Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN



Yüklə 2.76 Kb.
PDF просмотр
səhifə2/26
tarix01.12.2016
ölçüsü2.76 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   26

Ümumi tarixlərdə yer alan bioqrafi yalar
O
smanlılarda ümumi tarixlərdə əks olunan bioqrafi yalar, daha 
əvvəlki islam tarixində verildiyi  kimi, ya əsərin sonunda 
müstəqil bir başlıq altında, yaxud  padşahların hakimiyyət dövrlərinə 
görə tənzimlənən əsərlərdə  padşahın ölümü təsvir olunan hissədə, 
yenə müstəqil bir bölmə halında və ya hər ilə aid olan hadisələr nəql 
edilərkən “vəfayat”, “təbdilat”, “təvcihat” başlıqları altında təqdim 
olunurlar.
Xoca Sədəddin (1536-1599) “Tacüt-təvarix”ində birinci yola, Əli 
(1541-1600), “Künhül-əxbar”təzkirəsində ikinci yola, Katib Çələbi 
(v.1657) isə “Fəzləkə”sində üçüncü şəklə istinad etmişdir.
Mənqəbə  və  rəvayətlərlə naxışlanan ilk dövrlər tarixində, yəni 
Aşıq Paşazadə və Nəşridə də bioqrafi yalara rast gəlmək mümkündür. 
Aşıq Paşazadə tarixinin 158 bölməsi bioqrafi yalara  ayrılıb. 
Burada Ərtoğrul Qazi dövründən – 2, Osman Qazi dövründən – 4, 
Orxan Qazi dövründən 7, I Murad dövründən- 5, İldırım Bəyazid 
dövründən – 6, Çələbi Məhmət dövründən – 3, II Murad dövründən 
– 10, Fateh Sultan Məhməd dövründən – 8 olmaqla, cəmi 47 alim 
və mütəsəvvifi n adı çəkilir. Başqa bir  başlıq altında isə Hacı Bektaşı 
işıqlandırılmışdır
15

Nəşri də buna bənzər bir üsulla Sultan Qazi dövründən 4, Orxan 
Qazi dövründən 6, Murad dövründən 5, İldırım Bəyazid dövründən 
6, Çələbi Məhməd dövründən 5, II Murad dövründən 9, Fatih Sultan 
Məhməd dövründən 18, II Bəyazid dövründən 2 nəfər olmaqla, 
cəmi 56 alim və mütəsəvvifi n adını  cəkir
16
. Onu da qeyd edək ki, 
biz yalnız mədəniyyət adamlarının bioqrafi yalarından söz acırıq. 
Ancaq bu əsərlərdə vəzirlərin və  bir çox başqa dövlət adamlarının 
da bioqrafi yaları verilmişdir. Bütün bunılara toxunmaq sözsüz ki, bir 
yazının işi deyildir. 
Yüksək sənətkarlıqla və istinad etdiyi qaynaqlara sədaqətlə 
yanaşılaraq qələmə alınan və tarixi əsərlər içərisində diqqət çəkən 
nümunələrdən biri olan “Tacüt- təvarix”də  bioqrafi yaların daha 
15
 “Aşıq Paşaoğlu Tarixi”, ( Nihal Atsız), Ankara 1985, s.193-195.
16
 “Nəşri Tarixi”, II ( M.Altay Köymen), Ankara 1984, s.218-224.

21
geniş şəkildə verilməsi nəzərə çarpır. Xoca Sədəddin Əfəndi əsərinin 
sonunda Osman Qazidən başlayaraq II Bəyazid  dövrünün sonuna 
qədər yaşamış olan alim və mütəsəvvifl ərin adlarını salmışdır.Osman 
Qazi dövründən 7,Orxan Qazi dövründən 11, I Murad dövründən 
6, İldırınm Bəyazid dövründən 21, Çələbi Məhməd dövründən 15, 
II Murad dövründən 38, Fatih Sultan Məhməd dövründən 78, II 
Bəyazid dövründən 91 olmaqla cəmi 267 alim, həkim və mütəsəvvifi n 
həyatı həmin əsərdə qələmə alınmışdır ki, bu rəqəmin əvvəlkilərlə 
müqayisə edilməsi  mümkün deyil
17

Sayının çoxluğu ilə yanaşı Xoca Sədəddin bioqrafi yaları  
genişləndirmiş, Aşıq Paşazadə  və  Nəşridə  ən uzunu bir cümləyə 
sığışdırılan məlumatlar onda əlavə  məlumatları da əhatə edən 
bir nöqtədə verilmişdir. Bu  forma ilə onun əsərinə daxil 
etdiyi bioqrafi yalar  klassik şərq bioqrafi ya  ənənəsinin  bütün 
xüsusiyyətlərini özündə əks etdirməkdədir.
Nişançı  Məhməd Paşanın (v. 1571) “Hadisat”ında da Osman 
Qazi dövründən başlanaraq Qanuni Sultan Süleyman dövrünün 
sonuna qədər olan bir müddətdə qaziəsgər, dəftərdar, nişançı, alim 
və  şeyxlərin bioqrafi yalarına  qısaca yer verilmişdir
18
. Vəzirlər 
istisna olmaqla bunlar Osman Qazi dövründən  12, Orxan Qazi 
dövründən  2, I Murad dövründən  5, İldırım Bayazid dövründən  18, 
Çələbi Məhməd dövründən 20, II Murad dövründən 25, Fateh Sultan 
Məhəmməd zamanından 53, II Bayazid dövründən 109, Yavuz 
Sultan Səlim zamanından 37 və Qanuni Sultan Süleyman dövründən  
70 nəfər olmaqla cəmi 370 nəfərdən ibarətdir.
17
 “Hoca Sadeddin Efendi” ( Haz.İsmət Parmaksızoğlu), Ankara 1978, 5 C.
18
 “Nişâncı Mehmed Paşa” Hâdisât ( Haz. Ənvər Yaşarbaş), İstanbul 1983.

22
Türkcə yazılmamasına baxmayaraq İdrisi-Butlisinin (v.1520), 
“Həşt-behişt”i və Müslihiddin Larinin (v.1572) Xoca Sədəddin 
Əfəndiyə qaynaqlıq edən “Miratül-ədvar və Mirqatül-əxbar” adlı 
əsərləri də Osmanlılarda tarixçiliyin  inkişafına təkan verən və 
Anadoluda klassik bioqrafi yanı inkişaf etdirən nümunələrdəndir. 
Ümumi tarixlərin içində, XVI yüzillikdə yaranmış  və özündə 
bioqrafi k məlumat daşıyan elə bir nümunə də vardır ki, yalnız həmin 
əsrdə deyil, bütün Osmanlı tarixində  özəlliyi ilə seçilən yeganə bir 
əsərdir.
Bu əsər Gelibolulu Mustafa Əlinin “Künhül-əxbar”ı dır. Türkcə 
bir milli tarix olan bu əsər, uzun bir müqəddimə  və yazarın rükn 
adlandırdığı dörd bölmədən ibarətdir. Bunların içində ilk üç rükn 
osmanlılara qədər olan ümumi tarixi məlumatları verir. Əsərin 
maraq doğuran  əsas bölməsi dördüncü rükn, yəni osmanlılarla 
bağlı hissəsidir.  İki cilddən ibarət olan bu bölüm, osmanlıların 
meydana çıxmasından 1589-cu il tarixinə qədər olan hadisələrdən, 
dövlət adamlarından, şeyxlərdən, alimlərdən və şairlərdən söz açır. 
“Künhül-əxbar”da hadisələr padşahların hakimiyyət dövrləri nəzərə 
alınmaqla sıralanmışdır. Hər padşahın taxta çıxması ilə yeni hissə 
başlanır. Onun siyasi fəaliyyətləri və ölümü nəql edildikdən sonra, 
dövründə yetişən dövlətin nüfuzlu adamlarının həyat hekayələri də 
təsvir edilir. Əli xüsusilə  əsərin bu hissəsində  təzkirəçiliyə önəm 
verməklə, “Künhül-əxbar”ı siyasi tarixdən daha çox, mədəniyyət 
tarixi səviyyəsində olan bir əsər kimi yaratmışdır. O, bu təzkirədə 
şairlərə ayırdığı geniş hissələrlə XVI əsrə aid yeni bir şüəra təzkirəsi 
meydana gətirmişdir
19
. “Künhül-əxbar”ın dördüncü rüknündə 
Osman Qazi dövründən 7 alim və  şeyxin, Orxan Qazi dövründən  
13 alim və  şeyxin, I Murad dövründən 5 alim və  şeyxin,  İldırım 
Bəyazid dövründən 18 alim, şeyx, həkim və şairin, Süleyman Şah 
dövründən 13 alim və  şeyxin,  Musa dövründən 1 alimin, Çələbi 
Məhməd dövründən 27 alim, şeyx və  şairin, II Murad dövründən 
52 alim, şeyx və  şairin, Fatih Sultan Məhəmməd dövründən 93 
19
 Mustafa İsen  “Künhül-ahbarın Tezkire Kısmı” Ankara 1994; Cornell H. Fleischer, 
Burecucrat and İntellectual in the Ottoman Empire the Historian “Mustafa Əlİ”, Princeton 
1986, s.237.

23
alim, şeyx, həkim və şairin, II Bəyazid dövründən 143 alim, şeyx, 
şair, həkim, dəftərdar və nişançının, Yavuz Sultan Səlim dövründən 
83 alim,şeyx, həkim,  şair, dəftərdar və nişançının, Qanuni Sultan 
Süleyman dövründən 262 alim, 33 şeyx və 118 şairin, II Səlim 
dövründən  10 dəftərdar, 33 alim, 5 şeyx və 51 şairin bioqrafi yasına 
yer verilmişdir.
Əli belə bir əsər yazmağa qərar verərkən, qarşısında olan 
nümunələri çox ciddi şəkildə  dəyərləndirmiş, onların çatışmayan 
cəhətlərini öz əsərində nəzərə alaraq onu mümkün qədər səhvlərdən 
uzaq tutmağa çalışmışdı.Müəllif “Künhül-əxbar”in müqəddiməsində 
həmin cəhətləri ümumi şəkildə qeyd etməklə bərabər
20
, həm də Aşıq 
Çələbinin bioqrafi yasını verdikdən sonra öz dövrünə qədər yazılmış 
olan “şüəra təzkirələrini” tənqid etmişdir
21
. Ona görə tarixlərin 
ən mükəmməli “Tacüt-təvarix”, təzkirələrin  ən yaxşısı isə  Lətifi  
təzkirəsidir. Xarakterinə görə “Şəqaiq”i də bəyənir. Əli özündən əvvəl 
həm islami ənənələri, həm də bu ənənənin davamı olan türk tarixi və 
ədəbiyyatındakı bioqrafi yaların inkişaf xəttini yaxşı mənimsəyərək 
və bu sahədə təşəkkül tapmış standart qaydalara əsaslanaraq dəyərli 
bioqrafi ya nümunələri vermişdir. 
XVI yüzillikdəki klassik bioqrafi ya aşağıdakı əsas xüsusiyyətləri 
özündə ehtiva edirdi: müəllifi n  adı, ölkəsi, qohumluq əlaqələri, 
təhsili,  məsləki və onu yerinə yetirdiyi yerlər, şəxsi keyfi yyərləri və 
bacarığı, sosial mühiti, həyatıyla bağlı bəzi lətifələr, ölüm tarixi, dəfn 
edildiyi yer, əsəri və yaxud əsərləri üzərində təhlillər və əsərlərindən 
nümunələr
22
.
Əli Gelibolulu Osmanlı bioqrafi ya  tarixində yeni bir cığır 
açmamışdır, amma özündən  əvvəl yazılmış  əsərlərin uğurlu 
cəhətlərini götürüb, zəif hissələrini isə bir kənara qoyaraq mükəmməl 
təzkirə nümunəsi yaratmışdır. O, adətən Lətifi ,  Aşıq Çələbi və 
Daşkörpülüzadənin təzkirələrinin müsbət tərəfi ndən istifadə edərək 
20
 Jan Schmitt, Ali′s Künhü′l-ahbâr and its  Preface According to the Leiden Manuscript, 
İstanbul 1987, s.35-37.
21
 Mustafa İsen: həmin əsər, s. 313.
22
 Namık Açıkgöz, “Tezkirelerde Yapı ve Yapı Terminolojisine Doğru”, I.Eski: Türk 
Ədəbiyyatçıları Kollegiyası Məruzəsi (çap olunmamış), Ankara 1992.

