Saitlər – 1.Ağız boşluğunda sərbəst, maneəsiz tələffüz olunur 2. Avazlı olur 3.Heca yaradır 4.Bir sıra hallarda uzun tələffüz olunur.
Samitlər – 1.Ağız boşluğunda maneəyə rast gəlir və həmin maneələri dəf edərək yaranır 2. Küylü, bəzən həm də avazlı olur 3. Heca əmələ gətirmir, hecanı formalaşdırır. 4. Uzun tələffüz olunmur
ƏMƏLƏGƏLMƏ YERİNƏ GÖRƏ SAİT SƏSLƏRİN BÖLGÜSÜ Azərbaycan dilində 9 sait səs var: [a], [ı], [o], [u], [e], [ə], [i], [ö], [ü]. Dodaqların və dilin müəyyən vəziyyətlərə düşməsi ilə əlaqədar saitlərin müxtəlif növləri yaranır. Dilimizdə saitlər üç qrupa bölünür və bu baxımdan hər saitin də üç əlaməti özünü göstərir:
1.Dilin üfüqi vəziyyətinə görə:
a)Dilarxası və ya qalın saitlər: [a], [ı], [o], [u].
b)Dilönü və ya incə saitlər: [ə], [i], [ö], [ü], [e].
2.Diün şaquli vəziyyətinə görə:
a )Alt çənə və dil nisbətən yuxarı qalxır, ağız boşluğu daralır. Bu baxımdan dar və ya qapah saitlər əmələ gəlir: [ı], [i], [u], [ü].
b )Alt çənə və dil nisbətən aşağı enir, ağız boşluğu nisbətən genəlir. Bu zaman gen və ya açıq saitlər əmələ gəlir:[a], [ə], [o], [ö], [e].
3.Tələffüz zamanı dodaqların aldığı vəziyyətə görə:
a)Dodaqlar dairəvi vəziyyət alır və dodaqlanan saitlər yaranır: [o], [u], [ö], [ü].
b)Dodaqlar sərbəst qalır və dodaqlanmayan saitlər yaranır:[a], [ə], [ı], [i], [e].
SAMİT SƏSLƏRİN BÖLGÜSÜ Samit səslərin yaranmasında səs tellərinin iştirakı fərqlidir. Səs tellərinin iştirakına görə samit səslər iki növə bölünür: kar, cingiltili
l)Kar samitlərin yaranmasmda səs telləri iştirak etmir və ona görə də təkcə küydən ibarət olur. Kar samitlər: [ç], [fj, [h], [x], [k], [p], [s], [ş], [t].
2)Cingiltili samitlərin yaranmasında səs telləri iştirak etdiyi üçün küylə yanaşı, avaz da olur. Cingiltili samitlər: [c], [v], [ğ], [g], [b], [z], [j], [d], [q], [y]
Sonorlar: [1], M, [n], [r]. Yaranma və səslənmə ardıcıllığına görə kar və cingiltili samitlər bir-biri ilə qarşılıq təşkil edir.
Dilin başqa cəhətlərində olduğu kimi, fonetik quruluşunda da bir sıra hadisə və qanunlar mövcud ola bilir. Bunlardan ədəbi dildə sabitləşənləri qanun hesab edilir. Danışıq dilində işlənərək ədəbi dildə qanuniləşməyənləri isə hadisə adlanır.
Dildəki fonetik hadisə və qanunlar hər bir dilin öz milli xüsusiyyətləri əsasında yaranır. Bu hadisə və qanunların dildə rolu çox böyükdür. Xüsusən başqa dillərdən alınan sözlərin ümumxalq dilinə uyğunlaşdırılmasında fonetik hadisə və qanunlar mühüm əhəmiyyət kəsb edir. Belə ki, bəzi alınma söz dilin tələblərinə uyğun gəlmədikdə ona yeni səs artırılır, yaxud əksinə, bu və ya başqa səs ixtisar edilir, yaxud dəyişdirilir və s.
Müasir Azərbaycan dilinin bir sıra fonetik hadisə qanunları vardır. Bu hadisələr qanunauyğun şəkildə, müxtəlif dövrlərdə və tədricən əmələ gəlmişdir.
Müasir Azərbaycan dilindəki fonetik hadisə və qanunlar bunlardır:
1) assimilyasiya, 2) dissimilyasiya, 3) səsartımı, 4)səsdüşümü, 5) yerdəyişmə, 6) ahəng qanunu, 7) cingiltiləşmə qanunu.
Bunların bəzisi bütövlükdə qanun kimi sabitləşmiş, bəzilərinin tərkibində isə hələ həm qanun, həm də hadisə xüsusiyyəti mövcuddur.
Məsələn, səslərin ahəngi məsələsi tam qanun şəklini aldığı üçün ədəbi dildəki həmin məsələ ahəng qanunu adlanır.Lakin səsartımı məsələsində sözlərə bitişdirici səslərin (n, y, s) əlavə edilməsi ədəbi dildə qanun kimi sabitləşməsinə baxmayaraq, məsələn, “r” səsi ilə başlanan sözlərin əvvəlinə samit artırılması hadisədir. Deməli, səsartımında həm qanun, həm də hadisə vardır.