FƏTƏLĠ XAN XOYSKĠ
Odlar yurdu, №1, yanvar 1989.
Öz dövrünün görkəmli siyasi və ictimai xadimi Fətəlixan İskəndər oğlu
Xoyski 1875-ci il dekabrın 7-də Şəki şəhərində anadan olmuşdur. Onun atası rus
ordusunun general-leytenantı idi.
Fətəli xangilin əsli-nəsli Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Xoy
xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli xan ilə müharibədə məğlub
olduqdan sonra, 20.000 nəfərlik qoşunu ilə Üç kilsəyə (Eçmiadzinə) sığınmışdı.
1803-1806-cı illər Rus – İran müharibələri dövründə rus qoşunlarına qoşulan
Cəfərqulu xan imperator I Aleksandr tərəfindən bahalı brilyantla bəzədilmiş qızıl
medal və lələklə təltif edilmişdir. O,1807-ci ildə Şəki xanı təyin edilmiş və general
–leytenant rütbəsinə layiq görülmüşdür. Cəfərqulu 1810-cü ildə vəfat etdikdən
sonra Şəki xanlığını onun oğlu İsmayıl idarə etmişdir. 1819-cu ildə İsmayılın vəfatı
ilə Şəki xanlığı ləğv olunmuş və Rusiyanın tərkibinə qatılmışdır. Bu nəsildən
görkəmli sərkərdələr, dövlət xadimləri və çoxlu ali təhsilli ziyalı çıxmışdır.
Bunlardan biri də Fətəli xan Xoyskidir. O, Gəncə klassik gimnaziyasını, 1901-ci
ildə isə Moskva Universitetinin hüquq fakultəsini bitirmişdir. Fətəli xan əvvəlcə
Gəncədə, sonra isə Suxum, Batum və Kutais dairə məhkəmələrində müxtəlif
vəzifələrdə işləmişdir. Yekaterinodar dairə məhkəməsində prokuror müavini təyin
edilməsi (1907) Xoyskinin ictimai fəaliyyətində yeni mərhələ olmuşdur. O,
Yelizavetpol quberniyasından (Gəncə) II Dövlət Dumasına nümayəndə seçilmişdi.
Fevralın 2-də Peterburqun məşhur Tavriya sarayında toplanan Rusiya
parlamentinin iclaslarında çıxış edən Fətəli xan çar hökumətinin Zaqafqaziyada və
Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tuturdu. O, kadet
partiyasının üzvü olmasına baxmayaraq, Dumanın müsəlman deputatları
fraksiyasına daxil idi. F.Xoyski Rusiyanın müstəmləkə xalqlarına məhəlli
muxtariyyət verilməsini hökumətdən tələb edirdi. O. Sonralar müxtəlif illərdə Bakı
və Gəncə dairə məhkəmələrində iş kəsmək üzrə andçı – müvəkkil vəzifəsini icra
etmişdir.
1917-ci ildə Rusiyada fevral – burjua inqilabı baş verdi. F.Xoyski martın
27-də Bakıda yaranmış Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin
üzvü seçilmişdir. O, həmin ilin aprelində Bakıda çağırılan Qafqaz müsəlmanlarının
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
29
qurultayında iştirak etmişdir.
F.Xoyski burjua inqilabından sonra heç bir partiyaya mənsub olmasa da,
1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda keçirilən ―Türk ədəmi – mərkəziyyət
partiyası‖ ―Müsavat‖ın birinci qurultayında çıxış vı iştirak etmiş və həmin
qurultayda irəli sürülən ―Azərbaycana muxtariyyət‖ şüarını qızğın müdafiə
etmişdir. O, 1917-ci ilin dekabrında yaranan Zaqafqaziya seyminin üzvü və
müstəqil Zaqafqaziya Federativ Respublikasının ədliyyə naziri olmuşdur.
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu.
Təkcə türkdilli xalqlar arasında deyil, bütün müsəlman dünyasında ilk dəfə olaraq
respublika üsul – idarəsinə qədəm qoyan Azərbaycan xalqının ilk müstəqil
hökumətini təşkil etmək bitərəf F.Xoyskiyə tapşırıldı. O, hökumətdə həm nazirlər
çurasının sədri, həm də daxili işlər naziri vəzifəsini tuturdu. 1918-ci il iyunun 17-
də Azərbaycan Milli Şurasının göstərişinə əsasən Fətəli xan Xoyskinin başçılığı ilə
ikinci hökumət kabinəsi təşkil olundu.
1918-ci il sentyabrın 15-də Bakının oyuncaq Sentrokaspi qüvvələrindən
təmizlənməsi münasibəti ilə F.Xoyski çıxış edərək demişdir: ―Bizim də həyatda
yaşamağa, bizim də azad yaşamağa hüququmuz vardır. Heç bir zirehli maşın.
Hidroplan, aeroplan, kanonerka, məftilli çəpər mina və sairə texniki qurğu, heç bir
ingilis, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola
bilmədilər. Bakının 50 minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin
həmləsi qarşısında süqutu başqasının fəklakəti üzərində öz xoşbəxtliyi qurmaq
istəyənlərə ibrət dərsi olmalıdır.‖ (―Azərbaycan‖ qəzeti, 19. IX. 1918, № 2.)
Professor V.İ.Razumovskinin 1922-ci ildə çap etdirdiyi ―Bakı şəhərində
universitetin əsasının qoyulması‖ adlı məqaləsindən məlum olur ki, Azərbaycan
Dövlət Universitetinin yaranması təşəbbüsü F. Xoyskiyə
F. Xoyski 1918-ci il dekabrın 26-da təçkil etdiyi hökumət kabinəsində sə
nazirlər şurasının sədri və xarici işlər naziri vəzifəsini tuturdu. Məhz onu dövründə
Azərbaycanda Dövlət orqanizminin özülü qoyulmuşdu. Müstəmləkə siyasətinin
rəmzi olan Yelizavetpol şəhəri və quberniyasının yenidən Gəncə və Gəncə
quberniyası adlandırılması, Qaryagin qəzasının Cəbrayıl qəzası adı ilə əvəz
edilməsi,
çoxpartiyalı
parlament
sisteminin
yaradılması,
Azərbaycan
Respublikasının pul və poçt markalarının buraxılması, ana dilində məktəb və
seminariyaların açılması və digər mütərəqqi tədbirlər Xoyskinin rəhbərlik etdiyi
hökumət kabinələri dövründə həyata keçirilməyə başlanmışdır. Həmin illərdə sinfi
ziddiyyətlərin qalmasına baxmayaraq, yuxarıda qeyd edilən bütün tədbirlər öz
dövrü üçün müsbət xarakter daşıyırdı.
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
30
1919-cu il martın əvvəllərində F.Xoyskinin başçılıq etdiyi etdiyi hökumət
kabinəsi istefaya çıxdı.
F. Xoyski nazirlər şurasının sədri Nəsib bəy Yusifbəylinin 1919-cu il
dekabrın 23-də təşkil etdiyi ikinci hökumət kabinəsində xarici işlər naziri vəzifəsini
icra etmişdir. Azərbaycan Demokratik Respublikasının beynəlxalq aləmdə və
xarici dövlətlər tərəfindən tanınmasında Fətəlixan Xoyskinin müəyyən xidmətləri
vardır.
1920-ci il yanvarın 2-də RSFSR-ni xarici işlər üzrə xalq jkomissarı
G.V.Çiçerin ağqvardiyaçı general Denikinə qarşı vahid cəbhə yaratmaq üçün
Xoyskiyə nota ilə müraciət etdi. Həmin ayın 189-da F.Xoyskininj verdiyi cavabda
göstərilirdi ki, ―Azərbaycan Respublikası Sovet Rusiyasının daxili işlərinə qarışmır
və bu məsələdə bitərəfdir‖.
G.V. Çiçerin 23 yanvar tarixli ikinci natasında yenə həmin məsələyə
qayıdaraq, Azərbaycanı RSFSR –lə əməkdaşlığa dəvət edir və yazırdı ki, biz
həmişə bir səma altında, bir yerdə yaşamışıq və yenə də bir yerdə yaşamalıyıq.
Xoyski fevralın 1-də Çiçerinə öz hökumətinin rəsmi fikrini bildirmiş, onun təklifini
rədd etmişdir.
1920-ci il fevralın 20-də Çiçerinin üçüncü notası və martın 7-də
Xoyskinin cavabı eyni məsələyə həsr olunmuşdur. Martın axırında Çiçerin sonuncu
notanı göndərmiş, aprelin 27-də Xoyski Azərbaycan parlamentində cavab notasını
oxuyarkən XI Qızıl Ordunun Bakıya yaxınlaşdığı xəbəri alınmışdır. Bu
hadisələrdən sonra Fətəlixan öz ailəsi ilə Tiflisə getmişdir. F.Xoyski muzdlu
erməni bir qatil tərəfindən 1920-ci il iyunun 19-da Tiflisdə arxadan güllə atəşi ilə
öldürülmüş və Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun qəbri
yanında dəfn olunmuşdur.
Mövsüm Əliyev.
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
31
NƏSĠB BƏY YUSĠFBƏYLĠ
Odlar yurdu. № 22, noyabr 1989.
Nəsib bəy Yusif oğlu Yusifbəyli 1881-ci ildə Gəncədə anadan olmuşdur.
Onun atası şəhərin maarifpərvər ziyalılarından idi. Orta təhsilini Gəncə klassik
gimnaziyasında başa çatdırdıqdan sonra Nəsib bəy Yusifbəyli 1902-ci ildə Odessa
universitetinin hüquq fakultəsinə daxil olmuş, birinci rus inqilabı ərəfəsində siyasi
fəaliyyətə başlamışdır. O, universitetdə azərbaycanlı tələbələr tərəfindən yaradılan
Azərbaycan həmyerlilər təşkilatının başçılarından biri idi. Bu təşkilatın
rəhbərlərinin 1904-cü ildə çəkilmiş fotoşəklində biz Nəriman Nərimanov,
Xosrovbəy Sultanov, Şahmalıyev qardaşları və başqa şəxslərlə yanaşı, Nəsib bəy
Yusifbəylini də görürük.
Tələbələrin inqilabı mübarizəsindən qorxuya düşən çar hökuməti 1907-ci
ildə Odessa universitetini müvəqqəti bağladıqdan sonra Nəsibbəy Yusifbəyli
Krımın Bağçasaray şəhərinə köçmüş və orada görkəmli siyasi və ictimai xadim
İsmayıl bəy Qaspirinskinin (1852-1914) redaktor olduğu ―Tərcuman‖ qəzetində
məqalələrlə çıxış etməyə etməyə başlamışdır. O, İsmayıl bəyin qızı Şəfiqə Sultan
xanım Qaspirəli (1886 -1975) ilə ailə həyatı qurmuş və bir müddət bu şəhərdə
yaşamışdır. Nəsib bəy Yusifbəyli həmin illərdə Azərbaycan dramaturqlarının
əsərlərini Bağçasarayda tamaşaya qoymuş, özü də əsas rollarda çıxış etmişdir.
―Tərcuman‖ qəzetinin 13 yanvar 1907-ci il tarixli nömrəsində Bağçasaray şəhər
teatr həvəskarları tərəfindən Əbdürrəhim bəy Haqverdiyevin (1970-1933) ―Dağılan
tifaq‖ faciəsinin tamaşaya qoyulduğu Nəcəf bəy rolunu Nəsibbəyin oynadığı xəbər
verilir. Həmin qəzetdə verilən məlumatlardan aydın olur ki, Nəsib bəy Yusifbəyli o
illərdə görkəmli Azərbaycan ədəbiyyatşunası F. Köçərlinin (1863-1920)
―Azərbaycan ədəbiyyatı‖ və Hüseyn Əfəndi Qayıbovun (1830-1917)
―Azərbaycanda məşhur olan şuaranın əşarına məcmuədir‖ adlı əsərlərin
Bağçasaray şəhərində şəhərində çap olunması üçün çox çalışmışdır. Lakin
naməlum səbəblər üzündən bu məsələ baş tutmamışdır. Ümumiyyətlə, Nəsib bəy
XX əsr Azərbaycan – Krım ədəbi – mədəni əlaqələrinin əsasını qoyanlardan
biridir.
Yoxsulluq üzündən N. Yusifbəyli ali məktəbi dördüncü kursdan atmışdır.
Çar hökumət orqanlarının təqiblərindən yaxa qurtarmaq üçün 1908-ci ildə bir
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə
hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
32
müddət İstambulda yaşayan Nəsib bəy ―Türk dərnəyi‖ adlı cəmiyyətin
banilərindən biri olmuşdur. Lakin sultan istibdadının rus çarizmi qədər qəddar
olduğunu görən N.Yusifbəyli 1909-cu ildə Türkiyədən Gəncəyə qayıtmışdır.
1911-ci ildə Azərbaycan ziyalıları M.F.Axundovun (1812-1878) anadan
olmasının 100 illliyini geniş qeyd etmək üçün təşəbbüs göstərdilər. Nəsib bəy
Yusifbəyli də onların arasında idi. Onun 1911-ci il mayın 20-də ―Tərcuman‖
qəzetində çap etdirdiyi məqalə bu yubileyə həsr olunmuşdur. ―Molla Nəsrəddin‖
satirik jurnalını o illərdə müdafiə edən ziyalılardan biri də Nəsib bəy Yusifbəyli
idi. Onun 1909-cu il sentyabrın 4-də ―Tərcuman‖ (№ 36) qəzetində dərc edilmiş
―Mətbuat‖ adlı məqaləsində Rusiyada çıxan müsəlman satirik jurnallarından bəhs
olunur və ―Molla Nəsrəddin‖ə xüsusi qiymət verilirdi. Həmin qəzetin 40-cı
nömrəsində (9.X. 1909) çıxmış məqaləsində isə tatar jurnalı ―Yulduz‖un redaktoru
ilə polemika aparan müəllif ―Molla Nəsrəddin‖ ə hücumların haqsız olduğunu
bildirirdi. O illərdə Gəncədə mövcud olan ―Müsəlman xeyriyyə cəmiyyətinin‖,
―Müsəlmanlar içində maarifi yayan cəmiyyət‖in və ―Aktyorlar cəmiyyəti‖ nin
fəaliyyətində Nəsib bəy Yusifbəyli yaxından iştirak etmişdir. O, ―Azərbaycan
ədəbiyyatı tarixi‖ əsərini də həmin dövrdə yazıb başa çatdırmışdır. Əlyazmanın
sonrakı taleyi bilinmir. Bu əlyazmanın araşdırılıb üzə çıxarılması
ədəbiyyatşünasların borcudur.
1917-ci ildə Rusiyada fevral – burjua inqilabı baş verdi. Həmin ilin mart
ayında Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında yaradılmış ―Türk ədəmi –
mərkəziyyət partiyası‖ Gəncədə fəaliyyətə başladı. Bu partiya Rusiyanı federativ
şəkildə qurmaq və onun tərkibində Azərbaycana muxtariyyət vermək uğrunda
mübarizə aparırdı. Yeni partiya xalqı öz proqramı ilə tanış etmək üçün şəhərin Şah
Abbas məscidinin həyətində böyük mitinq təşkil etmişdir. Bu mitinq ―Yaşasın
demokratik respublika!‖, ―Yaşasın Azərbaycan muxtariyyəti!‖, ―Yaşasın türk
ədəmi – türk mərkəziyyət partiyası!‖ şüarları altında keçirilmişdi. (―Baky‖, qəzeti,
12 aprel 1917, № 80). Həmin ilin aprelində Bakıda çağırılan Qafqaz
müsəlmanlarının qurultayındakı çıxışında Nəsib bəy Yusifbəyli Rusiyanın
tərkibində Azərbaycana muxtariyyət verilməsini qəti şəkildə tələb etmişdir. May
ayında isə o, Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayının iştirakçısı
olmuşdu. Bu qurultaydan sonra (iyunda) M.Ə.Rəsulzadənin (1884 -1955) rəhbərlik
etdiyi ―Müsəlman demokratik musavat partiyası ilə N. Yusifbəylinin başçılıq etdiyi
―Türk ədəmi – mərkəziy6yət partiyası‖ birləşərək ―Musavat‖ adını aldı. Partiyanın
Gəncə şöbəsinə Nəsib bəy Yusifbəyli rəhbərlik edirdi. Həmin il oktyabrın 26-dan
31-dək Bakıda davam edən birinci partiya qurultayında N. Yusifbəyli yaxından
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə
hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
33
iştirak etmişdir. Bu qurultaydan sonra ―Azərbaycana muxtariyyət‖ şuarı altında
hərəkat başlanmışdır.
Nəsib bəy Yusifbəyli Zaqafqaziya seyminin üzvü, 1918-ci il aprelin 26-da
yaranmış müstəqil Zaqafqaziya Respublikası hökumətinin maarif naziri idi.
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu.
N. Yusifbəyli bitərəf Fətəlixan İskəndər oğlu Xoyskinin (1875-1920) baş nazir
olduğu birinci kabinetdə xalq maarifi naziri vəzifəsini icra etmişdir. O, Xoyskinin
başçılıq etdiyi ikinci və üçüncü kabinələrdə də həmin vəzifədə işləmişdir.
1919-cü il aprelin 14-də Azərbaycan Respublikası Nazirlər Şurasının sədri
təyin olunan Nəsib bəy Yusifbəyli bu vəzifəni 1920-ci il aprelin 1-nə kimi icra
etmişdir. Həmin illərdə sinfi ziddiyyətlərin qalmasına baxmayaraq N.Yusifbəylinin
baş nazir olduğu vaxt həyata keçirilmiş bir sıra tədbirlər müsbət xarakter daşıyırdı.
Öz dövrünün görkəmli siyasi – ictimai xadimi olmuş, mürəkkəb və
ziddiyyətli bir həyat yolu keçmiş Nəsib bəy Yusifbəyli 1920-ci il mayın
əvvəllərində Azərbaycanın Kürdəmir qəzasında Yevlaxın Qorxunlu kəndindən
olan quldur Əşrəfin yaxın adamları tərəfindən qətlə yetirilmişdir.
Mövsüm Əliyev
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
34
MƏMMƏD YUSĠF CƏFƏROV
Odlar yurdu, № 13, iyul 1989.
Məmməd Yusif Hacıbaba oğlu Cəfərov 1885-ci ildə Bakı şəhərində
anadan olmuşdur O, görkəmli pedaqoq, jurnalist Əli İskəndər Cəfərzadənin kiçik
qardaşıdır. M.Y.Cəfərov orta təhsilini Bakıda almış. Sonra Moskva Universitetinin
hüquq fakultəsini bitirmişdir. O, Moskvada oxuyan azərbaycanlı tələbələrin təşkil
etdiyi ―Azərbaycan etnoqrafik konsert gecələrinin‖ və ―Azərbaycan həmyerlilər
təçkilatının‖ əsa rəhbərlərindən biri olmuşdur. 1912-ci ildə universiteti fərqlənmə
diplomu ilə bitirən M.Y.Cəfərov ―Nigahın şəriət üzrə pozulması haqqında rəy‖
mövzusunda hüquq elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.
O. Həmin il Peterburqda açılan 4-cü dövlət Dumasına Bakı, Gəncə və
İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən deputat seçilmişdir.
M.Y.Cəfərov Dumada kadet partiyasına qoşulmuşdur. O, Dumadakı çıxışlarında
çar hökumətinin Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə
tuturdu.
1917-ci ildə Rusiyada fevral – burjua inqilabı baş verdi. Həmin il martın
9-da Müvəqqəti hökumətinin göstərişi ilə M.Y.Cəfərov daxil olmaqla Dövlət
dumasının beş nəfər üzvündən ibarət xüsusi Zaqafqaziya Komitəsi yaradıldı.
Komitədə sənaye və ticarət işlərinə rəhbərlik etmək M.Y.Cəfərova tapşırıldı. O,
1917-ci il noyabrın 15-dən Zaqafqaziya komissarlığında sənaye və ticarət
komissarı idi.
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu.
M.Y.Cəfərov bitərəf F.Xoyskinin (1875- 1920) təşkil etdiyi birinci kabinədə
sənaye və ticarət naziri olmuşdur. Həmin il iyunun 17-də F.Xoyskinin başçılıq
etdiyi hökumət kabinəsi istefaya çıxdığı üçün M.Y.Cəfərov tutduğu vəzifəni tərk
etmişdir. O, bundan sonra Azərbaycan Respublikasının Gürcüstan hökuməti
yanında diplomatik nümayəndəsi vəzifəsini icra etməyə başlamışdır.
M.Y.Cəfərov nazirlər şurasının sədri Nəsib bəy Yusifbəylinin təşkil etdiyi
kabinədə xarici işlər naziri təyin olunmuşdur. Azərbaycan Demokratik
Respublikasının beynəlxalq aləmdə tanınmasında M.Y.Cəfərovun xidmətləri
çoxdur. Onun rəhbərliyi altında həmin dövrdə məşhur Azərbaycan sənətşünasları
və ictimai xadimləri Məmməd Ağa oğlunun və Hüseyn Mirzəcamalovun
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə
hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
35
arxivlərdən toplayaraq çap etdirdikləri ―Zaqafqaziyada rus siyasətinə aid sənədlər‖
kitabını xüsusi qeyd etmək lazımdır. Azərbaycan ziyalılarının çar hökuməti
tərəfindən təqib olunamasını ifşa edən sənədlər toplusu 1920 ci ilin əvvəllərində
Bakıda rusca çapdan çıxmışdır. Azərbaycan parlamentinin üzvü bitərəf
M.Y.Cəfərov 1919-cu il oktyabrında ―Türk ədəmi – mərkəziyyət partiyası
Musavatın‖ sıralarına daxil olmuşdur. Həmin il dekabrın ortalarında Yusifbəylinin
kabinəsi istefaya çıxdığı üçün M.Y.Cəfərov tutduğu vəzifəni tərk etmişdir. O, 1920
–ci il fevralın 2-də Azərbaycan parlamentinin sədrinin müavini vəzifəsindən azad
olunan Həsən bəy Ağayevin yerinə seçilmişdir. Parlamentin sədri Əlimərdan bəy
Topçubaşov Bakıda olmadığı üçün M.Y.Cəfərov onun vəzifəsini 1920 – ci il
aprelin 27-dək icra etmişdir.
1920-ci ilin martında Dağlıq Qarabağda daşnaklar Azərbaycan
Respublikası əleyhinə böyük üsyan qaldırdılar. Avanturada məqsəd nizami
Azərbaycan ordusunu Bakıdan çıxarmaqda idi. O dövrdə Azərbaycan ordusu
Zaqafqaziyada ən mükəmməl silaha və təcrübəli sərkərdələrə malik ordu sayılırdı.
Əskəran yaxınlığında döyüşdə daşnak qoşunları və yerli erməni könüllülərindən
ibarət dəstələr darmadağın edildi.
1920-ci il martın 30-da Yusifbəylinin kabinəsi istefaya çıxdı. Aprelin 1-də
yeni kabinə təşkil etmək Məmməd Həsən Hacınskiyə tapşırıldı. O, bu məqsədlə
parlamentə daxil olan bütün partiya və fraksiyaların rəhbərləri ilə, həmçinin
bolşeviklərlə danışıqlar apardı. M.H.Hacinski bolşevikləri yeni hökumətə daxil
etməklə Samur körpüsünün şimal tərəfində dayanmış 11-ci Qızıl Ordunun Bakı
üzərinə yürüşünü ləngitmək və nizamiAzərbaycan ordusunu təcili Dağlıq
Qarabağdan Bakıya qaytarmaq istəyirdi. Bu vaxt Bakıda cəmisi iki minə yaxın
əsgər var idi. Onlar dövlət idarələrini qoruyurdu. Bolşeviklərdən rədd cavabı alan
M.H.Hacinski aprelin 22-də Azərbaycan parlamentinin sədrini əvəz edə
bilməyəcəyini rəsmən bildirdi.
1920 –ci il aprelin 26-dan 27-nə keçən gecə 11-ci Qızıl Ordu Samur
körpüsünü , yəni Azərbaycan sərhədini keçərək Bakı üzərinə yürüşə başladı.
Aprelin 27-də parlamentin iclası zamanı Quba valisi Əmirxan Xoyski tərəfindən
vurulmuş teleqramda 11-ci Qızıl Ordunun Azərbaycan sərhədini keçdiyi və
Xaçmazı tutduğu xəbər verilirdi. Bu məlumatla əlaqədar Azərbaycan parlamenti
yaranmış vəziyyətin təhqiqi üçün M.H. Hacinski başda olmaqla xüsusi nümayəndə
heyəti yaratdı. Bu vaxt Ağa Hüseyn Kazımovun və Həmid Sultanovun başçılıq
etdiyi bolşevik nümayəndə heyəti parlamentə hakimiyyəti müqavimət göstərmədən
təslim etmək haqqında ultimatum verdi. Həmin gün saat 13-də 11-ci Qırmızı Ordu
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə
hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
36
Bakıya daxil oldu.
M.H.Hacınski başda olmaqla xüsusi nümayəndə heyəti ilə bolşevik
nümayəndələri əvvəlcə A.H.Kazımovun evində, sonra isə B.Cavanşirin mənzilində
ultimatumu müzakirə etdilər. Bir yandan hökumət böhranı, digər tərəfdən yaranmış
mürəkkəb siyasi şərait nəticəsində həmin gün saat 23-də M.Y.Cəfərovun imzası ilə
Azərbaycan parlamenti hakimiyyəti müqavimət göstərmədən bolşeviklərə vermək
haqqında qərar çıxardı.
Sovet dövründə pambıqçılıq trestində və ―Azərbaycan şərabşılıq tresti‖ndə
hüquq məsləhətçisi vəzifəsində işləmişdir. O, 1938-ci il mayın 15-də Bakıda vəfat
etmiş və Şağan kəndində dəfn olunmuşdur.
Mövsüm Əliyev.
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
|