Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə21/26
tarix01.12.2016
ölçüsü2,76 Kb.
#537
1   ...   18   19   20   21   22   23   24   25   26

Vəhdəti və Mövləvi şeyxi Yəhya.
Bağdad  əsilli türk şairlərini Məhməd Akkuşun  əsərindən başqa 
tanıdıb üzə çıxaran  şairlər təzkirəsinə rast gəlinmir. Ancaq özü də 
Bağdadlı olan və bu yerin şairi kimi təqdim edilmiş  Əhdinin (v. 
1393) “Gülşəni-şüəra” adlı  təzkirəsi daha çox Bağdadda yetişən 
şairlər haqqında məlumat verən bir qaynaqdır. Belə ki, yalnız 
Əhdinin təzkirəsində yer alan çox saylı türk şairi də onun vasitəsilə 
unudulmaqdan qurtarmışdır. Ayrıca başqa bir təzkirə yazarı Şevkətdə 
də Əhdi qədər olmasa da bu ərazidə yaşayan şairlər haqqında xeyli 
məlumatlar vardır. Bağdad şairləri haqqında fərqli məlumatlar verən 

286
Arif Hikmət təzkirəsini də ( 1835) belə qaynaqlar sırasına  əlavə 
etmək olar. 
(*Yazı ”Yedi İklim” İstanbul 1992, s.2, s.76-78-də dərc olunub).
                     İstifadə edilən ədəbiyyat:
1. 
“Tezkirelere Göre Divan Edebiyatı  İsimler Sözlügü”. 
Ankara, 1988.
“İslam Türk Diyanet Vakfı İslam Ansiklopedisi” ilə “Türk Dili ve 
Edebiyatı  Ansiklopedisi”nin  əlaqədar  maddələri. 

287
MƏDƏNİYYƏT TARİXİMİZDƏ ÜSKÜP VƏ 
ÜSKÜPLÜ DİVAN ŞAİRLƏRİ*
Ş
əhərlər müxtəlif səbəblər üzündən qurulur və inkişaf edirlər. 
Onların bəziləri mədəni yüksəlişlərlə birlikdə inkişaf edərək 
intibah dövrünü yaşayır və növbə ilə gah yüksəliş illərini, gah da eniş 
dövrünü yaşayırlar. Elə şəhərlər də var ki, əlverişli coğrafi  mövqeləri, 
əsasən də yol ayrıcında yerləşməsi onları həmişə gündəmdə saxlayır, 
öz  əhəmiyyətini itirməyə imkan vermir. Belə  şəhərlər həmişə öz 
yüksəlişini qoruyub saxlayırlar. Üsküp də bu ikinci qrupa daxil olan 
ən xarakterik şəhərlərdən biridir. Roma, Bizans və Slav idarəçiliyi 
zamanında da Üsküp iqtisadi, siyasi və  mədəni mərkəz olaraq 
tanınmışdır. Şübhəsiz ki, bunda şəhərin Balkan yarımadasının düz 
ortasında yerləşməsi və yolların kəsişmə nöqtəsində mövcud olması  
böyük rol oynamışdır.
1392-ci ildə İldırım Bəyazid dövründən türk hakimiyyətinə daxil 
olan Üsküp bu tarixdən Bosniyanın işğalına qədər uçbəylərinin 
idarəetmə mərkəzi, XV əsrin ortalarından etibarən isə sancaq olaraq 
ölkənin idarə  mərkəzi oldu. Fəth edildikdən sonra Anadoludan 
gətirilən ailələrlə  qısa bir müddət  ərzində müsəlman-türk 
xüsusiyyətlərini özündə  cəmləşdirərək bir şəhər formasına düşən 
Üsküp malik olduğu çoxsaylı cami, məscid, mədrəsə və təkkələri ilə 
bir mədəniyyət mərkəzinə də çevrilmişdi.
Osmanlı dövlətində  mədəni həyatın inkişafında mədrəsə  və 
təkkələrin yeri çox böyükdür. Fateh Sultan Məhməd  İstanbulu 
fəth etdikdən sonra burada çox böyük bir məscid inşa etdirmiş 
və ondan sonra gələn padşahlar da bu işi davam etdirərək burada 
çoxlu sayda məscid və mədrəsələr tikdirmişlər. Bu çoxsaylı məscid 
və  mədrəsələr kənar və dağınıq  şəhərlərdə olan əsas mədəniyyət 
sahələrini özlərində  cəmləşdirərək mənsub olduqları  şəhərləri 
böyük mədəniyyət mərkəzlərinə çevirdilər. Üsküp də Diyarbəkir, 
Bağdad, Bursa, Ədirnə, Qahirə, Ərzurum və Saraybosna kimi belə 
mərkəzlərdən biri idi. Övliya Çələbinin faktlarına görə Üsküpdə
onun ziyarət etdiyi vaxtlarda 120 cami və  məscid, 6 mədərəsə, 

288
70 məktəb və 20 təkkə var idi
238
. Bu baxımdan şəhər türk elmi və 
mədəniyyətinə çox qiymətli adlar əlavə etmişdir. 
Bu yazının məqsədi yalnız  şairlər təzkirələrinə daxil olan 
şairlərdən söz açaraq şəhərin mədəniyyət mərkəzləri sırasında 
olan yerini müəyyənləşdirib göstərmək,
239
 bu şairlər haqqında qısa 
məlumatlar verməkdir
240
. Təzkirələrin araşdırılması nəticəsində əldə 
olunan rəqəmlərə görə Türkiyə ədəbiyyatına şair vermiş on mərkəzin 
sıralanması aşağıdakı kimidir:
İstanbul 609, Bursa 156, Ədirnə 69, Konya 50, Diyarbəkir 40, 
Kastamonu 36, Bağdad 35, Gelibolu 30, Kütahya 24, Bosniya 26, 
Anter 26, Buxara 26, Serez 21, Manisa 20, Vardar Yenicesi 20; Bolu 
19, İsparta 19, Üsküp 19, Amasya 17, Aydın 17, Manastır 17, Rumeli 
17, Ərzurum 16, Filibə 16, Selanik 16, Sofya 16, Ankara 15, Trabzon 
15, Tokat 14, Belqrad 11, İznik 11, Kayseri 11. 
Yuxarıdakı sıralamadan görünür ki, Üsküp yetişdirdiyi şairlərlə, 
Türkiyənin mədəniyyət mərkəzləri sırasında on altıncı yerdədir. 
Sözsüz ki, bu sıra çox yüksək bir yerdir. Dövlətin Anadoluda 
yerləşən bir çox önəmli mədəniyyət mərkəzlərindən öndə olan bir 
yerdə yerləşən Üsküpün mədəni inkişafı göz qabağındadır. Xüsusilə 
də, XVI əsrin sonuna qədər olan dövr üçün müqayisə aparılarsa, 
Üsküp  İstanbul, Bursa, Ədirnə, Konya və Kastamonudan sonra 
altıncı yerdə qərar tutacaqdır
241
.
Mədəni inkişaf həmişə siyasi inkişafı bəlli bir məsafə ilə izləyərək 
təqib edir. Üsküp 1392-ci ildə türk idarəçiliyinə qatılmış  olmasına 
baxmayaraq, burada doğulmuş bir şairdən bəhs edən qaynaqlar daha 
gec bir tarixi göstərirlər. Qaynaqlarda göstərilən ilk Üsküplü şair 
Zaridir. Qoca Həsənzadə adı ilə tanınan bu şair II Bəyazid (v. 1512) 
238
 “Üsküp” İslam Ensiklopediyası, C.13, s.122-127; Pars Tuğlacı “Osmanlı Şehirleri”, 
İstanbul, 1985, s.402.
239
 Mustafa İsen, “Tezkirelerin İşığında Divan Edebiyatına Bakışlar: I.Osmanlı Kültür 
Coğrafyasına Bakış”, V. Millətlərarası Türkoloji Konqres, məruzələr, İstanbul 1985, 
s.145-152.
240
 
 “Tezkirelere Göre Dîvân Edebiyatı İsimler Sözlügü” Ankara, 1988.
241
 Mövzuyla bağlı  bu kitabdakı “Osmanlı Kültür Coğrafyasına Bakışlar” adlı 
məqaləmizin 171-178 səhifələrinə baxın.

289
dövründə vəfat etmişdir. Bu nöqtədən yanaşsaq, deyə bilərik ki, o, 
XV əsrin ikinci yarısında yaşamışdır. Qaynaqların həyatı haqqında 
başqa bir məlumat vermədiyi Zari, öz dövrünün ən tanınmış 
şairlərindən olmuş Nəcatinin (v. 1508) şeirlərinə nəzirələr yazarmış. 
Həmin nəzirələrdən bir nümunəyə nəzər salaq:
Kemeri koçmağa ol sim-beri döne döne
Dermiyan etti nice sim ü zeri döne döne
Sözsüz ki, Zaridən  əvvəl də bu ərazidə  şifahi xalq ədəbiyyatı 
təmsilçiləri var idi. Lakin təzkirəçilər daha ciddi görünmək üçün 
birbaşa divan şairlərinə yer vermişlər ki, bunların da ilk nümayəndəsi 
Zari olmuşdur. 
Zaridən sonra bu torpaqlar böyük səxavətlə  şairlər yetişdirərək 
türk mədəniyyəti mozaikasına müxtəlif rənglər qatmışlar. Mən bu 
şairlərin adını xronoloji şəkildə deyil, əlifba sırası ilə verəcəyəm. Bu 
sırada birinci yerdə yerləşən  şairin adı Atadır.
Üsküpdə anadan olan ATA mütəsəvvüf  Əhməd Yasəvinin 
nəslindəndir. Təhsilini yarıda buraxaraq təsəvvüfə meyl etmiş  və 
nəqşibəndi təriqətinə qoşulmuşdur. Yavuz Sultan Səlim (v.1520) 
dövründə ölən şairin divanı və “Töhfətül-üşşaq” adlı bir əsəri vardır. 
Üsküpdə yetişmiş ən şöhrətli şairlərdən biri İshaq Çələbinin yaxın 
dostu olan DÜRRİ isə pula-paraya dəyər verməyən,  şeirlərində 
dünyanı boş saymağı tövsiyə edən bir şairdir.  Şeirindən bir nümunə:
Ne bilsin lezzet-i fakr u fenayu mal u can ehli
Bu zevki  gel kanaat  kuşesinde merd-i Haktan sor
“Fəqirliyin və yoxsulluğun dadını zəngin olanlar nə bilirlər, sən 
gəl bu zövqü qənaət guşəsində oturan haqq ərlərindən soruş.”
Əsl adı Yusif olan FƏNNİ, həddi buluğa çatdıqdan sonra təhsil 
almaq üçün İstanbula gəlmişdir.  Şeyxülislam Yəhya  Əfəndidən 
(v.1644) dərs alırdı. Müdərrislik və hakimlik edib. Hakimlik etdiyi 
yerlər sırasında Məkkə və Mədinə də vardır. 1666-cı ildə ölmüşdür. 

290
XAKİ də II Bəyazid dövründə yaşamış şairlərdəndir. Əsl adı Yusif 
olan bu şair bir az da dəli-dolu bir adam olmuşdu. Farsca və türkcə 
şeirlər yazan Xakı, yazdıqlarını dövrün tənqidçilərinə  bəyəndirə 
bilməmişdir. Bir nümunə:
Nola cellad ise gamzen esirgemez mi insanı
Esirger göricek kafi r gariplikde müselmanı
“Kafi r  belə bir kimsəsiz müsəlman görsə, onu qoruyar, sənin 
baxışın cəlladsa da bir insanı qoruya bilməzmi?”
Hərracçı Hüsam ləqəbiylə tanınan FƏRİDİ isə divan katibliyiylə 
özünü dolandırmışdı. Sonralar Ədirnə darül-hədisinə təyin olundu. 
Yavuz Sultan Səlim dövründə  vəfat etmişdir. Məzarı  Ədirnə 
şəhərindədir. Qaynaqlar şeirlərini tərifl əməklə, özünün kübar bir 
şəxs olduğu məlumatını verirlər. 
Qırmızı üzlü adam olduğu üçün ləl kəlməsini təxəllüs olaraq 
götürən başqa bir Üsküplü şair LƏLİ təhsilini yarımçıq buraxmışdır. 
II Bəyazidin karvanlarını yolda itirərək Cəm ilə birlikdə Avropaya 
getmişdir.. Qaynaqlar şeirlərində çoxlu xalq deyimlərinə yer 
verdiyini bildirirlər.
İshaq Çələbinin şagirdi olan və ömrünün sonuna qədər Çələbinin 
yanından ayrılmayan  HƏMDƏMİ    də Üsküpün yetişdirdiyi 
şairlərdəndir. Çələbinin ölümündən sonra katib işləmiş  və  bəzi 
dövlət adamalrına müsahiblik etmişdir. Vodinə  qəsəbəsinə  gələrək 
orada vəfat etmişdir.
HƏVƏSİ  də  İshak Çələbinin yaxın dostu və müasiri olan 
şairlərdəndir. Qaynaqların məlumatına görə   xoş xasiyyətli bir adam 
olmuşdur. 
Məlum olduğu kimi, Üsküpdə yaşayan şairlərdən ən çox tanınan və 
şöhrət qazananı İSHAK ÇƏLƏBİ idi. On altıncı əsrin tanınmış elm 
adamı və şairi İshak Çələbi 1464-cü ildə Üsküpdə anadan olmuşdur. 
Qılınc düzəldən bir dəmirçinin oğlu olduğundan, Qılınczadə 
ləqəbiylə tanınmışdır. Atasının adı İbrahim idi. Ishak Çələbi gözəl 
bir təhsil alaraq Qara Balıdan dərs aldı. Təhsil sahəsinə üz tutaraq 
Ədirnə, Serez, Üsküp, Bursa Kaplıca,  İznik Orxaniyyə,  Ədirnə 

291
Darül-hədis və nəhayət Səhndə müdərris oldu. Ancaq son vəzifəsi 
zamanı Yeganzadə Sinan Çələbi ilə yola getməyərək müdərrislikdən 
ayrılıb  Şama hakim təyin edildi. Bu sənətə başlayarkən “Artıq 
ölümlü olduq” deyərək dostlarıyla halallaşdı. Belə bir psixoloji 
vəziyyətdə yola çıxan İshak, Şamda vəfat etmişdir. Qaynaqlar onun 
öz ölüm tarixini də əvvəldən müəyyənləşdirdiyi  bu beyt vasitəsilə 
aşkara çıxarırlar:
Gelicek halet-i neza dedi tarihini İshak 
Yöneldim canib-i-Hakka başı açık yalın ayak
Şair öz vəsiyyəti ilə  Şamdakı Kubur-ı Salihin məzarlığında 
torpağa tapşırılmışdır. Ishak Çələbinin divanı, bir müddət yanında 
müsahiblik etdiyi Yavuz Sultan Səlimin fəthlərindən bəhs edən 
“Səlimnamə”si və “Risalei- imtihaniyyə” si  vardır. 
Həyatı haqqında verilən məlumatlara görə  Çələbi elmli, nəcib 
və  zərif bir adam olmuşdur. Eyni zamanda, belə bilikli və yüksək 
mövqeli olmasına baxmayaraq, sakit xasiyyətli biri idi. Xüsusilə 
həyatının  Şamda keçən illərinə  qədər olan dövrü tam bir didərgin 
yaşayışıdır. Bu üzdən o, xərabat  şairləri arasında ilk ağlagələn bir 
şairdir. Şeirləri öz dövründə və ondan sonrakı illərdə kef və məclis 
adamları  tərəfi ndən çox sevilər, çox zaman əyləncə  və zövq-səfa 
məclislərində təkrar-təkrar oxunar, insanlara    zövq verərdi. Yazdığı 
şeirlərdə öz həyatını  əks etdirdiyi üçün, şerləri vasitəsilə yaşadığı 
dövrün adamlarının zövqləri və yaşam tərzləri ilə tanış olmaq 
mümkündür.  İshak Çələbi köhnə  ədəbiyyatımızda xüsusi   yer 
tutmuş  nəzm növlərindən biri olan tarix  sahəsində də önəmli yerə 
malikdir.
242
Izarı bir qədər sonra söz açacaımız Özrinin kiçik qardaşıdır. 
Təhsil aldığı vaxtlarda, gənc yaşlarındaykən vəfat etdi. 
Miriyi- Rumi  ləqəbiylə tanınan Miri, Qanuni Sultan Süleyman 
dövrü şairlərindəndir. Həyatını səyahətlərdə keçirən şair farscadan 
türkcəyə  şeirlər də çevirmişdir. Xüsusilə  Səlman və  Xəyyamın 
rübailərini türkcəyə çevirmişdir.
242
 Məhməd Çavuşoğlu, “Üsküplü İshak Çelebi Dîvânı” İstanbul, 1990.

292
Qaynaqlardan bəzilərinin Üsküplü, bəzilərinin isə Kalkandərəli 
kimi təqdim etdikləri  Muıdı Türkiyənin tanınmış  xəmsə 
şairlərindəndir. Məlum olduğu kimi Xəmsə beş müxtəlif poemanın 
bir yerə toplanmasıyla yaranan əsərə deyilir. Əsl adı  Məhməd 
olan  şair, mədrəsə  təhsili görərək Qəzasgər Mirim Çələbidən dərs 
almışdır. Daha sonra təhsilini buraxıb həccə getdi. Qayıtdığı zaman 
Misirə gedərək beytül-mal katibliyinə keçdi. Orada vəfat etmişdir. 
XVI yüzilin öndə gedən şairlərindən olan Muidinin “Vamıq u Əzra”, 
“Şəmü Pərvanə”, Gül ü Novruz”, “Xosrov və  Şirin”  əsərləri və 
divanı vardır.
Benli Məmi ləqəbiylə tanınan Nami də XVI yüzillikdə yaşamış 
Üsküplü  şairlərdən biridir. Nami təhsilini tamamladıqdan sonra 
hakimlik edərək ömrünü sürmüşdür. Həsən Çələbi  şairin doğum 
yerini “ab u havası makbul u mergub olan medine-i bediul- üslup 
şehr-i Üsküptendir” şəklində şəhəri öyən vəsfl ərlə təsvir edir. 
Şipahi şairlərindən olan Niyazi bir qədər sonra təqdim edəcəyimiz 
Riyazinin dostudur. Niyazinin özünü daha çox təsdiq etdiyi sahə 
musiqidir. 
Özri (v.1523) Qaraca Həsən adlı birinin oğludur.  Şair  İzarinin 
qardaşıdır. Ataları Üsküp qazisi idi. Özrinin bir ayağı topal olduğu 
üçün bu təxəllüsü götürmüşdür.
Əsl adı  Məhməd olan Riyazi  (v.1546) farsca bilirdi.Təhsilini 
tamamlayan zaman, gənc yaşında vəfat etdi.Cinasları ilə məşhur idi.
Əsl adı Məhməd olan Sehri Ədirnə və İstanbulda hakimlik edərək 
ömür sürmüşdür. Elmli bir adam olmuşdur.
VALİHİnin  əsl adı  Əhməddir (v. 1599). Ədirnədə Sultan 
Bəyazidin mədrəsəsində  təhsil alıb.  Əxizadə  Məhməd Çələbidən 
dərs almışdır. Təsəvvüfə marağı olduğundan bu sahədə yazılmış olan 
əsərləri araşdırmış və bu mövzuda olan geniş məlumatıyla diqqəti 
çəkmişdir. Divanı vardır. 
Əsl adı Məhməd olan VÜSULİ (v. 1592) Üsküplü Əbdi Ağanın 
oğludur. Anadolu qaziəsgəri Məhməd Çələbidən dərs almışdır. 
İstanbulda müdərrislik etdi. Daha sonra Konya və  İstanbulda 
hakimlik etdi. Qaziəsgər təyin edildi. Imam Tartuşinin “Siracül-
vəhhac” adlı əsərini böyük sənətkarlıqla türkcəyə çevirmişdir.

293
Üsküp qısaca bioqrafi yaları verilmiş 19 şairlə, göründüyü kimi 
Bolu və İspartayla birlikdə Osmanlı mədəniyyətində on altıncı sırada 
yer almışdır. Yalnız bunu yenidən vurğulamaq gərəkdir ki, burada 
adı  çəkilənlər ancaq divan ədəbiyyatına aid olan və  təzkirələrdə 
təqdim olunan şairlərdir.  Şübhəsiz, xalq ədəbiyyatı  və  təkkə 
ədəbiyyatı yaradıcılarıyla bu siyahı çox geniş olacaqdır.  Əlimizdə 
bu mövzu üzrə  şəhərləri araşdıran  əsərlər çox az saydadır.  Şevkət 
Bəysənoğlunun Diyarbəkir üçün apardığı belə bir araşdırmaya 
paralel olaraq bunları söyləmək istəyirəm. Təzkirələrə daxil edilmiş 
Diyarbəkir şairlərinin sayı qırxdır. Ancaq Beysanoğlu cümhuriyyət 
dövrünə  qədər olan müddət  ərzində bu sayı iki yüzə çatdırmışdır. 
Buradan hərəkət edərək müqayisə aparmış olsaq, o zaman Üsküplü 
şairlərin sayı ən azı yüz nəfərə çatmalıdır.
Bu yazıda yalnız öz kökü ilə Üsküpdən olan şairlərə yer 
verilmişdir. Aşıq Çələbi kimi Üsküpdə doğulmayan, amma bütün 
həyatını bu şəhərdə keçirən, əsərlərini burada qələmə alan və burada 
vəfat edən şairlər bu sıraya əlavə edilərsə şübhəsiz ki, bu rəqəm daha 
artmış olar. 
Bunu da bildirmək faydalıdır ki, buradakı divan şairlərinə də ötəri 
bir nəzər salınmışdır. Belə götürsək, onların hər birinin üzərində 
kifayət qədər dayanmaq, həyatları  və  əsərlərini elmi şəkildə 
araşdırıb təhlil etmək də mümkündür. Lakin bu zaman artıq mövzu 
bu yazının nəzərdə tutulmuş mətninin sərhədlərini xeyli aşaraqbaşqa  
bir səmtə yönəlmiş olardı. Biz burada Üsküplü şairləri birlikdə 
qiymətləndirərək, bu şəhərin mədəni dəyərlərini o biri şəhərlərlə 
müqayisə edib, onun mədəniyyət tarixindəki yerini oxuculara təqdim 
etmək istədik.
 Üskup bu gün də bu milli dəyərlərinə görə mədəniyyət mərkəzi 
olmaq statusunu qoruyub saxlamışdır. Şəhər  Makedonya, eləcə də 
bütün Yuqoslaviyada mövcud olan türk millətinin nümayəndələri 
üçün  yenə də əhəmiyyətli bir mərkəz olaraq qalır. Bir çox Üsküplü 
çağdaş türk şairi bu gün də ədəbiyyatımızı zənginləşdirməkdə davam 
edirlər. 
Yazını Üsküpün yetişdirmiş olduğu ən tanınmış divan şairi İshak 
Çələbinin bir qəzəliylə yekunlaşdırıram:

294
1). Diyar-ı gürbete düştük dedik gerçi sana yahu
     Sakın devletli başınçün unutma ben kulun yahu 
2). Tarik-i aşkını gerçi be- gayet pür-hatar derler
      Refi k olursa tevfi kin bana bu yolda ne korhu
3). Koma gam gerdini dilde safayı-hatır istersen
      Kuduretten  beri olmaz yolun pak etmeyince su
4). Beni bir vech ile bidar ediptir halet-i-aşkın
     Düşüm gibi gelir oldu kaçan fi kr eylesem uyhu
5). Seraser alemin halkın helak etmek mi istersin
     Behey zalim behey kafi r nedir bu çeşm ü bu ebru
6). Miyanınla dehanınçün dil ü can cenge düşmüştür
     Heman yok yere gavgadır ne ol var ortada ne bu
7). Beğim mahbuba can verir sözüne bakma İshakın
     Ne var halt-ı kelam etse aceb mi ölecek sayru
1. Gerçək, qürbət əlinə düşüncə sənə Allaha tapşırdıq dedik: 
dövlətli sevgilim, başın üçün əsla məni unutma.
2. Eşq yolunun təhlükəli olduğunu söylərlər. Bu yolda sənin 
yardımın mənimlə olarsa, qorxu nədir bilmərəm.
3. Xoşbəxt olmaq istəsən könlündən qəm tozunu sil, çünki su 
yolu təmizlənməzsə, bulanıqlıqdan qurtarmaz.
4. Eşqinin sıxıntısı  məni elə yuxusuz qoydu ki, bu yuxunu 
düşünmək mənə yuxu kimi gəldi.
5. 
Ey zalim, ey kafi r, bu gözlər və qaşlar nədir belə, dünyadakı 
bütün insanları qətlə yetirməkmi istəyirsən?

295
6. Belin 
və  ağzın  üçün can və könül müdhiş bir savaşa 
girişmişlər, ancaq bu davanı nahaq edirlər, ortada nə o var, nə bu.
(Divan  şeirində bel qıl kimi incə, ağız isə nöqtə qədər kiçik təsvir 
edilir. Şair kiçik olduqlarını düşünərək onları yox hesab edir)
7. Bəyim İshakın sözlərinə fi kir vermə, çünki o sevgilisi üçün 
can verməkdədir, öləcək xəstənin cəfəng sayıqlamalarına çaşılarmı 
heç.
               
(*Yazı “Türk Yurdu”jurnalı,  Ankara 1990, s.32, s.54-57-də  dərc 
olunub).
                           İstifadə olunan ədəbiyyat:
1.  “Tezkirelere Göre Divan Edebiyatı  İsimler Sözlügü” Ankara, 
1988.
2. “İslam Türk Diyanet Vakfı İslam Ansiklopedileri” ilə “Türk Dili 
ve Edebiyat Ansiklopedisi”nin əlaqədar  maddələri. 

296
ƏDƏBİYYAT TARİXİNDƏ PRİŞTİNƏ VƏ 
BURADA DOĞULMUŞ  DİVAN ŞAİRLƏRİ*
T
arix boyunca müxtəlif quruluşların  idarəçiliyində qalan 
Pristina M.Ə. 168-ci ildə, Makedoniya səfəri zamanı 
Romalılar tərəfi ndən Vicianum adlı  bir qonaq mərkəzi olaraq inşa 
edilmiş, IX yüzillikdə isə bugünkü adını almışdır. Bir müddət Serb 
Krallığının mərkəzi olan bu şəhər 1.Kosova müharibəsindən (1389) 
sonra türklərin  əlinə keçmişsə  də, Osmanlı dövlətinin tabeliyinə 
keçən Serb Krallığına verilmişdir. Musa Çələbi Priştinənı 1412-ci 
ildə Osmanlı torpaqlarına qatmışsa da, dövlətin daxilində olan problər 
üzündən şəhər təkrar Serb Krallığına tabe edilmişdir. Bunun nəticəsi 
olaraq Priştinənın 80 km cənub şərqində olan Üsküp, bir Osmanlı 
torpağı olaraq getdikcə inkişaf etdi və Priştinənin yerinə bu bölgənin 
idarəçilik, mədəniyyət və  hərbi mərkəzi oldu. Ancaq Priştinə II 
Murad tərəfi ndən 1439-cu ildəki hərəkat zamanı  bir daha Osmanlı 
tabeliyinə keçmişdir. Beləliklə  də,  şəhər Rumeli bəylərbəyliyini 
təşkil edən beş əyalətdən biri oldu. Bu tarixdən etibarən 1689-cu ilə 
qədər öz stabilliyini saxlayan Priştinə idarəetmə  mərkəzi ilə yanaşı, 
bir elm və  mədəniyyət mərkəzi olaraq türk mədəniyyətinə böyük 
töhfələr vermişdir. 1689-cu ildəki Avstriya ordularının Balkanlardakı 
yürüşləri zamanı şəhər qısa bir müddət ərzində türk tabeçiliyindən 
çıxmışsa da, Səlim Giray tərəfi ndən təkrar geri alınmışdır. 1717-
ci ildə buna bənzər işğal Avlonyalı Mustafa Paşa tərəfi ndən 
gerçəkləşdirildi. Priştinə II Murad dövründə parçalanan Rumeli 
bəylərbəyliyindən sonra qurulan beş  əyalətdən  biri olan Kosova 
əyalətinə  mərkəz oldusa da, sonradan bu mərkəzçilik də Üsküpün 
əlinə keçdi. Osmanlı dövlətinin son illərində, bütün Balkanlar kimi 
Priştinə  və onun ətraf  əraziləri də çoxlu sayda işğal və basqınlara 
məruz qalmışdır. 2 oktyabr 1912-ci il tarixində Serb ordusunun 
şəhərə girməsi ilə 500 illik türk tabeçiliyi sona yetdi.
Şəhər türk tabeçiliyinin bu uzun sürən zamanında çoxlu sayda 
mədəniyyət mərkəzləriylə əhatə olunmuşdur. Bunlar əsasən camilər, 
mədrəsələr və  təkkələrdən ibarətdir.  Şairlərin həyatları haqqında 

297
məlumatlar verən  şairlər təzkirələrindən öyrəndiklərimizə görə 
Priştinə Osmanlı hakimiyyəti üçün katib yetişdirən bir bölgəymiş. 
Özü də Priştinədə doğulmuş, ömrünün əsas hissəsini orada keçirmiş 
və Üsküpdə vəfat etmiş (v. 1572) olan Aşıq Çələbi Nehari haqqında 
məlumat verərkən bu şəkildə  nəql edirdi: “Mövludi Rumelində 
Prizrendir. Qəsəbəyi Rumelində sərvü əməni- mərifət olan haqdan 
və mənbəyi- kuyi- nəzmü nəsr olan gülüstan olmaqla məşhur Sehri- 
şöhrəti ayindir. Rəvayət olunur ki, Prizrendə oğlan doğulan zaman 
adından  əvvəl təxəllüsünü qoyurmuşlar. Yenicədə doğulan oğlan 
ata deyən zaman Farısı söylər, Pristinədə  oğlan doğulanda dividi  
belində doğulur deyirlər. Binayi qədimdən Prizren şairlər diyarı  və 
Yenicə Farisı ocağı,  Priştinə isə katib mənbəyidir.”
243
Doğrudan da, təzkirələrin anlatdığı Priştinli  şairlərin həyatları 
haqqında məlumatlara baxıldıqda aydın olur ki, onların demək 
olar ki, hamısı katibliklə məşğul olublar. Katiblik divan şairlərinin 
hakimlik və müdərrislikdən sonra ən çox meyl etdikləri üçüncü sənət 
növüdür. Təzkirələrə daxil olan 3182 divan şairinin yüzdə 12-sinin 
sənəti katiblikdir
244
.
Osmanlı dövrünün türk şairlərinin həyat və yaradıcılıqları 
haqqında məlumat verən mənbələrə şairlər təzkirəsi adını vermişdik. 
Anadoluda meydana gələn otuz bir təzkirədə altı Priştinli  şairdən 
söz açılır
245
. Bu saydan hərəkət edərək şəhər üçün bunları söyləyə 
bilərik. Bu görüntüsüylə Priştinə dövləti Ədirnə, Saraybosna, Serez, 
Vardar Yenicesi, Üsküp, Manastır, Filibə, Selanik, Sofya və Belqrad 
kimi birinci dərəcəyə aid edilən mədəniyyət mərkəzlərinin ardınca 
özünəməxsus bir şair nümayəndələriylə  təmsil olunmaqdadır. 
Bölgənin yetişdirdiyi ilk şair Məsihidir. Əsl adı İsa olan şair, gənc 
yaşlarında təhsil alaraq İstanbula gəlmiş  və  həyatının bir hissəsini 
burada keçirmişdir. Onun təhsili haqqında da əlimizdə tam məlumat 
243
 Aşıq Çələbi, “Meşâirü′ş-şuarâ”, Üniversitet Ktb, 2406 141a.
244
 Bkz. Bu kitabdakı “Dîvân Şâirlerinin Mesleki Konumlar” adlı məqaləmizin 194-199 
səhifələrinə baxın. 
245
 Osmanlı şəhərlərinin şair potansiyalı üçün bu kitabdaki “Osmanlı Kültür Coğrafyasına 
Bakışlar” adlı məqaləmizin 171-178 səhifələrinə baxın. 

298
yoxdur. Belə söyləyirlər ki, Məsihi təhsilini yarıda buraxmış və xətt 
sənətinə meyl edərək gözəl yazı yazmağı ilə diqqəti cəlb etmişdir. Bu 
bacarığı ilə Xadim Əli Paşanın (v. 1511) diqqətini çəkərək ona divan 
katibi olmuşdur. Bir müddət çox yaxşı gedən işləri Paşanın ölümüylə 
öz məcrasından çıxmış və ömrünü Bosniyada ona verilən kiçik bir 
təzminatla başa vurmuşdur. 1512-ci ildə burada vəfat etmişdir. Öz 
zövqü ilə və öz istədiyi kimi sərbəst yaşamağı üstünlük verən Məsihi 
bir sənət adamı kimi, ancaq Əli Paşanın yanında davam gətirib işləyə 
bilmiş, onun etibarını qazanmışdır. Başqa dövlət adamları onun bu 
kaprizlərini qəbul edə bilməmişdilər və bu üzdən də həyatının son 
illəri sıxıntı içində keçmişdir.
Mənbələr Məsihinin XV yüzilliyin sonu və XVI yüzilliyin 
əvvəllərində şeir tariximizi ən dəyərli adlarından biri olduğunu təsdiq 
edirlər. Divan şeiri bu illərdə formalaşmağa başlamışdır. Məsihi də 
Əhməd Paşa, Nəcati,  Şeyxi və Zati ilə birlikdə bu formalaşmanın 
müəllifl ərindəndir.
Şair şeirlərini divanda toplamışdır. Bunların arasında Əli Paşaya 
həsr etdiyi nəzirə ilə “Bahariyyə”si məşhurdur. Demək olar ki, türk 
dilindən dünya dillərinə ən çox tərcümə edilmiş şeir “Bahariyyə”dir. 
Hələ 1774-cü ildə ingiliscəyə çevrilmiş, sonra İtalyanca, fransızca, 
rusca, almanca, serbcə  və arnavutca çevrilərək nəşr olunmuşdur.
Bundan başqa, bir şəhr-əngizi də vardır. Bildiyimiz kimi şərh-əngiz 
bir  şəhərin gözəllərindən və gözəlliklərindən bəhs edən məsnəvi 
tərzində yazılmış şeirlərə deyilir. Klassik  ədəbiyyatın bir çox növ və 
formasından fərqli olaraq şəhr-əngiz ədəbiyyat tarixinə bizim əlavə 
etdiyimiz bir növdür. Bu ona olan məlumatımıza görə bu növün ilk 
nümunəsini yazan şair Məsihidir. Amma bu şəhr-əngiz Priştinaya 
həsr olunmayıb, o dövrdə ən gözəl şəhərlərdən olan Ədirnəyə həsr 
olunmuşdur. Məsihidən sonra bu növ başqa  şairlər tərəfi ndən də 
sevilmiş və ayrı-ayrı şəhərlərə  həsr edilmişdir.
Məsihidən sonra Priştina XVI yüzillikdə klassik şeirdə üç 
qardaş şairlə təmsil olunmuşdur. Bunlar Əzmi, Lövhi və Nuhidir
Əfsuslar ki, bu qardaş şairlərin həyatları haqqında əlimizdə xüsusi 
bilgilər yoxdur. Adda-budda olan məlumatlar isə belədir:  əsl adı 
Əhməd olan Nuhi təhsilini tamamladıqdan sonra İstanbula gəlib, 

299
dövlət adamlarının yanında katiblik etmişdir. Daha sonra xəzinədar 
Davud Paşanın yardımıyla divan katibliyinə yüksəlmişdir. Dövrün 
padşahı Qanuni Sultan Süleymanın maraq və hörmətini qazanmış və 
Manisada  vali olan şahzadə Məhmədə sirr katibi təyin edilmişdir. 
Şahzadənin gənc yaşda ölümü ilə əlaqədar İstanbulda vəzifəyə təyin 
olunmuşdur. Qanuninin Van səfərinə qoşulmuş və bu zaman Vanda 
vəfat etmişdir. Qaynaqlar tiryək düşgünü olduğundan söz edirlər. 
Ölümünün də bu üzdən olduğu  bu əsərlərdən aydın olur. Şairin 
özündən sonra qalan əsəri yoxdur. Sadəcə qaynaqlarda bir neçə beyti 
nümunə olaraq verilmişdir.
Lövhi isə qardaşının  əksinə olan bir həyat tərzi keçirmişdir. 
Mükəmməl bir mədrəsə təhsili aldıqdan sonra təsəvvüfə meyl etmiş 
və öz dövrünün tanınmış loğmanı  Mərkəz  Əfəndiyə qoşulmuşdur. 
Onun da şeirləri bir divana toplanmamışdır. Əlimizdə ancaq nümunə 
kimi tək beytləri vardır.
Qardaş  şairlərin üçüncüsü olan Əzminin  əsl adı Mustafadır. 
Ağabəyi Nuhi tərəfi ndən yetişdirilmiş və o da Şahzadə Mustafanın 
maliyyə işlərində işləmiş, sonra İstanbula gəlmişdir. Həyatının son 
illərində  ağlını itirmiş  və  sərgərdan  şəkildə yaşamışdır. O da öz 
şeirlərini kitab halına sala bilməmişdir.
Mustafa Çələbi də XVI yüzillikdə yaşamış və katiblik etmişdir. 
Qanuni dövründə yaşamışdır. Get-gedə öz sənətində yüksəlmiş  və 
dəftərdar işləmişdir. Və bu vəzifədə ikən vəfat etmişdir. “Mehrü 
vəfa” adlı bir məsnəvisi vardır. 
Bu yüzildə yaşamış başqa şair də Hatifıdır. Aşıq Çələbiyə görə, 
təzkirənin yazıldığı 1566-cı ildə böyük ümidlər verən bir şairmiş. 
Həyatı haqqında verilən qısa məlumatları doğrultmadığı, ya da gənc 
yaşlarında öldüyü üçün sonrakı təzkirələrdə ona yer verilməmişdir.
Maraqlıdır ki, XVII, XVIII  hətta XIX yüzilliyin qaynaqları 
Priştinəli  şairlərdən söz açmırlar. Tənzimatdan sonrakı illərə 
görə daha çox genişlənən imkanlara görə daha bir dəfə inkişaf 
edən Rumelidəki mədəni həyat da Priştinəyə yeni şair adlar 
qazandırmamışdır. Məsələn, nə Fatin təzkirəsində, nə  də ki, “Son 
Əsr türk Şairləri”ndə bu şəhərdən olan bir şairə rast gəlinmir. Bunu 
bəlkə də, başqa Rumeli şəhərləri ilə birlikdə izah etmək gərəkdir. 

300
Rumelidə siyasi tarix baxımından olduğu kimi mədəniyyət 
tarixində də XVII yüzildən etibarən, bir neçə şəhər istisna olmaqla,  
geriləmə dövrü müşahidə olunur. Bu uğursuzluq  şübhəsiz ki, 
Priştinəyə  də öz təsirini göstərmişdir. Priştinə  1950-ci illərdən 
etibarən yenidən gündəmə gələrək  xüsusilə “Tan” qəzeti, “Çevrən” 
və “Quş” jurnallarıyla və yetişdirdiyi şairlərlə birlikdə türk dili və 
ədəbiyyatına  böyük dəyərlər qazandırmışdır.
                  
(*Yazı “Tan” qəzetinin 8.1. 1992 tarixli nömrəsində dərc olunub).
  
                  İstifadə olunan ədəbiyyat:
1.  “Tezkirelere Göre Divan Edebiyatı  İsimler Sözlügü”. Ankara, 
1988.
“İslam Türk Diyanet Vakfı İslam Ansiklopedileri”  ilə “Türk Dili 
ve Edebiyat Ansiklopedisi”nin əlaqədar   maddələri. 

301
Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin