Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN



Yüklə 2.76 Kb.
PDF просмотр
səhifə18/26
tarix01.12.2016
ölçüsü2.76 Kb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

Səffi -i  Xətayi (v. 1530) Şah  İsmayılın  şahzadələrindən olub
Dərviş Mirzə  Səffi - i adıyla tanınmışdır. Mövlanə divanı almağa 
gedib “Səmai-i Divanı” ilə Anadoluya gəldi və Mövləvi təriqətinə 
qoşularaq burada qaldı. Ölümündən sonra şeyxin ayaq tərəfi ndə dəfn 
edildi. (İpekten vd. 1988:409; Kurnaz, 1997: 72).
Anadoluya gələn şairlərin önəmlilərindən biri olan Bəsiri (1467-
1535) mənbələrə görə Əcəmdən və ya Əcəm vilayətlərindən gəlmiş 
bir  şair olaraq təqdim edilmişdir. Burada əcəm kəlməsi üzərində 
bir qədər dayanmaq lazımdır. Bu gün dar anlamda İran, ya da iranlı 
mənasında işlətdiyimiz bu söz, tarixi keçmişimizdə  ərəb olmayan 
bütün  şərq xalqlarına  şamil edilirdi. Osmanlı  şairlər təzkirələrində 
isə bu ifadə  qədim  İran hökmdarlarının hökmranlığı altında olan  
müxtəlif qövm və topluluqlar mənasında işlədilirdi. Bu kəlmə bir 
etnik qurumdan çox, bir ərazini ifadə etmək baxımından işlədilirdi. 
Bu səbəbdəndir ki, əcəm kəlməsi ilə müraciət edilənlərin mühüm bir 
hissəsi türk əsilli, bir qismi də azərbaycanlı olmalıdır. Səffi -i Xətayi 
buna  ən gözəl nümunədir. Bəsiri təhsilini  Heratda almış, Hüseyn 
Baykara, Nəvai, Cami və Binayi kimi məşhur  şəxslərin yanında 
təcrübə toplamışdır. Gəncliyində ağqoyunlu hökmdarı Uzun Həsənin 
oğlanları  Uğurlu Məhməd (v. 1477) və Yaqub (v. 1490) bəyin 
yanında olmuş, onlara qəsidə həsr etmişdir. 1487-ci illərdə Herata 
gedərək Nəvai ilə görüşdü. 1490-cı ildə İstanbulda görünən çair bir 
mddət Ağqoyunlu hökmdarı Cöde Əhmədə müsahiblik etdi. Onun 
adından II Bəyazidə elçi olaraq İstanbula gəldi (1496-97) və təkrar 
geri dönmədi.  1535-ci ildə, yetmiş yaşında vəfat etdi. (Çavuşoğlu 
1981: 319; İpekten vd 1988;68; Kurnaz 1997:73)
Lətifi , Nəvainin divanını Anadoluya ilk gətirənin Bəsiri olduğunu 
söyləmişdir. (Lətifi  1314:101) Bu mədəniyyət elçiliyinin əhəmiyyəti 
böyükdür. Bəsiri saraydan və dövrünün irəli gedən adamlarından 

252
qayğı görmüşdür. Xüsusi təqaüd alırdı. Farsca divanı vardır. Türkcə 
divanı (Keşfüz-zünun 1971:780) günümüzə  gəlib çatmamışdır. 
Məcmuələrdə bəzi şeirlərinə rast gəlinir. 
Şahi Əcəm və ya Şahi Şərqi deyə tanınan və diqqət çəkən şair
İsmail  Ərdəbilin müridlərindəndir. Yavuz Sultan Səlim dövründə 
Osmanlı ölkəsinə gəldi. Lətifi  onun tərzində “mühtəri şairi sahir və 
xəyali  hissə qadir” olduğunu söylərdi (Lətifi  1314:201). Dövrünün  
tanınmış  şairlərindəndir. Nəvai tərzinə yaxın, xoşagələn  şeirləri 
vardır.  (İpekten vd. 1988:462; Kurnaz 1997:73).
Təbrizdə doğulmuş  şairlərdən biri olan Şah Qasım  Şeyx 
Mahduminin oğludur. Yavuz Sultan Səlim Təbrizə yetişdiyi zaman 
müəllimi Həlimi Çələbi ilə tanış olaraq İstanbula gəldi. Qanuni 
vaxtında da qayğı gördü. Bu dövrdə  vəfat etdi (1542). Qanuni 
haqqında “Şəmailnamə” adlı bir əsəri və tamamlanmamış bir tarixi 
vardır. (Kurnaz 1997:86).
Şirvanda doğulmuş olan Əfl atun Elkas Mirzənin katibi olaraq 
onunla birlikdə  İstanbula gəlmiş  və saray şahnaməçisi təyin 
edilmişdir. Farsca və türkcə şeirləri vardır. Farsca şeirlərində Əsiri, 
türkcə  şeirlərində  Xəqani təxəllüsündən istifadə etsə  də, daha çox 
Əfl atun adıyla tanınmışdır. Nəstəliq yazıda, təzhib və təsvirdə ustad 
idi. (İpekten vd 1988:108; Kurnaz 1997:90)
Əcəm dünyasından gəldiyi nəql edilən Hafi zin əsl adı Hafi zəddin 
Muhəmməd Əhməd b Adildir. Qafqazda Aran bölgəsində  yerləşən 
Bərdə  şəhərində doğulub.  Şah  İsmayılın yürüşündən sonra ölkəni 
tərk edib qardaşı Kukla Əcəm ilə birlikdə Osmanlı ölkəsinə gəlmiş, 
müdərrislik və hakimlik vəzifələrində çalışmışdır. Mərzifonda 
müdərrislik edərkən Amasyada qışlayan Qanun Sultan Süleymana 
qəzəl  həsr etmiş  və bundan sonra İstanbulda müdərrislik vəzifəsi 
almış, 60 axçalıq məvaciblə  təmin olunmuşdur. Dövrünün öndə 
gedən elm adamlarındandır. Nəvai tərzinə yaxın, xoşa gələn şeirləri 
vardır. Əsərləri bunlardır: Şərafəddin Yəzdinin “Təvarixi Temur” adlı 
əsərinin tərcüməsi, Hz. Əli Mənaqibi, “Məariqül-kitaib”, “Fihristül-
Ülum”, “İrcaül –İlm ila Noktətin Vahidetin”, “Təfənnətül- Masdur”. 

253
(İpekten vd1988: 169, Kurnaz 1997:100 Akün 1997 XV/80)
Qədri  təxəllüsündən istifadə edən Mir Qədri    Şirvanda anadan 
olub. Müxtəlif yerləri gəzdikdən sonra İstanbula gəlmişdir.  Sonra 
Hələbdə yerləşdi. Müammada (mənzum tapmaca) istedadlı idi. 1553-
də sağ olduğu bildirilir. (İpekten vd 1988:239; Kurnaz 1997:107)
Şirvanda doğulmuş başqa bir şair Nitqi Çələbidir. Təhsilini başa 
vurduqdan sonra İstanbula gəldi. Dövrün tanınmış adamlarının, 
xüsusi ilə Sultan Muradın qayğısını gördü, onun məclislərində iştirak 
etdi. Fikrini qısa anlatmaqda mahir olduğu üçün Qissə-xan ləqəbini 
vermişdilər. Müamma söyləməkdə mahir idi (İpekten vd 1988:353; 
Kurnaz 1997:116).
Feyzi: Fəzlullah Sədrəddinzadə və ya Qassam-zadə Feyzullah 
Feyzi  Əfəndi b. Qəssam Məhəmməd Emin Əfəndi (1600-1656) 
Sədrəddin  Şirvani soyundandır.  İrana elçi olaraq  gedən  İncilli 
Çavuşla birlikdə İstanbula gəldi. Dərs almaqla bərabər müdərrislik 
etdi, hakim oldu. Üsküdarda öldü və atasının yanında dəfn edildi. 
(İpekten vd 1988:144; Kurnaz 1997:126).
Bu yazıda qələmə alınan iyirmi bir şair  arasında çox tanınmış 
şairlər vardır, lakin heç şübhəsiz,  ən çox diqqəti çəkən  şair  Saib 
Təbrizidir (1601-1676). Klassik ədəbiyyatdakı  ən mühüm 
məktəblərdən biri olan “Səbk-i Hindi”(hind üslubu) tərzinin də ən 
önəmli təmsilçisi olan bu böyük şairin ləqəbi Əli bəy olub, Təbriz 
mirzələrindəndir. Atası tacir, əmisi Şəmsəddin Təbrizi (və ya Şəmsi- 
Sani) adıyla tanınan məşhur bir sənətçidir. I Şah Abbas İsfahanı 
paytaxt etdikdən sonra tanınmış alim və  sənətçiləri öz ailələriylə 
birlikdə Təbrizdən köçürərək burda yerləşdirmişdir. Saib də gənc bir 
şair olaraq tanındığı vaxtlarda ailəsiylə birlikdə İsfahana köçməyə 
məcbur oldu. Burda dərslərini tamamladıqdan sonra həcc məqsədiylə 
ölkəsindən ayrıldı. Barəsində  Şah Abbasa xoşa gəlməyən xəbərlər 
verildiyinə görə qayıtdıqdan sonra Herata və Kabula getdi (1625). 
Kabulda vali naibi olan və Əhsən təxəllüsü ilə şeirlər yazan Mirzə 
Əhsənullah Zəfər xanın qonağı oldu. Sonralar onunla birlikdə 
Hindistana Agradakı Cahan şahın yanına getdilər. Cahan şah Saibə 

254
Müstaid xan adını və Nəzari mənsəbini verdi. 1632-ci ildə İsfahana 
qayıdan Saib II Şah Abbas zamanında (1642-1667) çox hörmət gördü. 
Ona Məlikü- Şüəra adı verildi. Lakin Süleyman şah dövründə (1667-
1694) yazdığı bir qəsidə ilə gözdən düşdü. Saib ömrünün sonlarında 
Osmanlı ölkəsinə gəldi. Bir çox şəhərlərdə yaşadı. Sonra Konyaya 
gələrək  Bustani-Əvvəldən xeyir dua alıb  Mövləvi oldu. Daha sonra 
xəlifə olaraq məmləkəti Təbrizə dönmüş, burada bir təkkə açaraq 
ölümünə qədər sakit bir həyat yaşamışdır (1670-1671).
Saibin timsalında  göründüyü kimi, Anadoludan kənardakı şairləri 
bir istiqamətə  çəkən cazibə nöqtələrindən biri də mövləvilikdir. 
Türk  ədəbiyyatında  şairlərin  ən çox yönəldikləri təriqət olan 
mövləvilik Osmanlı ölkəsi xaricindəki müsəlman sənətçilərini 
dərindən təsirləndirən bir sufi  hərəkatı olaraq diqqət çəkir (İpekten 
vd 1988:415; Kurnaz 1997:129; Diriöz 1978:277). Saib farsca və 
türkcə  şeirlər yazmışdır. Divanından başqa, “Qəndəhar-namə” və 
“Mahmudu Ayaz” adlı iki məsnəvisi ilə “Bəyaz” adlı bir antologiyası 
(müntəxəbat məcmuəsi) vardır.
Şirvanda və ya Rəvanda doğulan  İzzinin (v.1693) əsl adı 
Məhməddir.  İstanbula gələrək dərs aldı. Bəzi dövlət adamlarına 
nadimlik və  vəzirlərə katiblik etdi. Daha sonra məmləkətinə geri 
döndü. Farsca və türkcə şeirləri vardır. (İpekten vd 1988:236; Kurnaz 
1997:38).
Təbrizdə anadan olmuş  Lüftinin  əsl adı Rahimə olub Dərviş 
Rahimə adı ilə tanınmışdır. Dərviş Aydının  şagirdidir.  Şeirləri 
qalmışdır. (İpekten vd 1988:269; Kurnaz 1997:138)
Şirvanda doğulan  şairlərdən biri də  İzzətidir.  İzzəti  İstanbula 
gələrək bəzi dövlət adamlarına katib, nədim və müsahib oldu. 
 
Ömrünün sonlarına doğru məmləkətinə döndü. (İpəkten vd 1988:235; 
Kurnaz 1997-142)
Təbrizdə doğulan  Saı  (d. 1804) sonralar İstanbula gəlmişdir. 
İncəsənətdə, xüsusilə oyma sənətində çox bacarıqlı idi. Məhməd Əli 
Paşanın istəyi ilə Misirə gedib qayıtmış, Mətbəəyi-Amirədə ikinci 
müdir olaraq çalışmışdır. 1850-ci ildə sağ olduğu bildirilir (İpekten 
vd 1988:401; Kurnaz 1997:151).

255
Əsl adı Hüseyn olan Səbür (v.1805) Təbrizdə doğulub. Təhsil 
aldıqdan sonra İstanbula gəlib. Divan katibi olaraq burada çalışdı. 
Gözəl xəttat olmuşdur.  Bir divan təşkil edəcək qədər  şeiri vardır. 
(İpekten vd 1988:415; Kurnaz 1997: 129)
Təbrizdə anadan olan (1823-1853) və əsl adı  Həsən olan Məhvi 
1847-ci ildə  İstanbula gəlmişdir. Farsca və türkcə  şeirləri vardır.  
Təliq  xəttində ustad idi. (İpekten vd  1988:273; Kurnaz 1997:154)
Şirvanda doğulmuş  Fatih  İstanbula gələrək Divani–Humayun 
katibi olmuşdur. Daha sonra Misirə getmişdir. 1834-cü ildə  vəfat 
etmişdir. Misirdə dəfn olunub. (Kurnaz 1997:157)
Rəmzi Baba və ya Dərviş Rəmzi deyə tanınan Təbrizli Rəmzi 
məmləkətində bir az oxuduqdan sonra İstanbula gəlmişdir. 1889-da 
vəfat edərək Ədirnə Qapısı qəbiristanlığında dəfn edilmişdir. Rəmzi  
Baba irticalən  şeir söyləməyin ustadı idi. Şeirlərini “Məcmuai- 
Əşar” (1306) “Ayinei- ibrət” və “Hadiqatül – Üşşaq” adlı əsərlərində 
toplamışdır. (Kurnaz 1997: 159)
Bəsirinin həyatı ilə bağlı bölmədə göstərildiyi kimi, bu adlara 
əslində qaynaqlarda “Əcəm”, “Əcəmzadə” və ya “Əcəm diyarından 
gəlmişdir” deyə müraciət olunan şairləri də  əlavə etmək səhv 
olmazdı.  Ən azından mən bunların  əksər hissəsinin Azərbaycanlı 
şairlər olduğunu düşünürəm. Bu üzdən onların adlarını  çəkməyə 
ehtiyac hiss etdim: Süruri, Valihi, Yari, Əmirək, Haşimi, Şəmsi, 
Xavəri, Firaqi, Fəna, Taib, Arif, Bəliği, Nadiri, Nisari,  Sərfi , 
Səlim, Niyaz, Həlimi.  (İpekten vd 1988:461, 520, 535, 112, 191, 
476, 195, 151, 499, 38, 312, 344, 428, 433; Kurnaz 1997: 16).
Osmanlı dövlətinə gəlib burada onlar üçün yaranmış imkanlardan 
istifadə edərək rahatca öz sənətlərini davam etdirən bu adların yanında 
öz adlarını görmək istəyən və bu istəklərinə çata bilməyənlər də az 
deyildir. Bunların ən şöhrətlisi isə türk dünyasının diqqətini özündə 
cəmləmiş  şair Füzulidir. Qanuni Sultan Süleymanın oğlu  Şahzadə 
Bəyazidə yazdığı  məktubunda  şöhrətli  şair, imkan olsa Osmanlı 
ölkəsinə gəlmək istədiyini bildirirdi (Mazıoğlu, 1948:140). Təbii ki, 
bunların yanında hakimiyyətin gətirmək istəməyinə baxmayaraq, 
gətirilməyən  Molla Cami kimi şairlər də vardır.

256
Şərq və Qərb türkcəsi  arasında mədəni mübadilələr, həm bu iki 
ləhcəni bir-birinə yaxınlaşdıran, həm də aralarına qoyulan qadağalara 
əngəl olan bu qəhrəmanların rolunu xüsusi qeyd etmək lazımdır. 
Bir qismi məcburi olaraq doğulduqları torpaqları tərk edərək başqa 
yerlərdə yaşamaq məcburiyyətində qalsalar da, onlar mədəniyyət 
tariximiz üçün son dərəcə  xeyirli xidmətlər göstərmiş, mədəniyyət 
mozaikamızı müxtəlif rənglərlə zənginləşdirmişlər.
*(Yazı TADİV, s 1.il:1. İyul 1988-də  dərc olunub).
                 İstifadə olunan ədəbiyyat:
Akün Ömər Faruk “Hafi z-i Ecem” TDVİA C.XV İstanbul”. 
Çavuşoğlu Mehmət (1976) “Kanuni Devri Sonuna Kadar 
Anadoluda Nevai           Tesiri Üzerine  Notlar” Atsız Armağanı , 
İstanbul.
Çavuşoğlu Mehmet (1981), “Basiri”  Kiçik Türk İslam 
Ensiklopediyası
Fasikül:4  İstanbul.
Diriöz Meserret (1977-78) “Saibin Türkce Şiirleri”. Türk Kulturu 
Araşdırma ları XVI/1 Ankara.
Ərcilasun 
Əhməd (1993) ”Türk Dünyası Üzerine 
Makaleler”Ankara.
Ertan Gökmən (1977) ”Yavuz Sultan Selimin  İrandan  ve 
Misirden Getirdigi Sanatkarlar” Türk Kültürü 407, 15-23.
Ertalyan  İsmayıll Hikmət(1949) “Külliyatı Divanı Mevlana 
Hamidi” İstanbul.
Ertalyan İsmayıl Hikmət (1948)  “Külliyat-ı Divan-ı Kabulı”,  
İstanbul.
İekten Haluq,  Mustafa İsen vd (1988) “Tezkirelere Göre Divan 
Edebiyatı İsimler Sözlügü” Ankara. 
İsen Mustafa (1997)  “Yürü Var Gel Araptan  Ya Acemden”  

257
Ötelerdən bir ses.  Ankara.
Togan Zəki Velidi (1993) “Herat”  İslam Ensiklopediyası C.5/1 
İstanbul.
Katib  Çələbi (1971)  “Keşfuz - zünun” İstanbul.
Körpülü Fuad (125) “Azeri Edebiyyatına  Ait Notlar:  Hasanoğlu 
ve Habibi”   Ədəbiyyat Fakultəsi Məcmuəsi C.IV.  
Körpülü Fuad (1980) “Türk Edebiyatı Tarihi”. İstanbul.
Kurnaz  Camal (1997), “Anadoluda  Orta Asyalı Divan Şairleri” 
Ankara. 
Lətifi  (1314 ) ”Tezkiretüş-  şuara İstanbul”.
Mazıoğlu  Həsibə (1948), “Fizulinin Bir Mektubu”  DTCF 
jurnalı C.IV Ankara.
“Riyazi Tezkiresi”  Nurosmaniye Ktp nu: 3724.
TDEA (Türk Dili  ve Edebiyatı Ansiklopedisi), C.V.

258
ANKARALI  DİVAN ŞAİRLƏRİ*
M
əndən öncə yazmış olan qələm yoldaşlarımın da müxtəlif 
nöqtələrdən dəyərləndirdikləri  kimi, Ankara Anadolunun 
ən qədim mərkəzlərindən biridir. Şəhər bu torpaqlarda bir-birini 
izləyən mədəni sivilizasiyanın mühüm mərkəzlərindən biri olduğu 
üçün,  ədəbiyyat tarixində  də özünə xüsusi yer qazanıb. Bilindiyi 
kimi İslami dəyərlər çərçivəsində cami, mədrəsə və təkkələr mədəni 
həyatın bünövrəsini təşkil edirlər. Ankara türk mərkəzinə çevrildikdən 
sonra bu tərzdə olan qurumlarla əhatə olunmuşdur. Bu fəaliyyət 
də  qısa müddət  ərzində öz təsirini göstərmiş, Ankara təsəvvüf və 
ədəbiyyat tarixinin qədim təmsilçilərindən biri olmuşdur. Ankaranın 
mədəniyyət tarixinin memarı olan Hacı Bayram Vəli bu torpaqlarda 
dilimizin ilk  səs bayrağı olaraq dalğalanmağa başlamışdır.
Əsl adı Numan olan Hacı Bayram Vəli Ankaranın Solfasol 
(Zilfadl) kəndində doğulub. Şeyx Həmid Vəli ilə ilk dəfə görüşməsi 
bir bayram gününə təsadüf etdiyi üçün ona Bayram deyə müraciət 
edilmiş, sonra da bu adla tanınmışdır. Hacı Bayram ciddi bir 
mədrəsə  təhsilindən sonra Ankarada müdərrisliyə başlamış, daha 
sonra da təsəvvüfə maraq göstərərək Sonuncu Baba adıyla tanınan 
Şeyx Həmid Vəliyə bağlanmışdır. Şeyx ilə birlikdə müxtəlif yerləri 
dolaşdıqdan sonra Ağsaraya yerləşmiş, onun ölümündən sonra 
 
isə Ankaraya dönərək Xəlvətiyə  və  Nəqşbəndiyyə  təriqətlərinin 
birləşməsindən ibarət olan Bayramiyə təriqətini qurmuşdur.1430-cu 
ildə vəfat edərək bugünkü  türbəsinin yerləşdiyi yerdə dəfn edilmişdir. 
Anadoludakı milli ədəbiyyatın və  təsəvvüf həyatının  inkişaf edib 
yayılmasında böyük rolu olan Hacı Bayram, başda Ağşəmsəddin 
olmaqla  Əşrəfoğlu Rumi, Dədə Ömər Sikkinı, Akbıyıq, Qızılca 
Bədrəddin kimi təsəvvüf tarixinin tanınmış adlarını yetişdirmişdir. 
Onun bu gün əlimizdə az sayda şeirləri vardır.  Şübhəsiz ki, bizə 
gəlib çatanlar bunlardır. Zaman keçdikcə bunların artacağını da 
güman edirik. 

259
XV  əsr qaynaqlarında başqa Ankaralı  şairə rast gəlinmir. XVI 
yüzillikdə Osmanlı dövlətinin inkişafı ilə paralel olaraq türk 
ədəbiyyatında da böyük inkişaf baş vermişdir. Bu yüzillikdə Ankarada 
doğulmuş dörd şairlə rastlaşırıq. XVII yüzillikdə isə dövlətin 
siyasi sahədəki uyğunsuzluğuna baxmayaraq, türk ədəbiyyatı öz 
yüksəlişini davam etdirmişdir. Bu mənzərənin Ankara üçün də eyni 
olduğunu söyləyə bilrək. Bu yüzillikdə Ankaradan olan beş  şairin 
adı daha çox diqqəti çəkir. XVIII yüzildə Osmanlı dövlətində bütün 
sahələrdə geriləmə dövrüdür. Bu üzdəndir ki, XVIII əsrdə Ankarada 
doğulmuş cəmi bir şairin adı çəkilir. XIX əsrdə  Ankaralı dörd şairə 
təsadüf  edilir. Mənim araşdırmam klassik ədəbiyyat yaradıcılığıyla 
bağlı olduğu üçün, tənzimat  ədəbiyyatının təmsilçiləri bu yazıdan 
kənarda qalıblar.
Ankara ümumilikdə yetişdirdiyi bu on altı  şairlə Osmanlı 
ərazisində özünə layiqli bir yer tutmuşdur.
235
Bu rəqəmlərlə Ankara Osmanlı dövləti dövründə özünün mühüm 
mədəniyyət mərkəzi olduğunu asanlıqla ortaya qoya bilir. Adları 
çəkilən bu şairlərin bir qismi Ankaranın qəzalarında, xüsusilə 
Ayaşda doğulmuşdur. Bunlar da tədqiqatçılar tərəfi ndən Ankaralı 
olaraq qeyd ediliblər. Bu şairlərin həyatlarındakı xarakterik detallara 
nəzər salaq. Şübhəsiz, bunların içində  tanınmış, özünü təsdiq edərək 
şöhrət qazanmış adlar olduğu kimi, adi adlar da vardır. Şairləri əlifba 
sırası ilə təqdim edirik:
ƏVDİ.  Əsl adı Lütfullahdır. Bəyzadə  Dərviş Lütfullah adıyla 
tanınan bu şair, Bektaşi təriqətinə aiddir. Ömrünü uzun səyahətlərdə 
keçirmişdir. Mənbələr  Əcəm və Hindi dolaşdıqdan sonra   Kırım 
xanı Bahadır Gırayın nədimi olduğunu, 1646-cı ildə Kırımda vəfat 
etdiyini bildirirlər.
Dəmi. Həyatı haqqında məlumatlar çox məhduddur. XVII əsrin 
ikinci yarısında yaşadığı  xəbər verilir. Kafzadə Faizi Ankaralı 
olduğunu söyləyərək bir beytini nümunə kimi göstərir. S.Müzhət 
Ergün, Dəmi adı altında yazılmış bəzi məcmuələrdə şeirlər tapmışdır. 
Ancaq bunun bizim şairimizə aid olub olmaması aydın deyil.
235
   Şairlərin  şəhərlərə görə bölünməsi ilə əlaqədar olaraq   kitabdakı “Osmanlı Kültür 
Coğrafyasına Bakışlar” adlı məqaləmizin 171-178. səhifələrinə baxın.

260
ƏSƏD MUXLİS PAŞA. Dövlət adamı  və  şair  Əsəd  Paşa 
Ayaşlı olub, Ayaş müftisi Həsən  Əfəndinin oğludur.  İlk təhsilini 
Ayaşda almış  və müxtəlif məmur idarələrində çalışdıqdan sonra 
vəzir rütbəsi ilə Ədirnə valiliyinə təyin edilmişdir. Daha sonra vali 
olaraq Ərzurum, Hələb, Dimetoka, Adana, Konya və Diyarbəkirdə 
çalışmışdır. Son iş yeri olan Diyarbəkirdə vəfat etmişdir (1851)
Xalq arasında Ayaşlı Müftizadə ləqəbiylə tanınırdı. Əsəd Müxlis 
Paşa dövlət adamları içərisində XIX əsrin üzdə olan şairlərindən biri 
hesab olunurdu. Şeirləri divan şəklində nəşr olunmuşdur. (İstanbul 
1852)
FEYZİ. Bu şair də Ankaralı şairlər içində aydın bir mərtəbəyə 
çatmış xüsusi yeri olan adlardandır. Əsl  adı Emin olub, Vəliyüddin 
Rüşdi  Əfəndinin oğludur. Təhsilini tamamladıqdan sonra müxtəlif 
təşkilatlarda katiblik etdi. 
Həyatı haqında məlumat o qədər də deyil. Bahriyyə məclisi katibi 
işləyən zaman 1807-ci ildə vəfat etmişdir.
HATİFİ.  Əsl adı  Ədürrəhmandır. Mədrəsədə  və Malul- Əmir 
Əfəndidən dərs alıb. Müxtəlif yerlərdə hakimlik edib. 1562-ci ildə 
ölüb. Dövrünün mənbələrində  şeirlərindən çevrilmiş nümunələrə 
rast gəlinir. 
KƏNZİ.  Əsl adı  Həsən olan Kənzi də Ayaşda doğulub. 
Məmləkətində bir müddət təhsil aldıqdan sonra İstanbula gəlmiş, 
təsəvvüfə maraq duyaraq Koca Mustafa Paşa Sünbüliyyə  dərgahı 
Şeyxi  Ələddin  Əfəndiyə qoşulmuşdur.  İrşad vəzifəsi ilə Manisaya 
getmiş  və  həyatının bundan sonrakı hissəsini burada keçirmiş  və 
burada vəfat etmişdir. (1715) Kənzi mütəsəvvüf,  şair və  bəstəkar 
olaraq dövründə böyük şöhrət qazanmışdır. Notlar, ilahilər 
bəstələmiş, musiqi nəzəriyyəsi ilə bağlı kitablar qələmə almışdır. 
Təsəvvüfi  şeirləri saf və səmimi bir ruhun ehtizazlarının ifadəsidir.
MEYLİ.  Əsl adı  Zəkəriyyə olub, sayılıb-seçilən Osmanlı 
şeyxülislamlarından biridir. 1514-cü ildə bu şəhərdə doğulub və 
Bayram Əfəndinin oğludur. İlk təhsilini  Ankarada almış, daha sonra 
İstanbula gedərək Ərəbzadə və Məlul Əmir əfəndilərdən dərs almış və 
təhsilini tamamlayaraq müdərris təyin  edilmişdir. Bursadakı Həmzə 
bəy mədrəsəsində işləmiş, padşah Sultan Süleymanla birlikdə ordu 

261
hakimi olaraq İran səfərində olmuşdur. Bursa, Ədirnə, İstanbul kimi 
dövlətin əsas şəhərlərində müdərrislik və hakimlik etmişdir. 1851-
ci ildə Anadolu qaziəsgəri oldu. 1583-də tərxis edildi. Bostanzadə 
Məhməd Əfəndinin yerinə şeyxülislam təyin edildi (1592). Bir il iki 
ay iki gün Məşhəddə qaldı.  Sultan Səlim vaxtında tikdirdiyi Darül-
Hadisin yanında dəfn edilmişdir.
  ZƏKƏRİYYƏ  ƏFƏNDİ. Böyük  alim olmasıyla bərabər, 
böyük bir şair kimi də tanınmışdır.  Şeirdə Meyli təxəllüsündən 
istifadə edirdi. Ərəbcə, farsca, türkcə  şeirlər yazmış  və bir divan 
tərtib etmişdir. 
MƏYYAL.  Ankarada doğulub,  əsl adı  Məhəmməddir. Atası, 
dövrünün savadlı adamlarından olub. Təhsilini tamamladıqdan sonra 
təsəvvüfə maraq göstərib, mövləviliyə qatılmışdır. Məsnəvi  şairi 
Rüsuxi Dədənin, daha sonra da Adəm Dədənin xidmətində olub. 
İstanbulda vəfat edib (1669) və Galata Mövləvixanəsi bağçasında 
dəfn edilib. Şair türkcə yazdığı  şeirlərində  Şəhla təxəllüsündən 
istifadə etmişdir. Əlimizdə ancaq farsca yazılmış bir qəzəli vardır.
PƏRTÖV. Əsl adı Mustafadır. Şair Sədullah Əfəndinin oğludur. 
Təhsilini tamamladıqdan sonra hakimlik etdi. 1835-də Ankarada 
hakimlik vəzifəsinə təyin edildi. Abdulməcid dövrünün (1839-1861) 
sonlarında vəfat etmişdir.
RÜSUXİ  İSMAİL ANKARAVİ.  Mütəsəvvüf, məsnəvi  şairi 
olan Rüsuxi Ankarada doğulmuş və təhsilinə bu şəhərdə başlamışdır. 
Ərəbcə və farscayla birlikdə dövrünün əsas ehtiyac duyulan elmlərini 
də öyrənmişdir. Bu arada təsəvvüfə maraq göstərərək, Bayrami 
təriqətinə daxil olmuşdur. Təhsilini tamamlayaraq şeyxlik icazəsini 
aldı. Mənbələrdə xələfi ndən  bəhrələndiyi qeyd olunub. Bir müddət 
gözlərini müalicə etdirmək üçün Konyaya getdi. Burada Mövləvi 
şeyxi Bostan Dədə ilə tanış oldu və onun dəlaləti ilə Mövləviliyə 
bağlandı. Çiləsini tamamladıqdan sona İstanbula gəlib, Galata 
Mövləviyyəxanəsinin şeyxi oldu (1610) 1631-ci ildə vəfat etmişdir. 
Təsəvvüf  tarixi və bütün tarixi sahələrdə də şöhrətli bir şəxs olmaqla 
bərabər, İsmail Ankarəvi əsl məsnəvi şərhçisi kimi tanınmışdır. Bu 
sahədə göstərdiyi böyük bacarığına görə, “Həzrəti-şərhi” ləqəbini 
qazanmışdır. Məsnəvini vəhdəti- vücud baxış bucağıyla şərh etmişdir. 
Bu üzdən əsəri ən yaxşı məsnəvi şərhi olaraq qəbul edilmişdir.

262
Rüsuxi kəlməsi  əbcəd hesabıyla Galata Mövləviyyəxanəsinin 
qurulması tarixinə uyğun gəldiyi üçün, şair tərəfi ndən təxəllüs olaraq 
götürülmüşdür.  Mənbələrə görə bir divan tərtib edəcək qədər şeiri 
var. Lakin bu məlumat olaraq qalmış, şeirləri gəlib bizə çatmamışdır. 
Məsnəvi şərhlərindən başqa “Minhacül-füqəra”, “Hisab-i Mevləvi”, 
“Zübdətül-füsus”, “İzahül- hikəm”, “Hədis-i ərbəin şərhi”,  “Cinahül-
ərvah” əsas əsərləridir.
SƏDULLAH ƏFƏNDİ.  Ankaralı şair və musiqişünaslardan biri 
də Sədullah Əfəndidir. Ankarada klassik mədəniyyətin banisi sayılan 
Hacı Bayram Vəlinin nəslindən olan şair Müdərriszadə Əbdulkərim 
Əfəndinin oğludur. Astronomiyanı öyrənmişdi.  Şairliyi ilə yanaşı  
ustad musiqiçi kimi də tanınırdı. Divanı vardır.
1   ...   14   15   16   17   18   19   20   21   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə