Bostan bitkilərinin əkilib becərilməsi zamanı xəstəliklərə qarşı zəhərli kimyəvi maddələrdən də istifadə olunur. Ona görə təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Zəhərli maddələrlə işləyərkən işçilər qoruyucu vasitələrdən ( əlcək, qoruyucu eynək, çəkmə, kombinzon,rasperatordan) istifadə etməlidirlər.Kimyəvi mübarizə aparmazdan əvvəl ətrafda yaşayan sakinlərə xəbərdarlıq edilməli,küləkli havada dərmanlama aparılmamalıdır.Dərmanlama aparıldıqdan sonra boş qablar zərərsizləşdirilməli və ya torpaga basdırılmalıdır.Dərmanların saxlandığı binalar yaşayış yerindən 200 metr, su mənbələrindən isə 2000 metr aralıda yerləşdirilməlidir.
Sabirabad rayonunun torpaq – iqlim şəraiti
Sabirabad – muğan düzünün şimal hissəsində yerləşir. Ərazinin iqlimi yayı keçən mülayim isti yarımsəhra və quru steplər iqlim tipinə aiddir. Bu iqlim tipi çox az və zəif nəmliyi, qışının mülayim və yayının quru-isti keçməsi ilə səciyyələnir. Ağ yelli havalar müşahidə olunur.
Havanın otys illik miqdarı və ya belə desək, temperaturu 14,2C, ən isti ayın (iyul) orta temperaturu 26,5C və ən soyuq (yanvar) ayın orta temperaturu 1,8C – dir. Yay aylarında bəzən havanın mütləq maksimum temperaturu 42C – dək yüksəlir.
Havanın orta illik mütləq minimum temperaturu -11C çatır. İlin soyuq aylarında havanın mütləq minimum temperaturu 23C dək aşağı düşür. Torpaq səthinin orta illik temperaturu 18C, yanvarın orta temperaturu 2C, iyulun temperaturu isə 35C təşkil edir.
Havanın orta illik mütləq minimum temperaturu -11C çatır. İlin soyuq aylarında havanın mütləq minimum temperaturu 23C dək aşağı düşür. Torpaq səthinin orta illik temperaturu 18C, yanvarın orta temperaturu 2C, iyulun temperaturu isə 35C təşkil edir.
Havanın orta illik nisbi rütubəti 72% olub, il ərzində 56 – 84% arasında dəyişir. İllik yağıntının miqdarı 309mm-dir.
Qarpız bitkisinin növbəli əkində yeri
Bostan bitkiləri yüngül mexaniki tərkibli, münbit və dənəvər strukturlu torpaqlarda daha yaxşı böyüyür, inkişaf edir, yüksək və keyfiyyətli məhsul verir. Yüksək və keyfiyyətli məhsulun əsasını təmin etmək üçün isə yüksək aqrotexniki tədbirlər, optimal qida elementləri və su rejiminin düzgün tətbiq edilməsi çox vacibdir. Növbəli əkin sistemində onun əsas sələf bitkisi soğanaqlılar, çoxillik otlar, kartof və taxıl bitkiləridir.