Azərbaycan dili haqqında ümumi məlumat


İctimai-publisistik üslub



Yüklə 0,81 Mb.
səhifə35/57
tarix27.12.2023
ölçüsü0,81 Mb.
#200430
1   ...   31   32   33   34   35   36   37   38   ...   57
Az rbaycan dili haqq nda mumi m lumat (1)

İctimai-publisistik üslub.
İctimai və siyasi məsələlərin geniş xalq kütləsinin anlayacağı şəkildə izah edilməsi ictimai-publisistik üslub adlanır. Bu üsluba eyni zamanda kütləvi üslub, kütləvi dil də deyilir. Buraya təbliğat, təşviqat məzmunlu, adi məlumat xarakterli və tənqidi məqalələrin, yazılı məruzələrin, qəzet xülasələrinin və s.dili daxildir.
İctimai-publisistik üslubun əmələ gəlməsində mətbuatın xüsusi rolu vardır. Buna görə də bu üslubu çox zaman mətbuat üslubu da adlandırırlar. Lakin qeyd etməliyik ki, qəzet və jurnallardakı məqalələrin hamısı publisistik üslubda yazılmır; orada müxtəlif üslubda yazılan materiallar olur. Elə buna görə də bütün məqalələri mətbuat üslubu adı altında başa düşmək düzgün deyildir: mətbuat üslubu başqa anlayışdır. Bunun özü iki yerə bölünür: a) qəzet üslubu b) jurnal üslubu. Bunların isə fərqli cəhətləri vardır. Bu fərqlər hər şeydən əvvəl ondadır ki, qəzetdə mənası gec başa düşülən sözlərə, tərkiblərə yer verilmir. Ancaq jurnalda yeni terminlər, tərkiblər, qısaltmalar və sairə çox işlədilir.
Azərbaycan ədəbi dilinin ictimai-publisistik üslubu əsasən XIX əsrdə milli mətbuatın meydana çıxdığı dövrdən formalaşmağa başlamışdır.
İctimai-publisistik üslubun janrlara görə müxtəlif qolları olmasına baxmayaraq, bunların hamısının ümumi və digər üslublardan fərqli xüsusiyyətləri vardır. İctimai publisistik üslubun səciyyəvi cəhətləri aşağıdakılardan ibarətdir:
1)Sözün istehza ilə işlədilməsi;
2)Sarkazmlar yaradılması;
3)Frazeoloji vahidlərdən geniş istifadə olunması;
4)Bədii ədəbiyyatdan sitatlar verilməsi;
5)İfşa və tənqid üçün ən kəskin sözlər işlədilməsi.
İctimai-publisistik üslub, ümumiyyətlə, aydın üslubdur. Burada xalq danışıq ünsürləri yox olur. Məsələn, “Kirpi” jurnalındakı məqalələrin əksəriyyətində istənilən qədər xalq ifadə və tərkibləri, adi danışıq dilinə məxsus cümlələr və s. vardır.
İctimai-publisistik üslubda yazılan oçerklər bunu bədii üsluba, xülasə və tənqidi məqalələr elmi üsluba, bəzi materiallar isə rəsmi üsluba yaxınlaşdırılır.

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin