Yunanıstan
Balkanlardakı türk ədəbiyyatının bir hissəsini də Yunanıstan
sərhədlərində yaşayan soydaşlarımız təşkil edir. Bu ölkədəki türk
dilli əhalini dörd hissəyə bölmək olar:
1) XIV əsrdən etibarən fəthedilən Qərbi Trakyaya Anadoludan
gətirilib məskunlaşdırılmış ata babalarımız və onların bu gün o
bölgədə yaşayan nəsilləri. Bunlar əsasən Gümülçinə və İskəçə şəhər
mərkəzlərində və kənarlarda yaşamaqdadırlar. Əhalisinin 50 min
olduğu məlumdur.
2) Başda Rodos olmaq üzrə Onikiadada yaşayan soydaşlarımız.
256
Xeyriyyə Süleymanoğlu “Türkiye Dışındakı Türk Edebiyatları Antolojisi”
(Bolqarıstan Türk Ədəbiyyatı) c.8.Ankara 1997; İbrahim Tatarlı “Bulgaristan Türklerinin
Edebiyatı”(Antologiya) Sofi ya 1964; İbrahim Tatarlı “Bulgaristan Türk Edebiyatının Bazı
Kuramsal ve Praktik Sorunları üstüne”, “Balkanlarda Türk Kültürü”(15-16) 1995; Niyazi
Hüseyn Bəxtiyar “Çağdaş Rodor Türk Şairlerinden Esintiler”Ankara 1996; Məhməd
Çavuş “XX Yüzyıl Bulgaristan Türkleri Şiiri” İstanbul 1988; İsmail, A. Çavuşev “Bul-
garistan Türklerinde Cocuk Şiiri”, “Türk Dünyaları Araşdırmaları”(217) ,2000.s.193-212;
Nemətullah Hafi z “Bulgaristanda Çağdaş Türk Edebiyatı” c 3, Ankara 1989; Mustafa
İsen -Reyhan İsen-A.Esra Kireççi “Balkanlarda Türk Cocuk Şiiri Antoloji” Ankara
2001;Grannes, Alif, Kletil Ra Hauge, Xeyriyyə Süleymanoğlu (2002). “A distionaru of
Türkisms tn Bulgaristan”, Oslo:Novus Verlag.
333
3) Şimaldan Balknlara gələrək xristianlaşan türklərlə Lozan
müqaviləsindən sonra Yunanıstana köçən Karamanlı Türk
Ortadokslar.
4)Türk dilindən iknci dil kimi istifadə edən İstanbul və Anadolu
Rumları.
Bu xalqlar içində türkcəni ədəbi dil olaraq istifadə edənlər Qərbi
Trakya türkləridir. Osmanlı dövlətinin bölgədən çəkilməsindən
sonra yaranan Qərbi Trakya türk ədəbiyyatını üç yerə ayırmaq olar.
Başlanğıcdan 1960-cı ilə qədər olan dövr türk milli azlığının ən
sıxıntılı dövrüdür. Yunanıstan müharibəsi və II Dünya müharibəsi
buradakı soydaşlarımızın həyatını daha da çox çətinləşdirmişdir. Bir
başqa ifadəylə desək, soydaşlarımızın keçirdikləri sosial sıxıntılar
ədəbiyyatda da əks olunmuş və bu dövr türk ədəbiyyatı, Yuqoslaviya
nümunəsində olduğu kimi daha çox şifahi nümunələrlə özünü
ifadə etmişdir. Yazılı ədəbiyyatın bu dövrdəki başlıca təmsilçiləri
Məhməd Hilmi (1902-1931), Məhməd Arif (1906-1976) və
Kamal Şövkət Batıbəydir. 1960-1980-ci illər arasındakı müddəti
isə ölkədəki türk ədəbiyyatının inkişaf dövrü olaraq qəbul etmək
gərəkdir. Xüsusilə Türkiyəyə gələrək təhsil alan çox sayda Qərbi
Trakyalı soydaşlarımız, yenidən ölkəyə dönərək öz ədəbi əsərlərini
müxtəlif mətbuat orqanlarında nəşr etdirmiş, bununla da ədəbi
hərəkatı sürətləndirmişlər. “Birlik” və “Müəllim” jurnalları da
mədəni sənətə aid mətbuat orqanları olaraq bu dövrdə yaranmışlar.
Bu dövr əsərlərinin ilkin bünövrəsini Bolqar və Yunanlara qarşı
aparılan həyat mübarizəsinin təsviri və folklor nümunələri təşkil
edir. Asim Xəliloğlu (1923-1980), Tofi q Hüseynoğlu (1936), Əli
Rza Saracoğlu (1938-1994), Hüseyn Əlibaboğlu (1936), Hüseyn
Salehoğlu (1938-1994), Hüseyn Mahmudoğölu (1939), Qədir
Yakıbaşıoğlu (1939), Rəhmi Əli (1941), Mustafa Təhsin (1942),
İmam Qasım (1943), Mücahid Mömin (1944), Natim Kazım (1945),
Məhməd Çolak (1946), Hüseyn Məzlum (1947), Rəfi qə Nazim
(1947), İbrahim Onsunoğlu (1948), Rəşid Salim (1952), Şükran
Rauf (1961) bu dövrün tanınmış yazarlarıdır. Hüseyn Əlibabaoğlu,
Rəhmi Əli Mücahid Mömin və Hüseyn Mahmudoğlu kimi müəllifl ər
daha çox hekayə yazarı kimi tanınırlar.
334
1980-ci ildən sonra isə Qərbi Trakya Türk ədəbiyyatı başda
Türkiyə olmaqla başqa ölkələrdə də şöhrət qazana bilmişdir.
Bu zaman türk dünyasında meydana gələn yeni ədəbi inkişaf bu
təşəbbüslərə bir təkan olmuşdu. Bunun nəticəsi olaraq “Şəfəq” adlı
müstəqil bir ədəbiyyat jurnalı nəşrə başlamışdır.
Bütün bu inkişafl ara baxmayaraq, Qərbi Trakya türklərinin
ədəbiyyatı digər Balkan ölkələrində mövcud olan türk
ədəbiyyatından, xüsusilə də Makedoniya, Kosova və Bolqarıstandakı
türk ədəbiyyatından həm keyfi yyət, həm də kəmiyyətcə geridə
qalmaqdadır. Bunun əsas səbəbi də bölgədəki türk milli azlıqlarının
yaxın zamanlara qədər sənət və mədəniyyətə o qədər də diqqət
verməmələri, dövlətin isə bu fəaliyyətə nəinki dəstək olması, hətta
əngəl törətməsidir. Belə bir mənzərənin meydana çıxmasında rol
oynayan faktorlardan biri də bölgədə yaşayan türk azlıqlarının
bütünlüklə çölçü (tərəkəmə) olmasıdır. Türk xalqının demokratik bir
ölkədə öz haqlarından istifadə edə bilməməsi, mədəni fəaliyyətlərdən
daha çox siyasi fəaliyyətləri ön plana çıxarmışdır. Bu səbəbdəndir ki,
türk ədəbiyyatının ən mühüm mövzusu qeyri sabit həyat hekayələrinin
təsviridir. Ən çox inkişaf etmiş ədəbi növ şeir və bunun ardınca
isə hekayədir. Uşaq ədəbiyyatı da inkişaf etmiş sahələrdəndir.
Vilayət ədəbiyyatında nəzərə çarpan başqa bir xüsusiyyət də şair və
yazarların siyasi və sosial təzyiqlərlə əlaqədar adlarını açıq şəkildə
göstərməmələri, bunun əvəzinə təxəllüs, müştərək ad, qısaltma və
XXX kimi simvollardan istifadə etmələridir.
257
Osmanlı dövlətinin son dövründə başda Selanik olmaqla bu
bölgə, türk nəşrinin çox mühüm nümunələrinə malikdir. “Gənc
qələmlər”, “Yeni əsr”, Nətir”, “Trakya”, “Yeni Jiya”, “Yeni yol”,
“İtila”, “Balkan”, “Yeni addım”, Şeytan”, “Ülkü”, “Cümhuriyyət”,
“Müdatayı”, “İslam” və “Milliyyət” bunların ən üzdə olanlarıdır.
Ancaq bu diqqət ədəbiyyat sahəsində davam etdirilməmişdir.
257
Fəyyaz Sağlam “Batı Trakya/Yunanıstanda Çağdaş Türk Edebiyatı Antolojisi”,Ankara
1990- İzmir 1995; Fəyyaz Sağlam “Batı Trakya Türkleri Cocuk Edebiyatı”, İstanbul 1990;
Feyyaz Sağlam “Türkiye Dışındakı Türk Edebiyatları Antolojisi”(Qərbi Trakya Kipr Türk
Ədəbiyyatı) c. 9. Ankara 1997; Mustafa İsen –Reyhan İsen- A.Esra Kireççi “Balkanlarda
Türk Cocuk Şiiri Antolojisi” Ankara 2001.
335
Rumıniya
Rumıniyada hazırda 100 000 nəfərədək türk yaşayır. Osmanlı
dövründə, xüsusilə türklərin sıx yaşadığı Dobruca bölgəsində
bütünlüklə bir şəhər mədəniyyəti təşəkkül tapmadığı üçün ciddi
bir ədəbiyyat nümunəsindən söz açmaq çətindir. Bu üzdəndir ki,
bölgədə divan şeirinin təmsilçilərinə rast gəlinmir. XVII əsr Bektaşi
şairlərindən Qazak Abdal, Qul Məhməd və Öysüz Aşığın bu bölgədən
olduğu məlumdur. Təzkirələrdə bu bölgədən olduğu söylənilən tək
şair Həlakidir (XVI əsr). Bölgədə türkcə yazılı ədəbiyyat ciddi
şəkildə ancaq XIX əsrdə özünü göstərmişdir. Başlanğıcda siyasi
məzmunlu türk mətbuat orqanları nəşrə başlamış, bir müddət sonra
isə bunların ədəbi nümunələri də meydana gəlmişdir. Məhməd
Niyazi (1912-1966), İsa Yusif Həlim (1884-1982) bu dövrdə
qarşımıza çıxan ədəbiyyatçılardır. 1944-cü ilə qədər davam edən bu
quruluş sosializm quruluşu ilə yeni bir forma qazanmış və bu
quruluşun ilk illərində məktəblərdə türkcə təhsil verildiyi kimi,
həm də türkcə kitablar nəşr edilmişdir. 1960-cı ildən etibarən isə
qadağalar dövrü başlanmış və 1987-ci ilə qədər bu şəkildə davam
etmişdir. Bu dövrdən sonra nəşr olunmağa başlayan “Rənglər”
sənət jurnalı yenidən ümidləri doğrultdu. 1990-cı ildə ortaya çıxan
siyasi dəyişikliklər nəticəsində “Rənglər” ilə bərabər “Qaradəniz”və
“Hak səs” qəzetləri nəşrə başlasa da, bunlara təkan verilməmişdir.
Rumıniyada o biri Balkan ölkələrindən fərqli olaraq, türk yazı dili
Türkiyə türkcəsi və tatar türkcəsi kimi iki qolda aparılmışdır. Tarixi
mərhələlərdə isə yalnız Türkiyə türkcəsi yazı dili kimi işlədilmişdi.
“Rənglər” və “Qaradəniz” tatar türkcəsi, “Hak səs” isə Türkiyə
türkcəsi ilə nəşr olunur. Bu gün Atilla Emin (1933-1996), Nəvzat
Yusif (1936), Yaşar Məmmədəmin (1936), Altay Krim (1937), Əməl
Emin (1938), Əkrəm Mənibay (1926), Ənvər Mahmud (1935),
Acıəmin Baibəs(1939), Camal Aciaməd (1943), Gültən Abdulla
(1946) bu ədəbiyyatın təmsilçiləridir. Xüsusilə Məhməd Niyazi
ilə erkən sayıla biləcək bir dövrdə Rumıniya torpaqlarında ilk
nümunələrini verən türk uşaq ədəbiyyatı, ziyalı mühacirəti üzündən
davam edə bilməmişdir.
258
258
Osman Horata “Türkiye Dışındakı Türk Edebiyatları Antolojisi (Rumıniya və Qaqavuz
Türk Edebiyatı) c.12 Ankara 1999
336
Qaqauzlar
Qaqauzlar bu gün başda Moldaviya, Rumıniya, Ukrayna və
Bolqarıstan olmaqla müxtəlif ölkələrdə yaşayırlar. Bu üzdən onlar
Qərb Türklülüyünün bir parçası olaraq Balkan türk ədəbiyyatında
mühüm yer tuturlar. Qaqauzlar türk dünyasının Qərbi ucqarlarında
yaşayan Ortodoks xristianlığına sitayiş edən bir xalqdır. Əsas hissə isə
Moldaviyada (78%) yaşayır. Qaqauzların XX əsrin əvvəllərinə qədər
yazılı ədəbiyyatı yoxdur. 1957-ci ildə Qaqauz əlifbası yaranandan
sonra bəzi kitablar nəşr olundu. Əslində, gündəlik həyatda işlətdikləri
danışıq dilini yazı dilinə gətirmə cəhdləri ilə əlaqədar Türkiyə türkcəsi
yazı dilindən qismən aralanan Qaqauz türkcəsi, inkişaf üçün səhv bir
yoldadır. Qaqauz dili bütün alimlərin qeyd etdikləri kimi türkcənin
Oğuzca, ya da Güney-qərb türkcəsi adıyla tanınan qrupun ən kiçik
qoludur. Qaqauzların Türkiyə türkcəsinə yaxın olan dilləri, ərazidəki
slav dillərinin təsiri altında qalmışdır. Bu təsirin ən güclü və diqqət
çəkən tərəfi isə sözlərin düzülüşü sahəsindədir. Bu təsirin nəticəsidir
ki, Qaqauz dili türkcənin klassik sintaktik ənənəsini itirmiş və slav
dillərində olan cümlə quruluşuna yaxın bir quruluş əldə etmişdi.
Qaqauz ziyalıları bütün Balkanlarda olduğu kimi Türkiyə türkcəsini
əsas götürməməklə, yəni öz danışıq dillərini yazıya gətirməklə Qərb
türkcəsində olan çox böyük bir irsi tanımaqdan məhrum olmuşlar.
Bu ölkədə Mikayıl Çakır tərəfi ndən dərc olunan “Din yarpaqları”
(1906-1916) ilk türkcə nəşrdir. “Sosialist Moldoviyası” (1960)
qəzetində də türkcə yazılara rast gəlinir. Yeni dövrlə birlikdə türkcə
nəşrlər sürətlə çoxalmağa başlayıb. “Ana sözü” (1988), “Qaqauz
Səsi” (1990) “Qaranquş”, “Səba ulduzu” və “Günəşcik” kimi
mətbuat orqanları bunların sırasındadır.
Mikayıl Çakır (1861-1938), Nikolay Petroviç Arabaçı (1893-
1960), Nikolay Sergeyeviç Tanasoğlu (1895-1970), Dmitri
Qaraçoban (1933-1986), Dionis Tanasoğlu (1922), Nikolay
Babaoğlu (1928), Mina Kösa (1933), Qavril Gaydarçı (1938), Stepan
Kuroğlu (1940), Vasi Əlioğlu (1949), Stepan Bilgar (1953), Tofi q
Mrinoğlu (1955), Petr Qaqauz Çebotar (1957), Tador Zanet (1958)
Petr Yalanji(1964)Tudorka Arnaut (1970) bu ədəbiyyatın öndə olan
337
nümayəndələridir.
259
Balkanlardakı türk ədəbiyyatından söz açılarkən ilk ağıla gələn
şeir nümunələri olur. Əslində, bu hal bütün türk ədəbiyyatı üçün
keçərlidir. Ancaq Balkanlarda önə çıxan bir başqa sahə də uşaq
ədəbiyyatı, xüsusilə də uşaqlara həsr olunmuş şeirlərdir. Burada
türk uşaq ədəbiyyatından söz açmaq, eyni zamanda, bölgədəki
türk ədəbiyyatından söz açmaq deməkdir. Şübhəsiz bunun bir çox
səbəbləri var. Amma əvvəlcə uşaqlar və ədəbiyyat arasındakı
bağlılığa baxaraq bu suala cavab axtarmayaq. Öz çevrəsinə bağlılığı
və dərketmə tərzi ilə yetkin insanlardan fərqli olan uşaq, təbii ki,
sənət əsərini, bədii əsərləri qəbul etməkdə böyüklərdən fərqlənir.
Söz xəzinəsinin sərhədləri yalnız təbii və sadə dili ilə onları özünə
cəlb edə bilər.
260
Uşaqlar üçün yazılan şeirlərdə yer alan təsvirlər sadə
və qısa olmalı, bu nümunələrdə metafora, təşbeh, məcaz kimi bədii
vasitələr bədii qanunlara uyğun şəkildə verilməlidir. Bu şeirlərdə
misralar qısa və cümlə quruluşu təbii olmalıdır. Şeirlərin mövzusu
həyat sevinci, ailə sevgisi, təbiət, vətən və millət sevgisi, gözəllik
duyğusu kimi müsbət hiss və davranışlar təbliğ edən, tərbiyə edici
bir tərzdə olmalıdır.
Uşaq şeirində rast gəldiyimiz sadə və aydın dil, mümkün olduqca
bədii vasitələrdən qaçma kimi xüsusiyyətlər, Balkanlarda türk
şeirinin nəzərə çarpan əsas xüsusiyyətləridir. Məktəblərdə lazımınca
tədris olunmayan türk dili 90-cı illərə qədər Türkiyə ilə geniş əlaqə
imkanı əldə olunmaması səbəbi ilə qapalı bir çərçivə içəricində
təşəkkül tapmışdır. Təbii olaraq bu bölgənin yazarı bəsit hesab oluna
biləcək məhdud sayda söz ehtiyatı ilə keçinmək məcburiyyətində
qalmışdır. Dildən gözəl istifadə etməyə ehtiyacı olan ədəbi ifadə
forması yalnız mükəmməl bir təhsil ilə əldə edilə bilər. Ancaq
Balkanlarda uzun bir fasilədən sonra yenidən dirçəlməyə başlayan
türkcə, zaman-zaman gözəl istifadə forması bir tərəfdə qalsın, öz
özəlliyini belə itirməyə başlamışdır. Məlum səbəblərdən tez-tez
259
Mustafa Argunşah “Çağdaş Gagavuz Şiiri”- “Türk Dili” (531) 1996; Osman Baymak
“Gagavuz Çağdaş Şiiri Antolojisi” Ankara 2000 ; Nevzat Özkan “Türkiye Dışındakı Türk
edebiyatları, Antolojisi” c.12. 1999.
260
A.Ferhan Oğuzkan “Cocuk Edebiyatı” Ankara 1977.s.214-215
338
açılıb bağlanan türk məktəbləri, siyasi şərtlər altında nəşrinə izin
verilən və zaman-zaman nəşrinə görə cəzalandırılan kitab və jurnal
nəşrləri, bir sözlə kimlərinsə xoşuna gəlmədiyi üçün təcavüzlərə
məruz qalan nümunələr, türk yazı dilinin çətinliklərini göstərir.
Yazı dili təhsildən uzaqda bir boşluğa yuvarlanır. Buna görə də
yaxın vaxtlarda Balkanlarda bədii irsdən söhbət açmaq düzgün
olmazdı. Bunlara əlavə olunması gərək olan başqa bir səbəb də
bölgədə qeyri-şərtsiz sənət və ədəbiyatın yükünü çəkən insanların
müəllimlər olmasıdır. Bölgə yazar və şairlərinin həyatları araşdırılsa
hardasa onların əksəriyyətinin müəllim və yaxud pedaqoji məktəb
məzunları olduğu meydana çıxar. Bu müəllimlər istər Qərbi Trakya
nümunəsində olduğu kimi Türkiyədə, istərsə də Bolqarıstan,
Makedoniya və Kosova nümunəsindəki kimi öz ölkələrində türk
dilli Pedaqoji məktəbləri bitirmiş olsalar da sonda ərazidəki bütün
intellektual yükü öz çiyinlərində daşımışlar. Bütün həyatları uşaqlara
bağlı olan bu adamlar, təbii ki, sənət fəaliyyətlərində də gündəlik
həyatlarının bu mühüm obyektini diqqətdə saxlayacaq, yəni
yazdıqlarına əsas qəhrəman kimi uşaqları götürəcəklər. Bunlara həm
də sovet mədəniyyətini təbliq etmək məqsədilə, erkən yaşlarından
yaxşı təhsil alan insanların sistem üçün bir güvənc yeri olması
üzündən, dövlətin uşaq təhsilinə verdiyi əhəmiyyəti də əlavə etmək
gərəkdir. Bu ehtiyacdan doğaraq həmin ölkələrdə uşaqlar üçün
çoxlu sayda mətbuat orqanları çıxmaqdadır. Türk dilində nəşrə izin
verildikdən sonra, türk uşaqları üçün də bu imkanlar dövlət dəstəyi
ilə həyata keçirildi. Bu jurnallarda yer alan yazılar Yunanıstan
istisna olmaqla bölgədə uşaq ədəbiyyatına, eyni zamanda türk uşaq
ədəbiyyatına meydan açdı. Qədim Yuqoslaviyada “Quş”, “Pioner”,
“Sevinc”, “Tumurcuq”, Bolqarıstanda “Sentyabr uşağı”, “Filiz”
kimi ədəbi jurnallar bunun üzdə olan nümunələridir. Bu üç ədəbi
bünövrəyə istinadən bir daha vurğulayaq ki, Balkanlarda türk uşaq
ədəbiyyatından söz açmaq, həm də bu ərazidə türk ədəbiyyatından
söz açmaq deməkdir.
Balkanlarda yaşayan türklər Yunanıstan istisna olamqla, sovet
ölkələrində yaşayanlardır. Bu üzdəndir ki, bölgədə meydana gələn
339
türk şeiri ölkədən-ölkəyə kiçik fərqlərlə seçilsələr də, də ana xəttinə
görə iki hissəyə bölünə bilər. Bunları Yunanıstanda yaranan türk uşaq
şeiri və digər Balkan ölkələrində yaranan türk uşaq şeirinə ayırmaq
olar. Yunanıstanda yaranan türk uşaq şeirində bu sahənin əsas
mövzularından olan mənzum nağıllar, fabulalar, Molla Nəsrəddin
lətifələrinin şeir şəklində ifadəsi, insan, vətən və təbiət sevgisi,
anaya, kitaba və heyvana məhəbbət kimi əbədi mövzularla bərabər,
bölgəyə xas başqa mövzulara da toxunulur. Məsələn, digər bölgə
ədəbiyyatlarında siyasi mövzudan kənar dini şeirlər Yunanıstan türk
uşaq şeirinin sırasındadır. Qərbi Trakyada yaşayan türklər əsasən
çölçü şəklində yaşadıqları üçün, real və problemli kənd mövzuları da
bölgə ədəbiyyatının mövzuları sırasındadır. Ancaq sovet ədəbiyyaı
senzuralı bir ədəbiyyat olduğu üçün belə mövzulara toxunulmur.
Həm Qərbi Trakya türkləri, həm də digər bölgələrdəki türk xalqı,
Rumelidə doğulduğu üçün Türk Cümhuriyyətinin qurucusu Mustafa
Kamal Atatürkü həmyerliləri kimi dəyərləndirir və onu fərqli bir
şəkildə şeirlərində əks etdirirlər. Onun Selanikdə doğulmuş olması
Qərbi Trakya türkləri üçün ayrı bir öyünmə yeridir və bu üzdən
Atatürkə həsr olunmuş şeirlər xüsusi çəkiyə malikdir.
261
Sovet rejimi ilə idarə olunan digər bölgələrdə, yəni Bolqarıstan,
qədim Yuqoslaviya (Kosova), Makedoniya və Rumıniyada isə
qələmə alınan məhsullar bu sistemin mədəniyyəti ilə əlaqədardır. Bu
ölkələrdəki ədəbiyyata nəzər salsaq, aralarında olan nisbi fərq gözə
dəysə də, sosialist rejiminin kütləvi bir baxış bucağını təbliğ etməsi
və sənətdən bir ideoloji alət kimi istifadə etməsi üzündən yaranan
əsərlərin bir çərçivəyə sığınması məlum olacaqdır. Bu səbəbdəndir
ki, söz açılan mətnlərin əsas xüsusiyyətləri dekorativ olmalarıdır.
Sosialist quruluşu yeni bir dünya yaratmaqda israrlı olduğu üçün
bütün əmək insanları kimi yazarlar da yeni qurulan bu dünyaya daxil
olmaqdadır. Bununla birlikdə xüsusilə azsaylı xalqların yazarları
mümkün qədər bu ideologiyadan qaçmaq üçün şeirlərində təbiət
təsvirlərinə (mövsümlər, aylar, dağlar, günəş kəpənək, arı, quş) və
ata, ana, məktəb, kitab sevgisinə toxunur, gülərüzlü və çalışqan
261
Fəyyaz Sağlam “Batı Trakya Türkleri Cocuk Edebiyatı” İstanbul 1990
340
olmağa, tənbəl olmamağa, təmizliyə, nümunəvi şagird olmağa həsr
olunan mətnlər qələmə alırdılar. Uşaqların böyük maraq göstərdikləri
heyvanlar da əsas mövzulardandır. Təbiət mənzərələrinin bu
ədəbiyyatda xüsusi şəkildə yer almasının başqa bir səbəbi də
ərazidəki xalqın böyük ölçüdə tərəkəmə həyatı yaşamalarıdır. Məktəb
vasitəsilə şəhər həyatına qatılan yazar, tez-tez uşaqlıq dövrünü və
bu dövrdə təmasda olduğu təbiət mənzərələrini xatırlamaqdadır. Bu
üzdən bölgədəki türk şair və yazarlarının əksəriyyətinin iç dünyaları
təbiətə daha yaxındır. Uşaqlıqda qalan hər şey gözəl və əsrarəngiz
olduğu üçün ədəbiyyatda çölçülük həyatının çətinliklərindən daha
çox gözəlliyi tərənnüm edilir. Sovet təbliğatının ədəbiyyatda əks
olunmasının nümunəsi olan mövzulara da tez-tez müraciət olunurdu.
Məsələn, yaxşı bir “pioner” olmaq təbliğ edilirdi.
Sovet quruluşunun yarandığı ilk illərdə dinə qarşı yazılan əsərlər
də çoxluq təşkil edirdi. Bolqarıstanda modernləşmə və yeniliyə cəhd,
bunun müqabilində rast gəlinən sıxıntılar, qadın-kişi münasibətləri,
qədimdən gəlmə qapalı qadın geyimləri, xüsusilə fəracə və güllü
fıstan bu dövrün ağrılı mövzularıdır. Azlıqların öz tarixlərinə və bu
tarixi qəhrəmanlara sahib olmaq imkanları da Yunanıstan istisna
olmaqla, demək olar ki, yox dərəcəsindədir. Bunun əksinə, sovet
qəhrəmanlarını vəsf edən minlərlə əsər yazılırdı.
Azlıqlar üçün mühüm əhəmiyyət kəsb edən xalq ədəbiyyatı
nümunələrinə olan meyl, Balkanlarda yaşayan türk şairlərinin
şeirlərində ən çox rast gəlinən mövzudur. Şifahi xalq yaradıcılığından
bəhrələnmə, həm də yaxşı təhsil almaq imkanı olamyan yaradıcı
insanlar üçün əhəmiyyətli bir məktəb idi. Başqa bir yararlanma imkanı
isə Nazim Hikmətin əsərləridir. Çünki mövzusuna görə onun əsərləri
Bolqarıstan nümunəsində olduğu kimi geniş şəkildə nəşr edilmiş,
həm də rejim tərəfi ndən saxlanılması təşfi q edilmişdir. Bu üzdən
bölgənin şairlərinin əksəriyyəti N.Hikmət şeirinin təsiri altındadırlar.
Bu təsir son illərdə Yəhya Kamal, Fazil Hüsnü Dağlarca və bir sıra
başqa yazarların yaradıcılığında özünü göstərmişdir. Əslində öz
yaşam haqqlarını əldə etmiş bölgə şairləri milli dəyərlərinə və
dininə sahib çıxaraq, onları əsərlərində əks etdirməyə başlamışlar.
Ancaq bütün bunlar onların uzun müddət təmasda olduqları ədəbi
341
ənənəni də kənarlaşdırmamışdır.
262
Ancaq 1990-cı ildən sonra baxış
bucağı xeyli dəyişmişdir.
1990-cı ildən sonra Balkanlarda açıq-aydın hiss edilən
demokratiya havası şübhəsiz ki, ədəbiyyatda da özünü göstərmiş
və yuxarıda qeyd edilən çərçivə xeyli dəyişmişdir. Bu müsbət
irəliləyişə baxmayaraq Balkanlarda mövcud olan ədəbi ənənəni geniş
mənada çiynində daşıyan Makedoniya iqtisadi sıxıntılar, Kosovo isə
müharibə üzündən qəzet və jurnalların nəşrinə öz dəstəyini saxlaya
bilməmişdir. Amma nəşr olunan mətbuat orqanlarında artıq başqa
sahələrdə olduğu kimi daha real və aktual mövzular özünə yer
tutmaqdadır.
Bolqarıstan türk ədəbiyyatını isə bu faktlardan kənarda, başqa bir
tərəfdən araşdırmaq gərəkdir. 1989-cu ilin köçü bu ölkədə bir çox
şeyi təpədən dırnağadək dəyişdirmişdir. Bu köçkünlüyün ziyanını
hesablamaq olsa demək olar ki, ziyalıların hamısının buradan
Türkiyəyə köçməsi, ya da köçməyə məcbur edilməsi bu ölkə üçün
ən böyük bir itkidir. Bu Bolqarıstanda intellektual qüvvənin cansız
qalmasına səbəb olmasıdır. Ancaq Türkiyəyə köçmüş ziyalıların
bir hissəsi burada tərk etdikləri vətənlərinin problemlərini üzə
çıxararaq həll etməyə çalışırlar. Şübhəsiz, burada ədəbiyyatın da
öz payı vardır. Qısa bir zamanda İstanbulda, Bursada və başqa
yerlərdə dərnəklər yaradıldı, qəzet və jurnallar açıldı, toplantılar
təşkil edildi, kitablar nəşr olundu. Bu yeni inkişaf bir qədər romantik
görünsə də, məsələnin daha təhlükəsiz olmasına şərait yaratdı. Bu
üzdəndir ki, son illərdə ölkəmizdə Bolqarıstan türkləri tərəfi ndən
yazılmış xeyli əsər vardır. Bu əsərlərin mövzusu da xeyli fərqlidir.
Bolqarıstanda yaşanmış bolqarlaşma və türk olaraq qalma arasında
mübarizə aparan insanların həyat dramı, intensiv polis hücumları,
köçkünlük, tərk edilmiş torpaqlara olan həsrət, türkçülük duyğusu,
iradə və bunun nəticəsində əldə edilən qələbənin qüruru və doğma
Türkiyəyə minnətdarlıq, qələmə alınan əsas mövzulardır.
262
Məhməd Yaşın “Eski Yugoslavların Türkce Şiiri”- “Sesler” (301) Dekabr 1995, s. 51
342
Bölgədə yaranan mətnlərin dilinə gəldikdə isə Qaqauzlar xaric
olmaqla Balkanlarda yaşayan türklərin yazı dilləri tarixin bütün
dönəmlərində mərkəzi İstanbul olan Türkiyənin yazı dili olmuşdur.
Hətta son dövrlərdə Qaqauzlar arasında belə, Türkiyə türkcəsi öz
standart quruluşunu əldə etməkdədir. Bu vəziyyət bu gün də davam
edir. Ancaq burda məlum bir çərçivə vardır. Çünki fərqli bir ölkədə
yaşayan azsaylı xalqın yazarı istər-istəməz yaşadığı ölkənin dilindən
təsirlənməlidir. Həm də uzun müddət ana vətən ilə kəsilən əlaqələr
nəticəsində Balkan ölkələrindəki türk yazı dili, Türkiyə türkcəsi
ilə paralel şəkildə genişlənməmişdir.
263
Ortaya çıxan çatışmazlığı
isə bölgə dillərindən gələn yad sözlər və sintaksis doldurur. Bəzi
bölgələrdə mövcud olan məhəlli şivələrin yazı dilinə qatılması ilə
yaranan kiçik fərqləri də bura əlavə etmək olar. Xüsusilə də qədim
Yuqoslaviyada 1985-ci illərə qədər hədsiz dərəcədə öz türkcəsindən
istifadə edilməsi və məhəlli dildən gələn sözləri də bir fərqli cəhət
kimi qeyd etmək gərəkdir.
Balkanlarda türk ədəbiyyatı ölkədən-ölkəyə dəyişən bir sıra
imkanlara və çatışmazlıqlara malikdir. Bunu ardıcıllıqla Kosova,
Yunanıstan, Qaqauzlar, Bolqarıstan və Rumıniya üçün qeyd etmək
olar. Amma üzərində dayanılmalı əsas nöqtə, Osmanlı dövlətindən
sonra türkcənin növbənöv hücumlara davam gətirərək Balkanlarda
yaşaması və bu dildə ədəbi əsərlər verməyə başlamasıdır. Burada
da əsas maneələr köçlər olmuşdur. Onsuz da güclə yetişən az saylı
ziyalıların bir müddət sonra ana vətənə qayıtmaları hər şeyin yenidən
başlanması deməkdir. Son illərdə başqa türk bölgələrindən olduğu
kimi, Balkanlardan Türkiyəyə tələbə axını yeni dirçəliş mərhələsinin
yaranmasından xəbər verir.
Dostları ilə paylaş: |