Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN



Yüklə 2.76 Kb.
PDF просмотр
səhifə6/26
tarix01.12.2016
ölçüsü2.76 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   26

ANADOLU TÜRK TƏZKİRƏÇİLİYİNDƏ 
FORMA DƏYİŞİKLİYİ*
T
əzkirə növünün böyük bir zaman ərzində müxtəlif formalara  
düşməsi məlumdur. Bu yazının məqsədi Anadolu türk 
təzkirəsini forma baxımdan təhlil edərək, ədəbiyyat tariximizdə bu 
yolu izləməkdir.
Anadolu  ərazisində yazılan ilk təzkirə nümunəsi Səhi Bəyin 
“Həşt-behişt”  əsəridir.  Əsərini 1538-ci ildə  ərsəyə  gətirən  Səhi 
Bəy, təzkirəsini Herat məktəbinə xas, yəni Caminin (v. 1492) 
“Baharıstan”(1487), Dövlətşah təzkirəsi”(1495) və Əlişir Nəvainin 
(1501) “Məcalisün – nəfais” (1491-92) təzkirələrini əsas götürərək 
yazdığını bildirir. Bu təzkirələrin forma olaraq ən mühüm 
xüsusiyyətləri tərtib baxımından aşağılı-yuxarılı bir xronoloji sıra 
yaradaraq  şairləri təbəqələrə ayırmadan,  əsərə bir müqəddimə ilə 
başlama və  həyat hekayələrini qısaldaraq az saylı nümunələrin 
verilməsindən ibarətdir.
Bu keyfi yyətlərinə görə  Səhi təzkirəsini gözdən keçirdikdə bir 
çox  şeyin eynilə  Nəvaidən götürüldüyünün şahidi oluruq. Səhi 
ancaq Nəvainin rövzələrindəki təqdimatı dəyişməklə öz əsərində əks 
etdirmişdir. Məsələn, Nəvaidə Sultan Hüseyn Baykaranın yer aldığı 
səkkizinci təbəqə, Səhidə önə  gətirilmiş  və burada Qanuni Sultan 
Süleyman verilmişdir. Nəvaidə də yeddinci rövzədə yer alan sultan 
və  şahzadələr Səhidə ikinci təbəqədə, Nəvainin beşinci bölmədə 
verdiyi mirzələri  Səhi üçüncü təbəqədə yerləşdirir. Alimlər Səhidə 
də dördüncü təbəqədə yer alır. Nəvainin altıncı  təbəqədə yazdığı 
Xorasanın xaricindəki  şairlərin müqabilində    Səhi həyatda görə 
bilmədiyi şairləri beşinci təbəqədə vermişdir. “Məcalisün– nəfais”də 
birinci, ikinci və üçüncü rövzədə yer tutan həyatdan çoxdan getmiş 
şairlərlə müasir və hələ çox gənc olan şairlər “Həşt-behişt”də altı, 
yeddi və səkkizinci təbəqələrə yerləşdirilmişdir. Səhi sadəcə  əvvəlki 
nəsli də təzkirəsinə daxil edərək bununla  əsərini genişləndirmişdir.
Təzkirəçilik tariximizdə ən diqqət çəkən nümunələrdən biri olan 
Lətifi  Təzkirəsi (1546) bu sahədə yazılmış ikinci nümunədir və bu 
əsər quruluş baxımından  fərqli şəkildə qarşımıza çıxır. Təzkirə:

73
a) şeyxlər
b) padşahlar
c) şairlər
olmaq üzrə üç bölümdən ibarətdir. Bu quruluşu ilə  əsər  Əcəm 
təzkirələrinə  də  bənzəyir. Amma Lətifi  (v. 1582) şairlərə ayırdığı 
bölümdə  əlifba sırasından istifadə etmiş  və o zamana qədər bizdə 
təsadüf olunmamış bir üsuldan istifadə edərək gələcək təzkirəçilərə 
bir nümunə olmuşdur. Artıq bu üsuldan bütün təzkirəçilər istifadə 
etməyə başlamışlar. Məlum olduğu kimi bu təklif Aşıq Çələbi 
(v.1571) tərəfi ndən gəlmiş, lakin onu genişləndirən Lətifi  olmuşdur. 
Əslində əlifba sırasından istifadə üsulu ərəb təzkirəçiliyində tətbiq 
olunmuş bir üsuldur. Ancaq bizdə bu işi ilk dəfə təcrübədən keçirən 
Lətifi   olmuşdur. Anadolu təzkirəçiliyində yazılan üçüncü əsər 
Anadoludan kənarda yaşayan Bağdadlı  Əhdi (v.1593) tərəfi ndən 
qələmə alınmış olan “Gülşəni-şüəra”dır (1563). Əsərini yazdıqdan 
sonra xeyli müddət həyatda qalmış Əhdi öz təzkirəsinə əlavələr etmiş, 
məzmununa görə üç dəfə yenidən ona  nəzər salaraq dəyişikliklər 
etmişdir. Əsər:
a)dövrün padşahı Qanuni Sultan Süleyman və şahzadələr
b) alimlər
c) şeyxlər
d) şairlər
olmaq üzrə dörd bölümdən təşkil olunmuşdur. Təzkirəçilik 
tariximizin olduqca əhəmiyyətli başqa bir əsəri də Aşıq Çələbinin 
“Məcalisün-şüəra”sıdır (1566). Yuxarıda qeyd edildiyi kimi, Çələbi 
öz təzkirəsini  əlifba sırası ilə düzənləməyi düşünüb, bu fi krini 
Lətifi yə bildirmişdir. Lətifi  bu ideyanı daha tez həyata keçirərək 
əsərini ortaya qoymuşdur. Bundan sonra Çələbi təzkirəsinin Lətifi  
ilə eyni olmaması üçün fərqli bir təsnifatdan istifadə etmişdir. 
“Məcalisün-şüəra” nə ərəb, nə də əcəm təzkirələrində görünmüş 
olan yeni bir üsulla, əbcəd sırasına görə tərtib olunmuşdur.
XVI yüzilliyin başqa bir təzkirəsi  Xınalızadə  Həsən Çələbi 
tərəfi ndən yazılmışdır (1585).
Təzkirə:
a) Sultan 
şairlər

74
b) 
Şeyxzadə şairlər
c) 
Əsl şairlər
olmaq üzrə üç bölümdən ibarətdir. Birinci və ikinci bölüm 
xronoloji, əsl şairlər hissəsi isə əlifba sırası ilə düzülmüşdür.
Həsən Çələbini təqlid edən Bəyani (v. 1597) əsərini:
a) 
şair padşahlar
b) 
əsl şairlər
şəklində iki bölüm olaraq tərtib etmiş və birinci bölümü xronoloji, 
ikinci bölümü isə əlifba sırasıyla düzmüşdür. 
Riyazi (v. 1644) isə əsərini (1609) rövzə adlı iki bölmə şəklində 
tərtib etmişdir və eynən Bəyaninin üslubunu davam etdirmişdir:
a) padşah şairlər
b) digər şairlər
       XVII yüzillikdə yazılmış olan Kafzadə Faizinin (v.1621) 
“Zübdətül-əşar”ı (1620), ona əlavə olaraq qələmə alınan Asimin 
(v.1675) “Zeyl-i Zübdətül  əşar”ı  və  Bəlig  İsmayılın (v.1729) 
“Nuxbətül-asar”ı  (1726) məzmun baxımından fərqli bir xüsusiyyətə 
malik olsa da,  düzülüşcə əlifba sırasına görə verilib.
Təzkirəçilik tariximizin ilk mənzum nümunəsi olan Güfti təzkirəsi  
əlifba sırası ilə düzülüşdən istifadə edib.
Rıza (v. 1671) təzkirəsini (1640) iki bölmə şəklində tərtib etmiş, 
birinci bölmədə xronoloji olaraq padşahlara, ikinci bölmədə əlifba 
sırasıyla şairlərə yer vermişdir.
Yümninin (v. 1662) təzkirəsi də əlifba sırası ilə düzülmüşdür. 
 
XVIII yüzilliyin təzkirəçiləri Mucib və Salim (v. 1743) də 
əsərlərini iki hissədən ibarət tərtib etmiş,  birinci bölmədə dövrün 
padşahlarına (Mucibdə IV Murad, Salimdə II Mustafa və III Əhməd), 
ikinci bölümdə əlifba sırasıyla şairlərə yer verilmişdir. Salim ayrıca 
bir yenilik də  gətirmiş  və eyni hərfl əri olan şairləri ölüm sırasına 
görə sıralamışdır.
Bu  əsrin təzkirəçilərindən Mustafa Səfayı (v.1725) isə  əsərinin 
əvvəlində yer verdiyi 18 təkrizlə quruluşa bir yenilik gətirmişdir. O 
da şairləri əlifba sırası ilə düzmüşdür.
Bunlardan başqa Ramizin (v.1785) “Adabi-zürəfa” sı, (1783) 
Səfvətin “Nuhbətül-asar”ı (1782) Şövkətın (v.1826) əsəri,  Əsəd 

75
Əfəndinin (v. 1847) ”Bağçeyi- səfa  əndüz”(1835) təzkirəsi, Arif 
Hikmətin (v.1834-35) təzkirəsi və Fatinin (v. 1866) “Xatimətül-
əşar”ı    əlifba sırası ilə düzülmüş, Silahdar təzkirəsi (1789) və 
Tofi qin “Məcməüt-təracim”i (1826) isə orijinal bir tərtib formasına 
malik olmadan, əvvəlkilərə uyğunlaşmışdır. Bunlardan Fatin sadəcə  
nümunələri bioqrafi yaların  əvvəlinə  çəkməklə  mənasız bir yenilik 
gətirmişdir.
Müqəddimələri baxımından xüsusilə ilk təzkirəçilərimiz Herat 
məktəbi təzkirəçilərini yaxından izləmişlər. Bu müqəddimələr bütün 
islami əsərlərdə adət olunduğu şəkildə həmd və salavat ilə başlayıb 
əsərin yazılma  səbəbini söyləyərək sona çatırlar. Təzkirələrdə 
bunlardan  əlavə  mövzuyla bağlı  məlumatlardan da bəhs edilir. 
Sözün və şeirin məziyyətlərindən, din başçılarının və Quranın şeirə 
baxışından söz açılır. Bu arada təzkirə yazan şair və şeir haqqında 
öz baxışlarına da yer verir. Aşıq Çələbidə  və Riyazidə olduğu 
kimi bəzən təzkirələrə daxil olunacaq şairlərin   dərəcələri də bu 
bölmələrdə açıqlanmışdır.
Uzun müqəddimələr yazan Səhi, Lətifi ,  Aşıq Çələbi, Həsən 
Çələbi, Riyazi və Salim kimi təzkirəçilər müqəddimədə fürsət tapıb 
zəmanənin puçluğundan,  şeirə  və  şairə  dəyər verilməməsindən 
gileylənmişlər. Sonrakı  təzkirələrin müqəddimələrində  fərqli 
bir dəyişiklik olmadığı üçün, çoxunda qısa və  mənasız mətnlər 
verilmişdir.
Həyat hekayələrinin tərtib forması  Səhidə  təbəqə  əsasında 
eynilə Nəvaidə olduğu kimi verilmişdir. Şairlərin doğum yeri, adı, 
sənəti,  ədəbi mövqeyi ilə bağlı bir neçə ötəri söz, əsərləri, bəzən 
şairlə bağlı bir hadisə, son olaraq da bir neçə beyt və ya qitə verilir. 
Aşıq Çələbidən başqa bütün təzkirəçilər bu tərtib qaydasına  riayət 
etmişlər.
Əslində türk təzkirəçiliyi quruluş baxımından iki əsas  orijinal 
nümunəyə malikdir. Bunlardan birincisi əlifba sırası ilə düzülən, 
tənqidi baxışlarının və hökmlərinin  ədalətli olmasına görə  seçilən 
Lətifi  təzkirəsi, ikincisi isə  şairlərin psixoloji və sosial cəhətlərini 
dolğun şəkildə əks etdirən Aışq Çələbi təzkirəsidir. Bu iki nümunədən 
sonrakı təzkirələrə  əsas nümunə olan isə Lətifi nin təzkirəsidir.

76
Həyat hekayələrinin tərtib şəkli baxımından klassik xəttin başında 
gələn daha iki fərqli əsər də  təzkirəçilik tariximizdə yer tutur.
Bunlardan birincisi Güfti tərəfi ndən yazılan  mənzum təzkirədir. 
Təzkirəçilik tariximizdə ikinci bir əsərinə rast gəlmədiyimiz 
Güfti bu kitabında müasir və çoxu elm sahəsinə aid olan şairləri 
mükəmməl söz və deyimlərlə  təsvir etmiş, hərdən bir şeirlərini 
və  şairlik məziyyətlərini də  təhlil edərək onlara qiymət vermişdir. 
İkinci qrup isə Faizi tərəfi ndən başlanılıb, Yümni, Məhməd Asim, 
İsmayıl Bəlig, Silahdarzadə  Məhməd  Əmin və  Şöfkət tərəfi ndən 
zeyllər(əlavələr) yazılaraq davam etdirilən təzkirələrdir. Bu əsərlərin 
başlıca xüsusiyyətləri şairlər haqqında ad, məslək, ölüm tarixi kimi 
çox qısa məlumatlar və əsərlərindən çoxlu nümunələrin verilməsidir. 
Həmin yeniliyi ilə belə  əsərləri təzkirədən çox, antologiyaya aid 
etmək daha məqsədəuyğun olardı. 
Tərtib şəkli baxımından mənasız bir yenilik, klassik təzkirələrin 
sonuncusu olan Fatin tərəfi ndən həyata keçirilmişdir. Yuxarıda 
qeyd olunduğu kimi, təzkirələrdə  əvvəlcə  şairin doğum yeri, adı, 
təhsili və məşğuliyyətləri göstərilir, şeiri və şairliyi dəyələndirilərək 
şeirlərindən nümunə verilir. Fatin bu üsulu tərsinə çevirərək öncə 
şairlərin  şeirlərindən nümunələr, sonra isə  həyatları haqqında 
məlumatlar vermişdir.
Yekun olaraq söyləmək olar ki, Anadolu türk təzkirəçiliyində 
təbəqə,  əlifba və  əbcəd üsulu ilə üç eyni tərtib üsulundan istifadə 
edilmişdir. Bunlardan birincisi Əcəm üsulu, ikincisi ərəb 
təzkirəçiliyindən bizə keçmiş üsul, əbcəd üsulu isə yalnız bizim 
ədəbiyyatımızda və sadəcə Aşıq Çələbi tərəfi ndən istifadə edilmiş 
üsuldur. 
Müqəddimələr isə xüsusilə ilk dövr təzkirələrində, yenə Herat 
məktəbi təzkirələrindən gələn ənənələr çərçivəsində, islami əsərlərdə 
adət edilmiş formanı izləmiş, çox dəyişiklik olmadan get-gedə 
zəifl əyərək son dövrə  qədər davam etmişdir. Həyat hekayələrinin 
tərtib şəkli isə eyni şəkildə dörd yüz il davam etmişdir. 
Təzkirələr elmi və  ədəbi  əsərlərin zirvədə olduqları vaxtlarda 
daha gözəl nümunələr meydana çıxarmış, yenə bunlara paralel olaraq 
davam etmiş, XVIII əsrdə xüsusi olaraq Səfayı  və Salimlə yeni 
dirçəlişdən sonra getdikcə  zəifl əmiş, tənzimatdan sonra, ədəbiyyat 

77
tarixi ehtiyacına cavab verəcək başqa yeni əsərlər görünən  zaman   
tamamilə sona çatmışdır.
 Təzkirə növünün Anadolu türk ədəbiyyatına divan ədəbiyyatının 
bir çox forması kimi Əcəmdən gəlməsinə baxmayaraq, bunu bir təqlid  
saymaq düzgün olmaz. Bəyliklər və Osmanlılar dövründə türk şeirinin 
inkişaf etməsinin nəticəsi olaraq getdikcə çoxalan şeir nümunələrinin 
və sayı çoxalan şairlərin bir yerə toplanması  zərurətindən sonra,  
təzkirə növünün meydana gəlməsi təsadüfi  deyil, tamamilə  zəruri 
olan bir hadisə idi. Çünki quruluşunu müəyyənləşdirmiş və zirvəyə 
doğru irəliləyən  ədəbiyyat təmsilçilərinin həyatından bəhs edən, 
yazılarından nümunələr verən bir növün meydana çıxmaması böyük 
bir çatışmamazlıq olardı.
Səhidən başlanaraq bir-birinin ardınca dəyərli təzkirələrin ortaya 
qoyulması və dörd yüz il davam etməsi bunun sübutudur.
      
(*Yazı “Milli kültür”Ankara 1995. s.49,s.60-62-də dərc olunub).
İstifadə olunan ədəbiyyat:
A.Sım Levend “Türk Edebiyatı Tarihi”. Ankara, 1973.
Təhsin Banguoğlu “Türk Şuara Tezkireleri” Türkiyə İnstitutu tez 
29.
İ.S.Robinson “The tezkere Cenre in İslam” journal of Near 
Eastern Studies Vol 22 1964.
Haluq İpəkten “Türk Edebiyyatının Kaynaklarından Türkce 
Şuara Tezkireleri”. Ərzurum, 1986.

78
TÜRK TƏZKİRƏÇİLİYİNDƏ ANTOLOGİYA 
TİPLİ NÜMUNƏLƏR*
XVI 
yüzillikdən XX yüzilliyə  qədər fasiləsiz  şəkildə  
davam edərək  ədəbiyyatımızda  xüsusi  yer tutan  
təzkirə növü, böyük bir zaman ərzində  fərqli formalarla özünü 
göstərmişdir. Səhidən sonra bir-birinin ardınca yazılan XVI əsr 
təzkirələri, artıq təqlid deyil, müstəqil nümunələrdir. Səhi və Əhdi 
istisna olmaqla sonrakı  təzkirəçilər  şairlərin özlərinə  məxsus  
müstəqil bir sinif təşkil etdiklərini, onların məşğul olduqları  sənət 
növlərinin və sosial vəziyyətlərinin araşdırılmasını toplu olaraq 
qələmə almaq zərurətini önə çəkdilər. XVI yüzilliyin təzkirəçilərinin 
əsas xüsusiyyətindən biri də  qələmə aldıqları  şairlərin böyük 
əksəriyyətinin öz dövrlərindən  əvvəl yazıb yaratmış olmalarıdır. 
Buna görə də bu təzkirələr əldə olunan bütün məlumatları özündə 
ehtiva edir ki, bu da onların uzun olmasına səbəb olur. XVII əsr 
təzkirəşiləri isə daha çox öz müasirlərinə müraciət etmişlər.  Əks 
olunacaq məlumatların hamıya məlum olmasına görə    təzkirəçilər 
təkrarçılığa yol verməmək üçün qısa məlumatlarla kifayətlənmişlər. 
Bunun nəticəsi olaraq verilən  şeir nümunələrinin sayı isə xeyli  
artırılmışdır.
Riyazinin (v. 1644) “Riyazüş-şüəra”sını (1607) bu iki əsr arasında 
bir keçid əsəri saymaq olar. XVIII yüzillik isə özündən əvvəlki əsrə 
bir tənqidi baxış  və XVI yüzilin mükəmməl təzkirə nümunələrinə  
xülasə kimi dəyərləndirilə bilər. Səfayi  əsərinin başlığında  əks 
etdirdiyi kimi  təzkirəyə yazılan rəylərin çoxunda da buna toxunulur. 
Formada yaranmış olan bu dəyişikliklər məzmunda da özünü 
göstərmiş, XVII yüzildən etibarən təzkirəçilik   tariximizdə antoloji 
təzkirələr adlanan fərqli quruluşlu əsərlər meydana gəlmişdir
62
.
Bunları sadəcə antologiya adlandırmaq daha doğru olardı. Ancaq 
nəzərə almaq lazımdır ki, bu təzkirələrdə  çox qısa şəkildə də olsa 
bioqrafi yalara  yer verilmişdir.
Bu formalı  təzkirələrin  ədəbiyyatımızda ilk nümunəsi Faizi (v. 
62
 Safâyî “Tezkire-i-Şuarâ”, Süleymaniyə Ktb. Əsəd Əf. 2549, 16a.  Nəhifi  ilə Subhizadə 
Feyzullah Əfəndinin yazılarında da  eyni mövzulara toxunulur. Bkz. Həmin n. 4a 10a 13a.

79
1622) tərəfi ndən qələmə alnan “Zübdətül-əşar”dır (1621). Əlifba 
sırası ilə 514 şairə yer ayrılan bu təzkirədə  şairlərin bir hissəsinin 
sadəcə olaraq adı qeyd edilmiş, bir qismində isə buna əlavə olaraq 
yaşadığı yeri, sənəti və divan yazanların divanı haqqında məlumat 
verilmişdir. Bununla birlikdə  şairilərin ölüm tarixləri dəqiqliklə 
verilmişdir. Bioqrafi yaların qısa olması ilə əlaqədar olaraq, verilən 
şeir nümunələri xeyli çoxdur
63
. Seçilən nümunələr təxminən bir 
beytlə 300 beyt arasındadır.
64
“Zübdətül-əşar” ədəbiyyatımızda antoloji tipli təzkirələrin ilki və 
başlanğıcıdır. Sonralar marağa səbəb olan bu üsul Yümni (v.1622), 
Seyrəkzadə Asim (v. 1675), Bəliğ İsmail (v. 1730) və Silahdarzadə 
Məhməd Emin tərəfi ndən davam etdirilmişdir.
Yümni “Təzkirətüş-  şüəra” və yaxud Yümni təzkirəsi(1622) 
adlanan əsərini   Faizinin yazdığı  “Zübdətül-əşar”( 1621) təzkirəsinə 
zeyl (əlavə) olaraq yazmışdır.  Əsər müəllifi n ölümü üzündən 
tamamlanmamış  və yalnız 29 şairdən ibarət olmuşdur. Yümni də 
şairlər haqqında qısa məlumatlar vermiş və şeirlərindən nümunələr 
gətirmişdir. Ancaq bu nümunələr  Faizidə olduğu qədər uzun deyil. 
Eyni zamanda bioqrafi ya  qismində verilən məlumatlar eyni tipli 
təzkirələrə nisbətən daha uzundur. Yümni təzkirələrdə bir beytlə on 
iki beyt arasında şeir nümunələri vermişdir
65
.
63
 Aşağıdakı  mətn nümunələri, “Zübdetül-eşar”ın Süleymaniyyə ktb. Şehit Ali Paşa 1877 
nömrəli nüsxəsindən götürülmüşdür:
Nevizadə Atayı Əfəndi: Bu eş′ar-ı pâkize dîvân-ı belâgat-ünvanundan kesb olunmışdur 
(352  beyt, 6a)
Qiyasi- Bu ebyât anundur (2  beyit, 80b)
Nami-i İstanbuli- Tokuz yüz yetmiş sekizde fevt olmışdur.
Tarix Cinani- Didilern kendi gitdi dilde kaldı nâmı Nâmî′nün. Bu ebyat anundur (6  beyt, 
94b)  
64
 Haluk İpekten: “Türk Edebiyatının Kaynaklarından Türkçe Şuara Tezkireleri”, Erzurum 
1986, s.87; Agah Sırrı Levent: “Türk Edebiyatı Tarihi” Ankara 1973, s.295.
65
 Yümni Tezkiresi için seçilen örnekler  Millət Ktb. Əli Əmiri: “Tarix” 780 nömrəli 
nüsxədəndir.
Şifayi- Edirne Muradiyesinde hekimbaşı ve gülşeni tarikatında olan Abdülbâki Efəndidür. 
(5 beytlik qəzəl, 5ab)
Səbuhi- Yenikapuda Mevlevihane şeyhidir. (7 beytlik qəzəl və 5  beyt, 6b7b)
Məzaki- Adı Süleymandır. Sâbıkan silahdar katibi olmışdur. İstanbuldan Mışrın Paşası 
olan Eyyub Paşanın akrabasındandur. Saraydan gəlmədir. (4 beytlik qəzəl, 10b 11a).

80
Faizinin “Zübdetül-əşar”ına Yümnidən sonra ikinci zeyli (əlavəni) 
Seyrəkzadə Məhməd Asim etmiş və əsərinə “Zeyli-Zübdətül-əşar” 
(1675) adını vermişdir. Asim də əsərinə Yümni kimi 1621-ci ildən 
başlamış və 1675-ci ilə kimi yaşamış olan 123 şairə yer vermişdir.
Antoloji tipli təzkirələr içərisində bioqrafi yaya ən az yer ayıran 
və ən çox şeir nümunəsi verən əsər Asim təzkirəsidir
66
. Bu əsərdə 
bir çox şairin sadəcə adı xatırlanmış, başqa heç bir məlumat 
verilməmişdir. Asim təzkirələrində bir beytlə 53 beyt arasında 
nümunələr vermişdir
67
.
Antoloji təzkirələrinin ən geniş və mükəmməl nümunəsi Faizinin 
əsərinə üçüncü olaraq zeyl yazmış Bəliğ İsmail tərəfi ndən yazılmışdır. 
“Nüxbətül-asar li Zeyli- Zübdətül-əşar” (1727) adlı bu əsər Faizinin 
əsərinə  əlavə yazan başqa müəlifl ər kimi onun təzkirə yazdığı 
tarixdən, yəni 1621-ci ildən başlayaraq 1727-ci ilə  qədər davam 
edir. Bu cəhətdən Yümni və Asim təzkirələrində yer alan şairlərin 
çoxu Bəliğdə də vardır. Təzkirədə 410 şairə yer verilmişdir. Verilən 
məlumatlar digərlərində olduğu kimi qısadır. Bəliğ bioqrafi yasına 
şairlərin çoxunun ölüm tarixini də qeyd etmişdir.Təzkirəçi “qəsidə
lələrindən”,”qəzəllərindən”,” rübailərindən”  kimi başlıqlar altında 
bir beytdən 157 beytə qədər nümunələr vermişdir.
68
 Ən çox nümunə 
66
 İpəkten: həmin əsər, s.95.
67
 Buradakı nümunələr əsərin, Üniv. Ktb. Ty. 2401 nömrəli nüsxəsindən alınmışdır.
Bədri Əfəndi- Bu eşar divanından intihab olundı. (3  beyt, s.6)
Məzaki Əfəndi- Bir şâir-i mucize-gûdur. Bin seksen yedide vefât eyledi.
Tarixi Rüşdi- Bezmgâh ola Mezâkî′ye cinân.
Diger- Çekildi bezm-i dünyadan Mezâkî.
Bu eş′ar divânından intihâb olundı. (8  beyt, 56-57)
68
 Nümunələr  “Nühbetül-asar li Zeyli Zübdetü′l-eş′âr”, (n. A.Abdülkadiroğlu, Ankara 
1985) adlı çalışmadan alınmışdır.
Ərib-Arabzâde dimekle  ′Ârif Mustafa Efendidür. Mecmu′a-i güftârından nümûnedür. (6 
örnek beyit, s.14)
Məzaki- Süleyman Efendi. Bosnasarayından zuhûr idüp harem-i hâs-ı sultânîde 
perverişyâb, sipâhîlik ile taşra çıkup kâmkâr oldukda bin seksen yedi de telh-i mezâk-ı 
hayât oldı. Fevtine Rüşdî′nün tarihidür:
Bezmgâh ola Mezâkîye cinân
Târih-i diger Sâbit Efendinün
Ecel câmı mülün içdi Mezâkî
Müretteb dîvanından müntehabdur. (45  beyt, s.486)

81
verdiyi  şair Nailidir. Bəliğ bu nümunələri seçərkən Faizi daxil 
olmaqla, eyni tərzdə əsər yazan təzkirəçilər içində ən düzgün seçim 
edən və şairlərə dəyərlərinə uyğun yer verən təzkirəçilərdən biridir
69

Antoloji tipli təzkirələrin  ən zəif nümunələrindən sayılan 
“Silahdarzadə  təzkirəsi”(1790) Silahdarzadə  Məhməd Emin 
tərəfi ndən qələmə alınmışdır. Əsər 1751-ci ildən yazılmağa başlanmış 
və 1726-cı ilə sona çatmış olan “Nüxbətül-asar li Zeyli- Zübdətül-
əşar”ın zeyli hesab olunur
70
.
Silahdarzadə də nümunə götürdüyü əsərlər kimi, şairlər haqqında 
çox qısa məlumatlar vermiş, hətta bəzilərinin sadəcə adını qeyd etmiş 
və bununla əlaqədar olaraq şairlərin ölüm tarixlərini göstərmişdir. 
Şeirlərdən verilən nümunələr də bu növ təzkirələrdə olduğu kimi 
xeyli çoxdur
71
.
Silahdarzadədən sonra Şöfkət həmin  ənənəni davam etdirmiş 
(1826-27), bundan sonra  antoloji formada olan bu ənənəni davam 
etdirən olmamış və  tarixə qarışaraq öz formasını itirmişdir.    
Bu növ təzkirə nümunələrində bioqrafi yadan daha çox yaradıcılıq 
ön plana çıxarılır və şeir nümunələrinə geniş meydan verilirdi. Amma 
şeir nümunələrinin çoxalmasından sonra, şeiri dəyərləndirmək, onu 
təhlil etmək  gündəmdən düşmüşdü. Klassik təzkirəçilər şairin həyat 
hekayəsini verdikdən sonra, adətən əsərlərindən də söz açırlar. Bu 
zaman  şeirin müsbət və  mənfi   cəhətlərini təhlil edirlər. Yuxarıda 
adlrını  çəkdiyimiz təzkirələrinsə heç birində bu barədə  məlumat 
verilmir. Klassik təzkirələrdə şeirin təhlili şeir nümunəsi ilə birlikdə 
verilir. Məsələn, təzkirəçi nümunə verdiyi şeirdən əvvəl “hak budur 
ki, epeyce pesendide gazeldür esna-i tetebbuda nazıri yokdur, 
Nisari-Memâlik-i Acemden Yakub Çelebidür. Bin altmış yedi senesinde fevt oldı. (1 beyt, 
s.559)/
69
 İpekten: həmin əsər, s.115; Levent: həmin əsər, s. 317.
70
 Bu təzkirədən alınan nümunələr,Üniv. Ktb. Ty,2557 nömrəli nüsxədəndır.
Əsəd Bəy Əfəndi- Kethüdâ-yı sadr-ı âlî İbrahim Efendinin mahdûm-ı mükerremleridür. 
Müderrisin-i kirâmdan. (7 nümunə beyt, 8b)
Arif Əfəndi- Sâbıkan dârü′s-saâde yazıcılığından hâcegânlığa çırağ olmışdur. (13 nümunə 
beyt , 60b)
71
 İpekten: həmin əsər, s.122.Ai′a

82
bir  şiir-i latif-i bi bedeldür”
72
, “elhak hoş-ayende sözleri vardur
73
 
ve bu ebyat dahi anundur, hak budur ki hub eda itmişdür”
74
 kimi 
nümunələr verilir. Bundan fərqli olaraq antoloji təzkirələrdə  belə 
təhlillər aparılmır. Bunlar müasir antologiyalarda olduğu kimi şairi 
qısa  şəkildə tanıtdıqdan sonra oxucunu şeirlə baş-başa buraxmaq 
məqsədinə xidmət edən örnəklərdir. 
        
(*Yazı “Milli egitim” Ankara 1989. s.86,s.40-43-də dərc 
olunub).
72
 Əlî “Künhül-ahbar”, Üniv. Ktb.Ty. 5959, 393b.
73
 Həmin əsər, 391b.
74
 Həmin əsər, 172b.

83
HƏSƏN ÇƏLƏBİ TƏZKİRƏSİ*
T
əzkirəçilik tariximizdə ən çox şairi özündə ehtiva edən təzkirə 
Həsən Çələbi Xınalızadəyə aiddir və bu əsər iki cilddə  nəşr 
edilmişdir. Bu cildləri nəşrə hazırlayan İbrahim Kutlukun vəfatı ilə 
əlaqədar, bu işi İbrahim Olgun həyata keçirmişdr. Lakin birinci cild 
hazırlandıqdan sonra həmin şəxs də vəfat etmiş və ikinci cild İsmət 
Barmaksızoğlu tərəfi ndən oxuculara təqdim edilmişdir. Kitabda 
 
Həsən  Çələbinin həyatı, təzkirənin kimə  həsr edildiyi, yazılma 
səbəbi, bölmələr, təzkirədə yer alan şairlər, “təzkirənin dəyəri, 
əhəmiyyəti və üslubu”, “təzkirənin  əks etdirdiyi ictimai mühit və 
yazışmaların təqdimi” kimi başlıqlar altında təqdimatlar verilmiş, 
sonra 638 şairdən ibarət əsas mətnə keçilmişdir.
Birinci hissədə  İ.Kutluk, Həsən Çələbinin ailəsi və  həyatı 
haqqında, eləcə də onun əsərləri barəsində məlumat vermişdir. Bu 
hissədə  Xınalızadənin  ədəbi fəaliyyəti və ailəsi haqqında geniş 
məlumat verilir və  Xınalızadə  təzkirəsinin kimə  həsr olunduğu 
məsələsi müzakirə olunur. Məlum olduğu kimi əsərin III Murada, 
Şeyxülislam Həmid Mahmud Əfəndiyə  və ya Xoca Sədəddin 
Əfəndiyə həsr olunduğu kimi  məlumatlar söylənilirdi. Bu bölmədə 
həmin məlumatlar araşdırılaraq  əsərin o dövrün böyük alimi Xoca 
Sədəddin Əfəndiyə həsr olunduğu bildirilir.
Təzkirənin bölmələri və  əsərdə yer alan şairlərin adları    təhlil  
hissəsində verilmişdir. Bu hissədə əsərin  “padşahlar”, “şahzadələr” 
və  “əlifba sırası ilə düzülmüş  şairlər” başlığı  altında üç əsas 
bölmədən ibarət olduğu bildirilir.  
Kutluk təzkirənin əhəmiyyətini və üslubunu  müxtəlif  bucaqlardan  
yanaşaraq  təhlil edir. Həsən Çələbinin bir mədəniyyət mərkəzi olan 
Bursada doğulmasının və tanınmış bir alim ailəsinin övladı olaraq 
dövrünün şairlərini yaxından tanımaq imkanına malik olmasının  bir 
təzkirəçi üçün əhəmiyyətli cəhət  olduğunu bildirir. Araşdırmasının 
son bölməsində  də müəllif, Xınalızadə  təzkirəsi kimi əlyazması 
geniş olan,  irihəcmli  əsəri hazırlayarkən hansı nüsxələrdən 
istifadə etdiyini, bunları necə seçdiyini qısa olaraq anladır və bütün 
nüsxələrin təsvirlərini verir. Birinci cild Yalvaçlı Suni ilə bitir və 
Zəifi  ilə başlayan ikinci cilddə əsər tamamlanır.

84
Çələbi Fateh  həmişə yüksək vəzifələrdə çalışan, öz dövrünün 
nüfuzlu,  ziyalı  ailələrindən birində doğulmuşdur. (Bursa (1546/47). 
Atası “Əxlaqi-əlayı” adlı məşhur əsərin müəllifi  Əli (və ya Əlaiddin) 
Çələbidir. Həsən Çələbinin ailəsi babası Abdulqədir Həmidi 
Çələbinin saqqalına xına qoymasına görə  Xınalızadə  ləqəbi ilə 
tanınmışdır. O, ailəsinin ənənəsinə uyğun olaraq müdərrislərdən elm 
öyrənərək Əbussuud Əfəndinin yetirməsi olmuşdur.  Müdərrislik və 
qulluq etmiş, Rəşiddə vəfat etmişdir (1604).
Həsən Çələbi öz dövrünün alimləri arasında seçilən bir şəxs 
olmuşdur.  Şeirlə maraqlanmasına baxmayaraq, ədəbi mühitdə  
şairlər haqqında yazdığı təzkirələrlə şöhrət  tapmışdır. 
Təzkirə rəsmi dairələr və ayrı-ayrı şəxslər arasında istifadə olunan 
rəsmi sənədlər, katiblərə verilən təyinat sənədi mənalarını  daşımaqla 
yanaşı,  əsl mahiyyətini islam dünyasında müəyyən bir sahədə ad 
çıxarmış, məşhur insanların, xüsusilə də şairlərin tərcümeyi-halından 
söz açıb  şeirlərindən nümunələr verən  əsərlərdə  göstərmişdir. Bu 
baxımdan da həmin əsərlər  ədəbi şəxsiyyətlər, əsərlər və bunların 
ətraf mühitdə  təsiri baxımından  əski  ədəbiyyatımızın ilk təhlil və 
tənqid elçiləri olmuşlar. Təzkirələr yalnız qədim ədəbiyyat əsərlərinin 
toplusu deyil, həm də ilk ədəbi təndid və  təhlil  nümunələri kimi 
də səciyyəvidir.  Onlar bugünkü araşdırmaçılar və tənqidçilər üçün 
keçmişdə bu işin necə yerinə yetirilməsi barəsində geniş  məlumat 
verir,  bugünün oxucusu üçün son dərəcə maraq və  əhəmiyyət 
kəsb edir. Xüsusi bir adı olmayan, buna görə  də “Həsən Çələbi 
təzkirəsi”, ya da ləqəbi ilə “Xınalızadə  təzkirəsi” adlanan bu əsər 
Anadoluda qələmə alınmış beşinci təzkirədir. Bundan əvvəl zəngin 
Osmanlı nümunələri olan Səhi (v.1548), Lətifi  (v. 1582), Əhdi (v. 
1593) və Aşıq Çələbi (1520-1572) təzkirələri ortaya qoyulmuşdur. 
Xüsusilə Lətifi  və Aşıq Çələbi tərəfi ndən təqdim olunan mükəmməl 
nümunələr həmin növün sonradan həm forma, həm də  məzmunca 
inkişaf etməsində bir örnək rolunu oynamışdır. 
Aşıq Çələbinin bioqrafi yasının sonuna”Təzyil” başlığı ilə ayrı 
bir bölmə əlavə etməklə, təzkirəçilik tatixində bizə ilk diqqətçəkən 
məlumarları  verən Gelibolulu Əli (1541-1599) “ashab u fehm ü zeka 

85
ve erbab-ı fazl-u nüha olanlara zahirdür ki, vilayet-i Rumda res-i 
sene ve elfe gelince dörd kıta tezkirei-şuara yazıldı”
75
 cümləsiylə, 
çox da önəm daşımayan  Əhdinin “Gülşəni-şüəra”sının üstündən 
keçərək Səhi, Lətifi , Aşıq Çələbi və  Həsən Çələbinin təzkirələrini  
nümunə göstərmişdir.
Həsən Çələbi böyük dəyər daşıyan iki təzkirənin ardnca, dərhal 
yeni bir təzkirə yazmağa cəhd etmiş, bununla da özünü çətin bir 
imtahana çəkmişdir.  Əlbəttə, bu zaman onun həm Lətifi dən, həm 
də  Aşıq Çələbidən daha çox yazı imkanına malik olmasını qeyd 
etmək olar. Həsən Çələbinin həm Lətifi nin ədəbi tənqid sahəsindəki 
fi kirlərindən, həm də Aşıq Çələbinin  şairlərin psixoloji məqamları 
və sosial vəziyyətləri haqqında verdiyi geniş məlumatdan bir örnək 
kimi istifadə etmək imkanı vardı.  Halbuki o, onları həm açıq-aydın 
təqlid etmiş, həm də hər ikisini çox sərt şəkildə tənqid etmişdir.
Ədəbiyyat tarixləri Xınalızadənin özünəməxsus yazı üslubundakı 
bacarığını  xüsusi qiymətləndirmişdir. Təzkirələr bir tərəfdən qədim 
ədəbiyyatımızı bizə tanıdan  tarixlər, bir tərəfdən də  onların özləri  
yazı texnikasına və formasına görə ədəbiyyatın qədim qollarından 
biridir. 
Bu üzdən bu əsərlərdə üslub və ifadə formasındakı axtarışlar 
açıqca gözə çarpır. Məcazi ifadələr və  təsvirlər bu üslubun dərhal 
gözə çarpan cəhətləridir. Amma nəzərə almaq lazımdır ki, təzkirələr 
bədii sənət nümunələri deyil, daha çox məlumat, fakt əldə etmək 
üçün əhəmiyyətli olan yazılı abidələridir. Buna görə də sözsüz ki, 
bu əsərlərin dili qədimlərdə “sadə” hesab olunan orta nəsr dilindən 
ibarət olmalıydı.Bu tərzi daha çox Səhi, Lətifi   və Aşıq Çələbi  öz 
əsərlərində  tətbiq etmişlər. Həsən Çələbi isə onu dəyişmiş, hiylə 
işlədərək  Lətifi ni əsil güclü olduğu nöqtədən vurmaq istəmiş: “Şiiri 
inşasından bihter idugi muhakkah u mukarredür. Eşari dahi vasatül 
hal olduğu malum-ı erbabı makaldür”
76
 şəklində onu tənqid etmişdir. 
Bundan başqa Aşıq Çələbini də bu üsulla tənqid edərək: “Lakin tahrir 
75
 “Künhül-ahbarın Tezkire Kısmı” (Haz. Mustafa İsen), Ankara 1994, s.313, Üniv. 
Ty.5959, 489a.
76
 “Hasan Çelebi Tezkiresi”, Ankara 1981, C.2, s.836.

86
ü inşasında  kat an   letafet ü melahat yokdur”
77
 şəklində qaralamışdır. 
İfadə tərzinə bu qədər fi kir verən Çələbinin özünün də tənqid etdiyi 
yolla  getməsi sözsüz ki, mümkün deyildi. Kutluk onun yazı tərzini 
bu şəkildə anlatmışdır: “Hələ atası Aşıq Çəlbini elə ağır, təmtəraqlı, 
süslü bir dillə anlatmışdır ki, əsas məvhum bu hay-küylü sözlər 
arasında yox olmuş, demək istədikləri bu gurultu arasında itmişdir. 
Özünün  etmək istədiyi də, hər halda çox təmtəraqlı  söz deyərək 
ustalıq göstərməkdir. Bu boş  və hay-küylü  sözlər arasında  Əli 
Çələbinin həyatı itər də, boş sözlərin səsi  qulaqlarda qalar
78
 tərzində 
tanınacaq  bir üsluba sahibdir”. Kutluqun bu iradlarını təxminən dörd 
yüz il əvvəl Gelibolulu Əli  də dilə gətirmişdir. “Künhül-əxbar”in 
müəllifi nin  yaxından tanıdığı istedadsız, ancaq iddialı müəllifl ərə 
qarşı olan sərt və güzəştsiz hücumlarının bir qolu da Həsən Çələbiyə 
yönəlmişdir. Atası  Xınalızadə  Əli Çələbi haqqında çox müsbət 
fi kirlər irəli sürən və onu Kamal Paşazadə, Əbussuud səviyyəsində 
bir alim olduğunu iddia edən  Əli Gelibolulunun
79
,  şübhəsiz ki,  
Həsən Çələbi ilə  heç bir düşmənçiliyi  yox idi. Üstəlik, Xınalızadə 
təzkirəsində Həsən Çələbinin Əli haqqında söylədiyi müsbət fi kirlər 
də  yetərincədir.
Gelibolulunun təzkirə haqqında söylədiyi tənqidi fi kirlər aşağıdakı 
kimi sıralana bilər
80
:
1) Zəncirləmədə  sonluqlar  və yad sözlər işlətmişdir;
“Anlamsız kalabalık boş sözlerin yanında , üçlü, ikili sıra sıra 
tamlamalar, olabildigince bilgiçlik gösterileriyle doludur. Degil 
bu günün okuyucusuna, o zamanın okuyucusuna bile güc ve 
anlaşılmaz gele bilir, kimi yazarlarca söz kalabalığı sayılmış bile 
olabilir.”(Kutluk I.s. 27) 
2) Laqqırtısı bol, mənası az, doğru olmayan cümlələrdən 
istifadə olunmuşdur.
“Bir lakırdı çokluğudur. Söyleyecekler söylenmez, söylenmesi 
77
 Həmin əsər, C.2, s.500.
78
 Həmin əsər, C.1, s.26.
79
 “Künhü′l-ahbâr”, “II. Selim Devri Bilginleri”, Ü. Ty. 5959 474a.
80
 “Künhü′l-ahbâr′ın Tezkire Kısmı” (Haz. Mustafa İsen), Ankara 1994, s.313, “II. Selim 
Devri Bilginleri” Ü. Ty.5959 489a.

87
gerekenin yanında yöresinde dolaşılır. Ara sözler ve konu dışı 
sözlerle oyalanılır.”(Kutluk.s.30)
3) Bir çox şairi yerindən-yurdundan etmiş, bir çox şeiri də 
başqasına aid etmişdir.
4) Söylədiklərinin ata və babasına aid olduğunu iddia edir. 
Söylədiyi məlumatların atası və yaxud babasına aid olduğunu, buna 
“bihasbil-irs” sahib olduğunu yazır. Halbuki, bunların çoxu Lətifi  və 
Aşıq Çələbinin təzkirələrindən eynilə  götürülmüşdür. 
5) Öz qohum-əqrabalarını  və tanışlarını  şair olmadıqları halda  
əsərlərində şair kimi təqdim edir. “Ömürlerinde ancak bir muhtasar 
beyte sahip olan ulemayı tezkireye dahil etmiştir”(Kutluk. s. 32) 
“...Eksigi kendi yakınlarını ozanlar arasında sayması, onları 
alabildigince ögmüş olmasıdır.”(Kutluk.s.32)
“Aiilesine olan bu yakınlığı  şair dostları için de geçerlidir” 
(Kutluk.s.32)
6) Şairlərin  bir çoxuna istinadən: “Şu kitaplarım vardır, şu gazel 
benimdir, dedi” kimi yalan ifadələr vermişdir.
Doğrudan da, Həsən Çələbi o biri təzkirəçilərdən fərqli olaraq
əsərində verdiyi şairlərə  məktub  şəklində müraciət etdiyini və 
onlardan məlumat aldığını bildirmişdir. Maraqlıdır ki, Əlinin həyatını 
son dərəcə tərifl i ifadələrlə  anladarkən ”bu tezkireye tahrir  olunmaq 
için irsal itdügi varakada dimişdür ki, manzum müellefatımuzdan  
kitab-ı Mihr ü Mahımuz vardur...”
81
 kimi ifadədən istifadə etmişdir.
Əli  onu tərifl əyən bu ifadələri pisləyərək,  şairlərin dilindən 
verilən yalan kimi tənqid etmişdir. 
7) Bəzi kəlmə və xülasələri çox təkrar etmiş, bəzilərini də səhv 
işlətmişdir. Piri sözünü pəri kimi işlətmişdir.
“Həmən her söz bölügü en az iki kere tekrarlanır.”(Kutluk.s.29 
“Bazan yanlşlıklar yapar. Selis sözcügünü yanlış olarak yalı yazar”.
(Kutluk.s.30)
8) Zatı  və  Nəcatidən başqa bütün şairlərin təxəllüslərinə  şərik 
tapar. 
Bu misallardan göründüyü kimi Əlinin yüz illər  əvvəl, yəni 
81
 “Hasan Çelebi Tezkiresi”, C.2, s.592.

88
təzkirənin yazıldığı  illərdə diqqətə çatdırdığı  səhvlər,  İbrahim 
Kutluk tərəfi ndən də eyni tərzdə qələmə alınmışdır. Kutluk istifadə 
etdiyi qaynaqlar arasında  “Künhül-əxbar”in adını çəkmir. 
Bütün bunlardan  sonra  Həsən Çələbinin, özündən əvvəl gələn 
Lətifi   və  Aşıq Çələbi nümunələrindən, ailəsindən gələn zəngin 
ənənədən, sahib olduğu  mədəniyyət və elm xəzinəsindən lazımınca 
istifadə edə bilmədiyini söyləsək səhv etmərik. 
Ən əsası isə, Xınalızadə təzkirəsi özündə  ehtiva etdiyi 638 şairlə, 
təzkirələrimizin arasında  ən iri həcmlisidir. Lətifi   və  Aşıq Çələbi 
təzkirələrini özünə nümunə  götürmüş, bir çox təzkirəçilər arasında 
şübhəsiz ki, daha çox şöhrət qazanmış, müstəsna yeri olan təzkirəçi 
də Həsən Çələbidir. 
Bir qədər sonra Bəyaninin (1597) Çələbiyə xülasə yazması və bir 
çox nüsxələrin yayılması bu üslubun  dövründə təsirsiz ötmədiyini 
göstərir. 
Bu nəşrin ölkəmizdə yayılmış otuza yaxın təzkirələr içində ilk 
tənqidi nəşr olması da diqqəti cəlb edir.
Təzkirənin bu qədər tənqid edilməsinə və nöqsanlarının olmasına 
baxmayaraq çap olunaraq yayılmasının  əsas səbəbini də burada 
axtarmaq lazımdır.  
       Qədim ədəbi topluların asta sürətlə nəşri məsələsinə gəldikdə 
isə, mənə elə gəlir ki, bu işi ancaq alqışlamaq və həmin insanlara 
minnətdar olmaq lazımdır. Mənim qənaətim belədir ki, hələ Həsən 
Çələbi təzkirəsi kimi mürəkkəb bir işin  öhdəsindən gələn İbrahim 
Kutluka rəhmət diləyib, onu dəyərləndirmək hər birimizin  borcudur. 
    
(*Yazı “Milli kültür”Ankara1984. s.43-də dərc olunub).

89
1   2   3   4   5   6   7   8   9   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə