Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə23/26
tarix01.12.2016
ölçüsü2,76 Kb.
#537
1   ...   18   19   20   21   22   23   24   25   26

“Ədəbiyyatımızda İsimlər Sözlüyü” ilk dəfə 1960-cı ildə nəşr 
olunmuşdur. Buradan da aydın olur ki, 1945-ci illərdə başlayan 
bioqrafi ya görüntüləri yalnız on beş il keçəndən sonra orijinal bir 
əsər kimi oxucu ilə görüşür. Necatigil bu əsərində türk ədəbiyyatının 
başlanğıcından  əsərin yazıldığı tarixə  qədər yaşamış olan 830 
sənətçini qələmə almış  və  qələmə aldığı bioqrafi yaları mümkün 
qədər lakonik şəkildə əks etdirmişdir. O, haqqında yazdığı müəllifi n 

315
əsərlərini sıra ilə göstərmiş, ardınca da onların yaradıcılığından 
söz etmiş  və  əsərlərini ciddi şəkildə  təhlil etmişdir. Təzkirələrdə 
göstərilməyən doğum tarixləri,  əsər üzərində aparılan təhlillər 
müasir təzkirəni xarakterizə edən yeni xüsusiyyətlərdir.
Ədəbiyyatımızda  Əsərlər Sözlüyü” isə bu kitabın ardınca 
yazılaraq yaxın illərdə yaşamış 120 yazarın 400 əsəri haqqında 
məlumatlar verir. İlk nəşri 1971-ci ilə  təsadüf edən bu əsər 
“Ədəbiyyatımızda  İsimlər  Sözlüyü” kitabının davamıdır. Indi isə 
Tacizadə Cəfər Çələbiyənin yer aldığı bir təzkirədən və Necatigildən 
iki  nümunə göstərməklə bu növün müasirləşərək necə dəyişildiyinə 
nəzər salaq. 
Cəfər Çələbi  (Lətifi  təzkirəsi) 
Tac bəy oğlu adıyla tanınan nəcib və tanınmış bir nəsildən 
olan biridir. I Səlimin dövründə əvvəl nişancı, sonra isə qaziəsgər 
olmuşdur. Osmanoğlullarının Osmanlı ölkəsini qurduqları gündən 
bəri nişancılıq məharətinə görə ona tay ola biləcək bir adam yox idi.
Şeir sahəsində dövrünün Həssanı, nəsr üslubunda isə dövrün 
Sübhanı idi. Başqa təzkirələrə  əlavə olaraq mükəmməl divanı  və 
“Həvəsnamə” adlı bir məsnəvisi vardır. Bu əsər gənclik həvəsiylə öz 
iç dünyasını dilə gətirmişdir. 
Bu  əsərdə öz tapıntısı olaraq, gənclik həvəsiylə yazılmışdır.
Əvvəlindən sonuna  qədər insanı  təəccübləndirən sözlər, gözəl 
beytlər, zövq oyadan sənətlər, ibarə və istiarələrlə dolu bir kitabdır.
Əslində bunun tərifl ənməyə elə bir ehtiyacı da yoxdur. Bu kitab 
özü istedadlı olanların əsərlərini önə çıxartmış, Osmanlı şairlərinin 
üzdə olanlarını vermişdir (İsen 1999. 137).
Cəfər Çələbi (Nəcatigil)
Divan  şairi olan Taci-zadə 1515-ci il 18 avqustda Amasyada 
doğulub və  İstanbulda vəfat edib. II Bəyazid və Sultan Səlimin 
nişancısı olan Cəfər Çələbi, çaldıran səfərində (1514) I Səlim 
ordusunda qaziəsgər və padşahın müsahibi idi. Şah  İsmayılın  əsir 

316
götürülən zövcəsi Taclı xanım ilə evləndirildi, amma ordu İstanbula 
dönən zaman yenicerlilərin Amasyada əzilməsində  əli olduğu ilə 
iftira edilərək padşahın qəzəbinə tuş  gəlmiş  və edam olunmuşdur. 
Tacizadənin divanı    və  “Münşəat”, “Həvəsnamə”, “Fəthnameyi-
İstanbul” adlı əsərləri vardır. “Həvəsnamə”  İstanbulun abidələrini, 
gəzməli yerlərini tanıdan, milli həyatını  təsvir edən bir məsnəvidir. 
Ancaq təzkirə sahibi Aşıq Çələbi onun nəsrinin nəzmindən, 
qəsidələrinin qəzəllərindən üstün olduğunu göstərmişdir. I Səlimin 
Şah İsmayıla göndərdiyi məktublarından bəzilərində Çaldıran zəfəri 
haqqında hər tərəfə yayılmış olan zəfərnamələrin  müəllifi   Cəfər 
Çələbi olmuşdur. O, eyni zamanda dövrünün ən mahir nəsr yazarı 
olmuşdur. (Necatigil (1967. s. 72)
Göründüyü kimi hər iki bioqrafi yada bir çox ortaq nöqtələr 
tapmaq mümkündür. Ön söz və oxşar mövzulardakı forma eyniliyi 
ilə yanaşı bioqrafi yaların əlifba sırası ilə düzülüşü də dərhal diqqəti 
çəkir. Buna əlavə olaraq mündəricatda da oxşarlıqlar vardır. Şairlərin 
doğum yeri, adı, ləqəbi, təhsil vəziyyəti, məslək və ya məqamı, 
əsas müəllimləri, ölümü, ölüm tarixi, məzarlarının yeri, bəzən 
şairlə bağlı olan bir və ya bir neçə lətifə, ədəbi yaradıcılığı ilə bağlı 
araşdırmalar təzkirələrdə ilk diqqəti çəkən ortaq  detallardır. Lakin 
Necatigil doğum tarixlərinə xüsusi bir orijinallıq gətirərək Osmanlı 
bioqrafi yasında rast gəlinməyən bir yeniliyi meydana çıxartmışdır. 
Buna  əlavə olaraq əsərlərinə daha çox yer vermək, onların nəşr 
tarixlərindən söz etmək də təzkirəçilik ənənəsində yenidir. Onun bir 
başqa yeniliyi də mənbələri qeyd etməsindədir.
Xülasə  şəklində bildirmək olar ki, Necatigil gözəl bir şair, 
gözəl bir eksperimentçi, gözəl bir ssenari yazarı olması ilə yanaşı, 
bioqrafi ya tarixinə yeni bir təkan vermiş dəyərli  yazardır. O, bütün 
bunlarla yanaşı bu qaynaqları yüksək dəyərləndirərək, onları müasir 
ədəbiyyata gətirməyin yollarını da göstərmişdir.
Onun açdığı yolun doğru bir yol olması buradan bəllidir ki, 
“Ədəbiyyatımızda İsimlər Sözlüyü” ən çox çap olunan kitablardan 
biridir. Həm də bir çox araşdırıcı onun kitablarından sonra, bu 
mövzuda və formada yeni-yeni kitablar qələmə almışlar. 

317
(*Yazı Hammer və Nəcatigil haqqında yzılan iki çalışmanın 
birləşməsindən meydana gəlmişdir).
İstifadə olunan ədəbiyyat:
1. Adıvar Adnan. “Tarih ve biografi ” tarih jurnalı C.2,5,3-4 
İstanbul, 1952 Hammer – Purgstall, “Geschichte  der Osmanishen 
Dichtkunst bis auf unsere” Ziet 4 c.  Peşte 1836-38. 
2. Gönül Behcet “İstanbul kütüphanelerinde  al-şakaik al – 
Nimaniyye tercüme ve zeylleri” Türkiyət məcmuəsi. C.7, cüz 2. 
istanbul 1945.
3. İsen Mustafa. “Latifi  tezkiresi” Ankara, 1999.
4. İsenMustafa vd. “Şair tezkireleri”. Ankara, 2002.
5. Necatigil Behcət. “Edebiyatımızda İsimler Sözlügü “. Istanbul 
1967.
6. Robinson, İ.S. “The tezkere genre in İslam”.
7. Robinson İ.S. “The Ottoman Poetry Bioqraphies of poests” 
journal of Near
 Eastern Studies Vol 24. 1965.
8. Rosenthal Frans. “A History of Müslüm Historiography”. 
Leiden 1952

“VARAYIM GİDEYİM URUMELİNE” 
kitabından seçilmiş məqalələr

321
ÖN SÖZ
D
oğulduğu torpaq  istərsə ayrı-ayrı  şəxslərin həyatında, 
istərsə  də müxtəlif xalqların tarixində  əhəmiyyətli yer 
tutan faktorlardan biridir. Bu mənada Balkanlar bütün türk xalqının 
həyatında olduğu kimi, keçmişdə ailəsi  bu bölgədə yaşamış  çoxsaylı 
insanlar üçün maraq göstərilən və diqqətçəkən bir ərazidir. Ailəsi 
93 Hərbi  (1877-1878) kimi tanınan Balkan müharibəsindən sonra 
Türkiyəyə köç etmiş insanlardan biri kimi, mən də kiçik yaşlarımdan 
ailəmin ulularından eşitdiyim  Dəliorman bölgəsi, buradakı çay, dağ, 
şəhər, qəsəbə  və  kənd adları ilə  həmişə maraqlanmışam. Sonrakı 
illərdə bu istək intellektual  bir marağa döndü. 1981-1983-cü illərdə 
Belqrad Universitetində müəllim kimi çalışdığım vaxtlarda yetərincə 
gəzib gördüyüm Balkan torpağı daha da diqqətimi çəkdi. Bütün 
bunlar mənim Balkanlar, yaxud klassik formada Rumıniya haqqında  
yazmağıma  vasitə oldu. 
Balkanlar, çox qədim dövrlərdən türklərin sıx  şəkildə yaşadığı 
məmləkətlərdən biridir. Hələ V əsrdə başlayan bu əlaqənin bu günə 
qədər uzanmasının səbəbkarı Osmanlılar olmuşdur. 
Qazi Süleyman Paşanın 1350-ci illərdə Geliboluya gəlişi ilə 
başlayan dövr,  Qazi Evrenos Bəy vasitəsilə Qərbi Trakyanın (1361) 
fəthi ilə davam etdi. Lakin bölgə üçün əsl türk təsiri I Muradın 
Kosova zəfəri ilə başlandı (1389). Qanuni dövrünə  qədər davam 
edən fəthlərdə bölgə geniş  mənada türk idarəçiliyinə keçdi. Hətta 
Osmanlı dövləti başlanğıcda böyük sahədə bir Avropa dövləti olaraq 
qurumuşdur, deyilsə  səhv olmaz. Bu mənada, Osmanlı dövləti 
Anadolu və Rumeli olmaq üzrə iki qoldan meydana gəlmişdir. 
Balkanlarda uzun müddətli türk idarəçiliyi (1354-1912) nəticəsində 
təhsil, elm, mədəniyyət, dil və  sənət sahəsində  də böyük inkişaf 
olmuşdur. Balkan şəhərlərində Osmanlı mədəniyyətinin inkişafı ilə 
yanaşı təhsil, elm, mədəniyyət və sənətin bünövrəsi olan mədrəsə, 
məktəb, təkkə və zaviyələr qurulmuş, bir müddət sonra bu sahədən 
olan ilk təmsilçilər  boy verməyə başlamışdır. Bölgədə elm və 
sənətin ilk nümunələrini sancaqbəyi, müdərris, qazi, əsgər,  katib, 

322
din adamları ya da təsəvvüf  ərbabı kimi tanınan  şəxslər meydana 
gətirdi. Get-gedə bu mədəni nümunələr   burada doğulan türklər və 
ya islamiyyəti qəbul edən Boznak, Arnavut, Pomak, Torbeş  əsilli 
müsəlman sənətçilər tərəfi ndən türkcə olaraq  yaradılmağa başladı. 
Bu sahədəki ziyalıların sayı sonrakı illərdə sürətlə artmışdır. 
XIX əsrə qədər zənginləşməkdə davam edən bu bünövrə bölgənin 
Türk idarəçiliyindən çıxması ilə dərin bir durğunluğun içinə düşdü. 
Kitabda müxtəlif bölmələrdə söz açıldığı kimi zaman-zaman bu 
durğunluq təkrarlansa da, əvvəlki  bünövrə öz mövcudluğunu da 
qoruyub saxlamışdır. 
Ancaq  əsərdə yer verilən məqalələr, Balkanlarda türk 
mədəniyyətinin mövcudluğu mənim gözümün önündədir. Bunları 
türkiyəli oxucularla bölüşməyə çalışdım. 
Hər hansı bir bölgəni öyrənmək üçün oraya tarixə istinadən nəzər 
salmaq çox vacibdir. Balkanlardan söz  düşdüyündə isə  bu xüsusilə 
vacib  şərtdir. Bu üzdən bölgənin öz mədəniyyəti və keçmişi ilə 
birlikdə qələmə almaq həm əsəri zənginlədirmiş, həm də mənim əsl 
sahəmlə bağlı məlum bilgilərin aktuallığını saxlamış,  hər bir sahəni 
aydın şəkildə işıqlandırmaq imkanı vermişdir. 
Məqalənin əsas hissəsi akademik yazılardır. Bir qismi isə oradakı 
aktual   inkişafl a bağlı  məlumat xarakterli məşhur  nümunələrdir. 
Mətnlərdə   eyni bölgəyə fərqli vaxtlardan baxıldığı və cəmiyyətin 
müxtəlif təbəqələrinə  məlumat vermək  məqsədi güddüyü üçün 
təkrarların olması da qaçılmazdır. 
Kitabın adına gəldikdə isə qeyd edim ki, mən kitablarıma bir qədər 
fərqli adlar qoymağı xoşlayıram. Rumeli ilə bağlı son dövrdə çox 
rastlaşdığımız vida, itki, qeyb olma kimi sözlər  keçmişə aid ağrılı 
ifadələrdir. Halbuki  qloballaşan dünyada bölgə öz elastik  sərhədləri 
ilə yenidən bizim marağımızı çəkməkdədir. Əsasən səyahətnamələr, 
fi lmlər və musiqilərlə qarşımıza çıxan Balkanlar, belə görünür 
ki, yaxın gələcəkdə daha çox maraq kəsb edəcəkdir. Mən bu əsər 
vasitəsiylə  həm bölgədəki qədim və  dərin Türk  mədəniyyətinə 
diqqət çəkmək istədim, həm də adını bir Rumeli türküsündən 
götürdüyüm “Varayım Gideyim Urumeline” ifadəsini seçməklə, 
bölgənin  keçmişini öyrənməkdən daha çox, gələcəyini  fəth etməyə 
çağıran bir mesaj verməyə çalışdım. 

323
Balkanlar, indi yeni bir dövrə hazırlaşır. Ancaq əlimizdəki 
yazıların əsas hissəsi 80-90-cı illərin daha ağrılı illərinə aiddir. Bu 
səbəbdən mətnlərdə  hadisələrin içində yaşayan biri olaraq, əsərimdə 
bəzi emosional ifadələrə  də yer vermiş ola bilərəm. Çalışmamda  
Balkanlarda  çox qədim tarixə malik zəngin mədəni görüntünün bir 
hissəsinə işıq sala bildimsə  şad olardım.  Bu vasitəylə nəşrə kömək 
edən Qapı Nəşrlərinə çox təşəkkür edirəm. 

324
BALKANLARDA ÇAĞDAŞ TÜRK ƏDƏBİYYATI
O
smanlı dövləti ilə sona çatan rəngarəng və dinamik inkişafdan 
sonra Balkanlarda bir durğunluq dövrü başlandı. Balkan 
fi tnə-fəsadlarından sonra bu ərazidə qalan türklərin düçar olduqları 
sıxıntı  ədəbiyyatda da özünü göstərdi. Xüsusilə türk ziyalılarının 
ana vətəni olan Türkiyəyə köçüb getmələri bölgədəki ədəbi mühit 
üçün böyük bir itki oldu. Yeni hakimiyyətdəkilərin burada qalan 
ziyalılara  ögey münasibəti də vəziyyəti xeyli ağırlaşdırdı. Bunlara 
baxmayaraq, türk dili Balkanlarda öz yaşamını saxlaya bildi. Bəzən 
bu dildə danışmaq tamamilə qadağan edildi, bəzən yazılı dildə 
qismən ifadə olunmaq imkanı tapdı, ancaq əsrlərdən qalma gücü və 
qüdrəti sayəsində yenə öz  mövcudluğunu  saxlaya bildi. Bölgəyə 
daxil olan  ölkələrdəki türk xalqlarının ədəbiyyatlarıına nəzər salsaq, 
aşağıdakı mənzərə ilə rastlaşırıq. 
Makedoniya
Yuqoslaviyanı təşkil edən altı respublikadan biri olan Makedoniya 
1991-ci ildə ayrılaraq öz müstəqilliyini elan etdi. Makedoniyanın 2 
milyonluq əhalisinin təxminən onda birini türklər təşkil edirlər. 1945-
ci ildə milli azlıqlar üçün təyin olunmuş imtiyazlar Yuqoslaviyanın 
bir parçası olan Makedoniya üçün də tətbiq olundu. Bu üzdən bölgədə  
türk dilli məktəblər (ibtidai, orta), radio-televiziya verilişləri, teatrlar 
açıldı və bunlarla bərabər ədəbiyyat da inkişaf etməyə başladı. 1944-
cü ildən Üsküpdə “Birlik” qəzeti nəşr olunmağa başladı. 1949-cu 
ildə “Yeni Qadın” qəzeti, 1950-ci ildə “Pioner” qəzetinin nəşri 
başlandı. Mətbuatın fəaliyyəti bununla bitmədi. “Səslər” (1965) 
adlı sənət və mədəniyyət jurnalı, yeddi-on dörd yaşlı uşaqlar üçün 
nəzərdə tutulan “Sevinc” (1951) və ibtidai sinif şagirdləri üçün 
nəzərdə tutulan “Tumurcuq”(1957) adlı  uşaq jurnallarının nəşri 
bu inkişafı davam etdirdi. Makedoniyadakı bu mənzərə bu gün də 
davam etməkdədir. Bu gün nəşrini dayandırmış “Səslər” jurnalının 
əvəzinə “Vardar” adlı siyasi qəzet dərc olunur. Bundan başqa bir 
neçə dildə çap olunan “Əl-Hilal” və “Zaman”, Üsküp Universiteti 

325
Türkoloji  Şöbəsinin tələbələrinin çıxardığı “Körpü” (2002) və 
Resnədə  nəşrə başlayan “Qızıl Alma”nı (2002) da bu mətbuat 
orqanlarına əlavə etmək olar. Makedoniyada türk ədəbiyyatının əsas 
təmsilçiləri bunlardır: Hüseyn Süleyman (1901-1963), Əbdulfəttah 
Rauf (1910-1963), Ənvər Duzçu (1916-1958), Şükrü Ramo (1916-
1988), Mustafa Qarahəsən (1920-2002), Lütfi  Seyfullah (1926), 
Hümaşah Vardar, Nəcati Zəkəriya (1928-1987), Mahmud Qıratlı 
(1929-1988), Fəxri Qaya (1930), İlhami Emin (1931), Rəcəb Murad 
Bugarıç (1934), Əsəd Bayram (1934), Cavid Sarac (1935), Avni 
Əngüllü (1947), Fəxri Əli (1948), Səbahəddin Səzair (1948), Avni 
Abdullah (1948), Xalisə  Həsən Özgül (1948), Ələddin Tahir (1949), 
Suat Əngüllü (1950), Məlahət Əngüllü (1950), İrfan Büllür (1954), 
Ənvər İlyas (1955), Sabit Yusif (1957), Biba İsmayıl (1957), Səmra 
Samət (1958), Tülay İbrahim, Oqtay Əhməd, Məral Qayın, Bilal 
Emin, Leyla Hüseyn.
Yuxarıda adı  çəkilən yazarların çoxu şairlərdir.  Şeir türk 
ədəbiyyatının ən qədim və əsas qoludur. Balkanlarda yaşayan türk 
xalqlarının da əsas ədəbi nümunələrini şeir təşkil edir. Şeirdən sonra 
isə  ən çox yayılan  ədəbi növ  hekayə janrıdır. Tanınmış hekayə 
yazarları arasında bu müəllifl ərin adlarını  çəkmək olar: Hüseyn 
Süleyman, Şükrü Ramo, Mustafa Qarahəsən, Hümaşah Vardar, Lütfi  
Seyfullah, Nəcati Zəkəriyya, Fəxri Qaya, Rəcəb Murad, Ələddin 
Tahir,  Ənvər  Əhməd,  Ənvər  İlyas, Sabit Yusif. Bu yazarların 
əksəriyyəti öz yaradıcılıqlarında uşaq ədəbiyyatını seçmişlər. 
Bəzi qələm təcrübələri nəzərə alınmazsa, hələlik Makedoniyada 
roman janrı o qədər də inkişaf etməyib. Bunun əksinə olaraq, teatr, 
tənqid və  səyahət yazılarının   sayı xeyli çoxdur. 
Makedoniya və Kosovada (qədim Yuqoslaviya) nəşr olunan 
əsərlərin əksəriyyətinin, xüsusilə də ilk dövrlərdə yazılan əsərlərin, 
bütün sosialist ölkələrində olduğu kimi dövlətin dəstək və nəzarəti 
altında olduğu da unudulmamalıdır. Bu səbəbdən də yazılan əsərlər 
əsasən rəsmi ideologiyaya xidmət etmişdir. Əsasən bu ideologiyaya 
xidmət edən əsərlərin çapına icazə verilirdi. Bütün bunlarla yanaşı 
dövlətin dəstəyi nəticəsində türk dili bir yazı dili olaraq bölgədə 
öz mövcudluğunu saxlamışdır.  Balkan ölkələri arasında qədim 

326
Yuqoslaviyada yaşayan insanlar, bölgənin başqa yerlərində yaşayan 
insanlara nisbətən öz dillərini daha yaxşı qoruyub saxlaya bilmişlər. 
Elə buna görə də, bölgədə ən çox ədəbi əsər Makedoniyada qələmə 
alınmışdır. Ancaq Balkan ölkələri arasında qədim Yuqoslaviyaya 
olan dəstək və senzuranın tədbiqi başqa sosialist ölkələri çərçivəsinə 
qalxmamışdır.
254
 
Kosova (Yuqoslaviya)
Osmanlı dövlətinin bölgədən çəkilməsi ilə ortaya çıxan yerli 
hakimiyyət orqanları öz aralarındakı ixtilafl arı çözərək, 1918-1919-
cu ildə Yuqoslaviyanı qurdular. 1946-cı ilə  qədər davam edən bu 
idarəçilik,  ərazidə türkcə  əsərlərin nəşrinə imkan vermədi. Ancaq 
şifahi ədəbiyyat ənənəsi və Üsküp, Prizren, Yakova, İpək, Manastır, 
Oxri və Qalxandələn kimi şəhərlərdə fəaliyyət göstərən təkkələrdə 
inkişaf etmiş  təsəvvüf  ədəbiyyatı özünü mühafi zə edə bilmişdi. 
Bu ədəbi məhsullar isə nəşr oluna bilməmişdi. Bunların arasından 
yalnız Hacı Ömər Lütfi ni (1870-1928) istisna saymaq olar. 1945-
ci ildə qurulan sovet  rejimi ölkədəki azsaylı xalqların hüquqlarını 
qorumaq haqqında qəbul etdiyi öhdəlikləri yerinə yetirərək müxtəlif 
dillərdə  mətbuat orqanlarının nəşrinə  və  məktəblərin açılmasına 
icazə verdi. Makedoniyada “Birlik” qəzetinin nəşri (1944) və türkcə 
radio verilişlərinin yayınlanması ilə paralel olaraq türk ədəbiyyatı 
da dirçəlməyə başladı. Ancaq Kosova Muxtar Vilayətində  yaşayan 
türklər Makedoniyada yaşayanlara nisbətən mədəni imkanlardan 
daha gec yararlandılar. Bu üzdəndir ki, Kosovadan olan şair və 
yazarlar ilk nümunələrini Makedoniyada çıxan mətbuat orqanlarında 
254
 Sürəyya Yusif “Yugoslaviya Türk Şiiri” Priştinə 1976; Bədri Səlim  “Çağdaş Yugo-
slaviya Hikayeleri”  Priştinə 1978; Vanço Baskov “Turska Knijenost u Yugoslavije” 
,“Ensiklopediye Yugoslaviye”  VIII;  Suat Engüllü “Türkiye dışındaki Türk Edebiyatları 
Antolojisi”(Yuqoslaviya və Makedoniya Türk ədəbiyyatı) s.7.Ankara 1997; Reyhan 
İsen-Mustafa İsen “Yugoslaviya Türk Cocuk Şiirinden Seçmeler” Ankara 1983; Mus-
tafa İsen-Reyhan İsen-A.Esra Kireççi “Balkanlarda Cocuk Şiiri Antolojisi” Ankara 
2001; Nemətullah Hafi z “Yugoslaviyada Türk Edebiyatı”  “Çevrən”1/1, Priştinə 1973; 
Nemətullah Hafi z “Yugoslaviyada Çağdaş Türk Edebiyatı Antolojisi”,2 cild, Ankara 
1989; İ.Güven Kaya “Yugoslaviya Türk Halkı Edebiyatı” İstanbul 1993; Abdulkadir 
Hayber “Makedoniya ve Kosova Türklerinin Edebiyatı” Ankara, 2001; Ömər Turan “XX 
Yüzyılda Türk Toplulukları” ,“Türkler” c.20,Ankara 2002,s. 231.    

327
çap etmiş, yalnız 1969-cu ildən etibarən Kosova türkləri özləri 
bu imkanlardan  yararlanmağa başlamışdır. Demək olar ki, bu 
ərazidə yeni dövr türk ədəbiyyatı ancaq 1960-cı illərdən dirçəlməyə 
başlamışdır. Bu illərdən başlayaraq  şeir və hekayə növü bir çox 
mərhələlərdən keçmiş, başqa növlərdə də əsərlər yazılmışdır. Birlik 
və Tan seriyalları ilə bərabər bu  ərazidən olan yazarların  kitabları 
öz kəmiyyətləri ilə birlikdə keyfi yyətlərini də saxlamış  və tarixə 
düşmüşdür.
1991-ci ildə ölkə parçalandıqdan sonra onu Yeni Yuqoslaviya, 
Serbistan və Qaradağ respublikaları təşkil etdi.
Serbistan içində olan  Kosova Muxtar vilayəti  isə 1999-cu ildə 
ABŞ-ın müdaxiləsi ilə bu an statusu bəlli olmayan, lakin Yuqoslaviya 
ilə    əlaqəsini kəsmiş bir vəziyyətə düşmüşdür. Beləcə, bu gün 
Yuqoslaviya torpaqlarında türk milləti qalmamışdır. Kosovada 
yaşayan türklərin sayının 30-40 minə yaxın olması qeyd edilir. 
Bölgənin paytaxtı Priştinədə “Tan” qəzeti (1969), “Çevrən” jurnalı 
(1973) və “Quş” uşaq jurnalı dərc olunmaqdadır. Eləcə də, Prizrendə 
“Əsrin” (1979), “Çığ” (1990) jurnalları çap olunur. Müharibədən 
sonra bunların nəşrinə fasilə verildi. İndi Prizrendə şəxsi təşəbbüslərlə 
“Bay” (1994), “Sufra” və “Türkçəm” jurnalları və “Yeni dövr” adlı 
həftəlik dərc olunur. Son vaxtlarda bu ərazidə “Demokrasi Ufku” 
gündəlik çıxan siyasi qəzet də fəaliyyətə başlayıb. 
Kosovada doğulmayan Sürəyya Yusif (1923-1977) bölgədəki 
ədəbiyyatın inkişaf edərək yayılmasında bir tənqidçi kimi əhəmiyyətli 
rol oynamışdır. Onun irəli sürdüyü istiqamətlər bölgə ədəbiyyatının 
yığılıb toplu halına düşməsində böyük rol oynamışdır.
Balkanlarda olduğu kimi, Kosovada da ədəbiyyat deyən kimi 
ilk olaraq ağıla şeir gəlir. Bu sahədə ən çox uğur qazanan isə uşaq  
şeirləridir. Fəxriyə Çərkəz (1929), Nalim Şaban 1935-1961), Nüsrət 
Diso Ülkü (1938), Nemətullah Hafi z (doğ. 1939), Ənvər Baqi (doğ. 
1943), Həsən Mərcan (doğ. 1944), Arif Bozacı (doğ. 1944), Əhməd 
İğçilə (1945), Sacəddin Koka (1945), Sadik Tanyol (146), Bayram 
İbrahim (1947), İsgəndər Muzbek (doğ. 1947), Fikri Şişko (1949), 
Altay Siroy (doğ. 1949), Fəxri Mərmər (1950), Agim Pifət Yerezən 
(doğ. 1951), Zeynal Beksaç (1952), Ədhəm Baymak (1952), Osman 

328
Baymak (1954), Əziz Sərbəst (1954), Rəşid Xanədan (1955), 
Məhməd Bütüç (1955), Nuhi Marrək (1956), Rauf Kurkul (1964), 
Özcan Micalar (1965), Berhan Sait (1967), Rauf Virmuça, Ayla 
Lefkofçalı, Hüseyn Kazar, Əsin Muzbeg və Şükri Mazrek Kosova 
bölgəsindəki türk ədəbiyyatının əsas təmsilçiləridir. 
Əslində, Makedoniya haqqında söylənilən fi kirlər Kosova üçün də 
keçərlidir. Burada da ən çox yayılan ədəbi nümunələr şeir olmuşdur. 
Bunun ardınca isə hekayə növü gəlir. Sürəyya Yusif, Nüsrət Dişo 
Ülkü, Ənvər Baqi, Həsən Mərcan, Səcaəddin Koka, Əhməd İgcilər, 
İsgəndər Muzbəğ  və  Rəşid Xanədan bölgənin tanınmış hekayə 
yazarlarındandır.
255
 Roman isə  təcrübədən uzağa getmir. Teatr, 
tənqid, eksperiment və  səyahət  yazılarından ibarət xeyli ədəbi 
məhsul vardır. 
Bolqarıstan
Bolqarıstandakı türk ədəbiyyatı haqqında dediyimiz fi kirlər  o biri 
sosialist Balkan ölkələrinə aid  söylənilənlərdən o qədər də  fərqli 
olmayacaqdır. Həm də bu ölkədəki türk ədəbiyyatı Rumelidəkı türk 
ədəbiyyatının bir bölməsidir. Yenə oxşar ölkələrdə olduğu kimi, 
burada da şifahi və yazılı  ədəbiyyatdan söz açmaq olar. Əvvəl 
qeyd etdiyimiz kimi, Anadoluya yaxın olması, çox erkən vaxtlarda 
Osmanlı sərhədlərində daxil olması və  türk əhalisinin çox olmasına 
görə türk ədəbiyyatı burada daha zəngindir. Şifahi xalq ədəbiyyatı 
baxımından bu ölkədə yaşayan soydaşlarımızın yaradıcılığı bütün 
Balkanlarda olduğu kimi, Anadoludakılardan fərqli deyildir. İstifadə 
olunan yazı dili də qismən yaşadıqları yerin xüsusiyyətini daşımaqla 
bərabər, əsasən İstanbul türkcəsidir. 
Daha əvvəl qeyd edildiyi kimi, ölkə Osmanlı dövlətinə aid  olduğu 
dövrdə türk ədəbiyyatına çox sayda şair və yazar vermişdir. 
1877-1878 və yaxud daha çox  93 Hərbi kimi tanınan  Bolqarıstan 
krallığı uzun illər boyunca bu  bölgədən türk ədəbiyyatının axışını 
da saxlamışdır.   1918-1928-ci illərdə orta məktəblərə müəllim 
yetişdirmək  üçün açılan “Darül-müəllimin” (müəllim hazırlayan 
255
 Bkz 18 Diplom işi.

329
məktəb) ilə 1922-ci ildə din adamı  və müəllim hazırlamaq üçün 
fəaliyyətə başlayan Nüvva, 1947-19541-ci illər arasında fəaliyyətsiz 
qalan köhnə Zağra, 1951-1958-ci illərdə fəaliyyət göstərən Şumnu, 
Razqrad, Kirçalı və Sofya Pedaqoji türk məktəbləri türk xalqını təhsil 
işçiləri ilə təmin etməkdə böyük yardımçı olmuşdur. Ancaq nədənsə, 
Balkan sözü işlədilən kimi ağıla gələn və uzun müddət davam etmiş   
qeyri sabitlik  bunları tez-tez açılıb-bağlanan təşkilatlara çevirrmişdir. 
Bolqar krallığı dövründə  bəzən uğurlu, bəzənsə  uğursuz  şəkildə 
öz fəaliyyətini davam etdirən  türk dilli məktəblər, qəzet və kitab 
məhsulları, bütün maneələrə baxmadan bölgədə türk dilinin varlığını 
sübut edən faktiki sənədlərdir. Krallıq və  şahlıq dövrü olan 1877-
1944-cü illərdə bu bölgədə yaşayan türk xalqlarının   mübarizəsi 
nəticəsində bir çox çətinliklərə baxmayaraq, öz mövcudluğunu 
qoruyub  saxlaya bilmişdir. Burada yaşayan türklər yeni quruluşa 
öyrəşənə kimi şox zərbələr alsalar da,  bu problemi də həll edərək 
təkrar ayağa durmuşlar. Sosializm dövrünün əvvəllərində (1944) rast 
gəlinən müsbət vəziyyəti sonradan durulması mümkün olmayan çox 
böyük təzyiqlər əvəz etmiş, get-gedə türkcə  yazma və oxuma, hətta 
sonralar Bolqarıstanda türkcə danışmaq belə qadağan edilmişdir. 
Bununla birlikdə, bu dövrü də  fərqli gözləntilər üzündən müxtəlif 
dövrlərə ayıraraq izah etmək gərəkdir. Sosialist hakimiyyəti ölkədə 
dini baxışına görə “Nüvvabı” bağlayıb (1944) yerinə  türkcə təhsil 
verən yeni tipli məktəblər açdı. “Dostluq” (1947), “İşıq”, “Yeni 
həyat”, “Xalq gəncliyi” (1948), “Sentyabr uşağı” (1946-1960), 
“Əmək vuruşu”, “Pioner” (1959-1980) kimi türkcə mətbuat orqanları 
meydana gəldi. Sofi yada türkcə əsərlər dərc edən nəşriyyatlar açıldı. 
Bir sıra pedaqoji məktəblər, Sofi ya Universiteti nəzdində türkoloji 
şöbə fəaliyyətə başladı. Bir müddət sonra bu işlər öz faydasını verdi 
və türk ədəbiyyatı ölkədə bir partlayış yaratdı. Ana dilində  təhsil 
alaraq yetişmiş bir ziyalı  təbəqəsi, başqa sahələrdə olduğu kimi, 
türk ədəbiyyatında da öz təsirini  göstərdi və   ciddi bir ziyalı sinfi  
meydana çıxdı. Bunun nəticəsi olaraq  o zamana qədər yalnız qəzet 
və jurnal səhifələrində görünən ədəbi məhsullar əvvəl almanaxlar, 
sonra isə müstəqil kitablar şəklində işıq üzü gördü. Buradan da hər 
bir ədəbi təçəbbüsün arxasında ziyalıların rolunun nə qədər böyük 

330
olması və eləcə də  təhsil olmada ziyalı yetişdirməyin mümkünsüz 
olması    məsələsi sübut edilərək ortaya qoyuldu. Ancaq sosializm 
rejimi, bir müddət sonra müxtəlif formalarla türk xalqının başda 
təhsil olmaqla, sahib olduğu hüquqları dönə-dönə  əlindən almağa 
başladı. 
1959-cu ildən etibarən türk dilində təhsil verən litseylər bağlandı. 
Ardınca ibtidai və orta məktəblər də eyni qadağalara məruz qaldı. 
Sonra da adlar dəyişdirilməyə başlandı. Bu məhrumiyyətlərə 
baxmayaraq, türk dili ölkədə yaşamağa davam etdi, xüsusilə türk 
xalqının çox sevdiyi yanr  kimi  şeir başda olmaqla çoxlu sayda 
türk dilli ədəbi nümunələr yarandı. Bu işi hekayə yazarları davam 
etdirdilər. 
Roman və səhnə əsərləri isə ancaq bir neçə nümunədən ibarətdir. 
Sosializm dövründə Bolqarıstanda nəşr olunan türkcə kitabların 
sayı 198 olub, bunların 112-si bölgədə yaşayan sənətçilər tərəfi ndən 
yazılan əsərlərdir. Digərləri isə sosialist baxışlı türkiyəli yazarların 
əsərləridir. Qısaca desək, 1961-1989-cu illərdə iyirmidən çox 
Bolqarıstanda  doğulan türk yazarının əsəri nəşr olundu. Sosializmə 
qədər ölkədəki türk xalqının təhsil fəaliyyətləri türk təlim- təhsi 
sistemiylə aparıldığı üşün yetişmiş olan  ziyalılar  milli dəyərlərərə 
sahib olmuşlar. Sosialist rejimində yaranan əsərlər isə sistemin 
ideologiyasına xidmət etmilər. Sovet  dövrünün əsərlərinin  əsas 
hissəsini  adətən vətəni kapitalist düşmənlərindən müdafi ə etmək, 
Kommunist partiyası və sovet dövlətinin rəhbərlərinə minnətdarlıq, 
sovet rəhbərlərinə sevgi, ateizm, ölkələrin uşaqları arasında dostluq, 
qardaşlıq, fabrik və zavodlarda əmək qəhrəmanlarını  vəsf etmək 
və faşizm əleyhinə bütün mübarizələri dəstəkləmək kimi mövzular  
təşkil edirdi. 
1990-cı ildən sonra  demokratik quruluşa sahib olan Bolqarıstanın  
məktəblərində dörd saatdan çox olmayaraq, könüllü şəkildə, 
məcburiyyət olmadan türk şagirdlərinə türkcə təhsil verilməkdədir.  
Hazırda ölkədə “Haqq və Müstəqillik” (1991) və “Güvən” (1993) 
qəzetləri, “Filiz” (1966) və “Balon”adlı  uşaq jurnalı  və “Könül” 
(2001) və “Qaynaq” mətbuat orqanları  fəaliyyət göstərməkdədir.  
Bunlara “Zaman” qəzeti və “Ümid” jurnalını da əlavə etmək olar. 

331
Bolqarıstan ədəbiyyatına türk dilində ədəbi əsərlər bəxş etmiş şair və 
yazarların adlarına nəzər salaq: Aşıq Hivza (XIX əsr), Raci Hüseyn 
Əfəndi (v. 1901), Əliosman Ayvantok (1878-1952), Məhməd 
Müzəkka Con (1885-1974), Məhərrəm Yumuk (1889-?), İzzət Dinc 
(1890-1965), Mustafa Şərif Alyanak (1890), Məhməd Behcət Perim 
(1896-1965), Lütfi  Erçin (1902-1970), Zəki Tunaboylu (1906-1952), 
Osman Kəskioğlu (1907-1989), Məhməd Fikri (1908-1941), Oğuz 
Peltek (1910-1956), Məhməd Muradov (1941), Səbri Dəmirov (195-
1988), Səlim Bilalov (1915-1987), Osman Qıcıne (1920), Rza Mollov 
(1920-1966), Nuri Turqut Adalı (1922), Yusif Kərimov (1922), Saleh 
Baklacıyev (Baklacı) (1924), Süleyman Cavazov (1924), Etem Utük 
(1925-1989), Həsən Qarahüseynov (1925-1990), Səbri Tatov (1925), 
Əhməd Tımışev (1926), Hüseyn Oğuz (1926), Əhməd  Şərifov 
(Əhməd  Şərif  Şərəfi ) (1926), Kəmal Bunarcıyev (Pınarcı) (1923), 
Məfkurə Mollova (1927), Niyazi Hüseynov (N.Hüseyn Bəxtiyar) 
(1927), Mülazim Çavuşçu (Çavuş) (1927-1995), Lütfi   Dəmirov 
(1929-1990), Məhərrəm Təhsinov (1929), Məhməd Bəkirov (1930), 
Səbahəddin Bayramov  (S.Bayram Öz) (1931), Xalid Əliosman 
(Əliosman Dağlı) (1932), İsak Rəşidov (1932), Məhməd Davudov 
(Davud Çağla) (1932-1986), Məhməd Çavuşov (Çavuş) (1933), 
Hüsmən  İsmayılov (1933), Xeyriyı Memova – Süleymanova 
(Süleymanoğlu Yenisey) (1934), Nevzət Məhmədov (Məhməd) 
(1934), Ömər Osmanov (Osman Esendoruq) (1934), Əli Pirov 
(Piroğlu) (1936), Faiq İsmayılov  Arda (1936), Həlin Xəlilibrahimov 
(1936-1976), Mustafa Çetev (Çete) (1936), Süleyman Yusifov 
(Yusif Adalı) (1936), Durhan Həsənov (Həsən Xətiboğlu) (1937), 
Osman Əzizov (1937), Səbri İbrahimov (Yalnızqalan) (1937), Alış 
Səidov (Səid) (1938), Fevzi Qədirov (Qədir Sevən) (1938), Şaban 
Mahmudov (Mahmudoğlu Qalkan) (1938), Şahin Mustafov (1938), 
Lətif Qaragöz (1939),Qədir Osmanov, İslam Beybullov (Beytullah 
Erdi) (1940), İsmayıl Yqubov (1940), Naci Fərhadov (1940), Turxan 
Raciyev (1940), İsmayıl Çavuşev (1940), Müqəddəs Akmanova-
Baciyev (1940), Müqəddəs Akmanova-Səidova (1941), Məhməd 
Sarsarov, Əhməd Məhmədov (1942), İsa Cəbiyev (1942), Mustafa 
Aladağ (1942), Əhməd Eminov (1944), Rəhim Rəcəbov (1944), 

332
Əhməd Abdiyev (1945), Nevzət Yakubov (1946), İsmət Bayramov 
(1947), Əhməd Qədirov (1948), Şükrü Mollaoğlu Esen (1948), Avni 
Vəliyev (1949), Saffət Eren, Hilmi Haşal (1954), Əminə Hasova, 
Nəbiyə İbrahimova (1948), Aysel İsmayılova (1965), Rəcəb Küpçü, 
Lətif Əli, Əli Bayram, Mustafa Mutlu və Əli Qədir.
256
 
Bolqarıstanda yaşayan türklər üçün  şeir,  ədəbiyyatın  ən öndə 
gedən sahəsi olaraq qalır. Bunun ardınca hekayə  gəlir.Tanınmış 
hekayə yazarlarından Mustafa Qəhvəçiyev, Rza  Mollov, Kamal 
Bunarcıyev, Saleh Bakloayev, Səbri Tatov, Əhməd Tımışev, 
Məhərrəm Təhsinov, Nadiyə Əhmədov, Xəlid Əliosmanov, Kazım 
Məmişov, Mustafa Mutlu, Əli Pirov, Lətif Qaragöz, Müqəddəs 
Akmanova,  Əhməd Məhmədovun adlarını  çəkmək olar. O biri 
ölkələrdən fərqli olaraq burada roman janrına da rast gəlinir.  Eyni 
formada teatr və  tənqid sahəsində də xeyli nümunələrə rast gəlinir.  
Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin