Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN



Yüklə 2.76 Kb.
PDF просмотр
səhifə7/26
tarix01.12.2016
ölçüsü2.76 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   26

ƏDƏBİYYAT TARİXİNDƏ “KÜNHÜL-ƏXBAR”IN YERİ*
Q
ədim ədəbiyyat tariximizin ən mühüm mənbəyi şübhəsiz ki
şairlər təzkirələridir. Bununla birlikdə  “vəfayat” kitabları, 
alimlər haqqında bioqrafi ya    əsərləri, sənət adamları ilə bağlı 
təzkirələr, nəzirə  və  şeir məcmuələri, səyahətnamələr, “Kəşfüz-
zünun” kimi biblioqrafi ya  kitabları,  şəhər monoqrafi yaları, həyat-
namələr və ümumi tarix kitabları da  ədəbiyyatın başlıca tarixi 
mənbələridir.
Sosial elmlər arasında tarix qədər insanlara həsr olunan ikinci bir 
elm sahəsi yoxdur.  Bu elm sahəsi bizdən əvvəl yaşayanların ictimai 
vəziyyətini, onların rastlaşdığı hadisələri, xalq qəhrəmanlarını 
əks etdirdiyi kimi, həm də  qədim dövrlərin, elm və  mədəniyyət 
sahəsini, insanlar haqqında həyat hekayələrini bizə çatdırır. Bu 
belə də olmalıdır. Çünki diqqət çəkən tarixi hadisələrlə əlaqəsi olan 
insanların həyatlarının öyrənilməsi bu hadisənin izah edilməsinə, 
açıqlanmasına böyük təkan verir. Ona görə də istər şərq, istərsə də 
qərb tarixçilərinin əksəriyyəti  tarixi əsərlərin içində bioqrafi yalara 
xüsusi yer vermişlər. Bu xüsusiyyət daha çox islam ölkələrinin 
tarixində müşahidə edilmiş və sonradan  Osmanlılara da keçmişdir.
Beləcə çox qiymətli olan ilk tariximizdən başlayaraq əksər  tarixi 
yazılarda padşahların vəzirləri, əmirlər, loğmanlar, şeyxlər, şairlər, 
hər bir padşahın hakimiyyətdə olduğu və ölümündən sonrakı illərdə 
olan hadisələr haqqında “vəfayat” başlığı altında bioqrafi yalar 
verilmişdir. Osmanlı tarixində  vəfayat qeydlərini özündə ehtiva 
edən, yəni hər ilin hadisələrinin sonunda o ildə vəfat edən vəzir, alim, 
şeyx və  şairlərin qısa tərcümeyi-hallarının verilməsinə yer ayıran 
əsər kimi Katib Çələbinin “Fəzləkə”sini misal göstərmək olar. Hər 
bir padşahın ölümündən sonrakı həyatını bir bölmə şəklində təsvir 
edilməsinə isə Gelibolulu Mustafa Əlinin “Künhül-əhbər”inda rast 
gəlmək mümkündür. 
“Künhül-əxbar” sadəcə bir Osmanlı tarixi deyil, dünyanın 
yaradılışı, peyğəmbərlərin tarixi, islam tarixi, türk və monqol tarixini 
özündə ehtiva edən bir ümumi tarixdir.

90
Əsər Gelibolulu Mustafa Əli tərəfi ndən (948/1541-1008-1599) 
(1000-1007/ 1597-1598) illər ərzində İstanbulda yazılıb.
82
“Künhül-əxbar” uzun və orijinal müqəddimə  və müəllifi n rükn 
adlandırdığı dörd bölmədən ibarətdir. Müqəddimədə  əsərin dili, 
yazılma səbəbi, haqqında məlumat, məzmunu, mənbələr və tarix 
elminin əhəmiyyəti haqqında məlumatlar verilir.
Rüknlər aşağıdakılardır:
1-ci Rükn: dünyanın yaranmasından, Hz. Adəmə qədər mövcud 
olan ünsürlərdən ağaclar, dağlar, dənizlər, sular və iqlimlərdən bəhs 
edilir.
2-ci Rükn: Peyğəmbərləri,  ərəb qövmlərini, Hz.Məhəmmədin 
peyğəmbərliyini və möcüzələrini, 
əshabını, xəlifələri, 
Əməviləri,Abbasiləri,  Ərəb  əmirlərini, alimlərini,  şeyxlərini və 
loğmanları özündə əks etdirir.
3-cü Rükn: Türk və tatar xalqları ilə xaqanlarından bəhs 
edir. Bu bölmə Tolunlar, Ahşıdlılar, Fatimilər,  Əyyubilər,Türk 
köləmənləri, Çərkəz köləmənləri, Baykara və  xələfl əri, Səfəvilər
Buxara və  Səmərqənd xanları, Ağqoyunlular, Qaraqoyunlular, 
Dulqədirlilər, Hind hökmdarları, Ceylan və Mazandaran hakimləri, 
Ramazanoğlulları,  Şirvan hakimləri, Hind və Türk köləmənləri 
haqqında olan yazıları özündə ehtiva edir.
4-cü Rükn: Osmanlıların yaranmasından 1005-ci ilə qədər olan 
(
 
oktyabr1596) hadisələrdən, o dövrün alim və şairlərindən, dövlət 
adamlarından bəhs edir.
83
82
 Əlî yeniçəri olduğu zaman taxta çıxan III. Məhməd (1003-1595) ona  bu işdən   200.000 
axçalıq mülk təklif etmişsə  də müəllif, “Künhül-əxbar”ı yazmaqla məşğul oldugunu 
bildirərək, bu əsəri yazarkən faydalanacağı  məlumatları  əldə etmək məqsədi ilə Misir 
dəftərdarlığını istəmişdir.Ancaq saraydaki bəzi insanların mane olması üzündən ona Misir 
dəftərdarlığı yerine Sivas dəftərdarlığı və Amasya mirlivalığı verilmişdir. “Künhül-əxbar”ı 
yazarkən Sivas və Amasyadan sonra Qeysəridə de sancaq bəyi olaraq çalışmışdır.  Əsər 
tamamlanan zaman isə    İstanbulda idi, heç bir vəzifəsi yoxdu.  (“Künhül-əxbâr” Mətbu 
nüsxə I, 39, Atsız, Əli Biblioqrafi yası, 56)
83
 “Künhül-əxbar”ın İstanbulda nəşr olunmuş keyfi yyətsiz  bir nəşri vardır. Beş cildlik   bu 
nəşrin yalnız ilk cildində 1277 tarixi qeyd olunmuşdur. Nəşr keyfi yyətli  deyildir və yazar 
tərəfi ndən yazılan  dörd rüknə uyğun gəlmir. Mətbu nüsxəsinin son cildi Fatihin İstanbulu 
fəthi və İstanbul şəhərinin quruluşu haqqında  əfsanəvi məlumatın  təkrarlanması ilə sona 
çatır. Əsas nəşr olunmalı  Osmanlılar hissəsi kənarda qalmışdır. (Gelibolulu Mustafa Əlî, 
“Künhül-əxbar”, İstanbul ( Âmirə mətbəəsi) 1277 H. 1860/1861.)

91
Burada əsas diqqət çəkən hissə IV rükn– yəni Osmanlılarla bağlı 
olan rükndür. Bu rükn özü də iki hissəyə bölünür. Birinci cildə 
başlanğıcdan Yavuz Sultan Səlim dövrünün sonuna qədər olan 
hadisələri özündə əks etdirən hissə, ikinci cildə isə Qanuni Sultan 
Süleyman dövründən başlayıb birləşməyə qədər olan hissə daxildir.
IV rükndəki  əhvalatlar padşahların hökmranlıq dövrünə uyğun 
olaraq sıralanmışdır. Hər padşahın taxta çıxması ilə yeni hissə başlanır. 
Əvvəlcə padşahın doğum tarixi yazılır, görünüşü təsvir edilir, daha 
sonra taxta çıxmasına keçilir: bəxşiş, hədiyyə və ehsanları göstərilərək 
əsas xüsusiyyətləri, ölkəni idarəetmə qabiliyyəti və varislərindən söz 
açılır. Bundan sonra isə padşahın hökmdarlığı müddətində baş verən 
əhvalatlar əvvəldən sona qədər “birinci, ikinci, üçüncü vaqeə” adıyla 
hissələrə ayrılaraq oxucuya təqdim edilir. Padşahın ölümü və dəfn 
mərasimi də bu hissəyə daxildir. Daha çox ictimai və siyasi məna 
kəsb  edən bu əhvalatlardan sonra, mədəni hadisələrin nəqli başlanır. 
Bu hissədə  Əli padşahın xeyir və  bəxşişləri haqqında məlumat 
verdikdən sonra, onun hakimiyyəti illərində meydana çıxmış dövlət 
adamları (vəzirlər, bəylər və yüksək vəzifəli məmurlar), alimlər, 
şeyx və şairlərdən bəhs edir. Orijinal olmayıb ənənəvi İslam tarixinə 
istinadən sıralanmış  başlıqlardan ibarət olan  bu əsər özündən əvvəl 
və sonra yazılmış təzkirələrdən, istər bəhs etdiyi adamların sayının 
çoxluğuna, istərsə də onların haqqında olan məlumatların qiymətli 
və  zəngin olmasına görə  kəskin  şəkildə  fərqlənir.  Əsərdə üç yüz 
beş  şairin həyat hekayəsi verilmişdir. Bu isə özündən  əvvəl və 
sonra yazılmış şüəra təzkirələrinin tərkibində verilmiş şairlərin sayı 
baxımından, bir çoxu ilə eyni, az bir qismindən isə cüzi say azlığı ilə 
fərqli olduğunu göstərir. Məsələn, tərkibində iki yüz iyirmi doqquz 
şair verilən Səhi təzkirəsindən böyük, Lətifi  və Riyazi təzkirələri ilə 
eyni, Aşıq Çələbi və Həsən Çələbi təzkirələrindən isə kiçikdir. 
Beləliklə, Əli böyük dəyərə malik təzkirələrdən həm həcm, həm 
də forma baxımından o qədər də  fərqli olmayan bu əsəri ehmalca 
tarix meydanına ötürməyi bacara bilmişdir. Bir çox xüsusiyyətlərinə 
görə bu əsər ədəbiyyat tariximizin ən qiymətli mənbələrindən birinə 
çevrilmişdir. 
Şairlərdən bəhs edən bölmələrin həcminə görə bu əsəri “Künhül-
əxbar təzkirəsi” də adlandıra bilərik.

92
Əsərin  Osmanlılara aid rüknündə on iki padşahın dövründən bəhs 
edilirsə də, yalnız yeddi nəfərinin sonunda şairlərə yer verilmişdir. 
Çünki ilk Osmanlı  təzkirələri adətən Osmanlı  ədəbiyyatının 
mənşəyini II Murad dövründən qəbul edirlər.  Əli isə bu tarixi bir 
qədər əvvələ çəkməyə çalışmışdır. O, şairlərdən bəhs edən hissəni 
bu sözlərlə başlayır: ”Hafi  olmaya ki  Osman han, Orhan han ve 
Sultan Murad han zamanlarında şuaradan kimse zuhur itdügi malum 
degüldür. Mücerred sadə nazma kadir bazı varsagı- gular dahı 
şöhret bulmamışdur...Ana bunaen şair namına bir ferd yogidi...Ama 
bunlar zamanında (Yıdırım Beyazid) bazi kimesne peyda oldı”
84

Bu ifadələrdən də göründüyü kimi Əli “Künhül-əxbar”da  şairlər 
hissəsini İldırım Bəyazid dövrüylə başlamaq niyyətindədir. “Künhül-
əxbar” müəllifi nin bu padşahlar dövründə şairlərin olmadığını iddia 
etməsinin təməlində aşıq ədəbiyyatını yox hesab etməsi dayanır. Əli 
əsərində yeri gəldikcə aşıq ədəbiyyatından bəhs etmişsə də bu iş yalnız 
təsnifat məqsədilə edilmişdir. Bu növ əsərlərin Yunis İmrə, Hacı 
Bektaş Vəli, Ağşəmsəddin kimi dini  və təsəvvüfi   şeirlər yazanları 
ayrıca bir kateqoriyada verməsi də, ədəbiyyatın başlanğıcını geriyə 
çəkən amillərdən biridir.  
Şübhəsiz bu növ əsərlərin sonu ilə həmin dövr şairlərinin sonunu 
eyniləşdirmək düzgün olmazdı. Məsələn “Künhül-əxbar”da şairlərlə 
bağlı bioqrafi ya qisminə II Səlim dövründə son qoyulur. Halbuki, 
əsərdə bundan sonra iki padşahla bağlı məlumatlar da yer almışdır.
“Künhül-əxbar”da  şairlər aşağıdakı padşahların dövrünə uyğun 
olaraq sıralanmışdır:
İldırım Bəyazid (1389-1402): Süleyman Çələbi, Niyazi
85
Süleyman şah (1402-1411): Əhmədi, Həmzə, Əhmədi-Dai
86
.
I Məhməd (Çələbi) (1413-1421): Əzhəri, Cəmili, Zihni, Şeyxi, 
Cəmali, Kəmal Xəlvəti
87
II Murad (1421-1451): Haki, Atayi, Faxxari, Nəsimi, Şah Xəndan, 
84
 “Künhü′l-əxbâr”ın Tezkire Kısmı (Haz. Mustafa İsen) Ankara, 1994, s.101.
85
 Həmin əsər, s.101-102.
86
 Həmin əsər, s. 105.
87
 Həmin əsər, s. 111.

93
Kəmal Ümmi, Hümami, Şirazi, Şəmsi, Həssan, Safi , Zəifi , Nədim, 
Arif Əli
88
II Məhməd (Fatih) (1451-1481): Əhməd Paşa, Turabi, Sənayi, 
Cami, Cəmali, Həmdi, Heydər, Həriri, Həfi fi , Xəlili, Dai, Dai-digər, 
Rəsmi, Zeynəb, Sadi, Şəhri,  Şəhdi, Safi , Suni, Adni, Eşki, Ülvi, 
Katibi, Gülşəni, Kəmali-Zerd, Leali, Məlihi, Mehdi, Nişani, Nizami, 
Nuri.
89
II Bəyazid (1481-1512): Cəm, Qorqud, Afi tabi,  Əmiri, Bəsiri, 
Behişti, Taci, Təmənnayi, Sani, Çakəri, Cəlili, Həsən Muidi, Haki, 
Zəkayi, Zihni, Zari, Seyfi , Şami,Şahidi,Şavuri,Şövqi,Səfayı,Suni,Z
ərifi ,Zarifi   digər,Əmri,Əndəlibi,Əhdi,Firdevsi,Fəgani,Qədiri,Kandi
,Katibi,Kəbiri,Məsti,Müniri,Mehri,Nəcati,Nəcmi,Niyazi,Visali,Vəs
fi , Haşimi, Hilali
90
I.Səlim (Yavuz) (1512-1520) Əli,Həbibi, Hüzuri, Həlimi, Molla 
Həlimi, Rəvani, Sücudi, Süruri, Sayı, Suzi, Səhi,  Şəmsi, Səbayı, 
Suni, Talii, Fəqiri, Güvahi, Nəşri, Nihali, Nihani
91
Sultan Süleyman (Qanuni) (1520-1566). Muhibbi, Sultan 
Mustafa, Sultan Mehmet, Sultan Bəyazid, Sultan Cahangir, Ədayi, 
İshak, Üsuli, Əfl atun, İlhami, Əmri, Ümidi, Əmani,  Ənvəri, Bəligi, 
Behişti, Bidari, Bəyani, Subuti, Sənai, Cami, Cəlili, Cənabi Paşa, 
Cövhəri, Haləti, Həsbi, Heyrəti, Xavəri, Hudayı, Xəyalı bəy, Danişi, 
Zati, Rəhmi, Rəhiki, Rızayi, Rəmzi, Riyazi, Riyazii digər, Zinəti, 
Zirəki, Sağərı, Saki, Səhabi, Sehri, Sihri-i sani, Surüri, Sıfali, Səliqi, 
Şani,  Şahidi,  Şükri,  Şəmsi, Sabiri, Suni, Zəifi , Molla Arif, Arifi , 
Əbdi, Əbdi-i digər, Əskəri, Eşqi, Əli Çələbi, Gubari, Gəzali, Firaqi, 
Fərdi, Fazii Lənk, Füzuli, Fəgani, Fikri, Feyzi, Ka- nii, Qüdsi, Qəndi, 
Qiyasi, Katibi (qalatalı), Katibi (sinoplu), Kəşfi , Günahi, Lamii, 
Layihi,  Lətifi , Ləli, Ləmi, Livai, Məali, Mərhəmi, Məhvi, Müdami, 
Mərdümi, Məsti, Müslümi, Məşrəbi, Mustafa, Muidi, Mümin, Meyli, 
Nisarı, Nişani, Nəzmi, Neməti, Naimi, Naimi-i sani, Niqabi. Nəqşi, 
Nigahi, Nuhi, Nuri, Nəharı, Nihani, Vahidi, Visali, Hicri, Hüdai, 
88
 Həmin əsər, s.119.
89
 Həmin əsər, s.131. 
90
 Həmin əsər, s.151.
91
 Həmin əsər, s.173.

94
Həlaki, (Karamanlı), Hilali, (İstanbul), Yetim Əli, Yəhya bəy.
92
 II Səlim (1566-1574) Səlim, Agahi, İlahi, Əmani, Bəyani, Tıraşı, 
Sanı, Cami bəy, Cəlal Bəy, Cəmali, Hübbi Xatun, Molla Hökmi, 
Hatəmi, Xosrov, Dəruni, Dərviş  Çələbi, Rayi, Rayi-i sani, Rəfi i 
Ləng, Ruhi, Sirri, Sirri-i sani, Səmai, Şanı, Şani-digər, Sadiq, Sədri, 
Səmai, Sani, Şanii digər, Sadiq, Sədri, Molla Aşıq  İbadi, Übeydi, 
İzar, Əzizi, İşrəti, İlmi, Ülvi, Əhdi, Fəzli, Fünuni, Fevri, Gərmi bəy, 
Məcdi, Muhyi, Muhyiddin, Muxtari, Mərdümi, Məşami, Məkali, 
Makali-i sani, Nigari, Nihani, Vusuli, Yəqıni
93
.
“Künhül-əxbar”ın bioqrafi yalara aid hissəsinin  qaynaqları: 
Qədim dövr təzkirəçilərinin  diqqət çəkən cəhətlərindən  biri də 
yazdıqları əsərlərdə istifadə etdikləri mənbələri göstərməməkləridir. 
Onlar  əldə etdikləri məlumatı öz şəxsi müşahidəsi və  məlumatı 
kimi təqdim etməyə alışmışdılar. Bu sahədə öz məsləkdaşlarından 
bir qədər fərqli görünən  Əli kitabının dibaçəsində istifadə etdiyi 
mənbələrin böyük bir hissəsini vermiş  və onların xüsusiyyətlərini 
qısa şəkildə anlatmışsa da, özünü bu köhnə üsulun ənənəsindən tam 
qurtara bilməmişdir. Müəllif  əsərinin dibaçəsində verilən mənbə 
mündəricatından başqa, adını göstərməməklə bir çox mənbələrdən 
istifadə etdiyini də dönə-dönə qeyd etmişdir.
Əli “Künhül-əxbar”ın müqəddiməsində bu kitabı yazarkən tək-
tək adlarını  çəkdiyi yüz otuza yaxın  əsərdən yararlandığını, bu 
əsərlərin hər birində  də  təxminən  dörd-beş müxtəlif qaynaqdan 
istifadə edildiyini bildirir. O, bunları hesablayaraq öz əsərinin  ən 
azı altı yüz mənbənin məhsulu olduğunu qeyd etmişdir.
94
 Ancaq 
bu kitablar arasında Osmanlı tarixi ilə bağlı yalnız bir kitab vardır 
ki, o da “Şaqaiq”dir. O birilərin  əksəriyyəti məşhur  ərəb və  İran 
tarixləri  əsasında yazılmış  mənbələrdir. Ancaq müəllif o biri 
hissələrdə  də yeri gəldikcə Osmanlı müəllifl ərinin adlarını qeyd 
edir. Adı  çəkilən  əsərlər içərisində  İdrisi Bitlisinin “Həşt-behişt”i, 
Səhi, Lətifi , Aşıq Çələbi, Həsən Çələbi və Əhdi təzkirələrinin adı da 
var. O, Lətifi , Aşıq Çələbi və Əhdi ilə şəxsən görüşmüşdür. Əli bu 
92
 Həmin əsər, s.187.
93
 Həmin əsər, s.293.
94
 “Künhü′l-əxbâr”, Mətbuat nüsxəsi, C.1. s.17.

95
təzkirələrdən gah  tənqid etmək üçün, gah da ki, öz dünyagörüşünü, 
fi kirlərini isbat etmək üçün istifadə etmişdir. Bu təzkirələr adları 
çəkilmədən “Künhül-əxbar”in təzkirə hissəsinə qaynaq olmuşdur. 
Bu təzkirələrdən ikisi açıq  şəkildə, adı belə  çəkilərək “Künhül-
əxbar”a mənbə olmuş əsərlərdir ki, onların adları da  istifadə olunan 
əsərlərin sırasına daxil edilməmişdir. Bunlar Lətifi   və Aşıq Çələbi 
təzkirələridir. Bu iki əsər klassik türk təzkirəçiliyinin  əsası olan 
əsərlərdir. Ancaq sonrakı  təzkirələr üzərində “Məşairüş-  şüəra”nın 
təsiri Lətifi yə nisbətən azdır. Bunun da səbəbi Aşıq Çəlbi təzkirəsinin 
həcmcə daha böyük olmasıdır. Sonrakı müəllifl ərin çoxu kimi Əli 
də  Lətifi nin  yazı üslubunun daha sadə    və daha tez başa düşülən 
olmasını bilməmiş deyildir. Bu üzdəndir ki, şairlər hər hissədə əlifba 
sırası ilə verilmişdir. Şairlərin həyatlarının verilmə tərzi,  əsərlərinin 
ciddi  şəkildə açıq tənqidə  tutulması, verilən nümunələrin həcmi 
Lətifi  təzkirələrinin bənzəridir. Qeyd edək ki, Əli Lətifi  təzkirəsinin 
o vaxta qədər yazılan təzkirələrin  ən yaxşısı  olduğunu açıqca 
bildirmişdir.
95
 
Bu təzkirələr özlərində  əxz etdikləri  əsas cəhətlərinə görə 
“Künhül-əxbar”üçün yetərincə faydalı mənbələr olmuşlar. Məsələn, 
Aşıq Çələbi  ədəbi təhlildən daha çox, tanınmış    şairlərin sosial  
həyaına aid verdiyi materiallar baxımından, Lətifi  isə  ədəbi tənqidə 
olan həssaslığına görə Əliyə  təsir göstərmişdir.
Əli istifadə etdiyi mənbələri bu şəkildə əsərinə gətirmişdir.
Səhi  təzkirəsi doğrudan da ən az qaynaq olaraq istifadə edilmişdir. 
Səhiyə aid olan məlumatlar  əsərə  əslindən deyil, Lətifi   tərəfi ndən 
istifadə olunmuş şəkildə daxil edilmişdir.
Aşıq Çələbiyə aid olan  geniş  məlumatlar  ixtisar olunaraq  əsərə 
salınmışdır.
Həsən Çələbiyə aid olan  az saylı  məlumat  məna və  məzmun 
etibarilə saxlanılsa da,onun səlis üslubu  və zəngin dili sadələşdirilmiş 
şəkildə verilmişdir.
Əli yuxarıda verilən qaynaqların hər birinə müdaxilə edərək, 
mətnlərdə dəyişiklik aparmışdır.  
95
 “Künhü′l-əxbâr”, s.313.

96
Şairlərin  şəxsi həyatlarıyla bağlı nnümunələrdən yalnız biri, 
təsadüf hallarda isə bir neçəsi verilmiş, qalanlar isə ehtimallar 
əsasında nəql edilmişdir.
Alınan məlumatların doğru olması yoxlanılmış, səhv olanlar isə 
başqa mənbələrdən alınan dəlillər hesabına rədd edilmişdir. Başqa 
qaynaqlardan alınan bəzi hökmlər  tənqid edilmişdir.
Əli göstərmədiyi mənbələri  də öz üslubu ilə bəlli edir. Bu növ 
bilgiləri  tanış olduğumuz keçmiş zamana istinadən verir. Xüsusilə 
də Qanuni dövrünə  qədər yazılmış olan tərcümeyi-hallarda olan 
üslub xüsusiyyəti açıq-aydın hiss olunur.
“Künhül-əxbar”ın təzkirə hissəsi uzun bir hazırlıq mərhələsindən 
sonra, bol məlumatlara və mükəmməl nümunələrə söykənilərək 
qələmə alınmışdır. Mötəbər mənbələri seçməkdə böyük inadkarlıq 
və həssaslıq göstərən tarixçi, bəzən bir şəxs üçün bir neçə mənbədən 
istifadə etmişdir.  Əli müasiri olan şəxsləri qələmə alarkən görüb 
eşitdiklərinə, öz düşüncə  və  təfəkkürünün məhsullarını  da əlavə 
edərək,  əsərinə bir orijinallıq gətirmişdir. Son olaraq Əlinin 
təzkirəçiliyi və “Künhül-əxbar”ın bioqrafi yalardan  ibarət olan 
təzkirə hissəsinə istinadən bunları söyləyə bilərik:
Əli istər şəxsiyyət kimi, istərsə də sənətkarlıq baxımından təzkirə 
yazmaq qabiliyyətinə malik bir şəxs idi. O, ikinci dərəcəli bir şair 
olmasına, dövründə  şairlikdən daha çox, başqa istedadı ilə diqqət 
çəkməsinə baxmayaraq, yüksək  ədəbi zövqə  və  tənqidin sirlərinə 
vaqif bir adam idi. Hətta özündən əvvəlki təzkirəçi  şairlərdən üstün 
bir şair idi. Sözsüz ki, Anadoludakı türk təzkirəçilərinin arasında ən 
böyük şairlər Nəvai və Camidir. Gelibolulu sosial vəziyyətinə görə 
də o biri təzkirəçilərə nisbətən daha  irəlidə dayanmış, yüksək mənsəb 
sahibi olmuşdur. Gelibolulunu o biri təzkirəçilərdən fərqləndirən əsas 
cəhət isə onun yaxşı tarixçi olmasıdır. Əli tarixin içində yerləşdirdiyi 
təzkirə hissəsini yazmadan əvvəl, bu sahədə yazılmış olan əsərləri 
bir-bir araşdırmış və onları ciddi şəkildə qiymətləndirə bilmişdir. O 
günə  qədər təzkirəçilər bir-birinin əsərlərini “Kastamonu- namə”, 
“Isparta- namə” kimi emosional və bütünlüklə əsərə şamil edilməyi 
düzgün olmayan iddialarla tənqid edirdilərsə, “Künhül-əxbar”in 

97
müəllifi  bu əsərlərin diqqət çəkən nöqsanlarını  dəqiqliklə  və layiq 
olduğu nöqtədən tənqid edir. Əlinin örnək olası  əsas xüsusiyyəti 
onun yaxından tanıdığı  zəif və qabiliyətsiz olmasına baxmayaraq 
iddialı olan adamları tənqid atəşinə tutmasıdır.
Bu baxımdan dəyərləndirildikdə “Künhül-əxbar”ın təzkirə 
hissəsi başqa təzkirələrə nisbətən səhvlərdən daha çox xilas olunmuş 
təzkirədir.
Əlinin təzkirəsində başqa bir diqqət çəkən özünəməxsusluq  şairlə 
bağlı mövzulara şeirdən kənar söhbətləri daxil etməməsidir. Çünki 
belə mövzulara “Künhül-əxbar”la bağlı hissədə yer ayrılmışdır. 
Buna görə də Aşıq Çələbidə geniş yer verilən və bütün cəhətləriylə 
təsvir edilən “Cəm” bəhsinə Əli cəmisi yarım səhifə yer vermişdir. 
Qeyd etdiyimiz kimi bu mövzu ictimai hadisələrə aid olan hissədə 
geniş şəkildə müzakirə edilmişdir. 
Əlnin bioqrafi ya yazılarında tarixçi olmasının  təsiri onun əsərin 
əvvəlində  və  əsər boyu yeri gəldikcə, istifadə etdiyi mənbələrdən 
bəhs etməsidir. Köhnə əsərlərin bir çoxunda bəhs edilən  məlumatlar  
köhnə mənbələr ilə  adı və  mahiyyəti məlum olmayan mənbələrin 
qarışmasından alınan xəbərlər  şəklində  verilmişdir. Bu yazıların 
əksəriyyətindən  bioqrafi ya  əldə etmək mümkün deyil.  Bu 
yazıların müəllifl əri özlərindən əsrlərlə əvvəl yaşamış olan şəxslər 
haqqında öz bacardığı şəkildə məlumatlar verir, daha çox öz savad 
və bacarıqlarını ortaya qoymağa səy  edirlər. Bu qüsurlara görə bu 
gün  əlimizdə olmayan bir çox qaynaq bizə  məlum olmadığı kimi, 
mövzuyla çox az əlaqəsi olan geniş və gen-bol məlumatların  içində 
itib-bataraq, dəyərli məlumatları isə əldə etməyə çətinlik çəkirik. 
Əli müasiri olan bir çox yazardan fərqli olaraq bu səhvdən özünü 
xilas edə bilmişdir. O, qaynaqları nə tarix bölməsində, nə də təzkirədə  
gizlətməkdən yan keçmişdir. Doğrudur,  Əlidən  əvvəl təzkirə 
yazanlar da bəzi hallarda mövzunun içində özlərindən əvvəl ortaya 
əsər qoyanların adlarını xatırladırlar. Ancaq bu daha çox haqqında 
danışılan təzkirəçini tanıtmaq üçün istifadə edilən  metoddur. Bəzi 
hallarda isə  Lətifi də olduğu kimi, özündən  əvvəlki təzkirəçinin 
adı belə  çəkilmir. “Künhül-əxbar” müəllifi nin başqa təzkirəçilərdə 
olmayan bir bəlli xüsusiyyəti də nümunə göstərdiyi  şeirlərə 

98
müdaxilə edərək onları təhlil etməsidir. Təzkirəçilik tariximizdə bir 
başqa nümunəsi olmayan bu hal, həqiqətən  Əlinin özünəməxsus 
xüsusiyyətlərə malik olmasını göstərən cəhətdir. Təzkirəçilər hamısı 
verdikləri nümunələr haqqında: “yaxşıdır”, “gözəldir”, “dəyərlidir”, 
“pisdir” kimi ümumi ifadələr işlətmişlər, onunla bağlı müsbət və 
yaxud tənqidi fi kirlər irəli sürmüşlər. Ancaq heç biri Əlinin işlətdiyi 
: “ Şu kelimenin yerinde bu kelime olmalıydı, edası şöyle olsa daha 
iyi olurdu” kimi düzəlişlər etməmişdir. Belə ki, Əlinin bəyənməyib 
yenidən yazdığı və belə yazmaq gərək olduğunu bildirdiyi beytlərə 
də rast gəlinir. Ancaq onu da qeyd edək ki, əvvəlki beyt ,sonradan 
təklif olunandan daha güclü görünürdü.
96
Əlinin  əsərinə daxil etdiyi şairlərin çoxu ondan əvvəlki 
təzkirəçilərin qeyd etdiyi şairlərdir. Lakin şair seçimini edərkən 
Əli onlara dəyərlərinə görə yer ayırmışdır. Şairliyinə görə hər kəsin 
tanıdığı, təsdiq olunmuş  şəxslərin adları “Künhül-əxbar”a daxil 
edilmişdir. Seçdiyi adlarda və onların yaradıcılığı  haqqında verdiyi 
hökmlərdə o, olduqca israrlıdır. Əlinin heç bir şairin layiq olmadığı  
mərtəbədə göstərmək kimi təşəbbüsü yoxdur. O, əvvəlki təzkirəçiləri 
əsası olmayan, yersiz mədhiyyələrə görə tənqid edir. Onun hökmləri 
ifrata varmır və bu üzdən də  əsərlərində öz dövründə  və sonrakı 
dövrlərdə böyük bir kütlə tərəfi ndən qəbul edilmiş Nəsimi, Əhməd 
Paşa, Nəcati, Nizami, Zati, Xəyali və Yəhya bəyə ayrılan yer, o biri 
şairlərdən xeyli çoxdur. Bundan başqa Əli o biri şairlər üçün də  öz 
bioqrafi yalarına münasib yer ayırmışdır.
O, xüsusən Aşıq Çələbi və Həsən Çələbidə rastlaşdığımız  kimi 
seçdiyi şairə on səhifə, o biri şairlərə isə az yer  ayırma hallarından 
da uzaqdır. 
“Künhül-əxbar”dakı 
məlumatlar düzgün araşdırma və 
rəvayətlərin doğru  şəkildə  təsvirindən ibarətdir.  Əli öz biliyini 
96
 Məsələn Əmaninin bu beyti nümunə olaraq verildikdən sonra;
Her gice dil-i tîre hayâlünle münevver
Sen ey meh-i bed-mihr gerek gelme gerek gel
“Egerçi kim bed-mihr diyü eda eylemişdür. Ve illâ yaramaz îhamla hata eylemişdür. Zîrâ 
mihrün bedi olmaz ve bed nesneye mihr itlâk idenün bahtı sermedi olmaz. Bî-mihr dimek 
yeg idi. Bâri hem edâsı sahîh ve hem isnâdı gerçek idi.” Şəklində beytin tənqidi verilir 
(“Künhül-əxbar”, s.198)

99
göstərmək üçün uydurma əhvalatlara yer verməmişdir. Qeyd etdiyi 
xəbərlər inandırıcıdır, iastifadə etdiyi qaynaqları dəqiq göstərməyə 
çalışmışdır. O, təzkirəçilik tariximizdə  Lətifi   ilə başlayan tənqidi 
baxışın ən yaxşı davamçısıdır. Onun təzkirəsində müntəzəm şəkildə 
şairlərin istedadları, meylləri və  fərdi xüsusiyyətləri barəsində    
məntiqi fi kirlərə rast gəlinir. Şeir və şair haqqında mülahizələri heç 
də bəlağətli vəsfetmələr deyil, tarixə xidmət edən sənədlərdir.
Əli mühakimələrində  nə  qədər dəqiq görünsə  də, onun insan 
olduğu unudulmamalı, fərdi və ictimai problemlərinin meyl və 
təmayüllərinə təsir etməsi də qəbul edilməlidir.Və bunlar şübhəsiz 
ki, onun təzkirəsindən  təsirsiz ötüşməmişdir.
Təzkirələr eyni zamanda qədim ədəbiyyatımızın bir qoludur. Buna 
görə də  bu növ əsərlərdə üslub və ifadə axtarışları, ədəbi cəhdlər  
diqqət çəkən amillərdəndir. Əsərin əsas mahiyyətini ifadə edən söz 
və təbirlərin yazı zamanı ahəng qanununa uyğun olaraq  seçilməsi və 
sıralanması açıqca görünür. Ancaq Əli estetik tərəfi  mənaya, zahiri 
görünüşü həqiqətə    pərçim etməmişdir. Onun mətnlərində  əvvəlcə 
ehtiyac duyulan  mövcud məsələ və dəyərlər, sonra yazarın intellekt 
və baxışları, ardınca isə bunların bədii şəkildə ifadəsi özünü göstərir. 
    
(*Yazı “Ege Universitesi Edebiyat Fakültesi Araştırma Dergisi” 
II. 1983.s.49-57- də dərc olunub).

100
1   2   3   4   5   6   7   8   9   10   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə