Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə4/26
tarix01.12.2016
ölçüsü2,76 Kb.
#537
1   2   3   4   5   6   7   8   9   ...   26

“Həşt-behişt”
“Məcalisün– nəfais”
1-ci təbəqə.  Dövrün padşahı 
Qanuni Sultan Süleyman 
(Muhibbi)
1-ci məclis. Nəvaidən  əvvəl 
yaşamış  və onun doğulmasından 
əvvəl ölmüş şairlər
(46 şair)
2-ci təbəqə. Başlanğıcdan Qanuni 
Sultan Süleymana  qədər  şeir 
yazmış padşah və  şahzadələr (6 
şair) 
2-ci məclis. Nəvainin zamanında 
yaşayan, onun uşaqlığı 
və 
gəncliyində görüb tanıdığı, amma 
təzkirənin yazıldığı tarixdən  əvvəl 
ölən şairlər (91 şair)
3-cü təbəqə. Vəzir, qəzaskər, 
dəftərdar, nişançı, bəylərbəyi 
kimi dövlət böyükləri (28 şair) 
3-cü məclis. Nəvainin zamanında 
şöhrət tapan və özləriylə tanış 
olduğu, dostluq qurduğu  şairlər 
(174 şair)
4-cü təbəqə. Alim  şairlər (17 şair) 4-cü məclis. Alim şairlər (73 şair)
5-ci təbəqə. Səhi bəydən  əvvəl 
yaşamış və ölmüş şairlər (34 şair)
5-cü məclis. Xorasanlı şair mirzələr 
və hökmdar ailəsindən olan şairlər 
(21 şair)
48
 “Heşt-Behişt”, ( Günay Kut), Harvard, 1978, s.77.

48
6-cı 
təbəqə. Səhi bəyin 
gəncliyində şöhrət qazanmış olan, 
nüfuzlu  dövrlərinə çata bildiyi və 
bir çoxu ilə tanış olub görüşdüyü 
şairlər (61 şair)
6-cı  məclis Xorasandan kənarda 
yaşayan elm adamları  və tanınmış 
şairlər. (31 şair)
7-ci təbəqə.  Əsərin yazıldığı vaxt 
həyatda olan tanınmış  şairlər(39 
şair)
7- ci məclis. Sultan və şahzadələrdən 
şair olanlar(22 şair)
8-ci təbəqə.  Əsərin yazıldığı 
vaxt yeni tanınmağa başlayan və 
Səhinin qabiliyyətli hesab etdiyi 
təzə-həvəs gənc şairlər
8-ci məclis. Dövrün padşahı Sultan 
Hüseyn Baykara 
Bu cədvələ  nəzər salındığında bir az əks  şəkildə  təsvir edilmiş 
Nəvai təsnifatı ilə rastlaşırıq. Nəvainin səkkizinci məclisdə qələmə 
aldığı padşah Hüseyn Baykara yerinə, Səhi dövrün padşahı Qanuni 
Sultan Süleymanı birinci təbəqədə verir. Nəvaidə yeddinci məclisdə 
yer alan sultan və şahzadələr Səhidə ikinci təbəqədə, onun beşinci 
məclisdə təsvir etdiyi mirzələr Səhidə üçüncü təbəqədə verilmişdir.
Alim şairlər hər iki əsərdə dördüncü bölümdədir. Nəvainin altıncı  
məclisdə göstərdiyi Xorasan xaricindəki  şairlər müqabilində  Səhi 
əvvəllər yaşamış olan şairləri beşinci təbəqədə yerləşdirmişdir. 
“Məcalis”də birinci, ikinci, üçüncü məclisdə  həyatları  nəql edilən 
çoxdan vəfat etmiş  şairlərlə müasir, və  hələ çox gənc olan şairlər 
“Həşt-behişt”də altıncı, yeddinci və  səkkizinci təbəqələrdə  təsvir 
edilmişdir. Bənzərliklər bununla  bitmir. “Həşt-behişt”in əsas süjeti 
və möhtavası da “Məcalisün– nəfais” ilə oxşardır.
Bu növün başqa örnəkləri kimi “Həşt-behişt”  əsəri də bir 
müqəddimə ilə başlanır. Bu bölümdə müəllif Tanrıya  şükürlər, 
peyğəmbərə dualar dilədikdən sonra kitabın nə üçün yazıldığını 
bildirilir. Bu bölüm də Nəvai ilə demək olar ki, eynidir. 
Sonra isə bioqrafi yalara keçilir. Burada yer alan şairlərin 

49
doğum yeri, adı, ləqəbi, təhsili, sənət və məşğuliyyəti, müəllimləri, 
həyatlarında olan mühüm dəyişikliklər, ölümləri, əgər mümkündürsə 
ölüm tarixi, məzarlarının yeri, bəzən  şairlə bağlı  lətifələr,  ədəbi 
mövqeyi ilə bağlı dəyərləndirmələr və əsərlərindən nümunələr verilir. 
Nəvaidə olduqca qısa şəkildə təsvir edilən bioqrafi yalar Səhidə xeyli 
uzadılaraq verilmişdir.
Təzkirələrin sonunda “Xatimə” adı ilə verilən son hissə yer alır.  
Bu bölüm də yenə “Məcalisün– nəfais” ilə başlanmış və həm Səhidə, 
həm də digər təzkirələrin çoxunda yer almışdır
49
.
XVI yüzillikdən XX əsrin sonuna qədər davam edən təzkirə 
növü geniş zaman məsafəsi ərzində, şübhəsiz,  fərqli görüntüləriylə 
meydana çıxmışdır. Bu əsərlər Herat  məktəbi təzkirələrini, xüsusilə 
də “Məcalisün– nəfais”i özlərinə nümunə götürməklə bərabər, tərtib 
edilmə formasını dəyişərək bir çox fərqli şəkillərə düşmüşlər. Orta 
Asiya və Səlcuqlar ənənəsi üzərində Osmanlı memarığı necə inkişaf 
edərək dəyişmişsə, təzkirə bioqrafi yaları da eləcə inkişaf edərək 
müsbətə doğru dəyişmişdir. Herat məktəbinin təzkirələrində söz 
açılan şəxslər təbəqələr üzrə bölüşdürüldüsə, bizdə artıq bu təsnifat 
əlifba sırası ilə verilmişdir.  Əlifba sırası ilə verilən bu təsnifat 
Lətifi   tərəfi ndən həyata keçirilmişdir. Lətifi dən sonra həmin yeni 
üsul kiçik istisnalar olmaqla türk təzkirəçiliyinin  prinsipal  tərtib  
üsulu olmuşdur. Lətifi  yalnız yeni tərtib üsulu  ilə deyil, təzkirəyə 
qazandırdığı inkişaf  dinamikası ilə  də klassik təzkirə  sərhədlərini  
müəyyənləşdirmiş bir müəllifdir. Aşıq Çələbi və antologiya tipli 
təzkirələr istisna olmaqla, Lətifi dən sonra gələn bütün təzkirəçilər 
onu özlərinə örnək olaraq götürmüşlər. Təəssüfl ə qeyd etmək olar 
ki, təzkirə növü şərq türkcəsi ilə başlansa da, bu türkcədə Nəvaidən 
sonra yalnız Sadiqinin bir əsərini nümunə göstərmək olar. Ancaq  
1538-ci ildə verilən ilk nümunədən sonra, qərb türkcəsində əlavələr 
ənənəsi ilə birlikdə 1950- ci illərə qədər fasilə vermədən mükəmməl  
əsərlər yazılmış  və bunlar dünyanın  ən qiymətli xəzinələrindən 
birinə çevrilmişdir. Bunun əsas  şərti olaraq qərb türkcəsinin aid 
olduğu Osmanlı dövlətinin 600 ildən çox sürən hökmranlığını, bir 
49
 Mustafa İsen vd. “Şâir Tezkireleri”, Ankara, 2002, s.12.

50
dövlət kimi zəfərini göstərmək olar. Şərq türkcəsi isə XVI əsrdən 
sonra  uzun müddət  hakim dövlətə və uğura sahib ola bilməmişdir. 
Bu yazıda sadəcə Səhi bəyin təzkirəsi üzərində dayandım. 
Əslində bütün XVI əsr təzkirələri “Həşt-Behişt” qədər olmasa da 
,bu təsirlənmədən açıq şəkildə söz açırlar.
XVII  əsrdə türk təzkirəçiliyi başqa bir formaya düşdüyü üçün 
həmin təsir xeyli azalmışdır. XVIII əsrdə klassik təzkirələrə yenidən 
bir dönüş başlandı və artıq nostalji olsa  da Nəvai bir daha xatırlandı. 
XIX yüzillikdə isə  təzkirələr  əvvəlki  əhəmiyyətlərini itirdilər və 
onların yerini Qərb tərzində yazılan  ədəbiyyat tarixləri almağa 
başladı. Artıq təzkirə modelləri də şərqdə deyil, qərbdə axtarılmağa 
başlandı.
     
(*Yazı Əlişir Nəvainin anadan olmasının 560, ölümünün 500 illik 
yubileyinin məruzələrində(Ankara 2004,s.25-31)  dərc olunub və 
kitaba ixtisarla daxil edilib).

51
SƏHİ BƏY VƏ TƏZKİRƏSİ*
Ş
air və eyni zamanda, Anadoluda ilk şairlər  təzkirəsi “Həşt-
behişt”in müəllifi  olan Səhi bəy, Fateh Sultan Məhməd 
dövründə anadan olub. Doğum tarixiylə bağlı  əlimizdə  dəqiq 
məlumatlar yoxdur. 1548- ci ildə 80 yaşlarında öldüyü bildirildiyindən, 
təxminən 1470-ci ildə doğulduğunu zənn etmək olar. Əsl adı məlum 
deyildir. Qaynaqlardan bir çoxu Ədirinəli olduğunu xəbər verir. 
Gelibolulu  Əli öz mənbəsində o biri qaynaqlardan fərqli olaraq 
“Abdullah oğludur”, deyərək mənşəinin yanlış olduğuna işarə edir. 
Səhi şair Nəcati bəyin (v.1509) yanında yetişmiş və həyatı boyunca 
da onun əhatəsindən ayrılmamışdır. Səhi təzkirəsində bu barədə 
məlumatlar verdiyi kimi, Səhidən, yaxud Nəcati bəydən bəhs edən 
başqa qaynaqlar da həmin mövzuya toxunmuşlar. Səhi ilə  Nəcati 
arasındakı  yaxınlığın nə zaman harada və necə başlandığı haqqında 
isə heç bir yerdə söz açılmır. “Həşt-behişt”in müəllifi nin  şahzadə 
Mahmudun (v.1507) Manisadakı valiliyi yanında onun nişançısı 
olan Nəcati ilə birgə olduğu söylənildiyinə görə, güman etmək 
olar ki, bu əlaqə heç olmasa bu vəzifədən əvvəl başlanmışdır. Səhi 
bəyin Nəcatinin kürəkəni olması haqqındakı məlumatlar isə Evliya 
Çələbinin Gelibolulu Əlinin bu mövzu ilə bağlı    məlumatlarını 
yanlış anlaması ilə meydana çıxmışdır. Səhi,  Şahzadə Mahmudun 
ölünündən sonra Nəcati ilə birlikdə İstanbula qayıtmışdır. Qaynaqlar 
onun burada divan katibi olduğunu yazırlar. O da məlumdur ki, 
Nəcati 1509-cu ildə  İstanbulda öldüyü zaman Səhi  Şeyx Vəfa 
Təkkəsi yaxınlığında ona bir məzar inşa etdirmiş  və ölümünü əks 
etdirən bu tarixi beytini yazmışdır:
                                
Aydındır Nəcati, aləmə tarix olmağın
Tarixini Səhi dedi getdi Nəcati hay
Eləcə də Nəcatinin bu beytini onun məzar daşına yazdırmışdır:
Bir səngi dil fərağına ölən Nəcatinin
Billah mərmərdən edərik məzarını.

52
Səhi bəy bundan sonra şahzadə valiliyi yanında Qanuni Sultan  
Süleymanın (1495-1566) divan katibi olmuşdur. “Həşt-Behişt”in 
müəllifi   istər divanında və  təzkirəsində, istərsə  də Qanuniyə  həsr 
etdiyi qəsidələrdə, özünün uzun illər onun qapısında xidmət etmiş 
bir qul olduğunu dönə - dönə qeyd edir. Qanuni Sultan Süleyman 
taxta çıxdıqdan  sonra isə  vəqf xidmətinə keçmişdir. Bu vəzifə 
dəyişikliyinin Səhinin arzusuna uyğun olmaması  təzkirəsinin 
müqəddiməsində  Qanunini mədh edən bir qəsidədən  məlum olur: 
                              
Qul olana çox etdi şah himmət
Nola edə Səhiyə daha şəfqət.
                              
Olurkən padşahın xidmətində
Tapım dedim səadət dövlətində.
                              
Günahım nə oldu bilsəm diriliyimdə
Qovuldum qapıdan mən pirliyimdə.
Nə var bir himmət etsə yenə Sultan,
Qoca qul qapısında olsa dərban.
Bu beytlərində  Səhi, Qanuni padşahlığı dövründə gözdən 
düşdüyünü, ən azından ona iltifat edilmədiyini göstərmişdir. 
Səhinin bundan sonrakı  məşğuliyyəti barəsində qaynaqlar 
müxtəlif məlumatlar verirlər. Ədirnə və bəzi imarətlərin vəqf məmuru 
vəzifəsindən sonra “Darül-Hadis” mədrəsəsində  vəqf məmuru 
işləməsi məlumdur. O, bu vəzifədə ikən Anadoluda təzkirənin 
ilk nümunəsi hesab edilən “Həşt-behişt”  əsərini yazmışdır. Öz 
vəziyyətindən razı deyildi və padşahdan başqa,  dövrün irəlidə olan 
tanınmış adamlarına da qəsidələr həsr edərək bu sıxıntılı vəziyyətdən 
qurtulmaq istəyirdi. Təzkirəsini 1538-ci ildə Ədirnədə Qanuniyə həsr 
etmişdir. O, bununla da dəftərdarlıq və ya nişançılıq kimi bir vəzifəyə 
təyin ediləcəyini hesab edirdi. Bir az da bu səbəbdən “Həşt-behişt” 
əvvəldən sona qədər yerli-yersiz padşaha yalvarışlarla doludur. 
Ancaq bu əsər də Səhinin həyatında bir dəyişiklik yaratmadı. Yaşlı 

53
şair umduğunu əldə etmədən 1548-ci ildə Ədirnədə 80 yaşında ikən 
vəfat etdi.
ƏSƏRLƏRİ:
1. DİVAN. Dövründə  və sonralar şair kimi böyük bir maraq 
yaratmamasına baxmayaraq Səhi bir divan sahibidir. Divan 
qaziəsgər Muhyiddin Çələbi  əl-Fənarinin (v.1547) təşəbbüsü ilə 
tərtib edilmiş və özünə ithaf edilmişdir. Əsərin adət edildiyi  kimi 
nüfuz sahibi olan dövlət adamlarından birinə deyil, bir elm adamına 
həsr olunmasının  əsas səbəbi, məncə,  şairin üzərində böyük təsiri 
olan Nəcatidən gəlmişdir. Məlum olduğu kimi, o da öz divanını 
Hatəmi təxəllüslü Müəyyədzadə  Əbdürrəhman Çələbiyə (ö 1554) 
həsr etmişdir. Təzkirəsinin şairin istəklərinə cavab verməməsi  onun 
dövlət adamlarından üz döndərməsinə səbəb ola bilərdi. Bir ön sözlə 
başlayan divan qəsidələr, qəzəllər, mürəbbelər, qitələr, tarixlər və 
lətifələrdən ibarətdir. Səhi şair olaraq o qədər də maraq doğurmadığı 
üçün bu divanın nüsxələri yox hesab ediləcək qədər az olub. Tanınan 
bir nüsxəsi hələ də Parisdə Bibliotheque Nationale (Mss Turc Suppl, 
nr 360) da saxlanılır.
2. “HƏŞT-BEHİŞT” (səkkiz cənnət). Seirdə öz bacarığını göstərə 
bilmədiyinə  və  şeirləriylə yadda qalmamağına baxmayaraq Səhi 
başqa bir əsəri ilə adını tarixə yaza bilmiş və ölməzlik qazanmışdır. 
Anadolu ərazisində ilk təzkirə sayılan əsərini o, “Həşt-behişt”adıyla 
qələmə almışdır. Hər bir sosial quruluş təşəkkül etdikdən  sonra özü 
haqqında bir tarixin  yaranışına imza atır. Anadoluda inkişaf edən 
ədəbiyyat da özündən sonra tarixinin yaranma zərurətini ortaya 
qoymuşdur. Belə ki, XV yüzilliyin ortalarında  ədəbiyyat tarixinin 
ilk nümunələri yazılmağa başlamış  və bu dövrdə toplanan nəzirə 
məcmuələrində bioqrafi yanın ilk bəsit hissələrinə rast gəlinir. 
Bəyliklər və Osmanlılar dövründə türk şeirinin getdikcə inkişaf 
etməsi nəticəsində sayı  çoxalan şeir nümunələrinin və şairlərin bir 
yerə toplanması ehtiyacı hiss olunsa da, hər halda, Səhidən  əvvəl 
təzkirə adı altında başqa bir əsər yazılmamışdır. Təzkirəçilik tarixində 
ilk diqqət çəkən məlumatları verən Gelibolulu Əli “Künhül-əxbar” 

54
adlı əsərində hicri minilliyinə  qədər Anadoluda yazılmış təzkirələri 
sayarkən bu növü Səhi Bəylə başlayır. Əsərini Səhidən təxminən əlli 
il sonra yazan Əli, həmin məsələ ilə maraqlandığına görə Səhidən 
əvvəl belə bir əsərin yazılıb-yazılmadığını mütləq araşdırmışdır. 
Belə ki, özünü bu iş üçün hazır bilməyən Səhi bəy həmin  əsərin 
başqa birisi tərəfi ndən yazılacağını uzun bir müddət gözləmişdir. 
Ayrıca  əsərinin önündəki nümunələrin Herat məktəbi təzkirələri 
olduğunu dönə-dönə qeyd etməsi də “Həşt-behişt”in  bu növ üzrə ilk 
əsər olmasına işarə edir.
Beləliklə, Səhi zəngin irs qoymuş  təmsilçilər yetişdirmiş 
olan  Anadolu türk ədəbiyyatı üçün çox lazımlı olan bir işi yerinə 
yetirməyə girişir. Bu dövrdə təzkirə yazmaq üçün ədəbiyyatda böyük 
bir ehtiyac hiss edilirdi. Buna görə  də qarşıdakı dövrlərdə yazılan 
təzkirələr təsadüfdən deyil, sırf zərurətdən yaranmışdır. Çünki artıq 
müəyyən bir mərhələni başa vurmuş  və formalaşmış    ədəbiyyatın 
təmsilçilərinin həyatlarından bəhs edən bioqrafi yaların gizli qalması 
və itib-batması müsbət bir hal deyildi. Səhidən dərhal sonra bir-
birinin ardınca ən gözəl nümunələrin yaranması da bu ehtiyacın nə 
qədər böyük olmasından xəbər verir.
“Həşt-behişt” 1538-ci ildə Ədirnədə yazılmış və burada Qanuni 
Sultan Süleymana təqdim edilmişdir. Səhi, təzkirəsinin ön sözündə 
onu bu işə sövq edən səbəbləri və kimlərdən təsirləndiyini göstərir. 
Təsirləndiyi  əsərlər  Əbdurrəhman Caminin (1414-1492) “Baharıs-
tan” adlı  əsəri; Dövlətşahın (1431-1495) “Dövlətşah” təzkirəsi və 
Əlişir Nəvainin (1441-1501) “Məcalisün  nəfais”idir. Əsərə “Həşt-
behişt” adı verilməsi onun səkkiz təbəqə üzərində tərtib edilməsindən 
irəli gəlir. Bununla  birlikdə  əsər bu növün başqa nümunələrində 
olduğu kimi daha çox müəllifi n  adıyla  şöhrət qazanmış  və  Səhi 
təzkirəsi kimi tanınmışdır. 
Təzkirə özündən sonra yazılan başqa nümunələrə nisbətən qısa 
bir ön söz ilə başlanır. Bu dövrdə olan oxşar cəhətlərinin  konturlarını 
cızaraq, xüsuilə İran təzkirələrinin ön sözünü təqlid edərək mədhiyyə 
və qitələrlə əhatə etdiyi bu bölümdə Səhi əvvəlcə Allaha şükür edir, 
peyğəmbərə  və  səhabələrinə salavat göndərir, dualar edir, şeirin 
və  şairin xüsusiyyətlərindən söz açır, kimlərdən təsirləndiyini dilə 

55
gətirir və əsərinin məruz qalacağı tənqid və hücumları qeyd edərək 
bir məsnəvi ilə Qanuni Sultan Süleymanın himayəsinə  sığınır. Ön 
sözün bundan sonrakı hissəsində isə müəllif  əsərinin çərçivəsini 
çəkir və son dörd təbəqədə topladığı şairləri ayırd edir. Bu bölümə 
daxil olan bir rübai əsərinin padşah tərəfi ndən dəyərləndirilməsi 
üçün “Asəfi -dövran”  deyə  vəsf etdiyi vəziri-əzama müraciəti 
özündə ehtiva edir. Müəllif səkkiz təbəqədən ibarət olan əsərinin 
hər təbəqəsində qələmə aldığı şairin sinfi  mənsubiyyətini və yaşamış 
olduğu ərazini  təbəqənin başlığında verdiyi bölümdə təsvir etmişdir. 
Son bölümdə isə  əsərin səkkiz təbəqə üzərində düzənləndiyi, 
Səmaniyyə  mədrəsələri nümunələrində olduğu kimi, hər təbəqəyə 
bir əlavə “tətimmə” artırıldığı göstərilir. Sonra xəta və nöqsanların 
xoş qarşılanmasını diləyərək Sultan Süleymana duasını ifadə edən 
daha bir rübai də yazır.
Müəllif səkkiz təbəqəyə ayırdığı  əsərində  hər təbəqədə  qələmə 
alacağı şairlərin sinif və xüsusiyyətlərini o təbəqənin başında verdiyi 
kiçik bölmə ilə izah etmişdir. Ayrıca təbəqənin sonuna əlavə etdiyi 
“tətimmə” adlandırdığı  əlavə bölümlərlə  də yazdığı  təbəqədəki 
şairlərin xüsusiyyətlərini bir dəfə də qısaca olaraq aydınlaşdırır. 
Bu səkkiz təbəqədə şairlərin təsnifatı belədir:
I  TƏBƏQƏ.  Bu təbəqədə dövrün padşahı Qanuni Sultan 
Süleymandan bəhs edilir. Əlif kimi yeganə olduğu üçün bu təbəqədə 
cümlənin xaqanı olan padşah tək yazılır. 
II  TƏBƏQƏ. Bu təbəqədə Qanuni dövrünə  qədər  şeir yazan 
padşah və şahzadələrdən bəhs edilir.  Təbəqə II Muradla başlanır və 
tarix sırası ilə ondan sonra gələn şeir yazmış padşah və şahzadələrdən 
bəhs edilir. Bunlar II Murad, Fateh Sultan Məhməd, Sultan Bayazid, 
Sultan Cəm, Sultan Səlim və Sultan Qorquddur.
III TƏBƏQƏ. Dövlət adamlarına həsr olunan bu təbəqədə vəzirlər, 
qaziəsgərlər, dəftərdarlar, nişançılar və  bəylər qələmə alınmışdır. 
Bu bölümdəki şairlər aşağıdakılardır: Əhməd Paşa, Mahmud Paşa, 
Vəfayi, Karamanlı  Məhməd Paşa, Qasım Paşa, Piri Paşa, Zeynal 
Paşa, Lülfi  Paşa, Əli Çələbi, Hacı Həsənoğlu, Əbdürrəhman Çələbi 
əl-Müyyid, Cəfər Çələbi, Şah Çələbi, Abdulvasi Çələbi, Muhyiddin 
Çələbi, Qədri Çələbi, Xoca Çələbi, Məhməd Çələbi, Abdülvəhhab 

56
Çələbi,  Əbülfazi Çələbi, Nişançı Mustafa Çələbi, Rüstəm bəy, 
Şamiloğlu Mustafa bəy, Çakəri Sinan Bəy,  Əhməd Bəy,  Əli Bəy, 
İdris bəy, Əhməd Bəy.
IV TƏBƏQƏ. Xızır Bəy, İsari Çələbi, Lütfi , Qütbi, Müfti Əhməd 
Çələbi, Müfti Sadi Çələbi,  Həsən Çələbi, Məhməd Çələbi, Hafi z 
Əcəm,  İshak Çələbi,  Əbdüləziz Çələbi, Sədi Çələbi, Fəxri Çələbi, 
Sururi, Əmiri, Həmdi Çələbi, Lamii Çələbi.
V TƏBƏQƏ.  “Həşt-behişt”in ümumi şairlərdən ibarət olan 
hissəsi bu təbəqədən başlayır. Bu hissədə  Səhi bəy yaşadıqları 
dövrə yetişə bilmədiyi və barələrində hansı adamlardan məlumatlar 
öyrəndiyi  şairlərə yer vermişdir. Bunlar aşağıdakılardır:  Şeyxi, 
Əhmədi,  Şeyxoğlu,  Əhmədi- Dai, Şirazi, Hümami, Atayi, Şəmsi, 
Həsən, Zai, Zairi, Əzhəri, Nücumi, Baba Nədimi, Məlihi,  Şeyx 
Rövşəni, Xəlili, Nizami, Xoca Qara Fakih, Ülvi, Şəhdi, Eşqi, Sərəzli 
Sədi, Həffi , Həyatı, Fənayi, Əli, Nəhifi ,Həmdi, Səfayi, Sabayı, Ləalı, 
Qivami.
VI TƏBƏQƏ. Yazarın yaşadıqları zamana yetişdiyi və 
gəncliyində xidmət etdiyi özündən  əvvəlki nəslə aid olan şairlər: 
Nəcati, Vəsfi , Kamal, Zülali, Nihani, Katib Şövgi, Rəvani,  Əmiri, 
Talii, Sayi Afi tabi, Saki, Nihalı, Qəzalı, Meali, Sədri, Sübhi, Riyazi, 
Kəbiri, Sevdayi, Visali, Gubari, Gülami, Kərimi, Qədiri, Niyazi, 
Cəfai, Duayı, Baba Həsən, Behişti, Turabi, Səhayi, Ləli, Heydər, 
Sərəzli Kandi, Cənabi,  Əhdi,  Şəhidi, Sagərı,  Şəmsi, ikayi, Fəridi, 
Həbibi, Nəsuhi, Katibi, Hədidi, Əhdi, Mürək, Sıfayi, Rəsmi, Sidqi, 
Fəhmi, Sühayi, Həvəsi, Nihani, Məhməd Çələbi, Muhyi, Talibi, 
Hakı, Hifzi, Məqami.
VII TƏBƏQƏ. Bu təbəqədə  Səhi bəyin müasiri olan şairlər 
qələmə alınmışdır. Bu bölümün sonunda “Qadın şairlər haqqında” 
adlı bir başlıqda iki qadın  şairdən də  bəhs edilir. Bu təbəqənin 
şairləri bunlardır: Zati, Ani, Şəmi, Məsihi, Rəfi qi, Sücudi, Əmani, 
Kəşfi , Fərruxi, Suni, Süzi, Ata, Nami, Pənahi, Cəmali, Yəqini, Cəlili, 
Fani, Vahdi, Katib Həsən, Katib Davud, Qəribi, Bəsiri, Səzayi, Sehri, 
Səriri, Civani,Cihani, Nigahi, Şəbabi, Meyli, Nizari, Bəzmi, Zənciri, 
Süvari, Sifatı, Çakşırcı Şeyxi, Zeynəb Xatun, Mehri Xatun.

57
VIII  TƏBƏQƏ. Səhidən gənc olan və istedadları yenicə üzə 
çıxan, yeni yetişən  şairlər bu təbəqədə yer almışlar. Onların sırası 
belədir: Rəmzi, Bahari, Niqabi, Kamı, Fikri, Xəyali, Fiqani, Heyrəti, 
Usuli,Tələti, Arifi , Ruhi, Niyazi, Rəhmi, Baqi, Abdi, Farisi, Yetim, 
Səliki, Mərdümi, Səbuhi,  İşrəti, Məhvi, Ulumi, Məşrəbi, Nigahi, 
Fərdi, Zəmini,  Əmri, Səbzi, Hilmi, Nuşi, Muidi, Nazmi, Garami, 
Vəhdəti, Sübuti, Qudsi, Vəchi, Xitabı, Qəndi, Hafi z, Hilali, Həlakı, 
Əşqı, Yəhya, Dəruni, Rəhıkı, Sehri, Cəmili, Qürbı, Lətifi ,  Suni, 
Sərvi, Dərviş.
Kitabın son bölməsi olan xatimədə Səhi, bir məsnəvi ilə təkrar 
padşahı vəsf edir. O, ölkəsində şeir yazanın çox olduğunu bildirdikdən 
sonra, əsərinə bunların tanınmışlarını və layiq olanları daxil etdiyini 
söyləyir. Kitabın tamamlanmasına görə tanrıya  şükür edir, onun 
padşahın adı ilə birlikdə əbədi sonsuza qədər qalması üçün dualar 
söyəyir  və öz kitabını bitirir. 
 XVI yüzillikdəki  şairlərin  sayının çox olması Səhi Bəyi bu kitabı 
yazmağa vadar etsə də, bu təşəbbüs özündən əvvəl həmin sahədə yol 
açmış Herat məktəbi təzkirələrindən və xüsusilə də Əlişir Nəvaidən 
gəlirdi. Səhi Bəy üslub, forma və məzmun etibarilə demək olar ki, 
Herat təzkirələrini təkrar  etmişdir.  Əsərin ön sözündə müəllifi n 
nümunə kimi götürdüyü “Baharıstan”, “Dövlətşah təzkirəsi” və 
“Məcalisün- nəfais” təzkirələrindən  sonuncusu bu əsərə daha çox 
bənzəyir. Səhinin əsərdə vermiş olduğu  təsnifat da Nəvainin verdiyi 
təsnifata çox oxşardır. Səhi, Nəvainin padşah Hüseyn Baykaraya 
ayırdığı  səkkizinci təbəqəni öz əsərində  Qanuniyə  həsr etmişdir. 
Nəvaidə yeddinci təbəqədə yer alan Sultan və  Şahzadələr, Səhidə 
ikinci təbəqədə, onun beşinci təbəqədə təsvir etdiyi mirzələri Səhi 
üçüncü təbəqədə göstərir. Alimləri Səhi də dördüncü təbəqədə 
vermişdir. Nəvainin altıncı təbəqədə qeyd etdiyi Xorasan xaricindəki 
şairlərin əvəzində  Səhi beşinci təbəqədə həyatlarına yetişə bilmədiyi 
şairləri qeyd etmişdir. “Məcalisün – nəfais”də birinci, ikinci, üçüncü 
rövzədə  həyatları  təsvir edilən və çoxdan vəfat etmiş yazarlarla 
müasir və  gənc  şairlər, “Həşt-Behişt”də yeddinci və  səkkizinci 
təbəqələrdə verilmişdir. Səhi sadəcə özündən əvvəlki nəsli də əsərinə 
gətirərək təzkirəsinin başlanğıcını bir az da əvvəllərə aparır. Onun 

58
şairlər üzrə təsnifatı  Nəvaidə olduğu kimi bir prinsipə söykənərək  
götürülməmişdir. Təbəqələrin öz içərisində  də bir nizamsızlıq 
mövcuddur. Əlifba  sırası ilə sıralanma isə Səhidən sonra Lətifi  ilə 
başlayır  və türk təzkirəsi üçün bir qanun halına keçir. 
Səhinin təzkirəsi məzmun və üslub baxımından bu növün 
ilk nümunəsi olduğunu açıqca hiss etdirir. Qarşısında Osmanlı 
şairlərinin həyatlarııyla bağlı bir nümunə və hazır  qaynaq olmadığı 
üçün Səhinin qədim  şairlər haqqında verdiyi məlumatlar səthidir. 
Bu dövr  şairlərinin ancaq ən tanınmışları əsərə daxil edilmişdir. Bu 
baxımdan bəzi məşhur şairlər məsələn, Süleyman Çələbi, kitabda yer 
almır. Son üç təbəqədə yer alan və Səhinin hələ həyatda ikən tanıdığı 
şairlər haqqında verdiyi məlumatlar isə ətrafl ı və xeyli dolğundur.
Səhi Bəy  əsərini necə yazdığını  və hansı  mənbələrdən 
faydalandığını dilə  gətirmir. Sadəcə  əvvəlki nəslə aid şairlər üçün 
yaşlılardan məlumat topladığını bildirir. Xatimədə Anadoluda 
şairlərin sayının çox olduğundan ən tanınmışlarını təzkirəyə aldığı 
haqqında  məlumat verir. Seçilən  şairlərdə  həmyerlilik, yaxınlıq, 
qohumluq, tanışlıq kimi ən sonrakı  təzkirələrdə rast gəlinən və 
tənqid edilən nöqsanlar Səhidə demək olar ki, yoxdur. Son təbəqədə 
bəzi dəyərsiz şairlərə rast gəlinirsə də bunlar gənc şairlərdir və Səhi 
onlardakı qabiliyyəti görərək, mükəmməl şeirlər yazacaqlarına ümid 
bəsləmiş və  təzkirəsinə  daxil etmişdir. “Həşt-behişt”də mütəsəvvüf 
şairlərə xüsusi bir yer ayrılmamış və onlara fərqli şəkildə əhəmiyyət 
verilməmişdir. Şifahi ədəbiyyatla məşğul olan şairlərə, yəni folklor 
şairlərinə heç yer verilmir və bu ənənə bütün təzkirələrdə davam 
edir. Təzkirənin əhatə etdiyi əsas sahə Osmanlı ölkəsi, yəni Anadolu 
və Rumelidir. Xüsusilə Rumeli, Ədirnə  və  İstanbulda yetişən 
şairlərin hamısı, başqa yerlərdəki şairlərin isə ən məşhurları əsərdə 
yer almışdır. 
Səhi əsəri haqqında  böyük israrla müxtəsər və ya risalə deyə bəhs 
edərdi. Burada  müəllif yer verdiyi şairləri müəyyən sərhəd içində 
tutduğu kimi, onların bioqrafi yalarının da qısa olmasına xüsusi  
fi kir verirdi. O, hətta  əlində olan məlumatları    qısaldaraq  əsərinə 
daxil etmişdir. Ömrünü yanında keçirmiş olduğu Nəcati haqqında 
yazdıqları yazılması gərək olandan çox azdır. Onunla bağlı olaraq 

59
klassik bioqrafi ya xaricində verdiyi bir neçə sətirlik fərqli məlumatı 
da, “biz yenə sadələşdirək” deyə qısaltmışdır. Sözün qısası müəllif 
sözü uzatmaqdan israrla qaçırdı.  Əsas məqsədi  şairlərin adını 
unudulmağa qoymamaq olmuşdur. Bununla bağlı  Nəcatiyə  həsr 
edilən  ən uzun bioqrafi ya  təxminən iki səhifəyə  qədərdir. Bəzi 
şairlərin sadəcə təxəllüsünü söyləyir, xüsusiyyətləriylə bağlı bir-iki 
cümləylə kifayətlənir. Bəzən  şairlə bağlı bir aforizm, yaxud lətifə 
söyləyir. Verdiyi nümunələr isə bir beytdən ibarət olmuşdur.
Başlanğıcdan etibarən ərəb və iran  modellərini nümunə götürərək 
irəliləyən Anadolu divan ədəbiyyatı,  şeir sahəsində XV yüzilliyin 
ilk yarısına qədər müəyyən məsafəni qət etmişdir. XV yüzilliyin 
yarısında, xüsusilə Fateh dövründən XVIII yüzilliyin sonuna qədər 
davam edən Osmanlı şeirinin qəliblənmiş, ölçülü qafi yə formasına 
malik yazı tərzinin, sözlərin bir-birilə uzlaşmasının və söz oyunlarının  
təməli atılmışdır.
Nəsrdə isə belə  dəyişikliklər yalnız Qanuni Sultan Süleyman 
dövründə baş verdi. Demək olar ki, diqqət çəkən nəsr  əsərlərinin 
qələmə  alınması yalnız Qanuni Sultan Süleyman dövründə  meydana 
çıxdı. Bu növlərin biri də  təzkirələrdir. Buna görə  də  təzkirələrin 
içərisində “Həşt-behişt” yalnız məzmun və mahiyyətinə görə deyil, 
üslubuna görə  də ilk nümunədir. “Həşt-behişt”in dili və üslubu 
XVI yüzillkdə formalaşmağa başlayan klassik üslubla müqayisədə 
olduqca sadə və səmimidir. 
Təzkirələrdə  bədii nəsr dili yalnız ön sözdə, təbəqə  və 
tətimmələrdə, xatimədə və bəzi böyük şairlərin tərifl ənməsi ilə bağlı 
yerlərdə  qədərindən orta halda   istifadə olunmuşdur. Bu mənada 
təzkirə XV və XVI əsrlər arasında dil və üslub baxımından bir keçid 
əsəridir. Bütün bunları aydınlaşdırmaq üçün birisi əsrin əvvəllərində, 
o biri isə sonunda qələmə alınmış iki təzkirənin müqayisəsini 
aparmaq yerinə düşər.
 Bunlardan biri Səhinin “Həşt-behişt”i, o biri isə Həsən Çələbinin 
təzkirəsidir.
Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin