“Ədəbiyyatımızda İsimlər Sözlüyü” ilk dəfə 1960-cı ildə nəşr
olunmuşdur. Buradan da aydın olur ki, 1945-ci illərdə başlayan
bioqrafi ya görüntüləri yalnız on beş il keçəndən sonra orijinal bir
əsər kimi oxucu ilə görüşür. Necatigil bu əsərində türk ədəbiyyatının
başlanğıcından əsərin yazıldığı tarixə qədər yaşamış olan 830
sənətçini qələmə almış və qələmə aldığı bioqrafi yaları mümkün
qədər lakonik şəkildə əks etdirmişdir. O, haqqında yazdığı müəllifi n
315
əsərlərini sıra ilə göstərmiş, ardınca da onların yaradıcılığından
söz etmiş və əsərlərini ciddi şəkildə təhlil etmişdir. Təzkirələrdə
göstərilməyən doğum tarixləri, əsər üzərində aparılan təhlillər
müasir təzkirəni xarakterizə edən yeni xüsusiyyətlərdir.
“Ədəbiyyatımızda Əsərlər Sözlüyü” isə bu kitabın ardınca
yazılaraq yaxın illərdə yaşamış 120 yazarın 400 əsəri haqqında
məlumatlar verir. İlk nəşri 1971-ci ilə təsadüf edən bu əsər
“Ədəbiyyatımızda İsimlər Sözlüyü” kitabının davamıdır. Indi isə
Tacizadə Cəfər Çələbiyənin yer aldığı bir təzkirədən və Necatigildən
iki nümunə göstərməklə bu növün müasirləşərək necə dəyişildiyinə
nəzər salaq.
Cəfər Çələbi (Lətifi təzkirəsi)
Tac bəy oğlu adıyla tanınan nəcib və tanınmış bir nəsildən
olan biridir. I Səlimin dövründə əvvəl nişancı, sonra isə qaziəsgər
olmuşdur. Osmanoğlullarının Osmanlı ölkəsini qurduqları gündən
bəri nişancılıq məharətinə görə ona tay ola biləcək bir adam yox idi.
Şeir sahəsində dövrünün Həssanı, nəsr üslubunda isə dövrün
Sübhanı idi. Başqa təzkirələrə əlavə olaraq mükəmməl divanı və
“Həvəsnamə” adlı bir məsnəvisi vardır. Bu əsər gənclik həvəsiylə öz
iç dünyasını dilə gətirmişdir.
Bu əsərdə öz tapıntısı olaraq, gənclik həvəsiylə yazılmışdır.
Əvvəlindən sonuna qədər insanı təəccübləndirən sözlər, gözəl
beytlər, zövq oyadan sənətlər, ibarə və istiarələrlə dolu bir kitabdır.
Əslində bunun tərifl ənməyə elə bir ehtiyacı da yoxdur. Bu kitab
özü istedadlı olanların əsərlərini önə çıxartmış, Osmanlı şairlərinin
üzdə olanlarını vermişdir (İsen 1999. 137).
Cəfər Çələbi (Nəcatigil)
Divan şairi olan Taci-zadə 1515-ci il 18 avqustda Amasyada
doğulub və İstanbulda vəfat edib. II Bəyazid və Sultan Səlimin
nişancısı olan Cəfər Çələbi, çaldıran səfərində (1514) I Səlim
ordusunda qaziəsgər və padşahın müsahibi idi. Şah İsmayılın əsir
316
götürülən zövcəsi Taclı xanım ilə evləndirildi, amma ordu İstanbula
dönən zaman yenicerlilərin Amasyada əzilməsində əli olduğu ilə
iftira edilərək padşahın qəzəbinə tuş gəlmiş və edam olunmuşdur.
Tacizadənin divanı və “Münşəat”, “Həvəsnamə”, “Fəthnameyi-
İstanbul” adlı əsərləri vardır. “Həvəsnamə” İstanbulun abidələrini,
gəzməli yerlərini tanıdan, milli həyatını təsvir edən bir məsnəvidir.
Ancaq təzkirə sahibi Aşıq Çələbi onun nəsrinin nəzmindən,
qəsidələrinin qəzəllərindən üstün olduğunu göstərmişdir. I Səlimin
Şah İsmayıla göndərdiyi məktublarından bəzilərində Çaldıran zəfəri
haqqında hər tərəfə yayılmış olan zəfərnamələrin müəllifi Cəfər
Çələbi olmuşdur. O, eyni zamanda dövrünün ən mahir nəsr yazarı
olmuşdur. (Necatigil (1967. s. 72)
Göründüyü kimi hər iki bioqrafi yada bir çox ortaq nöqtələr
tapmaq mümkündür. Ön söz və oxşar mövzulardakı forma eyniliyi
ilə yanaşı bioqrafi yaların əlifba sırası ilə düzülüşü də dərhal diqqəti
çəkir. Buna əlavə olaraq mündəricatda da oxşarlıqlar vardır. Şairlərin
doğum yeri, adı, ləqəbi, təhsil vəziyyəti, məslək və ya məqamı,
əsas müəllimləri, ölümü, ölüm tarixi, məzarlarının yeri, bəzən
şairlə bağlı olan bir və ya bir neçə lətifə, ədəbi yaradıcılığı ilə bağlı
araşdırmalar təzkirələrdə ilk diqqəti çəkən ortaq detallardır. Lakin
Necatigil doğum tarixlərinə xüsusi bir orijinallıq gətirərək Osmanlı
bioqrafi yasında rast gəlinməyən bir yeniliyi meydana çıxartmışdır.
Buna əlavə olaraq əsərlərinə daha çox yer vermək, onların nəşr
tarixlərindən söz etmək də təzkirəçilik ənənəsində yenidir. Onun bir
başqa yeniliyi də mənbələri qeyd etməsindədir.
Xülasə şəklində bildirmək olar ki, Necatigil gözəl bir şair,
gözəl bir eksperimentçi, gözəl bir ssenari yazarı olması ilə yanaşı,
bioqrafi ya tarixinə yeni bir təkan vermiş dəyərli yazardır. O, bütün
bunlarla yanaşı bu qaynaqları yüksək dəyərləndirərək, onları müasir
ədəbiyyata gətirməyin yollarını da göstərmişdir.
Onun açdığı yolun doğru bir yol olması buradan bəllidir ki,
“Ədəbiyyatımızda İsimlər Sözlüyü” ən çox çap olunan kitablardan
biridir. Həm də bir çox araşdırıcı onun kitablarından sonra, bu
mövzuda və formada yeni-yeni kitablar qələmə almışlar.
317
(*Yazı Hammer və Nəcatigil haqqında yzılan iki çalışmanın
birləşməsindən meydana gəlmişdir).
İstifadə olunan ədəbiyyat:
1. Adıvar Adnan. “Tarih ve biografi ” tarih jurnalı C.2,5,3-4
İstanbul, 1952 Hammer – Purgstall, “Geschichte der Osmanishen
Dichtkunst bis auf unsere” Ziet 4 c. Peşte 1836-38.
2. Gönül Behcet “İstanbul kütüphanelerinde al-şakaik al –
Nimaniyye tercüme ve zeylleri” Türkiyət məcmuəsi. C.7, cüz 2.
istanbul 1945.
3. İsen Mustafa. “Latifi tezkiresi” Ankara, 1999.
4. İsenMustafa vd. “Şair tezkireleri”. Ankara, 2002.
5. Necatigil Behcət. “Edebiyatımızda İsimler Sözlügü “. Istanbul
1967.
6. Robinson, İ.S. “The tezkere genre in İslam”.
7. Robinson İ.S. “The Ottoman Poetry Bioqraphies of poests”
journal of Near
Eastern Studies Vol 24. 1965.
8. Rosenthal Frans. “A History of Müslüm Historiography”.
Leiden 1952
“VARAYIM GİDEYİM URUMELİNE”
kitabından seçilmiş məqalələr
321
ÖN SÖZ
D
oğulduğu torpaq istərsə ayrı-ayrı şəxslərin həyatında,
istərsə də müxtəlif xalqların tarixində əhəmiyyətli yer
tutan faktorlardan biridir. Bu mənada Balkanlar bütün türk xalqının
həyatında olduğu kimi, keçmişdə ailəsi bu bölgədə yaşamış çoxsaylı
insanlar üçün maraq göstərilən və diqqətçəkən bir ərazidir. Ailəsi
93 Hərbi (1877-1878) kimi tanınan Balkan müharibəsindən sonra
Türkiyəyə köç etmiş insanlardan biri kimi, mən də kiçik yaşlarımdan
ailəmin ulularından eşitdiyim Dəliorman bölgəsi, buradakı çay, dağ,
şəhər, qəsəbə və kənd adları ilə həmişə maraqlanmışam. Sonrakı
illərdə bu istək intellektual bir marağa döndü. 1981-1983-cü illərdə
Belqrad Universitetində müəllim kimi çalışdığım vaxtlarda yetərincə
gəzib gördüyüm Balkan torpağı daha da diqqətimi çəkdi. Bütün
bunlar mənim Balkanlar, yaxud klassik formada Rumıniya haqqında
yazmağıma vasitə oldu.
Balkanlar, çox qədim dövrlərdən türklərin sıx şəkildə yaşadığı
məmləkətlərdən biridir. Hələ V əsrdə başlayan bu əlaqənin bu günə
qədər uzanmasının səbəbkarı Osmanlılar olmuşdur.
Qazi Süleyman Paşanın 1350-ci illərdə Geliboluya gəlişi ilə
başlayan dövr, Qazi Evrenos Bəy vasitəsilə Qərbi Trakyanın (1361)
fəthi ilə davam etdi. Lakin bölgə üçün əsl türk təsiri I Muradın
Kosova zəfəri ilə başlandı (1389). Qanuni dövrünə qədər davam
edən fəthlərdə bölgə geniş mənada türk idarəçiliyinə keçdi. Hətta
Osmanlı dövləti başlanğıcda böyük sahədə bir Avropa dövləti olaraq
qurumuşdur, deyilsə səhv olmaz. Bu mənada, Osmanlı dövləti
Anadolu və Rumeli olmaq üzrə iki qoldan meydana gəlmişdir.
Balkanlarda uzun müddətli türk idarəçiliyi (1354-1912) nəticəsində
təhsil, elm, mədəniyyət, dil və sənət sahəsində də böyük inkişaf
olmuşdur. Balkan şəhərlərində Osmanlı mədəniyyətinin inkişafı ilə
yanaşı təhsil, elm, mədəniyyət və sənətin bünövrəsi olan mədrəsə,
məktəb, təkkə və zaviyələr qurulmuş, bir müddət sonra bu sahədən
olan ilk təmsilçilər boy verməyə başlamışdır. Bölgədə elm və
sənətin ilk nümunələrini sancaqbəyi, müdərris, qazi, əsgər, katib,
322
din adamları ya da təsəvvüf ərbabı kimi tanınan şəxslər meydana
gətirdi. Get-gedə bu mədəni nümunələr burada doğulan türklər və
ya islamiyyəti qəbul edən Boznak, Arnavut, Pomak, Torbeş əsilli
müsəlman sənətçilər tərəfi ndən türkcə olaraq yaradılmağa başladı.
Bu sahədəki ziyalıların sayı sonrakı illərdə sürətlə artmışdır.
XIX əsrə qədər zənginləşməkdə davam edən bu bünövrə bölgənin
Türk idarəçiliyindən çıxması ilə dərin bir durğunluğun içinə düşdü.
Kitabda müxtəlif bölmələrdə söz açıldığı kimi zaman-zaman bu
durğunluq təkrarlansa da, əvvəlki bünövrə öz mövcudluğunu da
qoruyub saxlamışdır.
Ancaq əsərdə yer verilən məqalələr, Balkanlarda türk
mədəniyyətinin mövcudluğu mənim gözümün önündədir. Bunları
türkiyəli oxucularla bölüşməyə çalışdım.
Hər hansı bir bölgəni öyrənmək üçün oraya tarixə istinadən nəzər
salmaq çox vacibdir. Balkanlardan söz düşdüyündə isə bu xüsusilə
vacib şərtdir. Bu üzdən bölgənin öz mədəniyyəti və keçmişi ilə
birlikdə qələmə almaq həm əsəri zənginlədirmiş, həm də mənim əsl
sahəmlə bağlı məlum bilgilərin aktuallığını saxlamış, hər bir sahəni
aydın şəkildə işıqlandırmaq imkanı vermişdir.
Məqalənin əsas hissəsi akademik yazılardır. Bir qismi isə oradakı
aktual inkişafl a bağlı məlumat xarakterli məşhur nümunələrdir.
Mətnlərdə eyni bölgəyə fərqli vaxtlardan baxıldığı və cəmiyyətin
müxtəlif təbəqələrinə məlumat vermək məqsədi güddüyü üçün
təkrarların olması da qaçılmazdır.
Kitabın adına gəldikdə isə qeyd edim ki, mən kitablarıma bir qədər
fərqli adlar qoymağı xoşlayıram. Rumeli ilə bağlı son dövrdə çox
rastlaşdığımız vida, itki, qeyb olma kimi sözlər keçmişə aid ağrılı
ifadələrdir. Halbuki qloballaşan dünyada bölgə öz elastik sərhədləri
ilə yenidən bizim marağımızı çəkməkdədir. Əsasən səyahətnamələr,
fi lmlər və musiqilərlə qarşımıza çıxan Balkanlar, belə görünür
ki, yaxın gələcəkdə daha çox maraq kəsb edəcəkdir. Mən bu əsər
vasitəsiylə həm bölgədəki qədim və dərin Türk mədəniyyətinə
diqqət çəkmək istədim, həm də adını bir Rumeli türküsündən
götürdüyüm “Varayım Gideyim Urumeline” ifadəsini seçməklə,
bölgənin keçmişini öyrənməkdən daha çox, gələcəyini fəth etməyə
çağıran bir mesaj verməyə çalışdım.
323
Balkanlar, indi yeni bir dövrə hazırlaşır. Ancaq əlimizdəki
yazıların əsas hissəsi 80-90-cı illərin daha ağrılı illərinə aiddir. Bu
səbəbdən mətnlərdə hadisələrin içində yaşayan biri olaraq, əsərimdə
bəzi emosional ifadələrə də yer vermiş ola bilərəm. Çalışmamda
Balkanlarda çox qədim tarixə malik zəngin mədəni görüntünün bir
hissəsinə işıq sala bildimsə şad olardım. Bu vasitəylə nəşrə kömək
edən Qapı Nəşrlərinə çox təşəkkür edirəm.
324
BALKANLARDA ÇAĞDAŞ TÜRK ƏDƏBİYYATI
O
smanlı dövləti ilə sona çatan rəngarəng və dinamik inkişafdan
sonra Balkanlarda bir durğunluq dövrü başlandı. Balkan
fi tnə-fəsadlarından sonra bu ərazidə qalan türklərin düçar olduqları
sıxıntı ədəbiyyatda da özünü göstərdi. Xüsusilə türk ziyalılarının
ana vətəni olan Türkiyəyə köçüb getmələri bölgədəki ədəbi mühit
üçün böyük bir itki oldu. Yeni hakimiyyətdəkilərin burada qalan
ziyalılara ögey münasibəti də vəziyyəti xeyli ağırlaşdırdı. Bunlara
baxmayaraq, türk dili Balkanlarda öz yaşamını saxlaya bildi. Bəzən
bu dildə danışmaq tamamilə qadağan edildi, bəzən yazılı dildə
qismən ifadə olunmaq imkanı tapdı, ancaq əsrlərdən qalma gücü və
qüdrəti sayəsində yenə öz mövcudluğunu saxlaya bildi. Bölgəyə
daxil olan ölkələrdəki türk xalqlarının ədəbiyyatlarıına nəzər salsaq,
aşağıdakı mənzərə ilə rastlaşırıq.
Makedoniya
Yuqoslaviyanı təşkil edən altı respublikadan biri olan Makedoniya
1991-ci ildə ayrılaraq öz müstəqilliyini elan etdi. Makedoniyanın 2
milyonluq əhalisinin təxminən onda birini türklər təşkil edirlər. 1945-
ci ildə milli azlıqlar üçün təyin olunmuş imtiyazlar Yuqoslaviyanın
bir parçası olan Makedoniya üçün də tətbiq olundu. Bu üzdən bölgədə
türk dilli məktəblər (ibtidai, orta), radio-televiziya verilişləri, teatrlar
açıldı və bunlarla bərabər ədəbiyyat da inkişaf etməyə başladı. 1944-
cü ildən Üsküpdə “Birlik” qəzeti nəşr olunmağa başladı. 1949-cu
ildə “Yeni Qadın” qəzeti, 1950-ci ildə “Pioner” qəzetinin nəşri
başlandı. Mətbuatın fəaliyyəti bununla bitmədi. “Səslər” (1965)
adlı sənət və mədəniyyət jurnalı, yeddi-on dörd yaşlı uşaqlar üçün
nəzərdə tutulan “Sevinc” (1951) və ibtidai sinif şagirdləri üçün
nəzərdə tutulan “Tumurcuq”(1957) adlı uşaq jurnallarının nəşri
bu inkişafı davam etdirdi. Makedoniyadakı bu mənzərə bu gün də
davam etməkdədir. Bu gün nəşrini dayandırmış “Səslər” jurnalının
əvəzinə “Vardar” adlı siyasi qəzet dərc olunur. Bundan başqa bir
neçə dildə çap olunan “Əl-Hilal” və “Zaman”, Üsküp Universiteti
325
Türkoloji Şöbəsinin tələbələrinin çıxardığı “Körpü” (2002) və
Resnədə nəşrə başlayan “Qızıl Alma”nı (2002) da bu mətbuat
orqanlarına əlavə etmək olar. Makedoniyada türk ədəbiyyatının əsas
təmsilçiləri bunlardır: Hüseyn Süleyman (1901-1963), Əbdulfəttah
Rauf (1910-1963), Ənvər Duzçu (1916-1958), Şükrü Ramo (1916-
1988), Mustafa Qarahəsən (1920-2002), Lütfi Seyfullah (1926),
Hümaşah Vardar, Nəcati Zəkəriya (1928-1987), Mahmud Qıratlı
(1929-1988), Fəxri Qaya (1930), İlhami Emin (1931), Rəcəb Murad
Bugarıç (1934), Əsəd Bayram (1934), Cavid Sarac (1935), Avni
Əngüllü (1947), Fəxri Əli (1948), Səbahəddin Səzair (1948), Avni
Abdullah (1948), Xalisə Həsən Özgül (1948), Ələddin Tahir (1949),
Suat Əngüllü (1950), Məlahət Əngüllü (1950), İrfan Büllür (1954),
Ənvər İlyas (1955), Sabit Yusif (1957), Biba İsmayıl (1957), Səmra
Samət (1958), Tülay İbrahim, Oqtay Əhməd, Məral Qayın, Bilal
Emin, Leyla Hüseyn.
Yuxarıda adı çəkilən yazarların çoxu şairlərdir. Şeir türk
ədəbiyyatının ən qədim və əsas qoludur. Balkanlarda yaşayan türk
xalqlarının da əsas ədəbi nümunələrini şeir təşkil edir. Şeirdən sonra
isə ən çox yayılan ədəbi növ hekayə janrıdır. Tanınmış hekayə
yazarları arasında bu müəllifl ərin adlarını çəkmək olar: Hüseyn
Süleyman, Şükrü Ramo, Mustafa Qarahəsən, Hümaşah Vardar, Lütfi
Seyfullah, Nəcati Zəkəriyya, Fəxri Qaya, Rəcəb Murad, Ələddin
Tahir, Ənvər Əhməd, Ənvər İlyas, Sabit Yusif. Bu yazarların
əksəriyyəti öz yaradıcılıqlarında uşaq ədəbiyyatını seçmişlər.
Bəzi qələm təcrübələri nəzərə alınmazsa, hələlik Makedoniyada
roman janrı o qədər də inkişaf etməyib. Bunun əksinə olaraq, teatr,
tənqid və səyahət yazılarının sayı xeyli çoxdur.
Makedoniya və Kosovada (qədim Yuqoslaviya) nəşr olunan
əsərlərin əksəriyyətinin, xüsusilə də ilk dövrlərdə yazılan əsərlərin,
bütün sosialist ölkələrində olduğu kimi dövlətin dəstək və nəzarəti
altında olduğu da unudulmamalıdır. Bu səbəbdən də yazılan əsərlər
əsasən rəsmi ideologiyaya xidmət etmişdir. Əsasən bu ideologiyaya
xidmət edən əsərlərin çapına icazə verilirdi. Bütün bunlarla yanaşı
dövlətin dəstəyi nəticəsində türk dili bir yazı dili olaraq bölgədə
öz mövcudluğunu saxlamışdır. Balkan ölkələri arasında qədim
326
Yuqoslaviyada yaşayan insanlar, bölgənin başqa yerlərində yaşayan
insanlara nisbətən öz dillərini daha yaxşı qoruyub saxlaya bilmişlər.
Elə buna görə də, bölgədə ən çox ədəbi əsər Makedoniyada qələmə
alınmışdır. Ancaq Balkan ölkələri arasında qədim Yuqoslaviyaya
olan dəstək və senzuranın tədbiqi başqa sosialist ölkələri çərçivəsinə
qalxmamışdır.
254
Kosova (Yuqoslaviya)
Osmanlı dövlətinin bölgədən çəkilməsi ilə ortaya çıxan yerli
hakimiyyət orqanları öz aralarındakı ixtilafl arı çözərək, 1918-1919-
cu ildə Yuqoslaviyanı qurdular. 1946-cı ilə qədər davam edən bu
idarəçilik, ərazidə türkcə əsərlərin nəşrinə imkan vermədi. Ancaq
şifahi ədəbiyyat ənənəsi və Üsküp, Prizren, Yakova, İpək, Manastır,
Oxri və Qalxandələn kimi şəhərlərdə fəaliyyət göstərən təkkələrdə
inkişaf etmiş təsəvvüf ədəbiyyatı özünü mühafi zə edə bilmişdi.
Bu ədəbi məhsullar isə nəşr oluna bilməmişdi. Bunların arasından
yalnız Hacı Ömər Lütfi ni (1870-1928) istisna saymaq olar. 1945-
ci ildə qurulan sovet rejimi ölkədəki azsaylı xalqların hüquqlarını
qorumaq haqqında qəbul etdiyi öhdəlikləri yerinə yetirərək müxtəlif
dillərdə mətbuat orqanlarının nəşrinə və məktəblərin açılmasına
icazə verdi. Makedoniyada “Birlik” qəzetinin nəşri (1944) və türkcə
radio verilişlərinin yayınlanması ilə paralel olaraq türk ədəbiyyatı
da dirçəlməyə başladı. Ancaq Kosova Muxtar Vilayətində yaşayan
türklər Makedoniyada yaşayanlara nisbətən mədəni imkanlardan
daha gec yararlandılar. Bu üzdəndir ki, Kosovadan olan şair və
yazarlar ilk nümunələrini Makedoniyada çıxan mətbuat orqanlarında
254
Sürəyya Yusif “Yugoslaviya Türk Şiiri” Priştinə 1976; Bədri Səlim “Çağdaş Yugo-
slaviya Hikayeleri” Priştinə 1978; Vanço Baskov “Turska Knijenost u Yugoslavije”
,“Ensiklopediye Yugoslaviye” VIII; Suat Engüllü “Türkiye dışındaki Türk Edebiyatları
Antolojisi”(Yuqoslaviya və Makedoniya Türk ədəbiyyatı) s.7.Ankara 1997; Reyhan
İsen-Mustafa İsen “Yugoslaviya Türk Cocuk Şiirinden Seçmeler” Ankara 1983; Mus-
tafa İsen-Reyhan İsen-A.Esra Kireççi “Balkanlarda Cocuk Şiiri Antolojisi” Ankara
2001; Nemətullah Hafi z “Yugoslaviyada Türk Edebiyatı” “Çevrən”1/1, Priştinə 1973;
Nemətullah Hafi z “Yugoslaviyada Çağdaş Türk Edebiyatı Antolojisi”,2 cild, Ankara
1989; İ.Güven Kaya “Yugoslaviya Türk Halkı Edebiyatı” İstanbul 1993; Abdulkadir
Hayber “Makedoniya ve Kosova Türklerinin Edebiyatı” Ankara, 2001; Ömər Turan “XX
Yüzyılda Türk Toplulukları” ,“Türkler” c.20,Ankara 2002,s. 231.
327
çap etmiş, yalnız 1969-cu ildən etibarən Kosova türkləri özləri
bu imkanlardan yararlanmağa başlamışdır. Demək olar ki, bu
ərazidə yeni dövr türk ədəbiyyatı ancaq 1960-cı illərdən dirçəlməyə
başlamışdır. Bu illərdən başlayaraq şeir və hekayə növü bir çox
mərhələlərdən keçmiş, başqa növlərdə də əsərlər yazılmışdır. Birlik
və Tan seriyalları ilə bərabər bu ərazidən olan yazarların kitabları
öz kəmiyyətləri ilə birlikdə keyfi yyətlərini də saxlamış və tarixə
düşmüşdür.
1991-ci ildə ölkə parçalandıqdan sonra onu Yeni Yuqoslaviya,
Serbistan və Qaradağ respublikaları təşkil etdi.
Serbistan içində olan Kosova Muxtar vilayəti isə 1999-cu ildə
ABŞ-ın müdaxiləsi ilə bu an statusu bəlli olmayan, lakin Yuqoslaviya
ilə əlaqəsini kəsmiş bir vəziyyətə düşmüşdür. Beləcə, bu gün
Yuqoslaviya torpaqlarında türk milləti qalmamışdır. Kosovada
yaşayan türklərin sayının 30-40 minə yaxın olması qeyd edilir.
Bölgənin paytaxtı Priştinədə “Tan” qəzeti (1969), “Çevrən” jurnalı
(1973) və “Quş” uşaq jurnalı dərc olunmaqdadır. Eləcə də, Prizrendə
“Əsrin” (1979), “Çığ” (1990) jurnalları çap olunur. Müharibədən
sonra bunların nəşrinə fasilə verildi. İndi Prizrendə şəxsi təşəbbüslərlə
“Bay” (1994), “Sufra” və “Türkçəm” jurnalları və “Yeni dövr” adlı
həftəlik dərc olunur. Son vaxtlarda bu ərazidə “Demokrasi Ufku”
gündəlik çıxan siyasi qəzet də fəaliyyətə başlayıb.
Kosovada doğulmayan Sürəyya Yusif (1923-1977) bölgədəki
ədəbiyyatın inkişaf edərək yayılmasında bir tənqidçi kimi əhəmiyyətli
rol oynamışdır. Onun irəli sürdüyü istiqamətlər bölgə ədəbiyyatının
yığılıb toplu halına düşməsində böyük rol oynamışdır.
Balkanlarda olduğu kimi, Kosovada da ədəbiyyat deyən kimi
ilk olaraq ağıla şeir gəlir. Bu sahədə ən çox uğur qazanan isə uşaq
şeirləridir. Fəxriyə Çərkəz (1929), Nalim Şaban 1935-1961), Nüsrət
Diso Ülkü (1938), Nemətullah Hafi z (doğ. 1939), Ənvər Baqi (doğ.
1943), Həsən Mərcan (doğ. 1944), Arif Bozacı (doğ. 1944), Əhməd
İğçilə (1945), Sacəddin Koka (1945), Sadik Tanyol (146), Bayram
İbrahim (1947), İsgəndər Muzbek (doğ. 1947), Fikri Şişko (1949),
Altay Siroy (doğ. 1949), Fəxri Mərmər (1950), Agim Pifət Yerezən
(doğ. 1951), Zeynal Beksaç (1952), Ədhəm Baymak (1952), Osman
328
Baymak (1954), Əziz Sərbəst (1954), Rəşid Xanədan (1955),
Məhməd Bütüç (1955), Nuhi Marrək (1956), Rauf Kurkul (1964),
Özcan Micalar (1965), Berhan Sait (1967), Rauf Virmuça, Ayla
Lefkofçalı, Hüseyn Kazar, Əsin Muzbeg və Şükri Mazrek Kosova
bölgəsindəki türk ədəbiyyatının əsas təmsilçiləridir.
Əslində, Makedoniya haqqında söylənilən fi kirlər Kosova üçün də
keçərlidir. Burada da ən çox yayılan ədəbi nümunələr şeir olmuşdur.
Bunun ardınca isə hekayə növü gəlir. Sürəyya Yusif, Nüsrət Dişo
Ülkü, Ənvər Baqi, Həsən Mərcan, Səcaəddin Koka, Əhməd İgcilər,
İsgəndər Muzbəğ və Rəşid Xanədan bölgənin tanınmış hekayə
yazarlarındandır.
255
Roman isə təcrübədən uzağa getmir. Teatr,
tənqid, eksperiment və səyahət yazılarından ibarət xeyli ədəbi
məhsul vardır.
Bolqarıstan
Bolqarıstandakı türk ədəbiyyatı haqqında dediyimiz fi kirlər o biri
sosialist Balkan ölkələrinə aid söylənilənlərdən o qədər də fərqli
olmayacaqdır. Həm də bu ölkədəki türk ədəbiyyatı Rumelidəkı türk
ədəbiyyatının bir bölməsidir. Yenə oxşar ölkələrdə olduğu kimi,
burada da şifahi və yazılı ədəbiyyatdan söz açmaq olar. Əvvəl
qeyd etdiyimiz kimi, Anadoluya yaxın olması, çox erkən vaxtlarda
Osmanlı sərhədlərində daxil olması və türk əhalisinin çox olmasına
görə türk ədəbiyyatı burada daha zəngindir. Şifahi xalq ədəbiyyatı
baxımından bu ölkədə yaşayan soydaşlarımızın yaradıcılığı bütün
Balkanlarda olduğu kimi, Anadoludakılardan fərqli deyildir. İstifadə
olunan yazı dili də qismən yaşadıqları yerin xüsusiyyətini daşımaqla
bərabər, əsasən İstanbul türkcəsidir.
Daha əvvəl qeyd edildiyi kimi, ölkə Osmanlı dövlətinə aid olduğu
dövrdə türk ədəbiyyatına çox sayda şair və yazar vermişdir.
1877-1878 və yaxud daha çox 93 Hərbi kimi tanınan Bolqarıstan
krallığı uzun illər boyunca bu bölgədən türk ədəbiyyatının axışını
da saxlamışdır. 1918-1928-ci illərdə orta məktəblərə müəllim
yetişdirmək üçün açılan “Darül-müəllimin” (müəllim hazırlayan
255
Bkz 18 Diplom işi.
329
məktəb) ilə 1922-ci ildə din adamı və müəllim hazırlamaq üçün
fəaliyyətə başlayan Nüvva, 1947-19541-ci illər arasında fəaliyyətsiz
qalan köhnə Zağra, 1951-1958-ci illərdə fəaliyyət göstərən Şumnu,
Razqrad, Kirçalı və Sofya Pedaqoji türk məktəbləri türk xalqını təhsil
işçiləri ilə təmin etməkdə böyük yardımçı olmuşdur. Ancaq nədənsə,
Balkan sözü işlədilən kimi ağıla gələn və uzun müddət davam etmiş
qeyri sabitlik bunları tez-tez açılıb-bağlanan təşkilatlara çevirrmişdir.
Bolqar krallığı dövründə bəzən uğurlu, bəzənsə uğursuz şəkildə
öz fəaliyyətini davam etdirən türk dilli məktəblər, qəzet və kitab
məhsulları, bütün maneələrə baxmadan bölgədə türk dilinin varlığını
sübut edən faktiki sənədlərdir. Krallıq və şahlıq dövrü olan 1877-
1944-cü illərdə bu bölgədə yaşayan türk xalqlarının mübarizəsi
nəticəsində bir çox çətinliklərə baxmayaraq, öz mövcudluğunu
qoruyub saxlaya bilmişdir. Burada yaşayan türklər yeni quruluşa
öyrəşənə kimi şox zərbələr alsalar da, bu problemi də həll edərək
təkrar ayağa durmuşlar. Sosializm dövrünün əvvəllərində (1944) rast
gəlinən müsbət vəziyyəti sonradan durulması mümkün olmayan çox
böyük təzyiqlər əvəz etmiş, get-gedə türkcə yazma və oxuma, hətta
sonralar Bolqarıstanda türkcə danışmaq belə qadağan edilmişdir.
Bununla birlikdə, bu dövrü də fərqli gözləntilər üzündən müxtəlif
dövrlərə ayıraraq izah etmək gərəkdir. Sosialist hakimiyyəti ölkədə
dini baxışına görə “Nüvvabı” bağlayıb (1944) yerinə türkcə təhsil
verən yeni tipli məktəblər açdı. “Dostluq” (1947), “İşıq”, “Yeni
həyat”, “Xalq gəncliyi” (1948), “Sentyabr uşağı” (1946-1960),
“Əmək vuruşu”, “Pioner” (1959-1980) kimi türkcə mətbuat orqanları
meydana gəldi. Sofi yada türkcə əsərlər dərc edən nəşriyyatlar açıldı.
Bir sıra pedaqoji məktəblər, Sofi ya Universiteti nəzdində türkoloji
şöbə fəaliyyətə başladı. Bir müddət sonra bu işlər öz faydasını verdi
və türk ədəbiyyatı ölkədə bir partlayış yaratdı. Ana dilində təhsil
alaraq yetişmiş bir ziyalı təbəqəsi, başqa sahələrdə olduğu kimi,
türk ədəbiyyatında da öz təsirini göstərdi və ciddi bir ziyalı sinfi
meydana çıxdı. Bunun nəticəsi olaraq o zamana qədər yalnız qəzet
və jurnal səhifələrində görünən ədəbi məhsullar əvvəl almanaxlar,
sonra isə müstəqil kitablar şəklində işıq üzü gördü. Buradan da hər
bir ədəbi təçəbbüsün arxasında ziyalıların rolunun nə qədər böyük
330
olması və eləcə də təhsil olmada ziyalı yetişdirməyin mümkünsüz
olması məsələsi sübut edilərək ortaya qoyuldu. Ancaq sosializm
rejimi, bir müddət sonra müxtəlif formalarla türk xalqının başda
təhsil olmaqla, sahib olduğu hüquqları dönə-dönə əlindən almağa
başladı.
1959-cu ildən etibarən türk dilində təhsil verən litseylər bağlandı.
Ardınca ibtidai və orta məktəblər də eyni qadağalara məruz qaldı.
Sonra da adlar dəyişdirilməyə başlandı. Bu məhrumiyyətlərə
baxmayaraq, türk dili ölkədə yaşamağa davam etdi, xüsusilə türk
xalqının çox sevdiyi yanr kimi şeir başda olmaqla çoxlu sayda
türk dilli ədəbi nümunələr yarandı. Bu işi hekayə yazarları davam
etdirdilər.
Roman və səhnə əsərləri isə ancaq bir neçə nümunədən ibarətdir.
Sosializm dövründə Bolqarıstanda nəşr olunan türkcə kitabların
sayı 198 olub, bunların 112-si bölgədə yaşayan sənətçilər tərəfi ndən
yazılan əsərlərdir. Digərləri isə sosialist baxışlı türkiyəli yazarların
əsərləridir. Qısaca desək, 1961-1989-cu illərdə iyirmidən çox
Bolqarıstanda doğulan türk yazarının əsəri nəşr olundu. Sosializmə
qədər ölkədəki türk xalqının təhsil fəaliyyətləri türk təlim- təhsi
sistemiylə aparıldığı üşün yetişmiş olan ziyalılar milli dəyərlərərə
sahib olmuşlar. Sosialist rejimində yaranan əsərlər isə sistemin
ideologiyasına xidmət etmilər. Sovet dövrünün əsərlərinin əsas
hissəsini adətən vətəni kapitalist düşmənlərindən müdafi ə etmək,
Kommunist partiyası və sovet dövlətinin rəhbərlərinə minnətdarlıq,
sovet rəhbərlərinə sevgi, ateizm, ölkələrin uşaqları arasında dostluq,
qardaşlıq, fabrik və zavodlarda əmək qəhrəmanlarını vəsf etmək
və faşizm əleyhinə bütün mübarizələri dəstəkləmək kimi mövzular
təşkil edirdi.
1990-cı ildən sonra demokratik quruluşa sahib olan Bolqarıstanın
məktəblərində dörd saatdan çox olmayaraq, könüllü şəkildə,
məcburiyyət olmadan türk şagirdlərinə türkcə təhsil verilməkdədir.
Hazırda ölkədə “Haqq və Müstəqillik” (1991) və “Güvən” (1993)
qəzetləri, “Filiz” (1966) və “Balon”adlı uşaq jurnalı və “Könül”
(2001) və “Qaynaq” mətbuat orqanları fəaliyyət göstərməkdədir.
Bunlara “Zaman” qəzeti və “Ümid” jurnalını da əlavə etmək olar.
331
Bolqarıstan ədəbiyyatına türk dilində ədəbi əsərlər bəxş etmiş şair və
yazarların adlarına nəzər salaq: Aşıq Hivza (XIX əsr), Raci Hüseyn
Əfəndi (v. 1901), Əliosman Ayvantok (1878-1952), Məhməd
Müzəkka Con (1885-1974), Məhərrəm Yumuk (1889-?), İzzət Dinc
(1890-1965), Mustafa Şərif Alyanak (1890), Məhməd Behcət Perim
(1896-1965), Lütfi Erçin (1902-1970), Zəki Tunaboylu (1906-1952),
Osman Kəskioğlu (1907-1989), Məhməd Fikri (1908-1941), Oğuz
Peltek (1910-1956), Məhməd Muradov (1941), Səbri Dəmirov (195-
1988), Səlim Bilalov (1915-1987), Osman Qıcıne (1920), Rza Mollov
(1920-1966), Nuri Turqut Adalı (1922), Yusif Kərimov (1922), Saleh
Baklacıyev (Baklacı) (1924), Süleyman Cavazov (1924), Etem Utük
(1925-1989), Həsən Qarahüseynov (1925-1990), Səbri Tatov (1925),
Əhməd Tımışev (1926), Hüseyn Oğuz (1926), Əhməd Şərifov
(Əhməd Şərif Şərəfi ) (1926), Kəmal Bunarcıyev (Pınarcı) (1923),
Məfkurə Mollova (1927), Niyazi Hüseynov (N.Hüseyn Bəxtiyar)
(1927), Mülazim Çavuşçu (Çavuş) (1927-1995), Lütfi Dəmirov
(1929-1990), Məhərrəm Təhsinov (1929), Məhməd Bəkirov (1930),
Səbahəddin Bayramov (S.Bayram Öz) (1931), Xalid Əliosman
(Əliosman Dağlı) (1932), İsak Rəşidov (1932), Məhməd Davudov
(Davud Çağla) (1932-1986), Məhməd Çavuşov (Çavuş) (1933),
Hüsmən İsmayılov (1933), Xeyriyı Memova – Süleymanova
(Süleymanoğlu Yenisey) (1934), Nevzət Məhmədov (Məhməd)
(1934), Ömər Osmanov (Osman Esendoruq) (1934), Əli Pirov
(Piroğlu) (1936), Faiq İsmayılov Arda (1936), Həlin Xəlilibrahimov
(1936-1976), Mustafa Çetev (Çete) (1936), Süleyman Yusifov
(Yusif Adalı) (1936), Durhan Həsənov (Həsən Xətiboğlu) (1937),
Osman Əzizov (1937), Səbri İbrahimov (Yalnızqalan) (1937), Alış
Səidov (Səid) (1938), Fevzi Qədirov (Qədir Sevən) (1938), Şaban
Mahmudov (Mahmudoğlu Qalkan) (1938), Şahin Mustafov (1938),
Lətif Qaragöz (1939),Qədir Osmanov, İslam Beybullov (Beytullah
Erdi) (1940), İsmayıl Yqubov (1940), Naci Fərhadov (1940), Turxan
Raciyev (1940), İsmayıl Çavuşev (1940), Müqəddəs Akmanova-
Baciyev (1940), Müqəddəs Akmanova-Səidova (1941), Məhməd
Sarsarov, Əhməd Məhmədov (1942), İsa Cəbiyev (1942), Mustafa
Aladağ (1942), Əhməd Eminov (1944), Rəhim Rəcəbov (1944),
332
Əhməd Abdiyev (1945), Nevzət Yakubov (1946), İsmət Bayramov
(1947), Əhməd Qədirov (1948), Şükrü Mollaoğlu Esen (1948), Avni
Vəliyev (1949), Saffət Eren, Hilmi Haşal (1954), Əminə Hasova,
Nəbiyə İbrahimova (1948), Aysel İsmayılova (1965), Rəcəb Küpçü,
Lətif Əli, Əli Bayram, Mustafa Mutlu və Əli Qədir.
256
Bolqarıstanda yaşayan türklər üçün şeir, ədəbiyyatın ən öndə
gedən sahəsi olaraq qalır. Bunun ardınca hekayə gəlir.Tanınmış
hekayə yazarlarından Mustafa Qəhvəçiyev, Rza Mollov, Kamal
Bunarcıyev, Saleh Bakloayev, Səbri Tatov, Əhməd Tımışev,
Məhərrəm Təhsinov, Nadiyə Əhmədov, Xəlid Əliosmanov, Kazım
Məmişov, Mustafa Mutlu, Əli Pirov, Lətif Qaragöz, Müqəddəs
Akmanova, Əhməd Məhmədovun adlarını çəkmək olar. O biri
ölkələrdən fərqli olaraq burada roman janrına da rast gəlinir. Eyni
formada teatr və tənqid sahəsində də xeyli nümunələrə rast gəlinir.
Dostları ilə paylaş: |