XUDADATBƏY RƏFĠBƏYOV
Odlar yurdu, 8 aprel. 1989.
Xudadatbəy Ələkbər oğlu Rəfibəyov 1878-c i ildə Gəncə şəhərində
anadan olmuşdur. Orta təhsilini Gəncə klassik gimnaziyasında başa çatdırdıqdan
sonra, Xudadatbəy Xarkov Universitetinin tibb fakültəsinə daxil olmuşdur. O,
universitetdə azərbaycanlı tələbələrin
yaratdığı həmyerlilələr təşkilatının
başçılarından biri idi. X.Rəfibəyov 1903-cü ildə ali təhsil diplomu alıb doğma
Gəncəyə qayıdaraq coşğun ictimai fəaliyyətə başlamışdır. Qeyd etmək lazımdır ki,
o, ilk azərbaycanlı cərrahlardan biri idi. X.Rəfibəyovun fəal iştirakı ilə 1906-cı ildə
Gəncədə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini
bərpa etmək üçün xüsusi bir cəmiyyət yaranmışdır. Həmin illərdə Gəncədə
fəaliyyət
göstərmiş ―Aktyorlar cəmiyyəti‖nin rəhbərlərindən biri olan
X.Rəfibəyovun dövri mətbuatda şəhərin mədəni, ictimai həyatına dair çoxlu
məqaləsi çıxmışdır. Gəncədə ilk tibb cəmiyyəti 1914-cü ildə meydana gəlmişdir.
Şəhərin rəsmi adı üzrə ―Yelizavetpol tibb cəmiyyəti‖ adlanan bu cəmiyyət
haqqında Azərbaycan tibb tarixinə aid kitablarda heç bir məlumata təsadüf edilmir.
Halbuki, Tiflisdə çap olunan illik ―Qafqaz kalendarında‖ bu barədə geniş məlumat
vardır. Həmin cəmiyyətin banisi X.Rəfibəyov, katibi isə dövrün tanınmış siyasi və
ictimai xadimi H.Ağayev idi. Tibb cəmiyyətinin yarandığı ildə çəkilmiş fotoşəkil
bizim bizim dövrə qədər gəlib çatmışdır. Fotoşəkildən məlum olur ki, həmin
cəmiyyətin tərkibindəki üçüncü azərbaycanlı həkim Peterburq universitetinin
məzunu gəncəli Musabəy Rəfiyev idi. Bu cəmiyyətin yaradılmasında əsas məqsəd
tibb xidmətini xalqa daha da yaxınlaşdırmaq idi. Xüsusən Gəncədə tez –tez baş
verən müxtəlif epidemiyalar nəticəsində çoxlu ölüm hadisələri baş verirdi.
Gəncədəki qeyri azərbaycanlı həkimlərin müalicəxanaları xüsusi xarakter daşıyırdı
və olduqca baha idi. Bu, əhalinin, xüsusi ilə kasıb təbəqənin tibbi yardımdan və
müalicədən istifadə etməsinə imkan vermirdi. Buna görə də Xudadatbəyin
rəhbərliyi altında yaranmış yeni tibb cəmiyyəti geniş xalq kütlələrinə əsasən pulsuz
xidmət edirdi. Hələ indi də yaşlı nəslə mənsub olan gəncəlilər X.Rəfibəyovun bu
xeyirxahlığını xatırlayırlar.
1917-ci ildə Rusiyada burjua inqilabı baş verdi. X.Rəfibəyov həmin ilin
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
56
martında Gəncədə yaranmış Milli Müsəlman Şurasının İcraiyyə Komitəsinin üzvü
seçilmişdir. Göstərmək lazımdır ki, o, heç bir partiyaya mənsub olmamış və
ömrünün axırına qədər bitərəf qalmışdır.
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu.
X.Rəfibəyov nazirlər şurasının sədri Fətəlixan Xoyskinin 1918-ci il iyunun 17-də
Gəncədə Təçkil etdiyi ikinci hökümət kabinəsində səhiyyə naziri vəzifəsini
tutmuşdur.
1918-ci il sentyabrın 15-də Bakının oyuncaq Sentrokaspi qüvvələrindən
təmizlənməsindən sonra hökumət Bakıya köçmüş və X.Rəfibəyov vəzifəsini
burada icra etməyə başlamışdır. Nazirliyin tərkibində 5 şöbə, o cümlədən şəhər və
məhkəmə tibbi şöbəsi, kənd tibb şöbəsi, tibb statistikası şöbəsi, əzaçılıq şöbəsi,
baytarlıq və sanitariya şöbəsi var idi. Hər şöbəyə tanınmış həkimlər başçılıq edirdi.
Nazirliyin göstərişi ilə dövlət hesabına pulsuz xəstəxanalar açılmış, yeni tibb
ocaqlarının tikintisinə başlanmışdı. Kənd yerlərində əhaliyə tibbi xidmət üçün
müalicəxana və məntəqələr təşkil edilmiş və yenilərinin açılmasına hazırlıq
görülmüşdü. Dərman və tibb alətlərinin saxlanması üçün xüsusi anbar, ekspertiza
aparmaq üçün xüsusi laboratoriya təşkil olunmuşdu. Gəncə yaxınlığındakı
Zurnabad kəndində taun əleyhinə məntəqə açılmışdı.
1918-ci il dekabrın ortalarında F.Xoyskinin başçılıq etdiyi hökümət
kabinəsi istefaya çıxdığı üçün X.Rəfibəyov tutduğu vəzifəni tərk etmişdir.
1919-cu ilin mayında X.Rəfibəyov Gəncə quberniyasının general –
qubernatoru təyin olunmuşdur. O, həmin quberniyada qanunların pozulmamasına
və ictimai asayişin qorunmasına çalışmışdır. Demokratik əqidəli X.Rəfibəyov
Gəncədə geniş xalq kütlələrinin dərin hörmətini qazanmışdır. O, 1920-ci il aprelin
30-da Gəncə quberniyasında müqavimət göstərmədən hakimiyyəti yeni yaranmış
inqilab komitəsinə təhvil vermişdir.
1920-ci il mayın axırında Gəncə şəhərində keçmiş nizami Azərbaycan
ordusunun 3-cü Gəncə piyada alayının komandiri, podpolkovnik Cahangirbəy
Kazımbəyovun başçılığı altında üsyan baş vermişdi. Xudadatbəy Rəfibəyovun bu
üsyanla heç bir əlaqəsi olmadığı halda o, həmin dövrdə qarışıqlıq zamanı həlak
olmuşdur.
Mövsüm Əliyev.
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə
hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
57
MƏMMƏD HƏSƏN HACINSKĠ
Odlar yurdu, № 10 may 1989.
Öz dövrünün tanınmış siyasi və ictimai xadimi, məşhur mühəndis
Məmməd Həsən Cəfərqulu oğlu Hacinski 1875-ci il martın 3-də Bakıda anadan
olmuşdur. O, Bakı realni məktəbini, 1902-ci ildə isə Peterburq Texnoloji
institutunu bitirmişdir. Gənc mühəndis bir neçə ay Moskvada maarifpərvər
Azərbaycan varlılarından Şəmsi Əsədullayevin (1840 - 1913) neftayırma
zavodlarının tikintisində çalışmış, həmin ilin axırlarında doğma Bakıya qayıdaraq,
şəhər upravasının (bələdiyyə) tikinti şöbəsinin rəisi təyin olunmuşdur. 1904-cü ilin
axırlarında RSDFP Bakı komitəsi nəzdində ilk müsəlman sosial – demokrat
təşkilatı ―Hümmət‖ yarandı. Onun əsas məqsədi Azərbaycanda, eləcə də Rusiyanın
müxtəlif yerlərində yaşayan müsəlmanları inqilabı hərəkata cəlb etmək, onlar
arasında ana dilində təbliğat və təşviqat işi aparmaq idi. ―Hümmət‖ təşkilatının
baniləri Mir Həsən Mövsümov (1882 - 1907), Məmməd Əmin Rəsulzadə (1884 -
1955) və Məmməd Həsən Hacinski olmuşlar. (―Bakinçki raboçi‖ qəzeti,
108.3.1923) M.Əzizbəyov, N.Nərimanov, S.M.Əfəndiyev və başqa görkəmli
inqilabçılar 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın ―Hümmət‖ adlı qəzeti
də nəşr edilmiş (1904 – 1905-ci illərdə hektoqrafiya üsulu ilə cəmi 6 nömrə), lakin
hələlik onun heç bir nömrəsi tapılmamışdır.
M.H.Hacinski Bakının abadlaşmasına böyük diqqət yetirirdi. Onun
rəhbərliyi altında 1911-ci ildə Dənizkənarı bulvarın tikintisi başa çatdırılmışdır.
1912-ci ildə Hacinskinin redaktəsi ilə Bakı küçələrinin abadlaşması haqqında şəhər
upravası bir kitab buraxmışdır. O, 1913-cü ildə qısa müddət Bakı şəhər upravasının
rəisi olmuşdur. M.H.Hacinski Bakıdakı Şirvanşahlar sarayının qorunub saxlanması
və bərpa edilməsi haqqında təşəbbüs irəli sürmüşdür. Bu barədə tanınmış
Azərbaycan jurnalisti Xəlil İbrahimin 1917-ci ildə çap edilmiş xatirələrində
məlumat verilir. M.H.Hacinski elə həmin dövrdə, 1911-ci ildə yaradılmış gizli
―Müsəlman demokratik ―Müsavat‖ partiyasına‖ daxil olmuşdur.
1917-ci ildə Rusiya fevral – burjua inqilabı baş verdi. Həmin ilin martında
―Müsəlman demokratik ―Müsavat‖ partiyası‖ açıq fəaliyyətə keçdi. Martın 22-də
milli müsəlman şurasının müvəqqəti icraiyyə komitəsi yaradıldı. M.H.Hacinski
sədr, M.Ə.Rəsulzadə isə sədr müavini təyin olundu. Hacinski apreldə Qafqaz
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
58
müsəlmanlarının Bakı qurultayında, mayda isə Rusiya müsəlmanlarının Moskva
qurultayında fəal iştirak etmişdir. O, həmin il açılması nəzərdə tutulan Rusiya
parlamentinə Azərbaycandan millət vəkili seçilmişdir.
M.H.Hacinski ―Türk ədəmi – mərkəziyyət partiyası ―Musavat‖ ın birinci
qurultayında (26 – 31. 10.1917, Bakı) Mərkəzi Komitənin üzvü seçilmişdir. O,
1917-ci il noyabrın 15-də yaranmış Zaqafqaziya komissarlığında ticarət və sənaye
komissarının müavini, seymin üzvü, 1918-ci il aprelin 22-də yaranmış Zaqafqaziya
Federativ Respublikası hökümətində ticarət və sənaye naziri vəzifələrini icra
etmişdir.
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu.
Hacinski bitərəf Xoyskinin təşkil etdiyi birinci kabinədə xarici işlər naziri, ikinci
kabinədə (17 iyun) maliyyə naziri vəzifəsini tutmuşdur. O, həmin il dekabrın 7-də
Bakıda açılmış Azərbaycan parlamentinə üzv seçilmişdir. Hacinski nazirlər
şurasının sədri Nəsibbəy Yusifbəylinin təşkil etdiyi ikinci kabinədə (23.12.19190
daxili işlər naziri təyin olunmuşdur. M.H.Hacinski 1919-cu ilin dekabrında ―Türk -
ədəmi mərkəziyyət partiyası ―Müsavat‖ ın 2-ci qurultayında yenidən MK üzvü
seçilmişdir.
M.H.Hacinski 1920-ci il fevralın 18-də Mustafabəy Vəkilovun daxili işlər
naziri təyin edilməsi ilə əlaqədar öz vəzifəsindən azad olunmuş, həmin gündən
ticarət, sənaye və ərzaq naziri vəzifəsini tutmuşdur. Nəsibbəy Yusifbəylinin
başçılıq etdiyi hökümət kabinəsi istefaya çıxdığı üçün (30.3.1920) M.H.Hacinski
nazir vəzifəsini tərk etmişdir.
1920-ci il aprelin 1-də Azərbaycan Respublikasının yeni hökumət
kabinəsini təşkil etmək Məmməd Həsən Hacinskiyə tapşırıldı. Bu məqsədlə o,
Azərbaycan parlamentinə daxil olan bütün partiya və fraksiyaların rəhbərləri ilə,
həmçinin bolşeviklərlə də danışıqlar aparmışdır. Hacinski bolşevikləri yeni
hökumət kabinəsinin tərkibinə daxil etməklə, Samur körpüsünün şimal tərəfində
dayanmış XI Qızıl Ordunun Bakı üzərinə yürüşünü ləngitmək və nizami
Azərbaycan ordusunu təcili Bakıya çağırmaq istəyirdi. Bolşeviklərdən rədd cavabı
alan M.H.Hacinski aprelin 22-də Azərbaycan parlamentinin sədrini əvəz edən
M.Y.Cəfərova yeni hökumət kabinəsi yaratmağın mümkün olmadığını bildirmişdir.
O, həmçinin ədəmi – mərkəziyyət partiyası ―Müsavat‖dan çıxdığını və həmin
andan bolşeviklər partiyasının üzvü olduğunu rəsmi şəkildə elan etmişdir. Həmin
gün baş vermiş tarixi hadisələrdən sonra o, Azərbaycan ali xalq təsərrüfatı
şurasında işləmişdir. 1923-cü ildə Zaqafqaziya Dövlət plan Komitəsi sədrinin
birinci müavini olan Hacinski Azərbaycanda şəhərlərin abadlaşması haqqında bir
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə
hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
59
çox təşəbbüslərin müəllifi idi. Hələ o vaxt Gəncənin və yeni salınacaq Daşkəsən
şəhərinin Azərbaycan sənayesi üçün gələcəkdə böyük əhəmiyyət daşıyacağını öz
məqalələrində dönə - dönə göstərirdi. M.H.Hacinskinin 20-ci illər mətbuatında
Azərbaycanın tikinti – quruculuq həyatına aid çoxlu məqaləsi dərc edilmişdir.
Ziddiyyətli həyat yolu keçmiş Məmməd Həsən Hacinski Zaqafqaziya
diyar Partiya Komitəsinin birinci katibi olan avanturist Lavrenti Beriyanın (1899 -
1953) göstərişi ilə həbs edilmiş və 1931-ci il martın 8-də Tiflis həbsxanasında
həlak olmuşdur.
Mövsüm Əliyev.
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə
hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
60
NƏRĠMANBƏY NƏRĠMANBƏYLĠ
Odlar yurdu, № 23, dekabr 1989.
Öz dövrünün tanınmış siyasi və ictimai xadimi Nərimanbəy Haşım oğlu
Nərimanbəyli 1889-cü ildə Qarabağın dilbər güşələrindən biri Şuşa şəhərində
anadan olmuşdur. Ailəsi İrəvana köçdüyü üçün onun gənclik illəri bütünlüklə bu
şəhərdə keçmişdir. Onun ayası Haşımbəy İrəvanda azərbaycanlılar üçün ana
dilində məktəblərin yaranmasında və xeyriyyə cəmiyyətlərinin təşkilində fəal
iştirak etmişdir. Haşımbəyin Azərbaycan məktəbləri üçün başqa müəllimlərlə
birlikdə tərtib etdiyi ―Ana dili‖ kitabı hələ 1907-ci ildə İrəvanda, sonralar isə üç
dəfə Tiflisdə çapdan çıxmışdır. Onun mətbuatda xeyli məqaləsi, teatr tamaşaları
haqqında resenziyaları çap olunmuşdur.
Nərimanbəy Nərimanbəyli belə bir ziyalı ailədə böyümüş və milli ruhda
tərbiyə almışdır. O, orta təhsilini İrəvan gimnaziyasında başa vuraraq əvvəlcə
Moskva universitetinin fizika – riyaziyyat şöbəsində, sonra isə Xarkov
universitetinin
hüquq fakultəsində oxumuşdur. N.Nərimanbəyli burada
―Azərbaycan tələbə həmyerlilər təşkilatı‖nın rəhbərliyinə seçilmiş və inqilabı
fəaliyyətini davam etdirmişdir. Bu təşkilatda N.Nərimanbəylinin iştirakı ilə
azərbaycanlı tələbələr tərəfindən verilən tamaşaların gəliri I dünya müharibəsində
zərər çəkmiş müəllimlərin ailələrinə paylanırdı. Həmin tamaşalardan ―Qazana
səyahət‖ əsəri daha məşhur olmuşdur.
Ali təhsilini 1915-ci ildə başa vurub İrəvana qayıdan Nərimanbəy
Nərimanbəyli bir ictimai xadim kimi coşğun fəaliyyətə başlamışdır. O, vəkil
işləməklə yanaşı, ―Müsəlman xeyriyyə cəmiyyətinin‖ rəhbərlərindən biri
olmuşdur.
1917-ci ildə Rusiya fevral – burjua inqilabı baş verdi. Həmin ilin mart
ayında ―Müsəlman demokratik ―Müsavat‖ partiyası‖ açıq fəaliyyətə başladı. Bu
dövrdə Bakıya köçən N.Nərimanbəyli həmin partiyanın sıralarına daxil olmuşdur.
O, həmin ilin aprelində Bakıda çağırılan Qafqaz müsəlmanlarının qurultayında,
oktyabrda isə ―Türk ədəmi – mərkəziyyət partiyası ―Müsavat‖ ın birinci
qurultayında fəal iştirak etmişdir.
1918-ci ilin fevralında Nərimanbəy Nərimanbəyli Zaqafqaziya Seyminin
üzvü seçilmişdir. O, həmin il fevralın 28 – də Seym tərəfindən təsdiq olunmuş
müsəlman fraksiyasının tərkibindəki ―Müsavat və bitərəflər qrupu‖nun üzvü idi.
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan
olundu. N.Nərimanbəyli həmin ilin dekabrında 7-də Bakıda təntənəli surətdə
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
61
açılmış Azərbaycan parlamentinə üzv seçilmişdir. O, parlamentdə ―Müsavat‖
fraksiyasının tərkibinə daxil idi.
Nərimanbəy Nərimanbəyli Azərbaycan Respublikası nazirlər şurasının
sədri Nəsibbəy Yusifbəylinin (1881- 1920) təşkil etdiyi kabinədə (14. IV. 1919)
dövlət nəzarətçisi vəzifəsini icra etmişdir. Həmin ilin dekabrın ortalarında
N.Nərimanbəyli tutduğu vəzifəni tərk etmişdir.
N.Nərianbəyli bir ictimai xadim kimi həmin dövrdə Bakıda həyata
keçirilən bir bir çox mədəni tədbirlərin fəal iştirakçısı olmuşdur.
1920-i il aprelin 27-də baş verən hadisələrdən sonra Nərimanbəy
Nərimanbəyli müxtəlif idarələrdə hüquq məsləhətçisi olmuş, lakin təqiblərə məruz
qalaraq işdən çıxarılmış və öz sahəsində vəkil işləmişdir.
Öz dövrünün taınmış siyasi və ictimai xadimi Nərimanbəy Nərimanbəyli
1937-ci ildə Stalin repressiyası nəticəsində həlak olmuşdur.
Mövsüm Əliyev
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə
hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
62
BEHBUDAĞA CAVANġĠR
Odlar yurdu, № 12 iyun 1989.
Behbudağa Azad oğlu Cavanşir 1886-ci ildə Tərtər nahiyəsinin Azad
Qaraqoyunlu kəndində anadan olmuşdur. O, orta təhsilini Tiflis real məktəbində
almış, sonra dünyada ilk ali – texniki məktəb olan Frayberq Dağ – mədən
Akademiyasını (Almaniya) bitirmişdir. O, bu akademiyanın ilk azərbaycanlı
məzunudur. Behbudağa Cavanşir Almaniyadan İngiltərəyə gedərək təkmilləşdirmə
kurslarında oxumuşdur. Qərbi Avropadakı həyatı onun bir siyasi və bir ictimai
xadim kimi formalaşmasına təsir etmişdir. B.Cavanşir alman, ingilis, fransız, rus
və gürcü dillərini mükəmməl bilmişdir. Erməni dilini isə Bakı kommunasının
rəhbəri S.Şaumyandan öyrənmişdir. O, dəfələrlə S.Şaumyanı işə düzəltmiş,
sürgünlərdən və qazamatlardan qurtarmışdır. Bu haqda çoxlu tarixi sənəd var.
(Bax: Dubinskiy – Muxadze, ―Şaumyan‖, Moskva. 1986, səh. 13. 108.)
1916 –cı ildə Azərbaycana qayıdan B.Cavanşir Bakı neft müəssisələrində
baş mühəndis vəzifələrində çalışmışdır. Doğma xalqının maariflənməsi uğrunda
mübarizə aparan B. Cavanşir tezliklə ―Müsəlman xeyriyyə cəmiyyətinin‖
rəhbərliyinə seçilmişdir. Onun coşğun fəaliyyəti çar xəfiyyələri tərəfindən ciddi
izlənilirdi. 1920-ci ildə Bakıda rusca çapdan çıxmış ―Zaqafqaziyada rus siyasətinə
dair sənədlər‖ kitabında (onun digər adı ―Qara kitabdır‖) bu barədə məlumat
vardır. (səh. 25 və 28). Oradan aydın olur ki, B.Cavanşir Ə.Ağayevin 1905-ci ildə
gizli şəkildə yaratdığı‖Difai‖ partiyasının Mərkəzi Komitəsinə daxil idi. O, ―Nicat‖
cəmiyyətinin və ―Rus texniki cəmiyyətinin‖ Bakı şöbəsinin üzvü seçilmişdir.
Texniki cəmiyyətin elmi əsərlərində B.Cavanşirin xeyli məqaləsi çap olunmuşdur.
B.Cavanşir fevral – burjua inqilabından sonra yaranmış Milli Müsəlman
Şurası Müvəqqəti İcraiyyə Komitəsinin tərkibinə seçildi.
1918 - ci il martın 18-dən 22-dək S.Şaumyanın başçılığı altında
bolşeviklər tərəfindən milli məsələnin düzgün qoyulmaması nəticəsində meydana
çıxan qırğında otuz minə yaxın azərbaycanlı həlak olmuşdu. Bu qırğının qabağını
almağa çalışanlardan biri də B.Cavanşir idi. O, barışıq komitəsinin üzvü idi.
B.Cavanşir 1918 –ci ildə iyunun 17 –də Gəncədə F.X.Xoyskinin təşkil
etdiyi ikinci hökümət kabinəsində daxili işlər naziri vəzifəsini tutmuşdur. Onun
müavini general – mayor Sadıxbəy Ağabəyov idi. Onlar Bakıda, İçərişəhərdə
podpolkovnik Şükürbəy Yüzbaşinskinin rəisliyi altında polis məmurları
(qorodovoy) məktəbinin açılmasına ciddi diqqət yetirirdilər.
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
63
Həmin il oktyabrın 6-da hökümət kabinəsində bəzi dəyişikliklərlə
əlaqədar B.Cavanşir eyni zamanda ticarət və sənaye nazirliyini də idarə etmişdir.
O, yerli sənayenin inkişaf etdirilməsinə və Azərbaycanın xarici ölkələrlə ticarət
əlaqələrinin yaradılmasına ciddi səy göstərmişdir.
Bitərəf B.Cavanşir Azərbaycan parlamentinə üzv seçilmişdir. Həmin ilin
dekabrında F.Xoyskinin kabinəsi istefaya çıxdığı üçün B.Cavanşir tutduğu
vəzifələri tərk etmişdir.
1919-cu ildə xarici ölkələrlə ticarət əlaqələri yaratmaq üçün B.Cavanşirin
yaxından iştirakı ilə Bakıda ―Dəyanət‖ şirkəti yaradılmışdır. 1918 – 1920 –ci
illərdə Bakıda təntənəli ―Azərbaycan gecələri‖ konsertinin və bir çox cəmiyyətlərin
təşkili onun adı ilə bağlıdır.
1920-ci il aprelin 27-də baş verən hadisələrdən sonra B.Cavanşir neft
sənayesi sahəsində işləmişdir. Həmin ilin ilin axırında N.Nərimanov müasir neft –
mədən avadanlığı almaq üçün onu Almaniyaya ezam etmişdir. B.Cavanşir yolüstü
İstanbulda dayanaraq, o vaxt Malta adasında sürgündə olan həmyerlisi Əhmədbəy
Ağayevin evində yaşamışdır. Bir gecə evdən bayıra çıxıb küçə ilə gedərkən
arxadan daşnaksütun partiyasının üzvü Toplaqyan tərəfindən güllə ilə
öldürülmüşdür... Ə.Ağayevin oğlu Səməd Ağaoğlunun (1909 - 1982) ―Babamın
arkadaşları‖ (İstanbul, 1957 səh. 133.) kitabında göstərildiyinə görə, bu hadisə
1921-ci il yanvarın axırında və ya fevralın əvvəlində baş vermişdir. Xalqımız öz
görkəmli oğullarından birini də belə itirmişdir...
Mövsüm Əliyev
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
|