Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə20/26
tarix01.12.2016
ölçüsü2,76 Kb.
#537
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

ZEHNİ. Riyazi və Faizi təzkirələrində adı  çəkilən bu şair 
haqqında hər iki təzkirəçi qısa şəkildə bir məlumat vermişdir. Şairin 
Ərzurumda doğulduğu, Əhizadə Əbdulhəlim Əfəndinin xidmətində 
olub, müdərrislik etdiyi bu qısa məlumatların arasında yer alır. 
Zehni 1021/1612-ci ildə  vəfat etmişdir. Yüzilliyin xronolji sıra ilə 
gələn ikinci şairi NƏFİDİR. Bu təsnifatda bütün tərəfl əri ayrılıqda 
işıqlandırılan Nəfi nin  həyat və yaradıcılığı haqqında yeni bir şey 
söylənilmir.
Əsrin üçüncü şairi ŞANİDİR. Gufti təzkirəsində yer verilən şair 
haqqında təzkirəçi, o biri şairlərdə olduğu kimi qısaca məlumat 
vermişdir. “Ərzurumda doğuldu.  Şeirləri gözəl və axıcıdır. Tarixi 
əks etdirməsi ilə diqqəti cəlb etmişdir. 1051/1641 tarixində  vəfat 
etmişdir.” Şair haqqında əlimizdə olan məlumat budur.
Yüzilliyin xronoloji sırasında yer alan üçüncü şair  ABİDİR
Yümni və  Əsrar Dədə  təzkirələrinin verdiyi məlumatlara görə 
Abi, Yeniçəri  şairlərindən olub Ərzurumda doğulmuşdur.  Şairin 
1077/1666-cı ildə vəfat etdiyi bildirilir.

275
XVII  əsrin alim, şair və tarixçilərdən biri olan Ərzurumlu 
MÜLHƏMİDİR.  Əsl adı  İbrahim olan bu şair dövründə 
Canboladzadə xocası olaraq tanınmışdır. IV Murada şahnaməçi 
təyin edilmişdir. 1060/1650-ci ildə İstanbulda dünyasını dəyişmişdir. 
Osmanlı  təzkirə müəllifl əri Mülhəminin tarix əsərlərindən başqa 
divanının da mövcud olduğunu söyləyirlər.
Təzkirələr XVIII yüzillikdə beş  Ərzurumlu  şairdən söz açırlar. 
Bunlardan birincisi mütəsəvvüf şair İbrahim Həqqinin xocası olan 
Hazik Səyyad Məhməd  Əfəndidir. Təhsilini  Ərzurumda başa 
vurduqdan sonra müdərris olmuşdur. Ərzurum müftiliyinə getmişdir. 
Bəzi dini əsərləri ilə yanaşı, mürəttəb divanı da vardır.  Şair divan 
şeirinin klassik formasında mükəmməl nümunələr yaratmaqla 
bərabər, şeirlərində məişət ünsürlərinə də  yer vermişdir.
Erzurum ab u tabın nev bahar olsun da gör
Çeşme-sar-ı çeşm-i pinhan aşikar olsun da gör
Və ya: 
Bir az da mütedil olsa şifası Erzener-rumun
Nicə inkar olur ab u hevası Erzener – rumun
XVII yüzilliyin ən tanınmış  şairi isə sözsüz ki, İBRAHİM 
HƏQQİDİR  (1703-1780). Həyatı haqqında hər yerdən asanlıqla 
məlumat əldə etmək mümkün olan bu dəyərli mütəfəkkir, mütəsəvvüf  
şair haqqında bir çox diqqətçəkən xüsusiyyətlər açıqlanmışdır. 
İbrahim Həqqi də  Nəfi  kimi Həsənqalada doğulmuşdur. Mədrəsə 
təhsilini tamamladıqdan  sonra təsəvvüfə meyl etmişdir. Elm və 
düşüncələrini öz üzərində təcrübədən keçirən insanın nəfsi ilə idarə 
olunmasının mümkünlüyünü irəli sürənlərdəndir. Tilloda ölən və 
orada dəfn edilən şairin ən məşhur əsəri “Mərifətnamə”sidir.
Yüzilliyin başqa bir şairi isə ƏDİBDİR. Səfayi, Səlim. Ramiz və 
Əsəd Əfəndi təzkirələrində adı çəkilən  şair haqqında bu məlumatlar 
vardır:  Ərzurumda doğulub.  Əsl adı Mahmuddur. Təhsilini başa 
vurduqdan sonra hakimlik etmişdir. 

276
RÜXSAT. XVIII yüzillikdə yaşamış olan bu şair də Ərzurumda 
doğulmuşdur. Səfayi və Səlimdə qeydə alınan məlumatlara görə, əsl 
adı Məhməddir. İstanbulda təhsil alıb. Yaxşı yazı qabiliyyəti olduğu 
üçün divan katibi təyin edilmişdir.
XVIII yüzilin təzkirələrinə daxil olmuş son Ərzurumlu  şair 
ƏZİZDİR. Yalnız Səlimin təzkirələrində verilən bu şair haqqında 
məlumatlar çox azdır.  Əsl adı  Əbdüləziz olub, Ərzurumzadə 
ləqəbiylə tanınmışdır.
XIX  əsrdə  Ərzurumlu doqquz şairlə qarşılaşırıq. Bunların ilki 
olan  ƏSƏD AĞA haqqında Arif Hikmət təzkirəsində  “Ərzurum 
gömrükçüsü Əsəd Məhməd Ağadır” şəklində qısa məlumat verilir. 
Yüzilin ikinci şairi  KƏMALİ  ƏLİ  haqqında Fatihin verdiyi 
məlumatlar isə bu şəkildədir: “Ərzurumlu Timur Fənni  Əfəndinin 
oğludur.  Ərzurumda doğulub. Bəzi valilərin və  dəniz kapitanı 
Xəlil Rifət Paşanın katibliyini etmişdir. 1234/1818-19-cu ildə 
vəfat etmişdir. Ədəbi şöhrətini daha çox nəsr sahəsindəki əsərlərilə 
qazanmışdır. 
Yüzilliyin başqa bir şairi olan MÜBARƏK  də  Ərzurumda 
doğulub.  Əsl adı Mustafadır. Yazısının gözəlliyi ilə diqqət çəkmiş 
bir şair olmuşdur. (A.Hikmət)
Yenə  də Arif Hikmətin qeyd etmiş olduğu  şairlərdən biri olan 
NƏDİM də bu yüzilin Ərzurumda doğulmuş gənc yaşlarında vəfat 
etmiş şairidir.
Şair  PƏRTÖV  də bu yüzilliyin Ərzurumda doğulan 
şairlərindəndir. Əsl adı İbrahim olub, İbrahim Ədhəm adıyla tanınan 
bu  şöhrətli  şairin gəncliyi Trabzonda keçmişdir.  İstanbula gedərək 
sədr-i ali mərtəbəsində xəlifə və Xəlil Paşaya divan katibi olmuşdur. 
Valiliyə  qədər yüksəlmişdir. 1289/1873-cü ildə Kastamonuda vali 
işlədiyi zamanlarda vəfat etmişdir. 
RÜŞTİ təxəllüsü daşıyan iki Ərzurumlu şair də bu yüzillikdə rast 
gəldiyimiz şairlər sırasındadır. Bunlardan biri Ərzurumlu Məhməd 
Rüşdi Paşadır. Dövlət adamları yanında  şeiri və  nəsriylə tanınan 
şairin nəqşbənd olduğunu  Fatin xəbər verir.
Eyni təxəllüsü götürmüş başqa bir şair isə Ərzurumda doğulmuş 
olan  İBRAHİMDİR. Çələbizadə  Məhməd adlı bir alimin oğlu 

277
olan  İbrahim Rüşdi təhsilini başa vurduqdan sonra fətva-xanədə 
danışməndlik etmişdir.
XIX əsrin son şairi TAİB haqqında məlumat verən qaynaq Arif 
Hikmət təzkirəsidir. Digər şairlər kimi onun haqqında da məlumat 
azdır. Onun Ərzurumda doğularaq əsl adının İsmayıl olması ilə bu 
məlumat başa çatır.
Yuxarıda adı çəkilən, başqa sözlə ifadə etsək, Ərzurumun divan 
ədəbiyyatına vermiş olduğu  şairlərin sayı 19-dur. Daha əvvəl bu 
mövzuda “Ərzurum Şairləri”adlı bir əsər yazmış Z.Fəxri Fındıkoğlu 
bir hissəsi şifahi xalq ədəbiyyatına aid olan, bəzilərinin isə Bayburt 
vilayətində doğulmuş olduqlarını izah edərək on altı şairin bu ölkəyə 
aid olduğunu əks etdirmişdir. Bizim adlarını çəkdiyimiz Abi, Əziz, 
Ədib,  Əsəd Ağa, Kəmal  Əli, Mübarək, Nədim, Rüxsət, Rüşdi, 
Şani, Taib və Zehni kimi şairlər bu araşdırmada yoxdur.
Bura qədər verilmiş olan dəyərləndirmələrin nəticəsinə baxmış 
olsaq, belə deyə bilərik : Anadolunun  başqa yerlərinə nisbətən daha 
erkən sayıla biləcək bir çevrədə müsəlmanların, qısa bir müddət 
sonra da müsəlman türk dövlətinin  əlinə keçməsinə baxmayaraq, 
Ərzurumda XIV yüzilliyin sonuna qədər hər hansı bir türk şairinə 
rastlaşmırıq. Bu dövrdə qarşımıza çıxan qazi Dərir ömrünü 
Ərzurumdan kənarda keçirmiş,  əsərlərini oralarda yazmışsa da 
yetişdiyi çevrənin dil özəlliklərini öz yazılarında  əks etdirmiş bu 
ərazidən olan ilk şairdir.
XV və XVI yüzilliklərdə Ərzurumlu olduğu söylənilən şairə rast 
gəlinmir. Bunun səbəbi aydındır. Daha əvvəl anladıldığı kimi, bu 
dövrlər şəhər və ətrafının ən qarışıq bir dövrüdür. Sabitliyin olmadığı 
yerdə elm və mədəniyyətin inkişafının gözlənilməsi isə absurddur. 
Osmanlı himayəsinə daxil olduqdan sonra dinclik əldə edən 
Ərzurum XVII yüzillikdə Zehni, Şani, Abi, xüsusilə  də divan 
şairlərinin zirvəsi olan Nəfi ni yetişdirərək  ədəbiyyata  böyük töhfə 
vermişdir.
XVIII əsrdə Osmanlı mədəniyyətinin şəhərlər tərəfi ndən inkişafı 
fasiləsiz olaraq davam etmiş və  güclü bir mərkəzçilik yaratmışdır. 
Bununla bərabər ətrafdakı ucqar bölgələrə öz içindən idarə olunmaq 
müstəqilliyi verilmiş  və bu da orada yetişən  şairlər üçün əlverişli 

278
şərait yaratmışdır. Hazik, İbrahim Həqqi, Ədib, Rüxsət və Əziz 
bu yüzillikdə Osmanlı  şeir dünyasının mozaikasını  zənginləşdirən 
Ərzurum şairləridir. Bunların arasında İstanbulla əlaqə yaratmadan 
bölgənin yetişdirdiyi  elmi və ədəbi çevrədə  iki qiymətli  klassik 
əsər vermiş olan Haziklə, klassik təsəvvüf tərənnümündən ustalıq və 
orijinallıqla istifadə edən İbrahim Həqqini xüsusi qeyd etmək olar. 
XIX  əsr  Ərzurum  şairləri sayca çox olsalar da, keyfi yyət 
baxımından  əhəmiyyət kəsb etməyən bir formaya malikdirlər. 
Burada təəccüblü heç nə yoxdur. Hər hansı bir orijinal əsər modeli 
ortaya qoymadan, qaydaları əvvəlcədən bəlli olan klassik ölçüdə əsər 
yazan şairlər bu yüzilliyin ədəbiyyat tarixində sayca xeyli çoxdurlar. 
Əsəd Ağa, Kəmal Əli, Mübarək, Nədim, Rüşdilər və Taib bu formanı 
davam etdirən təmsilçilərdir.
Pərtöv isə XIX yüzilliyin dualizmi arasında çırpınan 
ziyalılarımızın bir nümunəsidir.
Burada qaynaqların işıqlandırdığı adlara nəzər salmağımıza 
baxmayaraq Fındıkoğlunun “Ərzurum  şairləri” adlı  əsərində XIX 
əsr divan şairləri çərçivəsində qeyd etmiş olduğu Natiqi və Siraci 
adlı iki şairi də nəzərə almaq istəyirik. 
Bu iki ad daxil edilərsə, Ərzurum divan şairlərinin sayı 21-ə çatar. 
Qeyd etmək lazımdır ki, bu sayın yazının əvvəlində göstərilmiş olan 
Ərzurumun mədəniyyət mərkəzi olmaq baxımından onunla eyni 
mövqeyə sahib olan şəhərlərlə müqayisədə aşağı səviyyədə olduğu 
müəyyən edilir. Məsələn: Ərzuruma İstanbulla uzaqlığı baxımından 
və başqa xüsusiyyətlərinə görə oxşar olan Diyarbəkir hardasa 
Ərzurumdan on qat çox şairə sahibdir. Daha fərqli mövqelərə malik 
şəhərlərlə müqayisə edildikdə də bu fərq Ərzurumun əleyhinə olaraq 
kəskin şəkildə dəyişir. 
Burada bu durumun nədən belə olmasının səbəblərini izah 
etməyəcəyik. Amma şəhərin Osmanlı dövlətinə gec daxil olması və 
sərhədlərinin sürətli şəkildə pozulması da bunun səbəblərindən biri 
kimi izah edilə bilər.
Yalnız heç bir izaha ehtiyacı olmayan bir fakt var ki, bu da Nəfi nin 
adı  çəkilən  Ərzurum  şairləri içində  ən yüksək mərtəbəyə layiq 
olmasıdır. Doğrudan da, “Siham-ı-qəza” şairi dilinin mükəmməlliyi, 

279
ifadə gücü, qəsidə  və  həcvə  gətirmiş olduğu yeni ölçülərlə yalnız 
Ərzurumun deyil, bütünlüklə Türk divan şeirinin  ən böyük 
ustadlarından biridir. 
(*Yazı divan şairi Nəfi nin vəfatının  350-ci ildönümünə həsr 
olunmuş (Ərzurum, 2 may 1985),  “Türk Edebiyatı”s.140(1985). s. 
24-26-da dərc olunub).
             
           İstifadə edilən ədəbiyyat: 
1. 
“Tezkirelere Göre Divan Edebiyatı  İsimler Sözlügü”. 
Ankara, 1988.
“İslam, Türk, Diyanet Vakfı İslam Ansiklopedileri” ilə “Türk Dili 
ve Edebiyatı Ansiklopedisi”nin əlaqədar maddələri. 
 

280
ƏDƏBİYYAT TARİXİMİZDƏ BAĞDAD*
D
ünyada mövcud olan şəhərlərdən bir qismi ərazisinin, yaxud 
da bağlı olduqları  mədəniyyətlərin ehtiyacını ödəməsi ilə 
önəm qazanan, bu ehtiyacın azalmasıyla  əlaqədar olaraq sıradan 
biri olan mərkəzlərə çevrilən şəhərlərdir. Başqa bir qrup şəhərlər isə 
öz əlverişli mövqelərinə görə həmişə gündəmdə olan şəhərlərdir və 
dəyişən fərqli mədəniyyətlər onların əhəmiyyətlərini nəinki azaltmış, 
əksinə onların daha da inkişaf etməsinə qaynaq olmuşdur. Dünyada 
bu xüsusiyyətli  şəhərlərin sayı çox deyil. Belə  şəhərlərə nümunə 
olaraq Paris, London, Qahirə və Şam kimi şəhərləri göstərmək olar. 
Bağdad da belə şəhərlərin siyahısına daxildir. 
VIII yüzillikdə Abbasi xəlifəsi Əbu Cəfər əl-Mənsur tərəfi ndən 
qurulduğu gündən bəri Bağdad, İslam mədəniyyətinin gözü olan bir 
şəhərə çevrilmişdir. Bir çox sahələrdə idarəçilik mərkəzi olan bu 
şəhər bu özəlliyinə görə saysız-hesabsız siyasi təcavüzlərə  məruz 
qalmış, bir neçə dəfə yandırılaraq yerlə-yeksan edilmişdir. Ancaq hər 
dəfə də yenidən inşa edilərək öz əvvəlki vəziyyətinə gətirilmişdir. 
Bu siyasi şəraiti ilə bərabər Bağdad  bir mədəniyyət mərkəzi olaraq 
böyük marağa səbəb olmuşdur.  İslam mədəniyyətinin yaradıldığı 
dövrü Bağdad adı ilə adlandırsaq mübaliğəyə yer verilmiş olmaz. 
Hənəfi   və  Hənbəli məzhəbləri burada yaranmışdır.  Şəhərdə erkən 
dönəmlərdən etibarən xeyli  sayda kitab mağazaları vardır. Şairlər, 
alimlər,  şeyxlər hesaba gəlməyəcək qədər çoxdurlar. Bu üzdən də 
şəhər haqqında çoxlu sayda monoqrafi yalar  qələmə alınmışdır. 
Bunların  ən məşhuru Xətib  əl Bağdadinin “Tarixi- Bağdad” adlı 
əsəridir. 
Osmanlı dövlətinin  əlinə keçməzdən  əvvəl də Türk tarixində 
önəmli yer tutan Bağdad, xüsusilə Anadolunun türkləşdirilməsi 
və islamlaşdırılması baxımından bu məqsədlə yola çıxan Xorasan 
ərənlərinin və bu torpaqlara köç edən başqa xalqların bir müddət 
dinclərini aldıqları  şəhər olmuşdur. Aşıq Çələbi “Məşairü-
şüəra”sında Buxaradan Anadoluya gəlmək  üçün yola çıxan  Əmir 
Sultanın Bağdadda babası Seyid Nəttanın qonağı olduğundan və 
onu da Anadoluya gəlməyə razı salıb, birlikdə yola çıxaraq Bursaya 
yetişdiklərindən uzun- uzadı söhbət açır. 

281
Bizim köhnə qaynaqlarımızda tez-tez əcəm əsilli şairlərdən söz 
açılır. Bunlar, xüsusilə  İstanbulun fəthindən sonra, buranı islam 
dünyasının  ən önəmli mərkəzi etmək məqsədiilə çoxlu sayda 
intellektualı İstanbula toplayan Fateh Sultan Məhəmmədin səyi ilə 
İstanbula kütlə halında gəlib yerləşmişdilər. Yaratdığı  əsərlərdən 
bunların çoxunun türk olduğu məlumdur. Buradan çıxış edərək Əcəm 
sözünü  İranlı  mənasından o tərəfdə olduğunu, bir etnik qurumu 
bildirmək  əvəzinə, daha çox coğrafi   bölgə  mənasında işləndiyini 
deyə bilərik. Bu baxımdan da əcəm qədim  İran imperatorluğunun 
hökmranlığı altında olan müxtəlif xalq və toplumlar mənasını 
daşımaqdadır. Bağdadda bir müddət dincəlib böyük bir ehtimalla 
Diyarbəkir üzərindən Anadoluya səpələnən, əsas hissəsi ziyalı olan 
bu insanların mühüm bir qismi də türkdür. Buradan Bağdad və 
çevrəsinin Osmanlı idarəçiliyindən əvvəl də türk dili və ədəbiyyatı 
bucağından mühüm bir mərkəz olduğu anlamı meydana çıxır. 
Türk dilinin ən böyük bayraqdarı olan Füzuli (v. 1556) Qanuni 
Sultan Süleymanın  Bağdadı  fəth etməsi zamanında (v. 1534) o 
bölgədə olmuş və başda padşah olmaq üzrə dövlətin bəzi irəli getmiş 
adamlarına qəsidələr həsr etmişdir.
Osmanlı dövləti Bağdadı 400 ilə  qədər öz idarəçiliyində 
saxlamışdır. Bu müddət  ərzində  də  şəhər Osmanlı idarəçiliyinin 
mərkəzlərindən biri olmuşdur. Sahib olduğu təməl imkanları 
baxımından da şəhər mərkəzçilik statusunu  daşıyırdı. Yetişdirdiyi 
şairlərə görə Osmanlının tanınmış şəhərləri araşdırılarsa  Bağdadın 
xüsusi çəkisi dərhal hiss ediləcəkdir
236

Bağdad yetişdirdiyi otuz beş  şairlə birlikdə Osmanlı dövlətinə 
daxil olan  birinci qrupa aid edilən mədəniyyət mərkəzlərindən 
olduğunu açıqca göstərmişdir. Burada yer alan  şairlər təzkirələrində 
yer alan isimləridir. Bu səhifədə   İbnül-Əmin Mahmud Kəmal İnalın 
“Son  əsr türk şairləri” adlı  əsəri ilə  qələm yoldaşım Dr. Məhməd 
Akkuşun bütün elm aləminə tanıtdığı “XIX əsr Bağdad şairləri”ni 
236 
 Mövzu ilə bağlı olaraq bu kitabdaki “Osmanlı Kültür 
Coğrafyasına Bakışlar” adlı məqaləmizin 171-178 səhifələrinə 
baxın.

282
ehtiva edən təzkirəsində yer alan adlar nəzərə alınmamışdır
237
. Belə 
bir dəyərləndirmə  Bağdadın yetişdirdiyi türk şairlərinin sayını daha 
da artıracaqdır. Ayrıca, Əhməd Haşim kimi daha yaxın dövrə aid 
olan çağdaş  şairlər və  aşıq  ədəbiyyatına mənsub olan şairlər də 
nəzərə alındığında Bağdadın mədəniyyət tariximizdəki yeri daha 
qabarıq şəkildə üzə çıxacaqdır. 
Şairlər təzkirəsində yer alan Bağdadlı otuz beş şairi əlifba sırasına 
görə qısaca tanıtmış olsaq qarşımıza belə bir mənzərə çıxar:
ƏBÜLƏZİZ  ƏFƏNDİ. Bağdad Mövləvixanəsi  şeyxi Yəhya 
əfəndinin oğludur. Şeirlərini Əziz təxəllüsü ilə yazmışdır. Mövləvi 
mühitində yetişmişdir. Uzun zaman səyahət etdikdən sonra İstanbula, 
oradan da Konyaya gəlmişdir. Sonra Bağdaddakı Mövləviyyəxanədə 
atasının yerinə şeyx olmuşdur. Türkcə və farsca şeirləri vardır. 
Əhməd Zərif isə  Həkim Məhəmməd  Şirazinin oğludur. O da 
atasının sənətini seçərək təhsilini bu sahədə almış və həkim olmuşdur.
ATƏŞİ. Əhdinin bildirdiyinə görə əsnaf şairlərindəndir. Alovlu 
bir təbə sahib olduğu üçün bu təxəllüsdən istifadə etdiyi söylənilir. 
Həyatı haqqında o qədər məlumat verilməyib. 
EYŞİ. Evşinin  əsl adı Hüseyndir. 1576-cı ildə Bağdaddan 
İstanbula gəlmiş və burada sadə şeirləriylə tanınmışdır.
BƏHAYİ. XVII yüzilin birinci yarısında yaşamış bir şairdir. 
Həyatı haqqında o qədər də  məlumat verilməyən  şairin bəzi  şeir 
nümunələri Kafzadə Faizi təzkirəsində qeyd edilir. 
BƏYANİ. Bəyaninin əsl adı Seydi Çələbidir. Əfdəli İsfəhaninin 
məclislərində  iştirak etmişdir. Sonra Istanbula gələrək III Murada 
çavuş oldu. Şeirlərindən bəzi nümunələr  Əhdi təzkirəsində qeyd 
olunub. 
CÖVHƏRİ. Əhdiyə görə Cövhəri Bağdadlı bir seyid ailəsindən 
gəlmiş və gənc yaşlarında vəfat etmişdir. Həyatıyla bağlı məlumatlar 
bunlardan ibarətdir.
FÜZULİ. Füzuli təkcə Bağdad və onun ətrafında deyil, bütün 
türkdilli xalqlar arasında qürur mənbəyi olan şairdir. Həyatı haqqında 
çox yerdə məlumat verildiyi üçün onun üzərində dayanmırıq. 
237
 Məhməd Akkuş, “Bağdad Civarında Yetişen Şâirler ve Hatîbi′nin Tezkiresi” ,“Yedi 
İklim”, s.76 (Mayıs 1992) s.82.

283
FAİQ. Faiqin əsl adı Əbdülkərim olub, İrana gedərək orada təzhip 
sənətini öyrənmişdir. Fatih təzkirəsində bir qəzəli qeyd olunub. 
FİKRİ. Qanuni Sultan Süleyman dövründə sarayda vəzifədə olan 
Tavil Sinanın oğludur. Ağalıq vəzifəsi ilə saraydan çıxıb atasının 
yerinə sancaq bəyi olmuş,. farsca və türkcə şeirlər yazmışdır. 
HƏQQİ BƏY. Əsgər şairlərdən olub, əsl adı Mustafadır. Bağdad  
bəylərbəyi olan Xızır Paşa ilə anlaşa bilmədiyindən Bağdadı  tərk 
edib Hindistana getmişdir. Türkcə və farsca şeirləri vardır. Bunlara 
bəzi məcmuələrdə rast gəlinir. 
HALİ. Əslən Bosniyalı bir ailəyə mənsubdur. Bağdadda yetişmiş 
və orada yaşamışdır. Sipahi şairlərindəndir. Dövründə geniş təsəvvüf 
elmiylə tanındı. Türkcə və farsca şeirləri vardır. 
HƏRİRİ  və  Əhdi  də adları xatırlanan  şairlərdəndir. Təzkirəçi 
onun  Əfdəli  İstəhaninin xidmətində durduğunu, ustad bir  şair 
olduğunu və çağdaş şairlər tərəfi ndən bəyənildiyini   söyləyir. 
XÜRRƏMİ. Təzkirə müəllifi   Əhdinin həm qohumu, həm də 
dostudur. Füzulinin heyranı idi. Onun şeirləri dilindən düşməzdi. 
Əhdi bəzi şeir nümunələrini təzkirəsində göstərmişdir.
HÜSEYNİ (v. 1577). Əhdinin qohumlarındandır. Dərviş libaslı, 
aramsız  şəkildə  gəzib dolaşan adamdı. Farsca və türkcə yazdığı 
şeirləri Əhdi təzkirəsində göstərilir.
İLMİ (v. 1612) Əsl adı Molla Hüseyn Fərahşaddır. Təhsilini başa 
vurduqdan sonra müdərrislik və naiblik etdi. İstanbula gəldi. Fateh 
Camisində verdiyi dərslərdə tanınmışdır. Misirə, ordan da Həccə 
getdi. Şamda Mövləvi şeyxi Qartal Dali Dədə ilə tanış olaraq, şeyxin 
ölümündən sonra onun yerinə keçdi. Ruhi, Səmti  və Ünsi kimi 
şairlərin yetişməsində rolu vardır.  Ərəbcə, farsca və türkcə  şeirlər 
yazmışdır. Divanı, məsnəvi şərhi və başqa əsərləri vardır.
MƏDHİ. Bağdad idarəsinin yetişdirdiyi dərviş  şairlərdəndir. 
İstanbula səyahətə gəlmiş Topxanadakı Qədiri dərgahında olmuşdur. 
Muradi  Əhdinin kiçik qardaşıdır.  Şairliyi ilə yanaşı musiqiçi 
kimi də tanınmışdır.              
MURTAZA. (v. 1721) Nəzmizadə ləqəbi ilə tanınmışdır. Təhsilini 

284
başa vurduqdan sonra Bağdad dəftərxanasına ruznamə xəlifəsi təyin 
edilmişdir. Mürəttəb divan sahibidir. Ayrıca tarixi, “Təzkirətül-
Övliya”sı və “Siyər” zeyli vardır.
RİNDİ. Əhdinin qohumlarından biri olub, Əhdinin təzkirəsində 
divan sahibi olduğu bildirilir.
RUHİ. (v.1605) Füzulidən sonra bu dairənin yetişdirmiş olduğu 
ən qiymətli  şairdir.  Əslən o da Bağdaddan olmayıb, Bağdad 
bəylərbəyi Ayas Paşanın idarəsindəki vəzifəlilərdən birinin oğludur. 
Əsl adı Osman olub Ruhi ləqəbli o biri şairlərdən seçilmək üçün 
Bağdadlı Ruhi ləqəbini götürmüşdür. Şeirləri böyük bir divan təşkil 
edəcək qədərdir. Bu şeirlər səmimiyyəti, sadəliyi, söz oyunlarından 
uzaq olması  və özünəməxsus lirizmi ilə klassik şeir üslubumuzun 
içində özünü asanlıqla təsdiq etmişdir. Ancaq Ruhini əbədi yaşadan, 
onu tamamilə ifadə edən şeiri  tərkibbənddir. O, bu şeirdə dünyanın 
keçici olduğunu, insan həyatının həmişə eyni  formada keçmədiyini 
ortaya qoyur. Müvəqqəti olan nə varsa bunlara da tüpürərdi. “Bu 
gerçəyi anlamayanları, tamaha qapılanları, şöhrət ardınca  qaçanları, 
zalımları, riyakarları, öz xeyrləri üçün ibadət edərək özlərini 
göstərənləri zərif bir ironiya ilə verərək, kobudluq etmədən ictimai 
məsələlərə toxunan bir həcv şairi kimi tanınmışdır.” Bu xüsusiyyətlərə 
görə  tərkibbənd çox sevilmiş  və dövründən başlayaraq bu şeirə 
yüzlərcə  nəzirə yazılmışdır. Ayrıca, Ruhinin bu təcrübəsi sonralar 
tərkibbənd formasına da təsir etmiş və artıq şairlər sosial həcv olaraq 
qələmə aldıqları şeirləri bu nəzm formasında yazmağa başlamışdır.
SƏDRİ.  Əsl adı  Məhməddir və  təsəvvüf  şairlərindəndir. 
İstanbula gələrək Xəlvəti şeyxi Məhməd Nəzmiylə dostluq etmişdir. 
Mihaliçdə Bülbül Xatun təkkəsinə  şeyx təyin edildi. Dövrünün 
hörmətli vaizlərindən biri olmuşdur.II Mustafanın rəğbətini qazanıb  
sultan vaizi olmuşdur.
ŞEFKƏT.  Əsl adı  Əbdülfəttahdır. Bir müddət Krım xanlarının 
yanında, daha sonra da Əfl ak  və Boğdan bəyləri katibliyində 
çalışmış, işdən getdikdən sonra Kuruçeşmədə tənha bir ömür sürmüş 
və orada ölmüşdür. Divançası,  təzkirəsi və “Hədiqətül – vüzəra”ya 
zeyli vardır.

285
VALİHİ. Təhsilini tamamladıqdan sonra katib işləmişdir. Nəsr 
və müammada ad çıxarmış bir  şairdir. Türk və fars dilində yazılmış 
şeirləri vardır.
VASİF (v.1806) daha çox tarixçi kimi tanınmışdır.  Əsl adı 
Əhməddir. Bağdad alimlərindən olan Əbubəkr Əfəndinin oğludur. 
Bir müddət vali şöbələrində çalışdıqdan sonra dövlət tarixçisi və 
onun ardınca da kitabxana rəisi oldu. Tarixi divançası və “İspaniya 
səfərnamə”si vardır. 
ZƏMİRİ.  Əhdinin məlumatına görə, Zəmiri Ağqoyunlu 
şairlərindəndir. Həyatının bir hissəsini Hələbdə keçirmişdir. Əhdinin 
başqa bir məlumatına görə  məsnəvi ustası olmuş  və “Yusif və 
Züleyxa”nı yazmışdır. 
ZAYİİ. Bu şair,  Əlişir Nəvai heyranlarından olmuş, çığatay 
dillərində şeirlər yazmışdır.
ZEHNİ. Zehni də Bağdadın tanınmış  şairlərindən biridir. Əsl 
adı  Əbdülqədirdir və  Nəcəfzadə  ləqəbi ilə tanınmışdır.  İstanbula 
gələrək Qazi Giray tərəfi ndən bəzi vəzifələrə  təyin edilmiş, bir 
müddət Konyada qaldıqdan sonra Bağdada qayıtmış və orada vəfat 
etmişdir. Türkcə və farsca şeirləri və rəvayət edildiyinə görə “Yusif 
və Züleyxa” adlı məsnəvisi vardır. 
Bu  şairlərə  əlavə olaraq barələrində ancaq  adları Bağdadda 
doğulduqlarından qeyri  heç bir məlumat verilməyən başqa şairlərin 
də adlarını qeyd etmək istəyirəm: Sadiq, Əhdinin atası olan Şəmsi
Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin