin, M. Muradovanın,  
K. Məmmədovanın, A. Topalovanın tədqiqatlarını göstərmək olar. 
Təzkirəçilik  ənənəsinin sistemli və ardıcıl tədqiqi isə Dr. Vüsalə 
Musalı tərəfi ndən aparılmaqdadır. 2006-ci ildə  “XV-XVII əsrlər türk 
təzkirələrinin strukturu və spefi kası” mövzusunda doktorluq işini 
başa çatdırran müəllif, hal-hazırda “Türk təzkirəçiliyinin inkişaf və 
təkamül mərhələri” mövzusu üzrə  yüksək doktorluq səviyyəsində 
araşdırma aparmaqla məşğuldur. Onun “Osmanlı  təzkirələrində 
Azərbaycan  şairləri” adlı monoqrafi yası 2009-cu ildə, “Türk 
təzkirəçiliyi” (Biblioqrafi yası) kitabı isə 2011-ci ildə nəşr edilmişdir.
Ümumiyyətlə, klassik dövr üzrə  ədəbiyyat tarixi, ədəbi tənqid, 
poetika və estetik fi kir haqqında mükəmməl təsəvvür yaratmaq üçün 
müraciət edilməsi zəruri olan qaynaqları belə xülasə etmək olar:
1. Tarix və xronikalar;
2. Əruz və qafi yəyə dair qaynaqlar;
3. Bəlağətə aid əsərlər;
4. Təzkirələr.
Prof.Dr. Mustafa İsenin türk təzkirəçilik  ənənələri üzərində 
apardığı ardıcıl və sistemli araşdırmalar təkcə Türkiyə coğrafi yasında 
deyil, Heratdan başlayarak Balkanlara qədər uzanan bir məkanda 
yetişən türk ədəbiyyatının tanınmış və tanınmamış simaları haqqında 
dolğun məlumat verir. Burada Türk təzkirəçilik  ənənəsinin  əsas 
cizgiləri və önəmli xüsusiyyətləri, eyni zamanda divan ədəbiyyatı ilə 
bağlı dəyərləndirmələr ayrı-ayrı məqalə və yazılar şəklində öz əksini 
tapmışdır. Farsca təzkirəçilik ənənəsi daha əvvəl yaransa da, burada 
ədəbi tənqid və dəyərləndirmə nisbətən zəif olmuşdur. Bu məsələni 
İran təzkirəçilik tarixini araşdıran Golçin Məani və başqa tanınmış 
müəllifl ər də qeyd etmişlər. Buna bənzər şəkildə bir sıra Türk şairlər 
təzkirəsi də ədəbi tənqid və dəyərləndirmə baxımından zəifdir. Lakin 
bununla yanaşı, Osmanı dönəmində qələmə alınan Türk təzkirələri 
içərisində  ədəbi tənqid baxımından böyük mühtəvası  və öz elmi 
dəyərləndirməsi isə seçilən mühüm qaynaqlara da rast gəlinir ki, 

8
bunlardan Lətifi ,  Mustafa  Əli və  Çələbininn  əsərlərini özəlliklə 
qeyd etmək lazımdır. Prof. Dr. Mustafa İsen bütün bu məsələləri 
diqqətlə araşdırmışdır. Təzkirələrdə təriqət şairləri ayrıca məqalədə 
işıqlandırılır. Müəllif eyni zamanda Ankara, Tokat, Ərzurum, 
Bağdad, Üsküp, Diyarbəkir bölgələrində yetişən şairlər haqqında da 
ayrı-ayrı məqalələr şəklində bəhs edir. 
Müəllifi n kitaba daxil edilmiş məqalələrində mədəniyyət tarixinin 
bir çox önəmli məqamları  təhlil edilir, şəhər mədəni mühitində 
yaranan və inkişaf edən divan ədəbiyyatının xüsusiyyətləri nəzərdən 
keçirilir.  İstanbulun Qsmanlı dönəmində mühüm mədəniyyət 
mərkəzi kimi formalaşmasına təsir göstərən amillərin incələnməsi 
də diqqəti cəlb edən məqamlar sırasındadır. Kitabda yer alan ayrıca 
bir bölümdə isə müxtəlif səbəblərdən Türkiyəyə mühacirət etmiş 
Azərbaycan müəllifl əri haqqında faydalı  məlumatlar verilir. Orta 
çağlarda eyni sivilizasiya məkanında öz yaşamını davam etdirən 
Şərq xalqlarının yaratdığı elmi-fəlsəfi , dini-mənəvi, ədəbi-estetik və 
hətta milli dəyərlər olduqca yaxın və müştərək xarakterə malikdir 
və bu cəhətdən onların tədqiqi həmin dəyərləri paylaşanların hamısı 
üçün faydalıdır. Ona görə keçmişin elmi, mədəni, ədəbi və mənəvi 
mirasını araşdırarkən məsələyə dar və  məhəlli təəsüb baxımından 
deyil, geniş  və cahanşümul bir sivilizasiya məkanında formalaşan 
ortak dəyərlər bucağından yanaşmaq lazım gəlir və müəllif bu 
məsələlərə yüksək intellektual və elmi səviyyədə yanaşmışdır.
Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan mədəniyyət 
və  ədəbiyyat tarizxinin tədqiqində  bəzi sahələr üzrə müəyyən 
boşluqlar vardır ki, buraya Orta çağlarda formalaşan islam 
mədəniyyət kateqoriyalarının universal xarakteri, başqa xalqlarla 
ortaq xüsusiyyətləri daşıyan təsəvvüf və sufi   ədəbiyyatı, klassik 
divan  ədəbiyyatının estetikası  və  təzkirəçilik  ənənəsinin tədqiqi 
daxildir. Təzkirələrin akademik nəşrində  də müəyyən boşluqlar 
və  qeyri-peşəkar cəhətlər nəzərə çarpır ki, həmin problemlərin 
həlli baxımından Türk araşdırıcılarının bu sahədə gördüyü işlərdən 
faydalanmaq və qarşılıqlı elmi-nəzəri mübadilə əhəmiyyətli görünür. 
Bu baxımdan Prof.Dr. Mustafa İsenin kitabının Azərbaycan türkcəsi 
ilə yayınlanmasının elmi-mədəni ictimaiyyət üçün faydalı olacağı 
heç bir şübhə doğurmur.

9
Zənnimizcə, bu kitabda toplanan araşdırmalar istər mövzu və 
məzmun, istər daşıdığı  məlumatlar və istərsə  də elmi yanaşma 
metodu baxımından təkcə  fi loloqların deyil, tarixçilərin və 
mədəniyyətşünasların, ümumiyyətlə, elmi-mədəni elitanın maraq və 
diqqətini cəlb edəcək.
Kitab Azərbaycan türkcəsinə çevrilərkən onun elmi yönümünü 
və araşdırıcılar üçün nəzərdə tutulduğunu nəzərə alaraq qaynaklar 
və onlarda yer alan mətləblər, eyni zamanda bir sıra əski terminlər 
orijinalda saxlanmışdır. 
Prof.Dr. Kamil Vəli Nərimanoğlu
Prof.Dr. Nəsib Göyüşov
  
                                                        

10
Müəllifdən
Ə
limizdəki kitabda dönə-dönə qeyd edildiyi kimi, bioqrafi ya 
insan məfhumu yarandığı gündən onunla birlikdə meydana 
gələn elm sahəsidir. Hafi zə sahibi olan insan oğlunun keçmişdə 
olan hadisələri öyrənməyə can atması ilə yanaşı bu hadisələri 
yaradan insanlara da maraq göstərməsi, hələ  qədim tarixlərdən 
bioqrafi ya növünün  yaranmasına səbəb olmuşdur. Kitabın içində 
izah edildiyi kimi islam tarixinin özünəməxsus xüsusiyyətlərindən 
biri də,  bioqrafi yanı özündə əks etdirməsi olmuşdur və bu növ daha 
çox islam tarixində inkişaf edərək təşəkkül tapmışdır. Məhz islam 
mədəniyyətinin öz varlığı ilə dünya mədəniyyətinə yeni çalar verdiyi 
və  zənginləşdirdiyi sahələrdən biri də tarix yazıçılığı, xüsusilə  də 
islam tarixinin alt qolu olan təzkirələrnin qələmə alınmasıdır. 
İlk dəfə  ərəb dünyasında yaranan bu növ, sonra farslara, ordan 
da türk tarixçiliyinə keçmişdir.Təzkirə növü ortaq bir mədəniyyətin 
daşıyıcısı olduğu üçün, öz ana xəttini saxlayaraq inkişafını davam 
etdirmişdir. XVI əsrdə ilk və mükəmməl nümunələrini ortaya 
qoymağa başlayan bioqrafi ya növü əsasən elm və  ədəbiyyat tarixi 
başda olmaqla, həyatın bütün sahələrinə nüfuz etmiş, XX əsrin 
əvvəllərinə qədər öz əhəmiyyətini itirməmişdir.
XX  əsrin  əvvəllərindən sonra isə bioqrafi yalar bir çox başqa 
növlər kimi qərb yazı modelində olan  nümunələrə uyğunlaşaraq öz 
formasını dəyişmişdir.
Bu kitabda hələ həyatımın erkən çağlarından müraciət etdiyim bu 
ədəbiyyat növünün ayrı-ayrı çalışmalarını bir yerə toplayaraq, həmin  
sahə ilə maraqlananlara bir töhfə etmək istədim. Universitetdə  təhsil 
aldığım illərdən başlayaraq bu günədək  şairlərə aid  təzkirələr  ən 
çox diqqətimi çəkən sahə olub. Dünyasını dəyişmiş ustadım Haluk 
İpəkten Bəyin açdığı yolla irəliləyərək təxminən 35 ildir ki, bu 
mövzu ilə bağlı əsərlər yazıram. Böyük zövq və həvəslə yürüdüyüm 
bu yolda gördüklərimi ətrafdakılarla paylaşmaq, onları da bu zəngin 
və maraqlı tarixi irsin incəlikləri ilə  tanış etmək üçün bu toplunu 
ərsəyə gətirməyi məqsədə uyğun bildim. 

11
Burada yer alan məqalələrin əsas bir hissəsi akademik yazılardır. 
Bir hissəsi isə akademik çalışma olmaqla birlikdə, tənqid və 
araşdırma funksiyasını özündə  əxz etmiş  mətnlərdir.Yazılardakı 
eyni mövzulara  müxtəilf vaxtlarda və fərqli qaynaqlardan istifadə 
etməklə baxıldığından, eyni zamanda, başqa-başqa auditoriyalar 
üçün nəzərdə tutulduğundan kitabda müəyyən  təkrarların nəzərə 
çarpması da gözləniləndir. Bu təkrarçılıq, eyni zamanda eyni 
mövzuya məlum bir baxış bucağından yanaşmanın  nəticəsindən 
yaranan  məcburi haldır.
Kitabdakı  əsasən bir mövzuya xidmət edən məqalələr yetmişinci 
illərin sonundan başlanaraq bu günə  qədər davam edən yazıların 
toplusudur. Bunların üzərində kiçik müdaxilələr istisna olmaqla heç 
bir dəyişiklik edilməyib. Bu gün nəşr olunmuş bəzi əsərlərin kitabda 
qaynaq kimi istifadə olunması da bu üzdəndir. 
Bəzi başlıqlar da (məsələn, “Künhül-əxbar”a görə bu günkü 
Yuqoslaviya ərazisində doğulan şairlər) zahiri  dəyişikliklər olmasına 
baxmayaraq eyni qalmışdır. Təbii  ki, bu məhsullar yazıldığı dövrləri 
əks etdirir.
Haluq  İpəkten bəydən fərqli olaraq  özünü görməsəm  də,  
Behcət Necatigil də dəyərli şəxsiyyət kimi nümunə götürdüyüm və 
təsirləndiyim tədqiqatçılardandır. Onun məni ən çox özünə cəlb edən  
tərəfi  isə təzkirəçiliyə  göstərdiyi xüsusi diqqətidir.  
Buna görə də kitabı bu iki dəyərli insana ithaf etdim və Necatigilin 
bu sahədə necə duyğulu və  həssas olduğunu  əks edirən bir şeiri 
ilə kitabımın ilk səhifəsinə incə bir naxış vurdum. Onun bir şair 
təxəyyülü ilə göstərdiyi kimi  bir mötərizə içərisində tire şəklində 
təsvir olunan  bu insan həyatları böyük romanlara mövzu olacaq 
qədər zəngindir.
Mən bu çalışmayla mədəni təməllərimizin köklərinin necə 
dərində olduğunu nəzərə çarpdırmaq və xalqımın necə bir bioqrafi k 
zənginliyə malik olduğunu göstərmək istədim. 
Bioqrafi ya  araşdırmalarıma başladığım 70-ci illərə dönüb 
baxdığımda bu sahə ilə bağlı    bəzi işlərin görüldüyünün şahidi 
oluram. Ancaq bu sahədə  hələ görülməli işlərin çox olmasını da 
xüsusi olaraq qeyd etmək istəyirəm.  Əgər çalışmamla bu qədim 

12
növün görünməyən zəngin tərəfl ərinə azacıq da olsa işıq sala 
bilmişəmsə, çox şad olardım. 
Bu çətin və  şərəfl i  işi yerinə yetirməkdə  mənə vasitəçi olmuş 
“Kapı yayınları”na dərin təşəkkürümü bildirirəm. 
Prof. Dr. Mustafa İsen
 
       Ankara, 
2010
 

I HİSSƏ
TÜRK  BİOQRAFİYA  ƏNƏNƏSİ

15
XVI  YÜZİLLİYİN  SONUNA QƏDƏR  
OSMANLILARDA TƏZKİRƏ  ƏNƏNƏSİ*
T
anınmış adamların həyat hekayələrindən bəhs edən və 
ədəbiyyat tarixində ayrıca bir növ kimi səciyyə daşıyan  
təzkirə  növü  demək olar ki, insanlarla yaşıd olan bir elm sahəsidir. 
Başlanğıcında tarixin içində yer alan  bu növ, bir müddətdən 
sonra müstəqil bir sahə kimi inkişaf edərək özünü təsdiqləmişdir. 
Bildiyimiz kimi tarix, bizdən əvvəl yaşamış olan  insanların şahidi 
olduqları hadisələri və bu hadisələrin qəhrəmanlarını özündə  əks 
etdirmişdir. 
Məlumdur ki, tarixi yaradan şəxslərin həyat hekayələri də  tarixi 
hadisələrin özləri qədər mühüm və maraqlıdır. Bu həyat hekayələrini 
əks etdirmək missiyası isə təzkirələrin üzərinə düşür. Buna görə də 
Qərb və Şərq tarixçilərinin əksəriyyəti tarixin içində bioqrafi yalara 
da müəyyən  yer vermişlər.
1
 
İslam dünyasında isə  təzkirənin məzmunu bundan da o tərəfə 
keçərək daha böyük əhəmiyyət kəsb edir. Çünki İslam tarixçiliyi 
Hz.Peyğəmbərin həyat və  fəaliyyətinin təsvir edilməsi ilə, yəni 
bioqrafi ya  ilə başlamışdır.  İslam tarixinin qaynağını  hədislərdə, 
xüsusilə də Hz.Peyğəmbərin müqəddəs şəxsiyyətini  və dini etiqadını 
əks etdirən,  qəzalarına aid hədislərin toplumunda axtarmaq gərəkdir.
2
 
Çünki bir hədisin dəyəri və doğruluğu islam etiqadının dürüstlüyünə 
və   möhkəmliyinə də dəlalət edir. Bir hədisin nəql edilməsi, həm 
də onun doğruluğunun sənədidir. Get-gedə tarixçilər bu sahəni 
1
 Adnan Adıvar,”Tarih ve bioqrafi ”tarix jurnalı C.2, S.3,4 İstanbul 1952,S 2
2
 İslam Ensiklopediyası,Tarix Maddəsi, C.2, s.378; Hamilton ArGibb,”İslam medeniyyeti 
üzerine Araştırmalar”, İstanbul 1991, s. 128; “Diyanet Vakfı İslam Ansiklopedisi “Arap 
Maddesi”, C.III, s. 298; Franz Babinger  “Osmanlı Tarih  Yazarları ve Eserleri” (çevi-
ren Çoşkun Üçok), Ankara 1982;  Şəmsəddin Günaltay “İslamda Tarih ve Müverrihler” 
İstanbul, 1923-1925; Nəcib Asim “Osmanlı Tarih-nüvisleri ve Müverrihleri” TOEM, 
(1327); J.S. Robinson, “The Tezkere Genre in İslam, Journal jf Near Eastern Studies” Vol. 
23, s.57; Şəhabəttin Təkindağ, “Osmanlı Tarih Yazıcılığı”, Belleten XXXV/140,  Ankara 
1971; İlbər Ortaylı, “Osmanlı Tarih Yazıcılığının Evrimi Üstüne Düşünceler” Türkiyə 
Sosial və Elmi Araştırmalar  Mərkəzi, 1986, s.419.

16
daha da genişləndirmişlər. Beləcə  hədislərin nəql edilməsindən 
yaranan tarix elmi özünə xas ənənəvi təqdim tərzini mühafi zə 
edərək, dilçilər tərəfi ndən toplanmış tarixi məhsullar toplusuna 
çevrilmişdir.
3
 Bununla bərabər başda Hz.Peyğəmbər olmaqla islam 
tarixinin önəmli insanların cəmiyyətə nümunə olacaq şəxsiyyətlər 
kimi təqdim edilməsi də bioqrafi yanı gündəmdə saxlayan başqa bir 
əhəmiyyətli cəhətidir. 
Buna ərəb ənənəsindən gələn kök-soyla öyünmək xüsusiyyətini 
də əlavə etmək gərəkdir. Buna görə də bioqrafi ya islam tarixçiliyində 
həmişə  əhəmiyyətli  yer tutmuş, hətta vaxt keçdikcə tarixin başqa 
sahələrinə nisbətən daha zəngin  mövzuya malik bir sahəyə 
çevrilmişdir.
4
Tarixin siyasət sahəsində yer alan alim və mühəddislərin   zaman 
keçdikcə yüksək vəzifə sahibləri ilə  əvəz edilməsi nəticəsində, 
bioqrafi ya sahəsi sərbəst tarixçilərin ixtiyarına verildi. 
 Tarixin hakimiyyətə gorə dövrlərə bölünməsindən sonra 
bioqrafi ya  sahəsi  alim və mühəddislərin  gözündə daha böyük 
əhəmiyyət qazandı. Onlar dünyəvi, bəzən də dinsiz siyasi mətn 
yerinə, peyğəmbərin varisləri olan üləmanın həyatını anlatmağı əsas 
tarix olaraq diqqətdə saxladılar.
5
Bu niyyətlə daha çox bir qrupa, yaxud da bir sinfə mənsub olan 
adamların bir topluda cəmlənməsindən ibarət  əsərlər yazılmağa 
başlandı. 
Əbu Nəim  İsfəhaninin (v. 1038) “Hilyətü l-övliya”sı  və  Xətibi 
Bağdadinin (v 1071) tək bir bölgəylə bağlı böyük həcmli  əsəri 
bunların ilk nümunəsidir.
6
 Get-gedə bu çalışmalar dilçiləri, şairləri, 
həkimləri və digər sənət adamlarını da əhatə etməyə başladı.  Şeir 
sahəsində bunların əldə olunan ilk nümunəsi Məhəmməd b. Sallam 
əl-Cumahinin (v. 865) “Təbəqatüş-şüəra” adlı  əsəridir. Bu əsər 
vasitəsiylə qədim dövr islam mədəniyyəti haqqında məlumatlar əldə 
3
 İslam Ensiklopediyası: həmin m., s.785.
4
 Franz Rosenthal, A History of  Muslim Historiography, Leiden 1952, s. 101.
5
 Hamilton Gibb: həmin kitab, s. 138.
6
 Hamilton Gibb: həmin kitab, s.139.

17
edə bilirik.
7
 İbn Kuteybənin “Kitabüs-şiir və şüəra”sı isə bu sahədə 
yazılmış ikinci əsərdir.Bu sahənin başqa bir nümunəsi  Əbül-Fərəc 
Əl-İsfəhaninin (v. 967) “Kitabül-Ağani” adlı əsəridir. Əl Mərzubani-
nin (v. 990) “Mücəmüş-şüəra” adlı  əsəri isə metod baxımından 
mühüm bir əsər hesab oluna bilər. Bu əsərdən başlanaraq  şairlər 
əlifba sırası ilə  sıralanmağa başlamışdır. Bunlara Səalibinin (v. 
1038) “Yətimüd dəhrini” və Bahrazinin (v. 1075) buna əlavə olaraq 
yazdığı “Dumyetül-kəsr”ını  əlavə etmək gərəkdir. Hazıri (v.1172) 
“Zinətü-d dəhr”,  İmaməddin  Əl  İsfahani (v. 1201) isə Haridətül-
kasr” adlı əlavəsi ilə bu işi davam etdirmişlər. 
8
XII yüzillikdən etibarən illərin xronologiyasına  əsaslanan tarix 
ənənəsi özünü təsdiqlədi. Belə  əsərlərə  bəşərin yaranması ilə 
başlanan ümumi tarix və ya islamın yüksəlişi ilə başlanan milli tarix 
də  əlavə olunmağa başlandı. Bioqrafi yalar bu tarixlərin içində yer 
almağa davam etdi.
9
 Birzalı (v. 1339) bioqrafi yaların yüzilliklərə görə  
tənzim olunması üsulunu  yaradırkən, İbn Hacər Əskəlanı (v. 1449), 
bioqrafi yaların  ölüm tarixi əsasında tərtib edilməsinə başlandı.
10
 
XII əsrin sonlarına qədər ərəbcə yazılaraq davam edən bu ənənə, 
həmin yüzillikdən sonra yerini farsca olan nümunələrə verməyə 
başladı. Farsca təzkirənin ilk nümunəsi “Lübabül əlbab” (1221) 
adlı  əsərlə  Məhəmməd  əl-Ovfi  (v. 1232) tərəfi ndən yazıldı. Onun 
istifadə etdiyi üslub da özündən əvvəlki ərəbcə yazılan bioqrafi yalar 
kimiydi. Sonra bunu Molla Cami (v.1493) davam etdirmişdir. 
Səkkiz hissədən ibarət “Baharıstan” adlı  əsərinin yeddinci hissəsi 
şair bioqrafi yalarına həsr olunmuşdur. Bu hissədə ümumilikdə 38 
şairdən bəhs edilir.
11
Ancaq  ədəbiyyatın bu növündə  əsl diqqət çəkən nümunə 
Dövlətşah b. Əlaüd-dövlə  Səmərqəndi (v.1486) tərəfi ndən qələmə 
alınan “Dövlətşah Təzkirəsi”dir. (1487). Dövrünün tanınmış adamı 
Əlişir Nəvaiyə həsr olunan bu əsər bir müqəddimə, yeddi hissə və 
7
 J.S. Robinson: həmin məqalə, s.61.
8
 J.S. Robinson: həmin məqalə, s.61-62.
9
 Hamilton Gibb: həmin kitab, s.143.
10
 Hamilton Gibb: həmin kitab, s. 147.
11
 Câmi “Baharistan” (Çev. M.Nuri Gençoşman), İstanbul 1985. 

18
bir xatimədən ibarətdir. Təzkirədə yer alan şairlərin ümumi sayı  
149-dur. Bu təzkirə, özündən sonra yazılan fars və türk təzkirələrinə 
örnək olmuş və o günədək yazılmış olan ona bənzər təzkirələrdən, 
özündə daha çox bioqrafi ya ehtiva etməsiylə fərqlənir
12
. Başqa bir 
təzkirə Sam Mirzə (v.1567) tərəfi ndən qələmə alınmış “Töhfeyi-
Sami”(1550) adlı əsərdir.  Kitab  yeddi  bölməyə ayrılıb  və həmin 
bölmələrdə 700-ə  qədər  şairdən söz açılır.  Əsərin altıncı bölməsi 
“Təbəqəyi-Türkan” adı altında türk şairlərinə həsr olunmuşdur. 
“Baharıstan” və “Dövlətşah təzkirəsi”ndən sonra  bu sahədə 
meydana gələn başqa bir təzkirə isə, türkcə yazılan  bir sıra 
nümunələrin müəllifi   olan  Əlişir Nəvai (1441-1501) tərəfi ndən 
yazılmışdır. Onun “Məcalisün-nəfais” (1491) əsəri müqəddimədən 
və  məclis adlandırdığı  səkkiz bölmədən ibarətdir.  Əsər Cami və 
Dövlətşah təzkirələrinə  bənzəyir. Təzkirələrdə  şairlər xronoloji 
şəkildə hər bir məclis üzrə aşağıdakı formada sıralanmışdır. 
1-ci  Məclis. Nəvaidən əvvəlki şairlər.
2-ci Məclis.  Nəvainin uşaqlıq və gənclik illərində tanıdığı, ancaq 
təzkirə yazıldığı müddətdə  artıq vəfat etmiş şairlər.
3-cü Məclis. Nəvainin müasiri olan şairlər
4-cü Məclis. Alim şairlər 
5-ci Məclis.  Xorasanlı şair mirzələr və hökmdar ailəsi şairləri
6-cı Məclis.   Xorasandan xaricdə yaşayan elm adamları və şairlər
7-ci Məclis    Sultan və şahzadələrdən olan şairlər 
8-ci Məclis    Dövrün padşahı Sultan Hüseyn Baykara
“Məcalisün-nəfais”də Herat, Xorasan və Azərbaycanda yaşayan 
və  əksəriyyəti farsca yazan 455 şairə yer verilmişdir. Bunlardan 
43-ü türk və ya türkcə yazan şairlərdir. Nəvai bu şairlər haqqında 
uzun-uzadı  məlumatlar verməmiş, çoxuna ancaq bir-iki sətir yer 
ayırmışdır. Hər şairin bir, tanınmış şairlərin isə iki-üç beytini nümunə 
olaraq vermişdir.
Qeyd edək ki,“Məcalisün- nəfais” cığatay ədəbiyyatı, xüsusilə də 
İran ədəbiyyatı üçün çox mühüm bir qaynaqdır. Bu əsər Anadoluda 
12
 Dövlətşah “Devletşâh Tezkiresi” (Çev. Necati Lugal), İstanbul 1977.

19
meydana gələn təzkirələr üçün də əsas model kimi istifadə olunan 
bir nümunədir
13
.
Bu əsərlər Heratda yazıldıqları üçün həmin məktəbin təzkirələri 
də adlandırılırlar. Bu məktəbin əsas təmsilçiləri olan Cami, Dövlətşah 
və  Nəvai ortaya qoyduqları    əsərlərlə, həm  ədəbi bioqrafi yaların 
inkişafını sürətləndirmiş, həm də özlərindən sonra gələn Osmanlı 
“təzkireyi-şüərası”na ciddi təsirlər göstərmişlər.
Haqqında danışdığımız  bioqrafi yalar mövzu və baxışlarına 
görə fərqli görünsələr də, onların ortaq nöqtələrinin olması da göz 
qabağındadır. Yalnız müəyyən yaş həddinə çatdıqdan sonra  şöhrət 
qazanmış adamlar   bioqrafi yalara düşmək hüququ qazandıqları üçün 
onların doğum tarixləri verilmir, yalnız ölüm tarixlərinə yer ayrılırdı. 
Bioqrafi yası yazılan adamın həyatında olan mühüm hadisələr nəql 
edilirdi. Elm adamlarının təhsili, dərs aldıqları müəllimlər və əsərləri 
önə çəkilirdi. Şairlərin isə şeirlərindən nümunələr verilirdi
14
. Bu cür 
ənənədə bioqrafi k  künyə  əsas götürüldüyü üçün bütünlüklə insan 
amilinə  əsaslanılır və verilən insan portretləri son dərəcə canlıdır. 
Lakin verilən məlumatların dəqiqləşdirilməsi hər zaman mümkün 
olmurdu. 
İslam tarixində ortaya çıxan bu metodun ustadan şagirdə keçən bir 
sənət kimi dəyişmədən Osmanlı bioqrafi ya ənənəsində  əks olunduğu 
göz qarşısındadır. Yəni bu ənənənin formasına  islam dünyasında və  
daha əvvəlki illərdə təsvir olunan ümumi tarixin içində bioqrafi yaya 
şəklində, yaxud da məşhur sənəkarların  bir əsər içərisində təqdim 
olunması  şəklində rast gəlinir. Vəziyyətə XVI əsrin sonuna qədər 
bioqrafi ya  ənənəsi bucağı altında  bir nəzər salsaq, qarşımıza üç 
fərqli təsvir çıxacaqdır.
1)  Ümumi tarixlərdə yer alan bioqrafi yalar,
2)  Şakaik, təlif, tərcümə və əlavələrdə yer alan bioqrafi yalar,
3)  Şairlər təzkirələrində yer alan bioqrafi yalar. 
İndi bunlara sıra ilə nəzər salaq:
13
 Əlişir Nəvai “Mecâlisü′n-nefâis” Daşkənd 1961.  
14
 Rosenthal: həmin kitab, s.102.

20
  1   2   3   4   5   6   7   8   9   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə