Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə15/26
tarix01.12.2016
ölçüsü2,76 Kb.
#537
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

Əxi Niğdoluda Seydi Xoca və Mələk Qadının ailəsində doğulub. 
Bənli Həsən adıyla tanınmışdır. Ticarətlə  məşğul olmuşdur. Gec 
yaşlarında təhsil almışdır. Yazdığı  şeirlərlə dövrün padşahı Yavuz 
Sultan Səlimin diqqətini çəkmiş və onunla maraqlanmağı tapşırmışdır. 
Bununla əlaqədar olaraq Qazaskər Kamal Paşazadənin təklif etdiyi 
mədrəsəni ətrafdakıların “Sən bundan böyüyünə layiqsən” sözlərinə 
uyaraq  qəbul etməmiş və padşah bundan hirslənərək  daha ona  heç 

209
bir vəzifə verməmişdir. Bir müddət sonra Karaferye mədrəsəsində 
müdərris olaraq çalışdı. Manastırlı şair Xavərinin bacısıyla evlənmiş 
və çox keçmədən Karafərydə vəfat etmişdir.
Mənbələr Əxinin böyük bir şair olduğunu xəbər verirlər. Dostu 
Bursalı  Cəlili kimi “Xosrov və  Şirin”i yazmağa başladısa da 
Naqşibəndi şeyxi Mahmud Əfəndinin maneçiliyi üzündən bu əsərini 
yarımçıq qoydu. Daha sonra Fənarizadənin təklifi ylə Anadoluda 
ən gözəl  əsər olduğu bildirilən “Hüsn-i Dil”i yazmağa başlamış 
və  əsəri tamamlamadan vəfat etmişdir. Bu əsər Xavəri tərəfi ndən 
tamamlanmışdır.
Qaynaqlar onun məsnəvisinin qəzəllərindən üstün olduğunu 
bildirirlər.
Novabırdolu iki şair isə Məsti və Meylidir. Müamma ustası olan 
Məstinin ailəsi Anadoludan köçüb gəlmiş Sarıyaquboğulları idi.
Meyli isə bu təxəllüsü elmi məsələlərə son dərəcə maraq 
göstərdiyinə görə almışdır.
Pravadidə doğulan  şair  Sədinin  əsl adı  Əbdülbaqi olub, şeyx 
Səlamizadə  ləqəbi ilə tanınmışdır. Təhsilini başa vurub qazi 
olmuşdur.
Razgradlı  Behçətinin  əsl adı Hüseyndir. Şair təhsilini 
tamamladıqdan sonra divan katibi olmuşdur.
 
Rusçuklu dörd şair BəyaniƏmaniFəthi və Rəsa arasında isə  
ən tanınmışı  Bəyanidir. Əsl adı Mustafa olan bu şair Cərullazadə 
ləqəbiylə tanınmışdır. Müdərrislik və qazilik etmişdir. Təsəvvüfə 
maraq göstərərək bu sənətlərindən  əl çəkmiş,  şeyx olmuşdur. O, 
şeir yazsa da  adını bu günə qədər yaşadan  onun şairlər təzkirəsi 
olmuşdur.
Vəzir Hersekoğlu  Əhməd Paşanın oğlu olan Şiri Silistrədə 
doğulmuşdur. Sipahi şairlərindəndir. Qanuni dövründə qapıçıbaşı 
olmuş və bu vəzifədəykən 1593-cü ildə vəfat etmişdir.
Sənani, Fəthi, Feyzi, Hümməti, Nəzəni, Nəziri, Rasix, Rəsmi, 
Rüsuxı, Şükri, Vahid (2) Vəslı, Visali, Vüsləti, Zühdi isə Sofyada 
doğulmuş  şairlərdir. Göründüyü kimi Sofya  16 şairlə Osmanlı 
mədəniyyətinin Rumelidəki çox mühüm mərkəzlərindən biridir.

210
Bolqarıstandakı mədəniyyət mərkəzlərinin ən mühümlərindən biri 
olan Şumnu əsilli beş şairə də rast gəlinir. Bunlar Akif, Yusif, Dürri, 
Fazil, Fənai və Şərifi dir. Bunlardan Dürrinin əsl adı Süleyman olub, 
Teyyib Əfəndinin oğludur. Təhsilini tamamlayıb dövlət xidmətində 
çalışmışdır. Sünbülzadə  Vəhbinin “Töhfeyi-Vəhbi”sinə Gühərriz 
adıyla nəzirə yazmışdır.
Şumnulu  Fəzli Xəlvətiyyə təriqətinin önəmli adlarından biridir. 
Dövründə bəzi siyasi hərəkatlara qoşulduğu üçün bir müddət  Kiprə 
sürgün edildi. 1690-cı ildə  vəfat etmiş  Fəzlinin çoxlu sayda əsəri 
qalmışdır.
Tatarbazardan olan tək şair  Fərridir
Bir zamanlar Bolqar krallığının paytaxtı olan Tırhalada beş şair 
yetişmişdir. Bunlar Bahari, Civani, Nəzif, Rümuzi və Səlahidir.
Turnovalı şair Evninin əsl adı Yusifdir. Təhsilini tamamladıqdan 
sonra qazi olmuşdur və 1709-cu ildə vəfat etmişdir.
Təriqi və Zərifi  isə Vidində doğulmuş şairlərdir. Bunlardan Təriqi 
bu ərazinin ilk şairlərindəndir və II Bəyazid dövründə vəfat etmişdir.
Yanbolu da Osmanlı  mədəniyyəti tarixinə iki şairlə qatılmışdır. 
Bunlardan biri olan Bəyani Şeyx Kəmaloğlu ləqəbiylə tanınır, Qanuni 
dövrü  şairlərindəndir. Kırım xanı Bahadır Girayın nadimlərindən 
olan Dana isə Ferəzdək İbrahim Çələbi adı ilə tanınmaqdadır. 17-ci 
yüzilliyin şairlərindəndir. 
Mənbələrin “Rumelidir” deyə təqdim etdikləri şairlərin isə yalnız 
adlarını  çəkəcəyəm:  Gazi (v. 1665), Gubari, Hüseyni, İzzəti (v. 
1829), Qütbi, Lafzı (v. 1675) Meyli, Məzaki (v. 1659), Muyi (v. 
1547), Pənahi, Rəsmi (v. 1679), Siyahi, Şəmsi (v. 1580), Şinasi (v. 
1675), Tərzi, Zərif
Təbii ki, bunların yalnız bəzilərini Bolqarıstanda doğulduğunu 
qəbul etmək olar.
  Təzkirəçilər  əsərlərində,  əsasən divan ölçülərinə cavab verən, 
onlara uyğun estetik cəhətlərə malik olan şeirlərin sahiblərinə  yer 
ayırırdılar. Məsələn, xalq şairləri və  təsəvvüf  ədəbiyyatının bəzi 
nümayəndələri bu təzkirələrə düşmürdülər. Bunları da əlavə etsək, 
bu əraziyə aid olan şairlərin sayının 400-ə çatmasına şübhə etmirəm. 
Bu qənaətimə  səbəb olan iki əsər var. Bunlardan biri Nazim 

211
Şabanoviçin Bosniyalı şairlərdən bəhs edən əsəri
208
, o biri isə Şövkət 
Beysənoğlunun “Diyarbəkir  şairləri”
209
  əsəridir. Bunların verdiyi 
statistika, təzkirəçilərin verdiyi rəqəmdən 5 dəfə çoxdur.
Əlavə olaraq Bolqarıstanda doğulduğundan oranın vətəndaşı 
hesab olunan həmvətənlərimiz də, bir şair və yazar olaraq türkcənin 
mədəni mənzərəsini  zənginləşdirmiş və tarixə düşmüşlər ki, bu ,başqa 
bir yazının mövzusudur. Oradakı həmvətənlərimiz öz ana dillərindən 
istifadə etmək qadağalarını artıq keçmişlər. Biz milli azlıqların 
ölkələr arasında problem deyil, əksinə körpü yaradacaqlarını arzu 
edirik və bu işin gələcəkdə daha  çox şair və yazarlar tərəfi ndən 
gerçəkləşəcəyinə ümid bəsləyirik. 
(*Yazı “Balkanlarda İslam Medeniyeti, Milletlerarası Sempozyum 
Tebligleri” İstanbul 2002, s.339-345-də dərc olunub). 
                         İstifadə edilən ədəbiyyat: 
“Tezkirelere Göre Divan Edebiyatı  İsimler  Sözlügü” Ankara, 
1988.
“İslam Türk Diyanet Vakfı İslam Ansiklopedileri”  ilə “Türk Dili 
ve Edebiyatı Ansiklopedesi” nin əlaqədar maddələri .
208
 H.Şabanoviç, Knjizevno Muslimana BİH na Orijentalnim Jezicima, Sarajevo, 1973.
209
 Şövkət Beysanoğlu, “Diyarbakırlı Fikir ve Sanat Adamları”, İstanbul 1957. 

212

KÜNHÜL-ƏXBAR”A  GÖRƏ BUGÜNKÜ 
YUQOSLAVİYA SƏRHƏDLƏRİ  İÇƏRİSİNDƏ  
DOĞULMUŞ ŞAİRLƏR*
O
smanlı  ədəbiyyatı tarixinin heç şübhəsiz  ən önəmli 
mənbələrini şairlər təzkirələri təşkil edir. Bununla birlikdə 
ümumi tarix kitabları da ədəbiyyat tarixi qaynaqları arasında xüsusi 
yer tutur. Osmanlı tarixçiliyində ən mühüm yer tutan qaynaqlardan 
biri “Künhül-əxbar” təzkirəsidir.
Doğum yeri barəsində qeydlərin səhv olmasından yaranan 
qüsurlar Osmanlı  təzkirəçiliyindəki tənqidin  əsasını  təşkil edir. 
Təzkirələr öz dövrlərində müasirləri tərəfi ndən ən çox bu qüsurlarına 
görə tənqid edilmişlər. Bu yazıda, başqa təzkirələrdə Yuqoslaviyada 
doğulmuş olduğu göstərilən və bugünkü araşdırmalarda adları təsdiq 
edilən şairlərdən söz açmayacağam. Xüsusilə, Aşıq Çələbi və Əlinin 
məlumatları  əsas götürüldüyü üçün onları bu məqaləyə salmıram. 
Eləcə  də “Rumelidəndir”, “Abdullahoğludur” kimi ifadələrlə bir 
əraziyə aid edilən şairlər də burada yer almayacaq. 
Aşağıda verilən bioqrafi yaları doktorluq işi üçün hazırladığım 
tədqiqatın “Qarşılaşdırılmalı Mətn” adlı hissəsindən götürmüşəm
210
.
“Künhül-əxbar”, Osmanlı  ədəbiyyatıyla bağlı araşdırmalar 
aparan Yuqoslav tədqiqatçıları tərəfi ndən ümumiyyətlə qaynaq kimi 
istifadə olunmayan bir təzkirədir. Bunun səbəbi əsərin doğrudan da 
bir  ədəbiyyat tarixi qaynağı olmamasıdır. Mən “Künhül-əxbar”da 
qeyd olunan bugünkü Yuqoslav sərhədləri içində doğulmuş olan 
Osmanlı şairlərinin bioqrafi yalarını verməklə, öz sənət yoldaşlarıma 
kömək etmək istəyirəm.
Ədni
211
 Necə yetişdiyi, nə kimi vəzifələrdə çalışdığı  vəzirlər 
bölməsində izah edilən Sultan Məhmət xanın yaxın adamı və onun 
iltifatına layiq olan Vəzir Mahmud Paşadır
212
. Burada yalnız şairliyi 
210
 Mustafa İsen, “Künhü′l-ahbâr′ın Tezkire Kısmı” – araşdırma. Mətn AÜSBE (Doktorluq 
işi ), Ərzurum, 1978.
211
 Fatih dövrü şairi, adı keçen mənbə, 36, Ü. Ty. 5959 133b.
212
 Ədni haqqında Fatihin vəzirləri hissəsində verilən məlumatlar: “Hırvat asıllı. Esir ed-

213
ilə bağlı  əlamətlərini göstərmək istəyirik. O tarixlərdə Xorasan 
padşahının vəziri olaraq Əlişir Nəvainin, Osmanlı  padşahının vəziri 
olaraq isə  Mahmud Paşa kimi şöhrət qazanmış birinin belə yüksək 
vəzifə başında olması, görünür, göydə xoşbəxt ulduzların onların başı 
üzərində  görünməsi əlamətidir. Yüksək mütaliyəli və fəzilət sahibi, 
kərəminin bolluğu əsərlərindən bəlli, əli açıq bir adam idi. Bundan 
başqa şeirlərinin axıcı olması da diqqəti cəlb edir. Ədni təxəllüsünü 
vermişlər və beləcə  Ədn cənnətinə olan yaxınlığını  bildirmişlər. 
Daha sonra şəhidlik yolunun yolçusu olaraq  arzularına da çatmışdır. 
Bir mətləsinə nəzər salaq:
Gözüm yaşına rahmet sürme derden
Ki merdüm-zadedir düşmüş nazardan
Bir dem eğlen ey felek  gönlüm sarayın yıkma kim
Ol  peri-peyker hayal-i dilde mihmandır henüz
Aşıq Çələbinin söylədiyinə görə, comərdliyi Bərməkilərdən çox 
deyildisə, az da deyilmiş. Məkkədə dörd məzhəbə aid olan mədrəsə 
tikdirmişdir. Yaşadığı müddətdə İstanbuldakı mədrəsəsində müəllim 
olanlara iki-iki tülbənd, bir yun  əba, bir donluq atlas çuxa və beş 
yüz nəqd axça bəxşiş etməsi bildirilir. Aşıq Çələbinin ifadəsinə görə 
Alacahasarlıdır. Gözəl nəsri də varmış. Farsca yazdığı  şeirləri də 
tərifə layiqir. Daha sonralar Sultanın qəzəbi ilə Yeddiqüllədə  həbs 
olunmuş və sonra edam olunmuşdur. 
Cəlal bəy
213
 Şairlər və ziyalılar ocağı olan Manastırda doğulub. 
Əsl adı Hüseyn olub, Cəlali onun təxəllüsüdür. Allahın hikməti, 
ildi ve Mahmut Ağa tarafından satın alındı. Yetiştirildikten sonra saraya verildi. Aynı yaşta 
oldukları için çocukları Fatihle birlikte geçti. Fatih padişah olunca ağalık verilerek taşraya 
gönderildi. Rumeli beylerbeyi oldu. Seferhisar fethinden sonra vezirlik verildi. Daha sonra 
da vezir-iazamlık yaptı. Tarihçi Ramazanzadeye kazaskerlik de yaptı. Şahzade Mustafa 
ile geçinemiyordu. Onun genç yaşta ölümü üzerine bazı müfsidler, şahzadenin Mahmud 
paşa tarafından zehirlendiyini yaydılar. Bunun üzerine Edirneye sürüldü. Daha sonra da 
yedikulede habsedildi. Onaltı gün sonra da idam etdiler. İyi bir devlet adamı, alim, fazıl, 
cömert vezirdi”. 
213
 II. Səlim dövrü şairi, həmin mənbə, 196, 5959, s.4822a-483b.

214
təxəllüsünün cazibəsi onu ən uca mövqeyə çatdırdı. Hətta get-gedə 
II Səlim kimi bir padşahın xüsusi məclislərinə mərhəm  hesab edildi. 
Timara layiq görülməli Sipahi oğullarından ikən  könlünə  təriqət 
məhəbbəti düşdü. Səyahət etmək üçün ərəb diyarına, yəni Şam və 
Hələbə getdi. O vaxt Hama sancağının bəyi olan  Cəfər bəylə tanış 
oldu və onun məclisinə getdi. Bir müddət sonra Cəfər bəy  Səlim 
şaha lələlik etdi və  Cəlil bəyi də öz yanına  götürdü. Şahzadəyə 
göndərdiyi yazılarını onun gözəl xətti ilə köçürtdürürdü. Şahzadə: 
“bu yazıları kim yazıb?” – deyə soruşduqda, “fürsətdir”, - deyə 
onu şaha təqdim etdi. “Gözəl xətti olmaqla bərabər, gözəl şeirlər də 
yazır, xüsusi müsahibiniz olmağa layiqdir”, - deyə onu şaha tərifl ədi. 
Müxtəsər,  bu adam  şaha məhrəm oldu və bu yaxınlıq iyirmi ilə 
qədər davam etdi. Zəamət rütbəsində bir adamdı. O zamansa zəamət 
rütbəsi hər kəsin hörmət bəslədiyi bir rütbəydi. Konya ovalığındakı 
müharibədən sonra taxt-tacın varisliyi bəxti açıq  şaha qaldığı zaman, 
Cəlal bəyə də Anadolu  Timarları dəftardarlığı verilib, şöhrəti bir az 
da yüksəldi  və o, şahın xüsusi iltifatına sahib oldu. “Vəlinemətim və 
iqbalımın əsas səbəbkarıdır”- deyərək Cəfər Paşanın nəslinə qayğı 
göstərmişdir. Hətta onun oğlunun bəylərbəyi olmasına çox çalışdı. 
Qızı ilə evlənərək nəslin davamçısına çevrildi.
  Cəlal bəy  zaman-zaman şahzadənin hüzuruna gedər, onun 
şərəfi nə dualar edərdi. Bu zaman bir qədər sonra söz açılacaq olan 
Nihani təxəllüslü Turak Çələbi, Cəlalinin tövsiyəsiylə padşahlığa 
gəlmiş və o da müsahib olaraq padşahla əlaqə yaratmışdır. 
Sonralar isə araları  dəymiş, hər ikisi bir dilbərə  aşiq olmuşdur. 
Bununla da dostluqları pozulmuşdur. Cəlal bir mürəbbəsində öz 
halını belə təsvir etmişdir:
“Hər kimi irəli çəkdim, cəfasını çəkdim”
Lakin çox keçmədən Nihani vəfat etdi, xəzinə kimi torpağın 
altında gizləndi, Cəlal isə yenə bir çox iltifatla yerində qaldı.
Şahzadə taxta çıxdıqdan bir qədər sonra, öz istəyiylə  Cəlala 
bəylərbəylik vəzifəsini verdi. 
Belə bir dostcasına yüksək mərtəbəyə çatmasına, hörmət sahibi 
olmasına baxmayaraq o, şahın kürəkəni olan hörmət və izzət sahibi 

215
Uzun Məhməd Paşaya, bəzən uca zirvə sahibi, dövrün müftisi olan 
şöhrətli ustad Şeyxülislam  Əbussüud  Əfəndiyə, bəzən də böyük 
şeyxlərin və vaizirlərin güvənərək tabe olduqları  Şeyx Mühyiddin 
oğlu Nurəddin Əfəndiyə düşməncəsinə zidd hərəkətlər etdi. Bu yolla 
onları hömətdən salıb, yeganə və üstün adam olmaq istədi. Ancaq bu 
xoşagəlməz hərəkəti ilə padşahın qəlbində özünə qarşı nifrət yaratdı 
və get-gedə öz uca rütbəsindən aşağı endirildi.
“Getdiyi, gəzdiyi yerlərdən hansına meyli vardır?” – deyə Sultan 
Murad xanın anası padşahın icazəsiylə Cəlalın arvadından soruşdu. 
O da bir qədər eyham və  nəzakətlə  Cəlaldan gəzdiyi ölkələrdən 
hansını  bəyəndiyini soruşduqda Cəlal bəy  Şamın bütün şəhərlərə 
meydan oxuduğunu söylədi. Bu xəbər şaha çatdırıldı.  Cəlala Şam 
bəylərbəyliyi bağışlandı. O, bu uzaqlaşdırılmadan iki gün öncə   
əvvəlkilərdən daha yüksək iltifata layiq görülmüş və ona üç yüz dinar 
əskinas, qırx min axçalıq bir almaz qaşlı üzük, dəyərli bir İran xalısı 
bəxşiş edilmişdir. Hətta Cəlal bu günə  qədər belə bir bəxşişə rast 
gəlmədiyindən, bunu padşahın səltənətində  qalacağı ilə bağlamışdı. 
Bəylərbəylik əmri ona çatınca ürəyini qəm və  kədər bürüdü, gözləri 
qaraldı. Başa düşdü ki, razı olmaqdan başqa çarəsi yoxdur. İnad 
edərsə ziyanı xeyrindən çox ola bilər. Ertəsi gün şahlığa gəldi,  əl 
öpdükdən sonra “Sədrəzəmə gedəkmi?” – deyə soruşdu. “Əlbəttə, 
gedərsən, vəziri-  əzamımızdır, müraciət edərsən”, buyuruldu. 
Cəlal bütün olanların nədən baş verdiyini anladı, əvvəlki fürsətlər, 
xoşbəxtliklər bütünlüklə yox oldu və “məliklərdə vəfa olmur” sözləri 
özünü doğrultdu.
Bir-iki gün sonra günorta ilə axşam arası  Məhməd Paşanın 
yanına gəldi. Vəzirlərdən və  bəylərdən heç kimin olmadığı bir 
vaxtda saraya daxil olan Cəlal bəy,  şah tərəfi ndən dərhal qəbul 
edildi. O, içəri girərək,  tam bir nəzakətlə əl öpdü, sonra Şam əyaləti 
məsələsini xəbər aldı. Arzusunun Şama tərəf getmək, getdikdən 
sonra  şahın  əmrini almaq və var-dövlətindən də  oğluna verilməsi 
istəyini bildirdi. Sədrəzəm bunun qarşılığında  nəzakətlə cavab 
verdi: “İstərsəniz elə indi vəkiliniz gedib Şamı təhvil alsın, oğlunuza 
da dövlətiniz verilsin”. Cəlal bəy razılaşmağa qərar verdi. O, başa 
düşdü ki, işi gecikdirməyi padşahın xoşuna gəlmir, çəkilib getmək 

216
lazımdır. Amma bundan sonra bir dəfə də padşahın hüzuruna gəldi, 
daha nə əvvəlki istiliyi gördü, nə də ki, hörmət və izzəti.
Bəzilərinin söylədiyinə görə onun saraydan uzaqlaşdırılmasına 
səbəb Fəzlullah Hürufi nin “Cavidan-namə” adlı “dəyərsiz” kitabına 
rəğbət bəsləməsi olmuşdur. Şeyxülislam Ebussuud Əfəndi səltənəti-
amirə bir məktub göndərərək belə bir satqınlıq və dinsizliklə 
günahlandırılan birinin padşahın çevrəsində olmasının çox da caiz 
olmadığını bildirmişdir. Beləcə, onun əyalət yoluyla Şama getməsi 
məsləhət görüldü. Nəhayət özü getməyi arzu edincə ona icazə verildi. 
Vidalaşmaq üçün padşahın hüzuruna gəldi. Sultan ona üç yüz qızıl 
tümən ehsan etdi. Ancaq Sədrəzəm Məhməd Paşa ona beş yüz dinar 
sikkə, bir sürü qatır, bir sürü dəvə, üç baş at, xeyli paltarlıq qumaş, 
atlas bağışladı. Bu qədər bəxşişi görən Cəlal bəy, Məhməd Paşaya 
qarşı  çıxdığından çox peşman oldu və “dünyada xidmət edilməyə 
layiq tək adam Məhməd Paşaymış”- dedi. O, bu şəkildə Manastıra 
yola düşdü, ancaq bu zaman canlı meyidə bənzəyirdi. İki gün sonra 
isə bu qəzəli yazıb İstanbula göndərdi:
Bu çeşm-i hün- feşanın giryan olur kalır mı
Seyl-i sirişkim ahır umman olur kalır mı
Bir neçə gün sonra isə bu qəzəli göndərdi:
Bunca feryadım işittin, demedin dad edeyim
Sen ki dad etmeyesin  ben kime feryad edeyim
Təəccüblü tərəf budur ki, təzkirə yazarlarından Xınalızadə Həsən 
Çələbi araşdırmasında  Cəlal haqqqında “rəisi-küttap oldu” yazaraq 
səhv məlumat vermiş, rəhmətlik Aşıq Çələbi isə “ağıl və düşüncəsinə 
söykənərək təhlükəyə atacaq tövr və hərəkətləri yoxdur” demişdir və 
dəfələrlə sədrəzəmə, şərəfl i müftiyə və şeyxə olan düşmənçiliyini,  
dostluq etmək keyfi yyətindən uzaq olduğunu anlaya bilməmişdir. 
Müxtəsər, o, yolda öldüyünə görə nə Şam əyalətinə yetişə bildi, nə 
də orada yaşadı. 
Cəlal çox gözəl bir şairdi. Onun tiryəyin təsiri altında   yazdığı 

217
şeirlər bir axan çaya bənzəyir. Uyuşdurucudan sonra ağlına gələni 
yazırdı: 
Hallak-ı cihan aleme kıldıkta tecelli
Her şeyi birer hal ile kılmış mütesselli 
Digər
Hatt-ı vechin şerh ider cennat-ı hurı bundadır
Halkı ferdaya salar vaiz temaşa bundadır
Digər
İkide bir can u dil peykanım inkar etməsin
İkiden hali değil ya andadır  ya bundadır
O tarixdə şahzadənin astanasında: 
Koyun ela gözlü İsmailim ol körpe kuzu 
misrası ilə başlanan mürəbbə yazmışdır. 
Ətrafında dolaşanların canlarını belə verməyə hazır olduqları bir 
gənc vardı ki, bir gün mükəmməl  bir gözəlliklə ortaya çıxıb özünü 
göstərdi. Cəlal bəy rəhmətliyə və könlü qırıq bir dəyərsizə bir mətlə 
söyləməyi, sanki gizli bir ilham pərisi əmr etdi.
Əvvəlcə Cəlal bəy bu mətləni söylədi:
İyd-i vaslına erişmeğe tek imkan olsun
Bir başım var yoluna ol dahi kurban olsun
Bu dəyərsiz də onun ardınca:
  
Öldürürsün seni can ile gönülden seveni
Beni  evvel beni ey gözleri kattal  beni
mətləsini söylədi. 

218
Ertəsi gün Turak Çələbi bunu şahzadəyə söylədi. Bədahətən 
deyilmiş  şeiri göstərib iyirmi qızıl tümənə layiq görülmələrinə 
səbəb oldu. Şahzadə,  Əlinin söylədiyi  şeirin yüksək lirik, Cəlalın 
şeirinin vəslinə  kəlməsindəki dil qüsuruna  görə  orta səviyyədə 
olmasını bildirdi. Madamki, belədir, hədiyyələrinin neyçün bərabər 
olduğunu soruşduqda, birinin məqam və mövqeyindən, o birinin 
isə mərifətindən razı qaldığını bildirmişdi. Şeirlərindən nümunələrə 
baxaq:
Ehl-i zühd erse riyazetle makam-ı meleğe
Vadi-i aşka sülük etmeğe gelmez meleğe
Digər
Bir-bir işin bitirdim, kuyunde ehl-i aşkin
Agah ol ey gül-i tercan bustanda bitmez
Digər:
Baz-ı şirim katı küstah gelir bana Celal
Oxumadın varır ol serv-i hıraman eline
MÖVLANA FÖVRİ
214
: Alimlər bölməsində bütün cəhətləriylə 
əks olunmasına baxmayaraq şairliyi baxımdan burda yenidən ona 
toxunuldu. Elə  zənn edilməsin ki, bu təkrar, səhv üzündən baş 
vermişdir
215
.  Əslən Xorvatdır. Hər sözü bir kitaba bərabərdir.  Əsl 
adı Əhməddir. Müxtəlif sahələrdə olan biliyinə görə elmi haqqında 
qısa danışmaq çox çətindir. Həm alim şair, həm də atalar sözü və 
hikmətlərdən yoğrulmuş şeirlər yazan şairlərin ustadı idi. İsgəndər 
214
 II. Səlim dövrü şairi, həmin mənbə, 222-224, 5959 492b-493a.
215
 Fövri haqqında “II. Səlim dövrü alimləri” hissəsində verilən məlumatlar: “İskender 
Çələbinin kullarından. Müderris oldu. Şamda vefat etti. Sohbeti tatlı, zeki adamdı. Tefsir-i 
Beyzâviye Dürer-i Gurer′e haşiye yazdı. Hat sanatında da ustaydı”. (II. Selim Devri 
uleması, Ü. Ty. 5959 474a)

219
Çələbinin satın alınmış köləsi olduğu halda təhsil almağa başlamışdır. 
Hər mövzuda məlumatlı, hər elm sahəsində istedadlı olduğuna görə 
1545-ci ildə Bostan Əfəndi Bursa qazisi olduğu zaman xidmətə 
başladı. Bundan sonra mədrəsələrdəki vəzifələrində ucalmağa 
başladı. Hələ  həddi- buluğa çatmamış “Füsusül-hikəm” yazan 
Şeyxi-  Əkbərin yuxusuna girib ona iman təlqin etdiyini, əslində 
islam diniylə şərəfl ənməsini, əvvəlcə onun işarəsiylə baş verməsini 
öz dilindən eşitdim. Çox gözəl xətti vardır. Bu sahədə Sultan Əliyə 
və  Ənisiyə  bərabərdi. Çox zərif bir adam olduğu üçün yemək- 
içməyə meylli idi. Köhnə şərab tapmasa, ağ şərabla keçinərdi. Otuz 
axçalıq mədrəsədən ayrıldıqdan sonra Rumeli şəhərlərinə  səyahət 
etdi. O dövrün səxavətli bəyləri ilə dostluq edib, cihat və  qəza 
savabı əldə etməyə çalışdı. Qeyd edim ki, hələ müəllim ikən həccə 
getmiş, Mədinəni ziyarət etmişdir. Rumelidən qayıtdıqdan sonra 
dövrün şahzadəsi olan II Səlimin sarayına getdi. Məqsədini anladan 
ərizələrlə şaha müraciət etdi. Ərizəsinin kənarında yazmışdır:
Fevri kim ezafül-ibadimdir
Ber-murad olması muradımdır.
Bu beytə görə istəyi hasil oldu. Aşıq Çələbi təzkirəsində adı 
çəkilən bu alim, Sultan Süleyman Xan 1553-cü ildə İranı fəth etmək 
üçün yola düşəndə onlara qoşulmuş, hətta aşağıda mətləsi verilmiş 
qəzəli tam şəkildə padşaha verib yüksək ənama layiq görülmüşdür.
Musahhar oldu hal-i ruy-ı yare bağrımın başı
Diyar-ı Rum Sultanı bu kez alır kızılbaşı
Sonra isə iki yüz beytlik bir qəsidə yazmış və buna görə iki yüz 
qızıl axçayla təltif olunmuş və mənsəbə layiq görülmüşdür.
Fövrinin mükəmməl divanı və şöhrət qazanmış ərəbcə qəsidələri 
vardır. Atalar sözü və aforizmlərlə ifadə olunan şeirlərin yazılması 
dövrü Nəcatidən sonra, daha çox onun xatırlandığı dövrə  təsadüf 
edir.  

220
Qəzəlləri:
Teb-i tab-ı muhabbetten bu cismi natüvan ditrer
Ne cismi natüvan cism içre cana hasta can ditrer
Ezel bir zelzele saldı cada-yı ahım afaka
Dahi ol dem bu demdir durmayıp kevn-ü mekan ditrer
Sararsa solsa tan mıdır fen-i zerd ü nezarım kim
Gönül bir kadd-i şimşad üzre çün berk-i hazan ditrer
Lebaleb sunduğun camın ne mümkün katresin dökmek
Müdam içmekten amma destim ey pir-i mugan ditrer
Güneş ruhsarına Fevri gibi aşık degil çünkim
Niçin gördükce sen meh-riyi mihr-i asüman ditrer
 Digər
Cismi nezarim ile görüb selim ehl-i dil
Didi  ten-i zaif ü nahife hayal-i zill
Digər
Gelmedin dünyaya kahr-ı zehri izan etmişem
Doğduğum dem  anadan anunçün efgan etmişem.
Digər
Gezip mülk-i vücudu alem-i aşka kadem bastım
Bu günden sonra ölmezsem adem iklimidir kastım
Qəzəl
 
Kametin serv degil mi gele doğru söyle
Gül degil mi ruhun ey gonça-i  gül- bu söyle

221
Dişini dürr-i giran- mayeye benzer derler
Öyle midir görelim ey dişi lülü söyle
Secdede kamet-i alasını yad et yarin
Zahida egri otur sözünü doğru söyle 
Germ kıl meclisimi yarin ög, ağyarıma sög
Mutriba her ne bilirsen eyü tatlu söyle 
Leblerinin birini em, birini vasf et yarin
Fevri rind isen eger tatlı ye, tatlı söyle
Digər
Bana hod besdir ol mehin cevri
Kim çeker ya bu mihnet-i devri
Kim durur dersen aşk-ı zarın
Onmadık Fevri  gülmedik Fevri.
Qəzəllərindən görünür ki, dürüst ifadə tərzinə malikdir. Dəyərli 
qəsidələri vardır. Mükəmməl və mənalı şeirləri ilə şairlərin çoxundan 
fərqlidir. Fövrinin şeirlərinin çox olmasına görə  bu nümunələri  
verməyə qərar verdik.
Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin