Şifahi nitqin leksikasında hamı üçün anlaşıqlı olan ümumişlək söz və ifadələrdən daha çox istifadə edilir;
Şifahi nitqdə nitqin növündən (dialoji və monoloji) asılı olmayaraq, danışıq dilinin xüsusiyyətləri qorunaraq qısa replikalardan və yarımçıq cümlələrdən geniş şəkildə işlədilir. Bu baxımdan da cümlələr müxtəsər və quruluşca əsasən sadə olur;
Şifahi nitqdə nitqin ifadəliliyini artıran, onu canlı və təsirli danışığa çevirən vasitələrdən: intonasiya, fasilə, vurğu, tembr və s. istifadə edilir;
Şifahi nitqdə fikrin daha düzgün və aydın ifadəsi üçün, həm də asan anlaşılması məqsədilə jest və mimikadan da intonasiyanın tələbinə uyğun şəkildə istifadə olunur;
Şifahi nitqin tempi çox sürətli olur. Adi halda (normalda) insan bir dəqiqədə 80-100 söz tələffüz edə bilər. Peşəkar natiqlər isə 120-dən çox söz tələffüz edirlər.