Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN



Yüklə 2.76 Kb.
PDF просмотр
səhifə10/26
tarix01.12.2016
ölçüsü2.76 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

Həsən Çələbi təzkirəsi 
158
   
1586-cı ildə yazılmış olan Həsən Çələbi təzkirəsi II Səlim dövrü 
şairlərinin bir qismi üçün “Künhül- əxbar”a qaynaqlıq etmişdir. 
Amma bu istifadənin həcmi heç bir zaman Lətifi   və Aşıq Çələbi 
təzkirələrinin əhatə etdiyi sahə ilə uyğun olmamışdır.
158
 “Hasan Çelebi Tezkiresi”, Millet Ktb. H.Əli Paşa 602 nömrəl nüsxə.

137
Bunun başlıca səbəbi   Həsən Çələbinin  heç bir zaman  Əli 
tərəfi ndən yaxşı    təzkirəçi olaraq qəbul edilməməsidir. Həsən 
Çələbinin verdiyi məlumatların doğru olması  məsələsində 
Gelibolulunun ciddi nigarançılığı vardır
159
. Bundan başqa bu iki 
təzkirənin yazılışı arasında zaman baxımından çox fərq yoxdur. 
Hətta Əlinin məlumat toplama qaynaqları daha genişdir.
Aşağıda müqayisə üçün verilən məlumat nümunələri sözügedən 
təzkirənin “Künhül- əxbar”  üzərindəki təsirini açıq şəkildə göstərir:
Həsən Çələbi Təzkirəsi 277/a 
Muhyi Çələbi
Hilâl-i vücüd-ı pür-kemâli kasabât-ı diyar-ı Karaman'dan Nigde 
dimekle ünvân bulan kasabadan zâhir ü ayân olmışdur. Nâmı 
Muhammed'dür. Eşı'at ü envâr-ı fazl u reşâdı gayâhib-i cehâletde 
gümrâh olanlara hâdı olan üstâd-ı  Şeyhü'l-islâm merhüm Ebu's-
su'üdü'l-İmâdî Hazretlerinin ferzend-i fezâ'il-nihâdesi serv-veş 
gülşen-i dânişde ser-âdem olan merküm Ahmed Çelebi'nün âyine-i 
zât-ı me'âli âyinine mukâbil olmakla süret-i mülâzemeti tal'at-
nümâ oldukdan sonra sâlik-i mesâlik-i kazâ olmış idi. Hâlâ kuzât-ı 
kasabâtun benâmından ve kerem ü mürüvvet ile tâ'ife-i mezbürun 
şöhre-i enamından muhyîdür...
Şiir:
Gezerken yâr ben bı-mâr ile âheste âheste
Didiler kim ölümlü oldı cânın gezdürür haste
Yog ise elde eyâ hâce nola gevherimüz
Devletünde tolıdur dâmen-i çeşm-i terimüz
159
 İsen Mustafa, “Hasan Çelebi Tezkiresi Üzerine”, “Milli Kültür”, s.43, Ankara 1983, 
s.43-44.

138
Künhül-əxbar, s. 226, (493b-494a)
 Muhyi
Nâmı Mehmed idi. Nefs-i Nigde’de vücüda gelüp evâ’il-i hâlinde 
tahsıl-i ma’ârifl e engüşt-nümâ dânişmend idi... Akıbet merhüm Ebu’s-
su’üd-ı müftî mahdümı Ahmed Çelebi’nün i’âdesinden mülâzım olup 
evâhir-i ömründe üç yüz akçe kadıların ser-âmedi idügi ta’ayyün 
buldı...
Nazm:
Gezerken yâr ben bîmâr ile âheste âheste
Didiler kim ülümli oldı cânın gezdürür haste
Diger:
Yog ise elde eyâ hâce nola gevherimüz
Devletünde tolıdur dâmen-i çeşm-i terimüz
Həsən Çələbi Təzkirəsi 289/a
 Məqali
Vilâyet-i Aydın’dan Alaşehir dimekle pür-iştihâr olan kasaba-
i nâmdardandur. İlm-i ictihâdı bâzü-yı tevfık u sedâd ile kâ’im ve 
a’mıde-i tahkık u iz’ânla teşyîd-i mebâni-i irfânda dâ’im iken garîk-ı 
bihâr-ı rahmet-i rahmân olan merhum Arab-zâde’den mülâzım 
olmışdur...
Şiir:
Bu çarh-ı pire-zen ey dil degüldür pâye-i devlet
Kişinün başı sag olmak durur sermâye-i devlet

139
Nazm:
Sinemün dagın görüp atar melâmet sengini
Gel gör ey şirin-dehen tag ile taşın cengini
 
Künhül-əhbər, s.229, (495a)
 Məqali
Vilâyet-i Aydın’da Akşehir nâm kasabadandur. Felâcerem tahsîl-
i ilm ü hikmet kılup Arab-zâde’den mülâzım oldı. Ve kazâ tarikına 
âzim olup...
Şiir:
Bu çarh-ı pire-zen ey dil degüldür pâye-i devlet
Kişinün başı sag olmak durur sermâye-i devlet
Nazm:
Sİnemün dâgın gören atar melâmet sengini
Başladı Ferhâd-ı dil kazmağa mihnet sengini
Müqayisə  edilən bu iki müəllif  Aşıq Çələbi təzkirəsində yoxdur. 
Bunlardan başqa Səmai, Fövri və Nihani  də “Məşairüş-  şüəra”da 
yer almamışdır. Ancaq bu şəxslərdən yalnız Fevri və Nihanidə  
verilmiş  bəzi nümunələr də “Künhül-əxbar”dakı  məlumatlara 
bənzəyir. Bunlar da ehtimal olunan    məlumatlar  formasında olub, 
müəllifi n başqa qaynaqlardan və  və ya insanlardan əldə edə biləcəyi 
məlumatlardır.
1564-də yazılan  Əhdi təzkirəsi  Əlinin  əsərinə müstəqil  şəkildə 
tərcümeyi hallara  təsir göstərmək əvəzinə,  daha çox ikinci dərəcəli
 
məlumatlar vermişdir. Sultan Mustafanın təxəllüsünün  Əhdiyə 
istinadən  Müxlisi kimi verilməsi və ya  bəzi şeir nümunələrinin eyni 
olması  bunu sübut edir. ”Gülşəni-şüəra”nın Əli tərəfi ndən bu qədər 

140
az istifadə olunmasının səbəbi   Əhdinin müəllifə görə yaxşı bir 
təzkirəçi kimi qəbuıl edilməməsidir. İstifadə etdiyimiz beş “Künhül- 
əxbar”ın beş nüsxəsindən yalnız  E Xəzinəsi nüsxəsində  Əhdinin 
təzkirə yazdığı göstərilir ki, oradakı  ifadədə də  haqqı olmayan bir işə 
təşəbbüs göstərən bir adamı qınamaq ədası görünür. Aşıq Çələbinin 
tərcümeyi halı ilə bağlı “ müteakiben  tezyül”  başlığı altında verilən   
hissədə isə Anadolu bölgəsində  yazılan  ilk dörd təzkirə arasında onun 
adı əsla çəkilmir. Qeyd olunan  dörd  təzkirədə adları çəkilmədiyi 
halda  sadəcə  Əhdi təzkirəsində adlarına rast gəlinən  bu şairlər 
barəsində də Əhdinin Əliyə
 
təsiri qabarıq   deyildir: Sultan Mustafa, 
Sultan Məhəmməd,  Sultan Bəyazid, Sultan  Cahangir, Təraşi, Sadiq, 
Gərmi və Fünuni. Bunların  sadəcə  bəzi  şeirləri “Gülşəni-  şüəra” 
ilə eynidir. Bu oxşarlığı isə qaynaq olaraq qəbul etmək  mümkün 
deyildir.Yəqin ki, məlum olan bir və bir neçə şeirdən  təzkirəçi yalnız  
ən məşhur olanını seçmişdir. 
  3. Digər qaynaqlar: Bu hissədə  Əlinin istifadə etdiyi  başqa 
qaynaqlar üzərində dayanmaq istəyirik.
“Künhül-əxbar “ müəllifi nin  vəfat etmiş    şairlərin həyatları 
haqqında  məzar daşları və vəsiqələr  üzərində araşdırma aparmağı 
haqqında  əlimizdə  məlumat yoxdur. Bununla belə  bir çoxunun 
ölümü barədə  yazılmış vəfat tarixlərinə, başqa zümrələrlə bağlılığına  
görə onun həmin qrupa  aid  təbəqə kitablarına və tarixlərdəki 
qeydlərə baş vurduğunu, onların çoxunun əsərini oxuduğunu  da 
söyləyə bilərik. Əlinin  həyatda görmədiyi şairlərin haqqında verdiyi 
məlumatlrın çoxu hələ unudulmamış rəvayətlər əsasında, yəni  isti 
şəkildə verilmiş məlumatlardır.
  Məşhur adamların  ölüm tarixləri, önəmli hadisələr və binalar 
haqqında əbcəd hesabiyla misralar soyləmək ənənəsi bütün tariximiz 
kimi, ədəbiyyat tarixi üçün də çox yararlı sənədlər ortaya qoymuş, 
tariximizi yox olmaqdan qurtarmişdir. Bunlar Əli üçun də çox 
önəmli sənədlər sırasındadir.Tanınmış  şəxslər haqqında  əhvalatlar 
və 
 
lətifələr  əzbərləyərək nəql edən  şəxslər,  bioqrafi yaya  maraq 
göstərən  bir çox  insanlar  da onun qaynaqları arasındadir. Əsərin 
ön sözündə  bu hal  belə göstərilir: “Muhassalı kelam ve  esahhı 
ahbar tetebbuında külli dikkat itdüm. Kendü zamanumda havadis ü 

141
asardan  gayri efvahı riçali ahz ile nakl itmege tefevvüh eyledüm”.
160
 
Çağdaş və həyatda olan şairlərin əsas hissəsi ilə müəllifi n yaxın 
əlaqədə olduğunu söyləyə bilərik. ”Künhül- əxbar”ın  müxtəlif 
yerində imkan düşdükcə bu əlaqələrdən söz açılır. Bunları bir neçə 
qrupa ayırmaq olar:
a) Müəllim tələbə  əlaqəsi.  Əli,Süruridən bəhs edərkən alimlik  
zamanı  bəzi risalələri oxuduğunu söyləyir
161
.
b) Tələbə yoldaşlığı: O, bəzi  şairlərlə birlikdə  təhsil almişdır. 
Məsələn, Abdi-i digər bunlardan biridir.
162
c)  İş yoldaşlığı:  Əli müxtəlif yerlərdə  işləyərkən bir çox şairlə 
ünsiyyətdə  olmuş  və onlarla bağlı hekayələr yazmışdır. Bunların 
sırasına yanında çalışdıgı  şəxsləri  də  əlavə etmək  mümkündür. 
Turaq Çələbi
163
 və Nişani
164
  bunların sırasındadir.
d) Səyahət zamanı tanıdıqları:
Bununla bağlı ən bariz  nümunələr  Bosniyada çalışdığı zaman 
Aşıq Çələbi
165
 ilə qarşılaşması  və onun qonağı olması,  Əhdinin
166
 
həyatından bəhs etdiyi Bağdadda xəzinə dəftərdarı ikən qatıldığı bir 
şeir məclisinə aid xatirəsidir.
e) Qatıldığı şeir məclislərində söylənən  şeirləri və tanıdığı şairləri 
qeyd etməsi  də bu nümunələrdəndir. ”Bu hakir bir defa kendülerle 
haşrı oldum. Nev – güftelerden nenüz vardur diye sordukda bir garip 
ihtira-ı hasını gördüm”(Monla Arif).
167
f) Bəzən də bu əlaqənin növündən bəhs etmədən, həmin nümunədə 
olduğu kimi doğru aldığı  məlumatı  qeyd etmişdir. ”Kendüden 
mesmuumuzdur ki henüz sinni buluğa balig degil ikən müellif-i 
Füsus ledünn nüsus olan şeyhi ekber rüyasına girüp telkini iman 
eyləmiş”(Fevri).
168
Müəllifi n  görüşüb tanıdığı  şəxslərə aid bir neçə  səhifəlik 
160
 “Künhül-əxbar”, İstanbul 1277, s.
161
 Həmin mənbə, s.127, Ü. Ty. 5959 399b
162
 Həmin mənbə., s. 142, Ü. Ty. 5959 405a
163
 Həmin mənbə, s.231, Ü. Ty. 5959 495b 496a
164
 Həmin mənbə, s. 179, Ü. Ty. 5959 419b
165
 Həmin mənbə, s. 212, Ü. Ty. 5959 488b
166
 Həmin mənbə, s.220, Ü. Ty. 5959 491b
167
 Həmin mənbə, s. 138-139, Ü. Ty. 5959 403b
168
 Həmin mənbə, s.223, Ü. Ty. 5959 492b

142
məlumat verə biləcəyinə  şübhə yoxdur. Daha az təmasda olduğu 
şairlər haqqında ətrafdakılardan məlumat aldığı, şifahi məlumatlara 
əsaslandığı bu nümunələrdən aydın olur. ”Bu hakir alemi sabavetde 
anun piriligine yetişdüm. Alemi balada mestur olan cananesi ile dahi 
görüşdüm.Tevahür- künan bana Suni merhumla ülfetini söyledi. 
Lillahil - hamid sizinle dahi müşerref oldum latifesini eda eyledi”
169

Yaxud Gübariden söz açarkən “Merhum pederimiz müsahiblerinden 
idi”
170
 
şəklində bəyan edir.
Bu cür incələmə müəllifi n şəhəri olan Gelibolunu (Süruri, Əbdi -i 
digər və Suni oralıdır) və ya gəzdiyi şəhərlərin hüdudlarını keçmir.  
Amma müəllifi n əsl şansı özü istəmədən də olsa imperatorluğun hər 
yerini    gəzməsi  və  heç olmasa dövrünün mədəni mühitini  görmüş 
olmasıdır. Başqa sahələrdə və görmədiyi  şəhərlərdə yaşamış olan 
bəzi  şairlər haqqında qeyd etdikləri isə,  eşitdiklərindən ibarətdir. 
Əlinin  əsərində çağdaş  şairlərə aid məlumatlarda Aşıq Çələbi və 
Həsən Çələbidə rast gəlinən  şairlərin tərcümeyi hallarına  rast 
gəlmirik.
171
 
Əli qaynaq olaraq istifadə etdiyi məlumatları  əsərinə bu 
şəkildə  daxil etmişdir:
1) Səhi təzkirəsindən doğrudan da az istifadə edilmiş, bu əsərə 
aid olan məlumat orjinaldan deyil,  Lətifi  tərəfi ndən istifadə olunan 
şəkildə “Künhül- əxbar”a daxil edilmişdir.
2)    Aşıq Çələbiyə aid məlumat çox vaxt xülasə  şəklində 
verilmişdir.
3) Həsən Çələbiyə aid qısa məlumatda məna və  məzmun 
dəyişilmədən qaynağın öz  bədii üslubu  və zəngin dili  sadələşdirilərək 
verilmişdir.
169
 Həmin mənbə, s.136, Ü. Ty. 5959 402b
170
 Həmin mənbə, s.215, Ü. Ty. 5959 489b
171
 Xüsusilə “Həsən Çələbi Təzkirəsi”ndə nəzərə çarpan bu üslub haqqında  Əli diqqətçəkən 
məlumatlar verməkdədir. Məlum olduğu kimi, Həsən Çələbi bəzi şairlərin həyatlarından söz 
açarkən onlara məktubla müraciət etdiyini və aldığı cavabda həmin  əsərlərinin  olduğunu 
bildirdiklərini qeyd edir. Əlidə belə məlumatlar istənilən şairlərdən biri  üçün  qeyd edilir: 
“Bu tezkireye irsal itdügi varakada dimiştür ki manzûm müellefâtımuzdan kitâb-ı Mihr 
ü Mâh′ımuz vardur... ” (Həsən Çələbi Təzkirəsi, Ank. 1981 s.592) Ancaq Əlinin Həsən 
Çələbinin  əsərini tənqid edərkən göstərdiyi  qüsurlardan biri də bu mövzudur. “Lâsiyy-
emâ ekâbir-i şuarânun ekserine kizb ü durûg iftirâsın idüp şu makûle kitâbum vardur didi 
veyâhud bu gazelleri kendinün add idüp bana gönderdi nükteleri ile yazmışdur.” (Həmin 
mənbə. s.214, Ü. Ty. 5959 489b)

143
  4)  Qaynaq kimi istifadə edilən əsərlərin hamısında Əli mətnə 
müdaxilə və dəyişikliklər etmişdir.
5) Şairlərin şəxsi həyat hekayətləri  ilə bağlı məlumatların   ancaq 
biri, nadir hallarda isə bir neçəsi verilmiş, qalanları isə ehtimal 
əsasında yazılmışdır.
6) Alınan məlumatın doğru olub- olmamasına nəzarət edilmiş və 
səhv olanlar rədd edilmişdir.
7) Verilən hökümlər bəzən tənqid edilmişdir.
8)  Əli inanmadığı qaynaqları üslubundan hiss etmişdir. Belə 
məlumatları    nəqli keçmiş zamanla vermişdir. Xüsusilə Qanuni  
dövrünə  qədər yazılmış bioqrafi yalarda bu üslub xüsusiyyətini 
asanliqla hiss etmək mümkündür.
    Bura qədər verilən məlumat və nümunələrdən alınan nəticələr 
belədir.  ”Künhül- əxbar”ın iki yüz doxsanı müstəqil, on beşi isə 
başqa bioqrafi yalar  içində  olmaqla 305 şairi  əhatə edən təzkirə  
hissəsi  digər təzkirələrlə eyni səviyyədə  olan  bədii və dəyərli  bir 
əsərdir. Əli özundən əvvəl yazılmış bir çox əsərdən istifadə edərək 
bu təzkirəni meydana gətirmişdir.  Müasiri olan şəxslərdən yazarkən 
gəzib gördüklərini,eşitdiklərini məntiqi düşüncə və görüşləri ilə  ifadə 
edərək  əsərinə orjinal bir xarakter vemişdir. Tarixi araşdırmalara 
maraq göstərən  Əli uzun bir hazırlıq mərhələsindən sonra çoxlu 
məlumatlara və mükəmməl nümunələrə söykənərək bu bioqrafi yaları 
qələmə almışdır. Demək olar ki,  “Künhül- əxbar” müəyyən əsərlərin 
materiallarına söykənilərək diqqət və  dəqiqliklə hasilə  gəlmişdir. 
Dəyərli qaynaqları seçməkdə böyük bir səy göstərən Əli, bəzən bir 
mövzu üçün bir neçə qaynaqdan  istifadə etmişdir.
(*Yazı “Ege Universitesi Edebiyat Fakültesi Araştırma Dergisi” 
III.1984.s.87-120-də dərc olunub).

144
ƏDƏBİYYAT TARİXİMİZİN 
QAYNAQLARINDAN
OLAN  ÖVLİYA ÇƏLƏBİ «SƏYAHƏTNAMƏ»Sİ*
D
ivan  ədəbiyyatı, yaxud  klassik türk ədəbiyyatı adlı  milli 
ədəbi dəyərimizin bioqrafi ya  baxımından  əsas mənbəyi 
şairlər təzkirələridir. Bu növlə yanaşı  ədəbiyyat tariximizə qaynaqlıq 
edən başqa əsərlər də vardır. Nəşridən (v.1520) başlayaraq dəyərli 
tariximiz hesab olunan “Həşt-behişt”, “Tacüt-təvarix”, “Peçəvi 
tarixi”, “Dəftəri-əxbar”, “Naima tarixi”, “Silahdar tarixi” kimi 
ümumi tarix kitabları  ədəbiyyat tariximizin dəyərli mənbələri 
sırasındadır. Ancaq ümumi tarixlər arasında heç şübhəsiz ki, ən çox 
qeydə alınmalı nümunə, özündə əhatə etdiyi 305 şairlə Gelibolulu 
Mustafa  Əlinin (1541-1600) “Künhül-əxbar”ıdır. Bunlardan başqa 
vəfayat kitabları, məslək mənsublarıyla bağlı  təzkirələr, nəzirə 
və  şeir məcmuələri, “Kəşfi z-zünun” kimi biblioqrafi ya  əsərləri, 
şəhər monoqrafi yaları  və  səyahətnamələr kimi əsərlər  ədəbiyyat  
tariximizin əsasını təşkil edən qaynaqlar sayılır.
Mədəni tariximizin çox dəyərli əsərlərindən olan Övliya Çələbi 
“Səyahətnamə”sinin bu baxımdan araşdırılması bizə çox mühüm 
və  zəngin məlumatlar verə bilər. Səyahətnamələr gəzilən, görülən 
yerləri təsvir etmək üçün qələmə alınsa da, belə əsərlərdə bu yerlərin 
ən mühüm ünsürü olan insan amili də  ön plana çəkilmiş və onlara 
xüsusi diqqət yetirilmişdir. Xüsusilə bölgələrin yetişdirdiyi dəyərli 
insanlar həmin bölgənin havası, suyu, məhsulları  və başqa təbii 
sərvətləri qədər maraq çəkmiş və səyahətnamə müəllifl əri həmişə bu 
cəhətə xüsusi fi kir vermişlər. 
Səyahətnamələrdə  şair bioqrafi yaları  və  ədəbi  şəxsiyyətlərin 
həyatlarına dair məlumatların iki şəkildə  əks etdirilməsi daha çox 
yayılmışdır. 
Çələbi  əsərinin birinci cildində Fateh Sultan Səlim dövründən 
başlayaraq Yavuz Sultan Səlim dövrünün sonuna qədər padşahların 
taxta çıxmasını  əsas götürən bir sıralama aparmışdır. Bu təsnifatda 
şairlər Fateh dövrünün şairləri, II Bəyazid dövrünün şairləri və 

145
Sultan Səlim dövrünün şairləri kimi başlıqlar altında verilmişdir. 
“Səyahətnamə”də nədənsə Qanuni və II Səlim dövrlərinin üstündən 
keçilərək, III Murad dövrünə aid 22 şairin həyatına da yer verilmişdir. 
Bu sıralama artıq bizim üçün yeni deyildir. Gelibolulu Əli də 
“Künhül-əxbar”da şairləri bu sıra ilə qələmə almışdır. 
Çələbinin  Əliylə  bənzərliyi bununla bitmir. Fateh dövrü üçün 
Əli bəyin “Künhül-əxbar”da verdiyi şairlərin sayı 32 -dir. Bu rəqəm 
Övliya Çələbidə 34-dür. Buraya qeyd edilməyən şairlər Sənayi və 
Katibidir. Əlavə olunanlar isə Yazıçızadə qardaşlar, Katib Səlahəddin 
və  Cəm Sultandır. Bunlar Əlidə başqa başlıqlarda qeyd edildiyi 
üçün, yenə də ondan  alındığını  hesab etmək olar. Bənzərliyə başqa 
bir  misal kimi  isə  Təmannayı istisna olmaqla Əlinin qırx beş şəxsin 
adını verdiyi vərəqəni göstərmək olar. Yavuz dövrünün şairləri 
haqqında vəziyyət hər ikisində eynidir. 
Övliya Çələbi bu bölmədə adlarını  çəkdiyi  şairlərin həyatları 
haqqında, klassik təzkirəçilərin verdiyi məlumatlara nisbətən, 
qısa məlumat vermişdir. Məlum olduğu kimi, klassik təzkirəçilik 
daha çox şairlərin doğum yeri, əsl adı, atalarının adı, təhsilləri, 
müəllimləri, məsləkləri, vəzifədə olduqları yerlər və ölüm tarixləri 
haqqında məlumat verirdilər. Sairin əsərləri və bunlarla bağlı 
dəyərləndirmələrlə birlikdə verilən nümunələr bioqrafi yanın ikinci 
hissəsini təşkil edirdi. Ancaq Çələbidə bu məlumatların heç birinə 
rast gəlinmir. Bunu onun bilərəkdən etdiyini Nəfi   ilə bağlı bu 
sətirlərində açıqca görmək mümkündür: “IV Murad zamanında 
şairlerin ebyat u eşarını u əhvalini yazsaq, ayrı bir mücelled olur. 
Maksadımız isimlerini beyandır.”(Seyahatname I c.s.669)
172
 
Hər halda Çələbi tərəfi ndən çəkilən bu çərçivə birinci qrupda yer 
alan bütün  şairlər üçün yararlı olmuşdur. Bir neçə misal göstərək: 
“Afi tabı- Bursalıdır (I c. s.341), Cəlili Sultan II Bəyazid dövründə  
yaşamışdır Bursalıdır (I c.s 341), Qədiri Sultan II Bəyazid dövrü 
şairlərindən olub Ədirnəlidir (1c.s 341), Piri Əfəndi tarixi xəlvətidə 
aşiq-i  şeyda bir can idi. Piri təxəllüsüylə aşiqanə pakizə əşarı vardır. 
Hakırda min altmış birdə  əlini öpüb, şərəfl i  söhbətiylə müşərrəf 
172
 Zuhuri Danışman nəşri, istanbul 1970. (Əsərin ilk üç cildi dəyərləndirilmişdir).

146
olmuşdum. Burada rəhmet-i rəhmana azim oldular” (III c.  s.344)
Yenə bu qrupda yer alan, amma bu çərçivədən kənarda 
dəyərləndirilməsi lazım olan bioqrafi yalar da “Səyahətnamə”də yer 
almışdır. Ağşəmsəddinzadə  Həmdi bunun parlaq nümunələrindən 
biridir. Haqqında bir neçə yerdə məlumat verilən Həmdi barəsində 
Çələbi belə demişdir : “Bu zatın pederlerinden sonra seccade-
nişinligi
 
 kabul etmeyip, Yusuf u Züleyha nam eserinin telifi yle 
mükayyed oldugu balada mesturdur. Bu zat batnı maderde iken 
pederleri validelerinin karnına urup bre benim zi-akl-ı  Aristo, zu-
fünun, şair, musannif, müellif oğlum derlermiş. Hikmet-i Huda bu zat 
rahmı maderden müştak olduktan sonra sekiz yaşlarında iken divan 
sahibi olup, “Leyla vü  Mecnun” kitabını ve Mevlid-i manzumu 
telif etmişlerdir. Ama “Yusıf u Züleyha”sı makdüri beşer degildir. 
Hakikaten  feyzi ilahiye mazhar olan bir zekanın kelamıdır. Ayasofya-i 
Kebirin kubbesi ortasındakı altın top altında telif edilmişdir  ki guya 
mucuze-gudur. Aşkı ilahi ile alude olan kimselerin kelimatı dürer 
barları tabii  böyle sade olur. Bu zatın müddeti ömürleri 60 sene olup 
853 senesinde vefat etmekle pederleri canibine defn edilmişlerdir. 
Yüz yetmiş kadar kütüb ü resail yazmışdır. Amma Kıyafetnamesi ile 
Yusifi  Züleyhası çok memduhtur”. (C.1. s.335-337: Cil s. 463) 
“Səyahətnamə”də padşahların səltənət illərini  əsas götürən 
təsnifatdan kənarda da  şairlərə rast gəlmək mümkündür. Bunlardan 
bir qismi şəhər haqqında danışıldıqdan sonra həmin bölgənin 
yetişdirdiyi şairlər başlığı altında verilmişdir. Trabzon şairləri (Gınai 
və  oğlu II c. s.85), Amasya şairləri (Muniri, Mihri) (II c. s.192), 
Ergiri (Bükayi, Fəganı, Nalişi, Sükuti, Fəzail (İstanbul, 2003, VIII 
c. s.302) və Manisalı on bir şair (İstanbul 2005 c III.s 44) bunların 
xarakterik nümunələridir.    Əsərdə şair adlarının çəkilməsinin bir 
başqa şəkli də ziyarət yerlərinin  verilməsinə görədir. Xüsusilə sufi  
şairlər barəsində yazılan yazılarda belə hala  tez-tez rast gəlinir.  
Çələbi vilayətdə tapılan bir loğmanın məzarından bəhs edərkən, əgər 
sənətçidirsə  onun şairliyindən də söz açır. Bir nümunə göstərək:” Piri 
Efendi (Silistrə ziyarətgahlarından bəhs edərkən ) Kurşunlu Camii 
tekkesinde eş- şeyh hazrat i Piri Efendi nam zat-i arif-i billah ve aşık-ı 
agah  kimse olup Murad han-ı Rabi ile Revan seferinde serdengeçti 

147
ağası iken  vücudunda zahm alud olmamış yeri kalmamıştır. Ahir 
terki-dünya edip Kastamonı  Şaban Efendiden cihaz-i fakrı kabul 
ederek mürşid-i kamil olmuştur.  İlahiyyat u rubaiatta
 
Azmi-zadə 
Haleti Efendi kadar mutasavvifane penç beytləri vardır ki, hala 
mükemmel ü müdevvendir”. (III c. s.336)
Bundan başqa digər  şairlər də ayrı-ayrı formalarla 
“Səyahətnamə”də yer almışlar. Bir müddət Bosniyada olan Övliya 
Çələbi bu bölgədəki Çajnicə  qəsəbəsinə  də getmişdir. Çələbinin 
müasiri olan şair Məzaqi (v. 1677) buralıdır və qonağı olduğu şairi 
də  əsərində  işıqlandırmışdır. Bu cəhətdən “Səyahətnamə”də  bəzi 
şairlər müxtəlif cildlərdə təkrar-təkrar dərc olunmuşlar.
Təzkirələrdə verilən bioqrafi yaların başlıca xüsusiyyətlərindən 
biri də zamana və  şairin dəyərinə görə  dəyişən nümunələr 
verilməsidir.Təzkirəçilər bu nümunələrin həcminə görə adətən 
yürütdükləri mühakiməni təsdiqləmək istəmişlər. “Səyahətnamə”yə 
bu baxış bucağından nəzər saldıqda   fərqli quruluşla rastlaşırıq. 
Birinci cilddə söz açılan 115 şairdən sadəcə Əhdi, Haləti, Nihali və 
Nişaninin sonunda  şeir nümunələri verilmişdir. 
Halətini çıxmaqla bu şeir nümunələrinin   qaynağı  “Künhül-
əxbar”dır.
Səyahətnamədə  ən çox şeir və  şair adına, haqqında söz açılan 
tarixlər vasitəsilə rast gəlinir.
“Səyahətnamə”yə bu cəhətdən qiymət verilərsə onun ən mühüm 
və dəyərli tərəfi  burada verilən məlumatların doğru olub-olmaması 
məsələsidir. Təəssüf ki, Çələbinin söylədikləri, xüsusilə də bioqrafi ya 
uzandıqca mənfi yə doğru yön almaqdadır. Bunlar  bəzən ayrı-ayrı 
şəxslərlə bağlı məlumatların qarışdırılması formasında özünü göstərir. 
Məsələn, Lətifi nin atası olan Həmdidən söz açılarkən, bu məlumat 
Ağşəmsəddinzadə  Həmdiyə aid olan məlumatla qarışdırılmışdır. 
Xüsusi nəzərə çarpan səhvlər isə  Çələbinin mənbələrdən aldığı 
məlumatlardan səhv  şəkildə istifadə etməsidir.  Əgər bu səhv 
məlumatlar yalnız “Səyahətnamə”yə daxil edilməklə bitsəydi, 
bunun üzərində bu qədər dayanmamaq da olardı.  İş burasındadır 
ki, Çələbi səhv məlumatları verməklə kifayətlənməyib, onların 

148
üzərində geniş təhlillər də aparır. Bununla da  səhvlərin düzəldilməsi 
bir yana, onların içindən çıxmağa da yer qoymur. Buna ən xarakterik 
nümunə Nəcati – Səhi bəy əlaqələri haqqında olan hissəni göstərmək 
olar. Məlum olduğu kimi XV yüzilliyin böyük şairi Nəcati bəy (v. 
1509) ilk təzkirə yazarı Səhi bəyi (v. 1548) gəncliyindən himayəyə 
götürmüş və yaşlaşdıqdan sonra Səhi bəy də  ona dəstək olmuşdur. 
Bununla bağl Əli, Aşıq Çələbinin Nəcatinin əsərlərinə dair veridyi 
məlumatları araşdırarkən Səhini özünə şahid göstərərək yazır: “Alel-
hüsus, Sehi beg merhum ki ömri varı gibi Necati begin xidmetinden 
ayrılmazdı. Bir nefes meclisinden cüda olmağı eyyam-ı ömründen 
saymazdı. Yani ol  kitabını vechen minel vücuh yad  etmemişdür”
173
.
Buradakı əsassız ifadə Çələbinin əsərində bu şəkildə əks etdirilir: 
“Selis ü hoş ayende divanı ve nice  telifatı vardır. Hatta Edirneli Sehi 
Begin kızını alıp badehü birçok evrak-ı perişan elde edip. Necati 
ismini  Sehiye tebdil ile bir divan  tertip etmişdir” (I c s.358). Eyni iddia 
Səhi haqqında məlumat verilərkən yenidən meydana çıxır: “Sultan 
II Beyazid zamanında yaşamıştır. Necati begin damadıdır.Varan-ı 
zatifanın güft ü guları üzre Sehi begin Necatinin kızını
 
almaktan  
maksadı  Necatinin evrakı perişanını almakdır sözü hala durub-ı 
meseldir. Sehi begin eşarı guya Necatiye necat vermiştir. Yahud, 
servi Sehi yabis iken eşarı Necati ile necat bulmuştur.” (Ic.s.343). 
Bu məlumatın səhv olması bu şəkildə  tənqid edilmişdir.”Sadece  
Necati begin şiirlerinin daha hayatda iken, kazandığı şöhret ve bizzat 
Sehinin onun divanının ne dərəcə yayğın olduğunu anladan ifadesi 
isbata kafi dir.
174
”Qaldı ki, bu damadlık hikayesi yaş itibarıyla da 
mümkün degildir.”
175
  (Faik Rəşat. Tezkire-i Sehi. s.142)
Söylədiklərimizi toplamış olsaq deyə bilərik ki, Övliya Çələbi 
“Səyahətnamə”si hər halda ədəbiyyat tariximiz üçün heç də az  
məlumat  verməməşdir. Lakin əsərdə  bəhs edilən  şairlər haqqında 
geniş məlumatlar verilməmiş və adətən adlarının çəkilməsi və yaxud 
173
 Künhül-əxbar”dakı bu ifadə məlum nüsxələrdə  də fərqli yazılmışdır. “Künhü′l-ahbâr′ın 
Tezkire Kısmı”, Ankara, 1994, s.165.
174
 Faruq Akün, “Sehî bey” maddesi İslâm Ansiklopedisi, X, 316-320.  “ Künhül-əxbar”da 
Nəcati Bəyin kürəkəni haqqında da məlumat vardır. Üniversitet Kt. Ty. 5959 v.172a.
175
 Faiq Rəşad «Tezkireyi Sehi” İstanbul 1315, s.142.

149
bir cümləlik məlumat ilə kifayətlənilmişdir. Sözü gedən şairlər üçün 
istifadə olunan mənbə göstərilməmiş, bunlar daima Övliyanın öz 
məlumatı kimi nəzərə çatdırılmışdır. Həm də verilən məlumatlar 
olduğu kimi deyil, qısaldılmış şəkildə təqdim olunmuşdur. 
Bioqrafi yalarda  Çələbinin  əsas məqsədi yazının qeyri-adi 
olduğunu göstərmək  olduğundan əsasən  rəvayət formalı məlumatlara 
yer vermişdir. 
Bu araşdırmaya başlarkən  əsas marağım Övliya Çələbinin bizə 
Osmanlı dövlətinin uzaq nöqtələrindən, təzkirəçilərin tapıb üzə çıxara 
bilmədiyi yeni adlar və bioqrafi yalarla tanış edəcəyi ümidində idim. 
Bu qənaətim özünü tamamilə doğrulda bilmədi. Yalnız daha əvvəl 
yad edilənlərə bir neçə ad əlavə olundu. Bu adlar aşağıdakılardır: 
Bitlisdən: Cənnəti, Katib Çələbi və Molla Ramazan. Vandan:  Mir 
Sipehri, Qəzvindən: Humayi, Kaşani, Pəncahı, Yari, Səbai, Vaizi və 
Xətai. Qeyd edim ki, bunlar yalnız adı çəkilməklə keçilən şairlərdir. 
Burdan da məlum olur ki,”Səyahətnamə”də təzkirələrə daxil olmayan 
məhdud sayda   şairin adı verilsə də, onlar haqqında doğulduqları 
şəhərin adından başqa heç bir məlumat yoxdur. 
Verilən bu xüsusiyyətləriylə yanaşı    “Səyahətnamə”  ədəbiyyat 
tariximiz üçün ətrafl ı    məlumatlar verən qaynaqlardan biri hesab 
olunur. 
(*Yazı “Türklük araştırmaları dergisi” İstanbul 1989. s.229-233-
də dərc olunub).
              
1   ...   6   7   8   9   10   11   12   13   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə