Hərəkətin icrası zamanı aşağıdakı fazalara diqqət yetirmək lazımdır: -alətin tutulması;-qaçışa (sıçrayış, dönmə) hazırlıq;-sıçrayış (dönmə);-final səyi (alətin itələnməsi);-hərəkətin dayandırılması, müvazinətin saxlanılması.
-yadronun sıçrayışdan itələnməsi
Alətin tutulması. Yadro ovucun içində barmaq (daha çox) falanqalarının əsası üzərində dayanır və yandan baş barmaqla tutulur. Barmaqlar bir yerdə tutulur . Əgər yadronu itələyən zaman barmaqlar arxaya əyilirsə,o zaman barmaqəzələlərinin kifayət qədərgüclənməsinə qədər yadronu ovuca daha yaxında saxlamaq tövsiyə olunur.
Yadro bütün barmaqların əsası üzərində, baş barmaqla yandan tutulur. Bu şəkildə yadro boyunun yan hissəsində körpücüksümüyünün çökəkliyinə qoyulur.HAZIRLIQSIÇRAYIŞALƏTİNBURAXILMASIDAYANMA
Yadronun əllə tutulması Baş barmaq körpücük sümüyünə dirənir.Dirsək yana (bədənə nisbətən təxminən 45 dərəcəlik bucaq altında)aparılır.
Çıxış vəziyyətində aşağıdakılara diqqət yetirilməlidir: Kürəyi atma istiqamətinə olmaqla dayanın, bədənin ağırlığı sağ ayaq üzərinə keçirin. Gövdəni azacıqirəliyə əyin, müvazinətisaxlamaq üçün sol ayağı arxaya-yuxarıya aparın.Dayaq qıçını dizdən bükün və sərbəst qıçı (arxadakı ayağı) holaylandıraraqarxaya aparın.
Qaçış (sıçrayışvari qaçış) Sıçrayış fazası sol ayağın holaylandıraraq ilə arxaya-aşağıya dayağa qoyulması ilə başlayır. Eyni zamanda sağ qıç dizoynağından düzəldilir.
Sıçrayış zamanı aşağıdakılara diqqət yetirmək lazımdır: Sərbəst qıç arxaya aparılmaqla eyni zamanda dayaq qıçı dizdən düzəldilərək dairənin mərkəzinə tərəf çəkilir.Bu zaman sağ ayaq bütün pəncə ilə təkan verir, dayaq səthi ilə sürüşdürülərək dairənin mərkəzində gövdənin altına çəkilir.Pəncə və diz (sağ qıç) atma istiqamətinə döndərilir. Lakin gövdə kürəyi atma istiqamətinə olmaqla qalır.Arxaya aparılan sol qıç tam açılaraq fəal olaraq pəncə xaricə olmaqla sementə söykənir. Bunun da nəticəsində irəliyə hərəkəttormozlanır və (bədənin hərəkəti) yuxarıya-irəliyə yönəlir.