24
bir sintez yaratmışdır. Yuxarıda adları  çəkilən bioqrafi yaların  əsl 
zəngin və fərqli tərəfl ərini şairlər bəhsi təşkil edir. Ümumilikdə 290 
şairlə “Künhül-əhbər” özündən əvvəl və sonra yazılan təzkirələrin 
çoxundan böyükdür. Əsərə daxil olan şair bioqrafi yaları muhtəva 
baxımından da yüzillik təzkirələrin ən mükəmməl xüsusiyyətlərini 
daşıyır. Bölmələr öz içlərində  əlifba sırası ilə düzülüb. Verilən 
nümunələrə görə  təzkirədə XVI əsrin abü havası duyulur. Verilən 
şeir nümunələrinin sayı hər şair üçün beşə çatır
23

             
23
 Mustafa İsen: həmin əsər, s.33. 

25
Şakaik - Təlif, Tərcümə və Əlavələri
D
aşkörpülüzadə Əbül-xeyir İsamüddin Əhməd Əfəndi (1495-
1561) tərəfi ndən Osmanlı alim-sufi lərinin həyat hekayələrini 
bir yerə toplayan “ əş  Şəqaiqün-nümaniyyə  fi   üləmaüd dövlətül 
Osmaniyyə” adlı əsəri yazıldığı dövrdən etibarən böyük bir marağa 
səbəb olmuş və əlavələrlə XX əsrin əvvəllərinə qədər davam edən 
bu ənənənin ilk halqasını təşkil etmişdir. 1558-ci ildə ərəb dilində 
yazılmış olan bu  əsər Osman Qazi dövründən başlanaraq Qanuni 
Sultan Süleyman dövrünün sonuna qədər olan 371 alim və 150-si sufi  
olmaqla cəmi 521 nəfərin bioqrafi yasını ehtiva edir. Əsər padşahlıq 
dövrləri  əsasında bölünmüş bioqrafi yalar  isə ölüm tarixləri  əsas 
götürülərək sıralanmışdır.
Yazılışından dərhal sonra böyük maraqla qarşılanan “Şəqaiqi 
Nümaniyyə” hələ müəllifi n  sağlığında ikən türkcəyə çevrilmişdir. 
Mühtəsibzadə  Məhməd Haki “Hədaiqur-reyhan”, Dərviş  Əhməd 
Əfəndi “Əd Devhatül- irfaniyyə fi  Rövzətül-Osmaniyyə”, Əhməd b 
Sinanüddin Yusif “Mənaqibül-üləma”, Seyyid Mustafa “Hədaiqül-
bəyan  fi   tərcümeti  Şəqaiqun-Nüman”,  İbrahim b. Əhməd  Əl-
Amasi  “əl-Hədaiq” (1590) adı ilə əsəri türkcəyə çevirmişdir. Əsərin 
tərcümələri arasında Aşıq Çələbi ilə Məhməd b. Yusif əl Çərkəzin 
də adları vardır. Bunların içində isə ən çox tanınmış tərcümə Məcdi 
Məhmədə (v.1591) aiddir. Əsəri “Hədaiquş-şəqaiq” adıyla türkcəyə 
çevirən Məcdinin çalışması bir tərcümədən fərqli olaraq orjinalın 
bir qədər genişləndirilmiş forması hesab olunur
24
.  Aşıq Çələbi hələ 
yazarın öz sağlığında bu əsəri  əvvəlcə türkcəyə çevirmiş, sonra 
isə  ərəbcə  əlavə yazmışdır. 42 nəfərin  bioqrafi yasına yer ayıran 
bu  əlavənin adı “Tətimətüş-şəqaiqün-nümaniyyə”dir. Manuk Əli 
b. Balının əlavəsi “əl-iqdul-mənzum fi  zikri  əfazılur- Rum” adını 
daşıyır və 1583-cü ilə  qədəri  əhatə edir.  İştibli Hüseyn, Lütfi  
Bəyzadə, Məhməd b. Mustafa, Saçlı Əmirzadə, Yılancıq Əbdulqədir, 
Seyrəkzadə  Əmrullah Məhməd, Qaraca Əhməd  əl-Həmidi və 
24
  Daşköprülüzâdə Əhməd Əfəndi, “eş-Şakâiku′n-nu′maniyye fi  ulemâi-d-devleti′l-
Osmaniyye”, ( A.Suphi Furat), İstanbul 1985. 

26
Əbdulkərim b  Sınan-ı Akhışarı da əlavə yazan müəllifl ərdəndir. 
Sonrakı yüzilliklərdə əsərə yazılmış başqa əlavələrə də rast gəlinir
25

Bunlardan ən məşhuru isə Nevizadə Atayının əlavəsidir.
Şəqaiqin təlif, tərcümə  və  əlavələrində yer alan bioqrafi -
yalar Osmanlı  bioqrafi ya    ənənəsinin XVI əsrdəki xarakterik 
xüsusiyyətlərini daşıyır.Əhatə etdikləri məlumatlara görə “Tacüt-
təvarix”, “Künhül-əxbar” və “Məşairüş-şüəra”da yer alan bioqrafi -
yalar  əksər sahələrdə bir-birinə çox bənzəyirlər. Aralarındakı  fərq 
baxış bucağından daha çox  ölçü və üslub fərqindədir.
Şüəra (şairlər) təzkirələri
Ə
dəbiyyat tarixi qaynaqları Osmanlılarda ilk şairlərin II 
Murad dövründən görünməyə başlandığını  xəbər verirlər. 
Gelibolulu Mustafa Əli bu tarixi bir qədər geriyə  çəkərək  İldırım 
Bəyazid dövrünə aparır və Süleyman Çələbi ilə Niyazini da bu dövrə 
aid şairlər kimi təqdim edir
26

Elə isə, Osmanlı şairlərinin bioqrafi yaları ilə bağlı ilk təzkirənin 
yazılış tarixi 1538-ci ildir. Bu da göründüyü kimi Osmanlıların 
onuncu padşahı Qanuniu Sultan Süleymanın dövrünə  təsadüf 
edir. Dövlətin qurulmasından 239 il keçdikdən sonra bir şüəra 
təzkirəsinin qələmə alınması artıq təsadüfi  deyil, zəruri bir ehtiyacdan 
yaranmışdır. Anadoluda yaranan ədəbiyyat da bir müddət sonra öz 
tarixini yazmağa ehtiyac duymuş, XV əsrin ortalarında bu növün ilk 
nümunəsi olan nəzirə məcmuələrı tərtib edilməyə başlanmışdır
27
. Bu 
məcmuələrdə yer alan şeir müəllifl ərinin sənəti, eləcə də mövqeyi 
haqqında da bəzi  fi kirlərə  və qeydlərə rast gəlinir. Get-gedə artan 
şeir və şairlərin sayının nəticəsi olaraq bunların bir araya gətirilməsi, 
toplu halında meydana çıxarılması  zərurəti yaranırdı. Ancaq bu 
ana qədər olan məlumatlarımıza görə ilk “təzkirətüş-şüəra”  əsəri 
Səhi bəyin (v.1548) “Həşt-behişt” ( 1538) əsəridir. Yuxarıda qeyd 
25
  “Şakaik-i Numaniyye ve Zeyilleri”, (Haz. Abdülqədir Özcan), İstanbul 1989.
26
 Mustafa İsen: həmin əsər, s.28.
27
  Fevziyə Abdullah Tansel, “Gazel Tarzında Benzetişler”, İ.Ü. Ədəbiyyat Fakültəsi Dip-
lom işi, Türkiyat Enstitüsü, T.54.

27
olunduğu kimi artıq ildən- ilə aydın şəkildə hiss edilən bu ehtiyaca 
cavab verməyi düşünən başqa araşdırıcıların da olması təbii idi və 
bunlardan  bizə hazır formada çatmış ilk nümunə Səhi bəyin əsəridir. 
Səhi bəydən sonra Anadoluda bir-birinin ardınca gözəl nümunələrin 
meydana çıxması bu sahədə yaranan ehtiyacın nə  qədər böyük 
olmasından və bu işin əhəmiyyətindən xəbər verir. 
“Həşt-behişt” qısa bir müqəddimə ilə başlayır və bu bölmədə 
yazar Herat təzkirələrindən “Baharıstan”, “Dövlətşah təzkirəsi” 
və “Məcalisün-nəfaisi” təhlil etdiyini, Osmanlı ölkəsində yetişən 
şairləri unudulmaqdan qurtarmaq üçün onlara bənzər bir əsər qələmə 
aldığını bildirir. Sonra o, şairlərdən söz açır.  Əsərin  əsl bölməsi 
təbəqə adı ilə verilən səkkiz hissədən ibarətdir. Hər təbəqədə qələmə 
alınan  şairlərin zümrəsi və yaşadığı yer, həmin təbəqənin başında 
verilən kiçik bölmədə izah edilmiş, ayrıca təbəqənin sonuna əlavə 
edilən “Tətimmə” adlı  təbəqədə  şairlərin xüsusiyyətləri bir dəfə 
qısaca açıqlamışdır. II Murad dövründən təzkirənin yazıldığı 1538-
ci ilə  qədər yetişən  şairlər ölüm tarixinə görə  sıralanaraq qələmə 
alınmışdır.
 I   Təbəqə: Qanuni Sultan Süleyman
 II  Təbəqə: şeir yazan Osmanlı padşah və şahzadələri;
 III  Təbəqə: şeir yazan  tanınmış dövlət  adamları;
 IV  Təbəqə: şair alimlər;
 V  Təbəqə: özündən əvvəl yaşamış və ölmüş adamlar;
 VI  Təbəqə: uşaqlığında tanıdığı şairlər;
 VII Təbəqə: müasiri olan şairlər
VIII  Təbəqə: ümid verən gənc şairlər.
Bu əsərin tərtib olunmaq metodunu Nəvainin “Məcalisün-nəfais” 
adlı təzkirəsi ilə qarşı-qarşıya qoysaq Səhinin bu əsəri geniş şəkildə 
örnək kimi götürdüyü asanca görünəcəkdir. Səhi Nəvainin Hüseyn 
Baykaraya ayırdığı  səkkizinci təbəqəni önə    gətirmiş  və burada 
Qanunini yazmışdır. 
Nəvaidə yeddinci hissədə yer alan sultan və  şahzadələr, onda 
ikinci təbəqədə, onun beşinci rövzədə göstərdiyi mirzələri isə Səhi 
üçüncü təbəqədə təqdim edir. Alimləri Səhi də dördüncü bölümdə 

28
vermişdir. Xorasan xaricindəki  şairlərin  əvəzinə, Səhi sağlığında 
görmədiyi  şairləri beşinci təbəqədə göstərmişdir. “Məcalisün-
nəfais”də birinci, ikinci və üçüncü rövzələrdə təsvir edilən çoxdan 
vəfat etmiş yazarlar və hələ gənc olan şairlər “Həşt-behişt”də altı, 
yeddi və  səkkizinci təbəqələrdə verilmişdir. Səhi sadəcə olaraq 
özündən əvvəlki nəsli də əsərinə qataraq,onu bir qədər də dərinlərə 
aparmışdır. Səhi bəy üslub, forma və məzmun baxımından da Herat 
təzkirələrindən nümunə götürmüşdür. Təzkirədə cəmi 229 şair yer 
alır
28
. Bioqrafi yalarda  şairlər haqqında qısa məlumatlar verilmiş, 
sənətləri və şeirləri haqqında bəzi təhlillər aparılmış, bu şeirlərdən bir 
və ya bir neçə beyt nümunə olaraq göstərilmişdir. Şeirlərin təhlilləri 
bir qayda olaraq müsbət tərəfdən verilir və ənənəvi şablon sözlərlə 
ifadə edilir. Təzkirənin dili bədiilikdən uzaqdır. Bəzən cümlələrin 
yarımçıq buraxıldığına da rast gəlinir. Səhi özü də müxtəsər bir 
təzkirə yazdığını dönə-dönə qeyd etmişdir.
Təzkirənin  ən  əhəmiyyətli tərəfi   Anadoluda  bu  ənənənin ilk 
nümunəsi olmasıdır. Bununla  Səhi Anadoluda təzkirə növünün 
təməlini qoymuş  və beləliklə  də bir çox şairi unudulmaqdan xilas 
etmişdir. 
Təzkirə Osmanlı dövlətinin ilk dövrlərindəki söz sahiblərinin 
əksəriyyəti haqqında məlumat verən tək qaynaqdır. Təzkirənin yerli 
və xarici mənbələrdə 20 yazılı nüsxəsi vardır. 
Səhi təzkirəsinin yazılaraq Osmanlı  sənət dünyasına təqdim 
edilməsindən sonra bir-birinin ardınca yazılan təzkirə nümunələri 
göstərir ki, bu dövrün ziyalıları arasında geniş  əlaqələr olmuşdur. 
Belə ki, təzkirə ənənəsi şeirdən başqa digər sahələri də əhatə edərək 
fasiləsiz  şəkildə, XX əsrin ortalarına qədər davam etmişdir. Bu 
mükəmməl təzkirələrdən birincisi olan “Təzkirətüş-şüəra” və 
“Təbsırətün-nüzəma” (1546) adlı  əsər Lətifi  (ö 1582) tərəfi ndən 
yazılmışdır. Təzkirə bir müqəddimə, üç fəsil və bir xatimədən 
ibarətdir. Osmanlı  təzkirələrinin Herat məktəbindən aldıqları 
müqəddimələr əsasən poetik mətnlərdən  ibarətdir. Lətifi  təzkirəsinin 
müqəddiməsi isə bunların ən orijinallarından biridir.O, müqəddimədə  
28
 “Heşt-Behişt” 20 nüsxəsi  çapa hazırlanmışdır. 

29
şeirin  əlamətlərini başa salmış, ilk şeirin Hz.Adəm tərəfi ndən 
yazıldığını söyləmiş  və islamda şeirin qadağan olmadığını  sübut 
və dəlillərlə göstərdikdən sonra, şeir və şair haqqında düşüncələrini 
qələmə almışdır. O, təzkirənin sonunda bu əsəri bir dostunun israrı 
ilə qələmə aldığını qeyd etmişdir. 
İlk fəsildə Osmanlı ölkəsində doğulmuş və yaxud orada yetişmiş 
13  şeyxdən, ikinci fəsildə Osmanlı xanədanlığından  şeir yazan 7 
sultan və şahzadədən, təzkirənin əsas hissəsi hesab olunan üçüncü 
hissədə isə 314 şairdən bəhs edilir
29
. Xatimə hissəsində isə müəllif 
kitabını 1546-cı ildə tamamladığını (h. 953) və əsərini yazarkən çox 
sıxıntı keçirdiyini  diqqətə çatdırır. 
Belə məlum olur ki, təzkirəni yazıb başa vurduqdan sonra uzun 
müddət ömür sürmüş Lətifi , əsərini bir daha gözdən keçirmiş və ona 
əlavələr etmişdir
30
.  
Lətifi   təzkirəsi Türk təzkirəçiliyinin  ən önəmli nümunələrindən 
biridir. Aşıq Çələbi və antoloji tip təzkirələr istisna olmaqla
31

klassik Osmanlı  təzkirəçiliyində  Lətifi dən sonra şüəra təzkirəsinin 
hansı amillər üzərində qurulduğunu öncə qeyd etmişdik. Buraya  
bioqrafi ya  sahiblərinin adı, məmləkəti, qohumluq əlaqələri, təhsil 
həyatı  və  təhsil vəziyyəti, sənəti və  sənətini icra etdiyi məkanlar, 
şəxsi keyfi yyətləri və bacarığı, sosial mühiti, bəzən onunla bağlı 
lətifələr, ölüm tarixi, məzarı,  əsərləri və bunlar üzərində aparılan 
təhlillər, əsərlərindən nümumələr daxildir.  Bu klassik bioqrafi yaların 
təşəkkülündə ad və  tərcümeyi- halların  belə  şəkil almasında  ilk 
addım Lətifi yə aiddir. Aşağıda anladacağımız kimi sonrakı addım 
isə Aşıq Çələbinin satirik formasından ibarətdir. Çətinliyi üzündən 
bu təzkirə  mənimsənilməmiş, daha çox Lətifi   təzkirəsinə müraciət 
edilmişdir.Osmanlı  təzkirəçiliyində    Lətifi  üsulunun təsiri bütün 
əsərlərin tərtibində özünü göstərir. Herat təzkirələrində  və  Səhidə 
şairlər təbəqə əsasında  sıralanmış, Lətifi də isə düzülüş  əlifba sırası 
ilə aparılmış  və Aşıq Çələbi kimi inadla öz orijinallığını qorumağa 
29
  Rizvan Canım, “Latifi  Tezkiretüş-şuarâ ve Tabsıratün-nüzemâ”, A.Ü. SBE (Doktorluq  
işi), Ərzurum 1991, 3 C.
30
  Rizvan Canım: həmin yazı, s.XXIII.
31
  Mustafa İsen, “Türk Tezkireçiliyinde Antoloji Tipi Örnekler Üzerine”, “Milli Egitim”, 
S.86, Ankara 1989.

30
çalışan bir neçə  nəfərdən başqa bütün təzkirəçlər tərəfi ndən 
mənimsənilmişdir. Öz təzkirəsində qeyd  etdiyi kimi bu üsulu ilk 
dəfə Aşıq Çələbi tapmış və Lətifi  ondan götürmüşdür, bununla belə 
şairləri əlifba sırası ilə düzən ilk müəllif  Lətifi   olmuşdur. O,“hürufi  
teheccidən  tertibi hürufda  hangi harf, mukaddem ise üç harfe degin 
itibar olundu, gafl et  olunmaya”
32
 deyərək bir hərfi   özlüyündə üç 
hərfə qədər sıralamışdır.
“Təzkirətüş –şüəra”nın bir əhəmiyyəti də  verdiyi məlumatların 
doğru olması  və  şairləri tənqid edərkən  ədalətli olmasıdır”. Lətifi 
 
xüsusilə dəyərli şairlərin   orijinal  xüsusiyyətlərini üzə çıxartmaq 
sahəsində  təzkirəçilər arasında yeganə müəllifdir. Belə ki, uzun 
müddət üzərində çalışdığımız bir şair haqqında   gəldiyimiz 
qənaətə,  kəsgin ifadələrlə  Lətifi  təzkirəsində də  rast gələ bilərik. 
Bu xüsusiyyətlərinə görə öz  təzkirəsində  hər  şairə layiq olduğu 
səviyyədə  yer vermş və bununla da bir meyar hissinə malik olduğunu 
sübut etmişdir. O biri təzkirəçilərin çoxu kimi  şairlərin  ancaq müsbət 
cəhətlərini deyil, mənfi  tərəfl ərini də göstərmiş və burada da ədalətli 
olmuşdur. Bəzi şairlərin orada doğulmadığı halda Lətifi  tərəfi ndən 
Kastamonulu kimi göstərilməsinin tənqidi də düzgün deyildir
33
.
Təzkirə sadəliyi, qısa və bədii  cümlələri ilə  oxunmaq və başa 
düşülmək üçün  nəzərdə tutulan  bir dilə malikdir. Bu xüsusiyyəti 
ilə  özündən sonrakı təzkirələrə nümunə olmuşdur. Lətifi  üslubunun 
asan və anlaşıqlı olmasını özü bilərəkdən  istəmiş, Nəcati bəyin 
Osmanlı  şeir dili ilə gerçəkləşdirdiyi  üslubu öz nəsrində  tətbiq 
etmişdir. Ancaq onun bu üslubu o illərdə dəbdə olan  uzun tərkibli, 
bəzəkli nəsr tərəfdarları tərəfi ndən  tənqid edilmişdir
34
. Həsən Çələbi 
(v.1604) və Əhdi (v. 1593)  onu tənqid etmişlər
35
. Buna   qəzəblənən 
Aşıq Çələbi  həqiqəti görərək onun nəsrini tərifl əmişdir
36
.
Lətifi   təzkirəsi bu xüsusiyyətinə görə  dövründən başlayaraq  
dəfələrlə təkrar nəşr edilmişdir. Təkcə ölkəmizdəki  kitabxanalarda  
32
 Rizvan Canım: həmin yazı s.XXI.
33
 Rizvan Canım: həmin yazı., s.CXLVI.
34
 Rizvan Canım: həmin yazı, s.CLIII.
35
 “Hasan Çelebi Tezkiresi” (Haz. İbrahim Kutluk), Ankara 1981, s.835; “Gülşen-i Şuarâ”, 
Millet Ktb. Əli Əmiri Tarix, 774, 169 b.
36
 “Meşâirü΄ş-şuarâ” (Haz. Meredith Owens), London 1971, v.107a.

31
təzkirənin 71 nüsxəsi vardır
37
. Bundan başqa ölkə xaricində  də 
təzkirənin xeyli nüsxəsinin olması məlumdur
38

Bu yüzilliyin başqa bir şairlər təzkirəsi  Osmanlı torpaqlarından 
kənarda Bağdadda doğulmuş Əhdi (v.1593) tərəfi ndən yazılmışdır. 
“Gülşəni-.şüəra”adlı bu təzkirə bir müqəddimə ilə başlanır və rövzə 
adlanan üç bölmə ilə davam etdirilir. Təzkirəçi  daha sonra əsərin 
üzərində  işini davam etdirmiş, ona yeni bir rövzə  və yeni şairlər 
əlavə etmişdir. Eyni zamanda o, ifadə tərzində də dəyişiklik etmişdir. 
“Gülşəni-şüəra”nın başqa təzkirələrdən  ən  əsaslı  fərqi,  əvvəlki 
təzkirələrdə olduğu kimi başlanğıcda Osmanlı  şairlərini qələmə 
almadan, öz müasirlərini təqdim etməsidir.  Əhdi birinci rövzədə 
Qanuni Sultan Süleyman, Şahzadə Səlim və başqa şeir yazan tanınmış 
dövlət adamlarını qələmə almışdır. İkinci rövzə alim şairlərə, üçüncü 
rövzə qəza bəyləri ilə dəftərdar əfəndilər arasından şair olanlara həsr 
edilmişdir. Təzkirənin əsas hissəsini təşkil edən dördüncü rövzədə isə 
şairlər əlifba sırası ilə sıralanmışdır. Beləliklə təzkirədə ümumilikdə 
382 şair yer alır
39
. Fərqli illərdə yazılan nüsxələrdə yazılış tarixinin 
də müxtəlif olması təbiidir. Bunlardan ən çox müraciət ediləni 1593-
cü ilə qədərki məlumatları əhatə edən nüsxədir
40
. Təzkirə Osmanlı 
dövlətinin şərq əraziləri, xüsusilə Bağdad və ətrafında yetişən şairlər 
haqqında verdiyi qiymətli məlumatlar ilə diqqəti cəlb etmişdir. 
Təzkirənin 15-ə qədər yazılı nüsxəsi vardır
41
.
XVI yüzilliyin ən qiymətli  təzkirələrindən biri də Aşıq Çələbinin 
(1520-1571) “Məşairüs-şüəra” (1568) adlı  əsəridir. Bu əsər də bir 
müqəddimə ilə başlanır. Bu müqəddimə Osmanlı təzkirələrində ən 
uzun müqəddimədir və demək olar ki, kitabın onda bir hissəsini 
təşkil edir. Bu hissədə müəllif nəsr və  nəzmdən,  şeirin tarixindən 
söz açır, o biri təzkirələrdə olduğu kimi şeirin islam dinində 
qadağan olunmaması barəsində  dəlil və sübutlar gətirir. Çələbi 
37
 Rizvan Canım: həmin yazı., s.CLXV.
38
 “Lətifi  Təzkirəsi”nin çap, tərcümə və sadələştirməsi  üçün bkz. Rizvan Canım: həmin 
yazı., s.XXIV.
39
 Ömər Faruk Akün, “Ahdî”, “Diyanet Vakfı İslâm
 
Ansiklopedisi”, C.I, s.510; Süleyman 
Solmaz, “Ahdî ve Gülşen-i Şuarâsı”, G.Ü.SBE, (Doktorluq işi) Ankara 1996.
40
 Ömər Faruk Akün, həmin m., s.511.
41
 S.Solmaz “Ahdî ve Gülşen-i Şuarâsı” (Doktorluq işi), G.Ü.SBE, Ankara 1996.

32
müqəddimənin bir hissəsində  əsərinin yazılma səbəbini və necə 
yazdığını, Lətifi  ilə qarşılaşmasını  və onun üslubunu götürdüyünü 
göstərir. Osmanlı ölkəsində şairlərin çoxluğundan bəhs edən qələm 
sahibi, bunun səbəblərini ölkənin suyunun və havasının gözəlliyində 
görür. Ancaq o, təzkirəsinə  şeir yazanların hər birini deyil, bu işi 
özünə  sənət bilənləri,  əsl  şairləri daxil etmişdir. Təzkirəyə daxil 
edilənlərin həyatları uzun-uzadı təsvir edildiyi üçün, bu əsər təzkirə 
olmaqdan daha çox şairlər tarixidir. “Məşairüs-şüəra”da 425 şair 
yer alır. I Murad dövründən  əsərin yazıldığı dövrə  qədər yaşamış 
şairlərə yer verən təzkirəçi, daha əvvəl də qeyd edildiyi kimi, 
şairlərin bioqrafi yalarına, xüsusilə  də öz müasiri olanlara geniş 
yer vermişdir. Bu üzdən  əsər XVI əsr  şairləri barəsində  bərabəri 
olmayan bir nümunədir. Çox ünsiyyətcil bir adam olan Aşıq Çələbi, 
bu özəlliyi ilə dövründə yaşayan şairlərin çoxuyla şəxsən görüşmüş, 
bu imkanı  əldə etmədikdə isə onlarla məktublaşmış, ya da onları 
tanıyan insanlardan məlumatlar almışdır. Geniş Osmanlı ərazisinin 
müxtəlif şəhərlərini gəzməsi də ona məlumat toplamaq üçün böyük 
imkanlar vermişdir. Uzun bioqrafi yalarında formal məlumatlarla 
yanaşı şairlərin şəxsi həyatı, vərdişləri, bir-biriləri ilə olan əlaqələri 
haqqında məlumatları və o dövrün sosial mühitinə, ədəbi çevrələrə 
aid geniş açıqlamalarını  nəzərə çatdırmışdır. Bu üzdən  əsər sosial 
elmlərin bir çox sahələri üçün qiymətli və zəngin qaynaq ola bilər. 
Bu xüsusiyyətlərilə “Məşairüs-şüəra” təzkirəçilik tariximizdə 
yeganə nümunədir. Lətifi yə görə  təzkirənin dili ağırdır və  çətin 
anlaşılan sözlərlə doludur. Bunun qarşılığında üslubu çox axıcıdır. 
Çələbi  şairlərin portretlərini yaratmaqda çox mahirdir. Əsərin 29 
yazılı nüsxəsi vardır
42

XVI  əsrin başqa bir təzkirəçisi  Həsən Çələbidir (v. 1604). O 
dövrdə  şöhrət qazanmış  Xınalızadə ailəsindən olan Həsən Çələbi 
xüsusi ad vermədiyi “Təzkirətüş-şüəra”sını Açıq Çələbidən 18 il 
sonra yazmışdır (1586). O da II Murad dövründən etibarən yetişən 
şairləri qələmə almışdır. Təzkirə bir müqəddimə  və üç fəsildən 
ibarətdir. Müqəddimə  həmd və salavat ilə III Murad və Xoca 
42
  Filiz Kılıç  “Meşâirü΄ş-şuarâ”, G.Ü.SBE, (Doktorluq işi ) Ankara, 1995.

33
Sədəddin Əfəndinin tərifl ənməsini özündə əhatə edir. Birinci fəsildə 
altı padşah şair, ikinci fəsildə beş şair şahzadə göstərilir. Əsərin ciddi 
bölməsini tşkil edən hissəsində isə şairlərə  əlifba sırası ilə  yer verilir. 
Həsən Çələbi dövrünün tanınmış  bir ailəsinin övladı olaraq çoxlu 
elm və sənət adamını yaxından tanımaq imkanına malik olmuşdur. 
Üstəlik, qarşısında Lətifi   və  Aşıq Çələbi tərəfi ndən yazılmış 
mükəmməl təzkirələrin olması da onun üçün çox faydalı idi. Lakin 
bütün bunlara baxmayaraq, Həsən Çələbi həmin imkanlardan 
lazımınca istifadə etməmiş, ortaya fərqli bir əsər qoya bilməmişdir. 
Təzkirəsinə daxil etdiyi şairlərin çoxu özündən əvvəlki təzkirələrdə 
vardır və o, bunlara aid məlumatları  həmin təzkirələrdən olduğu 
kimi  götürdüyü halda, əsl mənbələri gizlətmiş “atamdan eşitdiyim”, 
“babamdan duyduğum” kimi ifadələrdən istifadə etmişdir. 
Təzkirənin tənqid olunmalı başqa bir tərəfi   də  bəzəkli və  məcazi 
dil ilə ifadə olunmuş uzun cümlələr, mücərrəd sonluqlar və yad 
sözlərlə dolu olan çətin anlaşılan üslubudur. Onun vermiş olduğu 
çoxsaylı məlumatlar da bu qarışıqlığın içində itib batmışdır. Halbuki 
təzkirələr oxumaq və aydınlaşdırmaq üçün yazılan əsərlərdir.Bunlar 
yazı  tərzini nümayiş etdirmək məqsədilə yazılmamalıdır. Bir çox 
əsərlərin məhz bu cəhəti hələ öz vaxtında Gelibolulu Əli tərəfi ndən 
tənqid edilmişdir. Bu təzkirə yerinə düşməyən  şeirləri, qəribə 
ifadələri, mənasız mükalimələri, səhv məlumatları,  şair olmayan 
yaxın adamlara yer verilməsi, şairlərin dili ilə yalan uydurmalar və 
yazı səhvlərinə görə tənqid edilmişdir
43
. Digər bir tərəfdən baxdıqda 
isə,  XVI əsrin sonuna doğru inkişaf edən Osmanlı mədəni həyatında  
ziyalılar artıq elə bir dil və üslub ehtiyacı içində olmalıydılar ki, 
Həsən Çələbi təzkirəsi çox müraciət olunan və təzkirəçilik tarixində 
ən çox istinad edilən əsərlərdən biri olsun
44
. Bu təzkirə “Məşairüş-
şüəra”nın yazılışından sonrakı on səkkiz il ərzində yetişən  şairlər 
haqqında verdiyi məlumatlara görə öz əhəmiyyətini saxlamışdır.
XVI  əsrin son şairlər təzkirəsi olan Bəyaninin (v. 1597) 
“Təzkirətüş-şüəra”sı (1597) əslində  Həsən Çələbi təzkirəsinin 
43
 Mustafa İsen: həmin əsər, s.214. 
44
 “Hasan Çelebi Tezkiresi”, ( Haz.İbrahim Kutluk), 2 C, Ankara 1978-1981.

34
qısaldılmış bir nümunəsidir. Əsər qısa bir müqəddimə ilə iki hissədən 
təşkil olunmuşdur.. Müqəddimədə müəllif bir dostundan borc 
aldığı Həsən Çələbi təzkirəsini ixtisar edərək bu təzkirəni meydana 
çıxardığını və bunu özü üçün etdiyini bildirir. Birinci bölümdə beş 
padşah və dörd şahzadəyə, ikinci bölümdə isə Fateh Sultan Məhməd 
dövründən etibarən 377 şairə yer verilmişdir.  Əsər, bu forması ilə 
yüzilliyin dəyərli qaynaqlarından birinə çevrilmişdir
45
.
Osmanlı bioqrafi ya ənənəsinin XVI əsrin sonuna qədərki inkişaf 
xəttini və  mədəni təməllərini sizlərə göstərməyə çalışdıq. Bu 
ənənənin Osmanlı tarix yazıçılığında olduğu  kimi, həm də xüsusi 
bir üslubun üzərində qurulduğunu gördük. Söz açdığımız təzkirələr 
müxtəlif  sənətlər və  bədii xüsusiyyətlərlə  işlənib qələmə alındığı 
üçün, özləri də bir ədəbi növün nümunələri hesab edilməlidirlər. 
Amma burada tam bir birlikdən, ümumiləşmədən söz açmaq mümkün 
deyil. Heç şübhəsiz, Aşıq Paşazadədə yer alan  bioqrafi ya ilə “Tacüt-
təvarix”, yaxud da Həsən Çələbi təzkirəsində yer alan bioqrafi yalar 
arasında məzmun cəhətdən olduğu kimi, üslub baxımından da 
fərqlər vardır. Ancaq XVI yüzillikdən sonra inkişaf edən və ümumi 
forması ilə müəyyən bir şəklə düşən bioqrafi ya artıq standart klassik 
bioqrafi ya ölçülərinə malik olmuş və bu ölçüləri sona qədər qoruyub 
saxlamışdır. Bu nümunələr, xüsusilə də şairlər təzkirələri, bioqrafi k  
yazı prinsipini əldə əsas tutduğu üçün müəllifi n əsərini onun özündən 
daha çox önə çəkir və  onun yazarının bir insan ünsürü kimi müzakirə 
olunmasına xüsusi əhəmiyyət vermişlər. Beləliklə XVI əsr Osmanlı 
bioqrafi ya növünün inkişafının başa çatması  və onun standart bir 
formaya  düşməsi  dövrüdür. Bundan sonra gələn təzkirəçilər eyni 
texnika və formadan istifadə etməklə  bu ənənəni davam etdirmişlər.
1   2   3   4   5   6   7   8   9   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə