Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə12/26
tarix01.12.2016
ölçüsü2,76 Kb.
#537
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

Həmzəvi: Abdi (v. 1660)
Hürufi :  Nəsimi 
Gülşəni: Arif (v. 1724), Arifi  (v. 1552), Büləndi, Gülşəni (v. 
1688), Gülşəni, Hamidi, Həsən Hüsami (v. 1594), Hüsami, İlahi, 
Rindi (v. 1679), Səmai (v. 1586), Şifai (v. 1633), Sifai (v. 1664), 
Üsuli (v. 1538), Yusif-i Sinəçak (v. 1546), Zəifi  (v. 1631)
Qədiri: Emin (v. 1750), Emni (v. 1698), Halət (v. 1765), Kami, 
Ləbib(1736), Medhi. 
Mövləvi: Aba-püş (v. 1485), Əbdüləziz  Əfəndi (v. 1737), 
Əbdülhəlim, Əbdulvahab, Abid (v. 1586), Adəm Dədə, Adil, Adni (v. 
1683), Ağazadə (v. 1652), Əhməd (v. 1701), Ahi, Sadiq, Alayı, Alim, 
Ani (v. 1640), Ani, Arami, Argün (v. 1373), Arif, Arif, Arif Əfəndi 
(v. 1725), Ərşi (v. 1592), Arzi(1664)), Asaf (v. 1829), Ayşı (v. 1650), 
Əziz (v. 1834), Əzizi Dədə (v. 1824), Əzmi,  Əzmi  Əfəndi, Bəhri 
Dədə (v. 1566), Bədərəddin (v. 1397), Bekayi, Bərri, Bostan Çələbi, 
Bostani Sani, Cəmal, Cevri (v. 1654), Cünuni Əhməd Dədə, Dali (v. 
1601) Danis, David Dədə, Dərviş (v. 1572), Dərviş (v.1592) Dərviş 
(v. 1645), Dərviş  Çələbi (v. 1672), Divani, Ədib  Ənis (v.1734), 
Ənisi,  Əsif,  Əsrar Dədə (v.1796), Fakir (ö.1715), Fakiri (v.1501), 
Fani Dədə (v.1504), Fasih (v.1699), Fazil, Fədayı (ö.1577), Fənayı, 
Fənni (v. 1715), Fərrux (v.1591), Fərruxi (v.1640), Fevri (ö.1571), 
Feyzi (v.1807), Feyzi, Firaqi (v.1742), Galib (v.1798), Ganəm, 
Qəribi (ö.1547), Gavsi (v.1697), Gədayı, Günahi (v.1699), Günehi, 
Həbibi (v.1644), Hafi z (v.1543), Hafi z, Hafi z, Haləti (v.1603), Xalis 
(v.1709), Həmid (v.1832), Handi (v.1630), Həsib (v.1709), Həyati 
(v.1640), Həzin, Həmdəmi (v.1679), Heyəti, Xızır Paşa (v.1517), 
Xızrı, Hicazi (v.1699), Hilmi, Hulus, Xosrov Çələbi, Hüdayi, Hüsam 
(v.1688), İlmi (v.1611), İlni, İlmi, İsməti (v.1665),İlyas Çələbi, Kamil 
(v.1657), Kani (v.1791), Qasım (v.1640), Katibi (v.1667), Kəmal 
(v.1601), Kərim, Külahi (v.1640), Külhani, Ləli, Ləbib (v.1714), 
Lisani (v.1619), Loğman Dədə (v.1504), Lütfi  (v.1698), Lətfi (1738), 
Manəvi (v.1572), Manevi(1592), Məhrəmi (v.1543), Məzlum 
(v.1661), Məhməd, Məlami (v.1553), Meyyal (v.1669), Məzaqi 
(v.1677), Muxlis (v.1692), Müqim (v.1717), Munis (v.1732), Naci 

166
(v.1611), Nayi (v.1729), Nasir (v.1820), Nəzmi (v.1713), Nəcahi 
v.1591), Nəhci (v.1708), Nəsib (v.1714), Nəyyir (v.1800), Nəşati 
(v.1674), Nigahi (v.1534), Nisari (v.1666), Niyaz (v.1778), Niyazi, 
Nuri (v.1786), Nutki (v.1727), Nutki(1794) Pənahi (v.1564), Pərvanə 
(v.1564), Pərvanə (v.1543), Piri (v.1640), Rahmeti (v.1620), Rasih, 
Rəcəb (v.1688), Rəsimə (v.1803), Rəşki (v.1691), Ruhi (v.1605), 
Rusuhi (v.1631), Sabir (v.1680), Səbuhi (v.1645), Sadiq, Sadıqi 
(v.1530), Sədri, Səfayi(v.1534), Səfayi (v.1688), Səffi   (v.1530), 
Saffi  (v.1688), Səfi  (v.1530), Sahib 1718, Saib, Saida (v.1727), 
Saqib (v.1735), Salik (v.1623), Sami (v.1688), Samti (v.1631), Səlim 
(v.1725), Səmahat (v.1789), Sənayi (v.1543), Sərvi, Seyyid (v.1775), 
Sidqi (v.1640), Siyahi (v.1711), Suni (v.1592), Suzi (v.1676), Şah 
Çələbi (v.1592), Şah Məhməd (v.1378), Şahidi (v.1550), Şahi, Səfi  
(v.1671),  Şəfi q,  Şəhidi (v.1671), Şəkib (v.1722), Şəmi (v.1530), 
Şeyda Şeyxi (v.1723), Şeyxi (v.1738), Şeyxi, Şifayi (v.1668), Şinasi, 
Şuhudi Dədə (v.1591), Şuuri (v.1582), Tabı, Tahir, Taib (v.1714), 
Talib (v.1698), Talibi (v.1717), Təriqətı (v.1688), Təvəkkül, Toganı, 
Übeydı (v.1586), Üzləti (v.1668), Ünsi, Üveys, Vahid, Vasiq (v.1529), 
Vəcdi (v.1669), Vəfayi (v.1582), Vəhbi (v.1700), Yəhya (v.1688), 
Yakin (v.1592), Yusif (v.1670), Yusifi  Sinəçak (v.1546), Zafi , Zəmiri 
Zeynəddin (v.1398), Zihni, Zivər (v.1793), Ziyad, Zünnun.
Nəqşi: Agah (v.1715), Ata, Əmin (v.1745) Ənvəri Dədə (v.1546), 
Hakkı (v.1772), Xalis (v.1742), İlahi (v.1490), İlhami, İsmət (v.1727), 
İzzət, Lamii, Mütid (v.1726), Nazima, Neşet (v.1807), Ratib(1756), 
Ratib (v.1800), Resa (v.1700), Rza, Rzayi (v.1579), Rüşdi, Sadəddin 
(v.1787), Saida, Süzi, Süruri (v.1562), Şəmsəddin Buxarı,  Şeyda, 
Təhsin Əfəndi, Ulumi (v.1575), Vəhyi (v.1817) Zəifi .
Üveysi: Nuri
Şairlər təzkirələri bizə  şairlərin bağlı olduğu on iki müxtəlif 
təriqətdən söz açırlar. Yuxarıda adı çəkilənlərdən sadəcə üç şair üçün 
qaynaqlar fərqli məlumatlar verirlər. Bunlardan Kamil üçün Səfayi 
Bektaşi olduğunu söylədiyi halda, Əsrar Dədə Mövləvidir deyir, eyni 
zamanda Zəkayinin Xəlvəti və Şəbani, Yusifi  Sinəçakın isə Mövləvi 
və Gülşəni olduğu göstərilmişdir.
Yuxarıda verilən əlifba düzülüşü ən çox şairi ehtiva edən təriqətlər 
baxımından  belə sıralanır:

167
Mövləvi   : 
220 
68%
Xəlvəti     :    
27 
9%
Nəqşi       :    
30 
8%
Gülşəni    :   
17        5% 
Bektaşi      :  
7          2%
Qadiri        : 
6          2%
Bayrami     : 
5          2% 
Cəlvəti        : 
4         1%
Həmzəvi     : 
1
Hürufi          : 
1
Şəbanı        : 
1
Üveysi        : 
1
Cədvələ baxıldıqda Mövləviliyin divan şairlərinin ən çox maraq 
göstərdikləri bir təriqət olduğu görünür. Bunda təəccüblü heç nə 
yoxdur. Çünki Mövləviliyin türk ədəbiyyatı və musiqisində böyük 
təsirə malik təriqət olduğu göz önündədir. Təriqətin yaradıcısı 
Mövlananın böyük bir şair olması bu ənənəni əmələ gətirən ən böyük 
qüvvədir. Mövləvilik ən çox ziyalılar arasında və şəhər mərkəzlərində 
yayıldığı üçün bu təriqət mənsubları ədəbi məhsullarını həmişə əruz 
vəzniylə  və divan şeiri üslubunda yazmışlar. Mövləvi  şairlərinin 
belə çox olması müstəqil təzkirələrin yazılmasına rəvac vermişdir. 
Saqib Dədənin “Səfi neyi Mövləviyyə”si, Əsrar Dədənin “Təzkireyi- 
Şüərayi- Mövləviyyə”si,  Əli  Ənvərinin “Səmaxaneyi-  Ədəb”i 
bunların sırasındadır. Bu təriqət  şairlərinin çoxluğunun təbii bir 
nəticəsi olaraq, həmin siyahıda  Mövləvi təriqətinə  mənsub bəziləri 
təsdiq edilmişsə  də, bu təriqətə  mənsub olmayan bəzi adların da 
əlavə edilməsiylə bu  say artırılmışdır. Nümunə olaraq XVI yüz 
il qaynaqlarında Mövləvi təriqətinə aid  şairlər say etibarilə  həm 
Xəlvəti, həm də Gülşəni təriqətlərinə  mənsub  şairlərinin sayından 
daha azdır.
Molla  İlahi (v.1491) vasitəsiylə Anadoluya gəlib yayılan 
Nəqşbəndi təriqəti, şairlərin çox maraq göstərdiyi ikinci təriqətdir. 
Təriqətlərin içində sünni xarakterli və  şeirə  sıx bağlı olan bu 
təriqət həmin xüsusiyyətinə görə Osmanlı dövləti zamanında rəsmi 
ideologiya tərəfi ndən də  dəstək görmüşdür. Bu təriqətə istinad 
edənlərin sayının çoxluğunun bir səbəbi də bu amildir. 

168
Nəqşibəndiyə  təriqətinə yaxın olan  sayıyla qarşımıza çıxan 
Xəlvəti təriqəti, Anadoluda yayılmış  təriəqətlərin başında gəlir. 
XX əsrin əvvəllərində təkcə  İstanbulda  Xəlvəti təkkələrinin sayı 
65-ə çatırdı.
184
  Xəlvətilik padşahlardan dövlət başçılarına, ordu 
mənsublarından sənət və düşüncə adamlarına qədər hər çevrədən 
olan adamları öz təsiri altına almışdır. Təriqətin tanınan üzvlərinin 
əksəriyyəti şair olduğundan bu, sənət və ədəbiyyatın inkişafına təsir 
göstərmiş və çox sayda şair Xəlvəti təriqətinə daxil olmuşdur.
On yeddi şairlə dördüncü sırada yer alan Gülşəni təriqəti, xüsusilə 
XVI yüz ildə  şairlərin  ən çox qəbul etdikləri təriqətlərdən biri 
olmuşdur. Bunda təriqətin qurucusu İbrahim Gülşəninin (v. 1533) 
böyük rolu olmuşdur. Belə ki, o, təsirli təlqin gücünə malik, əzmkar 
bir təşkilatçı və böyük nüfuz sahibi olmuş,eyni zamanda  Məsnəviyə  
qırx min beytlik  nəzirə yazmışdır. Məlamət  nəşəsini önə  çəkən  
Gülşənilər başlanğıcda azad davranışları ilə maraq doğurmuşlar 
və bu xüsusiyyətləriylə  də  şairlər adı  çəkilən təriqətə daha çox 
Gülşəninin sağlığında maraq göstərmişlər.
Bektaşilik isə Mövləviliyin əksinə, daha çox sadə xalq arasında 
yayılmış və   təzkirələrə ancaq yeddi şairlə daxil olmuşdur. Bununla 
birlikdə şifahi  xalq ədəbiyyatı nümayəndələri  arasında  da çoxlu 
sayda Bektaşi şairə rast gəlmək olar.
Anadoluda çox yayılmış  təriqətlərdən olmasına baxmayaraq, 
Bektaşilər arasında yalnız iki qadın  şairin adı  təzkirələrdə qeyd 
olunur.
Ankarada Hacı Bayram Vəli (v.1429) tərəfi ndən  yaradılan 
Bayramiyyə  təriqətinə beş  şair daxil olmuşdur. Yaradıcısı Hacı 
Bayrami Vəlinin də şeir yazması bu təriqət dairələrində şeirə olan 
marağı artırmışdır. 
Bayramiyyənin bir qolu olaraq Əziz Mahmud Hüdayi (1541-
1628) tərəfi ndən yaradılan Celveti təriqətinin yaradıcısı da şairdir. 
“Divan-ı İlahiyyat” adlı şeir kitabından başqa, bir hissəsi mənzum 
əsərlərdən ibarər olan 23 əsərin  müəllifi   olan  Şeyx Hudayidən 
nümunə götürərək həmin təriqət mənsublarının  şeirə maraq 
göstərməsi təbiidir.
Bunlardan fərqli olaraq Həmzəvilik, Hürufi lik,  Şəbanilik və 
184
 Türk Dili və Ədəbiyyatı Ensiklopediyası, С.4, s.77.

169
Üveysilik isə  şairlər tərəfi ndən maraq qazanmamışdır. Bunlardan 
Hürufi liyin yaramaz
 
təriqət kimi qəbul  edildiyini və təqibə məruz 
qaldığını da  qeyd etmək lazımdır. 
Şübhəsiz,  təriqətə bağlı olan şairlər təkcə burada göstərilən 
adlardan ibarət deyil.  Təzkirəçilər bununla təriqətə meyl etmiş, 
özünü göstərmiş  şairləri bu baxımdan  dəyərləndirməyi özlərinə 
borc bilmişlər. Bu təsnifatlar verilərkən  əldə olunan məlumatların 
yetərli olub- olmadığı, məlumatların  əldə olunma imkanları və s.də 
nəzərə alınmalıdır. 
İslam dünyasında təriqətlərin sayı 380-ə yaxındır.
185
 Bu qədər çox 
təriqətin içində şairlərimiz nədən cəmi  on iki təriqətə üz tutmuşlar? 
Bunu  adı çəkilən təriqətlərin tanınmış ərazilərdə yayılması ilə izah 
etmək olar. Bir qədər ehtiyatlı  şəkildə qeyd etmək olar ki, islam 
dünyasında təriqətlər ümumi dəyərlərə malik,  bəlli mədəniyyət və 
mühitdən gələn şəxslərin bir yerə toplandıqları yerlərdir. Bu üzdən 
xüsusi  maraq dairələri və dünya görüşləri olan şairlərin, öz zövq və 
yaşamlarını təmin edəcək təriqətləri seçmələri təbiidir. 
       (*Yazı  Ankara “Milli egitim”  yurnalı.  1989. s.84, s.21-27-
də dəc olunub).
185
 İslam Ensiklopediyası, C.12/1, s.4-17.

170
DİVAN ŞAİRLƏRİNİN SƏNƏT NÖVLƏRİ*
Sənətləri ilə  şöhrət qazanmış  şəxslərdən, xüsusilə  də  şairlərin 
bioqrafi yalarından söz açıb, əsərlərindən nümunə gətirən qaynaqlar 
kimi  tanınan təzkirə növü, öz dövrlərinin şair və yazarlarını qələmə 
alan yeganə toplu şəklində əsərlərdir. Başqa sözlə desək, bu əsərlərin  
məqsəd və funksiyası sadəcə dövrün şair və yazarlarını tanıtmaqdır. 
Təzkirəçilər  əsərlərinə daxil etməyə layiq gördükləri  şairlərin 
rəsmi  və özəl həyatları ilə yanaşı, imkan olduqca onların həyatının 
səciyyəvi tərəfl ərini də üzə çıxartmağa çalışmışlar.
186
 Təzkirəçilərin 
şairlərin həyat hekayələrində  ən çox  üzərində dayandıqları 
tərəfl ərdən biri də onların məşğul olduqları  sənətdir. Dərhal qeyd 
etmək gərəkdir ki, şairin sənətinə aid verilən məlumat, təzkirəçinin 
əldə etdiyi məlumatın həcmindən, şairə zaman və məkan baxımından 
nə dərəcədə yaxın olmasından asılıdır. Təzkirəsinə daxil etdiyi şəxsin 
sənəti haqqında qısa məlumat verərək keçən bəzi təzkirəçilərdən 
fərqli olaraq,  Aşıq Çələbi öz əsərində  sənətlə  şəxsiyyətin xarakteri 
arasındakı uyğunluğa və yaxud təzadlara çox yer vermişdir.
187
 
Yuxarıda qeyd olunan əsas başlıq altında aparılan araşdırmanın  
bir parçası kimi,
188
  təzkirələrin verdikləri məlumatlara müraciət 
edərək  şairlərin sosial çevrələrini, yəni sənətləriylə bağlı olan 
tərəfl ərini izah etməyə çalışacağıq. Məlum olduğu kimi, təzkirələrin 
az bir hissəsi yayılıb tanınmışdır. Təzkirələr haqqında  yazıların  az 
olması üzündən,  divan ədəbiyyatı şairləri  təxmini saylarla  qeyd 
olunurdu. Biblioqrafi yada sıralanan əsərlərin dəyərləndirilməsindən 
əldə edilən məlumatlara görə, Divan şairlərimizin sayı 3182-dir.
189
 
A.Sırrı. Ləvənd tərəfi ndən təxmini olaraq 5000 civarında verilən 
186  
Türk 
Ensiklopediyası, C.31, s.162.
187 
 Harun Tolasa, 16. “Yüzyılda Edebiyat Araştırma ve Eleştirisi”. İzmir 1983, 
s.83.
188  
Mustafa 
İsen, “Tezkirelerin İşığında Divan Edebiyatına Bakışlar: I.Osmanlı Kül-
tür Coğrafyasına Bakış”, V. Millətlərarası Türkoloji Konqres,Çıxışlar, İstanbul 1985, s.145-
152; Bu məqalə kitabın 169-183. səhifələrində yer almaqdadır.
189  
Çalışma, “Tezkirelere Göre Dîvân Edebiyatı İsimler Sözlügü” (Ankara 1988)  
əsərindən qaynaqlanır.

171
rəqəm
190
 isə bizim verdiyimiz rəqəmdən xeyli çoxdur. Təzkirələrə 
daxil olmayan adlarla birlikdə bizim verəcəyimiz say  xeyli 
 
artıq olacaqdır. Təzkirələrdən alınan məlumatlara  görə  şairlərin 
məsləklərini  aşağıdakı şəkildə qruplaşdırmaq olar.
Alaybəyi –   
3
Atəşbaz –    
3
Əttar –  
 
3
Pinəçi –    
3
Bəylərbəyi –  
14
Bəylikçi –   
1
Bəzzaz –    
2
Canbaz –    
1
Cərrah –    
3
Çavuş –    
5
Çihadarağası –  
1
Danismənd (mirzə) – 63
Dəftərdar –  
72
Dəmirçi –    

Dividdar –   
1
Elçi –  
 
8
Emin –  
 
18
Əsnaf –  
 
3
Xaçəğan –   
85
Həkkak –    
2
Xəttat –  
 
63
Həkim –    
21
Halvacı –    
2
Xoca –  
 
10
İmam Xətib –  
45
Kadı(qazi) –  
539
Dəniz kapitanı –   2
Qapıçıbaşı –  
10
Qəssab –    
1
190  
Agah 
Sırrı Levend, “Türk Edebiyatı Tarihi” Ankara 1973, s.103.
Katib – 
 
397
İdarə müdiri –  
19
Qazıəsgər –  
50
Kəzzaz (ipəkçi)-   1
Kəndxuda –  
38
Kalağası –   
1
Malbeynci –  
1
 Mahyacı –  
1
 Xarrat –    
1
Poçtalyon –  
38
Məmur –    
24
Məsnəvixan –  
7
Mitfaxağası –  
1
Miralay –    
2
Muarrif –    
1
Muhasib –   
28
Mukabeleci –  
1
Mukataacı – 
1
Musahhih (mirzə)– 2
Musahib –   
10
Mütəsərrüf –  
5
Müdərris (müəllim)– 449
Müəzzin –   
1
Müfəttiş –    
7
Mültü –  
 
21
Möhürdar –  
11
Münəccim – 
2
Mütffəriqa – 39 (vəqf məmuru)
Mültəvəli –  
11

172
Məşvərətçi – 
5
Naib –  
 
5
Nəqqaş –    
1
Nətxan –    
2
Neyzənbaşı - 
1
Nişançı –    
16
Odabaşı –    
1
Pasbanbaşı –  
1
Padşah-şahzadə -   18
Rəis –  
 
1
Rəis- katib –  
17
Rəmmal –    
1
 Rəssam –    
2
Ruznaməçi –  
15
Səhhaf –    
6
 Sancaqbəyi –  
21
Sərraç –    
1
Sərraf –  
 
2
Səkbanbaşı –  
1
Sikkezənbaşı –  
1
Silahdar –    
1
Silahşur –    
1
Bu təsnifatı isə ən çox şairi əhatə edən sənətlər baxımından belə 
sıralaya bilərik. 
Kadı (Qazi)– 539 – 16,9 %
Müdərris – 449 – 14,1 %
Katib – 397 – 12,5 %
Danişmənd – 63 – 2 %
Xəttat – 63 – 2 %
Kazasker – 50 – 1,6 %
Sipahi – 46 – 1,4 %
İmam Xətib – 45 – 1,4 %
Vəzir – 41 – 1,9 %
Sipahı –    
46
Subaşı –    
2
 Şahnaməçi –  
2
Şəkərçi –    
2
Şeyx –  
 
160
Şeyxülislam –  
31
Təkkəçi –    
5
Tavukçıbaşı –  
1
Dərzi –  
 
3
 Təşrifatçı – 
3
Təzkirəçi –   
38
Tacir –  
 
5
 Tüfəngçibaşı –  
2
Türbədar –   
2
Vaiz-   
 
12
Vaqiənevis –  
17
Vali –  
 
10
Vəlikxaric – 
1
Vəzir –  
 
41
Yeniçəri –    
22
Yorğançı –   
1
Zaim –  
 
1
Şeyx – 160 – 5 %
Xaçəgan – 85 – 2,7 %
Dəftərdar- 72 – 2,3 %

173
Kəndxuda – 38 – 1,2 %
Təzkirəçi – 38 – 1,2 %
Şeyxülislam – 31 – 1 %
Mühasibəçi – 28 – 0,9 %
Məmur – 24 – 0,8 %
Yeniçəri – 22 – 0,7 % 
Həkim – 21 – 0,7 %
Kaymakam – 19 – 0,6 %
Əmin – 18 – 0,6 %
Sancaqbəyi – 18 – 0,6 %
Rəis– Katib – 17 – 0,5 %
Vaqiənevis – 17 – 0,5%
Nişancı – 16 – 0,5 %
Ruznaməçi – 15 – 0,5 %
Bəylərbəyi – 14 – 0,4 %
Möhürdar – 11 – 0,3 %
Xoca – 10 – 0,3 %
Qapıçıbaşı – 10 – 0,3 %
Musahib – 10 – 0,3 %
Vali – 10 – 0,3 %
Burada verilən təsnifata diqqətlə baxdıqda bəzi sənətlərin bir-
biriylə yaxın əlaqəsi olduğunu açıqca görə bilərik. Məsələn, katiblik 
sənətinə diqqət etsək, ona yaxın olan xacəgan, təzkirəçi daha sonrakı 
vaxtlarda isə, Fatində rast gəldiyimiz məmur ifadəsi eyni sənəti ifadə 
edir. Və yaxud danişmənd, kadı (qazi), naib, müdərris sənətləri eyni 
qrupa aiddir.  Bunlar və bunlara bənzər bəzi məsləklər vardır ki, onları 
daha geniş mənada qruplaşdırmaq, sonra veriləcək dəyərləndirmələr 
üçün gərəklidir. Bunları elm mənsubları, saraya mənsub olanlar, 
əsgər  şairlər,  əsnaf və  sərbəst məslək adamları, din adamları ilə 
şeyxlər və dərvişlər kimi bölmələr şəklində təbəqələşdirdim. Dərhal 
göstərmək lazımdır ki, bu təsnifata uyğun olmayan başqa təsnifatlar 
da meydana çıxa bilər. Bu qruplara daxil olanlar da belə sıralandılar:
Elmiyyə sinfi  – ümumi sayı 1147 – 36 %
Qazi, naib, Qaraskər, Şeyxüislam, danişmənd, mudərris, xoca

174
Bürokratlar: ümumi sayı 892 – 28 %
Elçi, emin, katib, xacəgah, dəftərdar, vəzir, kəndxuda, məktubçu, 
təzkirəçi, mühasib, məmur, kaymakam, rəisi-katib, vaqiənevis, 
ruznaməçi, möhürdar, mütəvəli, başkeşikçi,vali.
Saray adamları: ümumi sayı – 60 – 1,8 %
Padşah və şahzadələr, bəylikçi, çavuş, çuxadarğası, baş keşikçi, 
malbeyinci, mittahağası, nişancı, odabaşı, tavukçıbaşı, təşrifatçı, 
tüfəngçibaşı,vəlikxaric, müqabiləci, şehnaməci.
Əsgərlər: cəmi 117 – 3,7 %
Alabəyi, bəylərbəyi, dəniz kapitanı, kolağası, sancaqbəyi, 
silahdar, silahşör, sipahi,subaşı yeniçəri, mütəffəriqa.
Əsnaf və sərbəst sənət: cəmi 117 – 3,7 %
Aşçı, atəşbaz, ayaqqabıçı, əttar, bəzzaz, canbaz, cərrah, dəmirçi, 
dərzi,  xəttat, halvacı, qəssab, kəzzaz, mahyacı, dülgər, rəmmal, 
rəssam, səhhat, sərrac, sərraf, təkkəçi, tacir, yorğançı.
Din adamları: cəmi 26 – 0,8 %
Muarrif, müəzzin, vaiz, müfti
Şeyx və dərviş: cəmi 18 – 5,7 %
Məsnəvixan, türbədar, neyzənbaşı.
Bunu dərhal qeyd etmək lazımdır ki, verilən rəqəmlər toplandıqda 
əvvəldə söylənilən 3182 rəqəminin keçildiyi məlum olur. Bunun 
səbəbi odur ki, bir şair  əvvəl mənsub olduğu sənətdən başqa bir 
sənətə keçə bilər və illər keçdikcə bu təkrarlana bilər. Belə hallarda 
şairin mənsub olduğu bütün sənətlər toplanıb qruplaşdırılır və nəticə 
bu şəkildə artmağa doğru dəyişir. Məsələn, Səhidə danişmənd kimi 
tanıdılan  şair, Lətifi də müdərris, Həsən Çələbidə qazi, Riyazidə 
qaziəsgər və ya şeyxülislam kimi təqdim edilə bilər. Gördüyümüz 
kimi, bir şair beş müxtəlif sənətdə   çalışmış olur. Eyni şeyləri başqa 
sənət mənsubları üçün də qeyd etmək olar. 
Siyahımıza yenidən nəzər salsaq, qazi peşəsinin  şair məsləkləri 
içərisində ilk sıranı tutduğu məlum olacaqdır. Təbii olaraq yüksək 
təhsilə sahib olunan qazilərdən məhkəmə işləri yanında bələdiyyəyə 
aid məsələlərin həllində də istifadə olunurdu. Bu səbəbdən qazi işi  
Osmanlılar dövründə  ən çox yayılan sənət növünə çevrilmişdir. 
Həmçinin qazi sənəti bəzilərinin yeganə  sənəti olmaqla bərabər, 

175
bəzilərinin bir neçə sənətindən biridir.
Bundan  sonra ən çox rast gəlinən  şair sənəti müdərrislikdir. 
Qazilikdən 2 % aşağıda yer  tutan  bu sənətlə məşğul olanların əvvəl 
qazilik, ya da başqa yüksək sənətlərə sahib olduğunu da qeyd etmək 
gərəkdir. Müdərrislik də qazilik  kimi yuxarı  səviyyəli təhsil   ilə  
əldə olunan sənətdir. 
Qazilik  və müdərrisliyə yaxlın sahədə yerləşən üçüncü sənət 
növü isə katiblikdir. Sənətlərin 12 %-ni təşkil edir. Yəni qazilikdən 
4 %, müdərrislikdən 2 % azdır. Bu vəzifəni daşıyanların bəziləri 
təzkirələrdə “küttab”, yaxud “Əhli- qələm” adlandırılır, bəzilərinin 
isə katibliyinin hansı növə aid olması  göstərilir. Məsələn: “Hizane-i 
amirə” katibliyi, bərat katibliyi, mərtəbə katibliyi, mükafat katibliyi 
və s. Bunların içində  ən çox adı  çəkilən divan katibliyidir. Buna  
oxşar sənət olmasına baxmayaraq təzkirəçiliyi və əminlikliyi başqa 
sənət sahəsi başlığı altında qeyd etdim.
Bu üç sənətdən kənarda qalanlar, cədvəldə  açıqca göründüyü kimi 
kiçik rəqəmlərlə  təmsil olunurlar. Buna görə  də ikinci mərhələdə 
tək-tək sənətlər üzərində deyil, qrup şəklində olan sənətlər üzərində 
dayanacağam. “Elmiyyə” sinfi  mənsublarının  ümumi sayı sənətlərin 
36 %-ni təşkil etməklə yenə də birinci yeri tutur. Bu qrupa daxil olan 
şairlərin sayı isə 1147 nəfərdir. İkinci sırada 892 şair və bu sahənin 
28 %-ni təşkil edən bürokrat qrupu mənsubları  gəlir. Əsgər şairlər, 
əsnaf və sərbəst sənət sahibi olan şairlərin sayı 117 olmaqla 3,7 % lə  
üçüncü yeri tutur. Bunlardan sonra isə şeyx və dərviş şairlər, sonra 
saray mənsubları, aşağı sırada isə dini vəzifəyə malik şairlər gəlir. 
Bilindiyi kimi, divan ədəbiyyatı bir şəhər  ədəbiyyatıdır. O 
da məlumdur ki, ədəbiyyatla məşğul olanların  əksəriyyəti orta 
sinifə  məxsus adamlardır. Statistik məlumatlar Avropada da 
ədəbiyyatçıların əksəriyyətinin orta sinfə məxsus olduğunu göstərir. 
Cütcü uşaqlarına qədim ingilis ədəbiyyatında tək-tək rast  gəlinir
191

Divan ədəbiyyatının içində inkişaf edib irəliləyən Osmanlı dövlətində 
qərbə aid olan sinifl ərin olmadığı  məlumdur. Amma yenə  də bir 
sual ortaya çıxır.. Görəsən sosial çevrə sosial ideologiyanı  və bu 
ideologiyaya bağlılığı müəyyən edirmi? Başqa bir şəkildə yanaşsaq 
191
 R.Wellek-A. Warren, “Edebiyat Biliminin Temelleri”  (Çev. A.Edip Uysal), Ankara 
1983, s.126.

176
sualı bu şəkildə qoya bilərik. Divan şairi bir saray şairidirmi? Əgər 
sorğuya müsbət cavab versək, yeni bir dilemma   yaranacaqdır. 
Şairin sosial mövqeyinin, onun ideolgiyasında və sosial sinfi nə 
bağlılığında nə kimi rolu var?  Yəni divan şairi xidmətində olduğu 
şəxslərin düşüncələrini və  zövqlərini də mənimsəmiş olurmu??
Bu suala da statistik məlumatlara söykənərək cavab verək. Divan 
ədəbiyyatı, cədvəllərdə  də ayrıca göründüyü kimi, kütlənin bütün 
təbəqələrindən gələn insanlardır. Göstərilən 108 sənət növü hər halda, 
ümumi əhalinin məşğul olduğu sənət növlərinin sayı ilə müqayisədə 
az fərqlənir.  Bu, divan şairlərinin toplumun hər sahəsindən, xüsusilə 
şəhər həyatından gələn insanlardan olduğunu göstərir. Bunların 
içində əsnaf şairləri də böyük bir sahəni əhatə edir. Bir şeyi yadda 
saxlamaq gərəkdir ki, bu ədəbiyyat, saray şeiri olmasa da Tanpınarın 
təbiriylə desək, böyük bir saray çevrəsinin ətrafında fırlanmaqdadır. 
Yəni divan şeiri müəyyən düşüncə  tərzi, eyni mövzular və  beyt 
estetikası üzərində qurulmuş formaya malik olmaqla,  hər bir 
komponenti bir-birinə tabe olan
 
 qapalı bir dairənin məhsuludur. Bu 
şərikli xüsusiyyətlərə görə şair  hansı sosial sinifdən olursa-olsun, 
dərhal ümumi havaya uyğunlaşaraq,  artıq altı əsr davam etmiş bu 
möhtəşəm qalanın bir daşına çevrilir. Tanpınarın ifadəsiylə desək, 
tək bir kimliyin geniş zaman içində danışmasıdır.
192
 Bu üzdəndir 
ki, divan şeirində  əsas diqqəti yazılmış orijinal mövzunun, yaxud 
xəyal dünyasından keçirilərək yazılmış olan  şeirin daha gözəl 
qafi yə formasına  salınmasına  yönəldirdilər. Bununla da nəzirə 
yazmaq zərurəti yaranırdı. Füzulinin “Leyli və Məcnun”unun türk 
ədəbiyyatında yaranan on beş eyni adlı əsər içərisində birinci yeri 
tutması da onun gözəl nəzirə olmasından irəli gəlmişdir.
Təzkirələrdə şairlərin sənətlərinə dair verilən məlumatlar içində 
sənət və  təxəllüsləri arasındakı bağlılığa da toxunulması lazım 
gəlir. Doğrudan da, şairlərin məşğul olduqları sənətlərin  təsnifatını 
verərkən sənət-təxəllüs bağlılığının təzkirəçilər tərəfi ndən  necə 
səciyyələndirdiklərinin  şahidi oluruq. Bu təsnifatdan sonra sənət 
növlərinin təxəllüs seçiminə  nə  dərəcədə  təsir  etdiyini görəcəyik. 
Bir neçə nümunə göstərsək, bir çox həkimin Şəfayi, bir çox katibin 
Katibi, şəkərçilərin Qəndi təxəllüsünü daşıdığını görərik. 
192
 Əhməd  Həmdi Tanpınar, “XIX Asır Türk Edebiyatı Tarihi” İstanbul 1985, s.21.

177
Məsələyə bir ədəbiyyat adamı kimi baxdığımızda, belə bir 
sual  ağlımıza gəlir, görəsən bu sənətlərin  şairlərin simalarının  
yaranmasında bir rolları varmı? Təzkirəçilər bu məsələyə diqqət 
edərək izahedici məlumatlar veriblərmi? Az da olsa  bu mövzu ilə 
bağlı məlumatlara  rast gəlirik. Qədim dövrlərdə məlum forma və 
növlər üzrə, yəni qəzəl, qəsidə, tərci, tərkib, müəmma və s. başqa 
gözəl nümunələr yaradan şairlər  haqqında təzkirəçilər, bəzən 
“qəzəl  şairidir”, “qəsidə ustasıydı”, “usta tarixçiydi” kimi ifadələr 
işlədirlərki biz  burada sənətdən gələn payın ölçüsünü təyin edə 
bilərik. Bir nümunə göstərək: Gelibolulu Əli (1541-1600), Ədinəli 
Əmrinin (v. 1575) imarətlərdə mühasibçilik etdiyini və zehninin 
daim hesab işi ilə  məşğul olması üzündən,  şeirlərinin lirizmdən 
uzaq olduğunu göstərmişdir.  Əmiri aşiqanə duyğularını  şeirə 
gətirmək  əvəzinə, məna və söz  oyunları ilə  zəngin olan xəyali  
şeirlər yazmışdır. Divan şeirində bu tərzi daşıyan növlər şübhəsizki 
müəmma və tarixdir. Əli onun bu tərəfi  üçün: “Hayalengiz  eşarda 
ve fenn-i muammiyatı namdarda kalmışdur. Mesnəvi semtinden 
behredar və kasaid – güylük tarikinde kamkar olamayup hadeng-i 
keman-ı kemanını zemin-i eşar sermenziline salmışdur. Ve ol vadiye 
karip olmagla gahi muamiyyat u tarih üslubunda dahi behresin 
almışdur”
193
 deyir. Bu cür misallar cüzi də olsa  məsləkin şairin şeir 
dünyasına təsirində bilavasitə rolu olduğunu göstərir.
Səhi təzkirəsindən göstərəcəyim bir neçə şeir nümunəsi mövzunu 
daha yaxşı anlada bilər. Həyatını canbazlıq edərək keçirən Süvarinin 
iki beytinə baxaq:
Halka-i zülfünde can u dil muallaklar döner
Birbirine karşı oynar, san  iki canbazdur.
194
Aşiqlərin sevgilisinin saçından asılması çox rast gəlinən bir 
bənzətmədir. Amma bunu qarşı-qarşıya oynayan iki canbaza 
bənzədilməsi ilə iki beytdə verilən halqa, muallak (havada qalan), 
dönmək, oynamaq və canbaz sözlərini  sənətin təsirindən başqa nə 
ilə əlaqələndirmək olar.
193
 “Künhü′l-ahbâr′ın Tezkire Kısmı” (Haz. Mustafa İsen), Ankara 1994, s.195.
194
 Səhi Bəy “Tezkire”, İstanbul 1980, s. 208.

178
Yenə Səhidə oxçuluqda tanınan Qəribidən söz açılarkən verilən 
nümunəyə baxaq:
Tir-i ahumdan sakın kim kametüm yay eyledün
Gafi l olma dostum tir-i kemanumdan benüm
195
 Beytdə adı çəkilən tir, yay və kaman sözləriylə verilən təşbehləri 
yenə sənətin yaratdığı təsirlə izah etmək olar. Şübhəsiz ki, bu təbii 
bir prosesdir. Çünki insan istifadə etdiyi bənzətməni gündəlik 
həyatından götürməyə məcburdur.
Yekunlaşdırmalı olsaq, statistik məlumatlara əsaslanıb verdiyimiz 
divan  şairlərinin toplumun müxtəlif təbəqələrindən ibarət olması 
ilə yanaşı, daha çox orta sinfi n nümayəndələrindən təşkil olduğunu 
deyə bilərik. Ancaq hər təbəqədə öz hakim rəngi olan Osmanlı 
mədəniyyəti, bu fərqli hissələri öz fonunda əks etdirərək bir tam 
halına salmış və şairlərin də eyni  formada, bir-birinə bənzər əsərlər 
yazmasına rəvac vermişdir. 
(*Yazı”Milli egitim”Ankara1989.s.83,s.35-41-da dərc olunub).
195
 Həmin əsər, s.201.

179
Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin