Səffi -i Xətayi (v. 1530) Şah İsmayılın şahzadələrindən olub,
Dərviş Mirzə Səffi - i adıyla tanınmışdır. Mövlanə divanı almağa
gedib “Səmai-i Divanı” ilə Anadoluya gəldi və Mövləvi təriqətinə
qoşularaq burada qaldı. Ölümündən sonra şeyxin ayaq tərəfi ndə dəfn
edildi. (İpekten vd. 1988:409; Kurnaz, 1997: 72).
Anadoluya gələn şairlərin önəmlilərindən biri olan Bəsiri (1467-
1535) mənbələrə görə Əcəmdən və ya Əcəm vilayətlərindən gəlmiş
bir şair olaraq təqdim edilmişdir. Burada əcəm kəlməsi üzərində
bir qədər dayanmaq lazımdır. Bu gün dar anlamda İran, ya da iranlı
mənasında işlətdiyimiz bu söz, tarixi keçmişimizdə ərəb olmayan
bütün şərq xalqlarına şamil edilirdi. Osmanlı şairlər təzkirələrində
isə bu ifadə qədim İran hökmdarlarının hökmranlığı altında olan
müxtəlif qövm və topluluqlar mənasında işlədilirdi. Bu kəlmə bir
etnik qurumdan çox, bir ərazini ifadə etmək baxımından işlədilirdi.
Bu səbəbdəndir ki, əcəm kəlməsi ilə müraciət edilənlərin mühüm bir
hissəsi türk əsilli, bir qismi də azərbaycanlı olmalıdır. Səffi -i Xətayi
buna ən gözəl nümunədir. Bəsiri təhsilini Heratda almış, Hüseyn
Baykara, Nəvai, Cami və Binayi kimi məşhur şəxslərin yanında
təcrübə toplamışdır. Gəncliyində ağqoyunlu hökmdarı Uzun Həsənin
oğlanları Uğurlu Məhməd (v. 1477) və Yaqub (v. 1490) bəyin
yanında olmuş, onlara qəsidə həsr etmişdir. 1487-ci illərdə Herata
gedərək Nəvai ilə görüşdü. 1490-cı ildə İstanbulda görünən çair bir
mddət Ağqoyunlu hökmdarı Cöde Əhmədə müsahiblik etdi. Onun
adından II Bəyazidə elçi olaraq İstanbula gəldi (1496-97) və təkrar
geri dönmədi. 1535-ci ildə, yetmiş yaşında vəfat etdi. (Çavuşoğlu
1981: 319; İpekten vd 1988;68; Kurnaz 1997:73)
Lətifi , Nəvainin divanını Anadoluya ilk gətirənin Bəsiri olduğunu
söyləmişdir. (Lətifi 1314:101) Bu mədəniyyət elçiliyinin əhəmiyyəti
böyükdür. Bəsiri saraydan və dövrünün irəli gedən adamlarından
252
qayğı görmüşdür. Xüsusi təqaüd alırdı. Farsca divanı vardır. Türkcə
divanı (Keşfüz-zünun 1971:780) günümüzə gəlib çatmamışdır.
Məcmuələrdə bəzi şeirlərinə rast gəlinir.
Şahi Əcəm və ya Şahi Şərqi deyə tanınan və diqqət çəkən şair,
İsmail Ərdəbilin müridlərindəndir. Yavuz Sultan Səlim dövründə
Osmanlı ölkəsinə gəldi. Lətifi onun tərzində “mühtəri şairi sahir və
xəyali hissə qadir” olduğunu söylərdi (Lətifi 1314:201). Dövrünün
tanınmış şairlərindəndir. Nəvai tərzinə yaxın, xoşagələn şeirləri
vardır. (İpekten vd. 1988:462; Kurnaz 1997:73).
Təbrizdə doğulmuş şairlərdən biri olan Şah Qasım Şeyx
Mahduminin oğludur. Yavuz Sultan Səlim Təbrizə yetişdiyi zaman
müəllimi Həlimi Çələbi ilə tanış olaraq İstanbula gəldi. Qanuni
vaxtında da qayğı gördü. Bu dövrdə vəfat etdi (1542). Qanuni
haqqında “Şəmailnamə” adlı bir əsəri və tamamlanmamış bir tarixi
vardır. (Kurnaz 1997:86).
Şirvanda doğulmuş olan Əfl atun Elkas Mirzənin katibi olaraq
onunla birlikdə İstanbula gəlmiş və saray şahnaməçisi təyin
edilmişdir. Farsca və türkcə şeirləri vardır. Farsca şeirlərində Əsiri,
türkcə şeirlərində Xəqani təxəllüsündən istifadə etsə də, daha çox
Əfl atun adıyla tanınmışdır. Nəstəliq yazıda, təzhib və təsvirdə ustad
idi. (İpekten vd 1988:108; Kurnaz 1997:90)
Əcəm dünyasından gəldiyi nəql edilən Hafi zin əsl adı Hafi zəddin
Muhəmməd Əhməd b Adildir. Qafqazda Aran bölgəsində yerləşən
Bərdə şəhərində doğulub. Şah İsmayılın yürüşündən sonra ölkəni
tərk edib qardaşı Kukla Əcəm ilə birlikdə Osmanlı ölkəsinə gəlmiş,
müdərrislik və hakimlik vəzifələrində çalışmışdır. Mərzifonda
müdərrislik edərkən Amasyada qışlayan Qanun Sultan Süleymana
qəzəl həsr etmiş və bundan sonra İstanbulda müdərrislik vəzifəsi
almış, 60 axçalıq məvaciblə təmin olunmuşdur. Dövrünün öndə
gedən elm adamlarındandır. Nəvai tərzinə yaxın, xoşa gələn şeirləri
vardır. Əsərləri bunlardır: Şərafəddin Yəzdinin “Təvarixi Temur” adlı
əsərinin tərcüməsi, Hz. Əli Mənaqibi, “Məariqül-kitaib”, “Fihristül-
Ülum”, “İrcaül –İlm ila Noktətin Vahidetin”, “Təfənnətül- Masdur”.
253
(İpekten vd1988: 169, Kurnaz 1997:100 Akün 1997 XV/80)
Qədri təxəllüsündən istifadə edən Mir Qədri Şirvanda anadan
olub. Müxtəlif yerləri gəzdikdən sonra İstanbula gəlmişdir. Sonra
Hələbdə yerləşdi. Müammada (mənzum tapmaca) istedadlı idi. 1553-
də sağ olduğu bildirilir. (İpekten vd 1988:239; Kurnaz 1997:107)
Şirvanda doğulmuş başqa bir şair Nitqi Çələbidir. Təhsilini başa
vurduqdan sonra İstanbula gəldi. Dövrün tanınmış adamlarının,
xüsusi ilə Sultan Muradın qayğısını gördü, onun məclislərində iştirak
etdi. Fikrini qısa anlatmaqda mahir olduğu üçün Qissə-xan ləqəbini
vermişdilər. Müamma söyləməkdə mahir idi (İpekten vd 1988:353;
Kurnaz 1997:116).
Feyzi: Fəzlullah Sədrəddin- zadə və ya Qassam-zadə Feyzullah
Feyzi Əfəndi b. Qəssam Məhəmməd Emin Əfəndi (1600-1656)
Sədrəddin Şirvani soyundandır. İrana elçi olaraq gedən İncilli
Çavuşla birlikdə İstanbula gəldi. Dərs almaqla bərabər müdərrislik
etdi, hakim oldu. Üsküdarda öldü və atasının yanında dəfn edildi.
(İpekten vd 1988:144; Kurnaz 1997:126).
Bu yazıda qələmə alınan iyirmi bir şair arasında çox tanınmış
şairlər vardır, lakin heç şübhəsiz, ən çox diqqəti çəkən şair Saib
Təbrizidir (1601-1676). Klassik ədəbiyyatdakı ən mühüm
məktəblərdən biri olan “Səbk-i Hindi”(hind üslubu) tərzinin də ən
önəmli təmsilçisi olan bu böyük şairin ləqəbi Əli bəy olub, Təbriz
mirzələrindəndir. Atası tacir, əmisi Şəmsəddin Təbrizi (və ya Şəmsi-
Sani) adıyla tanınan məşhur bir sənətçidir. I Şah Abbas İsfahanı
paytaxt etdikdən sonra tanınmış alim və sənətçiləri öz ailələriylə
birlikdə Təbrizdən köçürərək burda yerləşdirmişdir. Saib də gənc bir
şair olaraq tanındığı vaxtlarda ailəsiylə birlikdə İsfahana köçməyə
məcbur oldu. Burda dərslərini tamamladıqdan sonra həcc məqsədiylə
ölkəsindən ayrıldı. Barəsində Şah Abbasa xoşa gəlməyən xəbərlər
verildiyinə görə qayıtdıqdan sonra Herata və Kabula getdi (1625).
Kabulda vali naibi olan və Əhsən təxəllüsü ilə şeirlər yazan Mirzə
Əhsənullah Zəfər xanın qonağı oldu. Sonralar onunla birlikdə
Hindistana Agradakı Cahan şahın yanına getdilər. Cahan şah Saibə
254
Müstaid xan adını və Nəzari mənsəbini verdi. 1632-ci ildə İsfahana
qayıdan Saib II Şah Abbas zamanında (1642-1667) çox hörmət gördü.
Ona Məlikü- Şüəra adı verildi. Lakin Süleyman şah dövründə (1667-
1694) yazdığı bir qəsidə ilə gözdən düşdü. Saib ömrünün sonlarında
Osmanlı ölkəsinə gəldi. Bir çox şəhərlərdə yaşadı. Sonra Konyaya
gələrək Bustani-Əvvəldən xeyir dua alıb Mövləvi oldu. Daha sonra
xəlifə olaraq məmləkəti Təbrizə dönmüş, burada bir təkkə açaraq
ölümünə qədər sakit bir həyat yaşamışdır (1670-1671).
Saibin timsalında göründüyü kimi, Anadoludan kənardakı şairləri
bir istiqamətə çəkən cazibə nöqtələrindən biri də mövləvilikdir.
Türk ədəbiyyatında şairlərin ən çox yönəldikləri təriqət olan
mövləvilik Osmanlı ölkəsi xaricindəki müsəlman sənətçilərini
dərindən təsirləndirən bir sufi hərəkatı olaraq diqqət çəkir (İpekten
vd 1988:415; Kurnaz 1997:129; Diriöz 1978:277). Saib farsca və
türkcə şeirlər yazmışdır. Divanından başqa, “Qəndəhar-namə” və
“Mahmudu Ayaz” adlı iki məsnəvisi ilə “Bəyaz” adlı bir antologiyası
(müntəxəbat məcmuəsi) vardır.
Şirvanda və ya Rəvanda doğulan İzzinin (v.1693) əsl adı
Məhməddir. İstanbula gələrək dərs aldı. Bəzi dövlət adamlarına
nadimlik və vəzirlərə katiblik etdi. Daha sonra məmləkətinə geri
döndü. Farsca və türkcə şeirləri vardır. (İpekten vd 1988:236; Kurnaz
1997:38).
Təbrizdə anadan olmuş Lüftinin əsl adı Rahimə olub Dərviş
Rahimə adı ilə tanınmışdır. Dərviş Aydının şagirdidir. Şeirləri
qalmışdır. (İpekten vd 1988:269; Kurnaz 1997:138)
Şirvanda doğulan şairlərdən biri də İzzətidir. İzzəti İstanbula
gələrək bəzi dövlət adamlarına katib, nədim və müsahib oldu.
Ömrünün sonlarına doğru məmləkətinə döndü. (İpəkten vd 1988:235;
Kurnaz 1997-142)
Təbrizdə doğulan Saı (d. 1804) sonralar İstanbula gəlmişdir.
İncəsənətdə, xüsusilə oyma sənətində çox bacarıqlı idi. Məhməd Əli
Paşanın istəyi ilə Misirə gedib qayıtmış, Mətbəəyi-Amirədə ikinci
müdir olaraq çalışmışdır. 1850-ci ildə sağ olduğu bildirilir (İpekten
vd 1988:401; Kurnaz 1997:151).
255
Əsl adı Hüseyn olan Səbür (v.1805) Təbrizdə doğulub. Təhsil
aldıqdan sonra İstanbula gəlib. Divan katibi olaraq burada çalışdı.
Gözəl xəttat olmuşdur. Bir divan təşkil edəcək qədər şeiri vardır.
(İpekten vd 1988:415; Kurnaz 1997: 129)
Təbrizdə anadan olan (1823-1853) və əsl adı Həsən olan Məhvi
1847-ci ildə İstanbula gəlmişdir. Farsca və türkcə şeirləri vardır.
Təliq xəttində ustad idi. (İpekten vd 1988:273; Kurnaz 1997:154)
Şirvanda doğulmuş Fatih İstanbula gələrək Divani–Humayun
katibi olmuşdur. Daha sonra Misirə getmişdir. 1834-cü ildə vəfat
etmişdir. Misirdə dəfn olunub. (Kurnaz 1997:157)
Rəmzi Baba və ya Dərviş Rəmzi deyə tanınan Təbrizli Rəmzi
məmləkətində bir az oxuduqdan sonra İstanbula gəlmişdir. 1889-da
vəfat edərək Ədirnə Qapısı qəbiristanlığında dəfn edilmişdir. Rəmzi
Baba irticalən şeir söyləməyin ustadı idi. Şeirlərini “Məcmuai-
Əşar” (1306) “Ayinei- ibrət” və “Hadiqatül – Üşşaq” adlı əsərlərində
toplamışdır. (Kurnaz 1997: 159)
Bəsirinin həyatı ilə bağlı bölmədə göstərildiyi kimi, bu adlara
əslində qaynaqlarda “Əcəm”, “Əcəmzadə” və ya “Əcəm diyarından
gəlmişdir” deyə müraciət olunan şairləri də əlavə etmək səhv
olmazdı. Ən azından mən bunların əksər hissəsinin Azərbaycanlı
şairlər olduğunu düşünürəm. Bu üzdən onların adlarını çəkməyə
ehtiyac hiss etdim: Süruri, Valihi, Yari, Əmirək, Haşimi, Şəmsi,
Xavəri, Firaqi, Fəna, Taib, Arif, Bəliği, Nadiri, Nisari, Sərfi ,
Səlim, Niyaz, Həlimi. (İpekten vd 1988:461, 520, 535, 112, 191,
476, 195, 151, 499, 38, 312, 344, 428, 433; Kurnaz 1997: 16).
Osmanlı dövlətinə gəlib burada onlar üçün yaranmış imkanlardan
istifadə edərək rahatca öz sənətlərini davam etdirən bu adların yanında
öz adlarını görmək istəyən və bu istəklərinə çata bilməyənlər də az
deyildir. Bunların ən şöhrətlisi isə türk dünyasının diqqətini özündə
cəmləmiş şair Füzulidir. Qanuni Sultan Süleymanın oğlu Şahzadə
Bəyazidə yazdığı məktubunda şöhrətli şair, imkan olsa Osmanlı
ölkəsinə gəlmək istədiyini bildirirdi (Mazıoğlu, 1948:140). Təbii ki,
bunların yanında hakimiyyətin gətirmək istəməyinə baxmayaraq,
gətirilməyən Molla Cami kimi şairlər də vardır.
256
Şərq və Qərb türkcəsi arasında mədəni mübadilələr, həm bu iki
ləhcəni bir-birinə yaxınlaşdıran, həm də aralarına qoyulan qadağalara
əngəl olan bu qəhrəmanların rolunu xüsusi qeyd etmək lazımdır.
Bir qismi məcburi olaraq doğulduqları torpaqları tərk edərək başqa
yerlərdə yaşamaq məcburiyyətində qalsalar da, onlar mədəniyyət
tariximiz üçün son dərəcə xeyirli xidmətlər göstərmiş, mədəniyyət
mozaikamızı müxtəlif rənglərlə zənginləşdirmişlər.
*(Yazı TADİV, s 1.il:1. İyul 1988-də dərc olunub).
İstifadə olunan ədəbiyyat:
Akün Ömər Faruk “Hafi z-i Ecem” TDVİA C.XV İstanbul”.
Çavuşoğlu Mehmət (1976) “Kanuni Devri Sonuna Kadar
Anadoluda Nevai Tesiri Üzerine Notlar” Atsız Armağanı ,
İstanbul.
Çavuşoğlu Mehmet (1981), “Basiri” Kiçik Türk İslam
Ensiklopediyası
Fasikül:4 İstanbul.
Diriöz Meserret (1977-78) “Saibin Türkce Şiirleri”. Türk Kulturu
Araşdırma ları XVI/1 Ankara.
Ərcilasun
Əhməd (1993) ”Türk Dünyası Üzerine
Makaleler”Ankara.
Ertan Gökmən (1977) ”Yavuz Sultan Selimin İrandan ve
Misirden Getirdigi Sanatkarlar” Türk Kültürü 407, 15-23.
Ertalyan İsmayıll Hikmət(1949) “Külliyatı Divanı Mevlana
Hamidi” İstanbul.
Ertalyan İsmayıl Hikmət (1948) “Külliyat-ı Divan-ı Kabulı”,
İstanbul.
İekten Haluq, Mustafa İsen vd (1988) “Tezkirelere Göre Divan
Edebiyatı İsimler Sözlügü” Ankara.
İsen Mustafa (1997) “Yürü Var Gel Araptan Ya Acemden”
257
Ötelerdən bir ses. Ankara.
Togan Zəki Velidi (1993) “Herat” İslam Ensiklopediyası C.5/1
İstanbul.
Katib Çələbi (1971) “Keşfuz - zünun” İstanbul.
Körpülü Fuad (125) “Azeri Edebiyyatına Ait Notlar: Hasanoğlu
ve Habibi” Ədəbiyyat Fakultəsi Məcmuəsi C.IV.
Körpülü Fuad (1980) “Türk Edebiyatı Tarihi”. İstanbul.
Kurnaz Camal (1997), “Anadoluda Orta Asyalı Divan Şairleri”
Ankara.
Lətifi (1314 ) ”Tezkiretüş- şuara İstanbul”.
Mazıoğlu Həsibə (1948), “Fizulinin Bir Mektubu” DTCF
jurnalı C.IV Ankara.
“Riyazi Tezkiresi” Nurosmaniye Ktp nu: 3724.
TDEA (Türk Dili ve Edebiyatı Ansiklopedisi), C.V.
258
ANKARALI DİVAN ŞAİRLƏRİ*
M
əndən öncə yazmış olan qələm yoldaşlarımın da müxtəlif
nöqtələrdən dəyərləndirdikləri kimi, Ankara Anadolunun
ən qədim mərkəzlərindən biridir. Şəhər bu torpaqlarda bir-birini
izləyən mədəni sivilizasiyanın mühüm mərkəzlərindən biri olduğu
üçün, ədəbiyyat tarixində də özünə xüsusi yer qazanıb. Bilindiyi
kimi İslami dəyərlər çərçivəsində cami, mədrəsə və təkkələr mədəni
həyatın bünövrəsini təşkil edirlər. Ankara türk mərkəzinə çevrildikdən
sonra bu tərzdə olan qurumlarla əhatə olunmuşdur. Bu fəaliyyət
də qısa müddət ərzində öz təsirini göstərmiş, Ankara təsəvvüf və
ədəbiyyat tarixinin qədim təmsilçilərindən biri olmuşdur. Ankaranın
mədəniyyət tarixinin memarı olan Hacı Bayram Vəli bu torpaqlarda
dilimizin ilk səs bayrağı olaraq dalğalanmağa başlamışdır.
Əsl adı Numan olan Hacı Bayram Vəli Ankaranın Solfasol
(Zilfadl) kəndində doğulub. Şeyx Həmid Vəli ilə ilk dəfə görüşməsi
bir bayram gününə təsadüf etdiyi üçün ona Bayram deyə müraciət
edilmiş, sonra da bu adla tanınmışdır. Hacı Bayram ciddi bir
mədrəsə təhsilindən sonra Ankarada müdərrisliyə başlamış, daha
sonra da təsəvvüfə maraq göstərərək Sonuncu Baba adıyla tanınan
Şeyx Həmid Vəliyə bağlanmışdır. Şeyx ilə birlikdə müxtəlif yerləri
dolaşdıqdan sonra Ağsaraya yerləşmiş, onun ölümündən sonra
isə Ankaraya dönərək Xəlvətiyə və Nəqşbəndiyyə təriqətlərinin
birləşməsindən ibarət olan Bayramiyə təriqətini qurmuşdur.1430-cu
ildə vəfat edərək bugünkü türbəsinin yerləşdiyi yerdə dəfn edilmişdir.
Anadoludakı milli ədəbiyyatın və təsəvvüf həyatının inkişaf edib
yayılmasında böyük rolu olan Hacı Bayram, başda Ağşəmsəddin
olmaqla Əşrəfoğlu Rumi, Dədə Ömər Sikkinı, Akbıyıq, Qızılca
Bədrəddin kimi təsəvvüf tarixinin tanınmış adlarını yetişdirmişdir.
Onun bu gün əlimizdə az sayda şeirləri vardır. Şübhəsiz ki, bizə
gəlib çatanlar bunlardır. Zaman keçdikcə bunların artacağını da
güman edirik.
259
XV əsr qaynaqlarında başqa Ankaralı şairə rast gəlinmir. XVI
yüzillikdə Osmanlı dövlətinin inkişafı ilə paralel olaraq türk
ədəbiyyatında da böyük inkişaf baş vermişdir. Bu yüzillikdə Ankarada
doğulmuş dörd şairlə rastlaşırıq. XVII yüzillikdə isə dövlətin
siyasi sahədəki uyğunsuzluğuna baxmayaraq, türk ədəbiyyatı öz
yüksəlişini davam etdirmişdir. Bu mənzərənin Ankara üçün də eyni
olduğunu söyləyə bilrək. Bu yüzillikdə Ankaradan olan beş şairin
adı daha çox diqqəti çəkir. XVIII yüzildə Osmanlı dövlətində bütün
sahələrdə geriləmə dövrüdür. Bu üzdəndir ki, XVIII əsrdə Ankarada
doğulmuş cəmi bir şairin adı çəkilir. XIX əsrdə Ankaralı dörd şairə
təsadüf edilir. Mənim araşdırmam klassik ədəbiyyat yaradıcılığıyla
bağlı olduğu üçün, tənzimat ədəbiyyatının təmsilçiləri bu yazıdan
kənarda qalıblar.
Ankara ümumilikdə yetişdirdiyi bu on altı şairlə Osmanlı
ərazisində özünə layiqli bir yer tutmuşdur.
235
Bu rəqəmlərlə Ankara Osmanlı dövləti dövründə özünün mühüm
mədəniyyət mərkəzi olduğunu asanlıqla ortaya qoya bilir. Adları
çəkilən bu şairlərin bir qismi Ankaranın qəzalarında, xüsusilə
Ayaşda doğulmuşdur. Bunlar da tədqiqatçılar tərəfi ndən Ankaralı
olaraq qeyd ediliblər. Bu şairlərin həyatlarındakı xarakterik detallara
nəzər salaq. Şübhəsiz, bunların içində tanınmış, özünü təsdiq edərək
şöhrət qazanmış adlar olduğu kimi, adi adlar da vardır. Şairləri əlifba
sırası ilə təqdim edirik:
ƏVDİ. Əsl adı Lütfullahdır. Bəyzadə Dərviş Lütfullah adıyla
tanınan bu şair, Bektaşi təriqətinə aiddir. Ömrünü uzun səyahətlərdə
keçirmişdir. Mənbələr Əcəm və Hindi dolaşdıqdan sonra Kırım
xanı Bahadır Gırayın nədimi olduğunu, 1646-cı ildə Kırımda vəfat
etdiyini bildirirlər.
Dəmi. Həyatı haqqında məlumatlar çox məhduddur. XVII əsrin
ikinci yarısında yaşadığı xəbər verilir. Kafzadə Faizi Ankaralı
olduğunu söyləyərək bir beytini nümunə kimi göstərir. S.Müzhət
Ergün, Dəmi adı altında yazılmış bəzi məcmuələrdə şeirlər tapmışdır.
Ancaq bunun bizim şairimizə aid olub olmaması aydın deyil.
235
Şairlərin şəhərlərə görə bölünməsi ilə əlaqədar olaraq kitabdakı “Osmanlı Kültür
Coğrafyasına Bakışlar” adlı məqaləmizin 171-178. səhifələrinə baxın.
260
ƏSƏD MUXLİS PAŞA. Dövlət adamı və şair Əsəd Paşa
Ayaşlı olub, Ayaş müftisi Həsən Əfəndinin oğludur. İlk təhsilini
Ayaşda almış və müxtəlif məmur idarələrində çalışdıqdan sonra
vəzir rütbəsi ilə Ədirnə valiliyinə təyin edilmişdir. Daha sonra vali
olaraq Ərzurum, Hələb, Dimetoka, Adana, Konya və Diyarbəkirdə
çalışmışdır. Son iş yeri olan Diyarbəkirdə vəfat etmişdir (1851)
Xalq arasında Ayaşlı Müftizadə ləqəbiylə tanınırdı. Əsəd Müxlis
Paşa dövlət adamları içərisində XIX əsrin üzdə olan şairlərindən biri
hesab olunurdu. Şeirləri divan şəklində nəşr olunmuşdur. (İstanbul
1852)
FEYZİ. Bu şair də Ankaralı şairlər içində aydın bir mərtəbəyə
çatmış xüsusi yeri olan adlardandır. Əsl adı Emin olub, Vəliyüddin
Rüşdi Əfəndinin oğludur. Təhsilini tamamladıqdan sonra müxtəlif
təşkilatlarda katiblik etdi.
Həyatı haqında məlumat o qədər də deyil. Bahriyyə məclisi katibi
işləyən zaman 1807-ci ildə vəfat etmişdir.
HATİFİ. Əsl adı Ədürrəhmandır. Mədrəsədə və Malul- Əmir
Əfəndidən dərs alıb. Müxtəlif yerlərdə hakimlik edib. 1562-ci ildə
ölüb. Dövrünün mənbələrində şeirlərindən çevrilmiş nümunələrə
rast gəlinir.
KƏNZİ. Əsl adı Həsən olan Kənzi də Ayaşda doğulub.
Məmləkətində bir müddət təhsil aldıqdan sonra İstanbula gəlmiş,
təsəvvüfə maraq duyaraq Koca Mustafa Paşa Sünbüliyyə dərgahı
Şeyxi Ələddin Əfəndiyə qoşulmuşdur. İrşad vəzifəsi ilə Manisaya
getmiş və həyatının bundan sonrakı hissəsini burada keçirmiş və
burada vəfat etmişdir. (1715) Kənzi mütəsəvvüf, şair və bəstəkar
olaraq dövründə böyük şöhrət qazanmışdır. Notlar, ilahilər
bəstələmiş, musiqi nəzəriyyəsi ilə bağlı kitablar qələmə almışdır.
Təsəvvüfi şeirləri saf və səmimi bir ruhun ehtizazlarının ifadəsidir.
MEYLİ. Əsl adı Zəkəriyyə olub, sayılıb-seçilən Osmanlı
şeyxülislamlarından biridir. 1514-cü ildə bu şəhərdə doğulub və
Bayram Əfəndinin oğludur. İlk təhsilini Ankarada almış, daha sonra
İstanbula gedərək Ərəbzadə və Məlul Əmir əfəndilərdən dərs almış və
təhsilini tamamlayaraq müdərris təyin edilmişdir. Bursadakı Həmzə
bəy mədrəsəsində işləmiş, padşah Sultan Süleymanla birlikdə ordu
261
hakimi olaraq İran səfərində olmuşdur. Bursa, Ədirnə, İstanbul kimi
dövlətin əsas şəhərlərində müdərrislik və hakimlik etmişdir. 1851-
ci ildə Anadolu qaziəsgəri oldu. 1583-də tərxis edildi. Bostanzadə
Məhməd Əfəndinin yerinə şeyxülislam təyin edildi (1592). Bir il iki
ay iki gün Məşhəddə qaldı. Sultan Səlim vaxtında tikdirdiyi Darül-
Hadisin yanında dəfn edilmişdir.
ZƏKƏRİYYƏ ƏFƏNDİ. Böyük alim olmasıyla bərabər,
böyük bir şair kimi də tanınmışdır. Şeirdə Meyli təxəllüsündən
istifadə edirdi. Ərəbcə, farsca, türkcə şeirlər yazmış və bir divan
tərtib etmişdir.
MƏYYAL. Ankarada doğulub, əsl adı Məhəmməddir. Atası,
dövrünün savadlı adamlarından olub. Təhsilini tamamladıqdan sonra
təsəvvüfə maraq göstərib, mövləviliyə qatılmışdır. Məsnəvi şairi
Rüsuxi Dədənin, daha sonra da Adəm Dədənin xidmətində olub.
İstanbulda vəfat edib (1669) və Galata Mövləvixanəsi bağçasında
dəfn edilib. Şair türkcə yazdığı şeirlərində Şəhla təxəllüsündən
istifadə etmişdir. Əlimizdə ancaq farsca yazılmış bir qəzəli vardır.
PƏRTÖV. Əsl adı Mustafadır. Şair Sədullah Əfəndinin oğludur.
Təhsilini tamamladıqdan sonra hakimlik etdi. 1835-də Ankarada
hakimlik vəzifəsinə təyin edildi. Abdulməcid dövrünün (1839-1861)
sonlarında vəfat etmişdir.
RÜSUXİ İSMAİL ANKARAVİ. Mütəsəvvüf, məsnəvi şairi
olan Rüsuxi Ankarada doğulmuş və təhsilinə bu şəhərdə başlamışdır.
Ərəbcə və farscayla birlikdə dövrünün əsas ehtiyac duyulan elmlərini
də öyrənmişdir. Bu arada təsəvvüfə maraq göstərərək, Bayrami
təriqətinə daxil olmuşdur. Təhsilini tamamlayaraq şeyxlik icazəsini
aldı. Mənbələrdə xələfi ndən bəhrələndiyi qeyd olunub. Bir müddət
gözlərini müalicə etdirmək üçün Konyaya getdi. Burada Mövləvi
şeyxi Bostan Dədə ilə tanış oldu və onun dəlaləti ilə Mövləviliyə
bağlandı. Çiləsini tamamladıqdan sona İstanbula gəlib, Galata
Mövləviyyəxanəsinin şeyxi oldu (1610) 1631-ci ildə vəfat etmişdir.
Təsəvvüf tarixi və bütün tarixi sahələrdə də şöhrətli bir şəxs olmaqla
bərabər, İsmail Ankarəvi əsl məsnəvi şərhçisi kimi tanınmışdır. Bu
sahədə göstərdiyi böyük bacarığına görə, “Həzrəti-şərhi” ləqəbini
qazanmışdır. Məsnəvini vəhdəti- vücud baxış bucağıyla şərh etmişdir.
Bu üzdən əsəri ən yaxşı məsnəvi şərhi olaraq qəbul edilmişdir.
262
Rüsuxi kəlməsi əbcəd hesabıyla Galata Mövləviyyəxanəsinin
qurulması tarixinə uyğun gəldiyi üçün, şair tərəfi ndən təxəllüs olaraq
götürülmüşdür. Mənbələrə görə bir divan tərtib edəcək qədər şeiri
var. Lakin bu məlumat olaraq qalmış, şeirləri gəlib bizə çatmamışdır.
Məsnəvi şərhlərindən başqa “Minhacül-füqəra”, “Hisab-i Mevləvi”,
“Zübdətül-füsus”, “İzahül- hikəm”, “Hədis-i ərbəin şərhi”, “Cinahül-
ərvah” əsas əsərləridir.
SƏDULLAH ƏFƏNDİ. Ankaralı şair və musiqişünaslardan biri
də Sədullah Əfəndidir. Ankarada klassik mədəniyyətin banisi sayılan
Hacı Bayram Vəlinin nəslindən olan şair Müdərriszadə Əbdulkərim
Əfəndinin oğludur. Astronomiyanı öyrənmişdi. Şairliyi ilə yanaşı
ustad musiqiçi kimi də tanınırdı. Divanı vardır.
Dostları ilə paylaş: |