Azərbaycan dilinin türk dilləri ailəsində yeri İlk dövrlərdə dünya dilləri çox az sayda olub. Zaman keçdikcə bu dillər arasında bölünmə getmiş, bir dildən onlarla yeni dil formalaşmış və formalaşanlarında hər birindən sonralar yenə başqa dillər əmələ gəlmişdir.Bu gün dünyada 3500-dən çox dil var. Bu törəmə prosesi ilə yanaşı, həm də onlarla dil ölmüşdür. Bir kökdən törəyən dillər qohum dillər adlanır. Qohum dillərin hamısına dil ailəsi deyilir.
Qədim ulu türk dili aşağıdakı şaxələrə ayrılır. Oğuz dili, Qıpçaq dili, Qarluq dili, Sibir dili, Çuvaş dili, Saxa (yakut dili) dili. Oğuz dilindən – Azərbaycan, Qaqauz, Türkmən və Türkiyə türkcəsi Qıpcaq dilindən – Qazax, Qırğız, Tatar, Başqırd, Qumuq, Qaraqalpaq və s. Qarluq dilindən – Özbək, Uyğur, salur və s. dillər meydana gəlmişdir. Bu bölünmə – şaxələnmə milli dillər yaranana qədər davam edir. Dil şaxələrinə dil qrupları da deyilir.
Avropadan Sibirə və Çinə qədər uzanan ərazidə ana dili olaraq 180 milyon insan tərəfindən, ikinci dil olaraq danışanlar da sayılarsa təxminən 250 milyon insan tərəfindən danışılan, 40 ayrı yazı dilinə bölünən, qədim tarixə malik olan bir dil – Türk dilləri vardır. Türk dilləri altay dilləri ailəsinə aiddir. Ən çox danışılan türk dili Türkiyə türkcəsidir. Daha sonra azəricə, özbəkcə, uyğurca, qazaxca və tatarca gəlir. Türk dilləri ailəsi kinetik əlamətlər əsasında təsnif edilən ən böyük dil ailələrindən biridir. Bu dil ailəsində 23-dən çox dil vardir. Bu dillər çox ətraflı tədqiq edilmişdir. Türk dilləri ailəsinə daxil olan dillərin xüsusiyyətləri bir çox dilçi alimləri maraqlandırmışdır. Türk dillərinin tədqiqi ilə həm rus və sovet dilçiləri, həm də xarici ölkə alimləri məşğul olmuşlar.
Başqa dil ailələrində olduğu kimi, türk dilləri ailəsinə daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Qohum dillərdəki belə yaxın və oxşar cəhətlər bunların bir ana dildən ayrılıb inkişaf etdiklərini göstərir. Türk dilləri ailəsinə daxil olan dillər bir-birinə yaxınlıq etibarilə başqa dil ailələrindən seçilir. Belə ki, bu ailəyə daxil olan dillər birbirindən çox az fərqlənir. Məsələn, Hind-Aropa dillərini götürək. Buraya həm rus, həm də erməni dili daxildir. Məlum olduğu üzrə bunlar arasındakı fərq çox böyükdür. Lakin türk dilləri ailəsinin ayrı-ayrı qruplarına daxil olan dillər müqayisə edildikdə çox fərq müşahidə olunmur. Bu ailəyə daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Nümunə üçün bir neçə sözün müxtəlif türk dillərində necə işlədildiyini nəzərdən keçirək:
Azərbaycanca
dil
Yaxşı
üç
mən
tez
Qazaxca
til
Yaksı
üş
men
tez
Tatarca
dil
Yaxşı
öç
min
tiz
Türkməncə
bil
Yaqşı
üç
men
tiz
Özbəkcə
til
Yaxşı
uç
men
tiz
Azərbaycan dili türk dilləri ailəsində oğuz dilləri qrupunun oğuz-səlcuq yarımqrupuna daxildir. Bu dil həmin qrup daxilində xüsusi mövqeyə malikdir.
Azərbaycan dili türk dilləri ailəsindəki müasir dillərdən daha çox türk (osmanlı), türkmən və qaqauz dilinə daha yaxındır.