Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN



Yüklə 2.76 Kb.
PDF просмотр
səhifə19/26
tarix01.12.2016
ölçüsü2.76 Kb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

SƏDULLAH PAŞA.  Şair və siyasət adamı olan Sədullah 
Rami Paşa XIX əsr  şairlərinin içində adı  çəkilən  Əsəd Müxlis 
Paşanın oğludur. Atasının vali işlədiyi  Ərzurumda anadan olmuş 
(1838), təhsilini  İstanbulda tamamlamışdır. Xüsusi seçilmiş bilikli 
müəllimlərinin sayəsində  şərq və  qərb dünyasına aid zəngin bir 
mədəniyyət xəzinəsinə sahib olmuşdur. Həmişə mühüm vəzifələrdə 
çalışmış, nazir işləmişdir. V. Muradın taxta çıxmasından sonra 
Mabeyn Baş katibi olmuşdur. Berlin və Vyanada səfi r  işləmişdir. 
Avropada intihar etmişdir (1891). Cənazəsi  İstanbula gətirilərək 
Sultan Mahmud  türbəsində dəfn edilmişdir. Sədullah Paşa Tənzimat 
dövrünün tanınmış  ədiblərindən biridir. Şeir yazmaqla bərabər, həm 
də  dövrünün tanınmış nəsr ustalarından biri idi. “XIX əsr” adlı şeiri 
yeni insan düşüncəsinin, həyata və insana yeni baxış formasının ən 
gözəl nümunəsidir.
Sədullah Paşa, Tovfi q Fikrət və Bəşir Fuadda əks olunan pozitiv 
formanın ölkəmizdə ilk təmsilçisi olmuşdur.
SÜHEYLİ.  Ankarada doğulub.  Əsl adı Mustafadır. Təhsilini 
başa vurduqdan sonra müdərrislik etdi. İstanbulda vəfat etmişdir. 
Ölüm tarixi mənbələrdə 1599 və 1602 olaraq göstərilmişdir. 
TƏLƏTİ. Tələtinin əsl adı Hüseyndir. Təhsilini İstanbulda başa 
vurmuş  və Bostanzadə  Əfəndiyə mülazim olmuşdur. Həyatının 
bundan sonrasını hakimlik edərək keçirmiş, 1665-ci ildə  vəfat 
etmişdir.

263
VƏLİ. Vəlinin əsl adı Əbdurrahman olub, Nəfəszadə ləqəbiylə 
tanınmışdır. Bir imamın oğludur və  təhsilini başa vurduqdan 
sonra Minkarizadə  Yəhya  Əfəndiyə mülazim olmuşdur. Müxtəlif 
şəhərlərdə müdərris və hakim olaraq işlədikdən sonra, Anadolu 
Qaziəsgərliyi vəzifəsinə təyin edilmişdir. 1696-cı ildə ölmüşdür. 
Xatırladım ki, türk şairi olmamasına baxmayaraq, Ankaralı 
şairlərdən söz açdıqda  insanın ağlına gələn adlardan biri də İmrül 
- Qeys adıdır. Bu şöhrətli  ərəb  şairi də Ankara torpağının altında 
uyumaqdadır.
(*Yazı “Yedi iklim” İstanbul 1994 s.56 s.72-75-də dərc olunub).
                          İstifadə olunan ədəbiyyat:
“Tezkirelere Göre Divan Edebiyatı  İsimler Sözlügü” Ankara 
 
1988.
“İslam, Türk Diyanet Vakfi  İslam Ansiklopedileri” ile “Türk Dili 
ve Edebiyatı Ansiklopedisi”nin əlaqədar maddələri. 

264
TOKATIN OSMANLI MƏDƏNİYYƏTİNDƏ YERİ 
VƏ TOKATLı  ŞAİRLƏR*
H
ər mədəniyyətin fərqli bir şəhər anlayışı vardır. Bu yalnız 
üslub baxımından deyil, həyat tərzi baxımından da gözə 
çarpan bir faktdır. Hətta eyni şəhər bir neçə  mədəniyyət növünün 
beşiyi olmuşsa da, bu qolları ayıran zaman hər birində bir  fərqli şəhər 
mədəniyyəti meydana çıxır. Bu hal yalnız mədəniyyət sahəsində 
deyil, siyasət sahəsində də müşahidə olunmaqdadır. Mənsub olduqları 
fərqli mədəniyyətlərin tələb etdiyi şəkildə dəyişilərək inkişaf edən 
şəhərlər, bu mədəniyyət sahələrinin ehtiyac və tələblərinin azalması 
ilə də sıradan biri olan şəhərə çevrilir. Tokat şəhəri, xüsusilə bu son 
vəziyyəti özündə  əks etdirən  şəhərlərdən biridi. Danışməntlilər, 
Səlcuklular, Hakim Bürhanəddin zamanında və  Osmanlıların ilk 
illərində  olduqca önəmli mərkəzlərdən biri olan şəhər,  sonralar bu 
əhəmiyyətli yerini itirmişdir.
Osmanlı dövlətinin ilk illərindən əmirliklə idarə olunan Tokat, II 
Murad dövründə bəylərbəylik, sonralar sancaq bəyliyi, 1538-ci ildə 
voyvodalıq oldu. 
1617-ci ildə Validə Sultana aid mülk, 1863 ildə  Sivasa bağlı əvvəl 
bucaq, sonra ayrıca vilayət  olan Tokat, 1880-ci ildə mutasarrifl ik 
(sancaqla vilayət arasında olan idarəçilik) vəziyyətinə düşdü.
Tokatın siyasi baxımdan yüksəliş və enməsini eyni şəkildə mədəni 
həyatında da müşahidə etmək olar. 
Yetişdirmiş olduğu on dörd şairlə Osmanlı  mədəniyyətində 
tutduğu yerə görə iyirmi doqquzuncu sırada yer alan Tokat bu əlverişli 
yerinə İznik və İsparta kimi qədim bir mədəniyyət şəhərlərindən biri 
olmasına borcludur. Şəhərin  yetişdirmiş olduğu bu  on dörd şairdən 
yeddisi XVI yüzillikdən  əvvəlki illərə  təsadüf edir. Buna görə  də 
XVI yüzilliyə  qədərki dövr üçün tərtib edilən sıralamada Tokatın 
yeri birdən-birə on ikinci yerə qalxır. Bu yüksəlişin  əsasında isə 
şəhərin XVI yüzillikdən  əvvəlki dövrlərdə malik olduğu  əlverişli 
mövqeyinin durması təbiidir. 

265
Osmanlı dövlətinin inkişaf edən elm və  mədəniyyət sahəsinə
nəzər salarkən dövrün idarəetmə sistemiylə birlikdə, genişlənib 
böyüyən ocaqlarından olan mədrəsələrə  də xüsusi yer vermək 
gərəkdir.
Fatehin İstanbulu bütün sahələr üzrə islam dünyasının mərkəzinə 
çevirmək  məqsədilə bu şəhərdə tikdirdiyi böyük mədrəsə və onun 
ardınca müxtəlif padşahların burada inşa etdirdikləri irili-xırdalı 
çoxsaylı  mədrəsələr, mədəniyyətin  əsas nüvəsi olan əhəmiyyətli 
nöqtələri kiçik və dağınıq  şəhərlərdən birbaşa mərkəzə daşıdı. 
Buna baxmayaraq Diyarbəkir, Bağdad, Bursa, Ədirnə, Qahirə, 
Ərzurum, Selanik, Saraybosna kimi şəhərlərlə birlikdə  Şahzadə 
sancağı olan Kütahya, Manisa, Amasya və Trabzon kimi şəhərlər 
də müəyyən vaxtlara qədər öz mövqelərini qoruyub saxlaya bildilər.  
Əbdürrəhman Hıbrının “Ənisül müsamir”i, Əhdinin “Gülşəni-
şüəra”sı, Akifi n “Mirati- şiri”, Əli Mustafanın “Künhül-əxbar”ı, Arif 
Hikmətin təzkirəsi, Asimin “Zeyli-zübdətül-əşar”ı, Aşıq Çələbinin 
“Məşairüş-şüəra”sı, Bəliğ İsmailin “Nuxbətül-əsər”i və “Güldəsteyi-
Riyazi- İrfan”ı, Bəyani təzkirəsi, Əsrar Dədənin “Təzkireyi-  şüərayı- 
mevləviyyə”si, Faizinin “Zibdətül-əşar”ı, Fatinin “Xatimətül-əşar”ı, 
Güftinin “Təşrifətüs-şüəra”sı, Həsən Çələbinin təzkirəsi, Lətifi  
təzkirəsi, Mücibin təzkirəsi, Səfayı təzkirəsi, Səlim təzkirəsi, Səhinin 
“Həşt-behişt”i, Şəfqətin təzkirəsi və Yümninin təzkirəsindən ibarət 
olan 27 əsər, başqa sözlə desək, Anadolu mühiti türk ədəbiyyatında ilk  
yazılan Səhinin “Həşt-behişt” təzkirəsindən klassik təzkirə növünün 
son nümunəsi hesab olunan Fatinə  qədər olan  əsərlərin hamısı 
gözdən keçirilərkən gəldiyimiz nəticələrə görə türk ədəbiyyatına 
dair şair yetişdirən mərkəzlər aşağıdakı şəkildə sıralanır:
1 – İstanbul :  
609
2 – Bursa :   
156 (16 yy – 40)
3 – Ədirnə :  
150 (16 yy - 50)
4 – Konya :  
69
5 – Diyarbəkir  :   40 (16 yy - 1)
6 – Kastamonu :   36 (16 yy - 23)
7 – Bağdad :  
35 (16 yy - 2)
8 – Gelibolu :  
30 (16 yy - 11)

266
9 – Kütahya :  
24 (16 yy - 1)
10 – Bosniya :  
26 (16 yy - )
11 – Antep  :  
26 (16 yy - 1)
12 – Buxara :  
26
13 – Sərəz :  
21 (16 yy - 10)
14 – Manisa :  
20 (16 yy - 2)
 15 – Vardar Yenicəsi  : 20 (16 yy - 10)
16 – Bolu :   
19 (16 yy - 3)
17 – İsparta :  
19 (16 yy - 2)
18 – Üsküp :  
18 (16 yy - 15)
19 – Amasya :  
17 (16 yy - 10)
20 – Aydın :  
17 (16 yy - 7)
21 – Manastır :  
17 (16 yy - 6)
22 – Rumeli :  
17 (16 yy - )
23 – Ərzurum :  
16 
24 – Filibə :  
16 (16 yy - 11)
25 – Selanik :  
16 (16 yy - 11)
26 – Sofya :  
16 (16 yy - 3)
27 – Ankara :  
16 (16 yy - )
28 – Trabzon :  
15 (16 yy - 6)
29 – Tokat :  
14 (16 yy - 5)
30 – Belqrad :  
11 (16 yy - 5)
31 – İznik :  
11 (16 yy - 10)
32 – Kayseri : 
11 (16 yy - 1)
Başqa  şəhərlərin üstündən keçməklə Tokatın  ədəbiyyat tarixi 
üzərində dayanaraq bəzi araşdırmalar aparaq. Qeyd edim ki, 
araşdırmanın mövzusu divan şairləriylə bağlı olacaqdır. Göründüyü 
kimi yetişdirdiyi şair sayına görə Tokat, Türkiyənin bir çox önəmli 
mərkəzlərindən irəlidədir. Yaxın çevrədən yalnız Amasya ondan 
irəlidədir, qalan başqa şəhərlər ondan xeyli geridədir. Təzkirəçilərin 
Tokatlı olaraq göstərdiyi ilk şair Məlihidir. Təzkirələrə daxil olan 
Tokatlı şairlərin ən məşhuru və bacarıqlısı olan Məlihinin həyatının 
əsas epizodları bunlardır: XV əsr  şairlərindəndir. Tokatda anadan 
olub. Təhsilini burada başlayıb  İranda tamamlamışdır.  İstanbula 
qayıtmış və gözəl nitqi sayəsində Fatihə müsahib olmuşdur. Padşah 

267
onsuz keçən söhbətini düzsuz yeyilən yeməyə  bənzədirdi, hər an 
yanında olmasını istəyərdi. Fəqət onun meyxanalarda şərab içməsi 
padşahın ləzzətli yeməyinin dadını qaçırdığı üçün yüksələ bilmədi. 
Ədəbiyyatımızda çox tanınan və Fateh Sultan Məhmət tərəfi ndən 
nəzirə yazılan “Gönül” rədifl i mürəbbə Məlihinindir. 
Məlihinin müasiri olan başqa bir Tokatlı  şair isə  Ləalıdır
Ədəbiyyatda  şeirlərindən daha çox macəralı  həyatı ilə  məşhur 
olan Ləalı Tokatda doğulub, ancaq şair tokatlı olmağının ona xeyir 
gətirmədiyini anlamış və İrana getmiş,  orada bir müddət qaldıqdan 
sonra əcəmiləşmiş şəkildə İstanbula qayıdır. Osmanlı ağsaqqallarına 
Molla Caminin və başqa uluların salamlarını yetirməyi də unutmur. 
Şeirləriylə və yaddaşında yığdığı yüzlərlə hekayə, beyt və lətifəylə 
diqqət çəkmiş  və padşahın məclisinə qatılacaq qədər hörmət 
qazanmışdır. Hətta padşah yeddiqüllə yaxınlığından Kılıç Baba 
təkkəsisini də  ona bağışlamışdır. Eləcə  də,  Əcəmlərə göstərilən 
hörmət və ənamlardan da yararlanaraq əməlli başlı zəngin olmuşdur. 
Amma bu qismət uzun sürmür və onun əcəm olmadığı məlum olur. 
Cəza olaraq təkkə də daxil olmaqla, əlindəkilər alınır və padşahın 
məclisindən də uzaqlaşdırılır. Bununla əlaqədar şair Mesihinin:
“Mesihi gökten insen sana yer yok
Yürü var gel Arabdan, ya acemden”
-beytilə dilə gətirdiyi şikayətləri Ləalı bu şəkildə genişləndirərək 
qələmə alır:
Olmak istesen itibara mahal
Ya Arabdan yahud Acemden gel
Gevhere kiymet olmaya kanda
Dür bahasın bula mı ummanda
Nafe ger etmeyeydi terki diyar
Olmaz idi cihanda kiymetdar

268
Söylenir nükte vü meseldür bu
Kola daim çıraq gibi karanu
Eger ademde marifetse murad 
Ne fazilet verirmiş ana bilad
Taşdan sadır oldu gerçi güher
Hardan çıkmadı mı ya gül-i ter
Rumda kellelenmesin mi Acem
Buldu bu izzeti ile çün ekrem
Acemin her biri ki, Ruma gelir
Ya vezaret ya sancak ona gelir
Gitdi bu illet ile kadr-i-kemal
Oldu arada marifet pamal
Kanı merdüm-şinas ehl-i nazar
Zat-ı insanda fehm ide gevher
Məlihi və  Ləalıyla  müasir olan və  şəxsiyyətinə görə daha 
maraqlı olan başqa bir şair və alim isə  Lütfi dir. Tənqidə  və 
satiraya çox meyl edən adam olduğuna görə “Dəli Lütfi ” ləqəbiylə 
tanınan şair Sinan Paşa və Əli Quşçunun şagirdi olmuşdur. Fatehin 
xüsusi kitabxanaçılığına gətirildi. Müdərrislik etdi. Açıq və satirik 
fi kirlərinə görə edam edilmişdir. Ərəbcə və türkcə yazdığı şeirləri öz 
şəxsiyyətini əks etdirir. 
Şəhidi bir qədər sonra söz açacağımız Valihi ilə birlikdə Yavuz 
Sultan Səlim dövrünün şairlərindəndir. Onunla birlikdə  İstanbula 
gəlmişdir. Farsca və türkcə     şeirləri vardır. 
Valihinin  Əcəmzadə  ləqəbiylə xatırlanmasında ailəsinin 
İrandan gəlmiş olması aydın olur.  Tokatda doğulmuş olan şairin 
yaşadığı dönəm də Yavuz Sultan Səlim dövrüdür. Nəcati məktəbi 
olaraq adlandıra biləcəyimiz cığırın və  Nəcati heyranlarının öndə 

269
gedənlərindən biri olan şair dükan və bazarda onun şeirlərini ucadan 
oxuyurmuş. Yazdıqlarının çoxu da Nəcatiyə yazdığı nəzirələrdir. 
XVI  əsrin başqa bir ustad şairi isə  Zaridir.  Şair təhsilini 
tamamladıqdan sonra dövrünün öndə gedən alimi Samsunzadəyə 
danişmənd olmuşdur. Xətti gözəl olduğu üçün Qanuni Sultan 
Süleyman oğlu  Şahzadə Mustafaya divan katibi təyin edilmişdir. 
Şahzadənin öldürülməsi ilə dağılan  şöhrəti ilə birlikdə özü də 
unudulub getmişdir.
XVI yüzilin son şairi yalnız Rıza təzkirəsində yer alan Məşkidir
Əsl adı  Məhməd olan şair, təhsilini tamamladıqdan sonra Divani- 
Sultanidə katiblik etmiş, 1596-cı ildə İstanbulda vəfat etmişdir. 
XVII yüzilliyin qaynaqlarında qarşımıza çıxan şairlər Səbuhi və 
Sihhatidən ibarətdir. Mövləvi təriqətinin öndə gedən şairlərindən olan 
Səbuhi 7 il Şam və Yeddiqapı mövliyyəxanəsi şeyxliklərində çalışmış 
və burada vəfat etmişdir. Məzarı mövləviyyəxanə bağçasındadır. 
Alim, loğman, şair və mütəsəvvüf olan Səbuhi, Əhməd Dədə, Nəfi , 
Fəhim və Naili kimi önəmli  şairlərin yetişməsində  də mühüm rol 
oynamışdır. Divanı və “İxtiyarati-məsnəvi” adlı əsərləri vardır. 
Səhhətiyə gəlincə isə o, Tokatda doğulmuş və əsl adı Əbdüllətifdir. 
Gəncliyində  İstanbula gələrək təhsil almışdır. Yeniçəri ağalarının 
himayəsində yaşayaraq onların bir qisminə  müsahiblik etmiş, 1692-
ci ildə vəfat etmişdir.
XVIII yüzillik Tokat ədəbiyyat tariximizə  dörd şairin adıyla əlavə 
olunmuşdur. Bunlar Lütfi , Emin, Mühibba və Kanidir. Bunlardan 
Lütfi   yalnız “Bəliğ  təzkirəsi”ndə yer alır. Buradan əldə etdiyimiz 
bilgiyə görə yeniçəri, yəni  əskər kökündən olan şairin  əsl adı 
Mustafadır. Sənətinə görə Mustafa ağa ya da Musulizadə ləqəbiylə 
tanınır. Lütfi , Yeniçəri ocağındakı piyada əskərini təşkil edən bölük 
zabitlərinə verilən rütbə olan çorbacı rütbəsinə çatmış  və 1718-ci 
ildə vəfat etmişdir. 
Başqa bir təsəvvüf  şairi olan Emin isə Diyarbəkirdən Tokata 
köçüb gəlmiş bir ailənin oğludur. Nəqşbəndi başçılarından olan şair, 
təhsilini Tokatda başa vurduqdan sonra İstanbula gəlmişdir. Zeyrək 
yaxınlığındakı Piripaşa mədrəsəsinə yerləşmiş, katiblik, Şahzadə 
Sultan Məhməd Camisində müdərrislik,  Əyub Sultan türbədarlığı, 

270
Mədinədə Hz. Peyğəmbərin türbəsində  fərraşlıq etmişdir.  Şeyx 
Əmir Buxari xanlığında şeyx olmuş və 1745-ci ildə vəfat etmişdir. 
Dövrünün tanınmış musiqi ustalarından hesab olunan şair türkcə
farsca, ərəbcə şeirlər yazmışdır. 
“Silsilenamei-məşayixi-nəqşibəndiyyə”, “Ədəb və  ərkani-
təriqati- nəqşbəndiyyə” kimi əsərləri və tərcümələri vardır. 
Muhibba adlı  şair haqqında isə yalnız Ramiz təzkirəsində 
məlumat verilmişdir. Çox qısa olan bu məlumat belədir: “Tokatda 
doğulub,  əsl adı Mustafadır. Məmur işləmək üçün getmiş olduğu 
Selanik şəhərində vəfat edib.”
XVIII yzilliyin tanınmış şairlərindən biri olan Kani isə təhsilini 
Tokatda tamamlamış, sonra Mövləvi təriqətinə daxil olmuş, uzun illər 
Tokat mövliyyəxanəsində çalışmışdır. Divan katibliyində işləmiş və 
İstanbulda vəfat etmişdir.  Ərəb, fars və türkcə  şeirlər yazan Kani 
daha çox nəsr  əsərləriylə tanınmışdır. Öz əsrinin həcv ustası kimi 
məşhir idi.  
Natladan kənar bütün əsərlərində həcvlər yer alır. 
XIX yüzilliyin təzkirələrində yalnız Safı adlı bir Tokatlı şairə rast 
gəlirik. Əsl adı Əhməd olan bu şair Kəndxudazadə Arif Əfəndidən 
dərs almışdır. Caminin Əruz risaləsinə “Cami- Müzəffər” və Xoca 
Eyni  Əfəndinin “Nəzmi-Cəvahir”inə “Ləzzi-Zəfər” adlı  şərhini 
yazmışdır. Bu məlumatlar Fatinin “Xatimətül-əşar”ından verilmişdir. 
Yekunlaşdırmalı olsaq, Tokat, Osmanlıdan  əvvəl və Osmanlılar 
hakimiyyətinin ilk illərində olduqca əhəmiyyətli yaşayış 
məskənlərindən biri olmuş və bunu əyani olaraq XVI əsrin sonuna 
qədər yetişdirdiyi yeddi şairlə və bununla əlaqədar olaraq Osmanlı 
mədəniyyətindən olan şairlərin sırasına görə on ikinci yeri tutması 
ilə sübut etmişdir. XVII yüzillikdə  şəhərin siyasi əhəmiyyətinin 
azalması ilə oradakı şairlərin də azalması müşahidə olunmuşdur.
XVIII yüzillikdə  Lütfi , Emin, Mühibba  və  Kani kimi tokatlı 
şairlər Osmanlı  şeir mozaikasının zənginləşməsində  fəal iştirak 
etmişlər. Qeyd edim ki, bu yüzillikdə Tokat şairləri sayca çox olsalar 
da, keyfi yyət baxımından heç bir əhəmiyyət kəsb edə bilməmişlər. 
Kani istisna olmaqla, o biri şairlər bu yüzillikdə hansısa orijinal şeir 
ortaya qoymadan, ənənəvi klassik şeir üslubu çərçivəsinin içində 

271
fırlanmış, özlərindən əvvəlki şairlərin yolunu təkrar etmişlər. Amma 
onu da bildirim ki, Məlihi ən yaxşı divan şairlərindən biridir.
Şəhər monoqrafi yası adlandıra biləcəyimiz belə yazılar bizdə 
demək olar ki, yox dərəcəsində hesab olunacaq qədər azdır. Mən 
bu araşdırmada şairlər təzkirəsində yer alan tokatlı şairləri bir çox 
xarakterik cizgiləriylə birlikdə sizlərə tanıtmağa çalışdım. Gələcəkdə 
bu şairlərin ayrı-ayrı əsərlərinin klassik ədəbiyyatımıza nə dərəcədə 
təsir göstərdiyinin şahidi olacağıq. 
(*Yazı Kültür Tarihimizde Tokat Sempozyumu, Bildiriler, Ankara 
1987, s.507-513-də dərc olunub).
                   İstifadə olunan ədəbiyyat:
1. 
“Tezkirelere  Göre Divan Edebiyatı  İsimler  Sözlügü” 
Ankara, 1988.
“İslam, Türk Diyanet Vakfi  İslam Ansiklopedileri” ilə 
“Türk dili ve Edebiyatı Ansiklopedisi”nin  əlaqədar maddələri

272
ƏRZURUM ŞAİRLƏRİ VƏ NƏFİ*
A
nadoluda yaranmış  elm və mədəniyyət sahələrinin təşəkkül 
və inkişafında mədrəsələrin yerini xüsusi olaraq qeyd etmək 
lazımdır. Əslində bu mədrəsələr Osmanlı dövründən əvvəl Səlcuqlular 
vaxtında bir sıra mədəniyyət mərkəzləri yarada bilmişdilər. Ancaq 
Fateh Sultan Məhmədin İstanbulu islam dünyasının mərkəzi etmək 
niyyəti ilə  burada tikdirdiyi böyük mədrəsə  və ondan sonrakı 
hökmdarların, xüsusilə Qanuni Sultan Süleymanın tikdirdiyi çoxlu 
sayda mədrəsələrdən sonra mədəniyyətin  əsas nöqtələri  ətrafdakı 
kiçik və dağınıq mərkəzlərdən  İstanbula  Ədirnə  və Bursa kimi 
şəhərlərə daşınmağa başlanmışdır. Ancaq  Konya, Diyarbəkir, 
Bağdad, Şam, Qahirə, Üsküp və bir sıra başqa şəhərlər öz mövqelərini 
qoruyub saxlaya bilmiş, öz əhəmiyyətlərini itirməmişlər. Haqqında 
danışmaq istədiyimiz Ərzurum da belə şəhərlərdən biridir.
Bu yazı, tarix boyu mədəniyyət mərkəzi olmaq missiyasını 
qoruyub saxlamağa nail olmuş Ərzurum şəhərinin ədəbiyyat tarixinə 
işıq salmaq, bu ədəbiyyatda divan şairlərinin necə təmsil olunmasını 
bir qədər açıqlamaq məqsədi daşıyır. 
Doğrudan da, şeir tarixi ilə bağlı məlumatları təqdim etməzdən 
öncə,  Ərzurumun  əsl bir müsəlman-türk  şəhəri olmasının ilkin 
səbəblərinə toxunmaq istərdim. 
Ərzurumda müsəlmanlığın təşəkkül tapması bir  çox Anadolu 
şəhərlərindən daha əvvəllərə  təsadüf edir. Şəhər Xəlifə Ömərin 
sərkərdələrindən olan İyaz Bin Canəm tərəfi ndən 638-ci ildə  ələ 
keçirilmiş və qısa bir müddətdən sonra təkrar bizans tərəfi ndən geri 
alınmışdır. Xəlifə Osman tərəfi ndən yenidən  ələ keçirilən  şəhər 
bu dəfə  əldə saxlanıla bilməmişdir.  Əməvilər zamanında yenidən 
işğal olunan Ərzurum, Abbasilər dövründə təkrar Bizansların əlinə 
keçmişdir. Bu əldən-ələ keçmələr bir müddət davam etdikdən sonra, 
1071-ci il 26 avqust Malazgirt qələbəsindən sonra bütünlüklə türklərə 
açıq  olan Anadolu ilə birlikdə Ərzurum da Səlcuqluların əlinə keçdi. 
Sultan Məlikşahın ölümüylə ortaya çıxan qarışıqlıq Ərzurumdan da 
yan keçmədi. Bir müddət Gürcüstanla müharibə aparmağa məcbur 

273
olan şəhər, Saltuklu və Anadolu səlcuqlularının hakimiyyəti altında 
qaldı. Daha sonralar isə şəhər Monqolların, İlxanilərin, Cəlayirlilərin, 
Eratna Bəyliyinin, Qaraqoyunluların  əlində qaldı. 1387-ci ildə 
Ərzuruma gələn Teymur, Qaraqoyunlu hegemonluğuna son qoydu. 
1434-cü ildə şəhərə bu dəfə də ağqoyunlular hakim oldu. Şəhər təkrar 
qaraqoyunlular tərəfi ndən alınsa da 1468-ci ildə yenidən Ağqoyunlu 
hökmdarı Uzun Həsənin əlinə keçdi. 1501-ci ildə Ərzurum bir neçə 
dəfə də Səfəvilərin  əlinə keçmişdir.
Ərzurum Yavuz Sultan Səlimin 1517-ci ildəki Misir səfərindən 
sonra Osmanlı torpaqlarına qatılmışdır. Türk dilinin işlədilməsi 
və hakim dil olması da bu dövrdən başlamışdır.  Şəhər strateji 
mövqeyini Osmanlı hakimiyyəti dövründə gücləndirməyə davam 
etdirmiş  və 1534-cü ildə  bəylərbəylik mərkəzi olmuşdur. Belə bir 
titulu doğrultmaq üçün şəhər yenidən sürətlə inşa olunmağa başladı. 
Əhalisini artırmaq üçün mərkəzlər qurulmağa başlandı. Xalqdan 
alınan vergilər aşağı salındı. 
Siyasi sabitlik iqtisadi inkişafa da yol açdı  və  şərq ilə  qərb 
ticarət yollarının üstündə yerləşən Ərzurum çox mühüm  bir ticarət 
mərkəzinə çevrildi. Bunu Daşpınar poetik dillə belə təsvir etmişdir. 
“1885-ci ildə yüz mindən çox əhalisi olan Ərzurum bu inkişafını bir 
iqtisadi təməl üzərində qurmuşdur. İran idxal və ixracının  yarıdan 
çoxunu Trabzon, Təbriz karvan yoluyla daşıyırdı və bu karvan yolu 
Ərzurumu  əsrlər boyu əşrəfi ylə,  əyanıyla, üləmasıyla,  əsnafıyla  
tam bir ortaçağ  şərq şəhəri olaraq qurulmuşdur. Bu tranzit yoldan 
hər il otuz min dəvə  və  bəlkə  də, iki dəfə bundan çox qatır keçib 
gedirdi. Bunlar Ərzurumdan keçirdi. Təbrizə gəlişində, Trabzondan 
dönüşündə  dəstəsini həmişə  Ərzurumda təhciz edir, heyvanını 
nalladır, atını yemləyir, lazım olan hər bir ehtiyatını burda ödəyirdi”
1

Bu hal özünü mədəniyyət sahəsində  də  dərhal hiss etdirmişdir. 
Övliya Çələbi “Səyahətnamə”sində  şəhərdə 110 sibyan məktəbi, 
yəni ibtidai məktəbin olduğunu göstərmişdir. XIX yüzillikdə isə 
şəhərdə 25 mədrəsənin olduğu məlumdur. Bütün bunlar Ərzurumu 
bir mədəniyyət mərkəzi kimi də tanıtmağa başlamışdır.
Ərzurumun yetişdirdiyi divan şairlərinə  gəlincə isə qaynaqlar 
Səlcuqlular dövründə burada yetişmiş heç bir şairin adını çəkmirlər, 

274
Ərzurumda doğulduğu bildirilən ilk şair  İlxanilərin, Qaraqoyunlu 
və Ağqoyunluların şəhərə hakim olduqları illərdə yaşamış olan kadı 
Dərirdir.  Əsərlərindən XIV əsrin ikinci yarısında yaşadığı  bəlli 
olan Dəririn doğum tarixi bilinmir. “Kor” mənasını bildirən “Dərir” 
təxəllüsünü anadangəlmə kor olduğu üçün almışdır. Çox iti yaddaşa 
malik olan Dərir təhsilini başa vuraraq hakim oldu. Bəlkə  də
yuxarıda göstərilən siyasi hərc-mərcliyə görə Ərzurumdan köçərək 
Misirə getmişdir. Sonra isə Hələbə köçmüşdür. Şairin sonrakı həyatı 
və harada vəfat etməsi haqqında məlumatımız  yoxdur. “Yusifi   u 
Züleyxa”, “Sirətin-Nəbi”, “Fütuhuş-Şam” və “Yüz Hədis” tərcüməsi 
kimi  əsərləri olan Dəririn dili Azəri türkcəsi ilə Anadolu türkcəsi 
arasında olan bir dildir və bu dil incəliyi, həm də lirikliyi ilə diqqəti 
cəlb etmişdir.
Qaynaqlar XV və XVI yüzilliklərdə hansısa bir Ərzurumlu şair 
haqqında məlumat vermirlər. XVII yüzilliyin sabitlik qazanmış 
Osmanlı Ərzurumunda dörd şair maraq doğuraraq gələcək nəsillərə 
tanıdılmışdır. Bunlar doğum tarixi nəzərə alınaraq aşağıdakı şəkildə 
sıralanmışlar.
1   ...   15   16   17   18   19   20   21   22   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə