Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə22/26
tarix01.12.2016
ölçüsü2,76 Kb.
#537
1   ...   18   19   20   21   22   23   24   25   26

DİYARBƏKİRLİ  DÜŞÜNCƏ VƏ SƏNƏT 
ADAMLARI*
Ş
əhərlərin meydana çıxıb inkişaf etməsində müxtəlif faktorların 
rol oynaması məlumdur. Amma şübhəsiz ki, bunların içində 
ən mühümü şəhərin coğrafi  mövqeyidir. Cənub-şərq Anadolusunun 
bu gün də  ən  əhəmiyyətli  şəhərlərindən olan Diyarbəkir də öz 
üstünlüyünə görə  şimal tərəfdən yaylalar, cənubdan çöl mənzərəli 
ovalıqlar arasında yerləşən bir sahədə olmasına və böyük bölgələri bir-
birinə bağlayan yol ayrıcında yerləşməsinə borcludur. Bu yollardan 
biri Anadolu və Suriyadan gələrək İraqa keçir. Ağdəniz sahillərini 
Bəsrə körfəzinə birləşdirən bu ən qısa yoldan Diyarbəkirdə ikinci 
bir yol ayrılaraq şimaldakı dağ silsiləsini Dəvəboynu keçidi ilə aşıb 
Elazığ və Sivas üzərindən Samsuna çatır və bu sürətlə orta şərq ilə 
Qaradəniz sahilləri arasında əlaqə yaratmış olur. İkinci başqa bir yol 
da şəhəri Bitlis və Van gölü körfəzi üzərindən Azərbaycan və İrana 
bağlayır. Bunlara şəhərin bəzi təbii imkanları və istehkam formalı 
şəhər divarlarının vasitəsilə asanlıqla müdafi ə olunma xüsusiyyətini, 
eləcə də, Dəclə çayı vasitəsilə Mosula doğru hərəkət edən nəqliyyat 
vasitələrini də əlavə etmək olar. Bu məziyyətlərinə görə Diyarbəkir 
tarix boyunca mühüm bir ticarət,  siyasi əlaqə  mərkəzi olmuş    və 
bunların nəticəsi olan mədəniyyət ocağına çevrilmişdir.
Diyarbəkir Anadoluda müsəlmanlar tərəfi ndən fəth edilən 
ilk mərkəzlərdən biridir. Hələ 639-cu ildə  Əlcəzairin fəthi üçün 
göndərilən  İyaz komandasındakı ordu bu şəhəri də mühasirəyə 
almış  və ordunun sol qanadına rəhbərlik edən Xalid b. Vəlid 
tərəfi ndən ələ keçirilmişdir. Bundan sonra da bir neçə dəfə Bizans 
orduları  tərəfi ndən mühasirəyə alınmasına baxmayaraq, heç bir 
zaman müsəlman idarəçiliyindən çıxmamışdır. Şəhər öz mədəniyyət 
mərkəzi yerini qorumuş  və XII yüzilliyin əvvəllərinə  qədər islam 
dünyasının dördüncü elm və ədəbiyyat mərkəzi sayılmışdır. 
Şəhər dini baxımdan da bir mərkəz hesab oluna bilər. 
Müsəlmanların dörd böyük təriqətinin  bu bölgədə  fərqli təsirləri 
olmuş, ancaq günümüzdə bunlardan yalnız Şafi i və Xənəfi  təriqətləri 

302
gəlib çatmışdır. XII yüzillikdə Diyarbəkirdə dörd sünni təriqəti  bir 
zamanlar mövcud olmuşdur. Məsudiyyə mədrəsəsi dörd təriqətə aid 
fi qhin tədrisi üçün nəzərdə tutulmuşdur.
Diyarbəkir XI yüzilliyin sonlarından etibarən türk idarəçiliyinə  
keçmişdir. Bu tarixdən etibarən də  şəhər müxtəlif türk boylarının  
hakimiyyəti altında qalmışdır. Bu dönəmdən başlanaraq şəhər zaman-
zaman türk boylarının paytaxtı olmuşdur. Diyarbəkir bu dövrlərdə 
daha çox inkişaf etmiş, Anadolunun türkləşməsi və islamlaşması 
dövründə  də mühüm bir keçid nöqtəsi olmuşdur. Xüsusilə  də 
Ağqoyunluların paytaxtı olması onu daha da qiymətli edirdi.
Diyarbəkirin türk tarixində  əhəmiyyətini artıran xüsusiyyətinin 
kökündə babalarımızın Anadoluya gələrkən bu torpaqlara şərqi 
Anadolu üzərindən deyil, cənub-şərqi Anadolu üzərindən keçib 
gəlmələri olmuşdur. Müsəlman  ərazisi olaraq İran, Azərbaycan və 
Bağdad çevrəsi türklər üçün bir cazibə mərkəzi olmuş və türk boyları 
kütləvi şəkildə  Orta Asiyadan buralara doğru axışmağa başlamışlar. 
Bir müddət sonra Monğol işğallarının təsiriylə bu dəfə Anadoluya 
doğru bir köç başlamış  və bu köçlər o zaman müsəlman olmayan 
millətlərin nəzarətindəki  şərqi Anadolu tərəfi ndən deyil, çox 
qədim dövrlərdən etibarən müsəlmanlaşmış  cənub-  şərqi Anadolu 
bölgəsindən keçməyə başlamışdır.  Əgər tarixə  nəzər salmış olsaq 
Hısn-keyfa Artukluları (1098-1231), Mardin Artukluları (1104-
1407), Harput Artukluları (1185-1233), Meyyafarikiyn Əyyubiləri 
(1200-1259) Hisn-Keyfa Əyyubiləri (1232-1534)), Bitlis Atabəyləri 
(1084-1192),  Əhlət Atabəyləri (1100-1207), Diyarbəkir Atabəyləri 
(1095-1183), Sitaylar (1312-1350) kimi çox sayda türk dövlətlərinin 
bu bölgədə qurulması da diqqətə çatacaqdır. Osmanlı dövlətini quran 
Kayı boyunun da bir müddət Hələb dolaylarında dolaşdığı   və böyük 
ataları Süleyman şahın Pakka ətrafındakı Firat çayında boğulduğu 
və Caber qalasında dəfn  olduğu nəzərə alınarsa,  başlanğıcda bütün 
köçlərin Anadoluya bu bölgə üzərindən gəldiyi aydın olur. Bu 
köçlərin son türk dilinə böyük təsiri olmuş və XIII yüzildən etibarən 
bir-birindən bəlli ölçülər içində  fərqli olan yazı dilləri təşəkkül 
etməyə başlamışdır. Diyarbəkir və çevrəsi, bu fərqli yazı dillərinin, 
ya da türkcənin tarixi baxımından da mühüm bir nöqtədir. Yazı 

303
dili ilə yanaşı şifahi xalq danışıq dili baxımından da bu şəhər eyni 
xüsusiyyətlərə malikdir. Demək olar ki, Orta Asiyada ortaya çıxmış 
olan mədəni dəyərlər Anadoluya daşınarkən Diyarbəkir adətən bir 
vasitəçi vəzifəsini yerinə yetirmişdir. Bu əhəmiyyətli tərəfi nə görə 
də bu bölgədə meydana gələn şifahi və yazılı dil  bir tərəfdən Orta 
Asiya çevrəsinə xas xüsusiyyətləri, o biri tərəfdən isə Anadoluya 
xas ağız və özəllikləri daşımışdır. Bu gün folklorumuzun, klassik 
mətnlərimizin, jarqonlarımızın və yazı dilimizin yayılma sahələri 
xəritələrdə göstərilərsə, bu söylədiklərimizin orada əsas və qalın 
cizgilərlə ortaya çıxa biləcəyi qənaətindəyəm.
Yavuz Sultan Süleymanın Çaldıran döyüşü (1514) vaxtında 
Osmanlı torpaqlarına qatılan  şəhər, bir müddət daxili çəkişmələrə 
məruz qaldığı üçün xarabalığa çevrilmişdi. Osmanlı tabeliyi 
zamanında Diyarbəkir uzun bir müddət daxili və xarici təhlükələrdən 
uzaq qalması, dövlətin ən mühüm və ən böyük əyalətlərindən birinin 
mərkəzinə çevrilməsi və İrana qarşı aparılan müharibələrdə ordunun 
qışlağı olması nəticəsində öz əvvəlki ehtişamını yenidən əldə etdi. 
Bu vəziyyətə uyğun olaraq memarlıq və  mədəni quruculuq işləri 
başlandı. 1660-cı ildə buranı ziyarət edən səyyah Poullet, Diyarbəkiri 
gördüyü şəhərlərin ən gözəli hesab etmişdir. Poulletə görə şəhərin 
bazarları ölkədəki başqa şəhərlərdə gördüklərindən daha böyük və 
daha gözəldir. İran, Misir,  Qafqaz, Polşa və Rusiyadan tacirlər bura 
gələrək ipək, pambıq, lifl ik  və  dəri alıb öz ölkələrinə aparırdılar. 
Bütün bu dəyərlər Diyarbəkiri mədəni cəhətdən də siyasi sahəyə 
uyğun bir vəziyyətə  gətirdi.  Şəhərin yetişdirdiyi Osmanlı  şairləri 
başqa mərkəzlərlə müqayisə etmiş olsaq, Diyarbəkirin üstünlüyü o 
dəqiqə üzə çıxacaqdır
246

Diyarbəkir Osmanlı  ərazisində  ən mühüm bir mədəniyyət 
mərkəzidir.  Şəhərin  bu mühüm xüsusiyyəti çox qədimlərdən bəri 
araşdırıcıların diqqətini çəkmiş və Diyarbəkirin bu potensialını göz 
önünə  çıxaran yazılar yazmışlar. Bunların  ən məşhurlarından biri 
246
Mövzu ilə bağlı bu kitabdakı “Osmanlı Kültür Coğrafyasına Bakışlar” adlı məqaləmizin 
171-178 səhifələrınə baxın.

304
isə  Əli  Əmirinin Diyarbəkirli  şairlər üçün hazırladığı “Təzkireyi 
-Şüərayı- Amid” adlı əsəridir.
Əli Əmiri Əfəndinin toxunduğu mövzuda başqa bir dəyərli əsər 
isə digər bir Diyarbəkirli araşdırıcı  Şevkət Beyşanoğlu tərəfi ndən 
gerçəkləşdirilmişdir. “Diyarbəkirli düşüncə  və  sənət adamları” 
adlı üç cildlik  şəklində yayımlanan bu dəyərli sənət  əsərinin ilk 
cildi  İstanbulda, 1957-ci ildə  nəşr edilmişdir. Araşdırıcı bu cilddə 
şəhərin müsəlmanların əlinə keçməzdən əvvəlki imkanlarına dair də 
bilgilər vermişdir (14 nəfər). Bunlara əlavə olaraq islam dönəmində 
yetişmiş önəmli müəllifl ər də tanıdılmışdır. (Ümunilikdə bu cilddə 
81 müəllif verilir). Amma kitabın  əsl diqqətçəkən hissəsini türkcə 
yazan  müəllifl ər təşkil edir. Beysanoğlu əsərinə daxil etdiyi şairləri 
bioqrafi ya  ənənəsinə uyğun  şəkildə  qələmə alıb dəyərləndirir. 
Bioqrafi yaların yazılma çərçivəsində  və müəllifi n  yaradıcılığına  
uyğun  şəkildə oxucuya təqdim edir.  Həyat hekayələrindən sonra 
müəllifi n əsərlərindən nümunələr verilir. Hər bioqrafi yanın sonunda 
isə biblioqrafi yalar yer alır. “Diyarbəkirli Düşüncə  və  Sənət 
Adamları”nın II cildində (İstanbul 1960) Tənzimatla Cümhuriyyət 
arasında yaşamış 81 şəxsə yer verilmişdir. Bu cilddə  də izlənən 
metod bir başqa cürdür. Buradakı qaynaqlar yaxın dövrlərə aid 
olduğu üçün bəzi şəxslər haqqında daha çox məlumatlar əldə etmək 
mümkündür.  Şəhər monoqrafi yalarının  əsas  əhəmiyyəti də budur. 
Bu üzdən Beysanoğlu Diyarbəkirli olmayan bir araşdırıcının tapa 
bilməyəcəyi məlumatları da taparaq əsərində  dərc etmişdir. Bu da 
şübhəsiz ki, əsərin dəyərini artıran cəhətlərdən biridir. 
Türk ədəbiyyatında şəhərləri tanıda biləcək monoqrafi yalar çox 
azdır. Belə olan halda Beysənoğlunun bu əsəri qiymətsiz bir əsərdir. 
Şairlər təzkirələrində  şairlərin sayı 40-a çatırsa, bu əsər vasitəsilə 
onların sayının 200-ə yaxın olduğunu görürük. Bu da onu göstərir ki, 
bu şəhərin mədəni potensialını təsdiq etmək üçün  əsər təzkirələrdən 
5 dəfə artıq bir faktı  ortaya qoyur. Bu kitabın işıq üzü görməsindən 
40-45 il keçir və onun haqqında araşdırma aparılıb- aparılmaması 
haqqında məlumat yoxdur. Ancaq  şəhər monoqrafi yasıyla yetərincə 
məşğul olan birisi olaraq deyə bilərəm ki,  bu əsər hələ də dilimizin 

305
ən mühüm şəhər monoqrafi yasıdır və  qəlbimizdə  əbədi olaraq 
Bəysənoğluna dərin bir minnətdarlıq hissi yaratmışdır. Görəsən, 
Diyarbakırı belə gündəmdə saxlayan bir kitabın nəşri ilə bağlı olan 
rəsmi təşkilatların bu kitabı təkrar çap etmək vaxtı çatmayıbmı?! 
(*Yazı”Yedi İklim”jurnalı İstanbul 1996 s.35, s.51-53-də dərc 
olunub).

306
KLASSİK MƏDƏNİYYƏTDƏ SAKARYA 
VƏ ONUN  ƏHATƏSİ*
Ş
əhər və mədəniyyət bir-biriylə ən çox bərabər düşünülən iki 
sözdür. Məlumdur ki, mədəniyyətin inkiaşaf etdiyi məkanlar 
bir qayda olaraq şəhər mərkəzlərindən ibarət olmuşdur. Burada 
şəhərlə dövlətin idarəetmə qurumları arasındakı  əlaqəyə  də  fi kir 
vermək lazımdır. Çünki şəhərin bir mənası da idarəetmə  mərkəzi 
olmağındadır.
Başlanğıcda  Şərq türklüyü və  Şərq türkcəsi çərçivəsindəki 
təşşəkkül tapmış  şəhərlər babalarımızın Anadoluya köçündən 
etibarən Qərb türkçülüyü üçün də gerçəkləşdi.  Şübhəsiz,  Şərqdən 
gələn bir köç nəticəsində bu torpaqlar yurd halına gəlməyə başladığı 
üçün  ilk şəhərlər Anadolunun şərqində yaranmağa başlamışdır. 
Sakarya və ətrafı üçün bir tarix yazmaq gərək olsa, bu  tarix Osmanlı 
quruluşu zamanına təsadüf edəcəkdir. Bildiyimiz kimi mədəni 
fəaliyyətlər siyasi fəaliyyətləri müəyyən bir məsafədən izləməkdədir. 
Bu üzdəndir ki, Osmanlı dövlətində elmin, sənətin və mədəniyyətin 
bünövrəsini təşkil edən  əsas sütunlardan biri olan mədrəsələrin 
inşa edilməsi Orxan Qazi dövründə gerçəkləşdi.  İlk mədrəsə indi 
Sakaryaya qonşu bir qəsəbə olan İznikdə açıldı. Mədəniyyətin 
yaranmasının başqa bir sütunu olan təkkələr isə bu dövrdə yenə 
Sakarya yaxınlığında Biləcikdə, Göynükdə inşa edilmişdi. Qələmə 
alınacaq başqa sahə olduğu üçün mən  bu işin tarixinə toxunmaq 
istəmirəm. Amma bunu söyləmək istəyirəm ki, coğrafi  ərazi cəhətdən 
Sakaryanın əvvəlcə cənub bölgələri fəth edilmişdir.  
 Bu, sadəcə Osmanlı dövlətinin bu tərəfə  sərhəd olmasıyla 
bağlı deyildi. O illərdə  şəhərin bu gün yerləşdiyi nöqtə  və  şimal 
tərəfl əri yaşayış üçün çox əlverişli hesab edilmirdi.  Bu üzdəndir ki, 
başlanğıcda  köç etməyə uyğun bir  mərkəzi axtarsaq bunu cənubda 
yerləşən mərkəzlər arasında axtarmaq gərəkdir. Bu mərkəzlər 
də  təxmin ediləcəyi kimi Geyvə  və Taraklı ola bilər.  Əvvəlki 
xronolojilərdə bölgədə adı keçən başlıca mərkəzlər bunlardır. Ancaq 
dərhal qeyd edim ki, ilk dövrlərin iki qonşu ölkəsi olan Göynük 
və  İznik həm təsəvvüf, həm də elm tarixində diqqəti cəlb edən 

307
mədəniyyət mərkəzləri ikən, Taraklı və Geyvə üçün bu mənada hər 
hansı bir məlumata təsadüf edilmir. Haqqında danışılan ölkələr bu 
təsəvvüf təriqətlərinə görə iki Bayramlı şeyxi Ağşəmsəddin (v. 1459) 
və Əşrəfoğlu Abdullah Rumiyə (v. 1470) borcludurlar. Bununla belə 
demək olar ki, İstanbuldan Ankaraya və Bursadan Ankaraya doğru 
uzanan karvan yolunun, eyni zamanda, öz ətrafında  mədəniyyəti 
yaratmaqda, mədəniyyəti inkişaf etdirməkdə  əvəzsiz xidməti 
olmuşdur. 
Sözsüz ki, bunların başında coğrafi  mövqe dayanır. Məlumdur ki, 
şəhərlər müxtəlif şərtlərin təsiri altında meydana gəlir və sonradan 
tərəqqi edərək dəyişir, mərkəzə çevrilir. Bunlardan bəziləri mədəni 
ehtiyacların təmin edilməsində, eyni zamanda mədəni qurumların 
burada özlərini tapmaq və doğrultmaq baxımından bir əlverişli 
məkan olaraq əhəmiyyət kəsb edirlər, digər bir qismi isə  əlverişli 
coğrafi  mövqeyə sahib olmaları, ticarət yollarının üstündə yerləşməsi 
kimi faktorların nəticəsində öz mövqelərini qoruyub saxlayırlar. 
Geyvə  və Taraklı birinci qrupa daxil olan şəhərlərin  ən səciyyəvi 
nümunələrindəndir. Karvan yolu bu şəhərlərdən keçərkən bu 
şəhərlər həm siyasi, həm iqtisadi, həm də mədəni tərəqqi cəhətdən 
inkişaf edən bir mərkəzə çevrilmişlərsə, yeni yolun yaranması ilə bu 
mövqe dəyişmiş, artıq həmin şəhərlər sıradan bir yaşayış yerlərinə 
çevrilmişdilər.
Bayramiliyin qurucusu Hacı Bayram Vəlinin qurduğu bayramilik 
bu yolüstü yerlərdə yayılmış və Göynükdə Ağşəmsəddin, İzmikdə 
Əşrəfoğlu Abdullah Rumi, Geliboluda Yazıçızadələr bayramiliyin 
təmsilçiləri olmuşdular. Yekun olaraq deyə bilərik ki, Osmanlı 
dövründə İznik klassik şeirə 11, Göynük isə 4 şairlə qatılmışdır.
Amma Sakarya ərazisində bayramiliyin hansısa bir fəaliyyətinə 
rast gəlinmir. Sadəcə başda Göynük olmaq üzrə bölgədə fəthləri və 
əsərləri mövcud olan Orxan Qazinin oğlu Süleyman Paşaya (1317-
1360) aid bugünkü Pamukovada bir, onun yaxınındakı Mərkəcədə 
Orxan Qazinin adına bir və Geyvədə Əlvan Bəy oğlu Sinan bəyin 
(v. 1478) adına olan bir zaviyə məlumdur
247
. Amma bunların hansı 
247
 Cahit Baltacı, “Osmanlı Medreseleri”, İstanbul 1976, s.429; Əkrəm Hakkı Ayverdi, 
“Osmanlı Mimarisinin İlk Devri” İstanbul 1989, C.1, s.189; C.III, s.275.

308
təriqətə aid olduqları haqqında qaynaqlar heç bir məlumat vermir. 
Eyni şəkildə bu yaşayış mərkəzlərinin heç birində Osmanlı quruluşu 
və Adabazarın çevrəsinin fəthi  illərində mədrəsəyə təsadüf etmirik. 
İndiki  Sapancanın köhnə adı olan  Ayan kəndi adında bir Osman 
Qazi mədrəsəsindən söz açılırsa da bu mənə inandırıcı görünmür
248

Sakarya bölgəsində qarşımıza çıxan ilk intellektual məlumat, Osmanlı 
tarixçilərinin qədim nümunələrindən olan Aşıqpaşazadənin (v. 1481 
və ya 1502) “Təvarixi– Ali Osman”ında da yer alır. Aşıqpaşazadə 
əsərini yazarkən Osmanlı tarixinin başlanğıcından İldırım Bayazid 
dövrünün sonuna qədər olan dövrün qaynağının, 1413-cü ildə 
Geyvedə  xəstəlik üzündən qaldığı Osman Qazinin İmamı  İshak 
Fəqihin oğlu, Yahşi Fəqihin evində oxuduğu bir kitab olduğunu 
göstərir
249
.
 Bu gün əlimizdə olmayan  Osmanlı tarixi haqqındakı bu 
kitab demək olar ki, bu mövzuda yazılmış birinci nümunədir. Amma 
bizi maraqlandıran əsas cəhət xanədanlığa yaxın olan Yahşi Fəqih 
kimi bir ziyalının bu bölgədə yaşamasından xəbər tutmağımızdır. 
Daha sonrakı vaxtlarda ağla gəlməyən bir bölgədə- Ağyazinin bir 
kəndində başqa bir təsəvvüf hərəkatıyla rastlaşmağımızdır. Xüsusilə 
Bolu və ətrafında təsir gücünə malik olan Xəlvəti təriqəti demək olar 
ki, Ağyazı bölgəsində də öz təsirini göstərərək  Karapürcək kəndində 
bir dərgah meydana gətirmişdir. Ətayinin Şəqayiq Zeylində həyatı ilə 
bağlı məlumatlar verilən Şeyx Sənan bu kənddə doğulub, təsəvvüf 
təhsilini Boluda tamamlamış, sonra da babası Bayram Baba və atası 
Şeyx Əhmədin də şeyxlik etdiyi postda əyləşmişdir
250
.
Bəs bölgənin klassik şeir baxımından görüntüsü necədir? 
Mənbələr bölgənin yetişdirmiş olduğu tək bir şairdən söz açırlar. 
Təxmin etdiyimiz kimi bu bölgə də Geyvədir. Çünki divan ədəbiyyatı 
bir  şəhər  ədəbiyyatıdır və xüsusilə inkişaf edib üzə  çıxacağı yer 
şəhər adını almış mərkəzlərdir. Daha əvvəldən də qeyd edildiyi kimi, 
XIX əsrin əvvəllərinə qədər də bölgədə  tarixin daşıyıcısı yalnız bu 
qəsəbədir. Haqqında söz açılan şair isə Gülahidir.
248
 Əkrəm Hakkı Ayverdi, “Osmanlı Mimarisinin İlk Devri” İstanbul 1989, C.1, s.198.
249
 “Büyük Türk Klasikleri”, İstanbul 1985, s.309.
250
 Atayi, “Hadâiku′l-hadâik fi  Tekmileti′ş-şakâik”, İstanbul 1989, s.202.

309
Osmanlı şair təzkirələri XVI yüzildə Gülahi adlı bir şairi Geyvəli 
kimi göstərmişdir
251
. Qaynaqların verdiyi məlumatlara görə Gülahi 
Geyvədə doğulub. Əlimizdə doğum tarixi haqqında məlumat yoxdur. 
Bunu da təbii qarşılamaq lazımdır, çünki şair bioqrafi yaları ənənəsinə 
görə verilən şair o qədər də tanınmış biri deyilsə, onun doğum tarixi 
haqqında məlumat verilməz. Güvahi sözü şairin təxəllüsüdür. Əsl adı 
Məhmətdir. Atasının adı isə Abdullahdır. Güvahinin həyatı haqqında 
da qaynaqlar məlumat vermirlər. Məsləkinin Sipahi olmasına görə 
onun mədrəsə  şairi deyil, əsgər  şairlərdən olduğunu yəqin etmək 
mümkündür. Bildiyimiz klassik şeirin 3,7 %-ni əsgər şairlər təşkil 
edirlər. Bunun da təxminən yarısını (ümumi sahənin 1,4%-ni) 
sipahilər təşkil edir
252
. Osmanlı dövlətində özünəməxsus bir əsgər 
soyunu daşıyan tımarlı sipahilər mülkiyyətinə verilən ərazinin bəzi 
gəlirlərinə görə qanunun icazə verdiyi sayda altı əsgər saxlamaq və 
səfər zamanı bunlarla birlikdə orduya qatılmaq məcburiyyətində 
idilər. Güvahi də belə bir sipahi idi və o da zaman-zaman mənsub 
olduğu dəstə ilə birlikdə Osmanlı dövlətinin təşkil etdiyi yürüşlərə 
qatılmışdır. Məsələn, Yavuz Sultan Səlimlə birlikdə 1517-ci ilə 
təsadüf edən Misir səfəri bunlardan biridir. Şairimizin harada nə 
zaman öldüyü də bizə məlum deyil. Yalnız onun 1519-20-ci illərdə 
sağ olduğu, 1526-cı ildən sonra vəfat etdiyi göstərilir. 
Güvahinin əlmizdə üç əsəri vardır. “Pənd-namə”, “Qürbət-namə” 
və  “İbrət-namə”. Son iki əsər iki kiçik məsnəvidir. Güvahinin əsl 
əsəri sayılan “Pənd-namə” isə üzərində dayanılması  gərək olan 
2133 beytlik maraqlı bir əsərdir. Xalqa dini təsəvvüf öyüdləri verən 
kitablar olan pənd-namələr xüsusilə toplumların yaranmasında üzə 
çıxan didaktik əsərlərdir. Bu növ əsərlərdə  qısa və  mənalı sözlər 
işləndiyinə görə atalar sözləri və aforizmlərdən tez-tez istifadə 
edilmişdir. Güvahinin sözü gedən növə aid olan bu əsərində  də 
251
 Lətifi  “Tezkire”, İst. 1314, s.287; Aşıq Çələbi, “Meşâirü′ş-şuarâ”, London, 1971, v.; 
Həsən Çələbi (Haz. İbrahim Kutluk), Ankara, 1981, C.2, s.824; Beyânî, “Tezkire”, Mil-
let Ktb., Ali Emiri, Tarih, 757, v.; Kâtib Çələbi “Keşfü′z-zünûn”, C.2, s.1514; Mehmet 
Hengirmen, “Pendnâme”, Ankara, 1983, s.13. “Tezkirelere Göre Dîvân Edebiyatı İsimler 
Sözlüğü”, Ankara 1988, s.165.
252
 Bkz.  “Dîvân Şâirlerinin Mesleki Konumları”, bu kitabda, s.190-202. 

310
atalar sözlərinə çox yer verilmiş və əsər bir atalar sözü məcmusuna 
çevrilmişdir. O, əsərdə verdiyi atalar sözlərini seçərək türk atalar 
sözlərinin ilk yazılı nümunəsinin birini bizə yadigar qoymuşdur. 
Bu mənada, Sakaryalı olan Güvahinin əsəri sadə dili və  səmimi 
təhkiyəsi ilə həm pəndnamə növünün maraqlı nümunələrindən biri 
olmuş, həm də Anadoluda yerli ədəbi anlamın  ilk nümunələrindən 
biri kimi tanınmışdır. Sakarya bölgəsi qurulduğu illər  ərəfəsindən 
sonra artıq Osmanlı coğrafi yası üçün önəmli bir siyasi mərkəz 
olmaqdan çıxdı. Qaynaqlar bu bölgədə doğulmuş  hər hansı bir 
müəllifə yer verməməklə, bu mənzərəni mədəniyyət sahəsində  də 
təsdiq etmişlər. XIX yüzillikdən etibarən sənaye dövrünün gətirdiyi 
yeni dəyişikliklərlə   Osmanlı ölkəsində ortaya çıxan yeni quruculuq 
bu mənada Sakarya bölgəsinə də təsir etmiş və bu dəfə Adabazarı 
mərkəz olmaqla  şimala doğru da bir hərəkət başlanmışdır. Bu dövrdə 
həm Qafqazlardan, həm də Balkanlardan gələn köçlərlə  əhalisinin 
sayı artan bölgə sürətlə inkişaf edərək dəyişmiş və bu yeni mərhələ 
1954-cü ildə  şəhərin vilayət olması ilə  nəticələnmişdir.  Şəhərdə 
siyasi və iqtisadi sahələrdəki bu irəliləmə ilə  əlaqədar olaraq yeni 
mərhələdə    mədəni platformada  mühüm bir inkişafın olmaması 
çox diqqətçəkicidir. Bu vəziyyəti mədəni inkişafın siyasi inkişafı 
müəyyən bir məsafədən izləməsi qanunu və  mədəni təməllərin 
təşəkkül tapmaması ilə bağlamaq qənaətindəyəm. 
Bu dövrdə  şəhərin yetişdirdiyi  Sait Faiq Abasiyanık  (1906-
1954),  Nəcati Mərf (1945) kimi ədəbiyyatçılarla  Şadan Bezeyiş 
(1926), Burak Sezgin (1935-1978) Gürsel Hüsnü (1925), Özcan 
Vedat (1927) kimi mədəniyyət xadimlərindən  yalnız daha gənc 
olanları orta təhsillərini Sakaryada almışlar, digərləri İstanbul ya da 
Bursa kimi ətraf şəhərlərə üz tutmuşlar.
Bu mənada, Sakaryaya bir mədəniyyət atmosferi gətirsək, onu 
iqtisadi və  mədəni mərkəzə çevirəcək, yüksək tərəqqiyə  bərabər 
tutan  ən önəmli  mədəniyyət ocağı Sakarya Universitetidir. 
Keçmişdə  mədrəsələr və  təkkələr vasitəsiylə yaranan mədəniyyət 
qurucuları şəhərləri elm və sənət mərkəzinə çevirdiyi kimi, müasir 
dövrümüzdə  də bu vəzifəni universitetlər yerinə yetirməkdədir. 
Şübhəsiz bu bünövrəni möhkəmləndirən  əsas təməllərdən biri də 

311
sivil qaydada qurulmuş bələdiyyələrdir. Sakarya Universiteti təhsil-
təlim fəaliyyəti ilə yeni elmi mərkəzlər açmağa, müxtəlif sahələrdə 
elm və  mədəniyyətin inkişafına təkan verərək  Sakaryanı yeni bir 
tərəqqi və inkişaf meydanına çevirmişdir. Sahib olduğu müxtəlif elm 
və  sənət adamlarına, xüsusilə sosial elmlərin təşəkkülünə  əvəzsiz 
bir laboratoriya olan bölgə bu məqsədlər üçün açacağı araşdırma 
mərkəzləri ilə universitet üçün də çox gözəl bir tədqiqat sahəsi 
olacaqdır.
 
(*Yazı “I Sakarya Çevrəsi Tarix, Mədəniyyət Simpoziumu”. 22-
23  iyun 1998, “Bildiriler kitabı” Adapazan 1999. s.227-231-də 
dərc olunub).

312
TÜRK BİOQRAFİYASININ ÇAĞDAŞ 
TƏNQİDÇİLƏRİ 
HAMMER VƏ BEHCƏT NECATİGİL*
I
nsanla yaşıd bir elm sahəsi olan bioqrafi ya bizdə ərəb və fars 
ədəbiyyatı ənənəsi üzərində qurulmuş, ustadan şagirdə keçən 
bir sənət kimi ortaq islam mədəniyyətlərinin bir növü olaraq yüzillər 
boyunca davam etmişdir
253
.
Türkcə bioqrafi ya yazmaq ənənəsi ilk əvvəl Cığatay ədəbiyyatında 
Nəvai ilə başlamış  və  qısa bir müddətdən sonra Osmanlılara 
keçmişdir.
Qərb türkcəsi  ənənəsində  də bioqrafi ya əvvəl ümumi tarixlərin 
içində yer alırdı. Buna görə də əvvəlki illərin tarixlərinin hamısında 
bir bioqrafi yaya rast gəlmək mümkündür (İsen 1995. 215). Ümumi  
tarixlərdən ayrılaraq müstəqil şəkildə qələmə alınan ilk təzkirə kitabı 
nümunəsi Laminin “Nəfəhatül-üns”ünün tərcümə və zeylini ehtiva 
edən “Fütuhül-mücahidin li Tərvihi Qulubül-müşahidin” ( 1520) 
əsəridir. Şairlər təzirəsi olaraq ilk əsər isə Səhi bəy tərəfi ndən qələmə 
alınmışdır.(Kut 1978). Səhi bəydən sonra xüsusilə  Lətifi   və  Aşıq 
Çələbi tərəfi ndən şair bioqrafi yalarının çox mükəmməl nümunələri 
ortaya qoyuldu.
XVI yüzillikdən XX yüzilliyin əvvəllərinə  qədər davam edən 
təzkirə növü geniş zaman kəsiyi  ərzində müxtəlif forma və üslub 
dəyişikliyi ilə qarşımıza çıxmışdır. Bu əsərlər Herat məktəbi 
təzkirələrindən nümunə götürməklə yanaşı, başda tərtib üsulu 
olmaqla bir çox dəyişikliklərə uğramışlar.  Osmanlı memarlığı  ona 
miras qalan  Orta Asiya və Səlcuklu ənənəsini əlverişli bir formada 
inkişaf etdirdiyi kimi, buna bənzər bir inşa fəaliyyəti də bioqrafi yada 
özünü göstərmişdir. Herat təzkirələri təsnifatını təbəqələrə ayırırkən, 
bizdə Lətifi  bu işi daha praktik və uğurlu bir şəklə salaraq şairləri 
əlifba sırası ilə qələmə almağa başlamışdır. Lətifi dən sonra bu yeni 
253
 Əlavə məlumat üçün  Bkz. “XVI. Yüzyılın Sonuna Kadar Osmanlılar′da Biyografi n 
Geleneyi”  3-25 səhifələrindəki məqalə.

313
üsul, kiçik istisnalar olmaqla, türk təzkirəçiliyinin  əbədi bir tərtib 
forması olmuşdur. Lətifi  təkcə tərtib üsulu ilə deyil, bioqrafi yalara 
biçim   verərək artıq klassik bioqrafi yanın qəlibini yaratmışdır. Aşıq 
Çələbidən və antologiya tipli təzkirə yazanlardan başqa, yerdə qalan 
bütün təzkirəçilər onun yolunu davam etdirmişlər. Başqa bir məktəb 
yaradan Aşıq Çələbinin metodunu istifadə olunmamış tərtib tərzinə, 
ortaya qoyduğu bioqrafi yaların genişliyi və fövqəladə istedadlara 
maraq göstərdiyinə görə davam etdirən çox olmamışdır. Səhi və 
Əhdidən başqa XVI yüzilliyin təzkirəçiləri, şairləri özlərinə məxsus 
bir sinif kimi, sənətləri və bir çox sosial ölçülərlə müstəqil bir tam 
olaraq verməyə meyl göstərdilər. Bu qənaət XVIII yüzilliyə qədər 
davam etdi. Buna nümunə olaraq bu yüzildə Əsrar Baba və Akifi  öz 
ətrafl arının şairlərini bir zümrədə toplamağa başladı. Beləcə, Əsrar 
yalnız mövləvi şairlərini, Akif isə Əndərunda yetişən şairləri qələmə 
aldılar. Daha sonra Əli Əmiri Əfəndi “Təzkireyi-Şüərayı-Amid” və 
“İskodra Şairləri”ndə yalnız eyni şəhərdə doğulan şairlərdən ibarət 
təzkirə forması yaratdı. 
XIX  əsrdə türk ziyalısı yeni bir inkişaf yoluna başlayınca  bir 
çox başqa sahələrdə olduğu kimi yeniləşən və dəyişən insan ədəbi 
sahədə  də bir gözlənti içərisində idi. Cəmiyyətdə hiss olunan ikili 
tərəddüd bioqrafi yada da özünü əks etdirdi. Əsəd  Əfəndi, Arif 
Hikmət və Fatin klassik ənənəni davam etdirirkən, Tofi q və Məhməd 
Tovfi q mövcud yeni formanı rəhbər tutaraq bütün Osmanlı şairlərini 
bir əsərdə verməyə çalışdılar. Ancaq burada uğur əldə oluna bilmədi.  
Doğrudur, Naci “Əsami və Osmanlı  şairləri”,Faiq Rəşad “Əslaf” 
və bir neçə  əsəri, Məhməd Tahir “Osmanlı müəllifl əri” və başqa 
nümunələri, Məhməd Sürəyya “Sicilli Osmani” ilə   yeni formada  
öz sənət məhsullarını verdilər. Ancaq bu əsərlər böyük bir ölçüdə 
əvvəlki ənənənin təkrarı olaraq qələmə alınmışdır. 
Daha əvvəl mövcud olan əsərlərdən çıxış edərək, toplu şəklində 
təhlil  əsərləri də görünməyə başladı  və Hammer bütün Osmanlı 
ədəbiyyatının 1834-cü ilə qədər olan  2200 şairinə xronoloji qaydada 
öz əsərində yer ayırdı. Bu əsərin də metodu təzkirə növünə oxşardır. 
O da əvvəlcə bioqrafi k məlumatları verir, sonra şeir nümunələrinə 
yer ayırır. Aldığı məlumatları əsaslı bir təhlillərlə izah edib ortaya 

314
qoymur. Bu əsər mətnlərdən ayrılaraq sonrakı modern ədəbiyyat 
tarixinə çevrilə bilməmişdir. Amma əsər bu şəkildə  də  təzkirələr 
təzkirəsi dəyərini daşıyır və ona bənzər nümunələr ancaq iyirminci 
yüzildə türkcədə yaranmışdır. Əsər dilimizə çevrilmək, hətta tənqidi 
təhlillərlə izah olunub üzə çıxarılmaq istənilmişsə də, bu iş həyata 
keçirilməmişdir.
Hammerin qərb metodu ilə həyata keçirdiyi bu iş, daha doğrusu, 
bu milli xəzinə müasir bir  janrda qələmə alınması üçün Behcət 
Necatigili gözləmişdir, desək mübaliğəyə yer vermərik. Qaynaqlar 
Necatigilin intellektual bir ailədən olduğunu, kiçik yaşlarından 
oxumağa – yazmağa böyük həvəs göstərdiyini bildirirlər. Bu həvəs 
onu  ədəbiyyat fakültəsinə  gətirmişdir. Təhsilini başa vurduqdan 
sonra elmi tədqiqatlarla məşğul olmuş, hələ gənc yaşlarından, bu gün 
də öz aktuallığını qoruyub saxlayan məqalələr yazmışdır. Maraqlıdır 
ki,  əlimizdəki bu nümunələrdən biri bioqrafi ya tarixi ilə bağlıdır. 
Dövrünün tanınmış Türkoloji jurnalında nəşr olunan bu məqalə 
“İstanbul kitabxanalarında  Əl  Şaqaiq  əl-Numaniyyə  Tərcümə  və 
Zeylləri” adını daşıyır. (Gönül 1945). Sözü gedən bu əsərlər alim 
bioqrafi yaları haqqındadır. Ancaq o, sonralar sənətçi kimi özünü 
göstərərək elmi yazılar yazmaqdan vaz keçərək daha geniş oxucu 
kütlələri üçün əsərlər qələmə almış, türk bioqrafi ya  ənənəsinin 
zəngin məhsullarını müasir nümunələrə çevirərək mükəmməl əsərlər 
ortaya qoymuşdur. Onun belə qiymətli əsərlərinə “Ədəbiyyatımızda 
İsimlər Sözlüyü” və  “Ədəbiyyatımızda  Əsərlər Sözlüyü ” adlı 
araşdırmalarını misal göstərmək olar. Necatigil bu əsərlərində 
zamana və düşüncə tərzinə görə həddindən çox yüklənmiş nəsnələri 
vermiş, müasir bioqrafi yanın tələblərinə uyğun mətləbləri qələmə 
almışdır.
Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin