Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN



Yüklə 2.76 Kb.
PDF просмотр
səhifə24/26
tarix01.12.2016
ölçüsü2.76 Kb.
1   ...   18   19   20   21   22   23   24   25   26

Yunanıstan
  Balkanlardakı türk ədəbiyyatının bir hissəsini də Yunanıstan 
sərhədlərində yaşayan soydaşlarımız təşkil edir. Bu ölkədəki  türk 
dilli əhalini  dörd hissəyə bölmək olar:
1) XIV əsrdən etibarən fəthedilən Qərbi Trakyaya  Anadoludan 
gətirilib məskunlaşdırılmış  ata babalarımız və onların  bu gün o 
bölgədə yaşayan nəsilləri. Bunlar əsasən Gümülçinə və İskəçə şəhər 
mərkəzlərində və kənarlarda   yaşamaqdadırlar. Əhalisinin 50 min 
olduğu məlumdur.
2) Başda Rodos olmaq üzrə Onikiadada yaşayan soydaşlarımız. 
256
 Xeyriyyə Süleymanoğlu “Türkiye Dışındakı Türk Edebiyatları Antolojisi” 
(Bolqarıstan Türk Ədəbiyyatı) c.8.Ankara 1997;  İbrahim Tatarlı “Bulgaristan Türklerinin 
Edebiyatı”(Antologiya) Sofi ya 1964; İbrahim Tatarlı “Bulgaristan Türk Edebiyatının Bazı 
Kuramsal  ve Praktik Sorunları üstüne”, “Balkanlarda Türk Kültürü”(15-16) 1995; Niyazi 
Hüseyn Bəxtiyar “Çağdaş Rodor Türk Şairlerinden Esintiler”Ankara 1996; Məhməd 
Çavuş “XX Yüzyıl  Bulgaristan Türkleri Şiiri” İstanbul 1988; İsmail, A. Çavuşev “Bul-
garistan Türklerinde Cocuk Şiiri”, “Türk Dünyaları Araşdırmaları”(217) ,2000.s.193-212; 
Nemətullah Hafi z “Bulgaristanda  Çağdaş Türk Edebiyatı” c 3, Ankara 1989; Mustafa 
İsen -Reyhan İsen-A.Esra Kireççi “Balkanlarda Türk Cocuk Şiiri Antoloji” Ankara 
2001;Grannes, Alif, Kletil Ra Hauge,  Xeyriyyə Süleymanoğlu (2002). “A distionaru of 
Türkisms tn Bulgaristan”, Oslo:Novus Verlag. 

333
3)  Şimaldan Balknlara gələrək xristianlaşan türklərlə Lozan 
müqaviləsindən sonra Yunanıstana köçən Karamanlı Türk 
Ortadokslar. 
4)Türk dilindən  iknci dil kimi istifadə edən İstanbul və Anadolu 
Rumları.
Bu xalqlar içində türkcəni ədəbi  dil olaraq istifadə edənlər Qərbi 
Trakya türkləridir. Osmanlı dövlətinin bölgədən çəkilməsindən 
sonra yaranan  Qərbi Trakya türk ədəbiyyatını  üç yerə ayırmaq olar.  
Başlanğıcdan 1960-cı ilə  qədər olan dövr türk milli azlığının  ən 
sıxıntılı dövrüdür. Yunanıstan  müharibəsi və II Dünya müharibəsi 
buradakı soydaşlarımızın həyatını daha da çox çətinləşdirmişdir. Bir 
başqa ifadəylə desək, soydaşlarımızın keçirdikləri sosial sıxıntılar 
ədəbiyyatda da əks olunmuş və bu dövr türk ədəbiyyatı, Yuqoslaviya 
nümunəsində olduğu kimi daha çox şifahi nümunələrlə özünü 
ifadə etmişdir. Yazılı  ədəbiyyatın  bu dövrdəki başlıca təmsilçiləri 
Məhməd  Hilmi (1902-1931), Məhməd Arif (1906-1976) və 
Kamal  Şövkət Batıbəydir. 1960-1980-ci illər arasındakı müddəti  
isə  ölkədəki türk ədəbiyyatının inkişaf dövrü olaraq qəbul etmək 
gərəkdir. Xüsusilə Türkiyəyə gələrək  təhsil alan   çox sayda  Qərbi 
Trakyalı  soydaşlarımız, yenidən ölkəyə dönərək öz ədəbi əsərlərini  
müxtəlif mətbuat orqanlarında nəşr etdirmiş, bununla da  ədəbi 
hərəkatı sürətləndirmişlər.  “Birlik” və “Müəllim” jurnalları da 
mədəni sənətə aid mətbuat orqanları olaraq bu dövrdə yaranmışlar. 
Bu dövr əsərlərinin ilkin bünövrəsini  Bolqar və Yunanlara qarşı 
aparılan həyat  mübarizəsinin təsviri və   folklor nümunələri təşkil 
edir. Asim Xəliloğlu (1923-1980), Tofi q  Hüseynoğlu (1936), Əli 
Rza Saracoğlu (1938-1994), Hüseyn Əlibaboğlu (1936), Hüseyn 
Salehoğlu (1938-1994), Hüseyn Mahmudoğölu (1939), Qədir 
Yakıbaşıoğlu (1939), Rəhmi  Əli (1941), Mustafa Təhsin (1942), 
İmam Qasım (1943), Mücahid Mömin (1944), Natim Kazım (1945), 
Məhməd Çolak (1946), Hüseyn Məzlum (1947), Rəfi qə Nazim 
(1947),  İbrahim Onsunoğlu (1948), Rəşid Salim (1952), Şükran 
Rauf (1961) bu dövrün tanınmış yazarlarıdır. Hüseyn Əlibabaoğlu, 
Rəhmi Əli Mücahid Mömin və Hüseyn Mahmudoğlu kimi müəllifl ər 
daha çox hekayə yazarı kimi tanınırlar. 

334
1980-ci ildən sonra isə  Qərbi Trakya Türk ədəbiyyatı    başda 
Türkiyə olmaqla başqa ölkələrdə  də  şöhrət qazana bilmişdir. 
Bu zaman türk dünyasında meydana gələn yeni ədəbi inkişaf  bu 
təşəbbüslərə bir təkan olmuşdu. Bunun nəticəsi olaraq “Şəfəq” adlı 
müstəqil bir ədəbiyyat jurnalı nəşrə başlamışdır. 
Bütün bu inkişafl ara baxmayaraq, Qərbi Trakya türklərinin 
ədəbiyyatı digər Balkan ölkələrində mövcud olan türk 
ədəbiyyatından, xüsusilə də Makedoniya, Kosova və Bolqarıstandakı 
türk  ədəbiyyatından həm keyfi yyət, həm də  kəmiyyətcə geridə 
qalmaqdadır. Bunun  əsas səbəbi də bölgədəki türk milli azlıqlarının 
yaxın zamanlara qədər sənət və  mədəniyyətə o qədər də  diqqət 
verməmələri, dövlətin isə bu fəaliyyətə nəinki dəstək olması, hətta 
əngəl törətməsidir. Belə bir mənzərənin meydana çıxmasında rol 
oynayan faktorlardan biri də  bölgədə yaşayan türk azlıqlarının 
bütünlüklə çölçü (tərəkəmə) olmasıdır. Türk xalqının demokratik bir 
ölkədə öz haqlarından istifadə edə bilməməsi, mədəni fəaliyyətlərdən 
daha çox siyasi fəaliyyətləri ön plana çıxarmışdır. Bu səbəbdəndir ki, 
türk ədəbiyyatının ən mühüm mövzusu qeyri sabit həyat hekayələrinin 
təsviridir. Ən çox inkişaf etmiş ədəbi növ  şeir və   bunun ardınca 
isə hekayədir.  Uşaq  ədəbiyyatı da inkişaf etmiş sahələrdəndir. 
Vilayət ədəbiyyatında   nəzərə çarpan başqa bir xüsusiyyət də şair və 
yazarların siyasi və sosial təzyiqlərlə əlaqədar adlarını açıq şəkildə 
göstərməmələri, bunun əvəzinə  təxəllüs, müştərək ad, qısaltma və 
XXX kimi simvollardan istifadə etmələridir.
257
 
Osmanlı dövlətinin son dövründə başda Selanik olmaqla bu 
bölgə, türk nəşrinin çox mühüm nümunələrinə malikdir. “Gənc 
qələmlər”, “Yeni əsr”, Nətir”, “Trakya”, “Yeni Jiya”, “Yeni yol”, 
“İtila”, “Balkan”, “Yeni addım”, Şeytan”, “Ülkü”, “Cümhuriyyət”, 
“Müdatayı”, “İslam” və “Milliyyət” bunların  ən üzdə olanlarıdır. 
Ancaq bu diqqət  ədəbiyyat sahəsində   davam etdirilməmişdir. 
257
 Fəyyaz Sağlam “Batı Trakya/Yunanıstanda Çağdaş Türk Edebiyatı Antolojisi”,Ankara 
1990- İzmir 1995; Fəyyaz Sağlam “Batı Trakya Türkleri Cocuk Edebiyatı”, İstanbul 1990; 
Feyyaz Sağlam “Türkiye Dışındakı Türk Edebiyatları Antolojisi”(Qərbi Trakya  Kipr Türk 
Ədəbiyyatı) c. 9. Ankara 1997; Mustafa İsen –Reyhan İsen- A.Esra Kireççi “Balkanlarda 
Türk Cocuk Şiiri Antolojisi” Ankara 2001. 

335
Rumıniya
Rumıniyada hazırda  100 000 nəfərədək türk yaşayır. Osmanlı 
dövründə, xüsusilə türklərin sıx yaşadığı Dobruca bölgəsində 
bütünlüklə bir şəhər mədəniyyəti təşəkkül tapmadığı üçün ciddi 
bir  ədəbiyyat nümunəsindən söz açmaq çətindir. Bu üzdəndir ki, 
bölgədə divan şeirinin təmsilçilərinə rast gəlinmir. XVII əsr Bektaşi 
şairlərindən Qazak Abdal, Qul Məhməd və Öysüz Aşığın bu bölgədən 
olduğu məlumdur. Təzkirələrdə bu bölgədən olduğu söylənilən tək 
şair Həlakidir (XVI əsr). Bölgədə türkcə yazılı  ədəbiyyat ciddi 
şəkildə ancaq XIX əsrdə özünü göstərmişdir. Başlanğıcda siyasi 
məzmunlu türk mətbuat orqanları nəşrə başlamış, bir müddət sonra 
isə bunların  ədəbi nümunələri də meydana gəlmişdir. Məhməd 
Niyazi (1912-1966), İsa Yusif Həlim (1884-1982) bu dövrdə 
qarşımıza çıxan ədəbiyyatçılardır. 1944-cü ilə qədər davam edən bu 
quruluş  sosializm quruluşu  ilə yeni bir forma  qazanmış  və  bu 
quruluşun  ilk illərində  məktəblərdə türkcə  təhsil verildiyi kimi, 
həm də türkcə kitablar nəşr edilmişdir. 1960-cı ildən etibarən isə 
qadağalar dövrü başlanmış və 1987-ci ilə qədər bu şəkildə davam 
etmişdir. Bu dövrdən  sonra nəşr olunmağa başlayan “Rənglər” 
sənət jurnalı  yenidən ümidləri doğrultdu. 1990-cı ildə ortaya çıxan 
siyasi dəyişikliklər nəticəsində  “Rənglər” ilə bərabər “Qaradəniz”və 
“Hak səs” qəzetləri nəşrə başlasa da, bunlara təkan verilməmişdir. 
Rumıniyada o biri Balkan ölkələrindən fərqli olaraq,  türk yazı dili  
Türkiyə türkcəsi və tatar türkcəsi kimi  iki qolda  aparılmışdır. Tarixi 
mərhələlərdə isə  yalnız  Türkiyə türkcəsi yazı dili kimi işlədilmişdi. 
“Rənglər” və “Qaradəniz” tatar türkcəsi, “Hak səs” isə Türkiyə 
türkcəsi ilə  nəşr olunur. Bu gün Atilla Emin (1933-1996), Nəvzat 
Yusif (1936), Yaşar Məmmədəmin (1936), Altay Krim (1937), Əməl 
Emin (1938), Əkrəm Mənibay (1926), Ənvər Mahmud (1935), 
Acıəmin Baibəs(1939), Camal Aciaməd (1943), Gültən Abdulla 
(1946) bu ədəbiyyatın təmsilçiləridir. Xüsusilə  Məhməd Niyazi 
ilə erkən sayıla biləcək bir dövrdə Rumıniya torpaqlarında ilk 
nümunələrini verən türk uşaq ədəbiyyatı, ziyalı mühacirəti üzündən  
davam edə bilməmişdir.
258
 
258
 Osman Horata “Türkiye Dışındakı Türk Edebiyatları Antolojisi (Rumıniya və Qaqavuz 
Türk Edebiyatı) c.12 Ankara 1999

336
Qaqauzlar
Qaqauzlar bu gün başda Moldaviya, Rumıniya, Ukrayna və 
Bolqarıstan olmaqla müxtəlif ölkələrdə yaşayırlar. Bu üzdən onlar  
Qərb Türklülüyünün bir parçası olaraq  Balkan türk ədəbiyyatında 
mühüm yer tuturlar. Qaqauzlar türk dünyasının Qərbi ucqarlarında 
yaşayan Ortodoks xristianlığına sitayiş edən bir xalqdır. Əsas hissə isə 
Moldaviyada (78%) yaşayır. Qaqauzların XX əsrin əvvəllərinə qədər 
yazılı  ədəbiyyatı yoxdur. 1957-ci ildə Qaqauz əlifbası yaranandan 
sonra bəzi kitablar nəşr olundu. Əslində, gündəlik həyatda işlətdikləri 
danışıq dilini yazı dilinə gətirmə cəhdləri ilə əlaqədar Türkiyə türkcəsi 
yazı dilindən qismən aralanan Qaqauz türkcəsi,  inkişaf  üçün səhv bir 
yoldadır. Qaqauz dili bütün alimlərin qeyd etdikləri kimi türkcənin 
Oğuzca, ya da Güney-qərb türkcəsi adıyla tanınan qrupun ən kiçik 
qoludur. Qaqauzların Türkiyə türkcəsinə yaxın olan dilləri, ərazidəki 
slav dillərinin təsiri altında qalmışdır. Bu təsirin ən güclü  və diqqət 
çəkən tərəfi  isə sözlərin düzülüşü sahəsindədir. Bu təsirin nəticəsidir 
ki, Qaqauz dili türkcənin klassik sintaktik ənənəsini itirmiş və slav 
dillərində olan cümlə quruluşuna yaxın bir quruluş  əldə etmişdi. 
Qaqauz ziyalıları bütün Balkanlarda olduğu kimi Türkiyə türkcəsini 
əsas götürməməklə, yəni öz danışıq dillərini yazıya gətirməklə Qərb 
türkcəsində olan çox böyük bir irsi tanımaqdan məhrum olmuşlar. 
Bu ölkədə Mikayıl Çakır tərəfi ndən dərc olunan “Din yarpaqları” 
(1906-1916) ilk türkcə  nəşrdir. “Sosialist Moldoviyası” (1960) 
qəzetində də türkcə yazılara rast gəlinir. Yeni dövrlə birlikdə türkcə 
nəşrlər sürətlə çoxalmağa başlayıb. “Ana sözü” (1988), “Qaqauz 
Səsi” (1990) “Qaranquş”, “Səba ulduzu” və “Günəşcik” kimi 
mətbuat orqanları bunların sırasındadır. 
Mikayıl Çakır (1861-1938), Nikolay Petroviç Arabaçı (1893-
1960), Nikolay Sergeyeviç Tanasoğlu (1895-1970), Dmitri 
Qaraçoban (1933-1986), Dionis Tanasoğlu (1922), Nikolay 
Babaoğlu (1928), Mina Kösa (1933), Qavril Gaydarçı (1938), Stepan 
Kuroğlu (1940), Vasi Əlioğlu (1949), Stepan Bilgar (1953), Tofi q 
Mrinoğlu (1955), Petr Qaqauz Çebotar (1957), Tador Zanet (1958) 
Petr Yalanji(1964)Tudorka Arnaut (1970) bu ədəbiyyatın öndə olan 

337
nümayəndələridir.
259
Balkanlardakı türk ədəbiyyatından söz açılarkən ilk ağıla gələn 
şeir nümunələri olur. Əslində, bu hal bütün türk ədəbiyyatı üçün 
keçərlidir. Ancaq Balkanlarda önə  çıxan bir başqa sahə  də  uşaq 
ədəbiyyatı, xüsusilə  də  uşaqlara həsr olunmuş  şeirlərdir. Burada 
türk uşaq  ədəbiyyatından söz açmaq, eyni zamanda, bölgədəki 
türk ədəbiyyatından söz açmaq deməkdir. Şübhəsiz bunun bir çox 
səbəbləri var. Amma əvvəlcə    uşaqlar  və  ədəbiyyat arasındakı 
bağlılığa  baxaraq bu suala cavab axtarmayaq. Öz çevrəsinə  bağlılığı  
və dərketmə tərzi ilə  yetkin insanlardan  fərqli olan  uşaq,  təbii ki, 
sənət əsərini, bədii əsərləri qəbul etməkdə   böyüklərdən fərqlənir. 
Söz xəzinəsinin sərhədləri  yalnız təbii və sadə dili ilə onları özünə 
cəlb edə  bilər.
260
 Uşaqlar üçün yazılan şeirlərdə yer alan təsvirlər sadə 
və qısa olmalı, bu nümunələrdə metafora, təşbeh, məcaz kimi bədii 
vasitələr bədii qanunlara uyğun  şəkildə verilməlidir.  Bu şeirlərdə 
misralar qısa və  cümlə quruluşu təbii olmalıdır. Şeirlərin mövzusu 
həyat sevinci, ailə sevgisi, təbiət, vətən və millət sevgisi, gözəllik 
duyğusu kimi müsbət hiss və davranışlar təbliğ edən, tərbiyə edici 
bir tərzdə olmalıdır. 
Uşaq şeirində rast gəldiyimiz sadə və aydın dil, mümkün olduqca 
bədii vasitələrdən qaçma kimi xüsusiyyətlər, Balkanlarda türk 
şeirinin nəzərə çarpan əsas xüsusiyyətləridir. Məktəblərdə lazımınca 
tədris olunmayan türk dili 90-cı illərə qədər Türkiyə ilə geniş əlaqə 
imkanı  əldə olunmaması    səbəbi ilə  qapalı bir çərçivə içəricində 
təşəkkül tapmışdır.  Təbii olaraq  bu bölgənin yazarı bəsit hesab oluna 
biləcək  məhdud sayda söz ehtiyatı ilə keçinmək məcburiyyətində 
qalmışdır. Dildən gözəl istifadə etməyə ehtiyacı olan ədəbi ifadə 
forması  yalnız  mükəmməl bir təhsil ilə  əldə edilə bilər. Ancaq 
Balkanlarda uzun bir fasilədən sonra yenidən dirçəlməyə başlayan 
türkcə, zaman-zaman gözəl istifadə forması  bir tərəfdə qalsın, öz 
özəlliyini belə itirməyə başlamışdır. Məlum səbəblərdən tez-tez 
259
 Mustafa Argunşah “Çağdaş Gagavuz Şiiri”- “Türk Dili” (531) 1996; Osman Baymak 
“Gagavuz Çağdaş Şiiri Antolojisi” Ankara 2000 ; Nevzat Özkan “Türkiye Dışındakı Türk 
edebiyatları, Antolojisi” c.12. 1999.
260
 A.Ferhan Oğuzkan “Cocuk Edebiyatı” Ankara 1977.s.214-215

338
açılıb bağlanan türk məktəbləri, siyasi şərtlər altında nəşrinə izin 
verilən və zaman-zaman nəşrinə görə cəzalandırılan kitab və jurnal 
nəşrləri, bir sözlə kimlərinsə xoşuna gəlmədiyi üçün təcavüzlərə 
məruz qalan nümunələr, türk yazı dilinin çətinliklərini göstərir. 
Yazı dili təhsildən uzaqda bir boşluğa yuvarlanır. Buna görə  də 
yaxın vaxtlarda Balkanlarda bədii irsdən söhbət açmaq düzgün 
olmazdı. Bunlara əlavə olunması  gərək olan başqa bir səbəb də 
bölgədə qeyri-şərtsiz sənət və  ədəbiyatın yükünü çəkən insanların 
müəllimlər olmasıdır. Bölgə yazar və şairlərinin həyatları araşdırılsa 
hardasa onların  əksəriyyətinin  müəllim  və yaxud pedaqoji məktəb 
məzunları olduğu meydana çıxar. Bu müəllimlər istər Qərbi Trakya 
nümunəsində olduğu kimi Türkiyədə, istərsə  də Bolqarıstan, 
Makedoniya və Kosova nümunəsindəki kimi öz ölkələrində türk 
dilli Pedaqoji məktəbləri bitirmiş olsalar da sonda ərazidəki bütün 
intellektual yükü öz çiyinlərində daşımışlar. Bütün həyatları  uşaqlara 
bağlı olan bu adamlar, təbii ki, sənət fəaliyyətlərində  də gündəlik 
həyatlarının bu mühüm obyektini  diqqətdə saxlayacaq,  yəni 
yazdıqlarına əsas qəhrəman kimi uşaqları götürəcəklər. Bunlara həm 
də sovet mədəniyyətini  təbliq etmək məqsədilə, erkən yaşlarından 
yaxşı  təhsil alan insanların sistem üçün  bir güvənc yeri olması 
üzündən, dövlətin uşaq təhsilinə verdiyi əhəmiyyəti də əlavə etmək 
gərəkdir. Bu ehtiyacdan doğaraq həmin ölkələrdə  uşaqlar üçün 
çoxlu sayda mətbuat orqanları çıxmaqdadır. Türk dilində nəşrə izin 
verildikdən sonra, türk uşaqları üçün də bu imkanlar dövlət dəstəyi 
ilə  həyata keçirildi. Bu jurnallarda yer alan yazılar  Yunanıstan 
istisna olmaqla bölgədə uşaq ədəbiyyatına, eyni zamanda türk uşaq 
ədəbiyyatına meydan açdı. Qədim Yuqoslaviyada “Quş”, “Pioner”, 
“Sevinc”, “Tumurcuq”, Bolqarıstanda “Sentyabr uşağı”, “Filiz” 
kimi ədəbi jurnallar bunun üzdə olan  nümunələridir. Bu üç ədəbi 
bünövrəyə istinadən  bir daha vurğulayaq ki, Balkanlarda türk uşaq 
ədəbiyyatından söz açmaq,  həm də bu ərazidə türk ədəbiyyatından 
söz açmaq deməkdir. 
Balkanlarda yaşayan türklər Yunanıstan istisna olamqla, sovet 
ölkələrində yaşayanlardır. Bu üzdəndir ki, bölgədə meydana gələn 

339
türk şeiri ölkədən-ölkəyə kiçik fərqlərlə seçilsələr də, də ana xəttinə 
görə iki hissəyə  bölünə bilər. Bunları  Yunanıstanda yaranan türk uşaq 
şeiri və digər Balkan ölkələrində yaranan türk uşaq şeirinə ayırmaq 
olar.  Yunanıstanda yaranan türk uşaq  şeirində bu sahənin  əsas 
mövzularından olan mənzum  nağıllar, fabulalar, Molla Nəsrəddin 
lətifələrinin  şeir  şəklində ifadəsi, insan, vətən və  təbiət sevgisi, 
anaya, kitaba və heyvana məhəbbət kimi əbədi mövzularla bərabər, 
bölgəyə xas başqa mövzulara da  toxunulur. Məsələn, digər bölgə 
ədəbiyyatlarında siyasi mövzudan kənar dini şeirlər Yunanıstan türk 
uşaq  şeirinin sırasındadır. Qərbi Trakyada yaşayan türklər  əsasən 
çölçü şəklində yaşadıqları üçün, real və problemli  kənd mövzuları da 
bölgə ədəbiyyatının mövzuları sırasındadır. Ancaq sovet ədəbiyyaı 
senzuralı bir ədəbiyyat olduğu  üçün belə mövzulara toxunulmur. 
Həm Qərbi Trakya türkləri, həm də digər bölgələrdəki türk xalqı, 
Rumelidə doğulduğu üçün Türk Cümhuriyyətinin qurucusu Mustafa 
Kamal Atatürkü həmyerliləri  kimi  dəyərləndirir və onu fərqli bir 
şəkildə şeirlərində əks etdirirlər. Onun Selanikdə doğulmuş olması 
Qərbi Trakya türkləri üçün ayrı bir öyünmə yeridir və bu üzdən 
Atatürkə həsr olunmuş şeirlər  xüsusi çəkiyə malikdir.
261
 
Sovet rejimi ilə idarə olunan digər bölgələrdə, yəni Bolqarıstan, 
qədim Yuqoslaviya (Kosova), Makedoniya və Rumıniyada isə 
qələmə alınan məhsullar bu sistemin mədəniyyəti ilə əlaqədardır. Bu 
ölkələrdəki ədəbiyyata  nəzər salsaq,   aralarında olan  nisbi fərq gözə 
dəysə də, sosialist rejiminin  kütləvi bir baxış bucağını təbliğ etməsi 
və sənətdən bir ideoloji alət kimi istifadə etməsi üzündən yaranan 
əsərlərin bir çərçivəyə sığınması məlum olacaqdır. Bu səbəbdəndir 
ki, söz açılan mətnlərin  əsas xüsusiyyətləri dekorativ  olmalarıdır. 
Sosialist quruluşu yeni bir dünya yaratmaqda israrlı olduğu üçün 
bütün əmək insanları kimi  yazarlar da yeni qurulan bu dünyaya daxil 
olmaqdadır. Bununla birlikdə xüsusilə azsaylı xalqların yazarları 
mümkün qədər  bu ideologiyadan qaçmaq üçün  şeirlərində təbiət 
təsvirlərinə (mövsümlər, aylar, dağlar, günəş kəpənək, arı, quş)  və 
ata, ana, məktəb, kitab  sevgisinə toxunur,  gülərüzlü və çalışqan  
261
 Fəyyaz Sağlam “Batı Trakya Türkleri Cocuk Edebiyatı” İstanbul 1990

340
olmağa, tənbəl olmamağa, təmizliyə, nümunəvi şagird olmağa həsr 
olunan mətnlər qələmə alırdılar. Uşaqların böyük maraq göstərdikləri 
heyvanlar da əsas  mövzulardandır. Təbiət mənzərələrinin bu 
ədəbiyyatda  xüsusi şəkildə yer almasının başqa bir səbəbi də 
ərazidəki xalqın böyük ölçüdə tərəkəmə həyatı yaşamalarıdır. Məktəb 
vasitəsilə  şəhər həyatına qatılan yazar, tez-tez uşaqlıq dövrünü və 
bu dövrdə təmasda olduğu təbiət mənzərələrini xatırlamaqdadır. Bu 
üzdən bölgədəki türk şair və yazarlarının əksəriyyətinin iç dünyaları 
təbiətə daha yaxındır. Uşaqlıqda qalan hər şey gözəl  və əsrarəngiz 
olduğu üçün ədəbiyyatda çölçülük həyatının çətinliklərindən daha  
çox gözəlliyi tərənnüm edilir. Sovet təbliğatının  ədəbiyyatda  əks 
olunmasının  nümunəsi olan mövzulara da tez-tez müraciət olunurdu. 
Məsələn, yaxşı bir “pioner” olmaq təbliğ edilirdi. 
 Sovet quruluşunun yarandığı ilk illərdə dinə qarşı yazılan əsərlər 
də çoxluq təşkil edirdi. Bolqarıstanda modernləşmə və yeniliyə cəhd, 
bunun müqabilində rast gəlinən sıxıntılar, qadın-kişi münasibətləri, 
qədimdən gəlmə qapalı qadın geyimləri, xüsusilə  fəracə  və güllü 
fıstan bu dövrün ağrılı mövzularıdır. Azlıqların öz tarixlərinə və bu 
tarixi qəhrəmanlara sahib olmaq imkanları da Yunanıstan istisna 
olmaqla, demək olar ki, yox dərəcəsindədir. Bunun əksinə, sovet 
qəhrəmanlarını vəsf edən minlərlə əsər yazılırdı. 
Azlıqlar üçün mühüm əhəmiyyət kəsb edən  xalq ədəbiyyatı 
nümunələrinə olan meyl, Balkanlarda yaşayan türk şairlərinin 
şeirlərində ən çox rast gəlinən mövzudur. Şifahi xalq yaradıcılığından 
bəhrələnmə, həm də yaxşı  təhsil almaq imkanı olamyan yaradıcı 
insanlar üçün əhəmiyyətli bir məktəb idi. Başqa bir yararlanma imkanı 
isə Nazim Hikmətin əsərləridir. Çünki mövzusuna görə onun əsərləri 
Bolqarıstan nümunəsində  olduğu kimi geniş şəkildə nəşr edilmiş, 
həm də rejim tərəfi ndən saxlanılması  təşfi q  edilmişdir. Bu üzdən 
bölgənin şairlərinin əksəriyyəti N.Hikmət şeirinin təsiri altındadırlar. 
Bu təsir son illərdə Yəhya Kamal, Fazil Hüsnü Dağlarca və bir sıra 
başqa yazarların yaradıcılığında özünü   göstərmişdir.  Əslində öz 
yaşam haqqlarını  əldə etmiş  bölgə  şairləri  milli dəyərlərinə  və 
dininə sahib çıxaraq, onları  əsərlərində əks etdirməyə başlamışlar. 
Ancaq bütün bunlar onların uzun müddət təmasda olduqları  ədəbi 

341
ənənəni  də kənarlaşdırmamışdır.
262
 Ancaq 1990-cı ildən sonra baxış 
bucağı xeyli dəyişmişdir. 
1990-cı ildən sonra Balkanlarda açıq-aydın hiss edilən 
demokratiya havası  şübhəsiz ki, ədəbiyyatda  da özünü göstərmiş 
və yuxarıda qeyd edilən çərçivə xeyli dəyişmişdir. Bu müsbət 
irəliləyişə baxmayaraq Balkanlarda mövcud olan ədəbi ənənəni geniş 
mənada çiynində daşıyan Makedoniya iqtisadi sıxıntılar, Kosovo isə 
müharibə üzündən qəzet və jurnalların nəşrinə öz dəstəyini saxlaya 
bilməmişdir. Amma nəşr olunan mətbuat orqanlarında artıq başqa 
sahələrdə olduğu kimi daha real  və aktual mövzular özünə yer 
tutmaqdadır. 
Bolqarıstan türk ədəbiyyatını isə bu faktlardan kənarda, başqa bir 
tərəfdən araşdırmaq gərəkdir. 1989-cu ilin köçü bu ölkədə bir çox 
şeyi təpədən dırnağadək dəyişdirmişdir. Bu köçkünlüyün ziyanını 
hesablamaq olsa demək olar ki, ziyalıların hamısının buradan 
Türkiyəyə köçməsi, ya da köçməyə məcbur edilməsi bu ölkə üçün 
ən böyük bir itkidir. Bu Bolqarıstanda intellektual qüvvənin cansız 
qalmasına səbəb olmasıdır. Ancaq Türkiyəyə köçmüş ziyalıların 
bir hissəsi burada  tərk etdikləri vətənlərinin problemlərini üzə 
çıxararaq həll etməyə çalışırlar.  Şübhəsiz, burada ədəbiyyatın da 
öz payı vardır. Qısa bir zamanda İstanbulda, Bursada və başqa 
yerlərdə  dərnəklər yaradıldı, qəzet və jurnallar açıldı, toplantılar 
təşkil edildi, kitablar nəşr olundu. Bu yeni inkişaf bir qədər romantik 
görünsə də, məsələnin daha təhlükəsiz olmasına şərait yaratdı. Bu 
üzdəndir ki, son illərdə ölkəmizdə Bolqarıstan türkləri tərəfi ndən 
yazılmış xeyli əsər vardır. Bu əsərlərin mövzusu da xeyli fərqlidir. 
Bolqarıstanda yaşanmış bolqarlaşma və türk olaraq qalma arasında 
mübarizə aparan insanların həyat dramı, intensiv polis hücumları, 
köçkünlük, tərk edilmiş torpaqlara olan həsrət, türkçülük duyğusu, 
iradə və bunun nəticəsində əldə edilən qələbənin qüruru və  doğma 
Türkiyəyə minnətdarlıq, qələmə alınan əsas mövzulardır. 
262
 Məhməd Yaşın “Eski Yugoslavların Türkce Şiiri”- “Sesler” (301) Dekabr 1995, s. 51

342
Bölgədə yaranan mətnlərin dilinə  gəldikdə isə Qaqauzlar xaric 
olmaqla Balkanlarda yaşayan türklərin yazı dilləri tarixin bütün 
dönəmlərində mərkəzi İstanbul olan Türkiyənin yazı dili olmuşdur. 
Hətta son dövrlərdə Qaqauzlar arasında belə, Türkiyə türkcəsi öz 
standart quruluşunu əldə etməkdədir. Bu vəziyyət bu gün də davam 
edir. Ancaq burda məlum bir çərçivə vardır. Çünki  fərqli bir ölkədə 
yaşayan azsaylı xalqın yazarı istər-istəməz yaşadığı ölkənin dilindən 
təsirlənməlidir. Həm də uzun müddət ana vətən ilə kəsilən əlaqələr 
nəticəsində Balkan ölkələrindəki türk yazı dili, Türkiyə türkcəsi 
ilə paralel şəkildə genişlənməmişdir.
263
  Ortaya çıxan çatışmazlığı 
isə bölgə dillərindən gələn yad sözlər və sintaksis doldurur. Bəzi 
bölgələrdə mövcud olan məhəlli şivələrin  yazı dilinə qatılması ilə 
yaranan kiçik fərqləri də bura əlavə etmək olar. Xüsusilə də qədim 
Yuqoslaviyada 1985-ci illərə qədər hədsiz dərəcədə öz türkcəsindən 
istifadə edilməsi  və məhəlli dildən gələn sözləri də bir fərqli cəhət 
kimi qeyd etmək gərəkdir.
Balkanlarda türk ədəbiyyatı ölkədən-ölkəyə  dəyişən bir sıra 
imkanlara və çatışmazlıqlara malikdir. Bunu ardıcıllıqla Kosova, 
Yunanıstan, Qaqauzlar, Bolqarıstan və Rumıniya üçün qeyd etmək 
olar. Amma üzərində  dayanılmalı  əsas nöqtə, Osmanlı dövlətindən 
sonra türkcənin növbənöv hücumlara davam gətirərək Balkanlarda 
yaşaması  və bu dildə  ədəbi  əsərlər verməyə başlamasıdır. Burada 
da əsas maneələr köçlər olmuşdur. Onsuz da güclə yetişən az saylı 
ziyalıların bir müddət sonra ana vətənə qayıtmaları hər şeyin yenidən 
başlanması deməkdir. Son illərdə başqa türk bölgələrindən olduğu 
kimi, Balkanlardan  Türkiyəyə tələbə axını yeni dirçəliş mərhələsinin  
yaranmasından xəbər verir. 
  
 
1   ...   18   19   20   21   22   23   24   25   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə