Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN



Yüklə 2.76 Kb.
PDF просмотр
səhifə3/26
tarix01.12.2016
ölçüsü2.76 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   26

        (*Yazı “Türk kültürü araştırmaları”Ankara 1995.XXX/1-
2(1993).s.211-217-də dərc olunmuşdur).
45
 Aysun Sungurhan “Beyânî  Tezkiresi”, Tənqid və araşdırma G.Ü. SBE (Doktorluq işi) 
Ankara 1994.

35
TÜRKCƏ YAZILMIŞ ŞAİR BİOQRAFİYALARI*
O
smanlı bioqrafi ya  ənənəsi içərisində  şair bioqrafi yalarının 
tutduğu xüsusi yeri əvvəlki məqalədə göstərmişdik. Bu 
məqalədə bütünlüklə şair təzkirələrindən danışacağıq. 
Türk bioqrafi ya  tarixində ilk nümunələri tarix kitablarının 
içində verilmiş  bu ənənə qısa bir zaman ərzində təzkirə adı altında 
müstəqil növ kimi inkişaf etməyə başladı. Təzkirə  ərəb sözü olan 
“zikr”kökündən yaranmış bir sözdür.  “Zikr” anmaq, xatırlamaq  
mənasını verir  və  buna görə təzkirə, xatırlanmaq ifadəsinə yaxın bir  
mənada işlənilir. Geniş lüğəti izahına söykənərək bu kəlmə müxtəlif 
mənalarda işlədilir. Bir şeyi xatırlamağa, ya da bir xəbəri bildirməyə 
yarayan qısa qeyd, hər hansı bir iş üçün icazə verildiyini bildirən və  
hökumətdən alınan kağız, əsgərin tərxis olunduğunu bildirən sənəd, 
eyni şəhərdəki rəsmi dairələr arasındakı yazışmalar bu qəbildəndir. 
Bu sözdən yaranan “təzkirəi-  əvvəl”, “təzkirəyi- sani”, “təzkirəyi- 
xüsusiyyət”, “təzkirəyi- məruzə”, “təzkirəyi- Osmaniyyə”, 
“təzkirəyi- samiyə” kimi ifadələr  mədəniyyət tariximizə daxil 
olmuşdur. Bu gün bu sözün işlənmə meydanı daralmış  və  ən çox 
təvəllüd təzkirəsi, icazə təzkirəsi, nəzarət təzkirəsi, tərxis təzkirəsi 
kimi rəsmi sənəd adlarıyla “təzkirəsini vermək”, “təzkirə almaq”, 
“təzkirəsini gətirib  əlinə vermək” kimi ifadələrlə    işlənməkdədir. 
Təzkirə sözü danışıq dilində “təskərə” şəklində tələffüz edilir. 
Bu məna və terminlər ilə yanaşı  təzkirə sözünün ədəbiyyatda 
daha böyük bir termin kimi işlənməsinə rast gəlirik. Bu termin 
Osmanlı dövründə hər bir sənət növü ilə məşğul olan, onun maddi 
və mənəvi dəyərlərinin yaranmasında rolu olan yaradıcı insanların 
bioqrafi k yazı təməlini ifadə edən bədii ifadə vasitəsidir. Təzkirəçi 
müəyyən bir sənətdə tanınmış olan şəxslərin, məsələn, övliyaların, 
xəttatların, musiqiçi və memarların, hətta yaxşı bir bağbanın da 
həyat və  sənətindən söz aça bilər. Amma təzkirə sözü öz dolğun 
və geniş mənasını  şairlərin həyat və yaradıcılıqlarından bəhs edən 
kitablarda tapmışdır.  Təzkirə sözü bəzi kitablarda xüsusi ad kimi 
işlədilir, ad kimi istifadə olunmayan kitablarda isə bir növ termin 

36
kimi istifadə edilir.  Bu əsərlər təqdim etdikləri dairənin, yaxud 
sənətin adıyla bərabər verilirlər. Şairləri təqdim edənlərə “Təzkirəyi-
şüəra”,  ərənlərdən bəhs edənlərə “Təzkirətül-övliya”, xəttatlardan 
bəhs edənlərə “Təzkirətül-xəttatin” deyilir.
Təzkirə  ənənəsi islam mədəniyyətinə xas olan bir hadisədir və 
kökləri müsəlmanların ilk dövrlərində yaranmış olan təfsir və hədis 
elminə  qədər gedib çıxır.  Ərəblərin “təbəqə” adı  iıə yazdıqları 
əsərlər iranlılar və türklər tərəfi ndən inkişaf etdirilərək təzkirə 
adını daşımışdır. Təzkirə adının verilməsi və yayılmasında XII 
əsrin tanınmış  İran  şairi və mütəfəkkiri Fəridəddin Attarın islam 
dünyasında çox məşhurlaşmış olan “Təzkirətül-övliya” adlı əsərinin 
böyük rolu olmuşdur.
Cığatay ədəbiyyatında Əlişir Nəvai ilə başlayan təzkirə ənənəsi 
qısa bir müddətdən  sonra Osmanlılara keçmişdir.
Ümumi tarix kitablarından ayrılaraq bizdə müstəqil bioqrafi ya 
şəklində qələmə alınan ilk təzkirə nümunəsi  Lamiinin “Nəfahatül-
üns”ün tərcümə  və  əlavəsini  əks etdirən  “Fütuhul-mücahidin li 
Tərvihi Qulubül -müşahidin” (1520) adlı  əsəridir.  Şairlər təzkirəsi 
olaraq ilk nümunə isə Səhi bəy tərəfi ndən qələmə alınmışdır. Səhi 
bəy və onu izləyən ilk dövr bioqrafi ya yazarları özlərinə Caminin 
(v. 1492) “Baharıstan”ını (1487), Dövlətşahın (1495) ”Təzkirətüş 
şüəra” sını və Nəvainin “Məcalisün-nəfais”ini örnək götürmüşlərsə   
də,  XVI əsrə  qədər inkişaf edən  ədəbi miras  və onları yaradan 
şəxsləri  bir araya gətirmək ehtiyacı  təsadüfi  deyil, zərurətdən 
doğmuşdur. Səhi bəydən sonra, xüsusilə Lətifi  və Aşıq Çələbi şair 
bioqrafi yalarının çox mükəmməl  nümunələrini yaratdılar. Lətifi  
bizdə bu növlə bağlı olaraq ilk dəfə təzkirə sözündən istifadə edən 
müəllifdir. Onu izləyərək  sonra bu sahədə əsər yazan daha 13 müəllif  
də əsərinə təzkirə adı vermişdir.
Türk ədəbiyyatında şair bioqrafi yası, yəni təzkirə olaraq 36 əsər 
vardır. Bunları xronoloji qaydada belə sıralaya bilərik:

37
Təzkirə yazarı:   
            Təzkirənin adı:
1) Əlişir Nəvai 
  “Məcalisün-nəfais”
2) Səhi bəy 
   “Həşt-behişt”
3) Lətifi  
 
 
 
“Təzkireyi-  şüəra”
4) Aşıq Çələbi 
  “Məşairüş- şüəra”
5) Həsən Çələbi 
  “Təzkirətüş-şüəra”
6) Əhdi 
   “Gülşəni- şüəra”
7) Bəyani 
   “Təzkireyi- şüəra”
8) Əli   “Künhül-əxbar”ın təzkirə qismi 
9) 
Sadiqi 
   “Məcməül-xavas”       
10) Riyazi                            
“Riyazüş-şüəra”
11) 
Faizi 
   “Zibdətül-əşar”
12) 
Rza 
   “Təzkireyi- şüəra”
13) 
Yümni 
   “Təzkireyi- şüəra”
14) 
Asim 
   “Zeyli- 
Zibdətül-əşar”
15) 
Güfti 
   “Təşrifatüş-şüəra”
16) 
Mucib 
   “Təzkireyi- şüəra”
17) Safayı   
 
 
“Təzkireyi- şüəra”
18) Səlim 
   “Təzkireyi-şüəra”
19) Bəliğ 
  “Nüxbətül-əşar li Zeyli-Zübdətül  əşar”                                                    
20) Səfvət 
  “Nüxbətül-əşar fi  Fəvayidil əşar” 
21) 
Ramiz 
   “Adəbi- Zurəfa”
22) Silahdarzadə   
 
“Təzkireyi  şüəra”
23) Əsrar Dədə  
“Təzkireyi- şüərayı-mövləviyyə  
24) 
Akif 
   “Mirati-şeir”
25) Şəfkət 
   “Təzkireyi- şüəra”
26) Əsəd Əfəndi 
  “Bağçei Səfa-Əndüz”
27) Arif Hikmət 
  “Təzkireyi- şüəra”
28) 
Fatin 
   “Xatimətül-əşar”
29) Tofi 

   “Məcmuai Təracim”
30) Məhməd Tofi q                          “Kafi leyi- şüəra”
31) Faiq Rəşad                                “Əslaf”
32) Məhməd Siracəddin  
 
“Məcmai- şüəra”
33) Əli Əmiri 
  “Təzkireyi-şüərayi-Amid”

38
34) Ağa Məhəmməd   “Riyazül-aşiqin”
35) M.Kəmal İnal 
  “Son 
əsr türk şairləri”
36) Nail Duman   
 
“Töhfeyi- Naili”
Osmanlı bioqrafi yası özündən  əvvəlki  bioqrafi ya  ənənəsində 
olduğu kimi  adətən  ön sözlə başlanır. Ön sözdə müəllif tanrıya 
şükürlər, peyğəmbərə dualar etdikdən (həmd və salavatdan) sonra, 
kitabı nə üçün yazdığını anladır. Adətən  bu hissədə onların inadla 
dayandıqları mövzu islam dininin şeiri qadağan etməsi haqqında 
olan yanlış məlumatları rədd etmək, qadağanın hansı şeirin üzərinə 
qoyulmasını izah etmək olur. Tanrının insanlara bəxş etdiyi ən 
gözəl nemət danışmaq və yazmaq bacarığıdır. Bildirilir ki, ilk şeir 
Hz. Adəm tərəfi ndən yazılıb və onun tarixi insanın yaranma tarixi 
ilə yaşıddır. Bunları anlatdıqdan sonra yazar, adətən  əsərini hansı 
mövzuda yazdığını və ona daxil olacaq şəxsləri necə seçdiyini izah 
edir. Təzkirələrin ön söz hissəsi bir poetik əsərə  bənzəyir və bu 
müqəddimələr daha çox orijinallığı ilə seçilir. 
Müqəddimədən sonra bioqrafi yalara keçilir. Bu bölüm də öz 
arasında bir neçə hissəyə bölünür. Təzkirəçilərin çoxu özlərindən 
əvvəlki örnəklərə baxaraq xanədan sahiblərini ayrı bir hissədə 
qələmə almışlar. Təzkirənin aparıcı qolu olan və onun dəyərini 
daşıyan  şairlər bölümündə Osmanlı ölkəsində yetişmiş  və türkcə 
yazılmış şeirləriylə tanınan şairlər yer alır. Burada yer alan şairlərin 
doğum yeri, adı, ləqəbi, təhsili, sənət və məşğuliyyətləri, əsas dərs 
aldıqları müəllimləri, həyatlarında baş verən mühüm dəyişikliklər 
və diqqət çəkən hadisələr, ölümləri, əgər əldə məlumat varsa doğum 
tarixləri, məzarının yeri, yeri düşəndə şairlə bağlı lətifələr, əsərləri 
yaxud əsərlərindən nümunələr oxucuya təqdim edilir. Bu bioqrafi ya 
mətni bizə Herat təzkirələrindən gəlmiş və təzkirəçilik tarixi boyunca 
bu şəkildə davam etmişdir. Yalnız son təzkirəçilərimizdən olan Fatin 
seçdiyi şeir nümunələrini bioqrafi yaların əvvəlinə  keçirmişdir ki, bu 
da elə bir fayda gətirməmişdir.
Bioqrafi 
yaya aid olan məlumatlar təzkirə müəllifi nin 
imkanlarından: onun şairlə yaşadığı zaman və məkan yaxınlığından, 
eləcə də yanaşma bucağından asılı olaraq geniş və ya qısa şəkildə 

39
verilə bilər. Aşıq Çələbinin son dərəcədə uzun və üzərində dayanaraq 
verdiyi bioqrafi ya tərzi, Faizidə sadəcə şairin adı, işi və ölümü ilə 
məhdudlaşmışdır. Güfti isə  mənzum  şəkildə  təzkirə yazan yeganə 
müəllifdir.
Təzkirələrin sonunda xatimə adı verilmiş bir sonluq bölümü yer 
alır. Bu hissədə isə müəllif təzkirəni yazarkən çəkdiyi sıxıntıdan 
söz açır, əsərinin uğurlu olması üçün Tanrıya yalvarır, oxucudan nə 
gözlədiyini dilə gətirir. 
XVI əsrdən başlayaraq XX əsrin əvvəllərinə qədər davam edən 
təzkirə növü, bu geniş zaman məsafəsi  ərzində müxtəlif forma 
dəyişiklikləri ilə qarşımıza çıxır. Bu təzkirələr Herat təzkirə məktəbini  
nümunə götürməklə  bərabər, başda  şəkildə  tərtib edilmiş  və  bir 
sıra dəyişikliyə  uğramışlar. Herat təzkirəçiləri təsnifatı  təbəqələr  
üzərində qururdularsa, artıq Lətifi  bu işin praktik və məqsədəuyğun 
tərəfi ni tapmış və şairləri əlifba sırası ilə yerləşdirmişdir. Lətifi dən 
sonra bu müasir üsul kiçik istisnalar olmaqla türk təzkirəçiliyinin 
dəyişilməz tərtib metodu olmuşdur. Bu tərtib üsulunun ideyası Aşıq 
Çələbiyə aid olmuş, Lətifi dən əvvəl müsəlman təzkirəçiləri  həmin 
üsula müraciət  etmişlərsə də, türk təzkirəçilik tarixində onun banisi 
Lətifi  olmuşdur. Lətifi , yalnız yeni tərtib  üsulunu formalaşdırmağı ilə 
deyil, həm də təzkirəyə gətirdiyi inkişaf ilə artıq klassik bioqrafi yanın 
qəlibini hazırlamışdır. Aşıq Çələbi və antoloji tipli təzkirələr istisna  
olmaqla, ondan sonra gələn təzkirəçilər hamısı böyük mənada Lətifi  
ənənəsini davam  etdirmişlər. 
Başqa bir təzkirə məktəbi  Aşıq Çələbiyə xasdır. Onun təzkirəsi 
özünəməxsus tərtibi, ortaya qoyduğu bioqrafi yaların geniş  həcmli 
olması  və  orijinal yaradıcılığı olan şairləri seçib təhlil etməsi ilə 
seçilir. Bu səbəbdən də yeri tək qalmış,  özündən sonra onun yolu 
ilə gedən olmamışdır. Səhi və Əhdidən sonrakı  XVI əsr təzkirəçiləri 
şairlərin  ayrıca bir sinif olması qənaətinə gəldilər və onlara sənət və 
məşğuliyyətləri, sosial mühitləri ilə birlikdə bir tam olaraq ayrıca yer  
verdilər. Bu qənaət XVIII əsrə qədər buna bənzər formada davam 
etdi və  bu əsrdə  ancaq Əsrar Dədə və Akifi  öz ətrafl arının şairlərini 
bir təzkirəyə topladılar. Beləcə  Əsrar yalnız Mövləvi  şairlərindən, 
Akifi   isə  Əndurumda yetişən zümrədən ibarət təzkirələri  ərsəyə 

40
gətirdi. Bunu sonra Əli Əmiri Əfəndi “Təzkireyi- şüərayi- Amid” və 
“İskodra şairləri”ndə sadəcə eyni şəhərdə doğulan ədiblərdən ibarət 
təzkirə formasını meydana gətirdi.
XIX yüzillik  mədəniyyətdə bir inamsızlığın  əmələ  gəldiyi, 
inkişafa, yeni cərəyan və izmlərin yaranmasına  ehtiyac duyulduğu  
bir dövrdür. Cəmiyyətin bütün sahələrində olduğu kimi, ədəbiyyatda 
da da bir gözləmə  dövrü başlanmışdır. Cəmiyyətdə hiss olunan 
dəyişiklik və ikiləşmə bioqrafi ya  sahəsində  də özünü  göstərirdi. 
Əsəd Əfəndi, Akif Hikmət və Fatin klassik ənəni  davam etdirərkən, 
Tofi q və Məhməd Tofi q yaranmış vəziyyətə uyğunlaşmaqla təzkirədə 
də  dəyişiklik edərək  Osmanlı  şairlərinin hamısını  tək bir əsərə 
toplamağa çalışsalar da, bu işdə bacarıqlı ola bilmədilər.
Başqa bir tərəfdən, Naci “Əsami” və “Osmanlı şairləri” ilə, Faiq 
Rəşad  “Əslaf” və bir neçə  başqa əsəri ilə, Məhməd Tahir “Osmanlı 
müəllifl əri” və başqa nümunələri ilə, Məhməd Sürəyya “Sicilli-
Osmani” ilə bu yeni cərəyanın məhsullları olan əsərlərini ortaya 
qoydular. 
Türkcə şair bioqrafi yası yazmaq ənənəsi şərq türkcəsi ilə başlamış, 
ancaq öz inkişafını davam etdirə bilməmişdir. Nəvaidən sonra yalnız 
Sadiqi ikinci bir  nümunəni ortaya qoya bilmişdir. Təzkirə növü bu 
ərazidə deyil, Osmanlı ölkəsində davam edərək təşəkkül tapmışdır. 
Bunun səbəbi isə böyük və stabil bir dövlətin mövcudluğunda idi. 
Orta Asiyada vəziyyət Osmanlı dövlətindəkindən tam əksinə olduğu 
üçün burada  bir çox başqa sənət və mədəniyyət sahələrində olduğu 
kimi, XVI əsrdən sonra bu növün   heç bir yeni nümunəsinə rast 
gəlinmir.
XVI  əsr təzkirəçilərinin bir özəlliyi də özlərindən xeyli əvvəl 
yaşamış şairlərin  bioqrafi yalarını    qələmə almasıdır.  Buna   görə də 
təzkirələr əldə olunan bütün məlumatları özlərində  əks etdirirdilər və 
onlar uzun alınırdı. Bunun müqabilində  nümunə  kimi verilən şeirlər 
təzkirənin yalnız üçdə bir hissəsini təşkil  edirdi. XVII yüzilliyin 
təzkirəçiləri isə daha çox öz müasirlərini təzkirəyə salırdılar. Bu 
səbəbdən verilən məlumatlar hamıya aydın olan dəqiq faktlar olduğu 
üçün bioqrafi yalar xeyli qısaldılmış  və verilən  şeir nümunələrinin 
sayı artırılmışdır. Riyazi təzkirəsi bu iki yüzilliyin arasında bir keçid 

41
dövrünün əsəridir. Təzkirə formasında olan bu dəyişikliklər get-gedə 
inkişaf edərək yeni bir formanın yaranmasına səbəb olmuşdur və bu 
növ təzkirələr antologiya adlanırdı. Bu formada olan təzkirələrdə bir 
neçə cümləlik bioqrafi ya verilir, sonra isə şeirə yer ayrılır. Məsələn, 
Faizidə nümunə verilən  şeirlərin sayı 545 beytə çatır. Faizi ilə 
başlayan bu antologiya növünün təzkirəçiləri Yümni, Seyrəkzadə 
Asim, Bəlig, Silahdarzadə Məhməd Əmin və Şövkətdır. 
XVIII əsr isə özündən əvvəlki dövrə reaksiya və  XVI yüzilliyin 
mükəmməl əsərlərinə bir xülasədir. Bu üzdən həmin əsrdə yazılan 
təzkirələrdə  də XVI əsr təzkirələrində olduğu kimi bioqrafi yalara 
çox yer verilmiş, şeir nümunələri isə azaldılmışdır. Səfayı, Səlim və 
Ramiz bu tərzdə yazan təzkirəçilərdir. Kiçik həcminə görə Mucibi  
də nümunə göstərmək olar. 
Təzkirələr bədii dil və ritmlərlə yazıldığına   görə onların özləri 
də  ədəbi  əsərlər hesab olunur. Ancaq burada standart bir təzkirə 
yazıçılığından söz açmaq  düzgün deyil. İlk nümunə olan Səhi 
təzkirəsində üslub, ifadə  və texniki baxımdan bir naşılıq diqqəti 
çəkir.  Bu tərəfdən də Lətifi  təzkirəsi özündən sonrakı müəllifl ərə bir 
örnək olmuşdur.  Lətifi  əsərini öz dövrünün ədəbi dili ilə, lakin əsas 
hədəfi nin  məlumat vermək olduğunu unutmadan qələmə almışdır. 
Ondan sonra təzkirə yazan Həsən Çələbi, Səlim və Ramiz bəzəkli 
və dəbdəbəli bir dildən istifadə etmişlər. Aralarında bu mənada  fərq 
olmasına  baxmayaraq, təzkirələr eyni sənət növü olduqları və eyni 
missiyanı yerinə yetirdiklərinə görə üslub, məzmun və yazı texnikası 
cəhətdən bir-birinə çox  bənzərdirlər. 
Təzkirəçilik bioqrafi k  sənəd yazıçılığını  əsas götürdüyü üçün 
müəllifi n  yaradıcılığını arxada qoyaraq, daha çox haqqında məlumt 
verilən insan ünsürünə yönəlir.   Onun  şəxsi keyfi yyətlərinə, 
haqqında olan məlumatlara daha çox üstünlük verirlər. Təzkirə yazan 
araşdırıcılar əsəri təhlil edən tənqidçilərdən fərqlənirlər. Lakin bu o 
demək deyildir ki, təzkirə    müəllifl əri yalnız bioqrafi ya  yazmaqla 
kifayətlənirdilər. Təzkirəçilər təzkirədə verdikləri nümunələrdən 
əvvəl, şairin yaradıcılığı haqqında çox dəyərli açıqlamalar verirdilər: 
Bütün təzkirələrdə ”Pesend ü ısğaya kabil şiir, hoş- ayende nazm, 
rengin inşa, aşikane gazel və muhayyel eşar” kimi  qarşımıza çıxan 
terminlər buna nümunədir.   

42
Tarix və onun islam aləmindəki  ən mühüm sahələrindən biri 
olan  bioqrafi ya, dünya mədəniyyətinə  bəxş edilən  ən dəyərli 
ərmağanlardan  biridir. Məsələyə türk bioqrafi yası bucağından 
baxıldıqda  şairlərə aid  təzkirə növü ərəb və fars təməlləri üzərində 
davam etməsinə baxmayaraq, ən gözəl nümunələrini Osmanlı 
türkcəsi çevrəsində  təqdim etmişdir. Bu növ, şərq türkcəsi ilə 
başlamış olsa da, ən gözəl və  zəngin məhsullarını  qərb türkcəsi 
meydanında ortaya çıxarmışdır. Üstəlik şairlər təzkirəsi növü XVI 
əsrdən başlayaraq  XX əsrin  əvvəllərinə  qədər fasiləsiz  şəkildə 
davam etmişdir. II Murad dövründən etibarən ələkdən keçməyən elə 
bir  şairimiz yoxdur ki, onun haqqında  təzkirələrdə heç bir yazılı 
məlumata rast gəlinməsin. Bunun ən mühüm səbəbi cabit və zəfər 
çalmış bir dövlətin mövcudluğu, uğurlu siyasət və bunun  müqabilində 
hər an  inkişaf tələb edən  Osmanlı mədəniyyətinin olmasıdır. Eyni 
perspektivi daşıyan bir nümunə kimi Səlcukludan gələn  memarlıq 
ənənəsi  Osmanlı dövründə necə inkişaf edərək zirvəyə ucaldısa, 
buna bənzər bir formada şairlər təzkirəsi də yüz illər ərzində inkişaf 
edərək mükəmməllik qazanmışdır. Sözsüz ki, bioqrafi yalarda verilən 
məlumatlar bu günkü bioqrafi ya ölçülərinə uyğun gəlmir, onlardan 
əksikdir. Amma qərb ölkələri ilə müqayisə edərkən bu sahənin öz 
dövrünün ən irəlidə olan bir sahəsi olduğunu görürük. Bütün bu dəyərli 
xüsusiyyətlərinə baxmayaraq təzkirə növü, başqa qədim növlər kimi 
müasir janra çevrilə bilməmişdir. Müasir bioqrafi ya bizə bütövlükdə 
qərbdən gəlmişdir. Bunun tək bir  istinası olaraq gəncliyində klassik 
bioqrafi ya ilə çox maraqlanan Behcət Necatigilin “Ədəbiyyatımızda 
İsimlər Sözlüyü” adlı əsərini göstərmək mümkündür. Təəssüfl ə qeyd 
etmək olar ki, yaxın illərə  qədər təzkirələr üzərində aparılan heç 
bir çalışmaya rast gəlinməmişdir. Yeni nəşrlərlə, bunların gələcək 
nəsillərə çatdırılması ilə bağlı heç bir iş görülməmişdir. Otuz altı 
təzkirədən on  ikisi yeni əlifba, on üçü isə köhnə  əlifba ilə  nəşr 
olunmuşdur. Bu çatışmamazlığı aradan qaldıracaq bir sıra işlər də 
görülmüşdür. Hammer – Purgstallın hələ XIX əsrdə “Geschichte 
der Osmanishen Dishtkunst bis auf unsere Zeit (4C Peşte 1836-
38)” adlı əsərinin nümunəsi hələ Türkiyədə gerçəkləşdirilməmişdir. 
Məsələn, boşnaklar H. Şabanoviçin “Knyizevno Muslimana BİH 

43
na Orijentalnim jezicima” (Srayevo 1973) adlı kitabıyla  bu əsəri  
yazmışlar. Nail Tumanın “Töhfei- Naibi” adıyla hazırladığı əsəri də 
çap olunmamışdır. 
Bizdə “Təzkirələrə Görə Divan Ədəbiyyatı  İsimlər Sözlüyü” 
(Ankara 1988) bunun ilk və eyni zamanda yetərli olmayan bir 
nümunəsidir. 
                
(*Yazı “Şair tezkireleri”(Ankara2009)  əsərində s.7-16 –da dərc 
olunub).                          

44
TÜRK  TƏZKİRƏÇİLİK  ƏNƏNƏSİNDƏ 
ƏLİŞİR NƏVAİNİN YERİ* 
T
anınmış adamların həyat hekayələrindən bəhs edən təzkirə 
növü  islam dünyası üçün səciyyəvi olan ən mühüm ədəbi 
fəaliyyət növlərindən biridir. Tarix bizdən  əvvəl yaşayanların üz-
üzə  gəldikləri hadisələri və onların qəhrəmanlarını özündə  əks 
etdirir.Tarixi  hadisələrin özü qədər, bu hadisələrin iştirakçısı olan 
insanları  üzə çıxarmaq və tanıtmaq da  çox böyük əhəmiyyət kəsb 
edir. Bu insanların həyatları haqqında olan məlumatları  çatdırmaq, 
onları bizimlə tanış etmək işi isə birbaşa insan məvhumuna istinad 
edən  bioqrafi yaların üzərinə düşmüşdür. Bu üzdən də  qərb və 
şərq tarixçilərinin  əksəriyyəti tarixin içində bioqrafi yaya da yer 
vermişdir.
46
  
İslam dünyasında ərəblər tərəfi ndən yaranan bu növ sonra farsca 
davam etmişdir. Xüsusilə bu dilin təmsilçisi olan Molla Caminin 
(v.1493) bu növə qazandırmış olduğu spesifi k  xüsusiyyətlər türk 
yazarları  tərəfi ndən mənimsənilərək davam etmişdir. Molla Cami 
türk  ədəbiyyatında böyük təsiri olan bir şəxs olmuşdur. Dilimizdə 
ilk bioqrafi k əsərlərdən  biri olan “Nəfəhatül- üns”ün çevrilməsi də 
Molla Camiyə aiddir. Başqa bir əsəri olan “Baharıstan” başda Nəvai 
olmaqla türk təzkirə müəllifl ərinə çox böyük təsir göstərmişdir. 
Ancaq fars ədəbiyyatında  əsl diqqət çəkən nümunə Dövlətşah 
b. Alaüd- Dövlə (v.1486) tərəfi ndən qələmə alınan “Dövlətşah” 
təzkirəsidir. (1487). Dövrünün tanınmış dövlət və mədəniyyət adamı 
Əlişir Nəvaiyə həsr olunmuş bu əsər bir müqəddimə, yeddi təbəqə 
və bir xatimədən ibarətdir. Təzkirədə yer alan şairlərin sayı 149-dur. 
Dövlətşah, qələmə aldığı şairlərin həyatlarını təsvir etdikdən sonra 
onların şeirlərindən nümunələr də verir. Öz üslubuna görə təzkirə, 
ondan sonra yazılmış fars və türk təzkirələrinə örnək olmuş və o günə 
qədər yazılmış təzkirələrdən xeyli çox bioqrafi yaya yer vermişdir.
XIV yüzillikdə bu mövzuya aid əsərlər yazılmağa başlandı. 
Bunların dilimizdə olan ilk nümunələri gözlənildiyi kimi 
46
 Adnan Adıvar, “Tarih ve Biyografi ”, Tarix jurnalı C.2, S.3-4, İstanbul 1952.

45
peyğəmbərlər qissələrı və sufi  təzkirələri olmuşdur. Süleminin əsəri 
İbn Çevzi, Əttar və Cami tərəfi ndən fars dilində davam etdirilmişdir. 
Caminin bu mövzuda qələmə aldığı “Nəfahatül-üns”ü  Əlişir Nəvai 
(1441-1501) “Nəsaimül-Məhəbbe min şəmayimül- fütüvvə” adıyla 
şərq türkcəsinə, Lami (ö 1532) isə “Nəfəhatül-ünsl min Hədəratül-
qüds” (1524) adıyla qərb türkcəsinə çevirdi. Əslində bu çevirmələri 
klassik  tərcümənin yarı təhlil əsərləri olaraq qəbul etmək mümkündür. 
Nəvai bu əsərindən sonra “Baharıstan” və Dövlətşah təzkirəsindən 
təsirlənərək “Məcalisün– nəfais” (1491) adlı  şairlər təzkirəsini 
qələmə almışdır. Əvvəl ərəb dilində, sonra isə fars dilində meydana 
çıxan təzkirələr bu yüzillikdən etibarən oxşar formada artıq türkcə 
ifadə olunmağa başlanmışdır. Bu ərəfədə ilk örnək bir çox ədəbi 
sahənin ilk nümunəsi olduğu kimi, Əlişir Nəvaidir (1441-1501). Bu 
dönəmdən etibarən, bioqrafi ya,  təzkirə, mənaqib, vəfayət, devha, 
səfi nə, töhvə, hədıqə,  fi hrist  silsilənamə,  şairnamə kimi müxtəlif 
başlıqlar altında geniş bir  sahəni əhatə etdiyindən,  mən yalnız şair 
bioqrafi yaları üzərində dayanmaq istəyirəm.
Nəvainin  bu sahədə qələmə aldığı əsərini “Məcalisün– nəfais” 
adlandığını qeyd etmişdik. Müqəddimə  və    məclis adı ilə  verilən 
səkkiz bölümdən ibarət olan əsər özündən  əvvəlki  əsərlərə çox 
bənzəyir. Təzkirədə  şairlər hər məclisdə xronoloji qayda üzrə 
sıralanmışdır. 
1-ci məclis. Nəvaidən əvvəl yaşamış şairlər
2-ci məclis. Nəvainin uşaqlığında və gəncliyində tanıdığı, ancaq 
təzkirə yazılan müddətdə artıq həyatda olmayan şairlər
3-cü məclis.  Nəvainin müasiri olan şairlər
4-cü məclis.  Alim şairlər
5-ci məclis.  Xorasanlı şair mirzələr və hökmdar ailəsinə mənsub 
şairlər
6-cı məclis.  Xorasandan kənarda yaşayan elm adamları və şairlər
7-ci məclis.  Sultan və şahzadələrdən şair olanlar 
8-ci məclis.  Dövrün padşahı Sultan Hüseyn Baykara
47
“Məcalisün–nəfais”də Herat, Xorasan və Azərbaycanda yaşayan 
47
 “Mecâlisü′n-nefâis”, Daşkənt, 1961.

46
və  əksəriyyəti farsca yazan 455 şairə yer ayrılmışdır. Bunların 
43-ü türk və ya türkcə yazan şairlərdir. Nəvai bu şairlər haqqında 
uzun-uzadı  məlumatlar verməmiş, çoxuna ancaq bir-iki sətir yer 
ayırmışdır. Hər şairin bir, böyük şairlərin iki-üç beytini də nümunə 
kimi vermişdir. 
“Məcalisün– nəfais” həm çığatay  ədəbiyyatı, həm də  İran 
ədəbiyyatı üçün çox mühüm bir qaynaqdır. Ancaq onun əsl 
əhəmiyyəti Anadoluda meydana çıxan təzkirələrə örnək olmasıdır. 
Herat təzkirə məktəbi  adlanan Cami, Dövlətşah və Nəvainin əsərləri 
həm özlərindən sonra yaranmış Osmanlı ölkəsindəki “təzkireyi- 
şüəra” növünə  dərindən təsir göstərmiş, həm də  ədəbi bioqrafi ya 
janrına hərəkət vermişdir. 
Söz açdığımız bu bioqrafi yalar məzmun və baxış nöqtələrinə görə 
kiçik fərqlərlə yanaşı, həm də məlum olan ortaq nöqtələrə malikdir. 
Bioqrafi yası yazılan  şəxs həmişə müəyyən yaş  həddinə çatdıqdan 
sonra təzkirəyə düşdüyü üçün, təzkirələrdə doğum tarixləri o qədər 
də yer almaz. Bu şəxslərin adları, xronoloji məlumatlar, xüsuilə 
ölüm tarixləri dəqiqliklə qələmə alınardı. Bioqrafi yası yazılan şəxsin 
həyat hekayəsi, qısa şəkildə nəql edilir, elm adamlarının təhsilləri, 
müəllimləri önə  çıxarılırdı.  Şairlərin  şeirlərindən isə nümunələr 
verilir, onların  ədəbi tərəfl əri üzə  çıxarılırdı. Bu xüusiyyətləri ilə 
ənənəvi bioqrafi k  sənəd yazmağı  əsas götürdüyü üçün, təzkirələr 
bütünlüklə insan ünsürünə diqqət yetirirdi.
Əslində burda təəccüb ediləcək bir şey də yoxdur. Dini birliklər 
üzərində qurulan böyük mədəniyyətlər öz  tərkibində olan fərqli 
xalqların mədəniyyətlərini hər hansı bir miqdarda müştərək formaya 
gətirirlər. Həyat tərzləri və  əraziləri fərqli olsa da, müsəlman 
olduqdan sonra müxtəlif millətlər ortaq sayıla biləcək bir həyat 
ölçüsünü tətbiq  edirdilər. Bu bənzərlik üzdə olan sahələrdə, xüsusilə 
də mədəni sahədə özünü aydın şəkildə biruzə verir.  
Cığatay  ədəbiyyatında Nəvai ilə başlanan təzkirə  ənənəsi qısa 
bir müddətdən sonra Osmanlılara keçdi. Şairlər təzkirəsi olaraq 
qərb türkcəsində  qələmə alınan ilk nümunə  Səhi bəy tərəfi ndən 
yazılmış “Həşt-behişt”dir. Söz açdığımız bu təzkirənin yazarı Səhi 
bəy  əsərinin ön sözündə Herat təzkirələrindən istifadə etdiyini 

47
açıqca ifadə etmişdir
48
. Səhi Əbdürrəhman Caminin (v. 898/1492), 
“Baharıstan”ından və Dövlətşahın (v. 1495-1507) “Təzkirətüş-
şüəra”sından  təsirlənməklə bərabər, əsl örnək olaraq Əlişir Nəvainin 
(v.1501) “Məcalisün – nəfais”ini götürmüşdür. Təzkirənin sadəcə 
tərtib üslubuna görə geniş şəkildə təsirlənmə və bənzərlik müşahidə 
edilir. Hər iki əsər səkkiz ana bölümdən ibarətdir. Səhi bəyin 
“Təbəqə” adını verdiyi səkkiz bölümün məzmunu belədir:
1   2   3   4   5   6   7   8   9   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə