DİVAN ƏDƏBİYYATINDA EYNİ
TƏXƏLLÜSLÜ ŞAİRLƏR*
T
əxəllüs məsələsi divan ədəbiyyatının bir çox başqa sahələri
kimi, qələmə alınaraq təhlil edilməmiş sahələrindən biridir.
Şairlərin şeirlərində istifadə etdiyi təxəllüslər, onların müəyyən
yerə gəlib çatdıqdan sonra şüurlu şəkildə qəbul etdikləri adlardır.
Bu baxımdan təxəllüsləri şairlərin xarakterini və psixoloji
məqamlarını açıqlayan ipuçları kimi də dəyərləndirmək olar.
Ədəbiyyatımızda Şeyxi və İranın təsiri ilə başlayan bu ənənə,
divan ədəbiyyatı gündəmdə qaldıqca davam etmiş və onunla birlikdə
tarixə qovuşmuşdur. Bu gün divan şeiri nə şəkildə davam edirsə,
təxəllüslər də o şəkildə öz varlığını göstərməkdədir.
Yuxarıda verilən cədvəl geniş bir zaman kəsiyini özündə əhatə
etdiyi üçün çoxlu sayda təxəllüs, müxtəlif adamlar tərəfi ndən
istifadə edilmiş və buna görə də zaman-zaman eyni təxəllüsü daşıyan
şairlərin şeirləri bir-birinə qarışmışdır. Təzkirəçilər müraciət etdikləri
şairlərin bu cəhətlərinə də diqqət yetirmiş və ortaya çıxan qarışıqlığı
aydınlatmağa çalışmışlarsa da, həmişə bacarıqlı ola bilməmişlər.
Problem şairlərin də marağını çəkmiş və bəziləri başqalarının
istifadə edə bilməyəcəyi təxəllüsləri seçməyə çalışmışlar. Füzuli
“boş, lüzumsuz” anlamına gələn bir təxəllüsü başqa şairlərin
seçməyəcəyindən arxayın olduğu üçün götürdüyünü farsca divanın
ön sözündə anlatmışdır.
196
Lətifi , Əhmədi-Rumi adlı şairdən söz açarkən bunun bəzən
Əhməd, bəzən də Əhmədi təxəllüsündən istifadə etdiyini, Əhməd
Paşadan çox əvvəl yaşadığını söylədikdən sonra, belə bir lətifə
danışır:
“Dövrün şeir sevərlərindən biri, bir gün Əhməd Paşadan ikiniz də
eyni təxəllüsü daşıyırsınız, bu ikinizin şeirinin bir-birinə qarışması,
ya da şeirlərinizin ona istinadən yazılması qənaətinə gətirməzmi? –
deyə soruşur. Şeirinə çox güvənən Paşa bu suala belə cavab verir:
“Mənim şeirimin ona aid edilməsi dərd deyil, dərd odur ki, onun
196
Füzûli, “Farsca Dîvân”, (Haz. Hasibə Mazıoğlu), Tehran, 1376, s.11.
180
cəfəngiyatını mənə mal etsinlər.”
197
Şübhəsiz ki, birinci dərəcəyə aid edilən bir şairlə, eyni təxəllüs
daşıyan adı- sanı çəkilməyən başqa bir şairin şeirlərini dil və deyim
xüsusiyyətlərinə görə fərqləndirmək çətin deyil. Ancaq bəzən elə
qarışıqlığa rast gəlinir ki, onları nəinki bugünkü tədqiqatçı, hətta
o dövrdə yaşayan şairlərin hər ikisini tanıyan diqqətli bir tarixçi də
çözə bilməzdi.
Bir nümunə göstərək: Qanuni Sultan Süleyman dövrü şairlərindən
olan Məqalilər təsadüfən eyni şəhərlərdə doğulmuşlar. Yəni hər
ikisi Alaşəhərlidir. Adlarının yanında doğulduqları yeri göstərən
təxəllüs qoşulduqdan sonra adı çəkilən şairlərin şeirlərini seçməkdə
çətinlik çəkən Gelibolulu Əli (1541-1600) bunları söyləmişdir: “Bu
dahi (Makali-i Sani) o biri Məqalinin həmşəhərlisidir. Hətta ki, əlil
olduğu üçün buna kor Məqali deyilib. Bu qarışıqlıq məclisində belə
hər ikisi bir araya gəlir. Hər hansı ki, bir beyti oxudu mənimdir, -
deyə hay-həşir saldı.”
198
Burada qarışma deyil, bir-birindən oğurlama baş verdiyi üçün,
tamamilə uyğun cəhətlərin olması, üstəlik hər iki şairin bir-birindən
fərqlənmədiyi üçün, şeirin üslubu ilə heç nəyi ayırd etmək mümkün
deyil.
Divan ədəbiyyatında eyni təxəllüsü daşıyan çoxlu sayda şairə
rast gəlmək olur. Hələ XVI əsrdə Əli, Həsən Çələbinin (1546-1604)
təzkirəsini tənqid edərkən onu dəyərli olub-olmamasından asılı
olmayaraq çoxlu sayda adı öz təzkirəsinə salmaqda ittiham edirdi:
“Təxəllüsünə şərik tapa bilmədiyi ancaq Nəcati ilə Zəfi qalmışdır.”
199
Bu yazıda elə həmin mövzuya toxunmaq istəyirik. Əlifba sırası
ilə təzkirələrdə verilən müştərək təxəllüsləri belə sıralayırıq:
200
(Şairlərin önündə yer alan rəqəmlər təxəllüsün neçə nəfər tərəfi ndən
istifadə edildiyini göstərir).
197
Lətifi “Tezkire”, İstanbul 1314, s.84-85.
198
“Künhü′l-ahbâr′ın Tezkire Kısmı” (Haz. Mustafa İsen), Ankara 1994, s.327.
199
Həmin əsər, s.314.
200
Çalışma üçün bu əsər əsas götürülmüşdür. “Tezkirelere Göre Dîvân Edebiyatı İsimler
Sözlüğü”, Ankara 1988.
181
Əbdi –
24
Əbüləziz – 2
Abid –
2
Adil –
4
Ədni –
3
Afi tabi – 2
Agah –
2
Əhdi –
2
Ani –
2
Əhməd – 9
Əhməd bəy – 6
Əhməd Çel – 5
Əhmədi – 5
Akifi –
4
Əqli –
3
Alı –
20
Əmri –
2
Əndəlibi – 5
Arif –
23
Arifi –
11
Ərşi –
2
Asəf –
3
Asəfi –
3
Asim –
9
Eşqi –
10
Ata –
5
Atayı –
5
Atif –
5
Övni –
7
Əyani–
4
Eydı –
2
Eysi –
7
Azəri –
4
Azim –
3
Əzizi –
6
Əzmi –
6
Bəhayı – 4
Bahir –
6
Bəhri –
5
Bəxşi –
2
Bəxti – 2
Bakı – 8
Bəşiri – 3
Bədii – 2
Bədri – 6
Behçət – 6
Behçəti – 2
Behişti – 4
Bəhlül – 2
Beqayi – 5
Bəliğ –
5
Bərqi – 2
Bəsim – 3
Bəyani – 11
Bəzmi – 6
Bürhan – 2
Büləndi – 2
Cəfər –
2
Cami –
6
Cazim – 2
Cəlal –
2
Cəlali – 2
Cəlili –
4
Cəmal – 2
Cəmali – 3
Cəmili – 2
Cənabi – 3
Cənani – 5
Cövdət – 6
Cövhəri – 5
182
Cəvani – 2
Cövri –
2
Cudı –
2
Çakəri – 2
Dai –
6
Daniş –
5
Danişi – 2
Dəruni – 4
Dərviş – 10
Duayı –
2
Dürri –
9
Ədayı –
3
Ədib –
8
Ədibi –
3
Əmanı – 4
Əmin –
10
Əmini – 2
Əmir –
5
Əmni –
2
Əmri- 3
Ənis –
3
Ənvəri – 3
Ərib –
2
Əsəd –
11
Əşrəf –
3
Faxir –
2
Fəxri –
7
Faiq –
5
Faiz –
10
Faizi –
5
Fəqiri –
2
Fani –
5
Farig –
2
Fasih –
2
Fasihi –
5
Fazil –
4
Fəzli –
6
Fədai –
6
Fəhim – 5
Fəhmi – 11
Fənayi – 5
Fənni –
4
Fəraği – 3
Fərdi –
5
Fərid –
3
Fəridi – 4
Fərri –
2
Fərrux – 2
Fərruxi – 2
Fəthi –
5
Fövzi –
6
Feyzi –
4
Fəqani – 2
Fikri –
5
Firdevsi – 4
Füzuli – 2
Füruği – 4
Füzuhi – 2
Gəfuri – 2
Galib –
7
Gami –
3
Gani –
2
Gəribi – 3
Gazi –
4
Gənci –
2
Ginai –
2
Giyasi – 2
Gubari – 3
Gufti –
2
Gülşəni – 4
183
Gunehi – 2
Həbibi – 4
Hadi –
3
Hafi z –
15
Xakı –
7
Həkim – 2
Həkimi - 2
Həqqi - 2
Haləti - 4
Hali -
3
Xəlil -
2
Xəlili -
4
Həlimi - 6
Xalis -
4
Həmdi - 17
Hami -
2
Həmid - 9
Xəndan - 2
Hənif - 3
Hərimiu - 5
Həriri - 3
Həsən - 8
Həsib - 7
Həsibi - 2
Hasim - 2
Haşım - 4
Haşimi - 8
Hatəmi - 2
Hatif -
3
Hatifi - 6
Hətmi - 3
Xavəri - 2
Xəyali - 3
Həyati - 6
Heydər - 2
Xeyli - 2
Heyret - 3
Hayrəti - 2
Xayri - 8
Xəzani - 2
Həlaki - 2
Həmdəmi - 2
Hifzi -
4
Hizri -
7
Hicri -
2
Hilali - 3
Hilmi - 11
Himməti - 2
Hisali - 2
Xudayi - 5
Xüldi -
2
Xülus - 2
Xülusi - 3
Xürrəmi - 2
Xosrov - 6
Xosrəvi - 2
Hökmi - 2
Hümami - 2
Hüsam - 2
Hüsami - 3
Hüseyin - 7
Hüseyni - 4
İtri -
2
İzari -
4
İffət -
3
İffəti -
3
İhya -
3
İlahi -
2
İlhami - 2
Ilmi -
11
184
İnayət - 2
İshak -
3
İsmət -
5
İzzət -
15
İzzəti -
4
İzzi -
4
Kabili -
2
Kabuli - 3
Qadiri - 4
Qadri - 8
Qail -
2
Kami - 9
Kamil - 10
Qəndi - 2
Qəni -
2
Qasim -
2
Kaşif - 4
Kaşifi - 2
Katib - 2
Katibi - 5
Kazım - 3
Kəlami - 4
Kəlim - 2
Kəmal - 5
Kəmali - 2
Kəmtər - 2
Kərimi - 5
Kəşfi -
5
Kövsəri - 2
Qüdsi - 7
Qürbi - 5
Qütbi -
2
Ləli -
6
Latifi - 4
Layihi - 2
Ləali -
2
Ləbid - 13
Ləmi -
3
Lövhi - 3
Lisani - 4
Lütfi -
16
Məcid - 2
Mədih - 3
Məxdüm - 2
Mahir - 3
Məhrəmi - 2
Məhvi - 8
Məqali - 4
Mənəvi - 3
Məali -
2
Məcdi - 2
Mədhi - 4
Məhməd - 8
Mərami -18
Mərdi - 2
Mərdümi - 2
Məsihi - 2
Məsti -
2
Məşrəbi - 3
Meyli - 15
Məzaqi - 2
Mehri - 2
Miri -
5
Misli -
2
Mühibbi - 3
Muxlis - 5
Muxlisi - 7
Muxtari - 4
Muhyi - 6
Müidi - 3
185
Muini - 2
Munis - 2
Muradi - 6
Mustafa - 6
Mutii - 2
Müdami - 3
Münif - 3
Münib - 3
Müniri - 3
Müstəkim - 2
Naci -
3
Nadiri -
2
Nəti -
4
Nafi z -
2
Nəhifi -
3
Nəhli - 2
Nail -
2
Naili -
2
Naim - 3
Naimi - 3
Naqi -
2
Nəqşi - 3
Nalişi - 2
Nami - 10
Nəsuhi - 3
Naşid - 3
Natiq - 2
Nəti -
5
Nazim - 5
Nəzif -
8
Naziki - 3
Nazim - 2
Nəzir -
2
Nəzmi - 9
Nəcahi - 2
Nəcati - 3
Nəcib - 6
Nəcmi - 2
Nədim - 7
Nəhari - 2
Nəsib -
4
Nəsimi - 2
Nəşət -
2
Nəvali - 2
Növrəs - 2
Neyli -
2
Nisfət - 2
Nigahi - 5
Nihani - 5
Neməti - 4
Nisari - 3
Nişani - 3
Niyaz - 2
Nizami - 10
Nuri -
2
Nuşi -
15
Nutki -
2
Nükati - 6
Nümayi - 2
Nüvidi - 2
Nüzhət - 2
Pənahi - 3
Pəndi -
2
Pərtöv - 5
Piri -
6
Raci -
4
Raqib - 7
Rəhimi - 3
Rəhmi - 7
Raif -
3
186
Raqim - 5
Rami -
2
Ramiz - 5
Rasih -
7
Rasim - 7
Rəşid -
11
Ratib -
2
Rayi -
3
Razi -
6
Refet -
6
Refeti - 4
Rəfi i -
6
Rəfi q -
3
Rəmzi - 7
Rəsa -
3
Rəsim - 2
Rəsmi - 8
Rəşid -
16
Rövnəqi - 2
Rəzmi - 3
Rifqi -
4
Rıza -
10
Rızayi - 5
Rüfət -
3
Rüfəti - 6
Rindi -
3
Riyazi - 7
Rühi -
9
Rümi -
2
Ruzi -
2
Rüsuhi - 3
Rüşdi -
10
Səbayi - 3
Səbih -
2
Səbiri - 3
Səbri -
6
Səbuhi - 2
Sədəddin - 2
Sadiq -
9
Sadiqi - 4
Sədi -
8
Sədri -
7
Sədullah - 3
Səfayi - 7
Səffi -
3
Səfhi -
4
Safi -
11
Səfvət - 2
Sahib -
5
Sai -
4
Saib -
6
Səid -
21
Saida -
2
Saqib -
5
Saqi -
2
Salahi - 3
Saleh -
4
Salik -
3
Saliki -
2
Salim -
7
Sami -
11
Sani -
11
Sanii -
4
Səyi -
2
Səbzi -
2
Səhabi - 3
Səhayi - 4
Səhi -
2
Səhmi - 2
Səlami - 2
187
Səlim -
4
Səlimi - 8
Səlisi -
2
Səlman - 2
Səmai - 4
Səmi -
4
Sənayi - 3
Sərməd - 6
Seydi -
2
Seyfi -
3
Seyyid - 7
Səzayi - 4
Siddiq - 3
Sidqi -
11
Sirri -
13
Sehri -
3
Sinan -
3
Sipahi - 2
Siraci - 2
Sirət -
3
Siyahi - 5
Subhi -
7
Süni -
13
Suzi -
4
Sühayi - 2
Süheyli - 3
Süleyman - 3
Süluki - 2
Süruri - 5
Şah Çələbi- 3
Şahi -
4
Şahidi - 2
Şakir -
9
Şani -
12
Şami -
3
Şəfi i -
4
Şəfi q -
3
Şəfqət - 4
Şəhdi -
8
Şəhidi - 2
Şəhri -
5
Şəkib -
3
Şəmi -
6
Şəmsi - 9
Şərəf -
7
Şərif -
8
Şərifi -
2
Şövqi -
9
Şeyda - 5
Şeyxi -
23
Şifayi - 5
Şikari - 2
Şinasi - 5
Şuai -
2
Şühudi - 5
Şuri -
3
Şükri -
7
Təbi -
7
Təbi -
11
Tahir -
5
Təhsin - 3
Taib -
10
Tələti -
2
Talib -
10
Talibi -
2
Talii -
2
Təriqi - 2
Tərzi -
3
Təybi -
2
Təcəlli - 2
188
Tövfi q - 6
Tifl i -
3
Türabi - 3
Übeydi - 3
Ülvi -
5
Uyuni - 2
Ülfəti -
3
Ümidi - 7
Ünsi -
3
Vadi -
2
Vəhdət - 6
Vəhdi - 2
Vahid -
8
Vahidi - 5
Vəhyi - 5
Vaqif -
3
Vaqi -
2
Vəli -
3
Valehi - 5
Vəsfi -
4
Vasif -
7
Vasıq -
5
Vəcdi - 9
Vəchi - 2
Vəfa -
2
Vəfayi - 3
Vəhbi - 7
Vəsim - 2
Vəzni - 2
Vüsəli - 6
Vüsuli - 3
Vüsləti - 3
Vücudi - 4
Yəhya - 5
Yaqini - 5
Yari -
2
Yetimi - 2
Yusif -
4
Yümni - 8
Yüsri -
5
Zahir -
2
Zəifi -
6
Zəmani - 2
Zəmiri - 5
Zari - 8
Zərif - 3
Zərifi - 5
Zati - 2
Zəkayi - 4
Zəki - 3
Zehni -
4
Zeyrəki - 2
Zehni -
19
Zikri -
3
Zivər -
3
Ziya -
3
Ziyayi - 5
Zühuri - 3
Zühdi - 5
Zülali - 2
189
Yuxarıda verilən adlara nəzər saldıqda məlum olur ki, müştərək
təxəllüs seçmə səbəblərinə görə öz adından təxəllüs olaraq istifadə
edənlər birinci yeri tutur. Bu adlar bəzən qısaldılaraq, bəzən də
sonuna uyğun hərf əlavə edilərək istifadə edilir. Dilimizdə ən çox
işlədilən “Əbd” köklü sözlər Əbdi şəklində təxəllüs götürmüşlər.
41 şair tərəfi ndən ortaq təxəllüs kimi istifadə edilən və sayına görə
ədəbiyyatımızın ən çox yayılmış təxəllüsü olan Feyzi də bu sırada
yer tutur. Əsəd, Fəhmi, Həmdi, Hilmi, İzzət, Kamil, Ləbib, Lütfi ,
Məhməd, Nuri, Rəşid, Rza, Rüşdi, Səid, Sami, Sidqi, Sirri, Taib
və Zehni kimi adlar da ən çox işlənən təxəllüslər sırasındadır. Arifi
isə adın sonuna uyğun sait əlavə edilməsi ilə düzələrək təxəllüslərə
gözəl nümunədir.
Təxəllüs seçiminin yenə bir sıra xüsusiyyətləri vardır. Şair bəzən
adını deyil, ləqəbini, atasının adını, nəslinə aid bir xüsusiyyəti
bildirən adı, ya da doğum yerini və ya onu xatırladacaq bir adı özünə
təxəllüs olaraq götürə bilir.
Təxəllüs seçiminə, xüsusilə də təxəllüsdən istifadə etməyə təsir
edən amillərdən biri də həmin şəxsin sənətidir. Hafi z, Elmi, Hədıdi,
Qəndi, Şəfayi, Katibi və Nişani kimi təxəllüslər eyni zamanda şairin
sənətinə işarə edir. Təxəllüsün seçimində az təsadüf edilməklə ata
sənəti ilə təxəllüs daşıyanlar da vardır.
Xalq şeirində çox tez-tez rast gəlinən özündən əvvəl yaşamış və
məlum şöhrət qazanmış şəxsin təsiriylə, onun təxəllüsünü götürmə
ənənəsi
201
də vardır. Belə təxəllüslərə divan şeirində də təsadüfi
hallarda rast gəlinir. Məsələn, Baqi-8, Füzuli- 2, Saib- 7, Xəyali- 3,
Naili- 2, Nəcati- 3, Nədim- 7 və Nevi- 1 şair tərəfi ndən götürülmüş
təxəllüslərdir. Diqqət etdikdə bunların o biri təxəllüslərdən bir
üstünlüyü yoxdur. Qənaətimə görə bu hala adətən yaxşı baxılmır
və bu səbəbdən böyük əks-səda yaratmışdır. Hətta bəzi ədəbiyyat
biliciləri arasında hər kəsə öz əhatə dairəsinə görə təxəllüs verilməsi
201
M.Sabri Koz, “Aşık Edebiyatımızda Ortak Mahlaslar So-
runu”, I. Beynəlxalq Türk Xalq Ədəbiyyatı Seminarı materialları,
Əskişəhər, 1987, s. 169-179.
190
təklifi ni irəli sürənlər, hətta uyğun gəlməyən təxəllüs seçənlərə zorla
özünə uyğun təxəllüs verilməsini təklif edənlər də vardır.
Əli II Bəyazid dövrü şairlərindən Firdovsinin bu təxəllüsü alması
barədə belə yazırdı: “Derdimend Firdevsi-i Tusinün ruhi mezbur ile
iştirak-ı mahlasdan azurde ve bunun eşarı okunan vilayetden esen yil
tokundukca mezarının giyahı bile pejmürde iken tekrar bir taklid da
hi hicv semtindeki tereddüdinden peyda olmuşdur. Bir kerre hakim-i
zı-şanın ruhı hayat bulmakdan bile meyus idugi hüveyda olmuşdur.
Nolaydı sultanuş-şuara fermanına muhalefet caiz olmayup, tayini-
mahlas-ı ehass anlardan ruhsat ile zuhura geleydi.”
202
Buna bənzər şikayəti Aşıq Çələbidə də görmək olur. Bir gün
özünün də iştirak etdiyi bir məclisdə tanımadığı bir şairin adını soruşan
Nəcati bəy, Zati cavabını eşitdikdə onun tanınmış Zati olduğunu zənn
edərək qulluğunda dayanır. Şeirlərindən bəzi nümunələr oxumağı
xahiş edincə bunun Həllac Zati olduğu meydana çıxır. Bundan çox
hirslənən Nəcati onu “Ədəbsizin biri bu ad ilə Zatiyə qarşı durmaq
və onunla şeirdə üz-üzə gəlməkdə həddin nədir? Vallahi əgər padşah
asitanəsinə gedər olsam və qayıtmasam qəsidə ilə ərz edərdim bir
təxəllüslü bir şair var ikən, hər cəfəngiyat yazan onun təxəllüsü ilə
şeir yazıbsa, ona qadağa qoyub cəzalandırardım.”
203
Bütün bunlarla, hər bir dövrdə ortaq təxəllüs daşımağın, az çox
problem yaratdığının şahidi oluruq. Özünə birdən çox təxəllüs
götürmək qarışıqlıq yaratmaqla bərabər, şeirinə başqalarının
sahiblənməsinə imkan yaratmaqdır. Bu üzdən təzirəçilər bu işi
bacardıqca diqqətlə araşdırmağa çalışırlar. Ancaq bu işin keyfi yyətlə
yerinə yetirilməsi təzkirəçinin həmin araşdırma ilə bağlı necə
məlumat əldə etməsindən asılıdır. Əldə edilən məlumat bəzən “qaş
düzəldərkən vurub göz çıxartmaq”la da nəticələnə bilir. Hətta bu
qarışıqlığa bəzən təzkirəçilərin özləri də səbəb olurlar. İki ortaq
təxəllüs daşıyan şairə aid məlumatların bir-biri ilə səhv düşməsinə
Səfayi təzirəsindəki Rasixlər təxəllüsü bir nümunədir.
202
“Künhü′l-ahbârın Tezkire Kısmı”, (Haz. Mustafa İsen), Ankara 1994, s.161.
203
Aşıq Çələbi, “Meşâirü′ş-şuarâ”, (Yay. M.Owens), London 1971, s. 277b.
191
Müştərək təxəllüslərdən şairlərin də narahat olması başa
düşüləndir. Hətta şairlərin təxəllüs seçimlərindəki əsas hədəf
də “iştiraki- şuaradan halas bulmak (qurtulmaq)”olmuşdur
204
.
Yekunlaşdırmalı olsaq, müştərək təxəllüslər məsələsi divan
ədəbiyyatı sahəsində daha çox yayılmış və bu üzdən də əsər və
şeirlər əsl sahiblərini deyil, başqa şairləri tanıtmışdır. Amma bu
səhvlərin qolları heç zaman şifahi xalq ədəbiyyatındakı kimi prob-
lemli olmamışdır. Burada divan ədəbiyyatının məhsullarının yazılı
nümunələr olmasıyla yanaşı, təzkirə və bioqrafi k məlumat əhatə
edən digər qaynaqların məsələyə diqqətlə yanaşması da mühüm rol
oynamışdır.
(*Yazı “Milli egitim”Ankara 1989, s.82 s.22-29-da dərc olunub).
204
Harun Tolasa, 16. “Yüzyılda Edebiyat Araştırma ve Eleştirisi”. İzmir 1983, s.214.
192
OSMANLILAR DÖVRÜNDƏ ŞƏHƏR VƏ
MƏDƏNİYYƏT*
D
in birliyi əsasında yaranan böyük mədəniyyətlər müxtəlif
millətlərin mədəniyyətlərini ortaq bir müstəviyə gətirə
bilirlər. Belə mədəniyyətlərin ən mükəmməl nümunəsinə İslam
mədəniyyətini misal göstərmək olar. Söz açdığımız bu mədəniyyət
iki əsas təməl əsasında formalaşmışdır. Bunlardan birincisi islamın
ilk mənsubları və ilk yüzilliklərindən bu toplumu idarə edən başlıca
güc olmaları etibarilə ərəblərin sosial və mədəni quruluşu, ikincisi
isə dinin yayıldığı sahələrdə mövcud olan müxtəlif mədəniyyət
formalarıdır. Bu iki amilin birləşməsiylə aralarında ərazi, tarix və irq
olaraq heç bir bağlılıq olmayan icmalar zaman keçdikcə bir ocaqda
əriyib bir-birinə qarışmışlar.
Bu birliyi isə müsəlmanlar sıx yaşayan yerlərdə, xüsusilə də
şəhərlərdə axtarmaq lazımdır. İslam şəhərdə yaranmış bir dindir.
İbadətlərinin çoxu camaatın birlikdə yerinə yetirməli olduğu
ayinlərdir. Bu xüsusiyyət müsəlman ərazilərində başlanğıcdan
etibarən şəhərlərin yaranmasını təşkil etmiş, şəhər əhalisi həmin
şəhərin yaratdığı mədəniyyəti daşımış, onu qoruyub saxlamışdır.
İslamda oturaq həyat tərzini tələb edən ən mühüm səbəblərdən biri
camaatın qıldığı namazdır. Bu üzdən müsəlman şəhərinin nüvəsində
məscid əsas yer tutur. Demək olar ki, bütün müsəlman şəhərləri
məscidlərin ətrafında yaranıblar. Əsas yollar, müsəlman şəhərinin ən
mühüm özəlliklərindən olan bazar və təhsil ocaqları həmişə məscid
ətrafında yaradılıb.
Yeni yaşayış yerlərinə ehtiyac hiss edildikcə daha kiçik həcmli
olmaqla eyni xüsusiyyətləri daşıyan yeni məhəllələr inşa edilirdi.
Yeni bir düşüncə, yaşam tərzi və mədəniyyət gətirən islami
dəyərlərin başa düşülməsi, qəbul edilməsi və inkişaf etdirilərək
yayılması üçün ilk dövrlərdən etibarən məscidlərin yanında və
onlarla iç-içə təlim mərkəzləri təşəkkül tapmışlar. Daha sonra
mədrəsə adını alan bu tikililər sonralar təşəkkül edərək təkkələrlə
birlikdə şəhərlərin mədəniyyətində bünövrə olmuş əsas qurumlardır.
193
Şəhər öz əlverişli coğrafi şəraitinin verdiyi imkanlar hesabına, ya
da bağlı olduğu sivilizasiyanın ehtiyaclarını ödəmək üçün siyasi
və iqtisadi cəhətdən inkişaf etdikcə, bu sahələri də özü ilə bərabər
çəkib irəliyə aparır.
Müxtəlif müsəlman mədəni mühitində olan bu uzlaşmalar böyük
oxşarlıqla Osmanlı şəhərlərində də hiss olunur. Amma bunu da əlavə
etməliyik ki, mədəni inkişafl ar siyasi inkişafı müəyyən məsafələrdən
təqib edir. Siyasi baxımdan şəhər nə qədər inkişaf edirsə, bir müddət
sonra həmin ərazidə mədəni inkişaf da özünü büruzə verir. Bu
cəhətdən Osmanlı toplumuna baxdığımızda ilk mədəni qurumların
İznik və Bursada təşəkkül tapdığını, bununla əlaqədar olaraq ilk
mədəni məhsulların yenə bu şəhərlərdən alındığı məlum olacaqdır.
XIV yüzilliyin ikinci yarısından etibarən Rumeli fatehləri vasitəsiylə
Balkanlarda geniş bir ərazini əhatə edən siyasi quruluş, bu dəfə o
yerlərdə mədəniyyətin inkişaf etməsinə rəvac vermişdir.
İstanbul fəth edilənə qədər Osmanlı dövlətinin mühüm
mədəniyyət mərkəzləri - Bursadan başqa Ədirnə, Gelibolu, Sərəz,
Vardar Yenicəsi, Üsküp, Manastır, Filibə, Selanik, Belqrad, Pruzren
və Priştinə kimi Rumeli ərazisində yerləşən şəhərlər olmuşdur.
İstanbul fəth edildikdən sonra buna oxşar şəkildə Anadoludakı
Konya, Diyarbəkir, Kastamonu, Bağdad, Amasya, Kütahya, Anter,
Manisa, Bolu, İsparta, Aydın, Ərzurum və Kayseri kimi şəhərlər bir-
birinin ardınca mədəniyyət mərkəzi kimi inkişaf edərək, təşəkkül
tapdı. Belə bir təsnifatı müxtəlif dəyərləndirmə nöqtələri tətbiq
edərək vermək mümkündür. Bizim dayandığımız istinad nöqtəsi bu
şəhərlərin yetişdirmiş olduğu şairlərdir.
205
Mən o biri şəhərləri bir tərəfə qoyaraq iki Rumeli şəhərinin
mədəniyyət mərkəzi olmaq səbəbini, buna rəvac verən əsas
xüsusiyyətləri təhlil etmək istəyirəm. Bu şəhərlər Gelibolu və Vardar
Yenicəsidir. Babalarımızın Rumelidə ilk fəth etdikləri və İstanbul
alınana qədər Rumeliyə girmək üçün bir körpü və mərkəz olaraq
istifadə etdikləri Gelibolu bu sıralamada səkkizinci yeri tutmaqdadır
205
Mövzuyla bağlı olaraq bu kitabdakı “Osmanlı Kültür Coğrafyasına Bakışlar” adlı
məqaləmizin 171-178 səhifələrınə baxın.
194
ki, bu da bugünkü yeri ilə əsla müqayisə edilməyəcək yüksək bir
nöqtədir. Əvvəlki dövrlərə, məsələn, XVI yüzilliyə qədər meydana
çıxmış şairlərə görə dəyərləndirmə aparılacarsa, şəhərin yeri daha
da yuxarılarda olacaqdır. Bu hal İstanbul fəth edilənə qədər siyasi
quruluşun Geliboluya olan ehtiyacından irəli gəlir. Çünki İstanbul
dövləti yaranana qədər Gelibolu Osmanlı dövləti üçün birinci
dərəcəli siyasi mərkəzlərdən biri idi. Xüsusilə ikinci dəfə türklərin
əlinə keçdikdən sonra (14
iyun 1367) şəhər Osmanlı dövründə bir
yandan Rumeliyə keçən yolun üstündə olması, o biri yandan da
Osmanlı dənizçiliyinin beşiyi olaraq inkişaf etməsi baxımından
çox əlverişli bir şəhər idi. Xüsusilə də Rumelidə fatehlik edən türk
bəyləri əldə etdikləri qənimətlərin böyük bir hissəsini də Geliboluya
xərcləyirdilər. Bundan başqa dəniz qüvvələri kapitanlığının burada
yerləşməsi, tərsanə və əcəmi oğlanlar mərkəzi də şəhərə bir çox
imkanlar qazandırdı. Bu fəaliyyətlər həmin istiqamətlərdə çox şöhrət
qazanaraq, təsiri uzun zaman silinməyən mədəni həyatın yaranmasına
səbəb oldu. Məsələyə yalnız şeir tarixi baxımından yanaşdıqda da
yuxarıdakı mənzərə qarşımıza çıxacaqdır. Mədəniyyətin digər qolları
olan təsəvvüf, musiqi, elm, xəttatlıq sənəti kimi fərqli sahələrdə də
bu mənzərə müşahidə edilməkdədir. Yazıçızadələr kimi təsəvvüf
həyatımızın iki böyük şəxsiyyətlərin, tarixçi Gelibolulu Mustafa
Əlinin və Piri- Rəisin buradan çıxmış olması təsadüfi deyildir.
Lakin sonralar söz açdığımız siyasi qurumların İstanbula köçməsi
və Avropaya keçmək uçun müxtəlif şəhərlərdən istifadə Gelibolunun
köhnə durumdan uzaqlaşdırılmasına səbəb olmuşdur. Bu yeni
dəyişiklik, çox keçmədən yenə də Gelibolunun mədəniyyətinə öz
təsirini göstərdi. Şübhəsiz ki, bu dəfə təsir müsbət formada olmadı.
Vardar Yenicəsinə gəldikdə isə bu gün Yunanıstan sərhədlərinə
daxil edilmiş Giannıtsa adını daşıyan və yaddaşımızdan silinmiş
bu şəhər, məlum olan klassik mədəniyyət mərkəzləri qəlibləriylə
bir araya gəlməyən fərqli bir abidə kimi müşahidə edilir. Selanıkın
qərbində yerləşən bu şəhər yol ayrıcında yerləşmir. Ciddi bir
mədrəsə ənənəsinə də malik deyil. Ancaq şəhər Osmanlı mədəniyyət
mərkəzləri içərisindən ən çox şair verən yerlər arasında on beşinci
195
yei tutur.
206
Bu şairlər aşağıdakılardır: Əbdulqəni, Agəhi (v. 1577),
Eşqi (v. 1592) Dəruni (v. 1650), Qəribi (v. 1547) Günahi (v. 1670),
Heyrəti (v. 1535) Xəyali (v. 1557), İlahi, Məhməd, Razi (v. 1617),
Razi, Sidqi, Səlman (v. 1564), Sirri (v. 1585), Sami, Tabi, Usuli (v.
1538) Yusifi Sıneçak (v. 1564) və Zari (v. 1517).
Ucqarda Selanik vilayətinə bitişik kiçik bir qəza mərkəzində belə
çoxlu sayda şairin yetişməsi çətin izah olunan bir haldır. Şairlərin
şəxsi həyatlarına, sosial və psixoloji vəziyyətlərinə dair dəyərli
məlumatlar verən Aşıq Çələbi (v. 1572) danışılan rəvayətlərə əsasən o
dövrün Yenicəsi haqqında bizə məlumatlar verir. Bu məlumatlarla biz
sualımızın cavabını da tapmış oluruq. “Rəvayət edirlər ki, Prizrendə
oğlan doğularsa adından əvvəl təxəllüsün qoyarlar. Yenicədə doğulan
oğlan ata deyə dil açan vaxt farsca şeir söylər. Prıştinədə oğlan
doğulan zaman dividi belində doğular.” Bu məlumatlar bizə şəhərin
xüsusilə fars mədəniyyəti baxımından, başqa tərzdə desək, ədəbiyyat
mərkəzi olmaq nöqtəsindən əhəmiyyətli olmasını bəyan edir. Yaxşı,
bəs bu Rumeli qəsəbəsini fars ocağına çevirən kimdir. Qaynaqlar bu
söhbətdə də bizə yardımçı ola bilmişlər. Rumeli fatehlərin arasında
böyük rolu və XVI yüzilliyin sonuna qədər Osmanlı dövrünün ən
əhəmiyyətli döyüş gücü olan akıncılar(döyüşçülər), İstanbuldakı
mərkəzi özlərinə model götürərək ucqarda özlərinə uyğun olan kiçik
qəsəbələr yaradırdılar. Burada yenə İstanbuldakı sarayı model kimi
götürən bir quruculuq özünü göstərir. Akıncıların yanında, xüsusilə
onları döyüşə səsləyəcək, onların döyüşlərini və şəhid olmalarını
vəsf edə biləcək, qısası onlara qüvvət verəcək adamların olması
zəruri idi. Mədrəsələrdə yetişən və bu işin daha çox zahiri tərəfl əriylə
məşğul olan alimlər bunun öhdəsindən gələ bilməzdilər. Bu işi qışda
qışlaqlarda, yazda isə akıncılarla birlikdə coşub daşan adamlar,
yəni şairlər yerinə yetirə bilərdilər. Elə Yenicəli şairlərin çoxu da bu
xüsusiyyətləri daşımaqdaydı. Hətta Yenicədə yetişən şairlər həmin
mühitdən çıxmış standart məhsullar kimi oxşar xüsusiyyətlərə malik
idi. Yaxşı. bir şəhərin mədəniyyət adamlarını yetişdirən, bu mühiti
206
Mövzu ilə bağlı bu kitabdakı “Osmanlı Kültür Coğrafyasına Bakışlar” adlı məqalənin
171-178 səhifələrinə baxın.
196
yaradan kişi kim idi? Bu şəxs, vəhdəti-vücud duşüncəsini Anadoluya
gətirənlərin biri olan Şeyx Abdullah-i İlahidir (v. 1491). Akıncı bəyi
Evrenoszadə Əhməd bəyin söz açdığımız funksiyanı yerinə yetirmək
üzrə israrla Yenicəyə gətirdiyi İlahi bu şəhərdə yaşayan aydınları öz
təsiri altına salıb, onların hamısına ortaq xüsusiyyətlər qazandıran
bir şəxsiyyət olmuşdur. Aləmi- təklifdən azadə davranışları,
səmimiyyət və dərinliyi ilə bir ruh kimi həmişə yüksəklərdə gəzən və
heç nəyə tabe olmayan tərzləri həmin aydınların əsas xüsusiyyətləri
idi. Şəhərdəki şairləri də əhatə edən, onları azad bir dərviş həssaslığı
içində saxlayan həmin təsəvvüf havası idi.məhz bu havayla Yenicə,
XVI əsrin sonuna qədər Osmanlı dövlətinin əsrlər boyunca məşhur
olmuş şairlərini yetişdirən mühüm bir qəsəbə olmuşdur.
Təbiət etibarıyla akıncılık funksiyasının bitməsiylə öz inkişaf
nöqtəsini də itirmiş olan şəhər, getdikcə öz özəlliyini itirdi.
Budur Osmanlı ictimai mühitində fərqli mədəniyyət qaynaqlarının
yetişdirdiyi bir-birini tamamlayan insan tipləri. Şübhəsiz, bunlara
əlavə olunacaq başqa mədəniyyət qaynaqları da mövcud olmuşdur və
bunun da önündə əksər sahələrə nizam- tərəzi verən və onları özünə
cəlb edən paytaxt İstanbul və ürəyi sayılan saray gəlir. Osmanlı
mədəniyyətini bəsləyən əsl ana güc mərkəzi həmişə İstanbul olmuş,
onun təsiri və ucqarlarda əks olunması nəticəsində başqa mədəniyyət
ocaqları da vaxt keçdikcə təşəkkül tapmışdır. Bunların arasında XVI
əsrin sonuna qədər var olan bir gözəl ənənədən, şahzadə-valilik
sistemindən xüsusilə söz açmaq gərəkdir. Kütahya, Manisa, Konya,
Amasya, Trabzon kimi şəhərlərdə yaradılan və adına şahzadə
sancağı deyilən bu mərkəzlər də kiçik bir paytaxt şəklində idilər.
Yenə onları nümunə götürən digər dövlət adamları, paytaxt ətrafında
ağa və bəylər, şəhərlərdə qəhvəxanalar, bəzi əsnaf dükanları, daha
sonralar da bəzi yeni fi kirli kişilərdən təşkil olunan salon toplantıları
bu ənənənin qollarıdır.
197
Mədəniyyətimizin dinamik şəkildə irəlilədiyi dövrdə yaranmış və
adları bu günümüzə qədər gəlib çatmış sənətçilər, həmin mərkəzlərdə
yetişib mədəniyyət dünyamızı zənginləşdirmişlər. Sənaye inqilabının
ortaya çıxardığı mənzərə, bu yeni şəraitə uyğunlaşmanın cavabı olan
zehni travmalar, aydınların ənənəvi dünyagörüşlərini darmadağın
etdi. Hər halda, yalnız yeni bir quruluş zamana və zehni düşüncəyə
aid qayğılardan azad olunmuş bizlər üçün müstəqil ortaq mühit və
azad sənətçilər yetişdirə bilərdi.
(*Yazı “Türk Yurdu” jurnalı. iyul 1996, s.106,s 97-39-da dərc
olunub).
İstifadə olunan ədəbiyyat:
1. Can Yılmaz. “İslam Şehirlerinin Fiziki Yapısı”. Ankara, 1995
2. İsen Mustafa. “Usulı Divanı”. Ankara, 1993.
3. İsen Mustafa. “Künhul-Ahbar”ın tezkire kısmı” . Ankara 1994
4. Tuğlacı Pars. “Osmanlı şehirleri”. İstanbul, 1985.
|