AZƏrbaycan demokratġk respublġkasi



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə6/10
tarix31.01.2017
ölçüsü0,85 Mb.
#7245
1   2   3   4   5   6   7   8   9   10

ƏLĠMƏRDAN BƏY TOPÇUBAġOV 

Odlar yurdu. № 16, avqust 1988. 

 

Öz dövrünün istedadlı alimi, siyasi və ictimai xadimi Əlimərdan bəy Ələkbər oğlu 



Topşubaşov 1862-ci il mayın 4-də Gürcüstanın Tiflis şəhərində anadan olmuşdur. 

Əlimərdan bəy hələ uşaq ikən atası vəfat etmişdir. O, birinci Tiflis gimnaziyasında 

orta  təhsilini  başa  vurduqdan  sonra  Peterburq  Universitetinin  hüquq  fakultəsinə 

daxil olmuş və oranı 1888-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Xristian dinin 

qəbul  etmək  şərti  ilə  onu  professor  vəzifəsinə  hazırlamaq  üçün  universitetdə 

saxlamaq istəmişlər. Ancaq Əlimərdan bəy bu təklifi rədd etmişdir. Həmin ildə o, 

artıq  ―neft  və  milyonlar  səltənəti‖  nə  çevrilmiş  Bakıya  gəlmiş  və  burada 

Azərbaycan  mətbuatının  banisi,  görkəmli  ictimai  xadim  Həsən  bəy  Zərdabinin 

(1842 - 1907) qızı Pəri xanımla ailə həyatı qurmuşdur.  

 

 



 

1898-ci  ildə  maarifpərvər  Hacı  Zeylabdin  Tağıyev  (1823  -  1924)  öz 

vəsaiti  ilə  ―Kaspi‖  mətbəəsinin  və  eyni  adlı  qəzeti  satın  alaraq  Ə.Topçubaşov  və 

Əhmədbəy  Ağayevə  (1869  -  1939)  həvalə  etmişdir.  Əlimərdan  bəy  bu  qəzeti 

redaktə etməyə başlamışdır. Rus dilində yazıb – yaradan bir çox azərbaycanlı ziyalı 

o dövrdə məhz bu qəzetdə çıxış edirdi. Topçubaşovun ―Kaspi‖ qəzetində müxtəlif 

mövzularda  çoxlu  məqaləsi  çap  olunmuşdur.  Bunların  arasında  Azərbaycan 

ədəbiyyatına  və  dramaturgiyasına  aid  məqalələr  xüsusilə  maraqlıdır.  Məsələn, 

1903-cü il il oktyabrın 26-da çap olunmuş ―İlk Azərbaycan dramaturqu‖ məqaləsi 

M.F.Axundova həsr olunmuşdur. Bu məqalə böyük dramaturqun irsinin rus dilində 

təbliğində  xüsusi  rol  oynamışdır.  Müəllifin  başqa  bir  məqaləsi  görkəmli 

Azərbaycan ədəbiyyatşünası Firudinbəy Köçərlinin (1863 - 1920) 1903-cü ildə rus 

dilində  nəşr  olunmuş  ―Azərbaycan  ədəbiyyatı‖  kitabı  haqqında  rəydir.  Həmin  il 

oktyabrın  31-də  nəşr  olunmuş  bu  yazıda  Ə.Topçubaşov  əsərin  müəllifinə  son 

dövrün ədəbi hadisələri haqqında  məlumatı daha da  genişləndirməyi təklif edirdi. 

O,  həmin  dövrdə  təkcə  Bakıda  H.Zərdabi,  Ə.Haqverdiyev  (1870-  1933) 

S.M.Qənizadə  (1866-  1924)  və  Ə.Ağayev  kimi  görkəmli  ədəbiqüvvələrin 

yetişdiyini bildirir və onların yaradıcılığını tədqiqata cəlb etməyi məsləhət görürdü. 

 

Ə.Topçubaşov bir  müddət rus dilində  nəşr olunan  ―Басински  торговы- 



промышленные листок ‖ qəzetinin də redaktoru olmuşdur. O, həmin illərdə Bakı 

şəhər  dumasının  üzvü  olmuş  və  bir  müddət  ona  sədrlik  etmişdir.  Ə.Topçubaşov 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



47 

 

həmçinin qız gimnaziyasının, ticarət məktəbinin, rus – müsəlman qadın məktəbinin 



və şəhər məktəblərinin himayədarları şurasının üzvü idi.  

 

 



 

Ə.Topçubaşovun təşəbbüsü, mciddi hazırlığı və rəhbərliyi altında 1905-ci 

il  avqustun  15-də  Nijni  –  Novqoradda  yarmarka  zamanı,  Oka  çayında  ―Qustav 

Struve‖  gəmisində  Ümumrusiya  müsəlmanlarının  birinci  qurultayı  açılmışdır. 

Qurultayda  Qafqaz,  Krım.  Qazan,  Yral,  Türküstan  və  Sibirdən  150  nəfərə  qədər 

nümayəndə  iştirak  edirdi.  Topçubaşovun  yazdığı  və  qurultayın  cüzi  dəyişikliklə 

bəyəndiyi  qətnamədə  göstərilirdi  ki,  Rusiya  müsəlmanlarının  bütün  məsələlərdə: 

siyasi,  mədəni,  həmçinin  Rusiyanın  hazırki  vəziyyətindən  irəli  gələ  biləcək 

məsələlərdə  həmrəy  olması  zəruridir.  Birinci  qurultayın  göstərişinə  əsasən 

―Ümumrusiya  müsəlman  ittifaqı‖  –  ―İttifaqul  -  müslimin‖  partiyası  təşkil  etməki 

qərara  alındı.  ―İttifaq‖  Rusiya  müsəlmanlarını  birləşdirməyi  və  beynəlxalq 

imperializmə qarşı  vahid cəbhədə çıxış etməyi  məqsədə  uyğun sayırdı.  ―İttifaqın‖ 

mərkəzi Bakı şəhərində yerləşirdi.   

 

 



 

 

 



1906-cı  il  yanvarın  13-dən  23-dək  Peterburqda  gizli  olaraq  çağırılmış 

ikinci  Ümumrusiya  müsəlman  qurultayı  ―İttifaqın‖  Əlimərdan  bəy  tərəfindən 

hazırlanmış 23 maddəlik yeni Nizamnaməsini qəbul etdi.  

 

 



 

Həmin  il  Ə.Topçubaşov  aprelin  27-də  Peterburqda  açılan  birinci  Dövlət 

Dumasına  Bakı  quberniyasından  üzv  seçilmişdir.  Əlimərdan  bəy  Topçubaşov 

―Xalq azadlığı‖ partiyasının sol cinahına mənsub idi. Bu partiya Dövlət Dumasında 

Rusiyanın 

müstəmləkə  xalqlarına  məhəlli  muxtariyyət  verilməsini  çar 

hökumətindən tələb edirdi.  

 

 



 

 

 



 

Üçüncü  Ümumrusiya  müsəlman  qurultayı  çar  hökumətinin  rəsmi  icazəsi 

ilə Topçubaşovun sədrliyi ilə  1906-cı ilin 16- 21 avqustunda Nijni  – Novqorodda 

keçirilmişdir. O, qurultayda yenidən Mərkəzi Komitənin sədri seçilmişdir.  

 

Çar  hökuməti  Ə.Topçubaşovu  həmişə  təqib  etmişdir.  ―Qara  kitab‖  kimi 



tarixə  daxil  olmuş  və  1920-ci  ilin  əvvəllərində  Bakıda  rus  dilində  çapdan  çıxmış 

―Zaqafqaziyada rus siyasətinə dair sənədlər‖ adlı kitabın 60- 62-ci səhifələrində bu 

haqda məlumat vardır.  

 

 



 

 

 



 

 

Əlimərdan  bəy  Topçubaçovun  Azərbaycan  teatr  sənətinin  inkişafında  da 



müəyyən  xidmətləri  vardır.  O,  hələ  1904-cü  ilin  dekabrında  gəncləri  öz  yanına 

dəvət  edərək,  yeni  teatr  qrupları  yaratmağı  məsləhət  görmüşdür.  1910-cü  ilin 

noyabrın 30-da Azərbaycanın məşhur komik aktyoru Cahangir Zeynalovun (1865 - 

1918)  səhnə  fəaliyyətinin  25  illiyi  münasibətilə  təşkil  olunmuş  təntənəli  yubiley 

Əlimərdan  bəy  Topçubaşovun  sədrliyi  altında  keçmişdir.  1911-ci  ildə 

M.F.Axundovun anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq yubiley şənlikləri 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



48 

 

də  Ə.Topçubaşovun  rəhbərliyi  altında  qeyd  edilmişdir.  (o,  vaxt  M.F.Axundovun 



anadan olması tarixi 1811-ci il hesab olunurdu.)  

 

 



 

 

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. 



Əlimərdan  bəy  Topçubaşov  həmin  ilin  avqust  ayında  heç  bir  partiyaya  mənsub 

olmayan, bitərəf  F.X.Xoyskinin baş nazir olduğu ikinci kabinədə xarici işlər naziri 

vəzifəsinə  təyin  olunmuş  və  həmin  ayda  Gəncədən  Türkiyəyə  göndərilmişdir. 

Həmin ilin noyabr ayında  Ə.Topçubaşovun İstambulda  ―Azərbaycanın təşəkkülü‖ 

adlı  kitabı  çapdan  çıxmışdır.  Bu,  Azərbaycan  torpağı  haqqında  XX  əsrdə 

azərbaycanlı  müəllif  tərəfindən  yazılmış  ilk  əsərdir.  O,  Türkiyədə  olan  zaman 

1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə 

sədr  seçilmişdir.  Lakin  Topçubaşov  Bakıda  olmadığı  üçün  bu  vəzifəni  onun 

müavini doktor Həsənbəy Ağayev (1875 - 1920) icra etmişdir. Onu da qeyd etmək 

lazımdır ki, 1920-ci ilin mart ayında Bakıda rus dilində çapdan çıxmış ―1920-ci il 

üçün  Azərbaycan Respublikasının təqvim  –  ünvanı‖  nın dördüncü hissəsinin 2-ci 

səhifəsindən məlum olur ki, Əlimərdan bəy Topçubaşov 1917-ci il fevral – burjua 

inqilabından sonra heç bir partiyaya mənsub olmamış, bitərəf olmuşdur.  

 

Ə.Topçubaşov  İstambulda  ikən,  1919-cü  ildə  açılacaq  Versal  sülh 



konfransında  iştirak  etmək  üçün  Parisə  yola  düşən  Azərbaycan  Respublikası 

nümayəndəliyinin  rəhbəri  təyin  edildiyi  barədə  Bakıdan  göstəriş  alır. 

Nümayəndəlik  ancaq  üç  aydan  sonra  1919-cü  ilin  martında  çox  çətinliklə  Parisə 

gəlib çata bilmişdir.  

 

 

 



 

 

 



 

Azərbaycan  nümayəndəliyinin  1919-cu  ildə  açılmış  Paris  sülh  konfransı 

ərəfəsində Fransanın paytaxtında çap etdirdiyi kitablar o dövrdə böyük əhəmiyyət 

kəsb edirdi.  

 

 

 



 

 

 



 

 

Ə.Topçubaşovun  Parisdə  böyük  elmi  əhəmiyyətə  malik  arxivi  qalmışdır. 



Həmin arxivi Azərbaycana gətirmək olduqca vacib məsələdir.  

 

 



Öz  dövrünün  görkəmli  siyasi  və  ictimai  xadimi,  alimi  və  vəkili  olan 

Əlimərdan  bəy  Topçubaşov  1934-cü  il  noyabrın  8-də  Parisin  Sen  –  Deni 

rayonunda  vəfat  etmişdir.  O,  XX  əsr  Fransa  –  Azərbaycan  ədəbi  və  siyasi 

əlaqələrinin  əsasını  qoyan  ilk  şəxsiyyətlərdən  biri  idi.  Məhz  bu  baxımdan 

Əlimərdan bəy Topçubaşovun yaradıcılığı böyük tədqiqata layidir.     

 

Mövsüm Əliyev 



 

 

 



www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



49 

 

 



MUSTAFABƏY VƏKĠLOV 

Odlar yurdu, № 4. fevral 1989.  

Mustafabəy Nadir oğlu Vəkilov 1896-cı ildə sentyabr ayında Azərbaycanın 

Qazax  mahalında  anadan olmuşdur. O, Bakı gimnaziyasını bitirərək, 1912-ci  ildə 

Moskva Universitetinin hüquq fakultəsinə daxil olmuş və həmin dövrdən öz doğma 

xalqının  milli  –  azadlıq  mübarizəsində  yaxından  iştirak  etməyə  başlamışdır. 

Mustafabəyin  siyasi  dünyagörüşünün  formalaşmasında  onun  əmisi  Məmməd  Rza 

Vəkilovun və yaxın qohumu Ə.Topçubaşovun böyük təsiri olmuşdur.   

 

Mustafabəy universitetdə azərbaycanlı tələbələrin həmyerlilər təşkilatının 



başçılarından biri idi.  

 

 



 

 

 



 

 

1917-ci  ildə  məktəbi  bitirən  M.Vəkilov  həmin  ilin  mart  ayından  coşğun 



siyasi fəaliyyətə başlamışdır. O, apreldə Bakıda çağırılmış Qafqaz müsəlmanlarının 

qurultayında,  Kiyevdə  ukraynalı  professor  Qruşevskinin  rəhbərliyi  altında 

keçirilmiş qeyri – rus millətlərin qurultayında, mayda isə Rusiya müsəlmanlarının 

Moskva qurultayında fəal iştirak etmişdir. Onun Bakı mətbuatında aktual siyasi və 

ictimai hadisələrlə əlaqədar xeyli məqaləsi çap olunmuşdur. M.Vəkilov həmin ildə 

açılması  nəzərdə  tutulan  Rusiya  parlamentinə  Azərbaycandan  millət  vəkli 

seçilmişdir.  

 

 



 

 

 



 

 

 



M.Vəkilov  ―Türk  ədəmi  –  mərkəziyyət  partiyası  ―Müsavat‖-ın  birinci 

qurultayında  (21-  31oktyabr  1917.  Bakı)  MK  üzvü  seçilmişdir.  Bu  qurultaydan 

sonra M.Ə.Rəsulzadənin rəhbərliyi ilə  ―Azərbaycana  muxtariyyət!‖  şüuarı altında 

Bakıda  və  qəzalarımızda  geniş  xalq  hərəkatı  başlamışdır.  Çarizmin  müstəmləkə 

zülmünə qarşı yönələn və  milli – azadlıq qayəsi daşıyan bu mübarizə tarixə  milli 

Azərbaycan 

hərəkatı 

kimi  daxil  olmuşdur.  M.Ə.Rəsulzadənin  yaxın 

silahdaşlarından olan M.Vəkilov həmin hərəkatın rəhbərlərindən biri idi.  

 

M.Vəkilov 



1917-ci 

il  noyabrın  15-də  yaranmış  Zaqafqaziya 

komissarlığında daxili işlər komissarı A.İ.Çxengelinin məsləhətçisi vəzifəsini icra 

etmişdir.  O.  Bundan  başqa  Zaqafqaziya  seymində  müsəlman  fraksiyasının  fəal 

üzvlərindən biri idi.  

 

 



 

 

 



 

 

1918-ci  ilin  sentyabrında  daxili  işlər  nazirliyində  işləyən  M.Vəkilov 



dekabrın  7-də  Bakıda  təntənəli  surətdə  açılmış  Azərbaycan  parlamentinə  üzv 

seçilmişdir.  O,  1919-cü  ilin  dekabrında  ―Türk  ədəmi  –  mərkəziyyət  partiyası 

―Müsavat‖ın ikinci qurultayında yenidən MK üzvü seçilmişdir. M.Vəkilov nazirlər 

şurasının sədri Nəsib bəy Yusifbəylinin 23 dekabr 1919-cu ildə təşkil etdiyi ikinci 

hökümət  kabinəsində  daxili  işlər  nazirinin  müavini  vəzifəsini  icra  etməyə 

başlamışdır.  

 

 

 



 

 

 



 

 

1920-ci  il  fevralın  18-də  iyirmi  üç  yaşlı  M.Vəkilov  Azərbaycan 



www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



50 

 

Respublikasının daxili işlər naziri təyin olunmuşdur. O, hökümətin ən gənc naziri 



idi.   

 

 



 

 

 



 

 

 



 

1920-ci  il  aprelin  əvvəllərində  inqilabçı  Əli  Bayramovu  öldürmüş 

cinəyatkarların  həbs  edilməsi  və  onlar  haqqında  cinayət  işi  qaldırılması  üçün 

M.Vəkilov özü şəxsən göstəriş vermişdir.    

 

 

 



 

1920-ci  il  aprelin  27-də  baş  verən  hadisələrdən  sonra  M.Vəkilov  Tiflisə, 

sentyabrda  isə  oradan  İstambula  yola  düşmüşdür.  O,burada  nəşr  olunan  ―Yeni 

Qafqasya‖ (1923 – 1927), ―Azəri türkü‖ (1928 - 1931), ―Odlu yurd‖ (1920 - 1930), 

―Azərbaycan  yurd  bilgisi‖  (1932-  ci  ildən  nəşr  olunur)  jurnallarında  Azərbaycan 

tarix və ədəbiyyatı haqqında məqalələr yazmışdır.    

 

 

 



M.Vəkilov Parisdə nəşr olunan fransızca ―Prometey‖ (1929 - 1938), rusca 

―KAВКАЗ‖  (1932  -  1938)  və  Berlində  çıxan  ―Qurtuluş‖  (1934  -  1938) 

jurnallarında  siyasi  mövzularda  bir  çox  yazılar    çap  etdirmişdir.  O,  Polşanın 

paytaxtı Varşavada yaşadığı dövrdə müharibəyə qədər mövcud olan və ―Prometey‖ 

adlanan  siyasi  klubun  ikinci  rəisi  idi.  Klubun  birinci  rəisi  isə  ukraynalı  professor 

Roman Snal – Stotski idi.   

 

 

 



 

 

 



İkinci  dünya  müharibəsindən  sonra  Anqarada  yaşayan  M.Vəkilovun 

―Azərbaycan‖, ―Mücahid‖ və s. jurnallarda Azərbaycanın tarixi ilə əlaqədar siyasi 

memuarları çap olunmuşdur.  

 

 



 

 

 



 

M.Vəkilov  güclü  ədəbiyyat  həvəskarı  idi.  M.Ə.Sabir  və  Vəkilovlar 

ailəsindən  olan  Səməd  Vurğun  onun  ən  çox  sevdiyi  şairlər  idi.  O,  Azərbaycan 

musiqisinə də bütün qəlbi ilə bağlı idi.  

 

 

 



 

 

M.Vəkilov  1965-ci  il  noyabrın  1-də  69  yaşında  Anqarada  vəfat  etmişdir. 



 

 

 



 

                 

                                                                            

Mövsüm Əliyev.  

 

 

 



 

 

 



 

 

 



www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



51 

 

 



HƏSƏNBƏY AĞAYEV 

Odlar yurdu, № 3, fevral 1989.  

Həsənbəy  Məşədi  Hüseyn  oğlu  Ağayev  1875-ci  ildə  Azərbaycanın  qədim  elm  və 

mədəniyyət  mərkəzlərindən  biri  olan  Gəncə  şəhərində  anadan  olmuşdur.  Orta 

təhsilini Gəncə klassik gimnaziyasında aldıqdan sonra Hacı Zeynalabdin Tağıyevin 

vəsaiti  ilə  Moskva  Universitetinin  tibb  fakultəsinə  daxil  olmuş  və  1901-ci  ildə 

həmin ali məktəbi bitirmişdir. Vətənə qayıdan Həsənbəy Ağayev həm həkim kimi 

fəaliyyət  göstərmiş,  həm  də  ―Molla  Nəsrəddin‖  jurnalında  açıq  və  gizli  imzalarla 

məqalələr yazmışdır.  

 

 



 

 

 



 

 

H.Ağayevin  həmin  dövrdə  Bakıda  və  Gəncədə  çıxan  dövrü  mətbuatda 



çoxlu məqaləsi dərc olunmuşdur. İlk müsəlman – demokrat təşkilatı ―Hümmət‖in 

üzvü H.Ağayev bu təşkilatın göstərişi ilə müəllifi məlum olmayan  ―Mülk- sinif – 

firqə‖  adlı  kitabı  rus  dilindən  tərcümə  edib,  1906-cı  ildə  Tiflisdəki  ―Qeyrət‖ 

mətbəəsində çap etdirmişdir.  Bu kitab Azərbaycan dilində inqilabi hərəkatla bağlı 

ilk əsərlərdən biridir. Elə buna görə də çar höküməti tərəfindən təqibə məruz qalan 

tərcüməçi  1906  –  1907-ci  illərdə  İrana  mühacirət  etmiş  və  bir  müddət  orada 

yaşamalı olmuşdur. H.Ağayev 1907-ci ildə keçirilən Qafqaz müsəlman müəllimləri 

qurultayı mərkəzi komitəsinin sədri idi.  

 

 

 



 

 

H.Ağayev  bacarıqlı  həkim  kimi  dəyərli  tövsiyələr,  məqalələr  yazmış, 



―Tənbəkiyə  adət‖  kitabını  rus  dilindən  tərcümə  edib,  azərbaycanlı  oxucuların 

sərəncamına vermişdir. O, 1911 – 1912-ci illərdə Gəncədə rus dilində çıxan ―Yujnı 

Qafqaz‖  adlı  qəzetin  redaktoru,  Gəncədə  müsəlmanlar  arasında  maarifi  yayan 

cəmiyyətin  sədri  idi.  H.Ağayevin  Gəncədə  qadın  xeyriyyə  cəmiyyəti  təşkil  etmək 

təşəbbüsü  ruhanilərin,  Gəncə  və  Bakı  mürtəcelərinin  kəskin  etirazına  səbəb 

olmuşdur.  

 

 

 



 

 

 



 

 

Gəncə  şəhərində  ilk  tibb  cəmiyyəti  1914-cü  ilin  axırlarında  yaranmışdır. 



Şəhərin  adı  hələ  1804-cü  ildən  çar  höküməti  tərəfindən  dəyişdirilib  Yelizavetpol 

adlandırıldığından,  cəmiyyət  ―Yelizavetpol  tibb  cəmiyyəti‖  kimi  məşhur  idi.  Çox 

təəssük ki, Azərbaycan tibb tarixinə aid kitablarda bu cəmiyyət haqqında indiyədək 

heç bir məlumat verilməmişdir. Tiflisdə çap olunmuş illik ―Qafqaz kalendarı‖ nda 

(1916-cı  il  üçün,  səh.831)  həmin  cəmiyyət  barədə  məlumatlar  vardır.  Bu 

cəmiyyətin  baniləri  görkəmli  ictimai  xadim  Xudadatbəy  Rəfibəyov  və  Həsənbəy 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



52 

 

Ağayev idi.  



 

 

 



 

 

 



 

 

1917-ci  ildə  Rusiyada  fevral  burjua  inqilabı  baş  verdi.  Həmin  ilin  mart 



ayında  Nəsibbəy  Yusifbəylinin  rəhbərliyi  altında  yaradılmış  ―Türk  ədəmi  – 

mərkəziyyət partiyası‖ Gəncədə fəaliyyətə başladı. Partiyanın banilərindən biri də 

Həsənbəy  Ağayev  idi.  Bu  partiya  Rusiyanı  federativ  şəkildə  qurmaq  və  onun 

tərkibində Azərbaycana muxtariyyət vermək uğrunda mübarizə aparırdı.  

 

1917-ci  ilin  aprel  ayında  Bakıda  çağırılan  Qafqaz  müsəlmanlarının 



qurultatında  Azərbaycana  muxtariyyət  verilməsini  qəti  tələb  edənlərdən  biri  də 

Həsənbəy  Ağayev  idi.  O,  həmin  ilin  mayında  Moskvada  keçirilən  Rusiya 

müsəlmanları qurultayının iştirakçısı olmuşdur. Bu qurultaydan sonra iyun ayında 

Ə.M.Rəsulzadənin rəhbərlik etdiyi ―Müsəlman demokratik ―Müsavat‖ partiyası ilə 

Nəsibbəy  Yusifbəylinin  başçılıq  etdiyi  ―Türk  ədəmi  –  mərkəziyyət  partiyası‖ 

birləşdi.  Həmin  il  sentyabrın  26-dan  31-dək  Bakıda  davam  edən  birləşmiş 

partiyanın  qurultayında  Həsənbəy  Ağayev  Mərkəzi  Komitənin  üzvü  seçilmişdir. 

Bu qurultaydan sonra ―Azərbaycana muxtariyyət‖ şüarı altında geniş xalq hərəkatı 

başlanmışdır.  

 

 



 

 

 



 

 

 



Həsənbəy  Ağayev  1917-ci  ilin  dekabrında  təşkil  edilmiş  Zaqafqaziya 

seyminin üzvü idi. O, 1918-ci ilin mayın 26-da yaranmış Azərbaycan milli şurası 

sədrinin müavini seçilmişdir. 

 

 



 

 

 



 

Azərbaycan  Demokratik  Respublikası  elan  olunandan  sonra,  1918-ci  ilin 

sentyabr  ayında  H.Ağayev  Azərbaycan  Dəmir  Yolu  idarəsinin  baş  həkimi 

vəzifəsində işləmişdir. O, 1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış 

Azərbaycan parlamenti sədrinin müavini seçilmişdir. Parlamentin sədri Əlimərdan 

bəy Topçubaşov Bakıda olmadığı üçün Həsənbəy Ağayev onun vəzifəsini 1920-ci 

il  fevralın  2-dək  icra  etmişdir.  Bu  vəzifədən  azad  olunan  H.Ağayevə  bütün 

parlament üzvlərinin imzası ilə təşəkkürnamə də verilmişdir.   

 

 

1920-ci  il  aprelin  27-də  baş  verən  hadisələrdən  sonra  Həsənbəy  Ağayev 



Tiflisə  getmişdir.  O,  həmin  il  iyulun  19-da  düz  bir  ay  əvvəl  Fətəlixan  Xoyskiyə 

qəsd  edən  muzdlu  qatilin  gülləsi  ilə  öldürülmüşdür.  O  da  Xoyski  kimi 

M.F.Axundovun məzarı yanında dəfn edilmişdir.  

 

 



 

 

 



 

 

 



 

Mövsüm Əliyev.

     

 

 



www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



53 

 

 



 

MĠRZƏ ƏSƏDULLAYEV 

Odlar yurdu, № 2, yanvar 1989.  

XIX əsrin sonu – XX əsrin əvvəllərində geniş ictimai - siyasi fəaliyyəti ilə 

diqqəti  cəlb  edən  Mirzə  Şəmsi  oğlu  Əsədullayev  1875-ci  ildə  Bakı  şəhərində 

anadan olmuşdur. Orta təhsilini Bakı gimnaziyasında başa vurduqdan sonra o, atası 

Şəmsi Əsədullayevin (1840 - 1913) neft şirkətində əmək fəaliyyətinə başlamışdır. 

Milyonçu Şəmsi Əsədullayev dövrün maarif  məsələlərinə fikir verən şəxslərindən 

biri  olmuşdur.  O,  Tiflisdəki  Aleksandrovski  Müəllimlər  İnstitutunun  əsas 

himəyadarı idi. Ş.Əsədullayev 1903-cü ildə Moskvaya köçmüş və ömrünün axırına 

qədər orada yaşamışdır. Onun Moskvada sarayı xatırladan bir neçə mülkü var idi. 

O, bu mülklərdən Moskvadakl müsəlman xeyriyyə cəmiyyətinə bağışlamışdı. Atası 

Moskvada  yaşadığı  üçün  Bakıda  neft  şirkəti  ilə  bağlı  bütün  məsələləri  Mirzə 

Əsədullayev həll edirdi. O, məşhur milyonçu Musa Nağıyevin qızı Ümmül – banu 

ilə  ailə  həyatı  qurmuşdur.  1905-ci  ildə  axırıncı  –  dördüncü  uşaq  doğularkən 

Ümmül – banu vəfat etmişdir. Onun xatirəsinə yeni doğulmuş uşağa anasının adını 

qoymuşlar.  Ümül  –  Banu  1924-cü  ildə  vətəni  tərk  edərək  Fransanın  paytaxtı 

Parisdə yaşamışdır və məşhur yazıçı kimi tanınmışdır.  

 

 



 

Mirzə  Əsədullayev  neft  satışı  ilə  əlaqədar  müəyyən  vaxtlarda  Rusiyanın 

Peterburq,  Moskva  kimi  şəhərlərində  yaşamış  və  rus  mədəniyyəti  ilə  yaxından 

tanış olmuşdur. Bundan başqa, M.Əsədullayev Avropa ölkələrini də gəzmişdir. Bu 

onun  həm  də  Avropa  mədəniyyətini  qavramasına,  bir  ziyalı  kimi  formalaşmasına 

güclü  təsir  göstərmişdir.  Rus  təhsili  gördüyü  üçün  Azərbaycan  dilini  mükəmməl 

bilməyən M.Əsədullayev 1912-ci ildə Moskva konservatoriyasında oxuyan Üzeyir 

Hacibəyovdan  (1885  -  1948)  ana  dilindən  dərs  almışdır.  Ü.  Hacıbəyov  Parisin 

Sarbonna  Universitetində  dərs  alan  kiçik  qardaşı  Ceyhun  Hacıbəyliyə  (1891  - 

1962)  1912-ci  ildə  yazdığı  məktubda  bu  məsələyə  toxunur.  (―Ədəbiyyat  və 

incəsənət‖ qəzeti, 4 noyabr, 1988-ci il). 

 

 



 

 

 



Mirzə Əsədullayevin bir ictimai xadim kimi fəaliyyəti çoxşaxəlidir. Onun 

sədrlik  etdiyi  ―Bakı  müsəlman  xeyriyyə  cəmiyyəti‖  müxtəlif    mütərəqqi  tədbirlər 

həyata keçirir və ―cəhalət səltənəti‖ ni dağıtmaq işində fəal mübarizə aparırdı.  

 

Ana dilində dövri nəşrlərin azlığı Mirzə Əsədullayevi bir ziyalı kimi ciddi 



www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



54 

 

narahat  etmişdir.  O,  1915-ci  il  martın  11-də  ―Qardaş  köməyi‖  adlı  qəzet 



buraxmağa başlamışdır. Cəmi bir nömrəsi çıxan qəzetdə deyilir  ki, əldə olunacaq 

gəlir  hərbzadə  müsəlmanlar  nəfinə,  o  cümlədən  birinci  dünya  müharibəsi  zamanı 

çar ordusundakı azərbaycanlılardan ibarət (rus mətbuatında ―Dikaya diviziya‖ adı 

ilə tanınan) süvari qoşun hissələrindəki döyüşçülərə sərf ediləcəkdir.    

 

Rusiya  fevral  –  burjua  inqilabından  sonra  Mirzə  Əəsdullayev  1917-ci  il 



martın  27-də  Bakıda  yaranmış  Milli  Müsəlman  Şurasının  Müvəqqəti  İcraiyyə 

Komitəsinin üzvü seçilmişdir.  

 

 

 



 

 

 



1918-ci  mayın  28-də  Azərbaycan  Demokratik  Respublikası  elan  olundu. 

Bitərəf  Mirzə  Əsədullayev  həmin  il  dekabrın  27-də  Bakıda  təntənəli  surətdə 

açılmış  Azərbaycan  parlamentinə  üzv  seçilmişdir.  O,  Azərbaycan  Respublikası 

Nazirlər şurasının sədri Fətəlixan Xoyskinin (1875 - 1920) 1918-ci il dekabrın 26-

da təşkil etdiyi üçüncü hökümət kabinəsində ticarət və sənaye naziri vəzifəsini icra 

etmişdir.  Mirzə  Əsədullayev  Azərbaycanın  xarici  ölkələrlə  ticarət  əlaqələrinin 

yaradılmasına və yerli sənayenin inkişaf etdirilməsinə ciddi səy göstərirdi.  

 

1919-cu  il  martın  əvvəllərində  Fətəlixan  Xoyskinin  başçılıq  etdiyi 



hökümət  kabinəsi  istefaya  çıxdığı  üçün  Mirzə  Əsədullayev  tutduğu  vəzifəni  tərk 

etmişdir.  

 

 

 



 

 

 



 

 

1920-ci ilin mayında Mirzə Əsədullayev həbs olunmuş və qısa müddətdən 



sonra azad edilmişdir. Həmin il Azərbaycan SSR hökümətindən rəsmi icazə alaraq 

xaricə  gedən  Mirzə  Əsədullayev  ömrünün  sonuna  kimi  (1936)  Fransanın  paytaxtı 

Parisdə  yaşamışdır.  Qəbri  şəhərin  müsəlman  qəbiristanlığındadır.  Bu  xatirələri 

atası haqqında Ümül – Banu yazmışdır. Bunu müəllifə YUNESKO –nun əməkdaşı 

olan  Ramiz  Abutalıbov  göndərmişdir,  buna  görə  müəllif  ona  öz  təşəkkürü  və 

minnətdarlığını bildirir.     

Mövsüm Əliyev.  

 

 



 

 

 



 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları


55 

 

 



 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin