Azərbaycan döVLƏT İQTİsad univers



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə21/35
tarix01.12.2022
ölçüsü0,89 Mb.
#71739
1   ...   17   18   19   20   21   22   23   24   ...   35
valyuta

Xidmətlər balansı* 1995-2000-ci illər üzrə Azərbaycanda 
tədiyyə balansının xidmətlər balansı daim mənfı saldo ilə icra 
olunmuşdur. 2002-ci ilin 9 ayı ərzində xarici dövlətlərlə Azər-
baycanın iqtisadi əlaqələrində qarşılıqlı xidmətlər əsas yerlər-
dən birini tutmuşdur və həmin xidmətlərin (gəlirlər daxil ol-
maqla) ümumi həcmi 1472,6 mln. ABŞ dolları təşkil etmişdir. 
Qeyri-rezidentler tərəfindən Azərbaycanın hüquqi və fiziki 
şə
xslərinə 1181,3 mln. ABŞ dolları məbləğində xidmət göstə-
rildiyi halda, Azərbaycanın xarici ölkələrin rezidentlərinə gös-
tərdiyi xidmətlərin dəyəri 291,3 mln ABŞ dolları təşkil etmiş-
dir. Beləliklə, xidmətlər balansının mənfi saldosu 890,0 mln 
ABŞ dollarına bərabər olmuşdur. Xidmətlər balansı kəsirində 
belə yüksək olmasının əsas səbəbi beynəlxalq neft kontraktları 
çərçivəsində xarici dövlətlərin rezidentleri ilə aparılan əməliy-
yatlarla bağlıdır. 
Tədiyyə balansında öz əksini tapmış qarşılıqlı xidmətlər 
dövriyyəsinin 19,2 %-i nəqliyyat üzrə aparılan əməliyyatların 
payına düşür. Ümumi dəyəri 282,2 mln. ABŞ dollarına bərabər 
olan nəqliyyat xidmətlərinin 43,3%-i Azərbaycan Prezidentlə-
rinin xarici dövlətlərin nəqliyyat sistemlərindən istifadə etmələ-
ri ilə əlaqədardır. Öz növbəsində Azərbaycanın digər ölkələrə 
göstərdiyi nəqliyyat xidmətlərinin ümumi dəyəri 159,9 mln. 
ABŞ dollarına bərabər olmuşdur. Bu vəsaitin xeyli hissəsi 
TRASEKA layihəsi çərçivəsində respublika ərazisi vasitəsilə 
Orta Asiya respublikaları ilə Avropa ölkələri arasında tranzit 
yükdaşımalarının intensivləşməsi nəticəsində əldə edilmişdir. 
Hesabat dövründə xaricilərə turizmlə bağlı göstərilən xid-
mətlərin dəyəri 35,8 mln. ABŞ dollarına bərabər olmuşdur ki, 
bunun da 32,3 %-i (11,6 mln. ABŞ dolları) qeyri-rezidentlərin 


57
Azərbaycana işgüzar səfərləri ilə bağlıdır. Öz növbəsində xarici 
ölkələr tərəfındən Azərbaycan rezidentlərinə turizmlə bağlı 
göstərilən xidmətlərin dəyəri 79,3 mln. ABŞ dolları olmuşdur. 
Bunun da əsas hissəsi (89,6 %-i) Azərbaycan vətəndaşlarının 
şə
xsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri 
xərclərinin (məkik idxal istisna olmaqla) payına düşür. 

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin