Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə5/26
tarix01.12.2016
ölçüsü2,76 Kb.
#537
1   2   3   4   5   6   7   8   9   ...   26

Sultan Cəm (Səhi təzkirəsi): “Sultan Bayezidün kiçi karin-
daşıdur. Karaman vilayetinde Çelebi Sultan iken babaları Sultan 
Mehəmmed fevt olup Karamandan Burusaya gelüp kendi adına 
hütbe okıdup  sikke yazdurdı.

60
Bir mikdar  anda padişahtık idüp, sonra da Sultan Beyazid 
ilmukabil  olup ceng idicek cenge mütahamil olmayıp diyarı Araba 
çəkıp gidüp...”
Zikr-i Sultan Cem (Həsən Çələbi təzkirəsi): “ Biri dahi evveli 
şahzadeyi Cem-haşem menba-ı mürüvvet ü kerem şehinşahi diyem-
şiyem ü vala- himem nurı didei-şehriyarı nevri şecere-i kamkari cami-i 
kemalat u maarif bedr-i lami-i şeraifi  letaif olan şehriyari ferhunde- 
dem hidmeti Sultan Cemdür ki, merhum Sultan Mehemmed Hanun 
ferzendi – celadet-muhbiri ve merhum Sultan Bayezid Hanı Gazinün 
biraderi mühteridür. Şahzade-i mezbure saidi saadet musaid ve baht- 
ü devlet muavin ü muazid ve akdam-ı ikdamla medarici izzet ile 
mearic-i hilafete raki vü said olmayup. Burusa havalisinde telaki 
saffeyn olup”.
Göründüyü kimi eyni növə  və eyni yüzilliyə aid olan iki əsər 
arasında dil və üslub cəhətdən xeyli fərq vardır və bu təcrübədə sadə 
yazı dili yalnız Səhi təzkirəsinə aiddir.
Səhi təzkirəsinin ölkəmizdə  və ölkəmizdən kənardakı  
kitabxanalarda iyirmi yazılı nüsxəsi vardır. Təzkirə, Amidi mətbəəsi 
sahibi Məhməd  Şükri tərəfi ndən “Asar-i Eslafdan Tezkireyi-Sehi” 
adı ilə nəşr edilmişdir. (İstanbul,1315, 144 s.) Əsərin əvvəlində Faiq 
Rəşadın (1831-1914) Səhi ilə bağlı bir etüdü verilmişdir.
Bundan sonra isə mən təzkirəni sadələşdirərək çap etmişəm. (Səhi 
Bəy təzkirəsi. Haz. Mustafa İsen İstanbul, 1980).
Gunay Kut “Həşt-behişt”i bir tənqidi yazı ilə birlikdə çap etmişdir. 
(“Heşt-behişt”. The Tezkire By Sehi beg, Harvard, 1978).
Təzkirə ayrıca Nəcati H. Luğal və O.Reşer tərəfi ndən Almancaya 
çevrilmişdir (Sehi bey s Tezkere Türkishe Dishterbiographi en aus 
dem 16 jahrh. Istanbul 1942 VİR 142 s).
Səhi təzkirəsinin ən böyük xidməti Anadolu ədəbiyyatında yeni 
bir ədəbi cığırı açmış olmasıdır. Osmanlı ərazisində yaşayan şairləri 
ilk dəfə böyük çərçivə içərisinə salan məhz Səhi bəy olmuşdur. 
Başqa bir əhəmiyyətli cəhəti isə  ədəbi mühitlər arasında bir əlaqə 
yaratmasındadır. “Həşt-behişt”in yaranmasından heç 5 il keçməmiş, 
Lətifi  və Aşıq Çələbinin  təzkirə yazmaq təşəbbüsü buna sübutdur. 
Səhinin  əsəri bu növün ilk nümunəsi olaraq daha sonra yazılmış 

61
əsərlərə  qaynaq olmuşsa da, onun həmin əsərlər üzərində o qədər 
də böyük təsiri olmamışdır. Çünki bu zaman artıq daha mükəmməl 
və daha əlverişli sayılan Lətifi   və Aşıq Çələbi təzkirəsi meydana 
gəlmişdir.
Səhi bəy təzkirəçilərimizin bir məbəd yeri olaraq, təzkirə növünün 
ilk nümunəsi olan “Həşt-behişt” əsəri və bu əsərdə yer alan, xüsusilə 
öz dövrünün şairləri haqqında verdiyi məlumatlar ilə bu günə 
qədər gəlib çatmışdır.  Bir məlumat mənbəyi olmaq etibariylə onun 
ədəbiyyat tariximizdə yeri əvəzolunmazdır.
      (*Yazı “Sehi tezkiresi”(Ankara 1989) kitabının giriş hissəsindən 
(s.9-300) götürülüb).

62
LƏTİFİ TƏZKİRƏSİ* 
S
osial quruluşlar meydana gəldikdən bir müddət sonra onların 
tarixlərinin yazılması ehtiyacı da meydana çıxır.
Anadoluda yaranmağa başlayan türk ədəbiyyatı  ancaq müəyyən 
bir mərhələyə çatdıqdan sonra öz ədəbiyyat tarixinin ilk nümunələrini 
ortaya qoymağa başlamışdır. XV əsrin ortalarında ədəbiyyat tarixinin 
ilk elçiləri olan nəzirə  məcmuələrindən sonra Səhi Bəy (v. 1548) 
Anadolu bölgəsinin ilk təzkirəsi olan “Həşt-behişt”i (1538) qələmə 
aldı. Səhi təzkirəsi  nə qədər Herat təzkirələrinin Qərb türkcəsinə bir 
əks-sədası olsa da, yazıldığı illərdə belə, bir əsərin ortaya çıxması 
təsadüfi  deyil, zərurətdən doğan bir iş idi. Elə Səhi bəyin bu əsərindən 
sonra, bir-birinin ardınca bu növün ən gözəl nümunələrinin ortaya 
çıxması da buna sübutdur.
Səhi bəydən sonra Anadoluda ikinci təzkirəni qələmə alan 
 
Lətifi dir.
50
 “Həşt-behişt”dən səkkiz il sonra 1546-cı ildə yazılmış 
olan “Təzkirətüş-şüəra” və “Təbsiratün-nuzəma”əsəri daha çox 
Lətifi  təzkirəsi adıyla tanınmışdır. Lətifi  Səhi bəyin əsərinin mühitdə 
böyük bir maraq yaratdığını görüb, təzkirə yazmağa həvəslənmiş və 
həmyerlisi Zaifi nin israrlarından sonra onu yazmağa başlamış,əsəri  
546-cı ildə  tamamlamışdır. O, bu əsəri dövrün padşahı Qanuni 
Sultan Süleymana həsr etmişdir.
50
  Lətifi , Kastamonuda doğulmuşdur.  Əsl adı Abdüllətifdir. Təhsilini tamamlayıb dövlət 
xidmətində çalışıb. Katib və mühasib olaraq Osmanlı dövlətinin müxtəlif  şəhərlərində 
vəzifədə olmuşdur. Həyatının son günlərinə və ölümünə aid dəqiq məlumat yoxdur. 1582-
ci ildə Misirdən Yəmənə gedərkən mindiyi gəminin batması  nəticəsində öldüyü güman 
edilir. Təzkirəsi ilə yanaşı Divan, “Evsaf-ı  İstanbul”, “Ənisül-füsəha”, “Evsaf-ı  İbrahim 
Paşa”, “Füsul-ı Ərbəa”, “Namazul-Cəvahir ve Esmaüs-suveril-Quran” adlı əsərləri də var. 
(Lətifi nin həyatı, sənəti və əsərlərinə aid təzkirələrdən əlavə qaynaqlar: 1: Andrews, Walter 
Guilford, The Tezkire-i Şuara of Latîfî as a Source for the Critikal Evaluation of Ottoman 
Poetry, The University of Michigan, 1970. 2: Banguoğlu, Tahsin “Türk Şu′ârâ Tezkire-
leri” Türkiyat Enstitüsü 1930. 3: “Büyük Türk Klasikleri”, Ötüken-Söğüt, İst. 1986, c.4. 4: 
Canım Rizvan Latîfî “Tezkiretü′ş-şuarâ ve  Tabsıratü′n-nüzemâ”, Doktorluq işi, A.Ü.SBE, 
Erzurum, 1991. 4:Çetin, Nihat, “İslâm Ansiklopedisi” c.7, 5: “Divan Edebiyatı İsimler Sö-
zlügü” Ankara 1988. 6: İpekten, Haluk “Türkçe Şuara Tezkireleri” Erzurum 1986. 7: Kutlu, 
Mustafa, “Türk Dili  ve Edebiyatı Ansiklopedisi” c.6. 8-Levent, A. Sırrı “Türk Edebiyatı 
Tarihi” Ankara 1974. 9: Məhməd, Xalid (Bayrı) “Latîfî ve Tezkiresi”, Həyat, 17-19, İst. 
1927. 10: Sevgi, Əhməd “Latîfî′nin  İki Risalesi”, “Enisü′l-Füseha” ve “Evsaf-ı  İbrahim 
Paşa”  Konya. 1986. 11: Sevgi, Əhməd, “Latîfî, Hayatı ve Eserleri” (Dərc olunmamış dok-
torluq  işi), Qazi Üniversiteti Sosyal Elmlər  İnstitutu, Ankara 1982).

63
Lətifi  Herat məktəbinə aid təzkirələrdən Caminin “Baharıstan”ını, 
Dövlətşah təzkirəsini və ilk türk təzkirəsi olan Əlişir Nəvainin 
“Məcalisün – nəfais” ini özünə nümunə götürməklə yanaşı, başda 
tərtib üslubu olmaqla öz əsərində bir çox dəyişikliklər etmişdir. Adı 
çəkilən təzkirələrdə  şairlərin təsnifatı  təbəqə üzərində verilərkən 
Lətifi  çox praktik bir əlavə edərək, şairləri əlifba sırası ilə düzmüşdür. 
Bu üsul kiçik istisnalarla türk təzkirəçiliyinin vazkeçilməz tərtib 
prinsipi olmuşdur.  Bu fi kir Aşıq Çələbiyə aid olsa da və özündən 
əvvəlki başqa müsəlman yazarları tərəfi ndən  istifadə edilsə də, türk 
təzkirəçiliyi tarixndə  həmin  tərtibin  əsas yaradıcısı  Lətifi   hesab 
olunur. 
Lətifi  təzkirəsi “müqəddimə”, üç fəsil və “xatimə”dən ibarətdir. 
“Müqəddimə”də    şükür və salavatlardan dərhal sonra, adətən bu 
tipli  əsərlərin sonunda verilən  şeirin yaranması  və xüsusiyyətləri 
ilə bağlı bölmə  gəlir. Bu bölümdə  şeirin insanla yaşıd olduğunu 
anladan müəllif ilk şeirin Hz. Adəm tərəfi ndən söyləndiyini bildirir. 
Müqəddimə  şairin həyatı  və  əsərləri haqqında bəzi məlumatları 
da  əhatə etməkdədir. Ancaq bu hissənin orijinalı  və ona bənzər 
əsərlərdən fərqli tərəfi  şeirə və şairə olan münasibət və təhlillərdədir. 
Müəllifi n əsərində verilən şairlərin seçimində istifadə etdiyi meyarlar 
və onları qiymətləndirmək üçün söylədiyi fi kirlər bu gün belə, diqqət 
çəkəcək qədər qiymətlidir. Belə ki, Lətifi   qələmə aldığı  şairləri 
qiymətləndirərkən onların  şeirlərini araşdırıb, nəzərdən keçirmiş, 
sonra nəticə çıxartmışdır. 
Lətifi   təzkirəsində müqəddimə özü bir poetik nümunədir. Bu 
hissə  mənə görə qurama bir bölümü də özündə ehtiva edir. Guya 
Lətifi nin ağlında belə bir əsər yazmaq fi kri olmayıb. Bu fi kri onun 
ağlına dostu Zaifi   salıb. Hətta Lətifi  bu işdən yaxasını qurtarmaq 
üçün nə  qədər israr etmişsə  də, dostu daha çox dirənərək onun 
qaçış yollarını kəsib. Başqa əsərlərdə də qarşımıza çıxan belə etiraf 
hissələrinə  müəllifl ərin quraşdırdığı ssenari kimi baxıram. Bu yolla 
şair bir tərəfdən islam mədəniyyətində  dəb olan eqosunu göstərir
həm də öz düşündüklərini bir başqasının dili ilə ifadə edərək, əsərə 
müdaxilə etmək imkanı qazanır.

64
“Fəslii- əvvəl” adı altında verilən ilk bölümdə Osmanlı ölkəsində 
yetişən, ya da sonradan buraya  gəlib yerləşən 13 şeyx-  şairə yer 
verilmişdir. Bunların xronoloji sırası belədir:  Mövlana, Sultan 
Vələd, Sədrəddin Konyəvi, Aşıq Paşa,  Şeyx  Əlvani  Şirazi,  Şeyx 
Vəfa, Şeyx Rövşəni, Şeyx Abdullahı- İlahi, Şeyx Şəmsəddini Buxari, 
Şeyx İbrahim Gülşəni, Yazıçı Məhməd Çələbi, Süleyman Çələbi və 
Şeyx Bəyazid.
İkinci bölümdə sultan və  şeyxzadələrdən olan şairlər yer alır. 
Bunlar II Sultan Murad, Fatih Sultan Məhməd,  II Bayazid, Şahzadə 
Cəm, Şahzadə Qorqud, Yavuz Sultan Səlim, Qanuni Sultan Süleyman 
olmaq üzrə cəmi yeddi şairdir. Təzkirənin əsl mahiyyətini meydana 
çıxaran üçüncü bölmədə II Murad dövründən başlayaraq  əsərin 
yazıldığı ilə qədər Osmanlı ölkəsində yetişmiş və türkcə şeirləriylə 
tanınmış üç yüzə yaxın  şair yer alır. Lətifi ,  təzkirəni yazdıqdan 
sonra uzun müddət ömür sürmüşdür. Bu müddət içində ortaya çıxan 
tənqidi yazıların işığında  bu əsəri ən azı iki dəfə yenidən qələmə 
aldığı    məlum olur. Bunu fərqli nüsxələrdə artıb-azalan  şairlərin 
sayından da görmək olar. Məsələn, əlimizdə ən qədim yazı nüsxəsi 
olan Kayseri Rəşid Əfəndi Kitabxanasındakı 1550-ci il nüsxəsində 
308  şair yer alırsa, mətbuat nüsxəsində bu rəqəm 320 şairə çatır. 
Rıdvan Canım tərəfi ndən əsər üzərində aparılan doktorluq işində isə 
bu rəqəm 334-dür. Şairlərin sayından başqa, Lətifi  üslub baxımından 
da  əsərinə yenidən müdaxilə etmiş, onu ikinci və ehtimala görə 
üçüncü dəfə qələmə alarkən təzkirəni daha gözəl, daha bədii bir dillə 
və üslubla qələmə almışdır. Bunu aşağıdakı nümunə üzərində  açıqca 
görmək mümkündür:
Bezmi
Rumilinde küttab zümresinden ehl-i işret ve rind-tabiat bir kimesne 
idi. Aled- devam meygede küncin makam ve ekl ü şürbde  kebab 
u  şarabdan gayrısın kendüye haram itmişdi. Evahir-i ahd-i Selim 
Handa küşe-i meyhanede nakl  itdi. Bu cam elinde ikən nakl  itdi ve 
bezimgah-ı fenadan işrethane-i bekaya ayağı götürüp gitdi. Meger 
bezm-i elesdə cam u sürahi birle ahd ü peyman eylemiş ve peymane 
ile ahd ü peymanı şöyle imiş ki, peymane-i  ömr tolmayınca, saki-i 

65
devran elinden ömr tolusu daim olmayınca peymaneyi terk itmeye 
ve asitaneyi pir-i muganı koyup hankah-ı zühd ü tamatdan yana 
gitmeye.  Şol dem ki, əceli acelesinden cam-ı meyden el yudı pir-i 
mugan işigünde yüz yire kodı. Rindler meyyiti yasına yetişmiyecek 
piri meygede üstine kadeh duasın okudı. Bir ayyasi eybaş idi ki, işreti 
müdam ve sohbeti aled devam idi. Bu haysiyetden eşarı rindane 
ve guftarı mestanedür.  Ekser-i makali kendünün  amali ve hasb-i 
halidür. Bu matla anundur.
                     Beyt
Tolmadın peymane ben peymaneyü terk etmezüm
Böyledür peymaneyile ahd ü peymanum benüm
Velehu
Kismet olıcak arif ü rinde mey ü  şahid
Tesbih ile seccade virilmiş sana zahid
Velehu
Çün virdün eya şeyh bize tevbe şaraba 
Bi-bade kebabun dadı yok tevbe kebaba
Velehu
Ölürüz içmeyince bir dem mey
Ve minel- mai küllü şey in hayy
 
Velehu
Tevbe etdim kim itmeyem tevbe 
Tevbeye tevbe- i nasuh olsun
Bu şiir dahi anun netayic-i ebkar-ı efkarından ve sanayi-i 
bedayi-i  güftarındandur:

66
Alsa eline saki-i huri-lika kadeh
Bahs eyler idi kase-i kevserle ha kadeh
Bir şerbet eylemiş yine lali müzabdan
Gam hastasine virmege saki- i lu bet- nüma kadeh
Nazire li müellifi hi:
Bezm-i ezelde oldu eger aşina kadeh
Kitdi bizümle döne döne merhaba kadeh
Gülzara döndi yine bu gün meclis-i şarab
Süsen sürahi kırmızı gül güyiya kadeh
Sokranmasun mı meclis içinde sürahi kim
Yüz kızdurup lebüni öper daima kadeh
Bir buseni alınca nola kan derlese
Tokuz tolandı meclisi ey dil-rüba kadeh
Tutar mı idim el üstine anı Latifi  ben
Ger virmeyeydi gönlüme süfi  safa kadeh
51
                          Bezmi
Rumidür. Ehl-i işret ve rind- tabiat  kimesne idi. Bir ayyaş u 
evbaş idi ki işreti ve söhbeti aled devam idi. Bu haysiyetdən eşarı 
rindane ve güftarı mestanedür. Sultan Selim  tabeserahu devrinün 
ahirlerinde nakl etti. Bu matla anundur.
                                       
Matla:
Çün virdun eya şeyh bize  tevbe şaraba
Bi bade kebabun dadı yok tevbe kebaba
52
 
Eyni maddə mətbuat nüsxəsində bu şəkildədir:
                       Bezmi
Rumidir. Ehl-i işrət ve rind- tabiat bir kimesne idi. Sultan Selim 
51
 Rizvan Canım: “Tezkiretü′ş-şuarâ ve Tabsıratü′n-nuzemâ”, Ankara, 2000. S.187-188.
52
 Qaysəri Rəşid Əfəndi Kitabxanası, No. 1160,51a.

67
tabeserahu devrinün ahirlerinde  ahirete nakl itdi.  Ve bezmgahı 
fenadan işret  haney-i bekaya güşe-i meygedede cam elde iken 
ayağı  getürüp rindane gitdi. Bir ayyaş u evbaş idi ki,  işreti 
mudam, söhbeti aled- devam idi. Bu haysiyetden eşarı rindane ve 
güftarı mestanedür. 
Bu matla anundur.
Matla:
Kismet olıcak arif ü rinde mey ü şahid
Tesbih ile seccade virilmiş sana zahid
Velehu
Çün virdün eya şeyh bize tevbe şaraba
Bi-bade kebabun dadı yok tevbe kebaba
Velehu
Tevbe itdüm kim itmeyem tevbe 
Tevbeye tevbe- i nasuh olsun
Bir gazelinden:
Alsa eline saki-i huri-lika kadeh
Bahs eyler idi kase-i kevserle ha kadeh
Bir şerbet eylemiş yine lali müzabdan
Cam hastasına virmege saki şifa kadeh
Sahir degül mi  ateşi ab ile cem ide
Alsa eline saki-i lubet-nüma kadeh
    
Nazire li müellifi hi::

68
Bezmi ezelde oldu meger aşina kadeh
Kitdi bizümle döne-döne merhaba kadeh
Gülzara döndi yine bugün meclis-i şarab
Süsen sürahı kırmızı gül güyiya kadeh
Sokranmasun mı meclis içinde sürahi kim
Yüz kızdurup lebüni öper dayima kadeh
Bir buseni alınca nola kan derlese
Tokuz tolandı meclisi ey dil-rüba kadeh
Tutar mı idüm  el üstüne anı Latifi  ben
Ger vermeyeydi gönlüme sufi  safa kadeh
Eyni  şəxsə aid bu bioqrafi ya  gözdən keçirildiyində  əlavə 
məlumat verilmədiyinin, ya da məlumat  əldə etməklə  təzkirəçinin  
üslubu dəyişməyərək daha çox bioqrafi yanı genişləndirməsinin 
şahidi oluruq. Şübhəsiz, müəllifi n əsərə müdaxiləsi  hər zaman  bu 
sərhədlər içində qalmır.  Lətifi  bəzən  həm məlumat, həm də üslub 
və  şeir nümunələri  baxımından,  daha geniş məlumatlarla qarşımıza 
çıxmaqdadır. Məsələyə sadəcə  əlavə  şeir bucağından baxıldığında 
belə,  əlavənin olması aydın  şəkildə görünür. Məsələn,  Əhdi 
maddəsində 10-dan, Əskəridə 29-dan, Fərididə 12-dən, Qəzalidə 23-
dən, Lamidə 26-dan çox beyt qarşımıza çıxacaqdır. Canımın  əsəri 
bu cəhətdən araşdırılarsa, mətbuat nüsxəsinə görə  237 şairdə bir 
beytlə 26 beyt arasında  əlavələr edildiyi  görünəcəkdir. Bu əlavələr 
həmişə böyük şairlər üçün edilməmişdir. Məlumdur ki, təzkirəçi hər 
mərhələdə tapdığı  əlavə  məlumatı  əsərin sonrakı  nəşrlərinə  əlavə 
etmişdir. Şübhəsiz bu məlumatların bir hissəsi başda katiblər olmaqla, 
başqa şəxslərə də aid edilə bilər ki, bu da nəzərdən qaçırılmamalıdır.
Tərtib üslubundan başqa Lətifi  şair bioqrafi yalarının sıralamaqda 
da özündən sonrakı təzkirəçilərə örnək olmuşdur. Səhi bəyin Nəvaiyə 
bənzər formada çox qısa şəkildə verdiyi bioqrafi ya, Lətifi də bir qədər 
genişləndirilmişdir.  Şairlərin  əsl adları, məmləkətləri, həyatlarının 

69
xarakterik cizgiləri və məşğuliyyətləri, əsərləri, bəzən şairlə bağlı bir 
lətifə,  şeirərinin xüsusiyyətləti haqqında məlumat, sonda da şairin 
dəyərinə görə bir ya, bir neçə beyt  bu məlumatların əsasını təşkil 
edir. Aşıq Çələbinin  şairlərin psixoloji və sosial xüsusiyyətlərinə 
dair verdiyi xüsusi məlumatlarını və antoloji tipli təzkirələri nəzərə 
almasaq, Lətifi nin  inkişaf etdirdiyi təzkirə mövzusu, dörd yüz il 
eyni formada davam etmişdir. Ancaq  təzkirəçilik cəhətdən  onun 
əsl  əhəmiyyətli tərəfi ,  şairləri  ədəbi baxımdan dəyərləndirərkən 
ortaya qoyduğu  ədalətli  qərardır. Lətifi   qələmə aldığı  şairlərin 
ləyaqət və istedadlarını səhv etmədən qiymətləndirmiş, bir-birlərinə 
görə məziyyət və mövqelərini dəqiqliklə müqayisə etmişdir. O, bir 
çox təzkirəçilərin etdiyi kimi şairləri yalnız müsbət tərəfl ərinə görə 
təhlil etməmiş, bəyənmədiyi  şairlər haqqında da tənqidi  fi kirlər 
söyləməkdən çəkinməmişdir.
Lətifi   hər bir şair haqqında eyni ölçüdə açıqlama verməyi 
bacarırdı. Bəzən bir şair haqqında uzun-uzadı yazıları oxuduqdan 
sonra gəldiyimiz qənaəti Lətifi dən  bir cümlə ilə əldə edə bilirik. Bu 
sahədə Lətifi  təzkirəçilik tarixində yeganə yazardır.
 Lətifi  xatimə bölümündə,  kitabını (1546) 953- cü il   tarixində 
bitirdiyini, dövründə şeir və nəsrə dəyər verilmədiyini, ona görə də 
kitabını arzu etdiyi kimi yaza bilmədiyini göstərir. O, bildirir ki, bu 
çətin işə yalnız xeyir-dua qazanmaq, həm də dostu Zaifi nin xahişini 
yerə salmamaq üçün rəvac verib. Dövrün  yazarlarına olan baxış və 
münasibətlərini göstərən bu bölmə, bu gün yazılmış dəyərləndirmə 
kimi  aktualdır. 
Lətifi   təzkirəsi dil və üslub bucağından da bu növün irəlidə 
gedən nümunələrindən biridir. Məlum olduğu kimi belə  əsərlərin 
dili oxunmaq və oxunduqdan sonra məlumat vermək üçün nəzərdə 
tutulan bir yazı dilidir. Bu yazı dili estetik cəhətdən daha çox, məlumat 
vermək cəhətinə görə  səciyyələndirilir. Buna görə  də  təzkirələrin 
dili sadə olur və mümkün qədər qısa cümlələrdən istifadə olunur. 
Üslubun aydın və başa düşülən olmasına çox fi kir verilir.
Bir çox müəllif,  təzkirəsinin içində öz bioqrafi yasından söz 
açarkən əsərlərində bilərəkdən sadə üslub və dildən istifadə etdiyini 

70
bildirir: “Vəssaf və Xacei Cahanın münşəatı və buna bənzər  əsərlər 
qapalı və çətin anlaşılan ifadələr ilə yazıldığından   cümlənin əvvəlini 
və sonrasını, həm də    çətin hissələri  açıqlamağa ehtiyac duyulur. 
Oxucu  onları izah edərək oxumaqdan zövq almaz. Bu əksikliyi 
aradan götürmək üçün inşa üsulunda gözəl bir yenilik etdim ki, 
Osmanlı  şairlərindən Nəcati atalar sözləri və deyimlərlə belə bir 
üslub tərzi ortaya qoyduğu kimi, mən də türkcədəki gözəl təbirlərlə  
lətifə və mərifət toplayıb, onlardan istifadə etdim”
53
Lətifi   yazı üslubu ilə  mənanı gücləndirməyi xoşlamır. Ancaq 
onun axıcı və sadə üslubu o dövrlərdə dəbə düşmüş uzun və bəzəkli 
cümlələrdən istifadə edən nasirlər tərəfi ndən  əməlli-başlı  tənqid 
edilmişdir. Təzkirəçi Həsən Çələbi və “Gülşəni-şüəra”nın müəllifi  
Əhdi də bu tənqidçilər sırasındadır
54
. Lakin bunlarla razılaşmayan 
Aşıq Çələbi isə onun nəsrini çox bəyənir
55

Lətifi   təzkirəsinin tənqid edilən başqa bir tərəfi   də  onun 
yerliçilik  hisslərini  biruzə verərək  bir çox şairin Kastamonulu 
kimi göstərməsidir.Təzkirəçilər doğum yeri məsələsinə çox önəm 
verdikləri üçün bir-birlərini həmişə bu məsələdə  tənqid etmişlər. 
Aşıq Çələbi və  Həsən Çələbininin bu məsələylə bağlı  fi kirlərini 
Əli düşmənçilik  adlandırdıqdan sonra, “Künhül- əxbar”  əsərinin 
müəllifi  bir şeir ilə Lətifi ni müdafi ə etmişdir:
Əlini köksünə qoy insaf et
Qəlbini çirki- həsəddən saf et
Qəzəlü qitə deyildir o kitab
Bəhrı yox, bəhridir ol türfa cavab.
56
Əli Aşıq Çələbinin  bioqrafi yasının sonuna əlavə etdiyi “Təzyil” 
adlı hissədə  1592-ci ilə qədər yazılan təzkirələri qiymətləndirir və 
bunların mükəmməl örnəyinin Lətifi   təzkirəsi olduğunu bildirir: 
”Bi-  şübhe her varakı gül- berg-i tarra ve her mazmunı bir nahl-i 
mevzun-ı nev -bevva mesabesinde cümle tezkirelerin latifi dir. Elhak 
53
 Mustafa İsen: “Latîfî Tezkiresi” Ankara, 1999, s.281.
54
 Həsən Çələbi “Tezkire” ( İbrahim Kutluk tərəfi ndən), Ankara 1981, c.2, s.8365; Əhdî 
“Gülşen-i Şuarâ”, Millət Ktb. A. Əmiri, Tarix 774, 169b.
55
 “Meşâirü΄ş-şuarâ” (M. Owens neşri), London 1971, 107 a.
56
  “Künhül-ahbar”, İstanbul Ü. Ty. 5959 415b.

71
her asrın  şuarasını izah u beyan eylemişdir. Hiçbir ferde  nisbeti 
taassub eylemeyip herkesin efsafını güftarına göre ayan itmiştir
57
”.                                             
Doğrudan da məsləkdaşlarının Lətifi   haqqında yazdıqları 
qısqanclıqdan irəli gəlmişdir. Bu mövzu ilə bağlı yazılmış iki 
yazıda həqiqətin belə olmadığı, Lətifi  haqqındakı tənqidlərin əsassız 
olduğu açıqlanmışdır
58
. Lətifi   şairlərin Kastamonu ilə  əlaqələrini 
göstərərkən belə, məntiqli dəlil və sübutlardan istifadə etmişdir. 
Məsələn, Nəcatinin Kastamonu ilə  əlaqəsini göstərərkən onun 
şeirlərində adı çəkilən şəhər ilə bağlı  məhəlli sözlərdən istifadəsini 
əsas götürmüşdür.
Lətifi  təzkirəsi “Təzkireyi- Lətifi ” adıyla Əhməd Səadət tərəfi ndən 
nəşr edilmişdir.
59
 Bu nəşrin hansı mətbəəyə aid olması aydın deyildir. 
Çap nüsxəsinin sonunda belə bir ifadə  işlədilmişdir: “Təzkireyi- 
Lətifi nin bu şəkildə işıq üzü görməsi üçün mətbəəmizə kitab təqdim 
edən Səid Bəy ilə Nuri Əfəndiyə təşəkkür edirik”. Buna görə də nəşrin 
bir neçə nüsxədən ibarət olduğu məlum olur. Əsər, eyni zamanda bir 
doktorluq işi ilə  əlaqədar yeni əlifba ilə  nəşr edilmişdir.
60
 Bundan 
başqa əsər H.T.Chabert tərəfi ndən qısaldılaraq almancaya çevrilmiş 
(Zürih, 1800) və Mustafa İsen tərəfi ndən  sadələşdirilmişdir
61
.
(*Yazı “Letifi  tezkiresi”Ankara 1999. kitabının giriş hissəsindən 
götürülüb.(s.7-20).
57
  Həmin nəşr. 489a.
58
 Canım Rizvan: “Latifi nin tezkiretüş-şuarası için söylenen “Kastamonu-Name” 
iddiaları hakkında birkaç söz”, Türk Kültürü, 404, (Aralık 1996), s.739; Əbdül-qədiroğlu 
Əbdülkərim: “Edebiyat Tarihimizin Bazı Meseleleri ve Latifi ye Yapılan İthamlar Ko-
nusunda Düşünceler”, “Kültürümüzden Esintiler”, Ankara, 1997, s.1. 
59
 İstanbul, 1314, Kitabxana-i İqdam, 391 s.
60
 Rizvan Canım: “Tezkiretüş-şuarâ” və “Tabsıratün-nuzemâ”, Ankara 2000.
61
 “Latifi  Tezkiresi” Ankara. 1999.

72
Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin