XAKİ
216
. Üskübdə doğulub. Şeirləri nə pis və mənasız, nə də ki,
həddindən çox lirikdir.
Melamet çekmezin hergiz ki, hicran ber-kemal eyler
Kemale erse bir nesne felek anı zeval eyler
Mənə görə isə bu qəzlin doğru yazılışı belə olmalı idi:
Melamet çekmezin gamdan ki, hicran ber- kemal eyler
Kemale erse nesne felek anı zeval eyler.
216
II. Bəyazid dövrü şairi, Həmin mənbə, 52, 5959 169b.
222
XAVƏRİ
217
. Qazi şairlərdəndir. Manastırda doğulmuş, Aşıq
Qazioğlu ləqəbiylə şöhrət qazanmışdır. Əsl adı Əlidir. Bir vaxtlar
adını təxəllüs kimi işlədərək çoxlu qəzəl yazmışdır. Bəzi beytlərini
heç bəyənmədiyi vaxt “Əli olduğum zaman yazdığım şeirlərdəndir”-
söylədiyini rəvayət edirlər. Şeirdən başqa, nəsrlə də maraqlandığı
məlum olan bir alimdir. Çivi-zadənin tövsiyəsi və dəftərdar Bayram
bəyin köməyi sayəsində Üsküpdə və Selanikdə qazi oldu. Həqiqəti
araşdıran, qərar verilməsi çətin olan məsələlərdə ədalətlə qərar
verən xoş təbiətli bir alimdir. Mükəmməl divanının olması bildirilir.
Aşağıdakı məşhur beytləri vardır:
Seni gözler dü-çeşm-i hün- feşanınm nice demlerle
Gel ey nur-ı basar merdümlük et demler kademlerle
Digər
Anladım çeşmi ne fettan idügün kaşından
Bilinir rehzen olan nite ki yoldaşından
Kopardı fi tneyi hattin çekilir zülfün adı
Tutulur yeniçeri suçu bölükbaşından
Kehrüba gibi kapar gönlümü ben haşakın
Ayrılam sanma beni sen eşigin taşından
Umarım başıma tac ola sifal-i seg-i yar
Devlet olmazmış irak çünki yigit başından
Ayın on dördü gibi bir mehe ver gönlünü sen
Haveri sev güzeli iki yedi yaşından
Digər
217
Qanuni Sultan Süleyman dövrü şairi, Həmin mən, 107-5959 392a.
223
Sine pürdür arzu-yı zülf-i anber-sa ile
Doludur viranemiz bin başlı ejderha ile
Digər
On sekiz yaşında bir dil-darı uryan eyledim
On sekiz bin alemi bir demde seyran eyledim
Digər
Ademin ehl-i riya sözleri kanın kurudur
Sakiya, doldur a şol kan olacağı içelim
Gəncliyində çox içki içən, hər zaman şərab küpü kimi sərxoş
olan bir adam imiş. Bir müddət sonra Əyub və Galataya birlikdə qazi
olmuşdur. Səhər axşam şərab satan meyxanaçıları həyatda tapmışdır.
Bəzən dostlarıyla birlikdə tək qaldıqda “gənclikdəki o istəyimiz indi
olsaydı, Qalata yollarında subaşı qorxusu olmadan doyunca şərab
içərdik”- deyə zarafatlaşarmış.
MÖVLANA İSHAK
218
. Üsküplüdür. Zövq və şövq ölkələrinin
çox məşhur padşahıdır. Gəncliyində kamal və fəzilət mədrəsələrinin
istedadlı şagirdi ikən, xüsusilə böyük mədrəsələrin müdərrisliyinə
yetişib, onlara xas paltar və sarğı geyinə biləcək vəziyyətdə ikən,
əxlaqsızlıq bazarında malını satmaqla, ar və namus qədəhini,
yanıb yaxılma və işrət meyxanasında daşa çalmaq üzrəydi. Alim
əbasını geyinib və sarğısını bağlayıb qatırına minərək dərs vermək
niyyətiylə Sahın mədrəsəsinə doğru gedərkən, yolunun üzərində bir
sərvi boylu, yaxud gülüzlü işvəli gənc bir fi dan görünürdü. Əsası və
qatırının yüyəni onun əlindən çıxar və o gənc hansı səmtə gedərsə
onu təqib edərdi. Bu rəftarına görə alimlər arasında arı və namusu
qüsurlu adam kimi tanınır və xalq arasında da xoşagəlməyən sözlər
gəzirdi. Hətta bir gün bu şəkildə bir gəncin kölgəsi kimi onu təqib
edərək, o, evinə daxil olanda bir şamın şövq və zövqünə qovuşan
218
Qanuni Sultan Süleyman dövrü şairi, həmin mənbə, 87-89, 5959 383b-384b.
224
işığına çevrilmişdi və yolunu çıxılmaz bir çöllüyə salmışdır. O
arada gənc içəri girincə ay üzlü cavanın düzlükdə şöhrət qazanmış
atası, İshakın dostlarından olan imam çölə çıxmışdır. O, gəncin
ardınca böyük bir alimin gəldiyini və gəlib onların qapıları önündə
durduğunu müşahidə etmiş, kimi gözlədiyini bilməməsi xatirinə çölə
çıxmış və İshakı qarşısında görmüşdür. O, vəziyyəti başa düşmüş,
İshakı bura sürükləyən şeyin oğlu ilə bağlı olduğunu anlamışdır.
“Lütfən buyurun və qəmli evimizi şərəfl əndirin” – deyə çox təkidlə
üzəngisindən yapışmışdır. Dəyərli alim isə evə girməyi qovuşma
məclisinin sərmayəsi hesab edib dərhal evə girmişdir. O gün dərs
verməkdən vaz keçmiş və o könül alan gəncin üzünün işığından
“Ənvarül- aşiqin” (eşqlərin nurları) kitabı zövq və zövq nurlarının
iqtibasına girişmişdir.
Günün doğdu sitaren yar olub yar eyledi ikbal
Ne lazım kil ü kal ü mebhas ü mazi vü istikbal.
Fəqət tanınmış bir alim olan imam bu müəmmanı sezərək
ləkələnmiş adını təmizə çıxarmaq, onu məhbubu– dostluqda
günahlandırılmasından qurtarmaq üçün oğlunu onun xidmətinə
göndərmişdir. Özü də o gecə sübh vaxtına qədər qapının arasından
içəri baxmışdır. Beləcə başqalarının gözündən uzaq, oğlunun
söhbətinə qovuşma, İshakın qarşısına bir nemət kimi qoyulduğunu,
istərsə qucaqlayıb öpə biləcək, istərsə də gizli xəzinəsinə sahib
ola biləcək olmasını, işıqlı şamın gözəl nurunu ona tabe edərək,
gözləməyə başladı. Ancaq gördü ki, İshak Əfəndi qalxıb dəstəmaz
alır, gəncin gözəl üzündən üz çevirib, üzünü qibləyə tutub, sünnəti,
fərzi, vacibi yerinə yetirdikdən sonra namaz qılmağa başlar. Tez-
tez gəncin qaşları mehrabına yönəlir, üstü açılmışsa örtüb yenə
səcdəgahına dönür. Səhərə qədər gözünü yummur və gənci seyr
etməkdən doymur. İmam bu gizli sirri görüb, Molla İshakın
günahsızlığına şahid olduqdan sonra, öz arzusuyla oğlunu onun
xidmətinə göndərmişdir. “Bundan belə qulunuz olsun, dəstəmazınız
üçün su hazırlasın və səccadənizi sərsin”- deyərək ciyərparasını
məmnuniyyətlə ona təslim etmişdir.
225
İshak Əfəndinin nəsr sahəsində “Səlim-namə”si diqqəti cəlb
edir. Onun “Suri Məkatib”i də çox tərifə layiqdir. Qısası hər iki
əsər oxucuya zövq verən əsərlərdir. Lirik qəzəlləri və şeirləri çoxlu
saydadır.
Doğrudan da, Üsküpdə onun dəyərində nə alim nə də ki, şair
yetişmişdir. Çünki fəzilət və mərifət əhli idi.
“Axşam oldu” sözləriylə tarix yazaraq ölümünü göstərmişdir.
“Ölməyə gedirik”-deyərək yoldaşlarıyla vidalaşmağa başlamış,
vidalaşma səbəbini soruşanlara bu beyti söyləmişdir:
Şehri-zilhiccede azmim sefer-i Şam oldu
İstedim yazmağa tarihini ahşam oldu.
Şama yaxınlaşınca aşağıdakı şeiri söylemişdir:
Cennet kohusu gelmege başladı meşama
Yaklaşdı gibi kafi lemiz menzil-i Şama
Ölən zaman da özü bu tarixi söyləmiş, günahlarının bağışlandığını
hər kəs o tarixdən başa düşmüşdür.
Ericek halet-i neza dedi tarihini İshak
Yöneldim canib-i Hakka başım açık yalın ayak
Bu iki beyt də çox bəyənilmişdir. Çünki o biri şeirlərindən
üstündürlər:
Gönül ayinesı safıdır amma
Temaşa bunda bir sahib- nazar yok
Çözüm izin tozun gönlüm kapın derbanlığın ister
Biri beglig hevasında biri iksire talibdir
226
LƏLİ
219
. Təhsilini yarıda buraxıb, dolanışıq və işləmək üçün çox
vaxt Üsküpdə yaşayırdı. Dərviş misallı bir adamdı.
Qəzəl:
Zahidin gönlünde cennet aşıkın didar-ı yar
La cerem her kişinin başında bir sevdası var
MÜİDİ
220
. Kalkandələn qəsəbəsindəndir. Atası Müid olduğu üçün
bu ləqəbi seçmişdir. Təhsilini yarımçıq buraxmışdır. Xaç yürüşü
zamanı Misirə köçmüş, buradakı Beytülmal katibliyində həyatını
şeir yazmaq işinə xərclədiyi vaxtda, bu dünyadan köç etmişdi. Öz
çılğın təxəyyülünə görə şeir sahəsinin birincisi və Osmanlı şairlərin
içində bənzəri olmayan birisidir. Şeirlərində üzə çıxan mənalar
bacarığına sübutdur. “Vamık u Əzrası” və müxtəlif vəznlərdə
mənzum hekayələri vardır. Nümunə olaraq bu şeirlərinə baxaq:
Taliim nuhs olduğu çarh-ı sitemkerden midır
Başıma bunca bela dilden mi dilberden midir.
Defter-i uşşaka yazmışsın rakibi tutalım
Gel sen insaf eyle andan ol bu defterden midir
Digər
Gam beni öldürdü el şad olduğundan bana ne
Ben yıkıldım gayrın abad olduğundan bana ne.
Çün benim halim bilinmez bin kez ölsem derd ile
Her kişinin zulmüne dad olduğundan bana ne
MUSTAFA ÇƏLƏBİ.
221
12 Priştinəlidir. Uzun bir müddət saray
dəftərxanasında katiblik etdi. Bu vəzifədə olarkən güvənilməsi
219
Qanuni Sultan Süleyman dövrü şairi, həmin mənbə,169, 5959 416a.
220
Qanuni Sultan Süleyman dövrü şairi, həmin mənbə, 176, 5959 418b.
221
Qanuni Sultan Süleyman dövrü şairi, həmin mənbə, 175, 5959 418b.
227
və düzlüyü üzündən şöhrət qazanmış və 1553-cü ildə dəftərdar
təyin edilmişdir. Təxəllüssüzlüyü özündə təxəllüs hesab edib
“Mehr ü Vəfa” hekayəsini yazdı. Bəzi beytləri diqqət çəkmişsə də,
kitabı şöhrət qazanmamışdır. Amma aşağıdakı beytləri o kitabdan
götürülərək bəzi təzkirələrdə yer almışdır.
Verir nur-ı siyahım vechine nur
Çıkar Hindistandan Ruma kafur
Dönüptür çub-ı huşka dest ü payım
Atıldı okum u yasıldı yayım
Vücudum nahlini şeyb eyledi pest
Hayatım çeşme - sarından yudum mest
Tülek hane durur bu dar-ı alem
Döker bal ü perin içinde adem
Doğan durmaz içinde bu cihandır
Niçe yavru uçurmuş aşiyandır.
Bir çox yazarlar da 1562-1563-cü ildə bu məşhur hekayəni nəzmə
almışdır. Mustafa Çələbinin əsərini görmədən, hətta yazmasını belə
bilmədən işi başa vurmuşdum. Yəni ki, onun vəzninə düşərək, onun
yoluyla getmişdim. Ancaq üslubdakı fərqlilik göz qabağındadır.
Düşündüklərini gözəl ifadə etməsi açıqca fərq yaratmışdır. Yazarın
məclisi vəsf edən misraları:
Şarab olmayacak bağı niderlerl
Erenler odsuz ocağı niderler
Şarab olmasa külhandır bu gülşen
Çemen hod zühre müstağraq neşimen
Eger meyden gına verseydi lale
228
Tehi erz etmek olmazdı piyale.
MÜMİN
222
. Prizrenlidir. Özünə, yaşadığı şəhərə və şeirinə çox
güvənərdi. “Yer üzündə Prizren kimi bir şəhər, orada mənim kimi bir
şair və mənzum sözlər arasında mənim şeirlərim kimi dəyərli incilər
yoxdur”- deyərmiş. “Cami və Hafi z mənim dövrümdə yaşasaydılar,
mənə baş əyməyə məcbur olardılar” – deyirdi. Müəlllim olub
sarayda Baltacılar xocalığına təyin edilmişdi. “Çox şükür belə bir
uca zirvəyə çatdım” – deyə bığını balta kəsməz oldu. Bəzən əlli
axçalıq mədrəsə istədi, bəzən yüz əlli axçalıq qaziliyə tənəzzül
etdi. Sonunda isə altı axçalıq bir işə təyin edildi. Sifəti daima çirkin
və pinti, cır-cındır içində, saçı saqqalı qırxılmamış. bir şəxsdi.
Bununla bərabər özünü kafi r padşahlarının övladlarından biri kimi
təqdim edər, sülaləsinin Safur adlı gebr əhli bir atəşpərəst olduğunu
söylərdi. Hətta 30 beytə yaxın olan “Safur- namə” adlı bir kitab da
yazmışdır. “Ərkani Xəmsəi -İslamiyyə” adlı şeirini Rüstəm Paşaya
həsr etmişdir. Əsərlərinin işıq üzü görməsini belə təqdim etmişdir.
Aşağıdakı beytləri “Şahname”sindən götürülmüşdür:
Oluptur o güllerle sahra yine
Hezar ab-gine ya bir ayine
Ney-i tize etdikçe sarsar misal
Söyünürdü kandil-i ömr-i rical
Digər
Efendi devrü adlinde reva mı
Harab ola yıkıla bir imaret
Pilavının sorarsan tanesini
Sinirmek key hüner yutmak keramet
Fodulası yenilmez yahnisi çığ
222
I. Səlim dövrü şairi, həmin mənbə,177, 5959 418b-419a.
229
Taamında ne lezzet var ne halet
NƏHARİ
223
. Prizren qəsəbəsindəndir. Bu gözəl mətlə onundur:
Gamzen dile zahm ursa ciger kanı çekilse
Süsenlere karşı gül-i hamralar açılsa
NİHANİ
224
. Arnavud kökündəndir. Mədrəsə təhsili almağa
başladıqdan sonra ölmüşdür. Bu şeiri Sultan Səlimə həsr etmişdir.
Bəziləri yanılaraq onu padşahın şeiri olduğunu hesab etmişlər:
Laleler çıktı kızıl tac ile şahiler gibi
Yasemenler hakka yüz tutmuş ilahiler gibi
Rafi zidir lale tacın bade ver ya Rab diye
Çekti süsen tığını sünni sipahiler gibi
Ey Nihani çar-ı yarı sev Muhammed aşkıne
Bayazidi meşreb ol olma tebahiler gibi
NUHİ
225
. Priştenlidir. Əsl adı İnəxan ikən, dəyişdirib Əhməd
qoymuşdur. Şairlərdən Lövhi, Əzmi bəy, Məhrəmi, Fiğani və
Neməti bəyin dostu, rindsayağı yaşayanların irəlidə gedəni, xoş
xasiyyətli, comərd bir adamdı. Bir müddət David Paşanın katibi
olmuşdur. Sonra şahzadə Sultan Məhməd xanla birlikdə sancağa
çıxıb, onun sirr katibi oldu. Onların vəfatından sonra da dövlət
qapısında katib işləmişdir. Lakin gəncliyində çox şərab içdiyindən
işini atmalı olmuşdur. “Şərabı çox et, dərdin olmasın” sözlərinə
uyub uyuşdurucudan istifadə etməyə başladı. Qısa bir müddət sonra
içkinin təsirindən yazı yazmağı belə bacarmadı. Yuxusuzluqdan
əziyyət çəkməyə başlamış və bu zərərli adəti onun ölümünə səbəb
olmuşdu. Vücud gəmisi qurtuluş sahilinə yetişə bilmədi. Həyatı
223
Qanuni Sultan Süleyman dövrü şairi, həmin t.,184, 5959 421a. 16.
224
I. Səlim dövrü şairi, həmin mənbə,82, 5959 210b.
225
Qanuni Sultan Süleyman dövrü şairi, həmin mənbə,183, 5959 420b 421a.
230
yarımçıq qaldı. Van səfəri zamanı bu dünyadan köç etdi.
Senin çak Nuh denli ömrün olsun isterim Hakdan
Benim fülk-i vücudum rüzgarı geldi yapraktan
beytini dostlarına oxuyaraq can vermişdir.
Şeirlərindən nümunə:
Saf dil gibi gelip meclis-i rindana safa
Ağzı suyun akıdırmış leb-i canana safa
Digər
Suya konmuş güle benzer deheni dildarın
İçmege su viricek ol şeh-i hubana safa
RİYAZİ
226
. Baba Çələbinin böyük qardaşı, xüsusilə də Üsküplü
müəllimlərdən ən mərifətlisi idi. Təəccüblüsü odur ki, dindən çox
uzaq adam idi. Əsl adı Məhməd olsa da inancına görə dinsizlərin
önündə gedirdi. Ömrünün sonlarına yaxın Filibə qazisi oldu. Həm
də qazilər arasında mərifət və alimıiyinə görə şöhrət qazanmışdı.
Hətta Qazixanın “Məsaili- müşkile”sini asanlaşdırdı. Mövlana
Abdurrahman Caminin bir qəzəlini şərh edərək adını “Kəşfül-hakaik
fi Həllüd – Dəqayıq” qoydu. Laübalı, içki düşkünü bir rind, şən
təbiətli və hərəkətli bir şəxs olduğundan dinsizlik yoluna düşdüyü
hiss edilmiş və belə sözləri xalqın qınağına səbəb olmuşdur:
Nice bir bekleyesin küşesini medresenin
Yürü var meyğedeye sagar ile müdd-resenin
Rahne çektin mey-i gülgüne yine destarı
Rindler içre Riyazi baş açık fasıksın
226
Qanuni Sultan Süleyman dövrünün şairi, həmin mənbə,120, 5959 397a.
231
Ancaq gözəl ifadənin düşkünüydü. Bir gözəl lətifəni bir qəsidəyə,
qaba bir mütavasını bir kitaba dəyişməzdi. Deyilənə görə, bir gün
vaxtını sərf edib bazara gedibmiş və bir bülöv satan dəllal tapıb
ona əl vermək üçün bu qədər zəhmət çəkibmiş. Bir gün də yeyib-
içmək üçün Qalataya gedərkən, dostlarıyla “əlüstü bir meyxanaya
baş vuraq”- deyə Peremə boğazına gəlirlər və qələbəliklə gəmiyə
minirlər. Riyazi təklik hisslərini bildirmək üçün “mən dənizi
keçmirəm”- deyərək dostlarıyla yeyib-içməkdən imtina etmiş və
“fi kir sərmayəsini çətin anlaşılan söz və laqqırtılara xərcləyərək” bu
şeiri yazmışdır.
Dileyi hal-i zarın fi tne fenninde beniz
Koymadı ben aşik-ı biçarede cana beniz
Ger sora ben hakini ol lebleri ab-i zülal
Kuru sevdayile yaşı bahr-ı ummanda deniz
Ey Mesiha – dem yeter ağlattı hicrin nice bir
Telh- kam oldu bihar-ı eşkten bu mürdeniz
Kaddini ey serve heşbih eyleyenler vechi var
Haddi ne ol lale ruhsarın eger gül derseniz
Bahr-ı şiir-i ab-ı lutfa gark eden kimdir desen
Dürr-i yemm- i marifet cana Riyazi bendeniz.
SƏDRİ
227
. İştiplidir. Köhnə şeyxülislamlardan olan Şeyx
Əfəndidən dərs alıb. Qırx axçalıq bir mədrəsəyə müdərris olduqdan
sonra vəfat etmişdir. Xoş görünüşlü, zəkalı və mal-mülk üçün dava
edənlərə təsir etməyi bacaran biriydi. Şeirlərindən bir beyt:
Gerek derviş-i dil-riş gerek şah-i cihan olsun
Sana aşık keçen evvel benimle imtihan olsun.
227
II. Səlim dövrü şairi, həmin mənbə,211, 5959 488a.
232
SAYİ
228
. Prizven şəhərindəndir. Sultan Bəyazid aşağıda verdiyimiz
qəzəli oxuduqdan sonra onu tapmış və ənam vermiş, Sarayı-amirə
xocalığına işə götürmüşdür. Yaxı təhsil görmüş saray adamlarının
çoxu onun yanında təhsil almışlar. Sultan Səlim dövründə vəfat
etmişdir:
Suretin nakşını yazınca gönül namesine
Kanlar ağlattı gözüm kirpiginin hamesine
Bir gümüş serv-i kaba-püştür ol meh ki, anun
Güneş altunlu gül olsa yaraşır camesine
SÜCUDİ
229
. Qalxandələndəndir. Pir Paşanın qullarından olub, o
dövrdə Sultanlar katibi olmuşdur. Mücərrəd şeirə maraq göstərməyinə
və söylənilən şeir və nəzirələri təqlid etməyinə baxmayaraq, özünə
maraq doğura bilmişdi.
Hətta çox işlədilmiş, uyğun olmayan hissələrdən ibarət olan
münsəat qələmə alaraq Sultan xanın fəthlərini vəsf edən bir kitab
yazmışdır. Padşahın ölümündən sonra hazırladığına görə şöhrət
payının tələf olmasından qurtarmışdır. Mərhum Rəvani Misir
yollarında “Bərf” (Qar) rədifl i qəsidə söylədiyi zaman padşahı
“Davamsız şəkildə yaz fəslinə malik olub, qar nə olduğunu bilməyən
məmləkətdə niyə bunu nəzm etdin?” –deyə soruşanda, Sücudi fürsət
tapıb:
Sovuk sözlerle doldurdun cihanı
Başına karlar yağsın Revani
beytini demişdi. Rəvani də onun gəncliyinə işarə edərək:
Yüzün dokunmadık yer yok cihanda
Anunçün dediler sana Sücudi
228
I. Səlim dövrü şairi, həmin mənbə,77, 5959 209b.
229
I. Səlim dövrü şairi, həmin mənbə,76, 5959 209b.
233
beytini söyləmişdi.
SUZİ
230
. Naqşibəndi təriqətinin daşıyıcılarındandır. Prizrendə
doğulub. Mihaloğlu Əli bəylə bir çox yürüşlərdə iştirak etmişdir.
Hətta onun bəzi savaşlarını şeirə də gətirmişdir. Şeirlərindən
nümunələr:
Seher vaktinde çün Zal-i zamane
Giyindi vü kuşandı Rüstemane
Güneş tiğ ü Utarit hame tuttu
Ali beg rezm için hengame tuttu.
Bir neçə qazi ilə aralarında bəzi məcaralar olmuşdu. Bununla
bağlı aşağıdakı beytləri yazıb, Sultan Səlim xana vermiş və hakimin
xoşagəlməz halını ortaya çıxararaq onun cəzalandırılmasına səbəb
olmuşdur:
Mahşer arasatındaki divan olacaktır
Ey kadı sana davici Yezdan olacaktır.
Haşr içre sicillat-ı amel çün ola imza
Rüşvet rakamı namene ünvan olacaktır.
Devrinde yetimin ki gözü yaşı revandır
Bir gün seni gark etmege tufan olacaktır.
Bir sazı ki sen perdeler altında çalarsın
Sanma ki anun nağmesi pinhan olacaktır
Bundan başqa zövq sahibləri yanında məşhur olan orijinal bir
qəzəli də vardır:
Sərvi kaddin dikmesidir şah-ı gül gülzarda
230
I. Səlim dövrü şairi, həmin mənbə,77, 5959 209b.
234
Eşkimin perverdesidir laleler ruhsarda
Ya gönül sinemde mihrin gizledi ağyardan
Ya örümcek perde çekti Ahmed üzre garda
Doğrudan da əvvəldən sona qədər gözəl və bərabəri olmayan bir
əsərdir.
ŞANİ.
231
Saraybosnadandır. Qəzəl yazan alim şairlərdəndir. Bir
mətləsinə baxaq:
Ser çekmesin semaya kendini kılmasın arz
Farkı boyunla servin
beyne-s semai vel-arz
Düzdür, beytdəki sözlər bir-birinə həmahəngdir. Ancaq təşbehlər
yerində işlədilməyib. Çünki əslində “Beynes-səmai vel-arz” deyildir.
Kavs-ı kuzahla anun bir takım itseler arz
Her kim görürse derdi beynes-semai vel-arz
Bu beyt bir xəbər təsnifatı olaraq “Həft-Məclis” adlı kitabımızda
da vardır. Qədimdə saray bazarında oturan bir meyxanaçı şagirdi
haqqındakı qəzəlimizə də belə bir nəzirə söyləmişdir.
Yazardan:.
Bir fi renk oğlanı can mülkünü yağma kıldı
Alem-i manide İsa beni ihya kıldı
Küfrünü neyleyelim hüsnüne yüz bin tahsin
Sanki bir nur idi zülmette tecelli kıldı
Bir melek yüzlü güzeldir yine gökten indi
Mürdeler cismini İsa gibi ihya kıldı
231
Səlim dövrü şairi, həmin mənbə,210, 5959 487b.488a.
235
Ağdenizdir yanağı zülfü donanmasıdır
Milket- i can u dili garet ü yağma kıldı.
ŞƏMİ.
232
Prizren şəhərindəndir. Şeyx İbni Vəfa dərvişlərindən,
təsəvvüfə yönələn ədiblərin dərdlilərindən, zəif vücudlu, yanıb-
yaxılmasıyla çox könül fəth edən, ahının dumanı göylərə ucalan
bir adamdır. Təxəllüsünə uyğun olaraq çox təsirli, yandırıb-yaxan
şeirlər yazmışdır.
Halas olmak ne mümkün bir gönül ki, müptela olsa
Alınmaz aşk elinden iki alem bir yana olsa
Ne hunidir gözün saki ki bağrımdan kebab ister
Döküp na-hak yere kanım kabağım pür şarab ister
Seni begler arasından anunçün ihtiyar ettim
Kul olmaz degme bir şaha könül ali cenab ister
Digər
Ar edermiş beni öldürmege ol sim-tenim
Varayın yalvarayın boynuma takıp kefenim
Digər
Kuçam derdim nigarı pirehensiz
Çürüttüm varımı kaldım kefensiz
Digər
Kime kim aşk işi olur pişe
Okumak yazmak olmaz endişe
232
Qanuni Sultan Süleyman dövrünün şairi, həmin mənbə,134, 5959 401b-402a.
236
Anladılır ki, bir gün Şəmi və Məsihi birlikdə Qalataya gəzib
dolaşmağa getmişlər. Bir vaxt “gedib kilisəni gəzək,” – deyə
içəri girmişlər. Şairlərdən biri onları görmüş və oradaca bu qitəni
yazmışdır:
Galatada Mesihi deyre varmış
Meger Şemi onunla bile gitmiş
İşidenler galat edip dediler
Mesihi kiliseye mum iletmiş
Dostları ilə paylaş: |