Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN


İSTANBUL KLASSİK ŞEİRİN MƏRKƏZİ KİMİ*



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə14/26
tarix01.12.2016
ölçüsü2,76 Kb.
#537
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

İSTANBUL KLASSİK ŞEİRİN MƏRKƏZİ KİMİ*
S
iyasi və  mədəni tariximizə baxmalı olsaq, IX əsrə  qədər 
Ötüken, Hoço və Turfan şəhərlərinin mədəniyyət mərkəzləri 
olduqları meydana çıxar. X-XI əsrlərdə Kaşğar və Balasagunun da  
belə şəhərlərdən  olmasını görürük. XIII əsrə qədər şərq  türklüyü 
və türkcəsi dairəsində təşəkkül tapan bu mərkəzlər, həmin tarixdən 
etibarən qərb türklüyü üçün də  qurulmağa başlamışdır. XIII yüzillikdə 
Xarəzm, XV yüzillikdə Herat, Səmərqənd və Buxara bu ərazinin 
mərkəzləri ikən, Qərb türklüyü  üçün də artıq Bağdad, Diyarbəkir, 
Gəncə, Təbriz, Konya, Bursa, Ədirnə və İstanbul kimi əlavə mərkəzlər 
meydana çıxmağa başlamışdır. Bu mərkəzlərin xüsusilə mədəniyyət 
baxımından ortaya çıxışını yaradan bir sıra təməl daşları, yəni təhsil 
ocaqları da vardır. Başlangıcda  usta-şagird  əlaqəsi çevrəsində 
davam edən təlim-təhsil fəaliyyəti, xüsusilə islam mədəniyyəti 
sivilizasiyası içində özünə mühüm yer tutdu. Bu qurumların 
əksəriyyətini mədrəsələr, təkkələr və  hərbi təlim mərkəzləri təşkil 
edirdi. Bunlara bilavasitə  təhsil mərkəzi vəzifəsini  yerinə yetirən  
ticarət mərkəzlərini  da əlavə etmək gərəkdir. Bu xüsusiyyətləri 
daşıyan  şəhərlərin yaranmasında  şübhəsiz ki, bir sıra təsirlər də 
olmuşdur. Əlbəttə, bunların başında da coğrafi  xüsusiyyətlər əsas yer 
tutur. Çünki şəhərlər müxtəlif amillərin  təsiri ilə  qurulur və inkişaf 
edirlər. Bunların bir qismi mədəniyyətlərin onlara olan ehtiyaclarını 
doğrultmaq baxımından əhəmiyyət qazanır, ya da dəyərlərini itirir,  
başqa bir qismi əlverişli coğrafi   vəziyyətləri, yolayrıcılarında 
yerləşmələri kimi başqa faktorların təsiriylə öz mövqelərini mühafi zə 
edirlər. Asiya ilə Avropanın birləşdiyi nöqtədə mühüm bir iqtisadi, 
ticarət, texnologiya, mədəniyyət və turizm mərkəzi olan İstanbul, 
bu ikinci  qrupun ən xarakterik nümunələrindən biridir.Şəhər bu 
mühüm xüsusiyyətinə görə, bir çox erkən dövrlərdən bəri bütün 
sahələrin önəm verdiyi çox mühüm mərkəzlərdən biri olmaq şansını 
qorumuş və  bu cür şəhərlərin ən öndə olan nümunəsinə çevrilmişdir.  
Modern şəhər termini ilə söyləmək istəsək, demək olar ki, İstanbul 
bir metropol deyil, meqopoldur.

199
Bu mənada, şəhər şübhəsiz fərqli dövrlərdə dəyişik görüntülərə 
malik olsa da,  çevrəsindəki min kilometrlik ərazinin hansı tərəfi ndən 
baxsaq bir cazibə mərkəzi kimi görünəcəkdir. Gerçəkdən də, tarix 
səhnəsinə çıxdığı andan etibarən hansı sahəylə bağlı olursa-olsun o, 
daima həm ölkəmizin, həm də bütün dünyanın mərkəz  şəhərlərindən 
biri olmuşdur.  İslam dünyasının mərkəzi olduğu andan etibarən, 
şəhərə verilən adlar yeni sakinlərinin də onu necə gördüyünü ifadə 
etməsi baxımından maraq doğurur. Bu adlar şəhərin mahiyyətini 
göstərən açar sözlərdir: Ümmüd-dünya, Dər-i Səadət, Dər-i dövlət, 
Asitaneyi- Səadət və Darüs-səltənə.
İstanbulun siyasi, iqtisadi və  mədəni tarixi baxımından bu 
müqayisəedilməz özəllikləri, bir çox fərqli sahələrə görə də gündəmə 
gətirilə və dəyərləndirilə bilər. Hətta bunlardan nümunə kimi mədəni 
sahəni  ayrılıqda dəyərləndirməklə  şəhər bu özünə  məxsusluğunu 
göstərmək olar. Mən bu izahatı onun klassik ədəbiyyata və bu  
ədəbiyyatı meydana gətirən  şairlərə göstərdiyi təsir nöqtəsindən dilə 
gətirmək istəyirəm.
Məlum olduğu kimi. divan ədəbiyyatı bir şəhər  ədəbiyyatıdır. 
Bu ədəbiyyatın inkişaf edib, əsas gözə çarpan nöqtəsi də şəhəri vəsf 
edən hissələrdir. Demək olar ki.divan ədəbiyyatı  mənsublarının 
çoxu  şəhərlərdə doğulub boya-başa çatmış,  ən azından təhsillərini 
şəhərdə almış  şairlərdir. Klassik ədəbiyyat mənsublarının doğum 
yerləri baxımından dəyərləndirməsində İstanbulun başda yer alacağı 
təbiidir. Mövzuyla bağlı tərəfi mizdən aparılan bu araşdırma, təxmin 
edildiyi kimi bir şəhərdə doğulan  şairlərin irəli çıxdığını ortaya 
qoyur. Osmanlı  ərazisində doğulan  şairlər doğum yerlərinə görə 
sıralandırılarkən belə bir mənzərə ilə qarşılaşırıq:  İstanbul- 609, 
Bursa- 156, Ədirnə- 150, Konya- 69, Diyarba\əkir- 40, Kastamonu 
– 36, Bağdad- 35, Gəlibolu- 30, Bosniya-  26, Anter- 26, Kütahya- 
24, Sərəz- 21, Manisa- 20, Vardar Yenicəsi- 20, Bolu- 19, İsparta- 
19, Üsküp- 17, Amasya- 18, Aydın- 17, Manastır-  17, Ankara- 16, 
Ərzurum- 16, Filibe- 16, Selanik- 16, Sofya- 16, Trabzon – 15, 
Tokat- 14, Belqrad- 11, İznik- 11, Kayseri- 11  (İsen 97;64). 
Bu siyahı  divan şairlərinin doğum yerləri baxımından İstanbulun 
rəqibsiz birinci yerdə  olduğunu açıqca göstərməkdədir. Diqqət 

200
çəkən başqa bir xüsusiyyət də. İstanbulu təqib edən başqa şəhərlərin 
də  daha əvvəllər siyasi mərkəz olmalarıdır.
Bu siyahıdan  görünür ki, mədəni sivilizasiya  siyasi inkişafı 
müəyyən bir məsafədən izləməklə, hər ikisi bir- biri ilə sıx şəkildə 
bağlıdır. 
Şairlərin doğum yerləri ilə  bərabər  onları yetişdirən mühit də 
nəzərə alınarsa, o zaman   İstanbulun əhəmiyyəti daha da artacaqdır. 
Mənbələr açıq şəkildə göstərirlər ki, bir çox şair təlim və təhsilini 
tamamlamaq üçün böyük  bir cazibə  mərkəzi olan İstanbula üz 
tuturdu. Osmanlı dövlətinin inkişaf edən elm və  mədəniyyət 
sferasında dövrün idarə sistemiylə birlikdə, genişlənib böyüyən 
mərkəzlərə, xüsusilə mədrəsələrə əsas yer vermək gərəkdir. Fatehin 
İstanbulu  İslam dünyasının mərkəzi etmək arzusu nəticəsində 
bu  şəhərdə yaradılan böyük mədrəsə  və bunun ardınca padşahlar 
tərəfi ndən inşa edilən irili-xırdalı  mədrəsələr, elm və  mədəni 
həyatın ağırlıq  nöqtəsini ucqardakı  dağınıq şəhərlərdən alaraq bir 
neçə böyük şəhərə  gətirdi. Bu üzdən özündəki istedadı hiss edən 
hər kəs  xüsusi yüksək təhsil almaq üçün İstanbula gəlirdi  ki, bu 
da  İstanbulda doğulmayan  şairlərin belə, bu şəhərin mühitində 
yetişdiyini göstərir. Dövrün  mədəni həyatına istiqamət verən bir 
şəhər və böyük şairlərin istinad mərkəzi olmasına diqqət yetirilərsə, 
İstanbulun klassik ədəbiyyat baxımından  əhəmiyyəti daha da 
artacaqdır. Çünki dövlətin hansı  şəhərində olursa-olsun istedadı 
olan elm adamı, yaxud sənətkar dərhal paytaxta gətirilir və orada 
onun sənətini icra etmək üçün əlverişli mühit yaradılırdı. Bu himayə 
İstanbuldan  əvvəl paytaxt olmuş    Ədirnədə başlamaqla(  İpəkten 
96;25)  İstanbulda öz həllini tapmışdır. Çünki divan ədəbiyyatının 
əsas  inkişafı  İstanbulun fəthindən sonra olmuşdur. Daha çox Fateh 
Sultan Mahmud və vəziri Mahmud Paşa  ilə qazanılan bu himayə 
nəticəsində Fatehin ətrafında 185 şairin toplandığı  məlumdur. Bu 
inkişaf hökmdarların  şəxsiyyətləri ilə  dəyişən  şəkillərdə olmaqla, 
Osmanlı dövləti boyunca davam etmişdir. Hətta bunlara Fateh və 
Yavuz dövrlərində olduğu kimi xaricdən  bir qisim məcburi şəkildə 
gələn ziyalı  köçü də qatılmışdır. Klassik ədəbiyyat çərçivəsində 
kənardan gəlmiş, amma İstanbulun imkanlarıyla mədəni həyatımıza 

201
rəng qatmış diqqət çəkən önəmli  şairlər Nəcati bəy, Xəyali, 
Gelibolulu Əli, Nəbi və Nəfi dir.
Bilindiyi kimi, mətbəədən istifadə olunana qədər kitablar əl ilə 
köçürülür və oxuculara təqdim olunurdu. Mətbəə meydana çıxana 
qədər təqdim olunan kitablara nəzər salsaq, bu kitabların çoxunun 
şəhərlərdə meydana gəldiyini görəcəyik.  Əlimizdə bu məsələ ilə 
bağlı  nümunə olmadığından  ətrafl ı  məlumat verməsək də, yenə 
də əminliklə bu işdə  İstanbulun ön sırada olmasına inanırıq. Çünki 
bilirik ki, başda Bəyazid Cami çevrəsi olmaqla İstanbulda bəlli 
yerlərdə əlyazma köçürmək üçün emalatxana aşkar edilmişdir. Hətta 
bu işin qiymətləndirməsi  haqqında  əlimizdə  məlumatlar olduğu 
kimi (Cumbur 82:30), şəhərdəki xəttat sayını  təxmin etməyimizə 
kömək edən ictimai hadisələrlə bağlı  məlumatlar da mənbələrdə 
özünə yer almışdır. Mətbəənin Osmanlı toplumuna gec gəlişinin 
səbəblərindən biri,  şəhər  əhalisinin önəmli hissəsini təşkil edən 
xəttat ailələrinin dolana bilməyəcəkləri iddiasının irəli sürülməsi 
olmuşdur. Bütün bu məlumatlar bizə kitabların, xüsusilə klassik 
mədəniyyətin nümunələri olan divan və məsnəvilərin çoxaldılması 
sahəsində  İstanbulun çox önəmli bir mərkəz olmasını sübut edir. 
Kitabların üzünü köçürmək bəhsində qeyd edildiyi kimi, 
mədəniyyət mərkəzlərini, eyni zamanda kitab istehsalı  mərkəzləri 
də adlandırmaq olar. Kitabın  əllə yazılaraq yayıldığı dövrdən 
keçərək, onun nəşrə başlandığı illərə nəzər salsaq, qarşımızda necə 
bir mənzərə canlanar? Başqa sözlə desək, mətbəələr də eyni formada 
mədəniyyəti şəhərlə bağlayan bir əlaqə göstəricisi idimi? Sözsüz ki, 
bu suala da təsdiq cavabını verəcəyik. Yaxşı, belə bir mənzərədə 
İstanbulun yeri harada idi? Mən belə bir suala  yenə klassik ədəbiyyat 
nöqteyi-nəzərindən cavab tapmağa çalışacağam. Türk dünyasında 
nəşr olunan divanlara nəzər salaraq İstanbulun bu işdə rolunun necə 
olduğunu, hansı yerdə dayandığını araşdırmağa çalışacağam.
Bilindiyi kimi mətbəə bizim toplumumuza icad olunmasından 
xeyli sonra gəlib çatdı. Mən çox müzakirə edilmiş bu gecikmənin 
səbəbləri üzərində qismən dayandım. Bunu qeyd edək ki, mətbəə, 
ictimai həyatımıza daxil olduqdan sonra sürətlə yayılmışdır. 
Mətbəələr başlanğıcda siyasi mərkəz olaraq İstanbuldan başlayamaqla 

202
kənarlardakı mədəniyyət mərkəzlərində də qurulurdu. Bu baxımdan 
da İstanbul şübhəsiz ki, ən əhəmiyyətli yerdə qərar tuturdu.
Türk dünyasında nəşr olunan əsərlərin keyfi yyəti və xüsusiyyətləri 
barəsində  əlimizdə bu mövzuya söhbət olacaq qədər  ədəbiyyat 
yoxdur.
“Bulaq” üçün aparılan tədqiqatlarda hərbi mətnlərin,  ədəbiyyat 
və dini əsərlərin  ön plana çıxarıldığı  məlum olmuşdur. (Aynur 
90:43). Şeirə göstərilən xüsusi ehtiramla əlaqədar olaraq nəşr olunan 
əsərlərin  ən çox divan qəzəlləri olduğu diqqəti çəkir. Bununla 
birlikdə “Müteferrika”(pərakəndə)  nəşrlər arasında  divana rast 
gəlinmir. Osmanlı  ərazisində ilk  türkcə divan nəşri 1244 (1828)- 
cü il tarixinə təsadüf edir. Bu əsər “Darüt-tibaada”, yəni “Bulaq”da 
nəşr olunan Füzuli divanıdır. Osmanlı  ərazisindən kənarda da 
ilk nəşr olunan divan, eyni ildə  Təbrizdə  işıq üzü görən Füzuli 
divanıdır. Türkcə divanlar içərisində ən çox, təxminən yüz dəfə nəşr 
olunan kitab yenə Füzulinin ölməz divanıdır. Dahi şair Füzulini 
istər Osmanlı ərazisində, istərsə də bu əraziyə daxil olmayan, Türk 
dünyasının başqa yerlərində ilk nəşr olunan nümunə olması çox 
diqqətçəkən bir haldır. Bu o deməkdir ki, divan ədəbiyyatının ilk 
nəşr olunan əsərlərindən hansına əlimizi uzatsaq, Füzulinin divanı 
ilə rastlaşacağıq. 
Şairlərin doğulduğu yerə  nəzər saldığımız kimi,  türk dünyası 
miqyasında divanların nəşri baxımından araşdırma aparsaq 
İstanbulun, heç şübhəsiz, rəqibsiz bir şəkildə irəli çıxmasının şahidi 
olacağıq. 1828-ci ildən 1996-cı ilə kimi İstanbulda 391 divan nəşr 
olunmuşdur. Bu tarixlər aşağıdakılardır:
1244, 1254, 1256, 1266, 1269, 1271, 1274, 1276, 1279, 1281, 
1285, 1295, 1306, 1312, 1313,1314, 1317, 1324, 1326, 1331, 1332, 
1333, 1334, 1339-cu illərdə ildə bir dəfə  nəşr olunub.1259, 1259, 
1260, 1261, 1263, 1272, 1273, 1275, 1278, 1283, 1292, 1294, 1297, 
1300, 1301, 1305, 1307, 1309, 1310, 1311, 1315, 1316, 1320, 1334, 
1335, 1339, 1340, 1341-ci illərdə hər il iki dəfə, 1262, 1267, 1293, 
1298, 1302, 1304, 1342, 1337, 1347-ci illərdə isə ildə üç dəfə divan 
nəşr olunmuşdur. 1268,1286, 1296,1299, 1303, 1322, 1325, 1338-ci 
illərdə ildə dörd dəfə, 1258, 1308, 1327, 1328, 1329-cu illərdə ildə 

203
beş dəfə, 1318-ci ildə altı, 1284, 1288-ci illərdə yeddi dəfə, 1257, 
1287, 1289-cu illərdə səkkiz, 1291-ci ildə on bir, 1290-cı ildə on üç, 
1264-cü ildə isə iyirmi iki divan çap olunmuşdur. 1924-cü ildən sonra 
bir qədər fasilə verilmiş divan nəşrləri 1928-ci ildə köhnə əlifba ilə 
3 ədəd çap olunduqdan sonra, yeni hərfl ərlə çap olunmağa başlamış 
və ilk yeni əlifba ilə çap olunan divan, Yusif Ziyanın hazırladığı 
“Nədim Divanı”  “Suhulət Kitab evi” tərəfi ndən nəşr olunmuşdur. 
Yeni  əlifba ilə  nəşr olunan divanların nəşr olunma tarixləri 
bunlardır: 1932, 1934, 1935, 1939, 1949, 1953, 1954, 1955, 1957, 
1987, 1991, 1994-cü illərdə ildə bir dəfə, 1935, 1937, 1942, 1943, 
1946, 1947, 1950, 1951, 1956, 1958, 1960, 1965, 1967, 1968, 1970, 
1971, 1983, 1992, 1995-ci illərdə ildə iki dəfə, 1944, 1945, 1948, 
1959, 1961, 1963, 1966, 1976, 1980, 1982, 1986, 1988, 1993-cü 
illərdə üç dəfə, 1972, 1974, 1979, 1985,  1990-cı illərdə dörd dəfə, 
1935-ci ildə beş  dəfə, 1981-ci ildə altı  dəfə çap olunmuşdur. Bu 
nəşrlərin on beş ədədi də tarixsizdir.
Nəşr olunmuş divanlar bucağından dəyərləndirildiyində 
İstanbuldan   sonra  ikinci  yerdə Təbriz gəlir. 1244 (1828) ilə 1374 (1954) 
illər arasında bu şəhərdə 99 ədəd divan çap olunmuşdur. Şübhəsiz 
ki, bu say bizə tanış olan əsərlərdən ibarətdir. Türkcə divanların 
ən çox çap olunduğu üçüncü mərkəz Türkiyə Cümhuriyyətinin 
paytaxtı Ankaradır. 1958-1996-cı illər arasında Ankarada 97 divan 
çap olunmuşdur ki, bunların  əksəriyyəti Mədəniyyət Nazirliyinin 
nəşrləridir. Sıralarımızda dördüncü yerdə Azərbaycanın paytaxtı olan 
Bakı gəlir. 1902-1933-cü illər arasında bu şəhərdə  ümumilikdə 67 
divan nəşr olunmuşdur. Türkcə divanların nəşrinə görə beşinci yeri 
Özbəkistanın paytaxtı Daşkənd tutur. Daşkənddə ilk divan nəşrləri 
1300 (1883)-cü ildən rast gəlinməkdədir. 1980-ci ilə  gəldikdə isə 
nəşr olunan divanların sayı 46-dır. Altıncı yeri “Bulaq” tutmaqdadır. 
“Bulaq”da 1828 illə 1868-ci illər arasında, yəni 40 il içərisində  31 
divan çap olunmuşdur. (Aynur 90: 43) 
Divan nəşr edilən mədəniyyət mərkəzləri bu şəhərlərdən başqa, 
bir çox yerlərdə də çox kiçik rəqəmlərlə gözə dəyir. Buna görə də bu 
yerlərdən söz açmağı lazım bilmirik.
Kitabların toplanıb oxucunun xidmətinə verildiyi mərkəzə, yəni 

204
kitabxanaçılıq tarixinə nəzər salsaq, yenə İstanbulu rəqibsiz şəkildə 
qəbul etməli olarıq. Bu mövzuyla aparılan araşdırmalara nəzər 
saldıqda İstanbulun kitabxanaçılıq fəaliyyətində divan qəzəlləri və 
məsnəvilər baxımından necə bir əhəmiyyətli mərkəz olması asanlıqla 
görülməkdədir. (Erünsal, 91). Başda Süleymaniyyə  kitabxanası 
olmaqla İstanbul kitabxanaları minlərlə klassik mətni ehtiva etmək 
baxımından dünyanın ən zəngin mərkəzlərindəndir. (Duman 1961, 
Komisyon, 1964).
Klassik mədəniyyət bucağından aparılan bu araşdırmalar 
nəticəsində  müxtəlif ölçü və  dəyərlərinə görə  İstanbul başqa  
mədəniyyət mərkəzlərindən bir qayda olaraq həmişə  öndə dayanır. 
Bu da  şəhərin mədəniyyət  tariximizdə necə  əhəmiyyətli yer 
tutduğunu  əyani  şəkildə sübut edərək, göz önündə canlandırır. 
Belə araşdırmalar bu gün də aparılarsa, mənə elə gəlir, nəticə yenə 
dəyişməyəcək. Qısa  şəkildə belə yekunlaşdırmaq olar ki, istər 
dünən, istərsə də bu gün İstanbulun ətrafındakı  şəhərlərdəki mədəni 
hadisələr, mədəni inkişaf,  İstanbul mədəniyyətinin təkrarıdır.  Əsl 
güc və  mədəni inkişafın özəyi bütün tarixlər boyunca bir mənalı 
şəkildə İstanbul şəhəri olmuşdur.
(*Yazı “Bilig” yurnalı (2000) s.13-də dərc olunub).
                            İstifadə olunan ədəbiyyat:
Aynur Xədicə ”Bulak matbaasında basılan türkce divanlar”Yournal 
of turkish Studies, Volume 14 199, s 43
Cumbur Mulgan, “Gelibollulu Ali Menakibi Hünerveran” Ankara 
1982, 164.s Erünsal, İsmail E “Türk kütuphaneleri tarihi II”, Ankara 
1991.
İpəkten Haluq “Divan Edebiyatında Edebi Mühitler”,İstanbul 
1996, 271.s
İsen Mustafa “Osmanlı Kültür Coğrafi yasına Bakış”, Ötelerden 
bir ses. Ankara 1997. s 581.
İsen Mustafa “Divan Baskılarına Göre  Son Dönem Kültür 
Merkezlerimiz” “Türkiye Günlügü” s.48 Noyabr- Dekabr 1997.s 38

205
BOLQARISTANLI   DİVAN  ŞAİRLƏRi *
B
alkanların istər tarix, istərsə də ərazi baxımından özünəməxsus 
cəhətləri vardır. Bu özünəməxsusluq  şübhəsiz ki, başqa 
bölgələrdən fərqli olan bir görünüş yaratmışdır. Balkanlarda fərqli 
etnik və dini baxışın olması bunun ilk nümunəsidir. Bunların təməlində 
iki  əsas ünsür dayanır. Bu Bolqarıstanın irqi cəhətdən slavyan və 
türklərdən,  dini cəhətdən isə xristianlardan və müsəlmanlardan 
ibarət olmasıdır. Bu ikililik, biri o birini üstələməklə illər boyu öz 
mövcudluğunu saxlamışdır. 
Keçmiş illərdən  şahidi olduğumuz üzücü və narahat  dövr 
artıq arxada qalmışdır. Qloballaşma dövrü  bu sıxıntıları geridə 
qoymaqdadır. Çünki artıq bir ölkənin çox çeşidli  mədəniyyətə malik 
olması, o ölkənin inkişaf etdiyini göstərir. Arzu edək ki, bu tolerantlıq 
daha çox Balkanlara fayda gətirsin və ölkələr bundan sonra ticarət 
və  mədəniyyət körpüsünə çevrilsinlər. Tarixin qədim səhifələrində 
qalmış  türk sənət  əsərləri də yox hesab edilərək üstündən xətt 
çəkilmək əvəzinə, ön plana çıxarılaraq dünyaya tanıdılsın. 
Belə bir arzu ilə başladığım çalışmada mən Bolqarıstanda  əks 
olunan Osmanlı mədəniyyətinin bir qolundan söz açmaq istəyirəm. 
Bölgədə uzun müddət davam etmiş idarəçiliyin,  şübhəsiz, dövlət 
işləri, iqtisadiyyat, mədəniyyət, sənət və müxtəlif elm sahələrinə 
də  böyek təsiri olmuşdur. Bunların önəmli bir hissəsini bu yazıda 
izləmək fürsətimiz olacaq. Mən məsələyə bölgədə yaranmış olan 
klassik türk ədəbiyyatı yönündən baxmaq istəyirəm. Osmanlı  
dövründə yaranmış olan mədəniyyət mərkəzləri də diqqətimizdə 
olacaqdır. Çünki klassik şeir bir intellektual əsərdir, bunun təşəkkül 
tapdığı yer, ancaq şəhər mərkəzləri ola bilərdi. 
Osmanlı  ədəbiyyatı  və  mədəniyyəti  tarixində tanınmış 
adamlardan,  əsasən də, övliyalar, memar və musiqiçilərdən bəhs 
edən, onların həyatı və sənətləri haqqında məlumatlar verən əsərlər 
vardır. Biz bunları təzkirə adıyla tanımışıq. Bunların şairlər haqqında 
olanlarına isə “təzkirəyi-şüəra” adı verilmişdir. 

206
XV yüzildə Əlişir Nəvaidən başlayaraq XX yüzilliyə qədər uzanan 
bir məsafədə təzkirələrin ədəbiyyat tarixində 30-a qədər nümunəsi 
vardır. Təzkirələr divan ədəbiyyatının, xüsusilə  də bu ədəbiyyatı 
yaradanların həyat və yaradıcılıqlarının, sənətlərinin öyrənilməsi 
üçün qiymətli məlumatlar verən mənbələrdir.
Təzkirələrdə  şairlərin doğum yeri, adı, ləqəbi, təhsili, onlara 
təhsil verən müəllimlər, sənətləri, sənət öyrədən ustadları haqqında 
məlumatlar verilir. Eyni zamanda, şairlərin həyatında baş verən 
dəyişikliklər, ölümləri və ölüm tarixləri də  təzkirələrdə yer alır. 
Bunun əksinə olaraq təzkirələrdə şairin sənətinə aid təhlillərə çox az 
yer verilir. Burada da ortaya qoyduğu əsərindən daha çox, sənətçinin 
özünü  ön plana çəkən ortaçağ tənqidinin böyük rolu vardır. Təzkirə 
müəllifi   üstün sənətçi tipini öz əsərlərində yerləşdirdiyi üçün, onun 
hədəfi  doğru və maraqlı olan bir bioqrafi yanı tapıb ortaya qoymaqdır. 
Doğulduğu yeri göstərmək təzkirəçilərimizin inadla ortaya 
qoyduqları əsas məsələlərdən biridir. Əsərlərə daxil edilən şairlərin 
əksəriyyəti haqqında doğulduğu yer ilə bağlı olaraq təzkirəçilər   
imkanlarına görə geniş, yaxud da qısa  şəkildə  məlumat vermişdir. 
Təzkirələrdə  şairin adı  çəkilən kimi, çox zaman dərhal məmləkəti 
də təqdim olunur. Bu məlumatlar “Mövludi Filibe”, “Ədirnəlidir”, 
“Rumelidir”, “İlica adlı  qəsəbədən”, yaxud “Vətəni-əslisi Aydın 
elidir”, “qədimi Geliboluludur” kimi ifadələrlə diqqətə çatdırılırdı.
Çox az rastlaşılan bir hal olaraq bəzən verilmiş  məmləkətin 
coğrafi  mövqeyi, sosial və mədəni həyatı, təbiəti də təsvir edilir.
Bolqarıstanın  şeir tariximizdə olan əhəmiyyətinə toxunmadan 
öncə bu əraziyə türk hakimiyyətinin, xüsusilə də türkcənin nə zaman 
daxil olduğuna nəzər salaq.
1240-cı ildə Qıpçaq Bozqırlarının türklər və monqollar tərəfi ndən 
istilasından sonra Kumanların bir qismi Balkanlara gələrək, 
burdakı türklərin sayını artırdılar. Daha sonra bunlar ölkənin idarə 
edilməsində möhkəmləndilər.
Osmanlılar 1355-ci ildən etibarən Geliboludan başlayaraq 
Balkanlara doğru sürətlə irəliləyərkən Bolqarıstanda bəzi yerləri 
fəth etdilər. 1363-cü ildəki “Serbsındığı” müharibəsi, bütün Balkan 
fəthləri kimi Bolqarıstanın fəthində  də böyük yer tutur. 1371-

207
ci ildən Çirmən müharibəsi   Balkanlarda türk qələbəsini daha da 
möhkəmləndirdi.
Kosova meydan müharibəsi ilə 17 iyun 1393-cü ildəki Tirnovanın 
fəthi və bunun ardınca Nigbolu müharibəsi Bolqarıstanı bütünlüklə 
Osmanlı dövlətinin ərazisinə daxil etdi və bu torpaqlar 1878-ci ilə 
qədər 500 il Osmanlı idarəçiliyində qaldı. 
Bolqarıstanda doğulmuş şairləri təqdim etməzdən əvvəl müqayisə 
məqsədiylə Osmanlı  mədəniyyəti haqqında bəzi  şeyləri nəzərə 
çatdırmaq istəyirəm. Fateh Sultan Məhmədin İstanbulu hər cəhətdən 
islam dünyasının mərkəzinə çevirmək arzusunun nəticəsi olaraq 
onun bu şəhərdə tikdirdiyi böyük mədrəsə, onun ardınca gələn 
padşahların burada açdıqları irili-xırdalı çoxlu sayda mədrəsələr, elm 
və  mədəniyyətin  əsas mərkəzi qüvvələrini uzaq məmləkətlərdən, 
dağınıq şəhərlərdən daşıyaraq bir neçə mərkəzi şəhərlərə yığdı. 
İstanbul başda olmaqla köhnə paytaxtlardan olan Bursa və Ədirnə, 
tarix boyunca mühüm mədəniyyət mərkəzlərindən olan Qahirə 
və Bağdad belə  şəhərlərdəndir. Buna baxmayaraq, Diyarbəkir, 
Ərzurum, Selanik, Saraybosna və Sofya, eləcə də şahzadə sancağı 
olan Kütahya, Manisa, Amasya və Trabzon kimi şəhərlər son vaxtlara 
qədər əhəmiyyətlərini   qoruyub  saxlaya bilmişlər.
207
Təzkirələrdə verilən məlumatlarda Bolqarıstanda anadan olmuş 
altmış  səkkiz  şairə rast gəlinir. Təzkirəçilər məlumatın az olması 
üzündən bəzən şairləri öz təxmini qənaətləri hesabına daha böyük 
ərazilərə  şamil edərək göstərirdilər. Məsələn,  şairin Rumelili 
olduğunu bildirən bir təzkirəçi onun doğum yeri haqqında məlumatı 
tam bilmirdisə, “Rumelidəndir” deyərək  üstündən keçirdi. 
Qaynaqlarda bu şəkildə verilən on yeddi şairin də Bolqarıstanlı 
olmasını  təxmin edirəm və bu zaman Bolqarıstanda anadan olan 
şairlərin sayı artıq 85-ə çatacaqdır.
İndi isə qısa şəkildə bu şairlərin həyatlarına nəzər salaq:
Aydıncıqda doğulan  Şuxinin  əsl adı  Məhməddir. Daha çox 
Kədizadə  ləqəbi ilə tanınır. Təhsilini başa vurduqdan sonra 
207
 Bkz. Bu kitabdakı Osmanlı mədəniyyəti 171-178.

208
müdərrislik və qazilik etmiş, ömrünün sonuna doğru  təsəvvüfə 
maraq göstərib, yalnızlığa çəkilmişdir.
Aydonatlı  şair  Nizaminin  əsl adı  Əhməddir. Mədrəsə  təhsilini 
bitirdikdən sonra müdərris oldu. Sarayi-Cədidə xoca təyin edildi və 
burada çox sayda şagird yetişdirdi. Mükəmməl şəkildə ərəb və fars 
dillərini bilirdi. 
Balçıklı şair Gəyurinin əsl adı Xeyrəddindir. O da mədrəsə təhsili 
alıb qazi olmuşdur. 1620-ci ildə vəfat etmişdir. 
Sofyayla birlikdə Osmanlı  mədəniyyətinin  ən mühüm 
mərkəzlərindən olan Filibə 16 şairlə önəmli bir potensiala malikdir. 
Bu şairlər Əli Çələbi (v. 1543), Aşqi, Avni (v. 1579), Rövnəqi (v. 
1563) Təbibi, Vəcdi və Zahiri (v. 1685) dir.     Filibə bu şair sayı ilə 
Osmanlı mədəniyyətində ən çox şair yetişdirən mərkəzlər sırasında 
iyirmi dördüncü yeri tutur.
Köstəndil doğumlu  Fəhminin  əsl adı  Dərviş olub, Səqəzadə 
ləqəbiylə tanınmışdır. Dövrün üzdə olan müdərrislərindən olmuşdur. 
1667-ci ildə Ayasofya mədrəsəsi müdərrisi ikən vəfat etmişdir.
Başqa bir Köstəndilli  şairi olan Halətinin  əsl adı Abdullahdır. 
Sənubər adlı bir qadının oğludur. Təhsilini başa vurub qazi olmuş, 
Gelibolu, Filibə, Üsküb və  Səlanikdə qazilik etmişdir. Qaynaqlar 
onu istedadlı, amma əhlikef bir şair olaraq tanıtmışdır.
Kızanlıqda doğulan Ümidin əsl adı Əhməddir. Xəlvəti təriqətinin 
irəli gedənlərindən biri  olan İsmailin oğludur. Kiçik Ayasofyadakı 
Hüseyn ağa Zaviyəsinə  şeyx,  Şahzadəbaşı Camiyəsinə vaiz oldu. 
“Məcalisü Övliya” və “Kəşfi  Bəyan” adlı əsərləri vardır.
Qaynaqlar Niqbolulu 6 şairin adını bizə  təqdim edirlər ki, 
bunlar Əxi, BəyaniƏmani, Fəsihi, Rızayi və Səhabidir. XVI əsr 
şairlərindən olan Əxi Rumelidə yetişən ən tanınmış şairlərdəndir.
Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin